ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə20/27
tarix03.02.2017
ölçüsü4,07 Mb.
#7453
1   ...   16   17   18   19   20   21   22   23   ...   27

BƏHLULUN TƏDBİRİ 

 

Qədim  zamanlarda  biri  Bağdada  işləməyə  gedir.  3-4  ay 



işləyir  500  dinar  pul  qazanır.  Bu  kişi  istəyir  ki,  500  dinar  da 

əlavə  qazanıb  min  dinar  edib,  vilayətinə  qayıtsın.  Ancaq  500 

dinarı  itirib,  oğurlatmaqdan  qorxur.  Odu  ki,  bir  əmin  adam 

axtarır.  Ona  deyirlər,  get  Bəhlulu  tap  o,  sənə  bir  yol  göstərər. 

Kişi  çox  axtarandan  sonra  Bəhlulu  tapır,  görür  uşaq  kimi  bir 

qəmiş ağacı minib, oyan-buyana çapır. Kişi naümidliklə dərdini 

Bəhlula deyir. Bəhlul deyir: 

– Apar pullarını bir salim adama tapşır.  

Bunu deyib, qəmiş atına bir qamçı vuraraq, uzaqlaşır. Kişi mat 

qalaraq, bazara qayıdır. Hücrələrin birində görür ki, saqqalı hənalı, 

üz-gözü  səfalı  bir  adam  döşəkçənin  üstündə  oturub,  təsbih 

çevirməkdədi. Öz-özünə fikirləşir ki,  əzası düzgün adam olsa-olsa 

budur.  Qabağa  gedib  salam  verir.  Hacı  mehribanlıqla  salamı  alıb 

onu  əyləşməyə  dəvət  edir.  Qəhvəçini  çağırıb,  çay  sifariş  verir. 

Sonra ondan gəlməsinin məqsədini soruşur. Kişi utana-utana deyir:  

–Vallah,  Hacı  ağa,  bir  az  pulum  var,  qorxuram  yanımda 

saxlayam  oğurlayalar.  Odur  ki,  bir  Allah  bəndəsi  axtarırdım  ki, 

pullarımı  onun  yanında  əmanət  qoyum.  Dedim  elə  siz  etibarlı 

adamsız,  sizə  zəhmət  verim  ki,  bir  ay  bu  pulu  mənim  üçün 

saxlayasız, vətənə gedəndə gəlib sizdən alam. 

Hacı deyir: – Eybi yoxdu, oğlum, verin saxlayaram. 

 Kişi  pullarını  Hacıya  təqdim  edib,  mürəxxəs  oldu.  Bir 

müddətdən  sonra  500  dinar  da  yığıb,  vətənə  getmək  qəsdinə 

düşdü. Hacının dükanına gəlib, ucadan salam verdi. Amma Hacı 

başını  aşağı  dikmişdi,  salamın  cavabını  vermədi.  Kişi  bir  də 

salam  verir.  Hacı  saymazyana  başını  bir  az  qovzuyub,  salamın 

cavabını vermək əvəzinə dedi: 

– Nə istəyirsən? 



 

347 


Kişi  qısıla-qısıla  dedi:  –  Hacı  ağa,  istəyirəm,  Allah  qoysa, 

vətənə qayıdım. 

Hacı dedi: – Vətənə qayıtmağının mənə nə dəxili var? 

Kişi dedi: – Hacı, o əmanəti sizdən almaq istəyirdim. 

Hacı dedi: – Hansı əmanəti? 

Kişi dedi: –O beş yüz dinarı ki sizə vermişdim, saxlayasız? 

Hacı  dedi:  –  Çıx  get  işinin  dalınca,  mən  məgər  sənin 

dədənin sandıqdarı idim ki, əmanət saxlayam? 

Kişi  dedi:  –  Allah  eləməsin,  Hacı  ağa,  siz  bizim  başımızın 

tacısınız. Mənə lütf eləmişdiz, pulumu alıb saxlamışdız.  

Hacı  əsabani  olub  dedi:  –  Get-get, oğul,  Allah  ruzunu  ayrı 

yerdən versin, mən əmanət zad saxlayan deyiləm.  

Kişi bir də təkrar etdikdə, Hacı acıqlanıb dedi: 

– Dedim, itil get, biz əmanət qəbul etmirik, əmanət alanda, 

qəbiz veririk. Get özgə adamın başına börk qoy, bizim başımıza 

börk keçməz. 

Kişi  yalvardıqca, Hacı daha da hirsləndi. Kişi dedi:  – Hacı 

ağa, Allaha xoş getməz, o pulu mən 4 aya işləyib, tər tökmüşəm, 

əllərim qabar olubdu. 

Hacı  daha  da  hirslənib  dedi:  –  Hoqqabazın  biri  hoqqabaz, 

indi məmur çağırıb səni həbsə saldırram.  

Kişi  qorxusundan  kor-peşman  qayıtdı.  Bəhlulu  axtarmağa 

başladı.  Axırda  Bəhlulu  qəmiş  atını  çapdığı  yerdə  tapıb, 

qolundan  tutub  dedi:  –Bəhlul  ağa,  Bəhlul  ağa,  başına  dönüm, 

bircə dayan, gör mənim başıma nə gətiriblər?! 

Bəhlul qəmiş atının başını çəkərək dayandı. 

Kişi  dedi:  –  Yadında  olsa,  bir  ay  qabaq  mən  səndən  əmin 

adam soruşdum ki, pullarımı tapşıram. Siz də buyurdunuz ki, bir 

əzası  dürüst  adama  ver.  İndi  həman  əzası  dürüst  adam  mənim 

pullarımı vermir. Gəl, mənim pullarımı ondan al. 

 Bəhlul  dedi:  –  Burada  dayan,  qoy  məm  atımı  bağlayım, 

karvansaraya gəlim, görüm nə deyirsən.  

Bunu  deyib  atını  çapıb  getdi.  Bir  azdan  sonra  gəlib  kişiyə 

dedi: – Gəl gedək, o Hacını mənə göstər.  



 

348 


Kişi Bəhlulu gətirib, uzaqdan Hacını ona göstərdi.  

Bəhlul  dedi:  –  Sən  bir  tərəfdə  dur,  mən  Hacının  yanına 

gedərəm.  Nə  vaxt  mən  əllərimi  bir-birinə  çaldım,  gəl  Hacıdan 

pullarını istə.  

Bəhlul  üz-gözünə  bir  az  torpaq-palçıq  yaxıb,  bir  ağac  da 

əlinə  alıb  Hacının  dükanına  gəlib  salam  verdi.  Hacı  gülər  üzlə 

onun salamına cavab verib dedi: 

– Buyurun. 

Sonra da qəhvəçi şagirdi səsləyib çay sifariş verdi.  

Bəhlul dedi:  – Hacı ağa, mənə bir qəziyyə üz verib, sizdən 

əmin bir adam tapmadım ki, nəql eləyim. 

Hacı  dedi:  –  Buyurun-buyurun,  xatiriz  cəm  olsun,  hər  nə 

istəyirsiz deyin. Bəhlul oyan-buyana baxıb dedi: – Hacı ağa, siz 

şəhərin yarım ağaclığında olan “Baba bağını” tanıyırsız?  

Hacı dedi:  – Əlbəttə ki, tanıyıram, uşaqlıqda hər gün uşaq-

larla  oraya  badam  oğurluğuna  gedərdik.  Allah  günahı-  mızdan 

keçsin,  onda  uşaq  idik,  anlamırdıq,  böyüyəndən  sonra  düşünüb 

tövbə elədim. 

Bəhlul dedi: – Bəli... Dünən orada cüt sürürdüm,  yer  yaş  idi, 

cüt  quyulanırdı  yerə.  Öküzlər  cütü  zor  ilə  çəkib  çıxarırdılar.  İki 

dəfə o baş bu başa getmişdim, bir də gördüm ki, cüt bir şeyə ilişdi. 

Öküzlərə güc verdim, bir də gördüm bir yoğun zəncir yerdən çıxıb, 

bir  deşik  açıldı.  O  deşiyi  bir  az  genəldib  başımı  içəri  uzatdım, 

gördüm  aşağıda  qırx  danə  böyük  küp  var  ki,  ağızlarında  qızıl 

qapaq, qapaqların üstündə qızıldan xoruz mücəssəməsi var. 

Burada Bəhlul əllərini bir-birinə çalaraq dedi: 

– Amma heyif olsun ki, bilmədim o küplərin içində nə var. 

Hacı  dedi:  –  Əlbəttə  onların  içində  hətmən  qızıl  olmalıdı. 

Sonra nə elədin? 

Bu zaman pul verən kişi Bəhlulun əllərinin səsini eşitdikdə 

tez  özünü  yetirib,  salam  verib  dedi:  –  Hacı  ağa,  həmşəhərli-

lərimiz gedirlər, mənim pulumu verin, onlar ilə gedim. 

Hacı  gördü  əgər  bu  kişiyə  desə  ki,  hansı  pul,  kəndli  şəkkə 

düşüb gedəcək xəzinə əldən çıxacaq. Odu ki dedi: 



 

349 


–  Dadaş  indi  bu  ağa  ilə  söhbət  edirik,  get  yarım  saatdan 

sonra gəl, pulunu al, apar. 

Kişi dubarə gedib yanda dayandı.  

Hacı dönüb Bəhlula dedi: – Hə, de görüm sonra nə elədin? 

Bəhlul  dedi:  –  Heç,  oranı  torpaqlayıb,  üstünü  örtdükdən 

sonra cütü aparıb zəminin o biri tərəfindən saldım. Beş-altı yol o 

baş  bu  başa  getdikdə,  genə  də  gördüm  ki,  cüt  bir  zada  ilişdi. 

Öküzlərin  gücləri  çatmadı  ki,  çıxartsınlar.  Naçar  qalıb  özüm 

torpaqları  oyan-buyana  verdim,  gördüm  bir  böyük  zəncir  çıxdı, 

bir  az  da  qazandan  sonra  gördüm  zəncirin  ucu  bir  sal  daşa 

bənddi.  Daşı  götürəndə  bir  sərdabə  açıldı,  içəri  girdim,  gördüm 

qırx  küp  var,  hər  küpün  ağzında  gümüşdən  qapaq,  qapağın 

üstündə gümüşdən xoruz mücəssəmələri.  

Bəhlul  genə  də  əllərini  bir-birinə  çalaraq  dedi:  –  Amma 

heyif olsun ki, bilmədim küplərin içində nə var? 

Hacı dedi: – Hətmən onların içində gümüş pul varmış. 

Bu zaman pul sahibi  Bəhlulun əllərinin səsini eşitdikdə tez 

gəlib  məzlumcasına  Hacıya  dedi  ki:  –  Hacı  ağa,  yoldaşlarım 

gedirlər, müntəzirimdirlər, mənim pulumu verin gedim. 

Hacı dedi: – Bir az get dolan, pullarını verim, apar. 

Sonra Bəhlula dönüb dedi: – Hə... Sonra neylədin? 

Bəhlul  dedi:  –  Heç  onların  da  üstünü  torpaqlayıb  cütü 

aparıb  o  biri  tərəfdən  saldım.  Yenə  də  bir  neçə  dövr  oyan-

buyana  gedib  qayıtdıqdan  sonra  gördüm  dubarə  cüt  bir  şeyə 

ilişdi,  yenə  də  torpağı  oyan-buyana  verdikdə,  bir  zəncir,  sonra 

bir  sərdabə  açıldı.  Baxdım  gördüm  genə  də  küplər  yan-yana 

düzülübdülər,  hər  küpün  ağzında  qırmızı  yaqutdan  qapaq,  hər 

qapağın üstündə yaqutdan qayrılmış xoruz mücəssəmləri...  

Burada  Bəhlul  əllərini  bir-birinə  çalaraq  dedi:  –  Amma 

heyif olsun ki, bilmədim küplərin içində nə var.  

Hacı dedi: – Hətmən küplərin içində yaqut varmış. 

Bu  zaman  kişi  Bəhlulun  əllərinin  səsini  eşitdikdə  genə  də 

özünü  yetirib  dedi:  –  Hacı  ağa,  sən  Allah,  yoldaşlarım  yol 

üstündədirlər, məni yola salın gedim. 



 

350 


Bu  zaman  Bəhlul  Hacıya  xitab  edərək  dedi:  –  Bu  kimdi? 

Hey gəlir söhbətimizi kəsir? 

Hacının ki, ağzının suyu lap axmaqda idi, dedi: – Oğul, sənin 

pulun dükanın dal tərəfində taxçadakı küpdədir, get, götür apar. 

Kişi tələsik  içəri girib, küpənin  içindəki pulları götürüb se-

vincək  halda xudahafizləşib getdi. Bəhlul  sözünə davam edərək 

dedi: 

–  Bəli,  Hacı  ağa,  işi  bu  cür  gördükdə,  oranı  da  torpaqlayıb, 



cütü  o  biri  tərəfə  apardım,  orada  da  bir  neçə  baş  gedib-gəldikdə, 

genə də cüt bir neçə zəncirə ilişdi. Zənciri çəkdikdə, bir baca açıldı, 

özümü içəri saldım, gördüm, bəh, bəh. Küplərin üstündə almazdan 

qapaqlar. Qapaqların üstündə almazdan xoruz mücəssəmələri, çıraq 

kimi işıldayırlar. Onların birinin qapağını götürüb gördüm içi dolu 

almazdı.  Tələsik  özümü  saldım  küpün  üstünə  ki,  ciblərimi 

doldurum.  Ətəyim  ilişdi  xoruzun  dimdiyinə,  yıxıldım  palçıqların 

üstünə,  bu  zaman  birdən  yuxudan  ayıldım.  İndi  gəlmişəm,  sizdən 

soruşam görəm mənim boynuma qüsul gəlibdir, ya yox? 

Hacı dəli kimi qızararaq dedi: 

– Tifaqın dağılsın, bunlar hamısı yuxu idi? 

Bəhlul üz-gözünü silərək dedi: 

– Bəli... Hacı ağa, sən xəyal edirdin ki zahirdi? 

Hacı Bəhlulu tanıyıb dedi: 

– Allah evini yıxsın, məni biçarə elədin. 

Bəhlul gülərək uzaqlaşdı. 

 

KEÇƏLİN XƏZİNƏ TAPMASI 

 

Birinin  arsız  keçəl  bir  oğlu  vardı.  Əlini  ağdan-qaraya  vur-

mazdı. Elə deyərdi ver yeyim, ört yatım, gözlə canım çıxmasın. Bi-

çarə kişi gecə-gündüz cüt sürüb, bel vurub, əkin edərdi, anası yazıq 

da  paltar  yumaqdan,  çörək  yapmaqdan  əl-ayaxdan  düşmüşdü.  O 

ikisi qazanıb, gətirərdilər, keçəl rahatcasına oturub yeyərdi. 

 Bir  gün  keçəlin  anası  dedi:  –  Oğul,  yarım  saat  get, o  cütü 

atanın əlindən al, sür, qoy o gəlib naharını yesin. 



 

351 


 Keçəl  dedi:  –  Mən  gedə  bilmərəm,  cütü  qoysun,  gəlsin. 

İstəyirsiz bu yolla məni yavaş-yavaş işə çəkəsiz?  

Anası  dedi:  –  Yox,  oğlum,  bu  dəfə  elə  əvvəl  axırdı,  daha 

bundan sonra sənə heç iş tapşırmaram!  

Keçəl  dedi:  –  Bu  dəfə  gedirəm,  amma  bundan  sonra  mənə 

iş desəz dünyanı dağıdaram.  

Anası dedi: – Olsun. 

 Keçəl  gedib  cütü  atasından  alıb  sürməyə  başladı.  Atası 

nahar yemək üçün evə gəldi. Amma yorğun olduğuna görə nahar 

yeyəndən  sonra  yuxusu  tutub  yatdı.  Keçəl  yarım  saat  cüt 

sürdükdən sonra gördü dədəsi gəlmədi. Öz-özünə dedi:  

– Bunlar məni bu yol ilə işə çəkmək istəyirlər. Yaxşısı budu 

cütü  şuma  salıb  sındırım,  daha  bunlar  tövbə  eləsinlər,  mənə  iş 

deməsinlər. 

 Bu  xəyal  ilə  bir  böyük  daşı  nəzərə  alıb,  cütü  ilişdirdi  ona, 

öküzlərə bir iki ağac vurdu. Öküzlər güc verdilər, amma keçəlin 

şansından  cüt  sınmaq  əvəzinə,  o  yekəlikdə  daş  yerindən 

qovzanıb  bir  tərəfə  dığırlandı,  altından  bir  quyu  açıldı.  Keçəl 

gördü  quyunun  içi  doludu  böyük-böyük  qızıl  xumları  ilə. 

Xumların birinin ağzını açdı, gördü ləl cəvahir ilə doludu. Keçəl 

fikrə  düşdü,  dedi  əgər  mən  bu  qəziyyəni  dədə-nənəmə  desəm, 

onlar məni işlədəcəklər. Yaxşısı budu ki, bu yoldan keçənlərdən 

birini çağırım, xəzinəni ona verim, ta özüm rahat olum. Bu xəyal 

ilə yoldan keçən iki atlını səsləyib dedi: 

– Ey ağalar, gəlin bura, sizə bir yaxşı sözüm var. 

 Atlılar atlarının başını keçələ sarı döndərdilər. Amma keçəl 

birdən  peşman  olub  öz-özünə  dedi:  –  Ey  dili-qafil,  sənin  atan-

anan gecə-gündüz mal kimi işləyib, axşamadək tər tökürlər, arpa 

çörəyini doyunca tapıb  yeyə  bilmirlər. İndi  insaf  deyil,  mən  bir 

belə  qızılı  müftəsinə  verim,  özgələr  aparsın.  Bu  zaman  atlılar 

yetişdilər. Keçəl daha bir söz tapıb deyə bilməyib, gülərək dedi: 

–  Hey...  ağalar,  mən  istəyirəm  sizdən  soruşam  ki,  bu 

qırmızı öküz bu qara öküzün nəmənəsidi? 


 

352 


Atlılar baxıb gözlərini ağardaraq, atlarını döndərib getdilər. 

Keçəl  dediyi  sözlərdən  peşman  oldu,  dedi,  ey  kaş  verəydim, 

aparaydılar,  yoxsa  dədə-nənəm  bunları  daşıyanda  məni  də  işə 

çəkəcəklər. Odur ki, dubarə atlıları səsləyib dedi: 

– Ağalar, gəlin bu dəfə düzünü deyəcəm. 

Atlılar dedilər bu keçəl sözsüz deyil, gedək görək nə demək 

istəyir. Dubarə keçəlin yanına gəldilər. Onlar gəlincə keçəl genə 

də ata-anasının kasıblığını yadına salıb peşman oldu ki, niyə bir 

halda  ki,  ata-anası  bu  çətinliklə  rüzgar  keçirdirl


 

353 


Atlılar and  içdiklərinə görə bir zad deməyib atlarını qovub 

uzaqlaşdılar.  Keçəl  fikir-xəyal  içində  evlərinə  gəldi.  Ata-anası 

dedilər ki, keçəl, bəs niyə öküzləri özbaşına buraxıb gəldin? 

Keçəl  dedi  ki,  gəlmişəm  sizə  bir  mənfəətli  söz  deyəm, 

amma bir şərt ilə ki, məni işlətməyəsiz.  

Dedilər: – Yaxşı, işlətmərik, de görək nə var? 

Keçəl  dedi:  –  Bir  dənə  qızıl  xəzinəsi  tapmışam,  amma 

gərək özünüz daşıyasız, mən əlimi vuran deyiləm.  

Dedilər:  – Eybi  yoxdu, sən get yorğanı çək başına  yat, heç 

kəsə də bir söz demə, biz gecə  ilə qızılları evə daşıyarıq. Keçəl 

xəzinənin yerini deyib, yorğanı başına çəkib yatdı.  

Hava  qaranlıqlaşandan  sonra  ər-arvad  çuval,  kisə  götürüb, 

qızılları  evə  daşımağa  başladılar.  Amma  səhərə  az  qalmış 

gördülər  ki,  hava  işıqlanır,  hələ  qızıllar  qurtarmayıbdı.  Anası 

gəlib keçəli oyadıb, dedi: 

–  Bala,  qızılları  daşıyıb  qurtarmışıq.  Amma  bir  azca  qalır, 

indi hava işıqlanır, hamı görər, qızıllar əlimizdən çıxar. Dur, bir-

iki ayaq da sən kömək elə. Daha söz veririk ki, bundan sonra heç 

vaxt sənə iş tapşırmayaq.  

Keçəl  deyinə-deyinə  durub  bir  balaca  torba  götürərək  qızıl 

daşımağa  başladı.  Hava  işıqlanınca  işlərini  qurtardılar.  Amma 

keçəlin  canı  acımışdı.  Öz-özünə  dedi,  eybi  yoxdu,  mən  bunun 

əvəzini  çıxaram.  Bilirdim  ki,  bu  işin  axırı  mənə  ziyan  yetirə-

cəkdir. Odu ki, bu xəyal ilə bir dənə xum qapağı, hər xumdan da 

bir-iki  qızıl  götürüb,  dağarcığına  doldurub  başının  altına  qoyub 

yatdı ki, səhər aparıb, padşaha görsədib qəziyyəti desin.  Amma 

anası  keçəli  yaxşı  tanıyırdı.  Gördü  ki,  keçəl  çox  oyan-buyana 

vırnıxır,  bildi  ki,  bir  əməli  var.  Keçəli  yuxu  aparandan  sonra 

gəlib  dağarcığı  yavaşca  başının  altından  çəkib  çıxartdı.  Gördü 

hamısı  qızıldı.  Onları  boşaldıb,  yerinə  saxsı  sınığı  doldurub, 

xum  qapağının  əvəzinə  də  bir  sınıq  kasa  qoyub,  dağarcığın  ağ-

zını bağlayıb keçəlin başının altına qoydu. Səhər keçəl yuxudan 

durub  dağarcığı  götürüb,  birbaş  şahın  sarayına  yollandı.  Qara-

vullar qabağını kəsdilər, keçəl hay-küy saldı: 



 

354 


 – Baba, qoyun gedim içəriyə. Mən bir xəzinə tapmışam.  

Şah səs-küy eşitdikdə, xəbər aldı ki, nə olubdu? 

Dedilər,  bir  keçəl  oğlan  gəlib,  deyir  xəzinə  tapmışam.  Şah 

dedi: 


– Qoyun gəlsin. 

Keçəli saraya ötürdülər. Padşah soruşdu ki, nə var? 

Keçəl  dedi:  –  Qurban,  mən  bir  xəzinə  tapmışdım,  gecə 

atamla, anam daşıyıb evə apardılar. 

Şah dedi: – Hardan məlum ki, sən düz deyirsən? 

Keçəl dedi: – Qurban, nümunələrini gətirmişəm.  

Şah dedi: – Çıxart görüm.  

Keçəl  dağarcığın  ağızını  açıb  yerə  boşaltdı.  Gördü  ki, 

hamısı saxsı sınığıdı.  

Şah dedi: – Tapdığın xəzinə budu? 

Keçəl  gördü  ki,  börk  başına  keçibdi.  Genə  axmaqcasına 

gülərək dedi: 

–  He,  he,  he,  qurban,  düzü  budu  ki,  sizin  xanım  bu  saxsı 

sınıqlarının sayıca bizdən on şahılıq pul, bu sınıq kasa dolusu da 

un  borc alıb,  nə  vaxtdı ki, gətirib  vermir,  məni də dərbara qoy-

murlar, odu  ki,  xəzinəni  bəhanə  eləyib  gəlmişəm  ki,  borclarımı 

xanımdan alım.  

Şah acıqlanıb dedi: – Aparın bu axmağa yüz şallaq vurun. 

Keçəl şallaqları yedikdə harayı göyə çıxdı. Dedi: 

– Şaha deyin düzünü demək istəyirəm.  

Şah əmr etdi ki, vurmasınlar, görək nə demək istəyir.  

Keçəli dubarə şahın yanına gətirdilər. Şah dedi: 

– Keçəl, nə demək istəyirsən?  

Keçəl dedi: – Qurban, istəyirəm deyim ki, bu şallaqlar məni 

incidir.  Tələbimizi  vermirsiz,  verməyin.  Özümü  barı  ötürün, 

qoyun gedim.  

Şah vəzirə baxıb dedi: – Elə bil bu bədbəxt divanədi.  

Vəzir dedi: – Qurban, bu adam zahirdə sözlü adama bənzəyir.  

Şah  dedi:  –  Bir  meydanda  böyük  bir  təpə  saman  tökün, 

keçəli onun arasına qoyun, samana od vurun. Əmri yerinə yetir-



 

355 


dilər. Samanın acı tüstüsü keçəlin boğazına doldu. O az qaldı ki, 

boğulsun. Çığırıb dedi: 

– Qurban, bu dəfə düzünü deyəcəm. 

Keçəli genə də şahın yanına apardılar.  

Şah dedi: – De görüm, nə var? 

Keçəl  dedi:  –  Qurban,  çox  hirslisiz,  mənə  əziyyət  verirsiz. 

And için ki, əziyyət verməyəcəksiz, deyim. 

Şah and içdi ki, əziyyət verməyəcək.  

Keçəl dedi: 

– Lap düzü budu ki, qurban, istədim gəlib səni yaxından görəm. 

Şah  and  içdiyinə  görə  bir  söz  deməyib,  əmr  elədi  keçəli 

eşiyə  çıxartsınlar.  Keçəl  dağarcığını  götürüb,  evlərinə  gəldi, 

gördü  evləri  yerində  yoxdu.  Bir  də  baxıb  gördü  anası  qəşəng 

libas geyib, ləl-cavahir ilə özünü bəzəyib. 

Keçəl dedi: – Ana, bəs evimiz hanı? 

Anası dedi: – Oğul, şəhərin o tərəfində iki imarət almışıq, biri 

dədən  ilə  mənimki,  biri  də  səninkidi.  Kəniz,  nökər  tutmuşuq  ki, 

sənə xidmət eləsinlər. Sən fəqət ye, yat, ayrı işin olmasın. İndi gəl, 

get hamama, təzə libaslarını göndərim, geyin, get öz qəsrivə. 

 

ŞAH ABBAS İLƏ DƏRVİŞ HÜSEYN 

 

Biri vardı, biri yoxdu, İsfahan şəhərində bir pinəçi vardı ki, 



Şah Abbasa çox bənzəyirdi. Şah Abbas da bunu bilirdi. Bir gün 

Şah  Abbas  təsmim  tutur  ki,  dərviş  libasında  Təbrizə  gedib 

oranın  vəziyyətindən,  məmurların  xalq  ilə  rəftarından  xəbərdar 

olsun.  Amma  keçmişdə  şahlar  paytaxtlarından  uzaxlaşsaydılar, 

muxalifləri  baş  qovzayıb,  tac-taxta  sahib  olardılar.  Odu  ki,  Şah 

Abbas  vəzirinə  dedi  ki,  mənim  səfərim  mümkündü  ki,  uzun 

çəksin, əsaslı bir fikir etmək lazımdı. Şah ilə vəzir belə məsləhət 

gördülər  ki,  şahın  müxalifləri  onun  getməyindən  xəbərdar 

olmamaqları üçün o pinəçini gətirib, sarayda öz yerinə qoysun. 

Vəzirin əmri ilə bir arvada bir miqdar yağlı kökə verirlər ki, 

nəzir adı ilə bazara aparıb, paylasın. Kökələrdən birinə bihuşdarı 


 

356 


vurulmuşdu.  Onu  pinəçiyə  verdilər.  Pinəçi  kökəni  yeyən  kimi 

aşdı.  Vəzirin  adamları  dərhal  onu  bir  palaza  bürüyüb,  saraya 

gətirib,  paltarlarını  çıxardıb,  şahanə  paltar  geydirərək,  şahın 

yatağına  saldılar.  Dörd  nəfər  gözəl  kəniz  də  onun  ətrafında 

durub, ona yelpik ilə yel vurmağa başladılar.  

Şah Abbas belə gördükdə, dərviş libası geyib, az gəldi, çox 

gəldi,  bir  müddətdən  sonra  Təbrizə  yetişdi.  Bir  gün  gəzə-gəzə 

yolu gəcil qapısından düşdü. Qədim zamanlarda gəcil qapısında 

bir qəbiristanlıq vardı, onun ətrafında geniş, açıq bir yer olduğu-

na  görə,  bir  tərəfində  dərvişlər  mərəkə  tutar,  bir  tərəfində  mey-

mun oynadan, ilan oynadan, kəndirbazlıq eləyən, köhnə şey-şüy 

satan  kimi  büsatlar  qurarlarmış.  Şah  Abbas  gördü  bir  nəfər 

dərviş mərəkə qurubdu. Bu da araya girərək, bir ürfani şeiri xoş 

səslə  oxumağa  başladı.  Sonra  da  dövrədəkilərdən  dövran  yığdı, 

tamaşaçılar  Şah  Abbasın  sözlərindən,  səsindən  xoşları  gəldiyi 

üçün artıq pul verdilər. Şah Abbas da o pulların hamısını gətirib 

o dərvişin kəşkülünə tökdü. Dərviş Hüseyn dedi: 

– Baba dərviş, bu pullar sənə verilibdi, sən də götürməlisən. 

Şah Abbas ki özünü dərviş Abbas adı ilə tanıtdırırdı dedi: 

– Yox, mərəkəni sən qurmuşdun, sənə də yetişir.  

Dərviş Hüseyn dedi: 

– Bəs gəl yarı bölək. 

Dərviş  Abbas  dedi  yox,  mən  bir  şahı  da  götürmərəm. 

Dərviş Hüseynin ondan xoşu gəldi, dedi:  

– Baba dərviş, elə bil ki, sən bu şəhərdə qəribsən.  

Dedi: – Bəli, dərviş. 

 Dedi: – Bəs elə isə bu gecəni mənə qonaq ol. 

Dərviş  Abbas  da  qəbul  edib,  dərviş  Hüseynin  evinə  gəldi. 

Gecə şam yeyəndən sonra dərviş Abbas dedi: – Dərviş Hüseyn, 

mənim  adətimdi gecələr şəhərə çıxıb dolanıram, şəhərin  xəlvət-

liyindən ləzzət alıram.  

Dərviş Hüseyn dedi:  – O cür olsa,  mən də səninlə gələrəm 

ki, tək qalmayasan.  


 

357 


Beləliklə,  iki  dərviş  evdən  çıxıb,  gəzə-gəzə  bazara  tərəf 

gəldilər.  Bazarın  içi  qaranlıq  idi.  Bir  də  gördülər  ki,  bir  yerdən 

işıq  görünür  və  o  işıqda  bir  neçə  nəfər  əllə  şəmədə  deyirlər. 

Dərviş Abbas dedi: – Gedək, görək onlar nə qayırırlar. 

Dərviş  Hüseyn  dedi:  –  Qardaş,  ağrımaz  başımıza  niyə 

saqqız  salaq,  bizə  nə  vardı  onlar  ya  darğadırlar,  ya  oğru.  Hər 

halda bizə xətərdən savayı bir şeyi yoxdur. 

Dərviş Abbas dedi: –Mən gərək gedəm, bunların işlərindən 

baş çıxardam. Sən gəlmirsən gəlmə.  

Dərviş  Hüseyn  dedi:  –  Canım,  gözüm,  gəl,  bu  daşı  tök 

ətəyindən.  

 Qəbul eləmədi. 

 Dərviş  Hüseyn  gördü  yaxşı  deyil  ki,  qonağını  orada  tək 

qoya,  naçar  qalaraq  onunla  gəlib  o  adamlara  yaxınlaşdılar. 

Gördülər  iki  nəfər  bir  zərgər  dükanının  qapısını  sındırıb  bir 

böyük kisə qızıl eşiyə çıxardıb üç hissəyə bölməkdədir. 

 Dərviş Abbas dedi:  

 – Bunlar kimdi?  

 Dərviş Hüseyn dedi: 

– Bunların biri darğa Qafar, biri də darğa şəyirdi İbrahimdi. 

Səsin  çıxartma,  onlar  bizim  burada  olduğumuzu  bilsələr, 

ölümümüz yəqindir.  

Darğa  Qafar  qızılları  üç  yerə  böldükdən  sonra  İbrahimə 

dedi:  –  Bu  pulların  birini  aparıb  qazının  evinə,  birini  hakimin 

evinə  təhvil  verərsən.  Bu  biri  də  mənim  payımdı,  sənə  də  öz 

payımdan bir az verərəm.  

İbrahim dedi: 

– Axı, darğa başı, biz  bu  bazarın darğasıyıq, bu  bədbəxtlər 

bizə pul verirlər ki, onların dükanlarını, hücrələrini gözləyək ki, 

oğru aparmasın,  indi  Allaha  xoş getməz ki,  biz özümüz onların 

mallarını  oğurlayaq.  Onlar  bizim  ümidimizə  gedib  evlərində 

rahat  yatırlar.  Səhər  deməzlər  ki,  siz  bu  bazarda  idiniz,  necə 

oğru gəlib dükanı kəsdi ki, siz bilməmisiniz.  

Darğa dedi: 



 

358 


–  Axmaq-axmaq  danışma,  onlar  gedib  hakimə,  ya  qazıya 

şikayət edəcəklər. Onların da payını qabaqdan yolluyuram da.  

İbrahim genə dedi: 

 – Axı darğa başı, bu iş yaxşı iş deyil, insafsızlıqdı.  

Darğabaşı hirslənib dedi: 

– Artıq danışsan deyərəm, boynunu vurarlar. Bu sözlər sənə 

yetişməz, ya Allah, götü apar, tez yetir ki, indi səhər açılar. 

İbrahim  itaət  edərək,  üç  kisəni  bağlayıb,  dalısına  ataraq, 

getdi.  İbrahim  bazardan  çıxandan  sonra  dərviş  Abbas  ucadan 

öskürdü.  Dərviş  Hüseynin  ürəyinin  bəndi  lap  qırıldı,  əlini  onun 

ağzına tutaraq dedi: 

–  Allah  sənin  evin  yıxsın,  tifağın  dağılsın,  nə  qayırırsan. 

Bizi ölümə vermək istəyirsən? 

Amma şansları gətirdi ki, darğabaşı  mültəfit olmadı. İkinci 

dəfə  dərviş  Abbas  lap  ucadan  öskürdü.  Dərviş  Hüseyn  özünü 

dərviş Abbasın üstünə salaraq, ağzını bərk-bərk tutub dedi: 

– Evin yıxılsın, sən dəlisən, nəsən, nə iş görürsən? 

Amma  daha  iş-işdən  keçmişdi,  darğabaşı  onların  səslərini 

eşidib bir fışqa çaldı, qaravullar tökülüb dərvişləri tutdular. 

Darğa dedi: 

–  Bəs  siz  ki  hər  gecə  gəlib  bu  dükanları  kəsirsiz,  yaxşı 

əlimizə düşdüz. 

Dərviş Hüseyn yalvarmağa başladı: 

–  Vallah,  biz  oğru  deyilik.  And  içdi  ki,  bizim  heç  zaddan 

xəbərimiz  yoxdu.  Dərviş  babanın  biriyik,  ancaq  bu  axmaq  oğlu 

axmaq  bizi  evdən  eşiyə  çəkib  bazara  gətirdi  ki,  bir  az  dolanaq. 

Yoxsa biz oğru deyilik.  

Dərviş Abbas dedi: – Yox, ağa yalan deyir, bu dükanları biz 

kəsirik, bizim işimiz elə oğurluqdu. 

Dərviş Hüseyn acıqlı halda qayıdıb dedi: 

–  Kişi,  sən  məgər  dəlisən?  Biz  nə  vaxt  dükan  kəsmişik. 

Niyə yalandan bizə günah düzəldirsən? 

Sonra dönüb darğabaşına dedi: 


 

359 


–  Ağa,  vallah  bu  yalan  deyir,  bizim  əsla  ruhumuzun  da  bu 

işlərdən xəbəri yoxdu.  

Dərviş Abbas qayıdıb dedi: 

–  Ağa,  bu  dərviş  yalan  deyir,  dükanların  hamısını  biz 

kəsirik. Bizim elə işimiz budur.  

Dərvişlərin  ikisini  də  sarıyıb,  həbsxanaya  apardılar.  Səhər 

darğa qəziyyəni hakimə, qazıya dedi: 

–  İki  nəfər  adam  tutmuşuq,  biri  dəli  kimin  bir  zaddı,  özü 

and içir ki, dükanları biz kəsirik.  

Dedilər  yaxşı  oldu,  bunları  dara  çəkərik  xalqın  zənni  itər, 

bizə  bədgüman  olmazlar.  Amma  eşidin  dərvişlərdən.  Elə  ki 

dərvişlərin  ikisini  bir  zindana  saldılar,  dərviş  Hüseyn  düşdü 

dərviş Abbasın canına, o ki var vurub yorulandan sonra dedi: 

– Filan, filan olmuş, biz nə vaxt dükan kəsmişdik ki. Özünü 

dərdi-sərə

-


 

360 


Vəzir  kağızı  alan  saat  əl-ayağa  düşüb,  fövri  bir  rəsmi 

fərman  yazıb çapar  ilə Təbrizə  yola saldı ki, hakimə  yetirsinlər. 

Çaparlar  gecəni-gündüzə  salıb,  kağızı  Təbriz  hakiminə 

yetirdilər. Hakim kağızı açıb gördü ki, vəzir Allahverdi xan Şah 

Abbasın  tərəfindən  yazıbdı  ki:  –  “Eşitmişəm,  neçə  vaxt  idi 

Təbrizdə oğurluq tapılmış, gecələr dükan-bazarı kəsirmişlər. Siz 

indi  oğruları  İsfahana  göndərin.  Həm  oğrular  burada  cəzalarına 

yetişsin, həm də dövlət xidmətküzarları xələtlərini alsınlar”.  

Hakim çox şad olub, qazıya da xəbər verdi.  

Sabah  beş  yüz  atlı  götürüb,  darğabaşı  ilə  İbrahimi  də 

götürərək, oğrular ilə birlikdə İsfahana yola düşdülər.  

Dərviş  Hüseyn  İsfahanda  dardan  asılacağını  yəqin  etdikdə 

əllərini  dərviş  Abbasın  boğazına  qoyaraq,  boğmaq  istədi.  Haki-

min əmri ilə dərviş Hüseynin qollarını ağır zəncir ilə bağladılar, 

əl-ayağına buxov vurdular. Hakim dedi bu dərviş Abbas görünür 

ki, düz adamdı, onu elə açıq qoyun rahat dolansın.  

Xülasə  bu  minval  ilə  yol  gəlib,  qəti-mənazil,  teyn-mərahil 

edərək,  İsfahana  bir  ağac  qalanacan  yetişdilər.  Hakim  dəstur 

verdi  ki,  gecəni  orada  qalıb,  yorğunluqlarını  çıxardıb,  toz-tor-

paqlarını  təmizləyib,  sabah  tezdən  şəhərə  girsinlər.  Dərviş  Ab-

bas  gecə  qaranlığında  dolana-  dolana  uzaxlaşıb  şəhərə  tərəf 

qaçdı, özünü dərbara yetirdi.  

Amma indi sizə kimdən deyim, o Şah Abbasın yerində oturan 

pinəçidən.  Pinəçi  şahın  sarayında  ipək  yorğan-döşəyin  üstündə 

huşa getdikdə, əynindəki fakir libasları, özünü qu tükü ilə düzəlmiş 

yorğan-döşək  balışların  içində  qoyulmuş  halda,  bir  şahanə  imarət 

içində gördükdə, gözlərini sığarlayıb açdı. Elə bildi ki, yuxu görür. 

Bu  zaman  ətrafındakı  gözəl  kənizlər  onun  ayıldığını  gördükdə, 

“Qurban, salam, səhəriz xeyir” – deyə təzim etdilər. 

Pinəçi  bir-iki  dəfə  “Bismillah”  dedi  ki,  əgər  bunlar  əcinnə 

olsalar,  qaçsınlar.  Amma  qaçan  olmadı,  əksinə  olaraq  qızlar 

gəlib  onun  əl-ayağını  ovdular.  İki  huri  kimi  qız  qızıl  aftafa-lə-

yənə  su  töküb,  əl-ayağını  yuyub,  yumşaq  hövlələr  ilə  qurula-

dılar.  Pinəçi  mat  qalmışdı.  Hamı,  qurban  deyə  təzim  edirdi. 



 

361 


Pinəçi  özünə  deyirdi  ki,  bunlar  yuxu  da  olsa,  çox  şirin  yuxudu. 

Yaxşısı odu ki, ləzzət alım, axırı hər nə olur olsun.  

Bu zaman cürbəcür xörəklərlə dolu neçə məcməi gətirdilər. 

Pinəçi  o  xörəkləri  o  vaxta  kimi  nə  görmüş,  nə  də  adlarını  eşit-

mişdi.  Görməmiş  adamlar  kimi  özünü  saldı  xörəklərin  üstünə, 

bilmirdi  ki,  ağzına  qoysun,  ya  gözünə  təpsin.  Bu  zaman  bir 

sərkərdə içəri girib, təzim eləyib dedi: 

– Qibleyi-aləm, sədri-əzəm izni-dəxul istəyir. 

Pinəçi dedi: 

– “Sədri-əzəm” istəyir, kim istəyir? 

Sərkərdə dedi: 

– Qurban, cənab vəzir şərəfyab olmaq üçün icazə istəyir. 

Pinəçi elə bildi ki, ev sahibi gəlib icazə istəyir. 

Dedi: 


– Denən, pulum yoxdu, bir də hələ ay başı olmayıb ki?... 

Vəzir ki, pərdənin dalında durmuşdu, gördü çox yubansa, iş 

xarablaşacaq, içəri girib salamla təzim elədi, pinəçi vəzirin dəm-

dəsgahını gördükdə, özünü itirib, cəld ayağa qovzanıb dedi: 

– Qurban, bəndə ilə fərmayişin var? 

Vəzir  əvvəlcə  işarə  elədi  ki,  qızlarla  sərkərdə  getsinlər. 

Sonra dedi: 

–  Qibleyi-aləm  sağ  olsun,  hətmən  keçən  gecə  narahat 

yatmısız, bəndə vəzir Allahverdi xanam, icazə buyursaz kənizlər 

gəlib bir az çalıb oynasınlar, bəlkə bir az halınız düzələ. 

Pinəçi bir az vəzirə baxıb qəhqəhə çəkib güldü, sonra dedi: 

– Eybi yoxdu, gəlsinlər, çalsınlar, oynasınlar. 

Vəzir  əllərini  bir-birinə  çaldıqda,  pərdələr  kənara  gedib, 

qırx incə qız, hərəsinin əlində bir cürə musiqi aləti, bir cismi də 

oynuya-oynuya  dəm  tutdu.  Musiqi  səsi  göyə  qovzandı.  Oynu-

yanlar süzə-süzə pinəçinin qabağında o üz-bu üzə keçirdilər, bir-

birindən gözəl idilər.  

Pinəçi  bilmirdi  ki,  hansına  baxsın,  ancaq  axmaq-axmaq 

gülür, ağzının suyu axıb, ipək paltarlarının döşünü isladırdı.  


 

362 


Pinəçi işin nə olduğundan baş çıxara bilmədiyinə görə daha 

fikirləşmədi, öz-özünə dedi: 

–İndi  ki,  mən  şahanə  bir  vəziyyətdə  nazü-nemət  içindəyəm, 

hər  nə  olursa-olsun,  mən  öz  keyfimdə  olmalıyam.  Hər  gecə  iki 

kəniz  biri  sağında,  biri  solunda  yatırdı.  Axırıncı  gün  ki,  Şah 

Abbas saraya varid oldu ittifaqən elə o gündə hərəmxana xacələ-

rindən biri iş üçün onun yanına gəldiyi üçün pinəçi şahın hərəm-

xanası  olduğundan  xəbərdar  olmuşdu.  O,  xacənin  vasitəsi  ilə 

bilmişdi ki, onun hər gecə gördüyü gülüzlü kənizlərdən əlavə hə-

rəmxana  adlı  bir  yerdə  nə  qədər  gözəl-gözəl  xanımları  da  var 

imiş. O gün dəstur vermişdi ki, hərəmlərdən biri hüzuruna gəlsin. 

Şahın  sevgili  hərəmlərindən  biri  qulluğa  gəlmişdi,  amma  nə  cür 

olsa, hərəmlər böyük adamların qızları olduğuna görə düşüncələri 

çox  idi,  yetişən  kimi  pinəçinin  rəftarından,  danışığından  şəkkə 

düşmüş, bilmişdilər ki, bu padşah deyil. Ona görə də bir nəfəri əl 

altından vəzirin evinə göndərib qəziyyəni xəbər vermişdi.  

Eyni  halda özü də şaha dalbadal  şərab  içirdərək, söhbət ilə 

gecəni  keçirdirdi.  Vəzir  sifariş  alan  kimi  durub  ev  paltarı  ilə 

saraya  qaçdı.  Elə  o  zaman  Şah  Abbas  dərviş  paltarında  saraya 

girmişdi.  Vəzir  şahı  gördükdə  təzim  etdi.  Şah  pinəçinin  harda 

olduğunu soruşduqda, vəzir otağı nişan verdi, şah gəlib pərdənin 

dalısından  baxıb,  hərəmini  orda  gördükdə,  qanı  cuşa  gəldi. 

Hərəminə işarə elədi ki, eşiyə çıxsın.  

Qız  Şah  Abbası  dərviş  paltarında  gördükdə,  tanıyıb  pinə-

çidən  icazə  istəyərək,  eşiyə  çıxdı.  Vəzir  bir  az  bihuşdarı  davası 

verdi,  qız  içəri  gəlib,  davanı  xəlvətcə  bir  piyalaya  töküb,  şərab 

ilə doldurub pinəçiyə verdi. Pinəçi  içən kimi dalı  üstə aşdı. Şah 

Abbas  içəri  girib  əmr  elədi  pinəçinin  öz  paltarlarını  geydirib, 

aparıb dükanına qoysunlar.  

O  tərəfdən  Təbriz  hakiminin  adamları  bir  zaman  gördülər 

ki,  dərviş  Abbas  yoxdu.  Hər  yanı  axtardılar, tapılmadı.  Hakimə 

xəbər verdilər. Hakimin  iki  əli oldu, bir başı ki,  indi sabah  mən 

şaha nə deyəcəm.  

Dərviş Hüseyn dedi: 



 

363 


–  Mən  sizə  demədim  bu  zalımın  oğlu  sizin  başıza  börk 

qoyacaq.  Ancaq  elə  mən  biçarəni  bədbəxt  eləyib,  özü  qaçıb 

canını qurtardı. Hakim əmr elədi atlılar tökülüb, hər yanı gəzib, 

dərvişi  tapıb  gətirsinlər.  Atlılar  tökülüb  şəhəri  küçə-küçə 

axtardılar. Bazara gələndə gördülər bir pinəçi dükanı açıqdı, bir 

nəfər  də  yatıbdı.  Çırağ  yandırdılar,  gördülər  haman  dərviş 

Abbasdı.  Amma  pinəçi  libası  geyib.  Atlılar  pinəçini  saldılar 

kötəyin altına, pinəçi çığırdı ki: 

– Vəzir, qoyma vursunlar, mənim sərkərdələrim hanı? 

Dubarə vurmağa başladılar ki: 

– Axmağın  biri  axmaq, vəzir kimdi? Sərkərdə kimdi,  yuxu 

görübsən, xeyir olsun. Pinəçi dəli kimi ayağa qalxıb dedi: 

– Siz kimsiniz? Nə cürət ilə mənim sarayıma girmisiz? Bəs 

mənim  sərkərdələrim  hardadır?  Heç  bilirsiz  mən  kiməm? 

Qibleyi-aləməm, yer üzünün zilli-ilahisiyəm.... 

Atlılar daha gülməklərini saxlaya  bilmədilər.  Əllərini ağız-

larına təpib güldülər.  

Dedilər: 

–  A  kişi  yuxuda  nə  görürdün,  düş  qabağa  gedək,  vaxtımız 

yoxdu. 


Pinəçi dedi: 

– Hara gedək? 

Dedilər: 

–  Yoldaşın  dərviş  Hüseynin  yanına,  bu  dəfə  ağır  zəncirlər 

səninkidi. 

Pinəçi dedi: 

– Mən oğru deyiləm. 

Dedilər: 

–  Bəs  niyə  indiyədək  dərviş  Hüseyn  deyirdi,  biz  oğru 

deyilik,  sən  deyirdin  ki,  yalan  deyir,  biz  dükanları  kəsirik.  İndi 

deyirsən “Nə hamam, nə tas”. Yallah, düş qabağa görək. 

Xülasə  pinəçini  sürüyə-sürüyə  ortaya  gətirdilər.  Və  ağır 

zəncirlər boynuna salıb, ayaqlarını bağladılar. 

Pinəçi çığırdı ki: 



 

364 


–  Axı  hansı  oğurluq,  hansı  dükan  kəsmək?!  Vallah  mənim 

heç nədən xəbərim yoxdu.  

Dərviş Hüseyn dedi: 

– Hə, indiyədək mən deyirdim, bizim xəbərimiz yoxdu, sən 

deyirdin yox, elə bizim işimizdi... Biz dükanları kəsirdik, indi nə 

oldu,  sözünü  dəyişdirirsən?  Ağlın  başına  gəldi.  İndi  bu  qara  o 

qaralara  bənzəməz.  Sən  də  dansan,  mən  deyərəm  ki,  bizim 

ikimizin işimizdi. 

Səhər  tezdən  hakimin  əmri  ilə  ordu  atlandı,  gəlib  saraya 

çatdılar.  Şah  Abbas  onların  intizarında  idi.  Əmr  etdi  ki,  varid 

eləsinlər. Padşah dustaqları gördükdə, soruşdu ki, bunlar kimdi?  

Hakim təzim edərək ərz elədi ki: 

– Qurban, bunlar həmin Təbrizin məşhur oğrularıdı. 

Pinəçi başladı ağlamağa ki: 

– Mən oğru deyiləm... Mənim ruhumun da xəbəri yoxdu. 

Dərviş Hüseyn qabağa atılıb dedi: 

–  Qurban,  bu  yalan  deyir,  biz  oğruyuq,  Təbrizin  dükanla-

rının  hamısını  biz  ikimiz kəsmişik. Amma  bircə xahişim  var. O 

da budu ki, məni oğurluğa salan bu yoldaşımdı. İcazə verin mən 

özüm öz əlimlə bunu boğum, acığı canımdan çıxsın. 

Şah dedi ki, bir sapur gətirin, verin bu dərvişin əlinə. Dərviş 

Hüseyn  sapurla  elə  vurdu  ki,  pinəçinin  başı  göydə  fırlandı. 

Sonra dərviş Hüseyn dönüb şaha dedi ki: 

– İndi qurban, verin mənim də boynumu vursunlar.  

Şah dedi: 

– Hələ tələsmə, vaxtında.... 

Sonra hakimdən soruşdu ki: 

– Qəziyyə nə cürdü, tərif elə.... 

Hakim dedi: 

– Qurban, bu iki nəfər neçə vaxt idi ki, Təbriz əhalisini zara 

gətirmişdi. İndi  xidmətizdə bağlı durublar, biri cəzasına  yetişib, 

o birisi qalır. 

Şah dedi: 

– Əhsən. 



 

365 


Sonra  iki  nəfər  sərkərdələrinə  dedi  ki,  hakimi  aparın 

rahatlayın, yorğundur. 

Hakim şad oldu. Sərkərdələr onu çıxardıb, həyatda qurulan 

dar ağacının birinin altında saxladılar.  

Hakim dedi: 

– Nə eləmək istəyirsiz, şah buyurdu məni rahatlayın.  

Dedilər: 

– Bundan artıq rahatlamaq olmaz. 

Tənabı boğazına salıb, yuxarıya çəkdilər. Sonra şah qazıdan 

əhvalatı xəbər aldı. Qazı dedi: 

– Qurban, biz şəriət məmuruyuq, vəzifəmiz budu ki, bu cür 

məlunları tutub cəzalarına yetirək. 

Şah əmr etdi onu da aparıb rahatlasınlar. Sonra darğadan bir 

neçə söz soruşdu, dəstur verdi ki, onu da aparıb rahatlasınlar. 

Şah  dərviş  Hüseyn  ilə  İbrahimdən  soruşdu,  ki,  siz  də 

rahatlaşmaq istəyirsiz. 

Hər  ikisi  dedilər  ki,  hərçənd  biz  öldürülməliyik,  lakin 

əvvəlcə  bir  az  rahatlaşmaq  yaxşı  olar.  Şah  əmr  etdi  ki,  onları  o 

birilərin  yanına  aparsınlar,  əgər  onların  vəzlərindən  xoşları 

gəlsə, onları da rahatlasınlar.  

İbrahim  ilə  dərviş  Hüseyni  həyətə  gətirdilər.  Onlar  dar 

ağaclarını gördükdə qışqırdılar: 

–  Qurban,  qələt  eləmişik,  biz  çox  rahatıq,  bundan  artıq 

rahatlaşmaq istəmirik.  

Şah gülüb dedi: 

–  Dərviş  Hüseyn,  mən  həmən  dərviş  Abbasam  ki,  sənə  bir 

belə  dərdisər  düzəltmişəm.  İndi  səni  Təbrizə  hakim,  İbrahimi  də 

Təbrizə darğa elədim. Gedin xalq ilə ədalət, insaf ilə rəftar eləyin.  

Bizim  də  sözümüz  burda  başa  çatdı.  Onlar  yedilər,  içdilər, 

qara yerə keçdilər. Siz də yeyin, için, mətləb-muradıza yetişin.  

 


 

366 


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin