ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ


Rəiyyətlərin kənddə yaşayış vəziyyəti



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə25/27
tarix03.02.2017
ölçüsü4,07 Mb.
#7453
1   ...   19   20   21   22   23   24   25   26   27

Rəiyyətlərin kənddə yaşayış vəziyyəti 

 

Kəndlilər  yeri öküznən əkirdilər. Onlar əkini suvarmaq üçün 

gecələr  oyaq  qalırdılar.  Gündüzlər  yer  sürərdilər.  Məhsul  ələ 

gələndən  sonra  zəmiləri  biçərdilər.  Bundan  əvvəl  bir  kəllə  qənd 

aparıb sahibkarlardan taxıl biçməyə  icazə alardılar. Malikə darğa, 

ya  zabitə  deyırdilər.  O,  adam  gondərirdi  ki,  xırmanın  məhsulunu 

ölçsün. Məhsuldan 5 qismini rəiyyət özü götürürdü. Bir qismini də 

ərbabın  məmuruna  verərdilər.  Darğa  bəhrəni  yığandan  sonra 

rəiyyətdən  ulaq  istəyirdi  ki,  məhsulu  şəhərə  aparsın.  Kəndlərdən 

gələn  məhsulu  malikin  anbarına  tökərdilər.  Malikin  uşaqları 

hərdən  qonşu  uşaqları  eşşəyə  minməyə  qonaq  edərdi.  Rəiyyətlər 

ondan  sonra  uşaqları  yığıb  qayıdar,  öz  qismətlərini  sərib 

qurudardılar. Qurumuş məhsulu quyuya tökərdilər. Qalın davamlı 


 

422 


ipdən  böyük  otaq  boyda  tor  toxuyurdular.  Sonra  kəndin  cavan-

larını nahara dəvət edərdilər, bu ad ilə ki, sabah saman abguştuna 

gəlin. Böyük qazan abguşt bişirib, böyük süfrə açardılar. Cavanlar 

hamısı  yığılıb  samanı  torun  içinə  tökərdilər.  Onun  hər  tərəfindən 

yapışıb ucadan:  “Allah, Mühəmməd, Əli” deyə-deyə dama  çıxar-

dılar.  Damın  bacasından  samanlığa  saman  tökərdilər.  Bundan 

sonra  nahar  yeyib  gedirdilər.  Hər  kəsin  samanı  olsaydı  cavanlar 

əlmuzdu almadan ona kömək edərdilər. Kəndin qaydası idi, muzd 

almazdılar. Kənd əhli imanlı olar, xırman qurtarandan sonra yaxşı 

gəlirləri  olan  adamlar  Kərbəlaya  getməyə  hazırlaşardılar.  Bu  iş 

ücün  südlü  çörək  bişirib  kisəyə  doldurardılar,  ondan  əlavə  halva 

bişirib bir qaba yığardılar. Az da olsa pendir düzəldib götürərdilər. 

Sonra səfər yükünü bağlardılar. Əgər Kərbəlaya getmək atalarının 

vəsiyyəti olsaydı onu da qəbirdən çıxarıb Kərbəlaya aparmaq üçün 

bir  kisəyə  qoyardılar.  Hər  kənddə  bir  nəfər  çavuş  olardı.  O  bir 

dənə  ələm  götürərdi,  küçələrə  düşüb  səslənərdi.  O,  küçələri 

dolanandan  sonra  ələmi  məscid  qabağında  yerə  sancardı,  ucadan 

sözlərini  deyərdi.  Camaat  hər tərəfdən ora  yığışardı.  Bu  mərasim 

on günə qədər hər gün məscid qabağında olardı. Hər gündə hamı 

yığışıb çavuşun səsi ucalan zaman ağlaşardı. Çavuş tez-tez tilavət 

çevirib deyirdi: “Əimmə ithar əleyhəssəlami gül camalın tülavət”. 

Zəvvar çavuşun Kərbəlaya getmək xərcini verib onu özü ilə 

aparardı.  Bəzi  vaxtlar  birlikdə  mənzilbəmənzil  piyada  gedər-

dilər.  Yol  üstü  hər  kəndə  yetişəndə  çavuş  ələmi  yerə  vurar, 

çavuşluğa  başlardı.  Camaat  onun  başına  yığışardı.  Pulu 

olmayanlara pul verərdilər, nəzir verərdilər, ya nahar verərdilər. 

Hərdən  də  neçə  nəfər  onlara  qoşulub  Kərbəlaya  gedərdi.  Hər 

kənddə bu təşrifat təkrar olunardı. Zəvvarın gedib-qayıtmağı altı 

ay  çəkərdi.  Hərdən  bəzi  kəndlərdə  zəvvarlara  at  verər,  onlarla 

bir  yerdə  gedib  qayıdardılar.  Bəzi  kəndlərdə  varid  olanda  kənd 

əhli  pişvaza  gəlib  qurban  kəsərdi.  Onlar  zəvvarları  kənddən 

çıxana kimi yola salıb-qayıdardılar. 

Zəvvarların  öz  kəndlərinin  əhalisi  kəndə  xəbər  çatan  kimi 

yığışıb pişvaza çıxardılar. Onlar pul yığıb öküz alar, zəvvarların 



 

423 


ayaqları  altında  kəsərdilər.  Ziyarətdən  gələn  adam  üç  gün 

bozbaş ehsan verib yaxın kəndlərin əhalisini qonaq çağırardı.  

Əgər  zəvvarların  birinin  ölüm  xəbəri  gəlsəydi,  sonra  xəbər 

yalan  çıxsaydı,  o  adam  evinə  girən  zaman  qapıdan  girməzdi, 

pəncərənin qabağına bir nərdivan qoyardılar ki, o pəncərədən evə 

girsin.  Sonra kəndin  böyükləri  yığışıb  deyirdilər  ki, tənbəlliyyəti 

açırıq.  Sonra  gələn  sovqatı  paylayardılar.  Hər  evə  bir  möhür,  üç 

dənə xurma, bir ipək dəsmal, bir az da çörək xırdalayıb verərdilər. 

Pay alan şəxs də sovqatın yerinə bir cüt ip corab, dörd şahı pul (o 

zaman bir abbası deyirdilər) qoyardı. Deməliyəm ki, ipək dəsmalı 

hər adama yox, çox yaxın adamlara yollardılar. 

 

Kənd yaşayışı 



 

Kəndlərdə indiki kimin bolluq deyildi. Hər ailə bir neçə to-

yuq saxlayardı. Yumurtaları yığıb satardılar. Çox zaman dükan-

da  qənd,  çay,  kişmiş  və  s.  alıb,  yerinə  yumurta  verərdilər.  On-

ların həmişəlik yeməkləri süd, qatıq, kərə, ayrandan ibarət idi. 

Kənd əhli çox türkəsaya, inamlı insanlar idilər. Kənd əhali-

sinin  əli  çox  zaman  təbibə  çatmazdı.  Onlar  xəstələri  sağaltmaq 

üçün  türkədavadan  istifadə  edirdilər.  Məs:  Qızdırması  olana 

bənövşə  gülünün  dəmlənmiş  çayı,  şəkəri  olanlara  bulaq  otu, 

ishalı  olanlara  boymadərən,  bədəninə  soyuq  olanlara  yarpız 

dəmlənməsi,  ürəyi  tutğun,  qüssəli  olanlara  boymadərən,  bədən-

ləri  soyuq  olanlara  kəklikotu  dəmlənmişi,  bədənlərində  çirk 

olanlara  yarpız  dəmlənməsi,  gözlərinə  çırtıq  çıxanlara  xərçəng 

sümüyünün  tüstüsünü,  sevdası  olanlara  şatrənin  xam  suyundan 

acqarnına bir stəkan verərdilər. 

Xanımlar  evdə  müxtəlif  əl  işləri  görərdilər.  Cəhrə  ilə  ip, 

əlkin ilə sap əyirərdilər. Kişilərin, uşaqların müxtəlif paltarlarını 

xanımlar  toxuyurdular.  O  cümlədən,  şərf  (şal),  corab,  əlcək, 

börk  və  sairə  şeylər.  Bunlardan  əlavə  kilim,  cecim  də  toxuyar-

dılar. Hamısının ipi, sapı yundan olardı. 

Onlar çayı qara aftafada düzəldirdilər. Kərə düzəltmək üçün 

nehrədən  istifadə  edərdilər.  Onlar  qatığı  nehrəyə  töküb  çalxa-



 

424 


layır, kərə düzəldirdilər. Onu böyük bir qazana boşaldıb, kərəni 

ayrandan ayırırdılar. 

Qoyun  kəsilən  zaman  onu  doğrayan  kimi  uşaqlar  ətindən 

parça-parça  götürüb  kuzənin  içinə  atar,  sonra  alaçiy  bişirib 

dişlərinə  çəkərdilər.  Qoyun  doğrayanın  işi  qurtarana  kimi  ətin 

dördən biri yeyilərdi. 

Kəndlilər  çarıqlarını  özləri  dəridən  tikərdilər.  Xanımlar 

keçə  börk  tikərdilər.  O  zaman  kəndlərdə  hamam  olmazdı.  Ca-

maat  yay  fəslində  çayda  yuyunardı.  Soyuq  düşən  zaman,  qışda 

təndir  başında  yuyunardılar.  Sabun  yerinə  coğan  istifadə  edir-

dilər.  Paltarlarını  coğanla  yuyardılar.  Gil  ilə  yuyulan  baş  tez 

ağarmaqdan, tökülməkdən xilas olurdu. 

 Şəhərə piyada gedərdilər. Ümumən bədəni tez yormazdılar. 

Gecələr  tez  yatar,  səhər  tezdən  durub  namaz  qılıb,  səhər  hava-

sından  istifadə  edərdilər.  Beləliklə,  həm  işləri  qabağa  düşərdi, 

həm  də  səhhətləri  yaxşı  olardı.  Onlar  qəlyanaltı  üçün  şirin  çay 

içməzdilər.  İsti  çörəynən  şor,  ya  qatıq,  ya  da  kərə  yağı  yeyər-

dilər.  Mədələri  də  salim  olardı.  Yeməkdən  sonra  uşaqlar,  bö-

yüklər iş üçün kövşənə dağılardılar. 

Kənd əhlinin tamahı az olardı, dünya malına elə əhəmiyyət 

verməzdilər, zər- zivər üçün qüssə yeməzdilər. Allah şükür edən 

bəndələr idilər. Bunların içindən çox doktor, alimlər çıxıblar. Bu 

da salim yeməyin, azad havanın, fikir rahatlığının nəticəsi idi. 

Qış  gecələri  neçə  ailə  bir  yerə  yığışardılar.  Əyləncə  üçün 

savadlı olan bir şəxs “Əmir Aslanın” nağılın söyləyirdi, hamı da 

qulaq  asırdı.  Zənənlər  oturub  kişilərə,  uşaqlara  corab  toxuyar-

dılar.  O  zaman  bərq  yoxdu,  neft  az  idi.  Evləri  işıqlandırmaq 

üçün  qamışdan  istifadə  edərdilər.  Qamışı  yığıb  qurudardılar. 

Təndirdən  bir  miqdar  soyuq  kül  çixardıb  evin  bir  guşəsinə 

tökərdilər. Hər dəfə bir qamış əlin içinə sancıb yandırardılar. Bir 

qamış  yanandan  sonra  başqasın  sancıb  yandırardılar.  Beləliklə, 

şam  kimi  onun  işığından  istifadə  edərdilər.  Xanımlar  qamışın 

işığında toxuma işi görürdülər. 


 

425 


Kənddə  gündəlik  çörək  bışirərdilər,  boyat  çörək  yeməz-

dilər.  Çörək  bişirəndə  hər  işi  özləri  görərdilər.  Xanımlar  özləri 

təndir salmaq, xəmir eləməkdən tutub, ya kündə, vərdənə, oxlov 

atmaq  kimi  işləri  də  özləri  görərdilər.  Bir  miqdar  işləyəndən 

sonra  gedib  qəhvəxanada  əyləşib,  çay  içib  qəlyan  çəkərdilər. 

Xanımlar axşamadək ayaqyalın gəzərdilər. 

Axşam naxır gələn vaxt gedib bulaqda, ya çayda ayaqlarını 

yuyub evə gələrdilər. Kişilər başmaq yerinə çarıq geyərdilər. 

O zamankı rəiyyətlər malikə bir toyuq aparardılar. Qohum, 

ya  tanışlardan  biri  naxoş  olsaydı  deyirdilər:  Ağalığa  toyuq 

aparıram. Onu mərəzin başına dolandırıb verərdilər. Gətirib, onu 

əzib  isladardılar.  Xanımlar  da  süpürgə  ilə  otaqları  ağardardılar. 

Bu işi məmulən bayrama yaxın görərdilər. 

Kəndlilərin  toyları  da  maraqlı  olardı.  Biri  istəsəydi  birinin 

qızını oğluna alsın, əvvəl kəndin ağsaqqallarından bir neçə ağıl-

lı,  təcrübə  götürmüş  adamı  dəvət  edərdilər.  Onlar  gecə  oğlan 

evinə yığışardılar. Bu məclisin adına “məsləhət çayı” deyərdilər. 

Əvvəl  çay  gətirərdilər,  sonra  oğlanın  atası  deyirdi:  Mən  filən-

kəsin  qızını  istəyırəm  oğluma  alam,  siz  nə  məsləhət  bilirsiniz? 

Onlar  da  əgər  səlah  bilsəydilər,  öz  aralarından  iki  nəfəri  seçib 

yollardılar  qızın  atasının  yanına.  O  da  vaxt  istəyərdi,  öz 

dövrəsini  məsləhət  çayına  dəvət  edərdi.  Oğlanın  əxlaqı,  rəftarı 

dədəsinin  işlərində  köməkçi  olması,  xərmən  yığışdırması,  su 

suvarması  kimi  məsələlər  barədə  götür-qoy  eyləyib,  əgər  səlah 

bilsəydilər,  xəbər  verərdilər  ki,  gəlsinlər.  Buna  görə  oğlanın 

atası bir iddə, qızın atası da bir iddə ağsaqqallardan çağırırdılar. 

Hər  iki  adama  bir  nəlbəki  kişmiş  qoyardılar,  çay  gətirərdilər.. 

Əvvəl  oğlanın  qonaqlarından  hər  hansı  ki,  daha  hörmətli 

olsaydı, çayı o içərdı, təbrik deyərdı, stəkanı aparıb “ağzın şirin 

olsun” deyərdi. Ondan sonra o çayi o birilər içərdilər. 

Kəbin sözün, başlıq sözün danışardılar. Bir inək, iki qoyun. 

Oğlanın  atası  hampa  olsaydı,  bir  qitə  zəmı  saldırardı  qızın 

kəbininə.  Başlıq  da  kəbinə  baxardı,  çox  olsaydı,  çox  alardılar. 

Az  olsaydı,  az.  Aldıqları  başlıqla  cehiz  alardılar,  gəlin  özü  ilə 



 

426 


oğlan evinə aparardı. Cehiz üçün  bir təşt, bir  məcmiyə, bir dəst 

dövri  boşqab,  kasa,  piyalə  (bunların  hamısı  misdən  olardı),  bir 

dəst  yorğan-döşək,  kürəkənə  bir  cüt  corab,  bir  pul  kisəsi,  bir 

tuman  bağı,  bir  canamaz  qoyardılar.  Bunlardan  sonra  damadın 

anası,  bacıları,  xalası,  bibisi,  dayı  arvadı,  əmi  arvadı,  ağbir-

çəklərindən neçə nəfəri yığışıb gedərdilər şəhərə bazarlığa. 

Hansı dükançıya  müştəri olsaydılar, ora gedərdilər. Bir az da 

noğul alıb, aparardılar ki, mağaza sahibləri ağızlarını şirin eləsinlər. 

Bazarlığa  gələnlərin  hər  birinə  xələt  alardılar.  Gəlinin  parçasını 

kəsdirərdilər.  Bazarda  onlara  çay  gətirərdilər.  Bəyin  yoldaşları-

dostları  gəlinin  qabağında  at  çapdırardılar.  Gəlin  qapıya  çatanda, 

varlılar  bir  top  parça  payəndaz  salardılar.  Payəndaz  qapıdan  ta 

gəlinin  atının  ayağına  dayanana  kimi  olardı.  Meyvə  fəsli  olsaydı, 

bu  əbrişəm  parçanın  o  tərəf-bu  tərəfinə  cürbəcür  meyvələr 

düzərdilər. O boşqabların bir- birindən bir metr arası olardı. 

Gəlin  gələndə  aşıqlar  qabağa  çıxardılar.  Gəlinin  adamları 

onların qavalına pul atardılar, gəlini  evə aparardılar. Gəlinin çi-

lovdarı  parçanı  yığıb,  meyvələri  xurcuna  tökərdı,  parça  da  ona 

yetişərdi. 

Gəlini evə gətirəndən sonra qabağında tamam qoca xanım-

lar, bibidən, xaladan, damadın anası,  bibisi,  xalası aşığın alnına 

qızıl  yapışdırardılar.  Gəlin  əyləşərdi,  aşıqlar  mürəxəs  olub, 

sazlarını götürüb gedərdilər. 

Sonra  nahardan  qabaq  aşpaz  qonaqlara  kabab  yollardı. 

Qonaqlar  onun  yerinə  pul  qoyardılar,  oğlanın  anası  da  xələt 

verərdi. Sonra qayınanası gəlib gəlinə deyirdi: – O tövlədəki sarı 

inəyi verdim sənə, əyləş. Əyləşməzdi. 

Böyük  qaynı  gəlib  deyərdi:  O  qaşqa  inəyi  verdim  sənə, 

əyləş. Əyləşməzdi. 

Kiçik qayın gəlib deyirdi: O qaşqa inəyi verdim sənə, əyləş. 

Əyləşməzdi. 

Böyük  baldız  gəlib  deyirdi:  –  Bir  dənə  naxışlı  cecim  uzat-

mışam, dardadı kəsəndən sonra onu verəcəm sənə. Əyləşməzdi. 


 

427 


Kiçik  baldız  gəlib  deyirdi:  –  Bir  cüt  məfrət  verdim  sənə, 

əyləş. Əyləşməzdi. 

Qayınana xəbər alırdı: Gəlin, bəs məndən nə istəyirsən?  

Gəlin deyərdi: – Sırğa istəyirəm, yəni güşvarə. 

Deyirdi: – O da gözüm üstə, gəlin, əyləş. 

Bu zaman o əyləşərdi. 

Gəlini  dədəsi  evindən  gətirəndə  atası  gəlib  ona  nəsihət 

verib deyirdi: 

–  Qayınnənəvun,  qayınatavun,  qayınlarivün  otağında 

olasan, oğullu-qızlı olasan, get səni Allaha tapşırdım. 

Sonra  gəlini  ayaq  açdıya  çağırırdılar.  Yeyib,  icib  gedəndə, 

dədəsi gəlib deyirdi: 

 –  Yasəmən,  ya  Bagdagül,  o  tövlədəki  kəhər  atı  verdim 

sənə,  gedəndə  özünlə  apar.  Gedəndə  bəy  atı  tövlədən  çıxarıb 

aparırdı.  Əgər  dədə  evinin  dolanışığı  zəif  olsaydı,  iki  qoyun  ya 

bir cüt məfrəş verərdi. 

Toydan  bir  gec


 

428 


büküb bankada saxlayırdılar. Ondan birini dilim-dilim edib, hərə-

yə  paylayardılar.  Kənddə  kişilər,  zənənlər  gecəli-gündüzlü  işlə-

yirdilər..  Yaşı  çox  olanlar  ata,  heyvana,  toyuğa,  tövləyə  ba-

xardılar. Qadınlar çöldə öz kişilərinə kömək edib, alaq edərdilər. 

Cavan qız-gəlinlər evdə fərş-cecim toxuyurdu. Onlar özlərinə  la-

zım olan cecimi götürərdilər. Qalan malları kişilər aparıb şəhərdə 

satardı.  Yerinə  hər  nə  lazım  olsaydı  alıb  qalan  pula  da  mal-

davarlarını  artırardılar.  İmkanı  olanlar  Məşhədə  ziyarətə  gedər-

dilər.  Məşhəddən  gəlinin  pişvazına  çıxıb  özləri  ilə  çavuş  aparır-

dılar. Çavuş səslənərdi, famil-dəst, aşna zairin başına yığışardılar. 

Bir  Məşhəddən  gələnin  evində  yatıb,  gecə  orda  qalardılar.  Bir 

qisim  adamlar  isə  gedərdi.  Üç  gün  nahar,  şam  ehsanı  verilərdi. 

Ondan  sonra  xeyirxah  insanlar  yığışardılar  bir  yerə,  deyirdilər 

ziyarətdən  gələnin  xurcununu  açaq.  Onlar  xurcunu  bir  yaşlı 

xanımın önünə qoyardılar. Xurcundan bir yelpik, üc dənə xurma, 

beş-altı səbzə, bir az südlü çörəyi bir boşqaba töküb, dost-aşnalara 

yollayardılar. Onlar da bir-iki dənə yumurta, iki qara pul, iki şahı 

pul sovqatın yerinə qoyardılar. Bu pay sovqatı gətirənə yetişərdi. 

Sonra  yaxınları  hər  gün  bir  zəvvarı  nahara  çağırardı.  Bir  zəvvar 

demişdir  ki,  ziyarət  vaxtı  üzümü  həzrətin  zərihi-mübarəkinə 

sürtürdüm  ki,  təbərrük  olsun.  O  vaxtdan  bu  günəcən  üzümü 

yumamışam ki, camaat məni öpəndə, onlar da təbərrük olsunlar. 

Qədim Ərdəbildə bir dəllal Məşədi Gülü var idi. Bir boxça 

parça  götürüb,  gündə  bir  əyanın  evinə  gedərdi.  Hər  kəs  qız 

almaq  fikrinə  düşsəydi  ona  müraciət  edərdi.  Əvvəl  gedib  qıza 

baxardılar. Qızı görən adam əgər onun gözü çəp olsaydı, deyirdi. 

Quş  yaxşı  baxır.  Əgər  ayaqdan  çolaq  olsaydı,  deyirdi:  –  Sərçə 

yerişi  var.  Əgər  ağzı  yekə  olsaydı,  deyirdi:  –  Ağzını  büzəndə 

badama  oxşayır.  Əgər  alnı  çox  açıq  olsaydı,  deyirdi:  –  Ürəyim 

açıldı,  alnında  at  min  çap.  Qəddi  gözəl  olsaydı,  deyirdi:-  Boyu 

bəstədir,  saçları  yernən  sürünür.  Əgər  gözəl  olsaydı,  deyirdi:  – 

Gül qönçəsidir, istəyirsən dərib gətirim. 

Bir  nəfər  Gülbadam  adlı  çörək  bişirən  zənən  var  idi. 

Varlıların  evində  çörək  bişirərdi.  Bir  oğlu  vardı,  bir  əri.  Çörəyi 



 

429 


bişirib  qurtarandan  sonra  hər  nə  çörək  payı  versəydilər,  gətirib 

üç  günlüyünü  özünə  götürərdi,  qalanını  bir  neçə  ev  arasında 

yoxsullara paylayardı.  

 

Əşayirin Ərdəbil hücumu 



 

Qədim  bir  dövrdə  Ərdəbil  həndəvərində  olan  Əşayirlər 

şəhərə  hücum  edib  bütün  bazarları,  evləri  çalıb  çapırmışlar.  Bu 

dövranın  adına  “Atlıq”  deyiblər.  Onlar  küçəbəküçə,  evbəev 

gedib,  tamam  ev  hacatlarını,  ələ  gələn  vəsaili  aparırdılar.  Onlar 

fəqət  seyidlərə  ehtiram  qoyarmışlar.  Əgər  bir  nəfər  seyid  küçə 

qabağında dayanıb, onlara desəymiş o küçəyə girməsinlər, onlar 

tez bu təklifi qəbul eyləyib deyirdilər: – Ağa, cəddinə qurban. 

 Bundan  sonra  yoldan  qayıdarmıslar,  o  günlər  çox  qorxulu, 

əmniyyətsiz günlər imiş. Camaat hamısı qorxu içində yaşayarmış. 

Mərhum  ağayi  Fərəc  Pənabadi  rus  rəiyyəti  imiş.  Onun  bir 

böyük  həyəti  var  imiş.  Bazar  əhli,  tacirlər  çadır  qurub,  ara 

sakitləşənə  kimi  orada  yaşayırmışlar.  Əşayirin  haqqı  yoxuymuş 

oraya  getsin,  çünki  rus  rəiyyəti  sayılırmış.  Camaatın  bəzisi 

qiymətli  vəsaillərini  qorumaq  ücün  quyu  qazıb  onu  quyuya 

tökərmişlər. Amma bütün bu işlər çox zaman qaydasız olarmış. 

O zaman pul az  imiş, cins çox. Pullular barəsində müxtəlif 

zərb-ül-məsəllər  işlədirdilər.  Məs:  “Pulun  oldu  əlli,  adın  oldu 

bəlli”,  “Pulun  oldu  yüz,  gir  içində  üz”,  “Pulun  oldu  min,  kəhər 

atı min”. O zaman bir şahı pulla üç cürə şey almaq olardı. Neçə 

illər  bundan  qabaq  bir  ev  uçulmuşdu.  Onun  damından  bir  üstü 

yazılı  taxta  düşmüşdü.  Onun  üstündə  yazılmışdı:  “Ey  camaat 

yumurtanın onun bir şahıya aldıq, amma arvad boşamadıq.” 

 

Qədim qəhvəxanalar 



 

Qəhvəxanalar  qədim  kişilərin  bekarlıq  zamanında  yığısdıq-

ları  yer  idi.  Onlar  gedib  orada  əyləşib  çubuq,  qəlyan  çəkib,  çay 

içərdilər.  Bir  nəfər  dəvriş  qəhvəxanaya  gəlirdi.  Hərdən  də  bir 

miqdar  pul  yığıb  ona  verərdilər.  O  dərviş  onları  tərifləyərdi.  O 


 

430 


qəhvəxananın ortasında əbasın açıb, çəliyini yerə uzadardı. Sonra 

dastanı nağıl eləyərdi. Qulaq asanlar nağılı maraqla dinləyərdilər. 

Onlar sabahı gün genə nağılın qalanını eşitməyə gedərdilər. 

Qədim  pəhlivanlar  gəlib  meydanlarda  çıxış  edərdilər. 

Camaat  dövrə  çəkib  dayanardılar.  Pəhlivanlar  əvvəl  gəlib  rəcəz 

oxuyurdular,  sonra  biri  pul  yığardı,  sonra  təbil-şeypur  səsinin 

həmrahlığı  ilə güləşərdilər. Onların  birinin  yıxılmağından  sonra 

ucadan, ya Əli deyib, dağılaşardılar. 

 

Andiçmə mərasimi 

 

 Əgər  bir  adamın  and  içməyi  lazım  olsaydı  gərək  hakimin 

məsləhəti  ilə  dəstəmaz  alaydı.  Onu  Şeyx  Səfiyə  aparardılar. 

Orada bir böyük Quran vardı. O şəxs gərək əlini ona vurub and 

içəydi, amma gərək yalançı olsaydı, qorxusundan təslim olardı. 

Qaynanalara  ağabacı,  ya  şabacı  deyirdilər.  Sonralar  əgər 

qaynana  Məşhəd,  ya  Kərbəlaya  getmiş  olsaydı  ona  Məşədi 

xanım, ya da Kəlbə xanım deyirdilər. Xanımlara ərlərinin dilincə 

maman deyirlər. Bəziləri də üzdə maman, dalda arvad deyirdi. 

 Əvvəllər evi döşəmək üçün həsir salardılar. Onun üstündən 

kilim,  dövrəsinə  keçə,  ortaya  fərş  salardılar.  İndi  bütün  evi 

döşəmə eləyirlər, ortaya xalça salıb dövrəsinə mebel qoyurlar. 

 

Xanımların əl işləri 

 

O  zaman  xanımlar  çox  hünərli  olub,  yaxşı  əl  işləri  görür-

dülər,  xəyyatlıq  çərxi  yox  idi.  Bütün  tikiş  işlərini  əl  ilə  görür-

dülər.  Onlar  əlləri  ilə  yaxşı  güləbatın,  boxça,  araqçın,  köynək 

yaxası, tütün torbası və s. şeylər tikib gülduzluq edirdilər. Onlar 

sümükdən  toxuma  mil  düzəldib,  onunla  dəvətqabı,  qələmdan 

qabı,  miz  örtüyü,  corab,  əlcək  toxurdular.  Onlar  xörəklərini 

həmişə  özləri  bişirirdi.  Yalnız  toyda,  ya  təziyyədə  aşpaz 

gətirərdilər. Xanımların Quran dərsinə cox meyilləri vardı. Hamı 

səy edirdi ki, qızını Quran məktəbinə qoysun. Əgər analar Quran 



 

431 


oxumağı  bacarmasaydılar,  uşaqlarından  öyrənib,  həmişə  namaz 

başında bir-iki səhifə Qurandan qiraət edərdilər. 

Qışda  hamı  kürsü  qurardı,  çölün  bərk  küləyindən  gələnə 

kürsünün  istisi  ləzzət  verərdi.  O  vaxt  gecə  əzanından  2  saat 

keçmiş  küçədən  turp,  kələm,  yerkökü  satanların  səsi  eşidilirdi. 

Onlar uca səslə deyirdi: “Turp, kələm alan, şirin yerkökü alan”. 

Biz uşaq idik, turpçu qoca əminin səsin eşidən kimi qardaşla-

rımın biri ilə küçəyə qaçardım. Hərdən o əmi göydən parça-parça 

qar tökülən zaman gələrdi. Qardaşım yerkökü alan zaman biz də 

turpçu  əmiyə  tamaşa  edirdik.  O  başına  keçədən  börk,  onun 

üstündən  bir  çarqat,  bir  qırmızı  fitə  bağlardı.  Bir  cırıq,  yamaqlı 

şalvar  geyərdi.  Bir  şal  boynunda,  bir  gödək  dirsəkləri  yırtıq 

arxalıq, ayağına bir ip corab geyər və çarıq da ayağında olardı. O, 

cibinə bir torba salıb, içinə yerkökü, turp, kələm tökərdi. Bir tərə 

də  özüylə  gəzdirərdi.  Qar  onun  təpəsindən  tökərdi,  amma  o 

havanın pisliyinə baxmayaraq satdığı şeylər üçün alıcı axtarardı. 

O  zamanlar  kömürü  qızarmamış  kürsünün  huzəsinə  tökər-

dilər.  Kömürün  üstünü  küllə  örtərdilər.  O  kömür  qızardıqca 

kürsü buxarlanardı. Buxar kürsü başında oturanları gicəlləndirib 

baş  ağrısına  salardı.  Camaat  turpu  alıb,  onun  qabığın  soyub, 

alınlarına  yapışdırardılar.  Turpu  yeyərdilər  ki,  buxarı  rədd 

eləsin. Turpçu əminin bazarı çox əlvan olardı. 

Gündüzlər  paxlaçı  əmi  gəlib  səslənərdi.  O  da  ayağında 

çarıq, başına sarınmış  bir şərf, tüklü börk başına  qoyub gələrdı. 

O,  bir  tərəzi,  bir  qutu  duz  xoncaya  qoyub  başında  gəzdirib 

səslənərdi:  “Şorca  paxlası  alan,  şorca  paxlası  alan”.  Hərdən 

onların  bığ  və  saqqalları  qırov  bağlayıb,  ondan  buz  sallanardı. 

Paxlaçının  paxlasını  çox  uşaqlar  alardı.  Uşaqlar  onların  səsin 

eşidən  kimi  hərəsi  bir,  ya  iki  şahı  pul,  bir  cam  götürüb  paxla 

almaq üçün küçəyə qaçardılar. 

Bahar  fəslinin  ikinci  ayında  yarpız,  yemlik,  şingillə  satan 

gələrdi. Onlar səhər-səhər gəlib küçələrdə səslənərdilər: “ Yarpız 

alan,  yemlik alan, ay südlü şingillə alan”. Yenə də hər uşaq  bir 

padnos,  bir  şahı  götürüb,  küçəyə  sarı  qaçardı.  Yemlik  satanlar 



 

432 


yemliyi,  yarpızı  satmağa  gətirərdilər.  O,  bir  şahılıq  yemlik, 

yarpızı  uşaqlar  gətirdikləri  padnosa  tökərdi.  Şingillə  üçün  də 

artıq bir şahı alardı. O şingillədən bir çiynəmlik verərdi. 

Yay  fəslinin  əvvəl  ayında  uma  halvası  gətirərdilər.  Halva 

satan  küçələrdə  uca  səslə  deyərdi:  “Uma  halvası  alan.  Dəmirə, 

köhnə  paltara,  köhnə  kilimə,  köhnə  başmağa,  köhnə  börkə, 

verirəm. Ay, uma halvası alan! ” 

Əgər  uma  halvası  almaq  üçün  az  pul  versəydilər,  halva 

satan  az  halva  verərdi.  Amma  əgər  əşya,  paltar  versəydilər 

xonçanın  halvasın  boşaldıb  gedərdi.  Onun  dalısınca  iynə-

sancaqçı  gələrdi.  O  şkaf  şəklində  bir  üstü  şüşəli  bəndli  qutunu 

boynundan  salıb  deyirdi:  “Dəsmal,  corab,  sabun,  ətir,  iynə, 

sancaq,  üskük,  sap  alan,  ayna,  təsbih  alan  və  s.”  O  zaman 

xanımlar  bazara  getməzdilər.  İynə-sancaq  satanı  həyətə  çağı- 

rardılar,  istədikləri  şeyləri  alardılar.  İynə-sancaq  satan  hər 

küçəyə həftədə bir dəfə gələrdi. 

Ondan sonra parçaçı, ya arşın malçı gələrdi. Arşın malçı da 

bir  top  məxmər,  çit  parçanı  bir  nəfərin  ciyninə  verib,  bir  taxta, 

yarım  arşın  da  özü  əlində  götürüb  səslənərdi:  “İpək,  atlas, 

məxmər,  çit  alan”.  Sonra  uşaqlar  gedib,  onları  həyətə 

çağırardılar.  Xanımlar  yığışıb  parça  alardılar.  Əgər  xanımlar 

bazar parçası almaq  istəsəydilər,  ərləri gedib, bazar dükanından 

parça  nümunəsi  gətirərədi.  O  zaman  karxanalar  hər  parçanın 

nümunəsini çox gözəl, səliqəli, məxsus bir vərəq üstə yapışdırıb, 

parçaçılara  verərdilər.  Onun  adına  “məsturə”  deyirdilər.  Bütün 

parçaların nümunəsi onda olardı. Onu evə gətirərdilər. Xanımlar 

o zaman heç vaxt bazarlığa getməzdi. 

Ağalar  xanımlarını çağıranda  hərəsi  bir adla çağırardı. Biri 

bizimki, biri ay qız, dönə bəyim, ev çırağı açar, ay, balam, hacı 

qızı,  sonralar  xanım,  yaxud  adıyla  çağırardılar.  Xanımlar 

ağalarına o deyərdilər.  

Keçmişdə  xanımlar  tək  oyan-buyana  getməzdilər.  On  beş 

gündə  bir  dəfə  baldızları  ilə  dədələri  evinə  gedərdilər,  həftədə  də 

bir dəfə hamama. Sonralar şəhər içində özləri tək gəl-get edərdilər.  



 

433 


Keçmişdə  qonaqlıqlarda  qonağa  qəza  verəndə,  süfrə 

salardılar. Hər iki qonağa bir  məcməyidə qəza qoyardılar. Neçə 

müddətdən  sonra  qəzanı  bulutlarda  süfrəyə  düzərdilər,  sonra 

çəkib  hərəyə  bir  boşqab  verərdilər.  Sonralar  miz  üstə  qəza 

yemək  dəb  oldu.  Qəzanı  miz  üstə  düzərdilər.  Hər  kəs  özü 

istədiyi qədər qəza çəkib yeyirdi. İndi self-serviz dəbə düşüb. 

  


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin