ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ


Ramazan ayında işlənən adətlər



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə24/27
tarix03.02.2017
ölçüsü4,07 Mb.
#7453
1   ...   19   20   21   22   23   24   25   26   27

Ramazan ayında işlənən adətlər 

 

Ev qadınları orucluq ayına on gün qalandan hazırlıq görmə-

yə  başlayarlar.  Düyü  unu,  firni,  baləng  mürəbbəsi,  püstəgülü 

mürəbbəsi,  ziriş  mürəbbəsi  düzəldirlər.  Bunları  iftar  üçün  ha-

zırlayırdılar.  

Camaat gecələr  məscidə gedərdi. Orada qəza namazı qılar-

dılar,  dua  oxuyub,  rövzəyə,  movizəyə  quluq  asardılar.  Camaat 

obaşdana  bir  saat  qalana  kimi  məsciddə  olardı.  Sonra  da  obaş-

danlıq  yeyərdilər.  O  zaman  obaşdanlıq  zamanının  qurtarmağını 

elan  etmək  üçün  top  atəşindən  istifadə  edərdilər.  Camaat  obaş-

dandan  sonra  oyaq  qalardı.  Sübh  azanına  kimi  dua oxuyardılar. 

Azan vaxtı namazlarını qılıb yatardılar. Sabah axşama dörd saat 

qalanda  yuxudan  oyanıb,  genə  də  məscidə  gedərdilər.  İftaracan 

məsciddə namaz qılıb dua eləyərdilər.  

Evlərdə  iftara  yarım  saat  qalanda  süfrə  döşənərdi.  Süfrəyə 

çoxlu  yemək  düzərdilər.  Gildik  aşı,  firni,  yəxdərbehişt,  mürəb-

bəcat, küftərizə, kotlet, kükü, abguşt, çilo kabab, fətir, quymaq, 

pendir,  stakanlarda  isti  su  qoyardılar.  Orucu  su  ilə  açardılar. 

Dalısıncan  şirin  çay  içərdilər.  İftardan  əvvəl  evin  böyüyü  iftar 

duası oxuyar, yanındakılar da yavaş-yavaş təkrar edərdilər.  



 

411 


Orucu  açmaq  zamanını  elan  etmək  üçün  top  atardılar.  Hər 

kəsin  ölüsü  orucluqdan  əvvələ  düşsəydi  gərək  on  beş  gün 

qapılarını  gecədən  keçənə  kimi  açıq  qoyardılar.  Bir  neçə 

məcməyi iftarlıq hazır eləyərdilər. Ölüsü ölənin yaxın qohumları 

iftardan qabaq gələrdilər. Uzaq qohumlar  iftardan sonra oruclu-

ğun  axır  günü  əvvəl  fitrəni  ayırırdılar.  Sonra  iftar  açardılar. 

Axırıncı gecə əlvan şişə ilə aya baxardılar. Əgər ayı görsəydilər 

sabahı bayram tutardılar. Əgər görə bilməsəydilər Qum şəhərin-

dən  müctəhidlərin  teleqrafını  gözləyərdilər.  Teleqraf  gələndən 

sonra bayram tutardılar. Bayramı elan eləmək üçün də topdan is-

tifadə edərdilər. Hamı bilərdi ki, bayram olub, sübh tezdən bay-

ram  namazına  gedərdilər.  Namazdan  sonra  alimlərin  görüşünə 

gedərdilər. Bir-birinə “Namazın qəbul olsun” deyirdilər.  

 

Təziyyə və əza mərasimləri 



 

O  zaman  hər  məhəllədə  bir  nəfər  münacatçı  var  idi.  Əgər 

ölən  olsaydı  münacatçıya  xəbər  verərdilər.  O,  məscidin  damına 

çıxıb münacat verərdi. O, münacat verən zaman hərdənbir də ölə-

nin  adını  çəkər,  ruhuna  da  fatihə  oxuyardı.  Beləliklə,  camaatı 

xəbərdar elərdi. Camaat gəlib ölünün köçürtməsində iştirak edərdi. 

Ölü  basdırılandan  sonra  fatihə  verib  qayıdardılar.  Ölü  sahibi  3 

gün  təziyə  tutardı.  Dəfn  gününün  sabahı  camaat  gedib  məscidə 

yığışardı. O məsciddə rövzə oxunardı, Quran tapşırılardı.  

Hər gün yaxınları gəlib təziyyə sahibini qəbr üstə aparardılar.  

Xanımların məclisi 3 gün olardı. Üç günə xüruşt şam verər-

dilər. Əzadar xanımın yanına gələn dost-aşnalar bir qutu şirni də 

gətirərdilər.  Onu  yavaşca  məclisi  dolandırana  verərdilər.  O  da 

onları  bir  yerə  yığıb,  qapısın  qıfıllayardı.  Gecə  şamdan  sonra 

uzaq  qohumlar  dağılışıb  gedərdilər,  yaxın  qonaqlar  qalardılar. 

Şamdan sonra qalan qonaqlara ayrı bir süfrə açardılar, o şirniləri 

gətirib  açıb  süfrəyə  düzüb  deyirdilər:  “Yeyin,  sabah  ağlayacaq-

sız, yeyin ki ağlamağa hey-qüdrətiz olsun”. Beləliklə, üç gecə bu 

tərtiblə  keçərdi.  Üçüncü  gün  ki,  məclisin  xətmi  sayılırdı,  ev 


 

412 


sahibi  bir  top  qara  parça  aldırardı.  İki  nəfər  xəyyat  xanımlar 

parçanı  hər  neçə  dənə  çıxsaydı  çarqat  kəsib  tikərdilər.  Sonra 

qatlayıb,  bir  məcməyiyə  yığardılar.  Üçüncü  gün  rövzə  oxuyan 

zaman  bir  möhtərəm  qadın  o  məcməyini  gətirib  otağın  ortasına 

qoyardı. Yas saxlamağa gələnin meyli olsaydı öz çarqatın başın-

dan açıb bir danə qara çarqat gətirib onu başına salardı. Bundan 

sonra şivən qalxardı.  

Qırx  gün  yas  saxlayardılar.  Yasa  da  yaşlı,  qoca  xanımlar 

gedərdilər.  Cavan  xanımları  qoymazdılar,  deyirdilər  ki,  cavan 

belə  məclislərə  getsə,  ürəyinə  qan  damar.  Bir  gün  qabaqdan 

halva çalardılar. Hansı evə ki, o halvadan  yollasaydılar,  mənası 

belə  idi  ki,  sabah  səni  nahara  dəvət  edirik.  Yeddi  günü  yığışıb 

əza sahibi ilə qəbir üstünə gedərdilər. 

Çilləsində  də  yenə  halva  yollayırdılar.  Əza  sahibi  əza 

saxlayanları  nahara  dəvət  edərdi.  Nahardan  sonra  qonaqları 

hamama aparardılar. Bir böyük kisə həna isladardılar. Hamamda 

dəlləklər hənanı qonaqların başına yaxardı. 

Beləliklə,  qara  çarqatlərı  açıb,  ağ  örtər,  yasdan  çıxardılar. 

Sonra  qonaqlar  yenə  də  ölüsü  ölənlərə  qayıdardılar,  onlarıın 

evinə. Ev  sahibi  bir  nəfər  məşşatə dəvət edərdi.  Qonaqların  hər 

birisi ki, mail olsaydı, islah eyləyərdi, istəməsələr xudahafizləşib 

gedərdi. 

Rəcəb  ayının  əvvəl  cüməsi  ölülər  günü  sayılır.  O  günün 

adına “rəcəyib” deyirlər. O gündə halva bişirib, xeyrat elərdilər. 

Ölüsü ölən adamın da evinə təsliyyət deməyə gedərdilər. 

 

Seyidlərə hörmət 

 

O  zaman  seyid  olan  şəxsləri  çox  möhtərəm  sayardılar. 

Camaatın onlara inamları var idi. Əgər iki nəfərin arasında dava 

olsaydı,  dava  tərəflərinin  biri  günahkar  sayılsaydı,  bir  nəfər 

seyid  vasitəçilik  edib  onun  əhfini  istəsəydi,  o  seyidin  sözünü 

yerə salmazdılar. Çünki seyidləri Rəsulun (s) balası bilərdilər. 



 

 

413 


Həzrəti-Hüseynin (ə ) müsibət günləri 

 

Qurban  axşamı  günü  Həzrəti-Müslüm  şəbihi  çıxardardılar. 

Zəncirçi dəstəsi, sinəçi, şaxsey-vaxseyçilər çıxıb bazarı, küçələri 

gəzib təziyyədarlıq edərdilər. Məhəllənin cavan uşaqları məscid 

qabağında  yığışardı.  Məscidin  qabağında  bir  dəsmal  da  yerə 

salardılar.  Gələn-  gedən  adamlar  şaxsey  pulu  atıb  keçərdi.  Bu 

vəsilə ilə çoxlu pul yığılardı. Onlar pulu verib neft alardılar. Hər 

kəs  bir  miqdar  cındır,  köhnə  parça  gətirərdi,  bu  parçalardan 

məşəl  yandırmağa  istifadə  edərdilər.  Məşəli  məscid  qabağında 

yerə  sancardılar.  Onun  içini  parca  ilə  doldurub,  üstünə  bir 

miqdar  neft  tökərdilər.  Hər  kəs  əlinə  bir  uzun  ağac  alardı. 

Şaxseyçilər  qollarını  bir-birinin  biləyındən  keçirib  uca  səslə 

deyirdilər: “Şaxsey-vaxsey.” 

Sonra  deyirdilər:  –  “Hansı  guruhun  belə  mollası  var, 

şiələrin Həzrəti  Abbası  var”. Bir də dolanar, məşəllərdən  iki-üc 

dənə yandırıb hərəyə birini verərdilər. 

Bir  dənəsini  də  aparib  içində  yandırardılar.  Onları 

yandırmaq  üçün  xeyli  neft  götürərdilər.  Bu  məşəllərin  içinə 

təzək yığardılar, neft töküb odlayardılar. 

Məşəllərə parça davam gətirməzdi. Onlar məhəllələrə gedib 

məscidlərin  qabağında  şaxsey  vurardılar.  Mərasim  qurtarandan 

sonra  hər  kəs  öz  məhəlləsinin  qabağına  qayıdıb,  fatihə  ox



 

414 


çox Həzrəti Hüseyn (ə) dəstgahına xidmət edərdi. Məşədi Ağbaba 

da hərənin əlinə bir şam verib, bir gözəl tərtiblən fatihə verərdi. 

Hər  məhəllənin  adamları  bir  dəfə  gündüz,  bir  dəfə  gecə 

məscidə  gedərdilər.  Zəncirçilər,  sinəçilər  bazara  çıxanda  bazar 

əhli  çox  istiqbal  edirdi.  Öz  dükanlarının  qabağında  səndəli 

düzüb,  onlara  çay,  qəhvə,  şərbət,  su  verərdilər.  Sinəzəncirçilərə 

xələt  də  verərdilər.  Bəzisinin  çiyni  xələtnən  dolu  olardı.  Fərşçi 

bazarında onların ayaqları altında fərş döşərdilər. Məscidlərin də 

qabağında  təziyyədarlıq  edərdilər.  Təbil,  qara  ney,  zəng  də 

vurardılar.  Hər  məhəllənin  bayrağını  bir  neçə  nəfər  qoruya-

qoruya  aparardı.  Məhəllələrin  dəstələri  bir-birinə  yaxınlaşanda 

ağsaqqalları bir-birinin pişvazına gedərdi. 

Ağsaqqallar  məscidin  içində  əyləşərdilər,  sinə,  zəncir  vu-

ranlar məscidin qabağına yığışardılar. Üçdükan məhəlləsi başqa 

məhəllələrdən  yaxşı  nəzir  verərdi. Məhəllədə təziyyədarlıq qur-

taran kimi təbil  çalınar, dəstə başqa  məhəlləyə gedərdi. Gecələr 

də  elə  o  tərtiblə  məhəllələrdə  gəzərdilər.  Təziyyəçilərin  hamısı 

məscidin  içində  əyləşirdilər.  Sübh  namazına  bir  az  qalanadək 

hər məscidə dalbadal yeddi-səkkiz dəstə gələrdi. Hər məhəllədən 

gələn çay, kakaolu südlə nəziralıq elərdilər. 

Kasıb məhəllənin uşaqları çox olardı, onlara çay verərdilər. 

Uşaqların  bəziləri  başqa  məhəllənin  qonaqlarının  kakaolu 

südünə  göz  tikərdilər.  Tabar  məhəlləsinin  camaatı  məclisdən 

hamıdan axırda çıxardı. 

Axırıncı  gün  hamı  şam  təhiyyə  edərdi.  Bazar-dükan  bağla-

nardı.  Şamların  başlarına  neft  vurardılar  ki,  tez  yansın.  30-40 

nəfər yığışıb ayaqyalın, qaraköynək, yaxalarını açıb, gedib dəstə-

dəstə  məhəllələri  dolanıb  səslənərdilər:  “Əddəxil  ya  Abbas”.  O 

şamları məscidlərə paylardılar. Hər məsciddə şam yandırardılar. 

Bacim  evi  Qacariyyə  məscidinin  qapısı  ilə  yaxın  məsafədə 

idi. Heç  yadımdan çıxmaz, bir tasura günü mən başqa uşaqlarla 

dayanıb  şam  paylayanların  sözlərinə  qulaq  asırdım.  O  zaman  4 

yaşım  var  idi.  Böyüklər  ağlayırdılar,  biz  də  onlara  baxıb 

ağlayırdıq.  Mərhum  şair  Yəhyəvi  şeirlərində  buyurub:  “Hamı 



 

415 


gəlir sənin qapuva, biz də gəlmişik.” Bu gün camaat çox xeyrat 

verirdi. Çoxları məscidə şərbət, halva, süd, şam yollayırdı.  

Baş  yarmaq  üçün  bir  gün  qabaqdan  qəmələri  itiləyib,  ağ 

parçalardan  kəfən  kəsirdilər.  Baş  yaranlar  üçün  camaat  çoxlu  ağ 

parça nəzir eyləyirdilər. Mənim atam mərhum Mirzəbaba Mustoufi 

çox  Allahı  tanıyan,  mütədəyyin,  Hüseynçi  idi.  O,  aşura  günü  bir 

böyük qədəh şərbət hazırladardı. Bir miqdar tənzif, ağ dəsmal neft 

və qənd tozu rahatlayıb dalanın taxçasına yığardı. Özü də yaxasını 

açıb,  qollarını  çırmayıb,  ayaqyalın  qapının  səkisində  əyləşərdı.  O 

zaman  onun  yaşı  90-dan  artıq  idi,  o,  amadə  qalardı.  Tamam 

məhəllələrin təziyyələri Tabardan,  yəni bizim qapımızdan keçərdi. 

Əgər  baş  yaranların  halları  qan  itirmək  nəticəsində  xarab  olsaydı, 

onları  bizim  evin  dalanına  gətirirdilər.  Orada  onların  başlarının 

qanlarını qurudar, sonra şərbət verib bir-birinin yanına uzadardılar. 

Halları  düzələn  kimi  onları  faytonla  evlərinə  aparardılar.  Həmin 

gün faytonlar pulsuz işləyirdi. Mənim atam doktor deyildi, amma o 

deyirdi  ki,  istəyirəm  İmam  Hüseyn  (ə)  üçün  öz  nökərlik  vəzifəmi 

yerinə  yetirəm.  Atamın  məqsədi  Həzrəti-Əba  Əbdullaha  xidmət, 

din  qardaşlarına  kömək  məqsədi  daşıyırdı.  Tasura  gecəsi  7 

məsciddə  şam  bişirərdilər.  Dostlar,  tanışlar,  qohumlar  şəbihdən 

qayıdan zaman bizim evdə nahar yeyib gedərdilər.  

Bir şəxsi Ömər Səid şəklində bəzərdilər. O bir faytonun için-

də  əyləşib  özün  tutardı.  Onun  yanında  bir  işci  olardı.  O,  qəlyan 

doldurub əlində saxlardı. Ömər Səid hərdənbir nəfəs çəkərdi. 

Bir  arabanın  içində  isə  fərş,  əlvan  üzlü  yorğan-döşək 

salardılar.  Onun  içinə  7-8  nəfər  Bəni-Haşim  cavanlarını  yaralı 

şəkildə  uzadardılar.  Onların  hərəsinin  başı  üstündə  əllərində 

yelpik bir mələk dayanıb onları yelpikləyərdi. 

Bir  arabada  da  Yezid  qoşunu  üçün  yemək  bişirmək  vəsaili 

götürürdülər.  Onun  içində  odun  üstünə  sac  qoyub,  onlar  üçün 

sac  çörəyi,  süd  çörəyi  bişirirdilər.  Qazanlarda  da  plov,  xürüşt 

bişirirdilər. 

Başqa bir arabada da bir kişi işləyirdi. Bir miqdar mıx, nal, 

bir çəkic götürərdilər. Rəvayətə görə guya o zaman Səid oğluna 



 

416 


dəstur  verirmiş  ki,  atlara  təzə  nal  vursun.  Atları  şəhidlərin 

cənazələri üstündə çapsınlar. 

Şəbihanlıqda  əyləşənlərin  içərisində  bir  necə  təbil  çalan 

olurdu.  Onlar  xüsusi  paltar  geyinib  təbil  vurardular.  Qəmə 

vuranlar da qol-qola, qol belə verib 2 dəstə olardı. Onlar üz- üzə 

dayanardılar.  Bir  kişi  şalvarının  üstündən  belində  bir  fitə  kimi 

parça  bağlayırdı.  Beldən  yuxarı  lüt  olardı.  Lüt  olan  şəxslərin 

dərisinə  sancaq,  qıfıl,  ox,  dəşnə  asar,  qolundan  yapışıb 

yeridərdilər. Onun adina “qifilbənd” deyirdilər. 

Həzrəti-imam  Zeynalabdinin  (ə)  şəbihxanını  da  dəvəyə 

mindirib boynuna bir zəncir salır, ayaqlarını da zəncirlə dəvənin 

qarnının  altından  bağlayırdılar.  Əvvəlcə  Həzrəti  Zeynəbin 

şəbihxanını dəvəyə mindirərdilər. 

Dəvələrin bəzisinin başına çarqat sancaqlayardılar. Alimlər-

dən  neçəsi  də  əmmamələrini  açıb  çiyinlərinə  salardı.  Bu  əza 

əlaməti  idi.  Bir  qoca  kişi  də  qara  köynəyinin  ətəyinə  saman  yı-

ğıb oxşama deyə-deyə onların başına saman səpərdi. Sinəçilərin 

qabaq  səfində  qara  bayraqları  aparardılar.  Onun  dalısınca  dın 

alimləri hərəkət edərdilər. 

Bir  atın  üstündə  Həzrəti-Əbülfəzlin  (ə)  şəbihxanı  əyləşərdi. 

Bir  neçə  Bəni-Haşim  uşaqları  da  əllərində  cam  nəşin  dövrəsində 

dolanardı. Onlar deyirdilər: “Ax, əmican, ələtəş, yandım ətəşdən, 

mənə  bir  cürə  su”.  Onlar  da qoltuqlarında  bir  parça  həsir  başları 

samanlı  gedərdilər.  Oxşama  oxunan  zaman  sinəvuranlar, 

zəncirvuranlar,  əllərini  qoltuqlarına  qoyur,  zəncirvuranlar  da 

zəncirlərini  başı  aşağı  saxlayardılar.  Bəzən  də  başlarına  vurub 

üzlərinə  palçıq  yaxardılar.  Bayraqların  hamısının  başını  aşağı 

salardılar. Hər yandan hüznlü əza səsi esidilərdi. Alimlər müxtəlif 

rənglərdə  müxtəlif  parçalardan,  o  cümlədən,  atlas,  tirmə, 

məxmərdən istifadə edirdilər. Ağa Nağı Xərməninin şəbihxanları 

çox  müfəssəl  olardı.  Tabar  məhəlləsinin  bir  atı  var  idi  ki,  adına 

“Kutal” deyirdilər. O atı bütün qızılla bəzərdilər. Bir tağə tirməni 

açar,  atın  qarnı  altından  keçirərdilər.  İki  nəfər  biri  sağda,  o  biri 

solda  tirməni  tutardı.  Üçdükan  məhəlləsinin  dəstəsi  məhşur  idi. 



 

417 


Bütün məhəllələrdən çox sinəvuran, zəncirvuran var idi. Üçdükan 

məscidində başqa məhəllələrdən gələn dəstələrə çox yaxşı qulluq 

edərdilər. Şəbihləri  də  çox  yaxşı  olardı.  Mərhum Qulam  Hüseyn 

Xəlilzadə cox yaxşı qulluqçulardan idi. O, üstvar idi. 

Sərçeşmə  məhəlləsinin təbilvuranları  məşhur  idi.  O  məhəl-

lənin təziyyəçiliyində  mərhumlar: ağayi-Delcu, ağayi-Mülki  cə-

nabları çox zəhmət çəkərdilər. 

Səfər  ayı  çıxanadək  müxtəlif  məscidlərdə,  evlərdə  rövzə-

xanlıq  keçirilərdi.  Mərhum  Hacı  Mirsaleh  Müctəhidinin  məsci-

dində  də  2  ay  rövzəxanlıq  olardı.  Mərhum  icazə  verməzdi  ki, 

təbilvuranlar onun məscidinin qabağından keçsinlər. 

Mərhum  Hacı  Mirzə  Möhsün  Müctəhidi  bir  Hüseyniyyə 

otağı qayıtdırmışdı. Onun  həyətı çox  böyük  idi. Həyəti  meydan 

şəklində  düzəltmişdilər.  İki  hissədən  ibarət  idi.  Alt  təbəqəni 

kişilər  üçün,  üst  təbəqəni  də  xanımlar  üçün  hazırlamışdılar.  O 

mərhum  şəbih  üçün  bütün  vəsaili  də  özü  hazırlamışdı.  Hazır-

lanan  vəsail  bunlardan  ibarət  idi:  Yezidin  qoşunu  üçün  qırmızı 

drapdan  paltar,  yaraqları  qızıl.  Bəni-Haşim  xanımlarının  paltar-

ları tirmədən olub, qızıl boyunbağı, güşvarə ilə bəzənmişdi. 

O  zaman  bir  şəbih  çıxardardılar  ki,  adına  “Nəsrani  şəbihi” 

deyirdilər.  Mən  özüm  uşaqkən  bu  şəbihi  yaxından  görmüşdüm.. 

Nəsrani  şəbihinin  hekayəsi  belə  idi:  “Deyirlər  ki,  bir  xanım  var 

imiş ki, özü müsəlman, şiə imiş, əri isə nəsrani. Bir gün əri evdən 

çıxanda  arvadına  deyir  ki,  nahara  12  nəfər  qonağım  olacaq.  Sən 

onlar üçün nahar tədarükü gör. Həzrəti Zəhra (ə) o xanımın evinə 

təşrif  aparıb,  onunçün  yemək  bişirir.  Xanım  nigaran  rövzədən 

qayıdır,  görür  ki,  evi  ətir  iyinə  dolub,  yemək  də  hazırdır.  O 

sevindiyindən  bir  az  ağlayır,  bir  az  da  gülür.  Axı  o  ərindən 

qorxurmuş. O, Allaha şükür eyləyır. Əri qonaqlarla birlikdə gəlir. 

Xanım naharı çəkib gətirir, mizin üstünə qoyur. Görür bu qazanın 

ayrı bir ətri var, həmişəkindən fərqlidir. Kişi deyir ki, bu həmişəki 

qəza deyil. Onun səbəbini soruşur. Xanım əvvəl dinmir. Sonra əri 

onu şəmşirlə qorxudur, deyir ki, mənə doğru cavab verməsən səni 

tikə-tikə doğrayacağam. Xanım həqiqəti olduğu kimi danışır. Kişi 



 

418 


təamları  tərifləyir.  Bundan  sonra  onlar  ayağa  qalxıb  kəlmeyi-

şəhadəti oxuyub müsəlman olurlar. 

 

Əkinçilik işləri 

 

Əkinçilər  əvvəl  yeri  öküznən  şumlayır,  gavahın  ilə  çevi-

rərdilər.  Bir  müddət  qaldıqdan  sonra  toxum  səpirdilər.  Onlar 

toxum  səpəndə  deyirdilər:  Bu  dilənçi  payı,  bir  qədər  də  səpib 

deyirdilər: bu da qurd-quş payı. 

Əkəndən  sonra  əkini  suvarırdılar,  elə  ki,  əkin  göyərdi,  boy 

atdı, sünbüllər görsəndi, o zaman deyirdilər ki, sünbül basdı. 

Əgər  əkin  yetişəndən  sonra  gecə  biçsəydilər,  sünbüllər 

ikiqat olub sınardı. Bu zaman deyirdilər ki, biçini vağam aparıb. 

Bu  halətdə  buğda  çölə  dağılar,  məhsul  ələ  gəlməzdi.  Amma 

əgər gözlətməsəydilər, vaxtında biçsəydilər, biçin vağama getməz-

di. Məhsulu göyşəndən yığandan sonra gətirib, xərmənə tökərdilər, 

sonra öküzlərə vəl bağlayıb xırman sürərdilər. Öküzlər o qədər vəli 

xırmana  tökülmüş  məhsulun  üstündə  çəkərdilər  ki,  tamam  buğda, 

ya  arpa  üzə  çıxardı.  Ondan  sonra  buğdanı  sovurardılar.  Bu  işə 

sovurnaq  deyirdilər.  Sovurduqdan  sonra  buğda  ələ  gələr,  samanın 

da  yığıb  qışda  mal-heyvan  üçün  saxlayardılar.  Buğdanı  da  taxta 

qaba, ya da quyuya töküb ağzını palçıqlayardılar. 

Xəşə  yonca  da  əkərdilər,  əgər  məhsul  yetişən  vaxtda  gec 

tərpənsəydilər  məhsul  saralıb  yerə  tökülərdi.  Bu  zaman  deyər-

dilər  ki,  yonca  xarab  olub.  Amma  əgər  vaxtında  biçsəydilər, 

biçəndən  sonra  bağ  bağlayıb,  sonra  taya  vurardılar.  Bu  mal-

heyvanın  qışına  ruzi  olardı.  Xəşəni  üç  dəfə  biçərdilər.  Bir  dəfə 

biçəndən sonra  yenidən sovurardılar. Xəşə yeyəni göyərən kimi 

bir də biçib, qışa saxlayardılar. Bu məhsulun adına “peşəduran” 

deyirdilər.  Genə  də  xəş  yerini  suvarar,  göyərən  kimi  biçərdilər. 

Bu  məhsula  “huvadura deyərdilər”. Üçüncü dəfədən  sonra xəşə 

yerində  mal-heyvanı  otarardılar.  Xəşə  yoncanı  bir  il  əkərdilər, 

yeddi il bəhrə verərdi. 

 


 

419 


Əşayir rəsmləri 

 

Əşayirin  bir  rəsmi  var  idi.  Bir  yerdə  çadır  qursaydılar 

oradan  möhtərəm  şəxs  sovuşanda  böyük  oğlanlarını  yollardılar 

ki, gedib qonağın atının cilovundan yapışsın, ondan xahiş eləsin 

ki,  atdan  yenib  şama,  ya  nahara  qonaq  olsun.  Əgər  qəbul 

eləsəydi  canü-dildən  ondan  nəziranlıq  edərdilər.  Qonaq  atdan 

yenən  zaman  onun  ayağının  altında  qoyun  kəsərdilər.  Əgər  bir 

neçə gün qalsaydı, ona hər cür hörmət edərdilər. Bəziləri qonağa 

at,  yaxud  tüfəng  bağışlardı.  Əgər  yoldan  keçən  dəvəti  qəbul 

etməyib, atdan yenməsəydi, bu iş bədbəxtçilik sayılardı. 

Əşayirlər  Muğandan  yaylağa  köçəndə  hər  tayfa  əsasiyyəni 

dəvələrə  yüklərdi.  Dəvələri  bəzərdilər,  boyunlarına  fanar  asıb 

üstünə  fərş  asardılar.  Qulaqlarından  rəngli  dəsmal,  boyunlarından 

zəngi-zınqı



 

420 


maq  olmazdı.  Yaylağa  gedən  zaman  cavan  oğlanlar özlərin  qo-

rumaq  üçün  tüfəngli  gedərdilər.  Bu  işi  yol  kəsənlərin  qabağını 

almaq üçün də görərdilər. Köç gedən zaman onlarla bərabər bir 

çörəkçi,  bir  vərdənə  çalan,  bir  atları  qaşovlamaq  üçün  mehtər, 

bir nəfər dəvələrə noala verən, bir odun yığan, bir sugətirən, bir 

çoban onlarla gedərdi. Bu işçilər üçün ayrı bir alaçıq qurardılar. 

Əşayir  tayfalarının  adları  bunlar  idi:  Polada,  Alari,  Talış, 

Qocabəyli, Təkəli, Munlu, Qaraxanlı, Rzabəyli, Saxanbəyli, Cahan 

xanımlı, Əcirli, İsalı, Çalıbanlı, Muğanlı, Ərəbli, Qara Musalı. 

Əşayirlər oğlanlarını evləndirmək istəyən zaman, istədikləri 

qızın  adına  bir  gəlin-bala  düzəldirdilər.  Gəlinbalanı  parçadan 

tikərdilər. O qızın adını gəlinbalaya qoyub, onu bir  həftəlik ev-

də,  yük  üstdə  qoyardılar.  Əgər  bir  həftənin  içində  onların  evlə-

rində pis tifaq düşməsəydi, canlarına, ya mallarına bir zərər dəy-

məsəydi,  istədikləri  qız  üçün  elçi  yollardılar.  Əgər  əks  surətdə 

xoşa gəlinməz bir hadisə qabağa gəlsəydi, o qızı almazdılar. 

 Əşayirlər  dəvəni  işdən  düşən  zaman  kəsərdilər.  Dəvəni 

kəsmək o biri heyvanlar kimi olmazdı. Onun başını kəsməzdilər, 

nəhr  eyləyərdilər.  Sinəsinin  arasından  bir  bıçaq  sancardılar. 

Heyvan  bu  vəziyyətdə  qalardı.  Canı  çıxandan  sonra  dəvənin 

dərisini soyub bölərdilər. 

 

Xan və bəylərin şəhər, kənd yaşayışları 



 

O  zaman  xanların  bir  evi  şəhərdə,  biri  də  kənddə  olardı. 

Onlar  qış  fəslində  şəhərə  gəlib,  orda  yaşayardılar.  Bahar  fəsli 

yenə kəndə gedərdilər. 

Onların  çoxlu  mal-qaraları  var  idi.  Tövlələri  mal-heyvanla 

dolu olardı.  Kənddə  yoxsul olan  adamlar  xan  evindən  süd,  kərə, 

qatıq,  ayran,  şor,  pendir  və  s.  aparardılar.  Xanlar  həftədə  bir 

qoyun  kəsib  ətindən  kənd  əhlinə  verərdilər.  Onların  qonaq 

otaqları  həmişə  sahmanlı,  hazır  olardı.  Lapdan  şəhərdən  qonaq 

gəlsəydi  qabağa  çıxıb  çox  məhəbbətlə,  hörmətlə  ona  xoş  gəldin 

deyərdilər.  Sonra  qulluqçularına  göstəriş  verərdilər  ki,  qonağın 

ayağı  altda  bir toğlu kəssin.  Qonağa çox ali  şəkildə qulluq  edər-



 

421 


dilər. Qonaq rahatlanandan sonra bir aftafa-ləyən gətirərdilər ki, o 

üz-gözün yuyub sərinləsin. Sonra çay gətirərdilər. Onunçun qatıq, 

kərə,  bal,  isti  çörək  gətirərdilər.  Qonaq  gərək  onlardan  yeyəydi. 

Bundan  sonra  qurbanlıq  ətindən  kabab  verirdilər.  Əgər  gələn 

qonaq  hörmətli  şəxs  olsaydı,  məhəllənin  mömin  adamları  əlaqə 

qurmağa  çalışardılar.  Əgər  qonaq  orda  namaz  qılsaydı,  onlar 

hamısı  ona  qulluq  göstərərdilər.  Əgər  gələn  qonaq  musiqi  əhli 

olsaydı,  onu  sevindirmək  üçün  aşıq  çağırardılar.  Qonağı  kəndin 

gəzməli,  görməli  yerlərinə  də  aparardılar.  Əgər  bir  neçə  gündən 

sonra  qayıtmaq  istəsəydı,  onun  üçün  sovqat  hazırlayardılar.  Bir 

xurcun yağlı fətir, bir qab bal, kərə, bir dənə toğlu verərdilər. 

Deyirlər  bir  gün  xanlardan  biri  otaqda  əyləşmişdi.  Oğlu 

gəlib  ərz  eyləyir:  Xan,  nahar  hazırdır,  buyurun,  nahar  edın. 

Oğlan xanı çağırandan sonra gedir, ailə üzvləri  ilə birlikdə xanı 

gözləyirlər.  Görürlər  ki,  yemək  soyudu,  amma  xan  gəlmədi. 

Xanım özü gedib deyir: – Niyə təşrif gətirmirsiz, yemək soyudu. 

Xan deyir: – Axı pərdəni qovzuyan yoxdu. 

Xanım  pərdəni  qalxızır,  xan  zəhmət  cəkib  yemək  üçün 

süfrə başına gəlir. 

 


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin