ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə23/27
tarix03.02.2017
ölçüsü4,07 Mb.
#7453
1   ...   19   20   21   22   23   24   25   26   27

Körpələrə qulluq 

 

Uşaq  dünyaya  gələndən  iki  yaşına  qədər  qundaqda  olurdu. 

Mələk  üçün  bir  metr  midqal  alıb  ona  mum  çəkərdilər.  Onu 

qundağın  üstünə  salıb  altına  da  çit  parça  qoyub  uşağı  bələrdilər. 

Bir uzun bağ ki, adına şütuk bağı deyirdilər, bələyi onunla qayım 


 

399 


bağlar,  uşağı  beşiyə  salardılar.  Beşiyin  cinsi  taxtadan  olardı,  lap 

əvvəl uşağı nənniyə salmaq dəb idi, sonralar beşik, indi də taxta.  

O zaman uşağı qırx günədək beşiyin içinə salardılar. Uşağı 

yatırtmaq  üçün  o  qədər onu  tərpədirdilər  ki,  uşaq  yatsın.  Uşağı 

yatırdan zaman onun üçün laylay çalardılar. Məsələn deyirdilər: 

“Laylay,  layısı  gələr,  yatar,  yuxusu  gələr,  uzaq-uzaq  yollardan, 

balamın dayısı gələr. Laylay çallam yatarsan, qızıl gülə batarsan, 

qızılgülün içində, bircə yuxu taparsan”. 

Ana  uşağı  qundaqdan  çıxarandan  sonra  bir  az  onu 

oynadardı.  Uşağın  yaşına  uyğun  olan  şeirlər  oxuyardı.  Məs: 

Uşağı  atıb-tutub  deyərdilər:  “Allah  bundan  dərvişlərə  də  ver, 

dərdindən ölmüşlərə də ver, dibin-dibi salmışlara da ver, intizar 

qalmışlara da ver, eldən dua almışlara da ver”.  

Altı aylıq uşağı yatıranda belə oxuyurdular: “Laylay çallam 

ucadan,  səsin  çıxmaz  bacadan,  Allah  səni  saxlasın,  çiçəkdən, 

qızılcadan”. 

Evdə  toy  olan  zaman  uşağı  atıb-tutar,  belə  oxuyardılar: 

“Haylar, huylar, bir belə toy balam üçün olsun”. 

Uşaq diş çıxardan zaman oxuyardılar: “İki dişi var qabaqda, 

çörək  qoymaz  tabaqda”.  Uşaq  dörd  diş  çıxardanda  deyirdilər: 

“İki  dişi  dörd  olubdu,  canımıza  qurd  olubdu”.  Uşaq  gülən 

çağlarda deyirdilər:  “Gül  balam, güllər açılsın”. Yeriyən zaman 

“Yerisin, yerisin balam, göyləri ulduz bürüsün”. Qız uşağı üçün 

oxuyurdular:  “Qızım  qızıla  dönübdü,  xəbəri  yox  oğlanların, 

gözləri tox oğlanların”.  

Qədim  adətlər  üzrə  uşaqların  çiyinlərinə  müxtəlif  muncuq-

lar asardılar. Məs: Bir göz muncuğu ki, qara rəngli olardı. Kavar 

muncuğu ki,  yaşıl rəngdə olardı, sarılıq  muncuğu ki, sarı rəngli 

olardı. Qanlı babaqulu muncuğu ki, iki rəngli qırmızı, boz olardı. 

Bir sümük ki, diş şəklində olardı. Ona al dişi deyirdilər. Bir dənə 

qoyun boynunun sümüyü ki, ortası dəlik olardı. Bir dənə yağ-bal, 

bir dənə şəbpərə quşunun əli, dağdağan ağacından olan bir taxta 

muncuq  şəklində.  Bir  dənə  vanikad  ki,  bunların  hamısını  bir 

sapa düzüb uşağın çiynindən asardılar.  



 

400 


Deyirdilər ki, belə rəsmləri  bir  əfsanədən götürürmüşlər. O 

əfsanəyə  görə  guya  bir  gün  bir  alyabanı  quleybani  yuxarıda  ad 

apardığım muncuqlardan bir boyunbağı düzəldib, boynuna salıb 

bir  zahıya  sarı  gedirmiş  ki,  ona  zəfər  yetirsin.  Zahı  onu  görür, 

başı  altındakı  soğanlı  şişi  götürüb  onun  vəsiləsilə  quleybaninin 

boyunbağısını  qırıb  özündən  kənar  eləyib.  Deyilənə  görə  alya-

banı dəmirdən qorxarmış.  

 

Uşaq oyunları 



 

Bir-iki,  bizimki  oyunu:  Uşaqlar  yığışıb  iki-on  nəfər  dəstə 

olardı.  Dəstənin  hərəsi  bir  tərəfdə  dayanardı.  Bir  dəstənin 

uşaqları  deyirdilər:  –  Bir-iki,  bizimki,  üç-dörd,  qapını  ört,  beş-

altı, daş altı,  yeddi-səkkiz, qırx səkkiz, doqquz-on, qırmızı don, 

on bir-on iki, erməni börkü.  

O biri dəstə deyirdi: – Qoyunu üç cüt bir tək, oğlu iki, qızı 

bir  tək,  çoban  əlində  tütək,  dağlar  olubdu  çiçək,  orağı  veriz  bir 

biçək, ayran olub, ver içək, insan olub tülkü tək, qorqası var bir 

ətək,  çarqatı  var  dürr-ipək,  süzəni  ver  bir  biçək,  meymuna 

köynək tikək, toxumu ver səpək, heç nəyi yox əl çəkək. 

Sonra dəstə əl-ələ verib halay çəkərdi.  

 

Əlimi  bıçaq  kəsibdi  oyunu:  Bu oyunu oynayanda uşaqlar 

belə  oxuyurdular:  –  Səfdər  əminin  ocağı,  itilənib  bıçağı.  Əlimi 

bıçaq  kəsibdi,  dəstə  bıçaq  kəsibdi,  dəsmal  gətirin  bağlayaq, 

dəsmal ağamın qolunda, ağam Kərbəla yolunda.  

 

   


 

 

 *  *  * 



Başqa bir oyunda deyirdilər: 

Hamam hamam içində, bir də hamam içində, dəvə dəlləklik 

eylər, köhnə hamam içində.  

 

*  *  * 



Başqa  bir  oyunda  yenə  iki  dəstə  olurdular.  Bu  dəstə  o 

dəstəyə deyirdi: 



 

401 


– Dəvəçi, 

Cavab verərdilər: – Bəli keçi. 

Deyirdilər: – Dəvən harda? 

Cavab verərdilər: – Ala dağda. 

– Nə yeyir? – Xurma. 

– Nə içir? – Doşab. 

– Çölə nə çıxar? – Burma. 

Sonra  hamısı  səs-səsə  verib  deyirdilər:  –  Damb-damb,  da-

yım Zeynalabdin. 

 

Ay  nənə,  qurdu-qurdu  oyunu:  Bu  oyun  belə  idi  ki, 

uşaqlar  əl-ələ  yapışar bir böyük dairə düzəldərdilər. Uşaqlardan 

biri  üzünü  qorxulu  şəklə  salıb  qurd  rolunu  oynayırdı.  Bir  nəfər 

də  ana  rolunu  oynayırdı.  Oyunda  qurd  gəlib  səy  eyləyərdi  ki, 

uşaqların  düzəltdikləri  dairənin  içinə  girsin.  Bu  zaman  uşaqlar 

səslənərdilər: Nənə, nənə, qurd, qurd.  

Ana deyərdi: - Ay bala, qorxma, qorxma.  

Qurd  yenə  də  həmlə  eyliyib  dairənin  içinə  daxil  olmaq 

istəyirdi.  O  qədər  təlaş  elərdi  ki,  nəhayət  özünü  dairənin  içinə 

salardı. Beləliklə, oyunu aparardı. Sonra ayrıca qurd rəqsi oynardı. 

 

*  *  * 



Başqa  cür  oyun  da  var  idi  ki,  uşaqlar  bu  oyunu  oynamaq 

üçün  bir  yerdə  çömbələrdilər,  sonra  hədi  vurardılar,  sonra  da 

atlanıb  “hədi  hədi,  ay  hədi”  deyirdilər.  O  qədər  bunu  təkrar 

edirdilər ki, yorulardılar. Bununla oyun qurtarardı.  



 

İp atlanma oyunu: Bir neçə metr ipi götürərdilər. İki nəfər 

ipin  o  baş,  bu  başından  tutardı.  Bir  neçə  uşaq  da  arada  qalardı. 

Ipin ucu  əllərində olan uşaqlar  ipi tullayırdılar. Aradakı uşaqlar 

gərək  öz  hərəkətlərini  ipin  hərəkəti  ilə  həmahəng  eyləyəydilər. 

Onlar  atlanırdılar  ki,  ip  başlarından  gəlib,  ayaqlarının  altından 

sovuşurdu.  

İp atlanma oyununu uşaqlar təklikdə də oynayırdılar. Yenə 

də  bir  iki  metrlik  ipi  götürərdilər.  İpin  hər  ucunu  bir  əllərilə 



 

402 


tutardılar.  İpi  başları  üstündən  fırladıb  atlanardılar.  Burada  da 

gərək ip başlarının üstündən keçib ayaqlarının altından keçəydi. 

Bu  oyunda  uşaqlar  çox  sürətli  olmalı  idilər.  Hər  kəs  yüz  dəfə 

atdansaydı o, qalib sayılardı.  

 

*  *  * 


Bir ayrı oyun da  vardı ki,  bu oyun üçün  əvvəl qardondan  bir 

uca  börk  düzəldərdilər.  O  börkü  bəzəyəndən  sonra  bir  uşağın 

başına qoyardılar. Uşaqlar çox sayda onun ətrafında dairə vurardı. 

Uşaqların hamısı əl çalırdı. Sonra biri deyirdi: bir başı var şuxar, bir 

börkü var şuxartana, qələndər, hay qələndər. Bir bığı var şuxartana, 

qələndər,  hay  qələndər.  Bir  gözü  var  şuxartana,  qələndər,  hay 

qələndər. Bir burnu var şuxartana, qələndər, hay qələndər.  

O  börklü,  bağlı  uşaq  özü  də  başqa  uşaqlarla  birlikdə  çalıb 

oynayırdı.  Sonra  uşaqlardan  biri  yavaşca  gəlir,  əllərin  daldan 

gətirib  onun  gözlərini  bağlayardı,  qalan  uşaqlar  “gözüyü  tutan 

kimdi?” Əgər adını dürüst deyə bilsəydi, azad olardı, amma əgər 

deyə bilməsəydi, yenə oyun onun idi. 

Amma  əgər  tapa  bilsə  gərək  börkü  gözlərini  tutan  uşağa 

verəydi. O, oyunu başlayırdı.  



 

İt qusdu oyunu:  Uşaqların ikisi bir ayrısını tutardılar. Biri 

onun  başından,  biri  də  ayağından  yapışardı.  Onu  tuluq  kimi 

oyan- buyana tərpədib deyirdilər:  

İt qusdu, hay it qusdu, 

İtim dərədə qusdu,  

Bir tikə kutu yemişdi,  

Onu da dərədə qusdu. 

Sonra uşağı yerə qoyardılar, oyun qurtarardı.  

 

*  *  * 



Bu  oyunu  oynamaq  üçün  uşaqlar  hamısı  kürsü  başına 

yığışardı. Hamı  iki  əlin kürsünün üstünə qoyardı, biri oxuyardı: 

Motala-motal, tərsə motal, yel atar, tutar, göy quşum göyərçinim, 

ağ quşum ağarçınım, vur nağara, çıx çırağa. 



 

403 


Biri  bu sözləri deyir, barmağını  bir-bir uşaqların  əlləri üstə 

qoyardı.  Axırda  “çıx  qırağa”  sözü  hər  kəsin  əlinə  düşsəydi,  o, 

əlini çəkərdi. On dəfə bu sözləri deyirdi, axıra qalan şəxsin əlinə 

on dənə şallaq vurardı. 



 

Bənövşə oyunu: Bu oyunda da uşaqlar iki dəstəyə bölünüb 

ayrı-ayrı dayanardılar. Hər  iki tərəfdən də  bir davər olardı. Biri 

deyirdi:  bənövşə  bəndə  düşə,  bizdən  sizə  kim  düşə.  Müqabil 

tərəfdə  olanlar  hamısı  birlikdə  deyirdilər:  keçəl  qız.  Uşaqların 

hamısı səslənərdilər: – Keçəl qız. Bu biri dəstə deyirdi: – Keçəl 

qızın toyudu? Yası? 

 Müqabil tərəfdəkilər cavab verərdilər: – Yasıdı. 

 Sonra  uşaqlar  hamısı  yalandan  ağlaşardılar.  Bu  biri 

tərəfdəkilər  soruşardılar:  O  kimdir  ağlayır?  Yenə  də  deyərdilər: 

– Bənövşə bəndə düşə, bizdən sizə kim düşə? Cavab verərdilər: 

–  Keçəl  qız.  Yenə  soruşardılar:  –Keçəl  qızın  toyudu?  Yası? 

Deyirdilər: – Toyu.  

Hamısı  əl-ələ  verib  dururdular,  fırlana-fırlana,  oynaya-oy-

naya deyirdilər: – Toyudu. Hamı şad olsun, bənövşə hay bənöv-

şə,  səslənin,  dağa  düşə,  oynadıq,  gedək  işə.  Beləliklə,  oyun 

qurtarardı.  

 

Ağaların qəlyan çubuq çəkmələri 

 

Ağalar  çox  vaxt  qəlyan  çubuq  çəkirdilər.  Qəlyanın  küpü 

büllurdan olardı, su onun içində görsənərdi. Bəziləri küpün içinə 

bir neçə dənə qızıl sikkə atardılar. Qəlyan çəkəndə qızıllar suyun 

hərəkətilə  küpün  içində  oynardı,  qəlyan  çəkənə  şadlıq  verərdi. 

Deyirdilər  pulun  səsi  küpün  içində  atın  kişnəməsinə,  şəlalənin 

səsinə oxşayır, insana fərəh gətirib cavanlaşdırır.  

Qədim  gümüş  pul:  Qədim  pullar  gümüş  idi.  Pulu  sayanda 

çox  səslənərdi.  Bəzi  ağalar  gecə  pullarını  sayan  zaman  evin 

pərdələrini çəkərdilər ki, həyətdən görsənməsin. Uşaqların əlinə 

də bir qaşıq verərdilər ki, bir  məcməyiyə vursunlar. Ağalar mə-

mulən hər gecə pulları sayardı, demək olar ki, pulla oynayardılar. 



 

404 


Yorulunca tamaşa eyləyərdilər. Bəziləri də pulu balaq dərisində 

saxlayırdılar. Camışın  balasına  balaq deyirdilər. Balaq dərisinin 

bel  hissəsindən  kəsib,  kisə  düzəldirdilər.  Çox  vaxt  pulu  onda 

saxlayırdılar.  

Ağalar  gecə  qonaq  gedən  zaman  çubuqlarını  da  özləri  ilə 

aparardılar.  Işçilərindən  biri  çubuğu  götürərdi,  ikisi  də  fənər 

çəkərdilər. O zaman  bərq çırağı  yoxdu,  fənərsiz küçəyə çıxmaq 

olmazdı. Fənərçəkən qabaqda, iki-üç nəfər da dalda yeriyirdilər. 

Çubuğu ağacdan düzəldərdilər. Onun  içinə  bir az kömür xəkəsi 

tökərdilər, üstünə də tütün. Tütün Məşhəd şəhərindən gələrdi.  

Fənər  də  bir  cüt  mis  məcməyi  kimi  biri  altda,  biri  üstə 

olardı. Dövrəsi  mitqaldan, ortada bir böyük şam  olardı ki, şamı 

yandırıb, oraya qoyardılar. Onun iki qulpu olardı, hər qulpundan 

bir  işçi  yapışardı.  Ağanı  bu  vəsilə  ilə  məqsədə  çatdırardılar. 

İşçilər  getdikləri  yerdə  dalanda  əyləşərdilər.  Qədim  evlərdə 

dalanı böyük düzəldərdilər. Hər dalana 8 dənə taxça qoyardılar. 

Taxçaları  xidmətçilər,  nökərlər  üçün  düzəldərdilər.  Evin  öz 

nökərləri, qonaq gələn nökərlər orada əyləşərdilər.  

Deyirlər  bir  nəfər  şəxsiyyətli  ağalardan  biri  öz  nökərini 

çağırar, ona deyir: “Get çələyə mənim sifarişimi yetir. Denən bu 

mənim məxsus otağım, bu isti puçum buxari, bu kürsüm, bu xəz 

küləcəm,  mən  bu  şəraitdə  yaşayıram.  Sənin  əlindən  nə  gəlsə 

mənim haqqımda müzakirə eləmə”. Xəz küləcə şinel şəklindədir. 

Onun  özü  tirmədən,  astarı  xəzdən,  ya  sincab  dərisindən  olur. 

Ətəyinə iki dənə iydə boyda zınqırov düzərdilər.  

Ağanın  bu  sözündən  sonra  nökər  əli  gözü  üstündə,  təzim 

eləyib, dalı-dalı çıxıb qapını örtərdi. Bir az sonra o qapını yavaşca 

vurub içəri keçmək üçün izn istəyərdi. Sonra girib təzim eləyib, qol 

bağlayırdı. Sonra deyirdi: Qurban, əmrinizi yerinə yetirdim”. 

 

Xanımların yığnaqları 



 

Xanımların yığnağı həftədə iki yerdə olardı. Yığnağın zamanı 

axşama dörd saat qalanda idi. Yaşlı xanımların söhbətləri bayatı ilə 

gedirdi.  Birinin  əlində  bir  təsbeh  olardı.  Onu  çadrasının  altında 



 

405 


saxlayardı. Sonra deyirdi ki, hər kəs istəyir, niyyət eləsin. Müxtəlif 

niyyətlər edərdilər. Biri niyyət eləyirdi ki, görüm niyə səfərdə olan 

oğlumdan bir xəbər yoxdu, görüm başında nə var? Sonra o, niyyət 

elədiyini  elan  edərdi.  Əlində  təsbeh  olan  xanım  çadranın  altında 

təsbehdən bir miqdar əlinə gələni, o biri təsbeh danələrindən ayırıb 

deyirdi:  “Aç  falın  yaxşı  gəlsin,  axırı  yaxşı  gəlsin,  açmışam  Əli 

falını,  axırı  yaxşı  gəlsin”.  Bu  sözləri  dedikdən  sonra  o,  başqa  bir 

söz deməzdi. Orada hüzurları olan xanımlar gərək bir-bir bayatının 

əvvəl  beytini  deyə,  qalanını  saxlayardılar.  Hər  xanım  bir  bayatı 

dedikcə əlində təsbeh olan xanım ayrılan təsbeh danələrindən birini 

dala çəkərdi ta axırına yetişərdi. Məclis sıra qurtaranadək bayatı ilə 

keçərdi. O məclislərdə oxunan bayatılar belə idi: 

 

Göydə ulduz mah gedər 



Gah əylənər, gah gedər 

Sidqi dürüst olanın  

Qabağıncan şah gedər. 

 

Göydə ulduz cudadır, 



Gözüm sənə fədadır 

Qəm çəkmə dəli könlüm 

Mətləb verən xudadı. 

 

Armud ağacı əli 



Dibi döşənib xalı 

Hey idim, hey hey oldum. 

Nökər idim, bəy oldum. 

 

Yığılın qohum-qardaş 



Mən hamıdan yey oldum 

Qızıl üzük qəltanı 

Yoldan çıxma yol tanı. 

 

Gedibdi genə gələr, 



Gözlərivin soltanı. 

Əzizim naçar ağlama 

Gündü keçər ağlama 

 

Göydən bir alma gəldi 



Ya Muhəmməd, ya Əli, 

Bir qapı örtülsə də,  

Allah açar, ağlama. 

 

Oturmuşdum səkidə  



Ürəyim səksəkidə 

Göydən bir alma gəldi 

Bir qızıl nəlbəkidə 

 

Qaşlarun xorasanı 



Kim salıb tora səni. 

Yalvarıram şahi-Nəcəfə 

Tez salsın yola səni. 

 

Qapıdan biri gəldi 



Gözümün nuru gəldi. 

Bu arxı kim arıdı, 

Arxdan su duru gəldi. 


 

406 


Balaca cib bıçağı  

Oldum illər qaçağı. 

Bir səhər gəl, bir axşam 

Bir də günorta çağı. 

 

Çələnbər çay içində 



Günüm – ax vay içində 

Allah mətləbin versin  

Bu gələn ay içində. 

 

Mən aşiqəm vay dərdim 



Vay dərmanım, vay dərdim. 

Xalq gül əkdi, gül dərdi 

Mən gül əkdim, vay dərdim. 

 

Ağ at kişnədi gəldi, 



Yüyən dişlədi gəldi, 

Atamın böyük oğlu  

Toyu başladı gəldi. 

 

Əzizim naçar ağlama 



Od gələr qaçar ağlama. 

Ürəkdə var dügünün 

Allah açar ağlama. 

 

Əzizim daşa dəyər  



Daş qalxar daşa dəyər 

Yemə namərd çörəyin 

Axırda başa dəyər. 

Quzu, quzu, çal quzu 

Altında var xal, quzu 

Dərman gəldi itirdi 

Dərman getdi, gəl quzu. 

 

Əzizim günə yandım 



Gün çıxdı, günə yandım 

Xalq bir dəfə yanandı, 

Mən dönə-dönə yandım. 

 

Əlində badya gəlin, 



Durubdu çayda gəlin. 

Allah mətləbin versin, 

Bu gələn ayda gəlin. 

 

Mən aşiq ərdalana 



Göz baxar ərdalana 

Oğullar sayəsində 

Analar daldalana. 

 

Bu məscidi mən yapdım. 



Pəncərəsin gen yapdım, 

İtirmişdim dostumu. 

Axırda genə tapdım. 

 

Mən aşığam, gülüm vay 



Bülbülüm vay, gülüm vay 

Bir bağda bağban oldum 

Heç dərmədim gülüm, vay. 

 

Əzizim yanar oda, 



Pərvanə yanar oda 

Dərdim dağa desəm, 

Od tutar, yanar oda. 

Aşiqəm gül yaxası 

Açıbdı gül yaxası. 

Qönçədən köynək geyin, 

Güldən isti yaxası. 


 

407 


Quşların gəlməsinə yozmalar 

 

Baharın  əvvəllərində  hop-hop  gələrdi.  Camaat  içində  onun 

gəlməyin müjdə kimi sanar, ona şadquş deyərdilər. Onun nəğməsin 

eşidənlər şad olub, onu güllərin, çiçəklərin xəbərçisi bilirdilər.  

Bayquş  quşu  ki,  onun  adına  sayquş  və  xeyir  quşu  da 

deyirdilər,  xarabalarda  yuva  salar.  Əgər  o  quş  birinin  evinin 

damına,  ya  həyətinin  ağacına  qonub  həzin  səslə  oxusaydı,  ev 

sahibi  çox  qorxardı.  Tez  evdə  olan  yeməlilərdən,  o  cümlədən, 

çörək,  pendir,  kərə,  balaca  qab  su,  bir  boşqab  buğda  bir  siniyə 

qoyub, bayquş oturan yerə aparıb deyərdi:  

“Ay  Allahın qulu, gəlibsən, xoş gəlibsən, səni  and verirəm 

Allahın  yolladığı  Qurana,  əgər  acsan,  buyur  çörək  ye,  əgər 

susuzsan  su  iç,  bizə  xeyirliyə  gəl,  xeyir  xəbər  gətir,  gülə-gülə 

get”. Quş da ev sahibi danışdıqcan ona diqqət eyləyərdi. Əgər ev 

sahibinin sözü qurtarana kimi quş qanadların  bir-bir  yenə çalıb, 

bir  şad  səslə  səslənsəydi,  oynaya-oynaya  getsəydi,  ev  sahibi 

deyirdi  ki,  şad  xəbər,  müjdə  gətirib.  Bəzi  vaxtlarda  quş  baxıb-

baxıb qəmli səslə ev sahibini narahat edərdi. 

 

Yuxu görmə və təbirlər 

 

Qədim  yuxunu  təbir  eləmək  üçün  yuxu  təbiri  kitabına 

müraciət  edərdilər.  Əgər  kitab  olmasaydı,  bir  nəfər  pis  yuxu 

görsə  idi,  gedib  başını  quyuya  sallayardı,  gördüyü  yuxunu  ona 

nağıl  edərdi.  İnanırdılar  ki,  pis  yuxunu  quyuya  demək  onu 

əsərdən  salır.  Əgər  yaxşı  yuxu  görsə  idilər,  çırağı  yandırar, 

çırağa  nağıl  edərdilər.  Yuxuya  çox  etiqadları  var  idi,  deyirdilər 

ki, yuxu qasiddir, gələcəkdən insana xəbər verir. 

 

   

 Camaatın Allahdan yağış istəməsi 

 

Əkin  fəslində  quraqlıq  olanda,  yağış  yağmayanda,  camaat 

müsəllaya yığışardı. Kiçik uşaqları analarından ayırıb bir guşəyə 

aparardılar.  Uşaqlar  bu  ayrılıqdan  ağlayardılar.  Qoyunları  da 



 

408 


quzulardan  ayırardılar.  Onlar  da  ayrı  bir  tərəfdə  səslənərdi. 

Böyüklər  üçün  də  rövzə  oxuyan  səhra  rövzəsi  oxuyurdu.  Bu 

zaman  kişilər  börklərin  götürüb,  başların  açar,  başlarına  vurub 

ağlaşardılar.  Deyirdilər:  “Allah,  əkin  yandı,  kömək  elə,  yağış 

yağdır  bizə  rəhm  elə”.  Sonra  göy  guruldayardı,  bir  leysan 

düşərdi. Sonra hamı “Allah şükür” eyləyib, evlərinə qayıdardı.  

 

Möcüzələr 

 

Ərdəbildə Mövlabaşa yolunda bir yoxsul kişinin evi varmış. 

Dünya  malından  onun  təkcə  bir  atı  varmış.  Onunla  çarvadarlıq 

eyləyib kəndlərə kiçik şeylər aparıb satarmış. Bu yolla ruzilərini 

çıxardarmış.  Bir  gün  kişi  naxoş  olub,  təbibə  getmişmiş.  O,  gün 

də  Ərdəbildə  at  yığdı  imiş.  Bir  məmur  da  bunların  atının 

sorağına  gəlir,  qapını  döyür,  evin  arvadından  atı  istəyir.  Xanım 

bunu  bildikdə,  ağlayır,  yalvar-yaxar  eləyib  deyir  ki,  ərim 

naxoşdur.  Bu  at  da  bizim  çörək  çıxartma  vəsiləmizdir.  Onu 

aparmayın. Məmur onun sözünü saymır, ona bir təpik vurur, atı 

tövlədən  çıxardır,  çulundan  yapışıb  həyət  qapısından  çölə 

çıxardır. Arvadın  əli  hər  yerdən üzülüb kişiyə deyir: “Kişi, səni 

o  Əbülfəzlə  tapşırdım”.  Məmur  atı  minir,  bir  neçə  addım 

uzaqlaşdıqdan  sonra  rəngi  qaralır,  atdan  aşır.  Camaat  gedib 

görür ki, çoxdan ölüb. Sonra camaat onun ölüsünün boynuna ip 

bağlayıb,  məhəllələrdə,  küçələrdə  sürürlər.  Xəbər  bazara  çatır. 

Orada da məmurun adını “Lənətüllah” qoyurlar. Sonra da bazar-

dükanları  bəzəyir,  zəncirçi  və  sinəzən  dəstələri  ələm  götürür, 

natiqlər  nitq  eyləyə-eyləyə  tamam  şəhəri  dolanırlar.  Məmurun 

ölüsünü  o  qədər  sürüyürlər  ki,  tikə-tikə  olur.  Tikələrini  aparıb 

çöldə  vəhşi,  quduz  itlərin  qabağına  atırlar.  Həzrəti-Əbülfəzli 

çağıran  o  zənən  evində  bir  təşt  qurur.  Sonra  camaat  tamam 

kəndlərdən,  şəhərdən  oraya  nəzir  gətirirlər.  O  ailə  bu  yolla 

yoxsulluqdan qurtarır. İndi də o ev ilə təşt qalır. 

 

 


 

409 


Cümə günləri qohum görüşünə getmək rəsmləri 

 

Keçmişdə  hər  kəs  cümə  günləri  gedib  öz  qohum-qardaşına 

baş çəkib yoxlayardı. Bu görüşlərin çox faydası olurdu, həm bir-

birlərini  görürdülər,  həm  də  bir-birinin  dərdlərinə  yetişib, 

yoxsullarına kömək edirdilər. 

Xəstə olanı  həkimə çatdırıb dərman pulunu ödəyirdilər. Bu 

köməklik gizlincə olardı, xəstəyə bildirməzdilər.  

O  zaman  qəsidə  deyib,  oxuyanların  dərviş  İbiş  adlı  bir 

başçısı  var  idi.  O,  bazarda  İbrahimabad  körpüsünün  üstündə 

qəsidə deyir, camaatdan pul alardı. Hamı ona pul verirdi. Əyan- 

əşrəflər  oğlanlarının  toyuna  onu  çağırardılar.  O,  gəlin  dalısınca 

gələnlərlə gedib, gəlinin  hüzurunda qəsidə deyir, cümlə bərabər 

tilavat deyə-deyə oğlan evinə kimi gəlinin həmrahlarından olardı. 

Mərasimdən sonra bəyin atası ona pul, xələt verərdi. 

 

Ərdəbilin əyan, əşrəf və tacirləri 

 

Ərdəbil  şəhərində  tanınmış  əyanlar,  tacirlər  bunlar  idi: 

Ağayi-Əmir Tuman, Ağayi-Şərpət, Ağayi-Şeyx-ül-İslam,  Ağayi 

vəkil-ər-Roaya, Ağayi Hacı Mirzə Həsən, Mustoufi, Ağayi-Mo-

bəşşer, Ağayi-Hacı Əmin, Hacı Mirza Əhmədağa Müctəhidzadə, 

Ağayi-Sədr-ül-Məmalek, Ağayi-Hacı Mirzə Əhmədxan Mustou-

fən,  Ağayi-Məlik  Tüccar,  Ağayi-Hacı  Rəhim  Rəhimiyan,  Hacı 

Tağı  Vahabzadə,  Hacı  Mirzə  Manafzadə,  Ağayi-Hacı  Kazım 

Zamani,  Ağayi-Hacı  Məcid  Sadiqi,  Ağayi-Ketabçi,  Ağayi-Ka-

zemi, Hacı  Ərbab Ərbabi, Hacı İsmayıl Boronci, Hacı  Muhəm-

məd Sdeq Tofiq, Ağayi-Asəf-ət-Tüccar, Ağayi-Xadimbaşi, Ağa-

yi-Hacı-Sədr-ül-Əşraf,  Ağayi  Mollabaşi,  Hacı  İsmayıl  Qızıllı, 

Hacı  Muhəmmədcəfər  Rzazadə,  Ağayi-Hacı  Əsədulla  Fərəcül-

lahi,  Ağayi-Hacı  Muhəmmədəli  Muhəmmədi,  Hacı  Nəcəfqulu, 

Hacı Mehdiqulu Muhəmmədi, Hacı Mirzə Əli, Hacı Mirzə Yusif, 

Hacı  Mirzə  Həsən  Mustofui  Qarabağdan  gəlmədirlər.  Onlar 

sonralar  gəlib  İranda  pənahəndə  olublar.  Dövlət  tərəfindən 

onlara iş verilmiş, aylıq təyin edilmişdir.  



 

410 


Ağayi-Hacı  Şükrulla  Həririyan  çox  imanlı,  dəyanətli  və 

şəxsiyyətli  insan  idi.  Hacı  Şükur  karvansarasını  o  qayıtdırıb, 

onun filan övladları, nəvələri də hamısı mütədəyyin, saleh insan-

lardırlar. 

Mərhum  Ağayi-Muhəmmədağa Boronci da çox inamlı, də-

yanətli  və  şəxsiyyətli  insan  idi.  Onu  Pir  Əbdülməlek  məhəlləsi 

məscidinin rəisi seçmişdilər. O, məscidin abadlığında, təğziyyə-

darlığında  çox  zəhmət  çəkmişdi.  Məhərrəm  günlərində  o  rəh-

mətlik özü hər işə yetişirdi. O, məsciddə Pir Əbdullah adında da 

bir  şəxs  var  idi  ki,  sonralar  ona  Mələki  ləqəbi  vermişdilər. 

Məscidi o qayıtdırıb, özünü də orada torpağa tapşırıblar. Ağayi-

Hacı Muhəmməd Boroncini də orada basdırıblar.  

 


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin