Dərs vəsaiti baki nurlan 2 0 0 6 Elmi redaktoru



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə23/39
tarix21.04.2017
ölçüsü112 Kb.
#14972
1   ...   19   20   21   22   23   24   25   26   ...   39

239

olmuşdur.  Deməli,  o,  693-cü  ildə  olmuşdur».1  S.Y.Malov 
buraya  İlbilgə xatunu da əlavə edərək yazır:  «Abidə Mogilyan 
xan və şahzadə Külün valideynləri fltərisxaqan və onun arvadı 
İlbilgə  xatunun  şərəfmə  Qudulu  xanm  (Çin  mənbələrinə  görə) 
690-693-cü illər arasında baş vermiş ölümündən sonra təxminən 
690-706-cı  illər  arasında  qoyulmuşdur.  Ongin  abidəsi  qədim 
abidələrdən biridir».1
 2  A.Bemştam  da belə  hesab edir ki,  Ongin 
abidəsi  İltəris  xanm  şərəfinə  onun  kiçik  qardaşı  Kapağan 
(Moçur)  xaqan tərəfindən qoyulmuşdur:  «Biz  güman  edirik  ki, 
Ongin (abidəsi) mətninin müəllifi Qudulu xaqanın kiçik qardaşı 
Moçjodur.  O,  Qudulu  xaqan  öləndən  sonra  (692)  bu  abidəni 
onun  şərəfinə  ucaltmışdır.  Biz  aşağıdakı  mülahizədən  bu 
nəticəni  çıxarırıq.  Abidənin  ön  tərəfinin  dördüncü  sətrində 
(V.V.Radlovun tərcüməsində) bu məzmunda sözlər vardır: Kap- 
g-n  (?)  Ältäräs  kayan  deinem  Volke  bin  ich  deworden.  Ältäräs 
sözünün  xüsusi  ad  olmadığı  haqqında  bizim  gümanımızı  qəbul 
etsək,  onda V.V.Radlovun  mətn və tərcüməni  təchiz etdiyi sual 
işarəsini  atmaq  olar.  Moçjo  deyir  ki,  o,  Ältäräs  kayan  elində 
doğulmuşdur,  yəni  bu  titulun  daşıyıcısı  olmuşdur.  Onda 
mətndəki  bu  sözlər:  «iltəris  xaqana  qarşı  biz  ayrılmadıq  və 
günah  etmədik»,  «Tanrı  bilgə  xaqandan  ayrılmayaq»  və  s. 
sözləri  Moçjonun  ölmüş,  onun  dəfn  etdiyi  və  qəbri  üzərində 
abidə  qoyduğu  Qudulu  haqqında  dediyi  sözlərdir.  Moçjo  öz 
xalqına  dərs  olmaq  üçün  xaqana  münasibətində  öz  sədaqətini 
gösterir,  bundan  başqa,  biz  belə  güman  edirik  ki,  Tonyukuk 
qarşısında özünə  «haqq  qazandım».  Biz  aşağıda  görəcəyik  ki, 
Tonyukuk  Moçjonu  guya  düzgün  olmayan  fəaliyyətdə 
təqsirləndirir. Tonyukuk abidəsinin mətni, güman ki, Qudulunun 
ölümündən  sonra  yazılmışdır.  Ongin  abidəsi  Tonyukuk 
abidəsindən  sonra,  başqa  sözlə  desək,  Qudulunun  ölümündən 
bir neçə  ilə  sonra qoyulmuşdur.  Tonyukukun  ittihamı Moçjoya 
məlum idi və məncə,  Moçjo öz böyük qardaşmın qəbri önündə 
Ongin abidəsində öz düşməni Tonyukuka cavab verir. Beləliklə,
1 Radloff W. Die Alttürkischen  İnschriften 
der 
Mongolei. 
St.-Pb., 
1897, 
s.247.
2  С.Е.Малов.  Памятники  древнетюркской  письменности  Монголии  и 
Киргизии. М., - Л.,  1959, с.7.
240
biz  belə  güman  edirik  ki,  Ongin  abidəsinin  müəllifi  Moçjodur. 
Məmdə  göstərilən  əjdaha  ili,  mümkündür  ki,  V.V.Radlovun 
güman  etdiyi  692-ci  ilə  yox,  on  iki  il  sonraya,  yəni  704-cü  ilə 
düşür. Qudulu 693-cü ildə ölmüşdür, abidə isə onun ölümündən 
sonra qoyulmuşdur, yəni 692-ci il tarixi ilə heç cür tarixləndirilə 
bilməz».1
L.N.Qumilev  göstərir  ki,  bu  abidə  719-cu  ildə  (qoyun 
ilində) ölmüş Alp Eletmişin şərəfinə qoyulmuşdur. L.N.Qumilev 
tarixçi  olsa  da,  tarixi  hadisələri  qarışdırır.  Məsələn,  o  yazır  ki, 
Ongin  abidəsinin  məmi  716-cı  ildə  Bilgə  xaqan  hələ  taxta 
çıxmazdan  qabaq  hazırlanmış  və  yalnız  728-ci  ildə  o,  xaqan 
taxtına  oturduqdan  sonra  qayaya  həkk  olunmuşdur.  Müəllifin 
fikrincə, abidədə Bilgə xaqan taxta çıxmazdan əvvəlki hadisələr 
təsvir edilir,  ancaq  sonda  Alp  Eletmiş  oğullarına  və nəvələrinə 
Bilgə xaqana sadiq  olmağı vəsiyyət edir.2 Görünür, Alp Eletmiş 
peyğəmbər  uzaqgörənliyinə  malik  imiş:  ölməzdən  əvvəl 
Kapağan 
xaqanın 
dövründə 
(abidədə 
«kapağan»  sözü 
işlənmişdir)  mətn  tərtib  etmiş,  qabaqcadan  gələcəkdə  Bilgə 
xaqanın  taxta  çıxacağını  fəhm etmiş  (abidədə  «bilgə»  sözü  də 
vardır)  və  gələcək  nəsillərinə  hələ  taxta  oturmayan  Bilgə 
xaqana sadiq qalmalarım vəsiyyət etmişdi.
Bütün  bunlar  Ongin  abidəsinin  mətnini  düzgün  başa 
düşməməkdən irəli gəilr.
H.N.Orkun  yazır  ki,  Ongin  abidəsi  Taçam  adlı  bir  türk 
bəyinə aiddir və abidədə İltəris və Kapağan xaqanların da adları 
çəkilir.3  Eyni  fikri  (görünür,  H.N.Orkunun  təsiri  altında) 
A.Məhərrəmov  da  irəli  sürür:  «Bu  abidə  Taçam  adlı  bir  türk 
bəyinin  şərəifnə  qoyulmuşdur».4  Qeyd  etmək  lazımdır  ki, 
«taçam» sözünü alman türkoloqu Anna fon Qaben «ataçım» kimi 
oxuyur.  Məqalələrimizin  birində  biz  göytrük  Orxon-Yenisey 
əlifbası  ilə  yazılmış  həmin  ifadəni  atam,  eçim,  yəni  «atam  və
1  А.Бернштам.  Социально-экономический  строй  орхоно-енисейских 
тюрок V1-VIII веков.  М.,-Л.,  1946, с.39-40.
2 Вах: Л.Н.Гумилев. Древние тюрки. М.,  1967, с.332.
3 H.N.Orkun. Əski türk yazıtları. Ankara.  1987, s.  127.
4 A.Məhərrəmov. Qədim türk runik yazılı abidələr. Bakı, 1967, s.6
241

böyük  qardaşım»  kimi  oxumağı  təklif  edirik  (bu  haqda  sonra 
söhbət gedəcək).
Ongin  abidəsi, onun kimə və nə vaxt qoyulması haqqında 
məşhur  ingilis  türkoloqu  Cerard  Klausonun  xüsusi  məqaləsi 
vardır.  Ongin  abidəsinin  kimin  şərəfinə  və  nə  vaxt  qoyulması 
haqqında  C.Klausonun  fikirlərinin  təhlilinə  keçməzdən  əvvəl 
bir  məsələni  qeyd  edək.  V.V.Radlov, 
HLN.Orkun  və
S.Y.Malovun  nəşrlərindən  Ongin  abidəsinin  sağ  tərəfinin 
dördüncü sətrində mərhumun lüi  «əjdaha»  ilində, C.Klausonun 
nəşrində isə koy «qoyun» ilində vəfat etdiyi göstərilir. Əlimizdə 
estampaj, yaxud foto-şəkil olmadığından hansı  variantın düzgün 
olduğunu deyə bilmərik.  Buna görə də biz abidənin qoyulduğu 
vaxtı müəyyənləşdirdikdə hər iki ili nəzərə alacağıq.
Digər  tədqiqatçılara  nisbətən  C.Klauson  həqiqətə  daha 
yaxındır.  Lakin  o,  abidədə  işlənmiş 
k a p a ğ a n  
və bilgə sözlərini 
xüsusi  isim  kimi -   insan  adı kimi  qəbul edir və Alp Eletmişi üç 
xaqanın -  İltəris, Kapağan  yə Bilgə xaqanların sərkərdələrindən 
biri  hesab  edir.  O,  abidənin  ön  tərəfinin  dördüncü  sətrindəki 
Kapağan  Elteris  kağan  elinə  kılıntım  cümləsini  1  grew  up  for 
(i.e.as  a subjest of) the realm of Kapğan and  Elteris,1 yəni «Mən 
Kapağan  və  Elteris  xaqanın  dövləti  üçün  tərbiyə  edildim»  və 
sağ  tərəfinin  üçüncü  sətrindəki  Kalyurıp  Eltəris  kağanka 
adırılmaduk,  yaıjılmaduk,  teıjri  bilgə  kağanka  adınlmabm, 
azmalım  cümləsini  Jast  as  Jather  marched  and  would  not  be 
parted  from,  or  betray  Elteris  Kağan,  so  let  us  not  be parted  the 
Bilge  Kagan  or  go  astray1
 2,  yəni  «Eynilə  atam  Eltəris  xaqanla 
yürüşə çıxdığı,  ondan ayrılmadığı və ona xəyanət etmədiyi kimi
biz də müqəddəs Bilgə xaqandan ayrılmayaq və ona sadiq olaq» 
şəklində  tərcümə  edir.  Bu  tərcümədən çıxış  edərək,  C.Klauson 
Eltəris,  Kapağan  və  Bilgə  sözlərini  insan  adı  kimi  qəbul  edir: 
Eltəris,  onun  kiçik  qardaşı  Kapağan  və  Eltərisin  böyük  oğlu 
Bilgə  isə  bir-birinin  ardınca  İkinci  Türk  xaqanlığının  taxtmda 
oturmuşlar.  Buradan  da  C.Klauson  belə  bir  nəticəyə  gəlir  ki,
1 Gerard Clauson. The Ongin inscription Journal of the Royal Asiatic Society, 
October.  1957, s.188.
2 Yenə orada, s.  189.
242
Ongin  abidəsi  İltəris  xaqan,  Kapağan  xaqan  və  Bilgə  xaqanın 
sərkərdələrindən biri  olan Alp Eletmişin şərəfmə qoyulmuşdur.
C.Klauson  güman  edir  ki,  Alp  Eletmiş  731-ci  ildə  vəfat 
etmişdir.  Deməli,  Ongin  abidəsi  731-ci  ildən  sonrakı  qoyun 
ilində  qoyula bilərdi.  Onun  fikrincə,  Ongin  abidəsi  731-ci  illə 
734-cü ilin sonu arasında tərtib edilmişdir.1
Hələ vaxtilə V.V.Radlov «kapağan» sözünün xüsusi insan 
adı  olduğuna  şübhə  edirdi  və  tərcüməsində  ondan  sonra  sual 
işarəsi qoymuşdu. Tədqiqat göstərir ki, nəinki «kapağan»,  hətta 
«bilgə» sözü də xüsusi insan adı deyildir.
V.V.Radlov  və  S.Y.Malov  öz  fərziyələrini  heç  bir  tarixi 
fakt və ya dil materialı ilə izah etmirlər. Məlum olmur ki, onlar 
Ongin  abidəsinin  nə  üçün  İltəris  xaqan  və  onun  arvadı  İlbilgə 
xatunun  şərəfinə  qoyulduğunu  söyləyirlər.  Düzdür,  abidədə 
İltəris  xaqanın  adı  çəkilir,  İlbilgə  xatunun  adına  isə  hətta  heç 
rast gəlmirik.
Məlum faktdır ki,  türklər abidədə başdaşının həsr edildiyi 
adamın  şücaətləri,  hərbi  yürüşləri,  döyüşləri,  Öldürdüyü 
görkəmli adamlar, qələbələri haqqında məlumat verirlər. Ongin 
abidəsində  İltəris  xaqanın  hərbi  yürüş  və  şücaətləri  haqqmda 
bircə söz belə yoxdur.
Ongin  abidəsinin  kimin şərəfinə  və  nə  zaman  qoyulduğu 
məsələsini  araşdırrnazdan  əvvəl  bütün  tədqiqatçıları  çaşdırmış 
«kapağan»  sözünü  aydınlaşdıraq.  Təxminən  40  il  əvvəl  biz 
məqalələrimizin  birində2  «kapağan»  sözünə  toxunmuşuq.  Bu 
sözü  bəzən  «kapğan»  /V.V.  Radlov/,  «kapkan»  /C.Klauson/ 
kimi  də  oxuyurlar;  C.Klauson  onu  hətta  «şahənşah»  sözü  ilə 
müqayisə edib «xanlar xanı» kimi tərcümə edir.  Bu  söz abidədə
lf( 'f/f  şəklində yazılır və «kapağan» fonetik tərkibindən 
başqa heç cür transkripsiya edilə bilməz. Söz iki tərkib hissədən 
ibarətdir:  кар  -   feldir,  qədim  türk  qəbilələrinin,  o  cümlədən 
göytürk  Orxon-Yenisey  abidələrinin  dilində  də,  müasir  türk
1 Gerard Clauson. The Ongin inscription Journal o f the Royal Asiatic Society, 
October.  1957, s.  191-192.
2  Bax:  А.Раджабов.  Об  онгинском  памятнике  и  о  слове  «kapağan»  - 
«Ученые записки» А ГУ им. С.М.Кирова, Баку,  1966, №5, s. 79-85.
243

dillərində  də  «qapmaq»  mənasında  işlənmişdir və  -   ağan  /incə 
variantı  -   əyən  /  -  şəkilçidir,  fellərə  artırılaraq  onlardan  daimi 
xasiyyət bildirən sifət  əmələ  gətirir.  «Kapağan»  sözü  «xasiyəti 
qapmaq olan» deməkdir.  Göytürk Orxon-Yenisey abidələrindən 
əsasən  Tonyukuk  və  Ongin  abidələrində  işlənir.  Azərbaycan 
dilinə  «fateh»  sözü  ilə  tərcümə  etmək  olar:  xasiyyəti  özgə 
torpaqlarını  qapmaq,  fəth  etmək  olan.  Iltəris  xaqanın  kiçik 
qardaşı  Moçur  taxta  oturduqdan  sonra  xeyli  ölkəni  fəth  edib 
xaqanlığın sərhədlərini  xeyli  genişləndirmişdi  və  buna  görə  də 
Kapağan  xaqan,  Fateh  xaqan  adını  almışdı.  Xatırladaq  ki,  Şah 
İsmayıl  Xətainin  də  ikinci  adı  Şah  İsmayıl  Fateh  olmuşdur. 
«Kapağan»  sözü  başqa  hallarda xaqanın  adına  epitet  kimi  /Şah 
İsmayılda  olduğu  kimi/  əlavə  edilmişdir.  Buna  görə  də  Ongin 
abidəsindəki  «kapağan  Eltəris  kağan»  ifadəsi  «Kapağan  və 
Eltəris  xaqan»  kimi  yox.  «Fateh  Eltəris  xaqan»  kimi  tərcümə 
edilməlidir.  Biz iki səbəbdən bu  qənaətə  gəlirik:  1.  Qədim  türk 
/göytürk/  Orxon-Yenisey  yazısı  abidələrində  xaqanın  adından 
sonra «xaqan»  sözü heç vaxt ixtisar edilmir,  belə ixtisar qəbahət 
sayılır;  bax:  Kül  tigin  abidəsi  şərq  tərəfinin  birinci  sətri:  .... 
eçümüz apamız Burnın  kağan,  İstəmi kağan...  2.  Kapağan xaqan 
Iltəris  xaqanın  kiçik  qardaşı  olduğu,  hələ  üstəlik  türk  taxtına 
ondan  sonra oturduğu  üçün  onun  adı heç  cür böyük qardaş  olan 
və  ondan  əvvəl  taxta  oturan  Iltəris  xaqandan  əvvəl  yazıla, 
çəkilə,  zikr  edilə  bilməzdi.  Buna  nəinki  ədəb  qaydaları,  hətta 
türk törüsü /qanunu/ icazə vermirdi.
İki kəlmə də «bilgə» sözü haqqında. C.Klauson onu İltəris 
xaqanın böyük oğlu  Bilgə xaqanın  adı kimi  qəbul  edir.  «Bilgə» 
sözü  «bil»  sözündən  əmələ  gəlmişdir:  göytürk  Orxon-Yenisey 
abidələri mətnlərində də,  qədim türk qəbilələrinin dillərində də, 
müasir  türk  xalqlarının  dillərində  də  eyni  mənada  -   «bilmək» 
mənasmda  işlənmişdir,  -gə  morfemi  sifətdüzəldən  şəkilçidir. 
«Bilgə»  sözü  «biliyi  olan»,  «bilik  sahibi»,  «bilikli»,  «bilici» 
deməkdir.  Biz  onu Azərbaycan  dilinə  «müdrik»  sözü  vasitəsilə 
tərcümə edirik. Ongin abidəsində də bu mənada işlənmişdir.
İndi  Ongin  abidəsinin  kimin  şərəfinə,  nə  vaxt  və  kim 
tərəfindən qoyulduğunu müəyyənləşdirək.
244
Abidənin  ön  tərəfinin  dördüncü  sətrində  belə  bir  cümlə 
var:  Kapağan  Eltəris  kağan  eli 

 
hlıntım.  S.Y.Malov  bu 
cümləni  belə  tərcümə  edir:  «Я,  Капаган,  был  воспитан  в 
преданности государству Эльтерес -  кагана - Mən,  Kapağan, 
Elteres  xaqanın  dövlətinə  sədaqət  ruhunda  tərbiyələndirildim». 
Bu tərcümədən belə çıxır ki, abidə  İltəris xaqanın şərəfinə yox, 
Kapağanın  /xaqan  olmayan  naməlum  bir  Kapağanm/  şərəfinə 
qoyulmuşdur.  Həmin  cümləni  belə  tərcümə  etmək  lazımdır: 
Fateh  Eltəris  xaqan  elinə1  verildim  /«kılmtım»  felini  biz 
«verildim»  kimi  tərcümə  etməyi  lazım  bildik/.  Deməli,  abidə 
İltəris xaqanın yox, onun elinə sədaqətli olan bir şəxsin şərəfinə 
qoyulmuşdur.  Sağ  tərəfin  üçüncü  sətrində  oxuyuruq:  Təgip 
inimə,  oğlıma  anca  ötlədim:  Kalyurıp  Eltəris  kağanka 
adınlmaduk,  yaqılmaduk.  Bu cümləni  belə tərcümə etmək olar: 
«/Düşmənə/  hücum  edib  kiçik  qardaşıma,  oğluma  elə  nəsihət 
verdim:  qəzəblənib  Eltəris  xaqandan  ayrılmadıq,  /ona  qarşı/ 
yanılmadıq».  Deməli,  şərəfinə  abidə  qoyulan  adam  öz 
qohumlarına vəsiyyət edir ki, onlar həmişə Eltəris xaqana sadiq 
qalsınlar.  Bunu  sonrakı  cümlə  də  sübut  edir:  «Tcrjri  bilgə 
kağanta  adırılmalım,  azmalım  tiyin  anca  ötlədim  -  Tanrı 
/müqəddəs/  müdrik  xaqandan  ayrılmayaq,  /ona  qarşı/  səhv 
etməyərək,  -  deyə eləcə  nəsihət  etdim».  Əvvələn,  bu cümlədə 
«bilgə»  sözü  xaqanın  adı  deyil,  «tenri» sözü  kimi  o da xaqanın 
epitetidir.  İkincisi,  cümlədən  məlum  olur  ki,  şərəfinə  abidə 
qoyulan  adam  xaqan  deyil,  onun  sərkərdələrindən  biridir. 
Çoxları,  o  cümlədən  A.Bemştam,  belə  iddia  edir  ki,  həmin 
adam Tonyukukla polemikaya girmiş  və böyük qardaşının qəbri 
önündə özünə haqq qazandıran Kapağan xaqandır.
Kapağan  xaqan  qardaşı  İltəris  xaqana  iki  səbəbdən  belə 
abidə qoya bilməzdi.
Birincisi,  İltəris  xaqan  idi,  Tonyukuk  vəzir  də  olsa,  hər 
halda  onun  əyanlarından  biridir.  Digər  tərəfdən,  Kapağan  da
1 «El» sözü haqqında bax: А.Раджабов. О переводе слова äC в древнепорк- 
ских рунических  памяниках. -  Ученые записки Азербайджанского  госу­
дарственного  педагогического  института  им.  В.ИЛенина,  XI  серия, 
1967, №3.
245

xaqan  idi.  Tonyukuk  abidəsi  Ongin  abidəsindən  müqayisəyə 
gəlməz  dərəcədə  üstündür.  Heç  cür  ola  bilməz  ki,  hakimiyyət 
başında  olan  bir  xaqan  ondan  əvvəl  hakimiyyət  sürmüş  böyük 
qardaşı  xaqana  vəzirin  qoyduğu  abidə  ilə  müqayisədə  cılız 
görünən bir abidə qoysun.  Şahlar, xüsusən şərq şahları heç dözə 
bilməzlər  ki,  başqaları  onları  kölgədə  qoysun  (Nizami 
Gəncəvinin  «Yeddi  gözəl»  poemasında  Simnarın  taleyini 
xatırlamaq kifayətdir).
İkincisi, Kapağan xaqan böyük qardaşına abidə qoymaq və 
Tonyukukla  mübahisə  etmək  qərarına  gəlmişdisə,  onda 
Tonyukuka  layiqli  cavab  verməli  idi.  Halbuki  Ongin  abidəsinin 
mətnində  belə  bir  cavab  yoxdur.  Bu  abidədə  nəinki  qüdrətli 
Tonyukuka,  hətta  adi  köçəri  maldara  layiqli  cavab  yoxdur. 
Mübahisəyə girmək və heç nə deməmək -  bu,  ən azı qəribədir, 
xaqan üçün isə təhqirdir.
Bir  məsələni  də  qeyd  etmək  lazımdır.  Az  qala,  bütün 
tədqiqatçılar 
Tonyukuku 
Kapağan 
xaqanın  düşməni
adlandırırlar.  Tarixdən  bizə  məlumdur  ki,  Tonyukuk  Kapağan 
xaqanın  baş  vəziri  olmuşdur.  Buradan  haqlı  bir  sual  doğur: 
Hansı  xaqan  öz  qatı  düşmənini  özünə  baş  vəzir  qoyar?  Digər 
tərəfdən,  mənə  səhih  məlumdur  ki,  Kapağan  xaqan  və  müdrik 
Tonyukuk arasında heç bir düşmənlik olmamışdır.
Bundan  başqa,  Ongin  abidəsində  Tonyukuk  abidəsində 
olmayan  Eletmiş  Yabğu,  İşbara,  Yoğa  adlarına  da  rast  gəlirik. 
Tonyukukla  mübahisədə  bu  adlar  heç  nə  demir,  ümumiyyətlə, 
Ongin abidəsində bu adlar müəyyən bir məqsədə xidmət etmir. 
Bəs nə üçün Kapağan  xaqan Tonyukukla mübahisədə bu adlara 
müraciət edir?
Abidənin  ön  tərəfinin  beşinci  sətrində  oxuyuruq:  «Bu 
Tabğaçda  yıraya  bəg  oğuz  ara  yeti  ərən  yağı  bolmıs.  KaQim 
bağa teqrikən  tiyin  anta yorımıs,  isig,  küçin bermis»;  tərcüməsi: 
«Bu  Tabğaçdan  /Çindən/  şimala  bəy  oğuzlar  arasında  yeddi  ən 
igid /ərən/ yağı olmuş.  Atam bağa tanrısifət deyə onda yürümüş, 
işini,  gücünü  vermiş».  Abidənin  ön  tərəfinin  altıncı  sətrində bu 
fikir davam etdirilir: «Teqrikənkə  isig birtig tiyin yarlıkamıs, sad 
atığ  anta  birmis»;  tərcüməsi:  «Tanrısıfətə  işini  verdin  /xidmət 
etdin/  deyə  ferman  vermiş,  şad  adını  onda  vermiş».  Buradan
246
belə  çıxır  ki,  abidə  qoyanın  atası  /kaqım  bağa/,  yəni  şərəfmə 
abidə  qoyulan  adam  xaqana  xidmət  etmiş,  onun  əmri  ilə 
düşmənlərə  qarşı  vuruşmuş  və  bu  xidmətlərini  nəzərə  alaraq 
xaqan  ona  /şərəfinə  abidə  qoyulan  adama/  şad  adı  vermişdir. 
Abidənin  ön  tərəfinin  səkkizinci  sətrində  məsələ  daha  da 
aydınlaşır:  «Kaqım  şad  anca  ötünmis:  teqrikən  almazun»; 
tərcüməsi: «Atam şad eləcə öyüd vermiş: tanrısifət almasın».
Deməli, abidəni  qoyan  şəxsin atası şad rütbəsi  daşımışdır. 
Məlum  faktdır  ki,  İltəris  xaqan  və  Kapağan  xaqanın  atası  şad 
rütbəsi daşımamışdır.  İltəris xaqan  hələ Kutluğ xan olarkən Çin 
hakimiyyətinə  qarşı  üsyan  qaldırmış,  Birinci  Türk  xaqanlığı 
süqut  edəndən  əlli  il  sonra  İkinci  Türk  xaqanlığının  əsasını 
qoymuşdur.
Daha  bir  fakt  abidənin  Kapağan  xaqan  tərəfindən 
qoyulmadığını  göstərir.  Yuxarıda  abidənin  sağ tərəfinin  üçüncü 
sətrindən  gətirdiyimiz  nümunədə  «...inimə,  oğlıma...  ötlədim» 
/...  kiçik  qardaşıma,  oğluma...  nəsihət  verdim/  ifadəsi  vardır. 
Çin  qaynaqlarının  yazdığına  görə,  İltəris  xaqanın  /deməli, 
Kapağan  xaqanın da/ Dusifu adlı  kiçik qardaşı olmuşdur.  Lakin 
Kapağan  xaqanın  hakimiyyəti  illərində  onun  adı  nədənsə  heç 
yerdə  çəkilmir.  Türk  törüsünə  görə,  Kapağan  xaqan  taxta 
oturduqdan  sonra  Dusifu  tarduşların  şadı  olmalı  idi.  Tarixdən 
məlumdur  ki,  Kapağan  xaqan  taxtda oturduqda  tarduşların  şadı 
İltəris  xaqanın  böyük  oğlu  Bilgə  xaqan  olmuşdur.  Deməli, 
haqqında söhbət gedən zamanda Kapağan xaqanın kiçik qardaşı 
olmamışdır; olmayan kiçik qardaşa nəsihət vermək olmaz.
Beləliklə,  Ongin  abidəsinin  Kapağan  xaqan  tərəfindən 
qoyulmadığı məlum olur.
Ongin  abidəsinin  qoyan  şəxs  abidənin  ön  tərəfinin 
dördüncü  sətrində özü  haqqında geniş məlumat verir:  «Kapağan 
Eltəris  kağan  elirjə kılıntım.  Eletmis  Yabğu oğlı  işbara Tamğan, 
Çor  Yoğa  inisi bilgə  işbara Tamğan Tarkan yumğalığ bes yetmiş 
cçim,  atım»;  tərcüməsi:  «fateh  Eltəris  xaqan  elinə  verildim. 
Eletmiş  Yabğunun  oğlu  İşbara  Tamğan,  Çor  Yoğanın  kiçik 
qardaşı  müdrik  işbara  Tamğan  Tarkan  bir  yerə  yığılmış  altmış 
beş  böyük  və  kiçik  qohumlarım...»  Bundan  aydm  və  geniş 
məlumat nəyə  lazımdır?  Ongin abidəsini  qoyan:  1.  Fateh  İltəris
247

xaqanın  sərkərdələrindən  bindir.  O nə  Kapağan  xaqanı, nə  də 
Bilgə xaqanı tanıyır.  Hər  iki xaqan tarixin  sonrakı səhifələrinin 
məhsuludur.  2.  Eletmiş  /yəni:  dövlət yaratmış/  Yabğunun  /şad 
və  yabğu  türk  dövlətində  xaqandan  sonra  ən  böyük 
şəxsiyyətlərdir/ oğludur;  onun  adı  Işbara Tamğandır.  3.  O,  Çor 
/Türk 
xaqanlığında 
çor 
ən 
böyük 
hərbi 
rütbədir, 
müasirləşdirsək,  marşala  bərabərdir/  Yoğanın  kiçik  qardaşıdır; 
onun  adı  Işbara  Tamğan  Tarkandır.  Işbara  Tamğan  və  Işbara 
Tamğan  Tarkan  eyni  bir  şəxsdir.  O,  atası  haqqında  məlumat 
verərkən  təvazökarlıq  edib  özünü  sadəcə  Işbara  Tamğan 
adlandırır,  böyük  qardaşı  haqqında  məlumat  verərkən  isə 
özünün  həm  də  müdrik  olduğunu,  habelə  Tarkan  rütbəsi 
daşıdığını  da  göstərir.  Deməli,  Ongin  abidəsini  müdrik  Işbara 
Tamğan Tarkan qoymuşdur. Bəs o,  atasının  və böyük qardtşmın 
adlarını  abidəyə  nə  üçün  salmışdır?  Bu  suala  abidənin  sağ 
tərəfindəki  dördüncü  sətirdə  cavab  verilir:  «Üzə  terçri  kan  lüi 
yılka  yetinç  ay  küçlig  alp  kağanımda  adıralu  b ardı qız»; 
tərcüməsi:  «Üstdə  tanrı  xan  əjdaha  ili  yeddinci  ayda  güclü  igid 
xaqanımdan ayrılaraq getdiniz /vəfat etdiniz/».  Cümlənin xəbəri 
felin  şühudi  keçmiş  zamanı  ikinci  şəxsinin  cəmində  işlənir. 
Deməli,  vəfat  edənlər  yaxud  həlak  olanlar  iki  və  ya  daha 
çoxdur.  Ongin  abidəsinin  mətnində  Işbara  Tamğan  Tarkan  iki 
nəfərdən  -   atası  Eletmiş  Yabğudan  və  böyük  qardaşı  Çor 
Yoğadan  söhbət  açır.  Görünür,hələ  Eltəris  xaqanın  sağlığında 
hansı  bir  ağır  döyüşdəsə  Işbara  Tamğan  Tarkanın  atası  Eletmiş 
Yabğu  və  böyük  qardaşı  Çor  Yoğa  qəhrəmancasına  həlak 
olmuşlar.  Işbara  Tamğan  Tarkan  öz  adından,  habelə  altmış  beş 
qohumu adından onlar abidə qoymuşdur.
İndi  də  abidənin  qoyulduğu  tarix  haqqında.  Ongin 
abidəsinin qoyulması tarixi  haqqında indiyədək deyilən fikirləri 
rədd edərək biz qəti olaraq bu fikirdəyik ki, bu abidə hələ İltəris 
xaqanın  sağlığında,  yəni  689-cu  illə  693-cü  il  arasında 
qoyulmuşdur. Başqa sözlə desək, Ongin abidəsi Kül tigin, Bilge 
xaqan  və Tonyukuk abidələrindən  əvvəl  qoyulmuşdur.  Bu fikri 
onun  nisbətən  kiçik  həcmli  olması  və  üslubu  da  sübut  edir. 
Üslubuna  görə  Ongin  abidəsi  Kül  tigin  və  Bilgə  xaqan
248
abidələrinə  yaxm  olsa  da  həmin  abidələrə  nisbətən  xeyli 
bəsitdir.
Abidənin əsli  əlimizdə olmadığı üçün onun qoyulduğu  ili 
dəqiq  söyləmək  mümkün  deyildir.  Məsələ  burasındadır  ki, 
Ongin  abidəsinin  H.N.Orkun  və  S.Y.Malov  tərəfindən  edilmiş 
nəşrlərində  sağ  tərəfin  dördüncü  sətrində  «lüi  yıl  yetinç  ay  -  
əjdaha ili yeddinci  ay»,  C.Klausonun nəşrində isə  həmin yerdə 
«koy  yıl  yetinç  ay  -  qoyun  ili  yeddinci  ay»  ifadəsi  verilir 
(əlbəttə,  göy türk  Orxon-Yenisey  əlifbası  ilə).  Hansı  nəşrdəki 
ilin  daha  doğru  olduğunu  deyə  bilmədiyimiz  üçün  (cstempaj, 
yaxud  foto-surət  olsa  idi,  bunu  müəyyənləşdirmək  olardı) 
abidənin  qoyulması  üçün  hər  iki  tarixi  müəyyənləşdirməliyik. 
İltəris xaqanın sağlığında əjdaha ili 692-ci ilə, qoyun ili isə 689- 
cu ilə düşür.
Deməli,  Ongin  abidəsi 692-ci  ildə  (əjdaha  ilində),  yaxud 
689-cu  ildə  (qoyun  ilində)  müdrik  Işbara  Tamğan  Tarkan 
tərəfindən  İltəris  xaqanın  apardığı  döyüşlərdən  birində  həlak 
olmuş atası  Eletmiş Yabğu və böyük qardaşı Çor Yoğa şərəfinə 
qoyulmuşdur.
Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin