ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə16/27
tarix03.02.2017
ölçüsü4,07 Mb.
#7453
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

Nəqərat 

Ayağımı əzibdi küçələr daşı, qaragilə, küçələr daşı, 

Yanağımı yandırıb gözümün yaşı, qaragilə, gözümün yaşı. 

Sənə qurban olum, yarın yoldaşı, qaragilə, yarın yoldaşı. 

 

Nəqərat 

Təbrizin küçələri dolanbadolan, qaragilə, dolanbadolan, 

Sən ki məni sevmirsən, get ayrı dolan, qaragilə, get ayrı dolan. 

Nə sənə qız əskikdi, nə mənə oğlan, qaragilə, nə mənə oğlan. 

 

Nəqərat 

Dərbənd  aralı,  göylüm  yaralı,  sevdigim  yardan,  qaragilə, 

düşdüm aralı, 

Qızılgül əsdi, səbrimi kəsdi, gəl insaf eylə, qaragilə, ağlama 

bəsdi. 


 

YERİ DAM ÜSTƏ YERİ 

 

Yeri dam üstə yeri, 



Ay qızıl cam üstə yeri, 

Ayaqlarun incisə, 

Ay çıx, sinəm üstə yeri. 

 

Getdim, gördüm yar otaqda, 



Qoşa-qoşa xal yanaqda, 

Öpüş yeri var buxaqda, 

Al  yanaqda,  al dodaqda, gül 

yanaqda. 

 

Yeri, yeri naz oğlan 



Ay bazarda bezar oğlan. 

Al qələmi əlinə, 

Mən deyəni yaz oğlan. 

 

Zərxardan arxalıq, 



Ay əşrəfidən yaxalıq, 

Bir öpüş ver cüt xaldan 

Dadına yetişsin xalıq. 

 

Nəqərat 

Ayağında çəkməsi, 

Ay qızıldandı düyməsi, 

Nazlı ceyrana bənzər 

Yarın özün öyməsi. 



 

266 


YERİ HA, YERİ HA 

 

Yeri ha, yeri ha, küsmüşəm səndən, 



Ayrılıq şərbətin içmişəm səndən, ay dilbər! 

 

Sən bir sərv ağacı, mən bir göyərçin, 



Əgər qonmuşudum, uçmuşam səndən, ay dilbər! 

 

Gedirsən, gəlirsən, xəbərim olsun, 



Gülüş piyalələr mey ilə dolsun, ay dilbər! 

 

Əgər yar sındırır, ver mənim olsun, 



İndi anlamışam özgə yarın var, ay dilbər! 

 

Yeri ha, yeri ha, gilanarun var, 



Məni öldürməyə ixtiyarın var, ay dilbər! 

 

SƏNİ YANASAN, AY QIZ! 

 

Bulaq başı toz olar, dəstə-dəstə qız olar, 



Əyil dəsmalın götür, mən götürsəm söz olar. 

 

Səni yanasan ay qız! 



Yandım, yanasan ay qız! 

 

Xiyabanın arası, gilənarın dənəsi, 



Orda bir yar sevmişəm, şux tərlanın balası. 

 

Nəqərat 

Söyüd bağı bizimdi, hər tərəfi üzümdü, 

Bu sözlərinə gərək bir oğlan bir qızındı. 

 

Nəqərat 

Açıq qoy pəncərəni, gözüm görsün gələni, 

Necə qəbrə qoyallar yar dərdindən öləni. 


 

267 


DƏRYADA DƏRYALIQLAR 

 

Dəryada dəryalıqlar, suda oynar balıqlar, 

Qolların sal boynuma, deyirlər ayrılıq var. 

Ölürəm, ölürəm yar, yazığam yar, qəribəm, ay aman. 

 

Dəryada quşüzümü, oğlan eşit sözümü, 



Eşitməsən sözümü, öldürrəm öz-özümü, 

Ölürəm, ölürəm yar, yazığam yar, qəribəm, ay aman. 

 

Gül üstə bülbül qonar, bülbülsüz güllər solar, 



Sevgi adı gələndə, ürəyim qanla dolar, 

Ölürəm, ölürəm yar, yazığam yar, qəribəm, ay aman. 

 

QARAGİLƏ 

 

Uca dağlar başında narınc qaşlaram, qaragilə, narınc qaşlaram, 

Yarımın ayağına corab başlaram, qaragilə, corab başlaram, 

Yarım  getsə  səfərə,  mən  naxoşlaram,  qaragilə,  mən 

naxoşlaram, 

Əlində qarman, ver yeni fərman, 

Allah eləsin, qaragilə, dərdivə dərman! 

Qaradı, qaşların, arasında bax, qaragilə, arasında bax! 

Bivəfa sevgilimin vəfasına bax, 

Aç ürəyim başını, yarasına bax, qaragilə, yarasına bax! 

Qızılgül xəndan, verin qəlamdan, 

Ölüm yaxşıdır, qaragilə, aşiq olmaqdan,  

Evimizin qabağı su gələn arxdı, qaragilə, su gələn arxdı, 

Durum,  çıxım  qapıya,  yar  gələn  vəxdi,  qaragilə,  yar  gələn 

vəxdi! 

Yarım  gəlib  çıxmayıb,  ovqatım  təlxdi,  qaragilə,  ovqatım 



təlxdi! 

Ay gözəl oğlan, getmə, bir dayan, 

Sevirəm səni, qaragilə, eşqimə inan! 


 

268 


İRƏVANDA XAL QALMADI 

 

İrəvanda xal qalmadı, 

O xal, nə xaldı ora döydürmüsən? 

De görüm, nə xaldı ora döydürmüsən? 

 

Məndə daha can qalmadı, 



O xal, nə xaldı qoşa döydürmüsən? 

De görüm, nə xaldı qoşa döydürmüsən? 

 

Xal mənim, ixtiyar mənim 



Xəlqə nə vardı, bura döydürmüşəm! 

Yarım deyibdi, qoşa döydürmüşəm! 

 

İrəvanda mən işlərəm, 



O xal, nə xaldı, ora döydürmüsən? 

De görüm, nə xaldı, üzə döydürmüsən? 

 

Xəncərimi gümüşlərəm, 



O xal, nə xaldı, üzə döydürmüsən? 

De görüm, nə xaldı, qoşa döydürmüsən? 

 

Xal mənim, ixtiyar mənim, 



Xəlqə nə vardı, bura döydürmüşəm! 

Yarım deyibdi, qoşa döydürmüşəm! 

 

İrəvandan xal istərəm, 



O xal nə xaldı, ora döydürmüsən? 

De görüm nə xaldı, ora döydürmüsən? 

 

Mən səni özüm istərəm, 



O xal nə xaldı, ora döydürmüsən? 

De görüm nə xaldı, ora döydürmüsən? 

 


 

269 


Xal mənim, ixtiyar mənim, 

Xəlqə nə vardı, bura döydürmüşəm! 

Yarım deyibdi, qoşa döydürmüşəm! 

 

MƏNİM İPƏK YAYLIĞIM VAR 

 

Mənim ipək yaylığım var, görməyə gəlin, 



Aşiqlərə mən sataram, almağa gəlin. 

 

Mənim qaşlı belbağım var, görməyə gəlin, 



İncə bellərə sataram, almağa gəlin. 

 

Mənim büllur qədəhim var, görməyə gəlin, 



Gəlinlərə mən sataram, almağa gəlin. 

 

Mənim səndə darağım var, görməyə gəlin, 



Uzun saçları sataram, almağa gəlin. 

 

Mənim əlvan örpəyim var, görməyə gəlin, 



Gözəl qızlara sataram, almağa gəlin. 

 

AXŞAM OLCAQ 

 

Axşam olcaq çıraqları yandırram, 



Ay nadan balam, ay nadan! 

Qaş-göz ilən sözümü sənə qandırram, 

Ay nadan balam, ay nadan! 

Özgə yar tutaram, səni yandırram, 

Ölürəm a ceyran, a ceyran balam. 

Axşam olcaq su səpərəm güllərə, 

Ay nadan balam, ay nadan! 

Qəza işi saldı məni çöllərə, 

Ay nadan balam, ay nadan! 

Mənim salamımı yetir ellərə, 



 

270 


Ölürəm a ceyran, a ceyran balam! 

Yarı yola saldım, göylüm bulandı, 

Ay nadan balam, ay nadan! 

Evə gəldim, ev başıma dolandı, 

Ay nadan balam, ay nadan! 

Anası, bacısı göylümü aldı, 

Ölürəm a ceyran, a ceyran balam! 

Yazığam, a ceyran, a ceyran balam! 

Balam, ay balam! 

 

AMAN NƏNƏ 



 

Asta yeri kəmər düşər belindən, 

Aman nənə, zalım nənə, yar nənə! 

Ayrı düşdüm gülümdən, bülbülümdən, 

Aman nənə, zalım nənə, yar nənə! 

 

O qədər sevirəm, düşməz dilimdən, 



Aman yar ay, zalım yar ay, 

Gözəl yar ay, gül yarım! 

Aman nənə, zalım nənə, yar nənə! 

Yar nənə hey, yar nənə hey, yar nənə! 

 

Bir yaylığım vardı gülü özündən, 



Aman nənə, zalım nənə, yar nənə! 

Düşür boynuma özü-özündən, 

Aman nənə, zalım nənə, yar nənə! 

Mən də dedim, küsdün mənim özümdən, 

 

Nəqərat 

Yarıma demişəm mənə saz alsın, 

Aman nənə, zalım nənə, yar nənə! 

Onu çalım dərdi-qəmim azalsın, 

Aman nənə, zalım nənə, yar nənə! 

Məgər mən ölmüşəm yarım qız alsın? 



 

271 


Nəqərat 

Bəs sən demişdin sənə yar ollam! 

Aman nənə, zalım nənə, yar nənə! 

Qəmli günümdə sənə qəmxar ollam! 

Aman nənə, zalım nənə, yar nənə! 

Dur gəl yanıma, sənə qurban ollam! 

 

QALANIN DİBİNDƏ 

 

Qalanın dibində bir daş olaydım, 



Gələnə, gedənə yoldaş olaydım, 

Bacısı göyçəyə qardaş olaydım, 

Atma daş, tökmə yaş, mən yaralıyam, 

Şəkinin, Şirvanın, Xoy maralıyam. 

 

Qalanın dibində əkərlər darı, 



Əkərlər, biçərlər yarıbayarı, 

Yar mənə göndərmiş heyvaynan narı, 

Atma daş, tökmə yaş, mən yaralıyam, 

Şəkinin, Şirvanın, Xoy maralıyam. 

 

BU GƏLƏN YAR OLAYDI! 

 

Bu gələn yar olaydı, 



Qoynunda nar olaydı, 

İkimiz bir köynəkdə, 

Yaxası dar olaydı. 

 

Bu gələn yar olaydı, 



Gözü ceyran gözüdü, 

Bir keçdi tanımadım, 

Bir baxdım, yar özüdü. 

 

Bu gələn yara bənzər, 



Boyu çinara bənzər, 

Nə gözəl nazənindi, 

Sevgilim yara bənzər. 


 

272 


BU DƏRƏ UZUN DƏRƏ 

 

Bu dərə uzun dərə, getdikcə uzun dərə, 



Burda bir bağ saldırram, yar gələ, üzüm dərə. 

 

Bu dərənin uzunu, çoban qaytar quzunu, 



Çoxdandı görməmişəm şux yarımın üzünü. 

 

Durma qapı dalında, gözüm qaldı yolunda, 



Gedim anama deyim, gəlim qalım yanında. 

 

Su gəlir lülə-lülə, yar gəlir gülə-gülə, 



Əlində ipək dəsmal, tərini silə-silə. 

 

EVLƏRİNİN DALI YONCA 



 

Evlərinin dalı yonca, 

Yonca qalxıb yar boyunca, 

Boyu uzun, beli incə. 

 

Üç telli, dörd telli, beş telli durna, 



Sən haralısan, haralı durna! 

 

Sən getmisən dağlar saralı durna! 



Ovçu əlindən yaralı durna! 

Yaralı, yaralı, yaralı durna! 

 

Evlərinin dalı təpə, 



Yağış gəlir səpə-səpə, 

Oyadıram öpə-öpə. 



 

Nəqərat 

Evlərinin dalı qaya, 

Qayadan baxarlar aya, 

Mənim dərdim gəlməz saya! 



 

273 


Nəqərat 

Evlərinin dalı hasar, 

Gün gələr kölgəni basar, 

Oxuram, yar qulaq asar! 

 

Nəqərat 

Corabının üstü buta, 

Mənim ahım səni tuta, 

Məni saldın yaman oda. 



 

SAMAVAR ALMIŞAM 

 

Samavar almışam, silənim yoxdu, 



Bir dərdə düşmüşəm, bilənim yoxdu, 

Göz yola tikmişəm, gələnim yoxdu, 

Ay Allah, bu ceyran niyə gəlməz oldu, 

Aşdı bu uca dağları, görünməz oldu. 

Samavar almışam, silə bilmirəm, 

Bir dərdə düşmüşəm, deyə bilmirəm, 

Bu acı dərmanı yeyə bilmirəm. 

 

Nəqərat 

Samavar almışam, rəngi sarıdı, 

Soruşun bu ceyran kimin yarıdı, 

Məni yara qovuşduran tarıdı. 

 

Nəqərat 

Samavar almışam dörd yanı yarpız, 

Soruşun bu ceyran kimin yarıdı, 

Məni yara qovuşduran tarıdı. 

 

          Nəqərat 



Samavar almışam dörd yanı yarpız, 

Sənə qurban olum xırdaca baldız, 

Qardaşın gedəli qalmışam yalqız. 


 

274 


GİRDİM YARIN BAĞÇASINA 

 

Girdim yarın bağçasına çiçəklər açmış, 



Yarım mənim ürəyimə yaralar saçmış. 

 

Gəl, gəl, gözəl yarım, sevirəm səni, 



Əgər qismətim olarsan, alaram səni. 

 

Girdim eşqin dəryasına gəmim olmadı, 



Gənc yaşımda bir qız sevdim, mənim olmadı. 

 

Nəqərat 

Yar yolunda dağlar keçdim, sulardan içdim, 

Min bir gözəl gördüm, ay qız, tək səni seçdim. 

 

Nəqərat 

Girdim yarım bağçasına, heyvalıq, narlıq, 

Məni yardan eyləyəni görməsin sağlıq. 

 

NƏ BAXIRSAN YANI-YANI 

 

Nə baxırsan yanı-yanı, 



Olum gözlərin qurbanı, 

Əvvəlki məhəbbət hanı? 

 

Səni yanasan, ay qız! 



Odlanasan, ay qız! 

Bircə danasan, ay qız! 

 

Belə yanı baxmaq olmaz, 



Ləbin kimi qaymaq olmaz, 

Ay qız səndən doymaq olmaz. 



 

 


 

275 


YERİŞİ BUDU BUNUN 

 

Əlində saza yanım, 



Etdigin naza yanım, 

Baş qoyum dizin üstü, 

Qış yatım, yaz oyanım. 

 

Nəqərat 

Yerişi budu bunun, 

Boyu qumrudu bunun, 

Yaşılbaş sonalar tək, 

Məskəni sudu bunun. 

 

Əlində ipək yaylıq, 



Həqq versin sənə sağlıq, 

Gəl, rəqibi qan ağlat, 

Qalsın sənə üz ağlıq. 

 

Nəqərat 

Əlində vardı kaman, 

Könlümə saldı güman, 

Bu qaş-göz ki, səndədi, 

Nə dil qoyar, nə iman! 



 

QAŞUN ARASINDA XALUN 

 

Qaşun arasında xalun, 



Nə gözəldi gül camalun, 

Bilmirəm nədi xəyalun, 

Kafir qızı yandım axı, 

Al qana boyadım axı! 

Alagözlüm, al bu canım, 

Ayrılığa yox tavanım, 

Sənə qurban olsun canım. 


 

276 


Nəqərat 

Yarım gəlir uzaqdan, 

Mənə göz eylir iraqdan, 

Əlində gül budaqdan. 



 

BAŞUVA DOLANIM 

 

Başuva dolanım, harda qalmısan? 

İntizar gözümü yolda qoymusan. 

Belə məlum olur məndən doymusan. 

Getdi yar, getdi yar, aldatdı məni, 

Yarımın qüssəsi saraltdı məni. 

 

Mən sənə neyləmişəm, ceyran balası, 



Ürəyimə vurmusan hicran yarası, 

O yarı mən sevirəm, yoxdi çarası. 

 

Nəqərat 

Boynuma salmısan zülfündən zəncir, 

Mən sənun əsirinəm, gəl, məni dindir, 

Şirin-şirin danışıb məni sevindir. 



 

YAR BİZƏ QONAQ GƏLƏCƏK 

 

Şamamalar irəfdədi, 



Hər biri bir tərəfdədi, 

Görməmişəm bir həftədi, 

Yar bizə qonaq gələcək, 

Bilmirəm nə vaxt gələcək. 

 

Samavara od salmışam, 



İstəkana qənd salmışam, 

Yarım gedib tək qalmışam. 

 

Nəqərat 

Şamamalar xallı-xallı, 



 

277 


Yar geyinib allı-allı, 

Boyu bəstə, üzü xallı. 



 

GÜL OĞLAN 

 

Qızılgül oyum-oyum, 



Dərim qoynuma qoyum, 

Yağış yağar, yer doymaz. 

Mən səndən necə doyum. 

Özü bir gül, sözü bir gül, 

Saçı sünbül, gül oğlan! 

 

A boz papaq, tirmə çuxa, 



Çit arxalıq, gül oğlan, 

Atını yan çək, hamıdan göyçək gül oğlan! 

Top qara bircək, gül oğlan! 

 

Nəqərat 

Bu dağdan aşmaq olmaz, 

Narıncı başmaq olmaz, 

Bir cüt öpüşdən ötrü, 

Yarla savaşmaq olmaz! 

 

QAŞLARIN KAMANDI 

 

Qaşların kamandı, göydi gözlərun, 

Hər baldan, şəkərdən şirin sözlərin, 

Sən mənim qəlbimsən, nazlı dilbərsən, 

Eşqimdən, dərdimdən, sən bixəbərsən. 

 

Ah çəkdim, ağladım, görmədim vəfa, 



Yandırdın qəlbimi çox çəkdim cəfa, 

Sənun tək dilbərin eşqin ataram, 

Axtarıb vəfalı sevgi taparam. 


 

278 


Hər gülün cilvəsi bir bahar olar, 

Yetişər xəzanı, gülüstan olar, 

Fəxr etmə, nazənin gül cəmaluva. 

Soldurar ruzigar, qalmaz haluva. 

 

UCA DAĞ BAŞINDA 

 

Uca dağ başında ceyran yol eylər, ceyran yol eylər, 

Su duran yerləri ördək göy eylər, ördək göy eylər, 

 

Yar gülə-gülə, naz gülə-gülə, 



Aşiq olmuşam bir şirin dilə. 

 

Uca dağ başında bir süri ceyran, bir süri ceyran, 



O xumar gözlərə olmuşam heyran, olmuşam heyran. 

 

Uca dağ başında bir sələ üzüm, bir sələ üzüm, 



Yarın ayrılığına mən necə dözüm, mən necə dözüm? 

 

Nəqərat 

Uca dağ başında nar dənəsiyəm, nar dənəsiyəm, 

Atamın, anamın bir dənəsiyəm, bir dənəsiyəm. 

 

AY GÖZƏL, GÖZƏL! 

 

Oğlan:  

Ay gözəl, gözəl, gəl gedax bağa, 

Qoy bircə baxım, o gül yanağa! 

 

Qız: 

Yanaqlarımı neylirsən, oğlan, 

Dağlarda çiçək görməmisənmi? 

 

Oğlan: 

Ay qız sevmişəm, gül cəmaluvi, 

Gəl, insaf eylə, göstər xaluvi. 



 

279 


Qız: 

Oğlan neylirsən, mənim xalımı, 

Məgər, heç mixək görməmisənmi? 

 

Oğlan: 

O bal dodağın dərdimə dərman, 

Onları mənə göstər bir, canan! 

 

Qız: 

Oğlan, neylirsən dodaqlarımı, 

Məgər beçə balı görməmisənmi? 

 

Oğlan: 

Sən bizim eldə bir nazlı dilbər, 

Səbrim qalmadı, qaşuvi göstər! 

 

Qız: 

Oğlan, neylirsən mənim qaşımı, 

Gecələr hilal görməmisənmi? 

 

YAR ÜZÜ XALLI CEYRAN 



 

Ağ dəvə düzdə qaldı, yükü Təbrizdə qaldı, 

Oğlanı dərd apardı, dərmanı qızda qaldı. 

 

Yar üzü xallı ceyran, dodağı ballı ceyran, 



Vermərəm öz xalımı, gəlsə yüz əlli ceyran. 

 

Bulaq başı toz olar, dəstə-dəstə qız olar, 



Əyil dəsmalın götü, mən götürsəm, söz olar. 

 

Bülbül kimə naz eylər, hayanda pərvaz eylər? 



Gül butası dibindən oğlan qıza göz eylər. 

 


 

280 


O YANA DÖNDƏR MƏNİ 

 

O yana döndər məni, bu yana döndər məni, 



Sağ yanım yaralıdı, sol yana döndər məni, 

Ürəyimdə yara var, təbibə göndər məni. 

 

Bu gələn yar özüdü, gözü ceyran gözüdü, 



Bir keçdi tanımadım, bir baxdım, yar özüdü. 

 

Evlərində qalı var, dodağında balı var, 



Mən yarımı tanıram, yanağında xalı var. 

 

Bu dağlar uca dağlar, bülbüllər yuva bağlar, 



Gözlərində cadu var, baxdıqca dilim bağlar. 

 

ÇIXDIM DƏRBƏND BAŞINA 



 

Çıxdım Dərbənd başına, yazı yazdım daşına, 

Gəlib-gedən oxusun, nələr gəldi başıma. 

 

Dərbənd başı toz olar, dəstə-dəstə qız olar, 



Əyil dəsmalın götü, mən götürsəm söz olar. 

 

Dərbənd başı tütündi, yarın ağzı bütündü, 



Əyil öpüm üzündən, dünya ölüm-itimdi. 

 

SÜRMƏLİ QIZ 

 

Sudan gələn sürməli qız, 



Çox incidir kuzə səni. 

Şux cəmalun şölə salır, 

Gəlməyəsən gözə səni. 

 

Kuzəsi çiyindən aşır, 



Saçlar topuğa dolaşır, 

Nə geysən, sənə yaraşır, 

Ay qız, gəl, aman günüdü, 

Sevgimin yaman günüdü. 



 

281 


Kuzəni əlindən allam, 

Qolumu boynuva sallam, 

Ay qız səni özüm allam, 

Di dur gəl, aman günüdü, 

Sevgimin yaman günüdü. 

 

Kuzəvə ipək düzərəm, 



Eşqunlə çöllər gəzərəm, 

Sənsiz mən necə dözərəm, 

Ay qız, gəl, aman günüdü, 

Sevgimin yaman günüdü. 

 

Kuzə suyu şərbət olar, 



Bulaq üstə söhbət olar, 

Mənsiz sənə zəhmət olar, 

Ay qız, gəl, aman günüdü, 

Sevgimin yaman günüdü. 

 

Evlərinin dalısın köçdüx, 



Ayıldux, suyundan içdux, 

Biz bu yerə qərib düşdüx, 

Ay qız, gəl, aman günüdü, 

Sevgimin yaman günüdü. 

 

SU GƏLƏR AXAR GEDƏR 

 

Su gələr, axar, gedər, vərni* yıxar gedər, 

Neynirəm eylə yarı, yandırar, yaxar gedər. 

Bala yarım, neynim, neynim, gözəl yarım, neynim, neynim, 

Aç qolların sal boynuma, ay dəliqanlı! 

Aman şəkərli, ballı, aman qeymaq dodaqlı! 

Suya denən axmasın, yar yolunu yıxmasın, 

O gözlərə tapşır ki, özgəsinə baxmasın. 

 

_____________________ 



٭vərni – suyun qabağına qoyulan maneə 

 

282 


Nəqərat 

Yelə denən əsməsin, yar yolunu kəsməsin, 

Yara salam göndərdim, heç vaxt məndən küsməsin. 

 

QARA GÖZLƏR 



 

Məndən ayrı gəzən yardan, 

Yanıq bağrım üzən yardan, 

Kəklik kimi süzən yardan, 

Könül gəlmiş zara gözlər, 

Qara gözlər, qara gözlər, 

Qara gözlər, qara gözlər. 

 

Adım dildən-dilə düşdü, 



Sona vurdum, gölə düşdü, 

Məcnun olub çölə düşdü, 

Könül olmuş yara gözlər. 

 

Dağlardan yel əsər gedər, 

Söz qılıncdı kəsər gedər, 

Söz deməmiş küsər gedər, 

Neyləmişəm yara gözlər. 

 

ARAZ AXAR LİL İLƏ 



 

Araz axar lil ilə, yarım oynar gül ilə, 

Hamıya can bağışlar, məni saxlar dil ilə. 

 

Araz, Araz, xan Araz, dəryaya axan Araz, 



Sevgilim gəmidədi, gəl eyləmə qan Araz. 

 

Arazı ayırdılar, qumunan doyurdular, 



Mən səndən ayrılmazdım, zulumnan ayırdılar. 

 

Arazın eşqinə bax, urusun məşqinə bax, 



Dərd əlindən oxuram, deyirlər eşqinə bax. 

 

283 


XII. EL DEYİMLƏRİ 

 

Abrısını ötəginə bürmək. 

Abrısını satın almaq. 

Abrını yeyib həyanı belinə bağlamaq. 

Abnabnatlıqdan düşüb, azvaya dönmək. 

Acığındın zəncir gəmirmək. 

Acığını udmaq. 

Acından qurut qapmaq. 

Açaram sandığı, tökərəm pambığı. 

Açmamış qapı qoymamaq. 

Açıq qıfıla açar. 

Adam olub adamlara qoşulmaq. 

Adam içi görməmək. 

Adı it dəftərində olmamaq. 

Adı dildən-dilə düşmək. 

Adı qulağına demək. 

Adın eşit üzün görmə. 

Adını özgəsindən soruşmaq. 

Adı var, özü yox. 

Al almamış töylə basdırmaq. 

Altından çıxmaq. 

Altından girib üstündən çıxmaq. 

Ağrımaz başına saqqız salmaq. 

Ağzı işdə olmaq. 

Ağzı qulağının dibinə getmək. 

Ağzı var, dili yox. 

Ağzına it başı almaq. 

Ağzına çullu dovşan yerləşməmək. 

Ağzına gələni demək. 

Ağzına yoğurd almaq. 

Ağzını açıb gözünü yummaq.  

Ağzını Allah yoluna açmaq. 

Ağzının dadı getmək. 


 

284 


Ağzının suyu açılmaq. 

Axırı bir yana çıxmamaq. 

Axırına adam əti yeyir. 

Arada yeyib ortada gəzmək. 

Ara qarışıb məssəb itdi. 

Aranda tutdan olduq, dağda qurutdan. 

Aralarından qıl keçməz. 

Araya it ölüsü atmaq. 

Araya fitə atmaq. 

Araya söz qatmaq. 

Arpası artıq düşmək. 

Arxasını yerə gətirmək. 

Arvad hamamına dönmək. 

Arı yuvasına çöp uzatmaq. 

At arıq, mənzil uzaq. 

At izi at izinə qarışmaq. 

Atdan düşüb eşşəgə minmək. 

Atdığını vurmaq, tutduğunu qoparmaq. 

At qaçdı, palan düşdü. 

At görəndə axsar, su görəndə susar. 

Atı itirib, noxtasını axtarır. 

Atını hər tərəfə çapmaq. 

Ayaq basmağa yer olmamaq. 

Ayaqları özünün olmamaq. 

Ayağının biri bu dünyada, biri o dünyada olmaq. 

Ayağına qara su yenmək. 

Ayağının altına sabun çəkmək. 

Azacıq aşım, ağrımaz başım. 

Babalarının yanına getmək. 

Babalı deyənlərin boynuna. 

Bacadan düşmə. 

Bağrı çatlamaq. 

Bağrı qana dönmək. 

Bağrını qana döndərmək. 



 

285 


Baha oturmaq. 

Baltası daşa dəymək. 

Baltanı dibdən vurmaq. 

Bal yeyib bəlasını çəkmək. 

Başına and içmək. 

Başına it oyunu gətirmək. 

Başına iş açmaq. 

Başına çıxarmaq. 

Başa daş salmaq. 

Başına girməmək. 

Başında turp əkmək. 

Başından, canından keçmək. 

Başından yekə danışmaq. 

Başının üstünü kəsmək. 

Başını bir yerə yığmaq. 

Başını qaşımağa macalı olmamaq. 

Başını qanadının altına almaq. 

Başını sındırıb, ətəginə qoz tökmək. 

Başını küt bıçağa sürtmək. 

Başını götürüb getmək. 

Başmaqları da razı olmaq. 

Başmaqlarını qabağına cütləmək. 

Bataqlıqdan çəkib çıxartmaq. 

Batırmamış ocaq başı qoymamaq. 

Belinə çöpdən dirək. 

Beş barmağı kimi tanımaq. 

Beynini aparmaq. 

Beynini doldurmaq. 

Bərkdə əli olmamaq. 

Bəli deyib bəlaya düşmək. 

Bir ayağı bu dünyada, bir ayağı o dünyada. 

Bir budağa çıxıb min bir budağı silkələmək. 

Bir-birinin əlindən qapmaq. 

Bir atımlıq barıtı olmaq. 



 

286 


Bir ayağı burda, bir ayağı gorda. 

Bir oxunan iki nişan vurmaq. 

Bir daş altdan, bir daş üstdən. 

Bir şahiya dünbik çalmaq. 

Bir köynək çox yırtmaq. 

Bir göyüldən min göyülə aşiq olmaq. 

Birinin toyuğuna kiş deməmək. 

Birini bilirsən, birini bilmirsən. 

Bığdan kəsib saqqala qoymaq. 

Bığının altından keçmək. 

Boğazından artırmaq (kəsmək). 

Boğazını yırtmaq. 

Boyun əti olmaq. 

Boynuna almaq. 

Boynuna qoymaq. 

Boynuna yıxmaq, boynundan atmaq. 

Burun-qulağına qurd düşmək. 

Burun tovu vermək. 

Bu qulağından alıb o biri qulağından ötürmək. 

Bu gün-sabah eləmək. 

Burnunu hər deşiyə soxmaq. 

Burnunun ucundan uzağı görməmək. 

Burnunun yelilə xərmən sovurmaq. 

Bu xına o xınadan deyil. 

Burnundan gətirmək. 

Büküb boxçaya qoymaq. 

Canamaz suya çəkmək. 

Can bir qəlib olmaq. 

Can-ciyər olmaq. 

Candı, badımcan degil. 

Can deyib can eşitmək. 

Can damarından tutmaq. 

Canımın dərdindən. 

Canımı hara qoyum? 



 

287 


Canını boğazına yığmaq. 

Canını dişinə tutmaq. 

Canının hayında olmaq. 

Canyananlıq göstərmək. 

Ceyran belinə minmək. 

Cılğı çıxartmaq. 

Cındırından cin hürkür. 

Cınqırı çıxmamaq. 

Cızığından çıxmaq. 

Ciblərini doldurmaq. 

Cibişdana buraxmaq. 

Cibinin pambıqları əlinə gəlmək. 

Cidanı çuvalda gizlətmək. 

Cik-bikinə bələd olmaq. 

Cilov gəmirmək. 

Cilovunu yığışdırmaq (çəkmək). 

Cin atına minmək. 

Cinə dəmir görsətmək. 

Ciyərinə xal düşmək. 

Ciyərini şişə taxmaq. 

Cin ayrı, şeytan ayrı. 

Cum-cum dəryası. 

Cücə banından durmaq. 

Cütünə bir səqqə vurmaq. 

Çadrasızlıqdan evdə qalmaq. 

Çağrılmamış bayatı. 

Çaxır səpmək. 

Çaş-baş düşmək. 

Çaşqa-çoşqa olmaq. 

Çala-çala bir havaya bənzətmək. 

Çal-çatlasın, vur partlasın. 

Çanağı başında çatlatmaq. 

Çaya çatmamış çırmanmaq. 

Çayda balıq yan gedər, açma yaram qan gedər. 



 

288 


Çayda balıq sövdası. 

Çənə yarışdırmaq. 

Çənəsi qızışmaq. 

Çim altdan qurbağa baxır. 

Çinədanı boş olmaq. 

Çiy süd əmmiş. 

Çomağın o biri başın çevirmək. 

Çöp uzatmaq. 

Çörəyini çeynəyib ağzına qoymaq. 

Çörəyi qeybdən bişmək. 

Çörəyində çiyi olmamaq. 

Çöl quşu, biyaban daşı. 

Çömbəlməyənəcən hürə bilməmək. 

Çürüyünü çıxartmaq. 

Dada yetmək. 

Dadı heç yana çatmamaq. 

Dağa-daşa düşmək. 

Dağı- dağ üstünə qoymaq. 

Dalı-qabağını düşünməmək. 

Dalını dağa söykəmək. 

Dar dibindən qurtulmuş. 

Daş atıb başını altına tutmaq. 

Daş olub quyuya düşmək. 

Daşbaş eləmək. 

Daş daş üstə qalmamaq. 

Daşın böyüyündən yapışmaq. 

Daş kimi düşmək. 

Daşla dilə gəldi. 

Daşını birdəfəlik atmaq. 

Dava dağarcığı. 

Dərə xəlvət, tülkü bəy. 

Dəryada balıq sövdası eləmək. 

Dərisini sudan çıxarmaq. 

Dəvə oynayanda qar yağar. 



 

289 


Dəvəni çömçəylə suvarmaq. 

Dəvəni yükü ilə yemək. 

Dəyməmiş qapı qoymamaq. 

Dırnaq yeri tapmaq. 

Dibinə daş atmaq. 

Diri-diri qəbrə qoymaq. 

Diş ilə, dırnaq ilə. 

Dişi bağırsağını kəsmək. 

Dilinin dibindən çıxanı demək. 

Dil qoymaq (öyrətmək). 

Dili ağzında diş (dinc) durmamaq. 

Dili ilə ilanı yuvasından çıxarmaq. 

Dilində tük bitmək. 

Dilini qarnına qoymaq. 

Dilinin ucunda olmaq. 

Divara dirəmək (qısnamaq). 

Divarını kənardan qoymaq. 

Dodaqları yer süpürmək. 

Dondan dona girmək. 

Doşab almışıq mürabba çıxıb. 

Dovşana qaç, tazıya tut demək. 

Dördəlli tutmaq. 

Dörddə alacağı yox, beşdə verəcağı. 

Dörd divar arasında qalmaq. 

Dövrəsinə qələm çəkmək. 

Döşünə düşmək (yatmaq). 

Düdüllü vermək. 

Dünya başına dar olmaq. 

Dünyadan əl çəkmək. 

Dünyanı ikiəlli tutmaq. 

Dünyanı başına götürmək. 

Erkək eşşək altından qoduq axtarmaq. 

Əcəl mayallaq olmaq. 

Əcəli cəhrə əyirmək. 



 

290 


Əl aparıb gətirmək. 

Əl altından çıxmaq. 

Əl-ayağa dolaşmaq. 

Əl-ayağı suslaşmaq. 

Əl-ayağını yığışdırmaq. 

Əl ilə verib ayaq ilə axtarmaq. 

Əlbəyaxa olmaq. 

Əldən-dişdən düşmək. 

Əldə-başda gəzdirmək. 

Ələ baxmaq. 

Ələ sərimək (dolamaq). 

Əlləri dalında gəzmək. 

Əlli-ayaqlı itmək (yoxa çıxarmaq). 

Əli ayağından uzun. 

Əli boşa çıxmaq. 

Əli dinc durmamaq. 

Əli hər şeydən üzülmək. 

Əli işdə, gözü oynaşda. 

Ələyib kəpəginə qatmaq. 

Əli qulağında, qulağı əlində olmaq. 

Əlinin içinnən gəlir.  

Əlindən tutmaq. 

Əlindən zara gəlmək. 

Əlini ağdan-qaraya vurmamaq. 

Əl-üzünü bir mama yuyub, bir də mürdəşir yuyacaq. 

Əlini döşünə vurmaq. 

Əlini gözünün üstünə qoymaq.  

Əlini kola-kosa atmaq. 

Əlinin dalı-qabağını tanımamaq. 

Əlinin dalını yerə vurmaq. 

Ənginin altına salmaq. 

Ərməni kəndi, hamam burğusu. 

Əriyib yerə girmək. 

Ətəgini əlinə vermək. 



 

291 


Ətəgindən tutmaq. 

Ətəgini belinə vurmaq. 

Əti dırnaqdan ayırmaq. 

Əti sənin, sümükləri mənim. 

Əzib suyunu çıxarmaq. 

Gah nala, gah mıxa vurmaq. 

Gec gəlib, tez örgənmək. 

Gəl, bu daşları ətəgindən tök. 

Gəmidə oturub gəmiçi gözü çıxarmaq. 

Gəmiləri qərq olmaq. 

Gizlənpac oynamaq. 

Göbələk kimi yerdən çıxmaq. 

Götür-qoy eləmək. 

Göylünü ələ almaq. 

Göylü-gözü tox (adam). 

Göydə qapmaq. 

Göyə çıxarmaq. 

Göz açıb özünü görmək. 

Göz üstə yerin var. 

Göz bəbəyi kimi qorumaq. 

Gözdə-qulaqda olmaq. 

Göz gəzdirmək. 

Göz verib işıq verməmək. 

Gözü yolda, qulağı səsdə olmaq. 

Gözdən tük qapmaq. 

Gözləri batmaq (çuxura getmək). 

Gözləri dolmaq. 

Gözləri qan çanağına dönmək. 

Gözləri kəlləsinə çıxmaq. 

Gözlərinə inanmamaq. 

Gözü bağlayıcı oyununa oxşamaq. 

Gözü ayağının altını görməmək. 

Gözü dörd olmaq. 

Gözü yol çəkmək. 



 

292 


Gözünü yumub ağzını açmaq. 

Gözünün qorasını sıxmaq. 

Göz gəlib yerə dayansa da.  

Güdaza vermək. 

Gününü göy əskiyə tutmaq. 

Günü-günə satmaq. 

Günahı deyənlərin boynuna. 

Gün ilə batıb gün ilə çıxmaq. 

Gün verməmək, gününü qara eləmək. 

Gününü dabbağxanada tanımaq. 

Hadaran-padaran danışmaq. 

Havadan vurmaq. 

Havası özündə olmamaq. 

Havayı danışmaq. 

Heç tatın dəftərində adı olmamaq. 

Heç kim heç kimin ərizəsini oxumur. 

Heç kimin burnu da qanamadı. 

Hələ görməli günlərim var. 

Hələ yoğunu yorğan altındadı. 

Həm özündən, həm də özgəsindən eləmək. 

Həm nala vurur, həm də mıxa. 

Hər ağızdan bir avaz (səs) gəlmək. 

Hər itə bir çörək borclu olmaq. 

Hər sözü bir söz etmək. 

Hər sözə burnunu uzatmaq. 

Hər necə çalsalar elə də oynamaq.  

Himi bir yerə qoymaq. 

Huşunu başına yığmaq. 

Huydu-huyduya götürmək. 

Hürkütməyincə saymaq. 

İki ayağını bir başmağa soxmaq. 

İki əlli yapışmaq. 

İki yol ayrımında olmaq. 

İlan ağzından qurtulmaq. 



 

293 


İlan yeyib əjdaha olmaq.  

İlanı Seyid Əhməd əlilə tutmaq. 

İlanın quyruğunu ayaxlamaq. 

İnanan daşa dönsün. 

İpə-örkənə gəlməmək. 

İşi başından aşmaq. 

İşi bəndə düşmək. 

İşin içində olmaq. 

İşinin üstündə olmaq. 

İşıqlığa çıxmaq. 

İsti aşına soyuq su qatmaq. 

İsti-soyuğa düşmək. 

İşdə barmağı olmaq. 

İşi Allaha qalmaq. 

İt ilində. 

İt də getdi, ip də getdi. 

İtdi-batdıya salmaq. 

İt ilxısı, köpək sürüsü. 

İt kökündə yaşamaq. 

İt yerinə qoymamaq. 

İt yesə gözləri ağarar. 

İtimin qurd dayısı. 

İtin quduran yeri. 

İyi burnundan getməmək. 

İynə yemiş itə dönmək. 

İynəsi tikiş tutmaq. 

İynə salmağa yer yoxdu. 

İynə ilə gor qazmaq. 

Kasıblığın daşını atmaq. 

Kafi kuf anlamaq. 

Keçən xərmənləri sovurmaq. 

Kefi doxsan doqquzu vurmaq. 

Kefi huşdurumu vurmaq. 

Kefi saz olmaq (durulmaq). 



 

294 


Kefinə soğan doğramaq. 

Kəbinim halal, canım azad. 

Kəbininə yazılmaq. 

Kələfçənin başını itirmək. 

Kisəsinin dibinə daş atmaq. 

Kirpiyi ilə yollar daramaq. 

Kirpiyi ilə od götürmək. 

Kökündən vurmaq (baltalamaq). 

Kölgəsindən qorxmaq (hürkmək). 

Köhnə bazara taza nırx qoymaq. 

Köhnə kolluqları eşələmək. 

Körpü altda dəlik tapmaq. 

Kürkünü sudan çıxartmaq. 

Kürkünə birə düşmək. 

Kürkünü tərsə geyib, alnına ayna taxmaq. 

Küləkli gündə pambıq atmaq. 

Qabağına daş dığırlatmaq. 

Qabağında şir kimi durmaq. 

Qabağdan gələni qapır, daldan gələnə təpik atır.  

Qabağından yeməmək. 

Qabağına aş qoydum, iki əlini boş qoydum. 

Qabağına daş dığırlatmaq. 

Qabağında tir-tir əsmək. 

Qabağında dörd qat olmaq. 

Qapaz altında qalmaq (canı çıxmaq). 

Qapısı açıq olmaq. 

Qapısı bağlanmaq (çırpılmaq). 

Qapını dabanlıqdan eləmək (çıxartmaq). 

Qapı-qapı gəzmək. 

Qapıdan qovursan bacadan gəlir. 

Qapısını it açar, pişik örtər. 

Qapını qoyub pəncərədən gəlmək. 

Qapı dalına düşmək. 

Qapısı açıq. 



 

295 


Qapını dabanlıqdan çıxartmaq. 

Qara sudan qaymaq tutmaq. 

Qarışqa yuvasına su calamaq. 

Qaravaş əlinə ciyər düşüb. 

Qarnının ağrısını bilməmək. 

Qarışqa yuvası kimi qaynaşmaq. 

Qat-qat əl tökmək. 

Maddə bağlamaq. 

Malı öz boğazından aşağı getməmək. 

Maqqabı bura darı üstə qoymaq. 

Matı meyxanası. 

Maya baş çıxmaq. 

Mazamata mindirmək. 

Meydan oxumaq. 

Meydan gəzdirmək. 

Meydana qoymaq. 

Meydanda tək (yalqız) qalmaq. 

Meydanı boş görmək. 

Məğlətə salmaq. 

Məkkədən gözü palçıqlı gəlib. 

Məmmədxan qalibi olmaq. 

Məmə yeyəndən, pəpə yeyənə qədər. 

Mərdi qova-qova namərd eləmək. 

Mərəkə qoparmaq. 

Məşrutəsini alıb. 

Məyə mən ovcumun içini iyləmişdim? 

Məyə mənim zərbxanam var? 

Mırsığını sallamaq. 

Mızıqqılı keçmək. 

Mitili açılmaq. 

Mitili küçəyə atmaq. 

Mirta salmaq. 

Milçəkdən fil düzəltmək. 

Minillik xərmənləri sovurmaq. 



 

296 


Min bir fırıldaqdan çıxmaq. 

Min cırına bir cır cırmaq. 

Min dərənin suyunu bir-birinə qatmaq. 

Min güzəyə qulp qoymaq. 

Mindigini saymamaq. 

Müştəri gözü ilə baxmaq. 

Ölüb-ölüb ölümlərdən qurtarmaq. 

Ölüb dirilmək. 

Ölümü gözü ilə görmək. 

Ölümlə gizlənpaç oynamaq. 

Öpüb gözünün üstünə qoymaq. 

Öz adını özgədən soruşmaq. 

Öz adını özgəsinə qoymaq. 

Öz bildigini dədəsinə də verməmək. 

Öz canının hayına qalmaq. 

Öz xoşuna qoymaq. 

Öz qulaqlarına inanmamaq. 

Özü ilə qəbrə aparmaq. 

Özü deyib özü eşitmək. 

Özündən çıxmaq. 

Özündən dəm vurmaq. 

Özündən düzəltmək. 

Özünü ortaya atmaq. 

Özünü o yerə qoymamaq. 

Özünə iş açmaq. 

Öz payına qalmaq. 

Paçalarını çırmalamaq. 

Pambıqla baş kəsmək. 

Papağını qabağına qoyub fikirləşmək. 

Papağını göyə atmaq. 

Papağını yanaki qoymaq. 

Pasını açmaq. 

Pay verib dərdindən ölmək. 

Pələsək vurmaq. 



 

297 


Pətəsi suya düşmək. 

Pıçaq bəndə (sümüyə) dayanmaq. 

Pıçı-pıçı, Araza itin qıçı. 

Pis-pis qabaxdan gəlməlikdədir. 

Pis yollara çəkib aparmaq. 

Pişik öldürüb göz qorxutmaq. 

Pişmiş toyuğun gülməyi gəlir. 

Pişik nərdivanı buraya gətirdi. 

Pişigim-pişigim ilə saxlamaq 

Piyini canına çəkmək.  

Pul kimi qızarmaq. 

Pulu xoruz səsi eşitməmək. 

Saatına düşmək. 

Saç-saqqalından utanmaq. 

Saç-saqqalı bir-birinə qarışmaq. 

Saç-saqqalı dəyirmanda ağartmaq. 

Saçı uzun, ağlı güdə. 

Salam verdik, borclu çıxdıq. 

Saman altından su yeritmək. 

Sağına-soluna baxmaq. 

Saqqalım yoxdu, sözüm keçmir. 

Saqqalını uşaq-muşaq əlinə vermək.  

Saqqızını oğurlamaq. 

Sarımsağı döyülü qalmaq. 

Sayır-bayır danışmaq. 

Sevincindən şıltaq işlərə əl atmaq. 

Səsinin yoğun yerinə salmaq. 

Sən deyən olsun, qoy yatsın. 

Səninkini yeyək, mənimkini oynadaq. 

Səsi yeddi evli qonşuya getmək. 

Sıxıb suyunu çıxarmaq. 

Sillə ilə üz qızartmaq. 

Siçan olmamış dağarcıq dibi dəlmək. 

Siçan dəligindən (deşigindən) satın almaq. 



 

298 


Sinə dəftər olmaq. 

Soyuq təndirdə çörək yapmaq. 

Soyub, soyub quyruğunda murdar etmək. 

Soyuq təndirdə isti çörək. 

Söz aparıb gətirmək. 

Söz arasına söz qatmaq. 

Söz altında qalmamaq. 

Söz başına keçmək. 

Söz burada qalsın. 

Söz güləşdirmək. 

Sözü ağzında bişirib çıxartmaq. 

Sözünün üstünü açmaq. 

Sözün var, söz danış. 

Sözün çürüyünü çıxartmaq. 

Sözünü ağzında qoymaq. 

Sözünü şəkərlə kəsirəm. 

Sözünü yerə salmaq. 

Sözünün üstündə durmaq. 

Sözünün üstünə çıxmaq. 

Sözə quyruq bənd eləmək (bağlamaq). 

Sözləri tərsə gəlmək. 

Suruşquluya dəm vermək. 

Su içim saatda. 

Su ilə od arasında qalmaq. 

Su başdan bulanıqdır. 

Su sudan tərpənməmək. 

Susuz aparıb, susuz gətirmək. 

Sular baş yuxarı axır. 

Su görəndə susar, at görəndə axsar. 

Sungə çıxmaq. 

Suyu bahasına. 

Suyun lal axanı, adamın yerə baxanı. 

Suyu üfüləyə-üfüləyə içmək. 

Suyu sovrulmuş dəyirmana oxşamaq. 



 

299 


Suyu süzülə-süzülə getmək (qayıtmaq). 

Suyu kuzədə, günü bacada görmək. 

Suyun şırıltısına qulaq vermək (asmaq). 

Süd gölündə üzmək. 

Südü köpüklənmək. 

Sümük sındırmaq. 

Sümükləri çıxmaq. 

Sümükləri sürmə olmaq. 

Sümüyünə işləmək. 

Süpürgə çəkmək. 

Sürt-pürt eləmək. 

Şadlığına şitlik etmək. 

Şaftalı gəlməmiş, tabağı gəlib. 

Şal sallamaq. 

Şaha burxana gedir. 

Şah gəldisindən keçdi. 

Şatırı işdən çıxmaq. 

Şeir deyib qafiyəsində qalmaq. 

Şeytan atına minmək. 

Şeytan ilə darı əkmək. 

Şeytana dərs vermək. 

Şeytan fəhləsi olmaq. 

Şeytana papış tikmək. 

Şələsini bağlamaq. 

Şələ-şüləsini dalına vermək. 

Şətəl atmaq. 

Şərti şumda kəsmək. 

Şirə vermək

.

 


 

300 


Tanrısına təpik atmaq. 

Tamah dişini çəkmək. 

Tapmaca demək. 

Tazadan dünyaya gəlmək. 

Təkədən pendir tutmaq. 

Tərəzi dibi yerə vurmaq. 

Tikan üstündə oturmaq. 

Ting-tufa tutmaq.  

Toqqanın altını bərgitmək. 

Tovbaltma vermək. 

Toyuq bir qıçlıdı ki, bir qıçlıdı. 

Tutmacası tutmaq. 

Tutduğunu buraxmamaq. 

Tuf deyirsən yerə düşür. 

Tuluğu çox su tutmaq. 

Tülkü tozanağı salmaq. 

Tük salmaq. 

Tükü tükdən seçmək. 

Tükü yatımına (xabinə) sığallamaq. 

Tüpürdügünü yalamamaq. 

Tütəginin dilini çəkmək. 

Uc-uca düyünləmək. 

Ucu-bucağı görünməyən. 

Ucun alıb ucuzluğa getmək. 

Ulduzları barışmamaq. 

Ulduzu batmaq. 

Ulduz-ulduzu çağırır. 

Usta tərpənmək. 

Uşaqlığı yadına düşmək. 

Uzaqdan-uzağa baxmaq. 

Uzun sözün qısası. 

Yaxa qurtarmaq. 

Yaxası ələ keçmək. 

Yaxasını ələ vermək. 



 

301 


Yağ-bal içində üzmək. 

Yağışdan qurtulub yağmura düşmək. 

Yalvar-yaxar etmək. 

Yaman günə (kökə, hala) düşmək. 

Yan-yörəsini qapmaq. 

Yanı ilə yağa (quymağa) düşmək. 

Yarasını tazalamaq. 

Yarpaq kimi əsmək. 

Yaşından yuxarı danışmaq. 

Yerin əgridi, «düz otur» deməmək. 

Yerini xoş görmək. 

Yer yerinə oldu, su suyuna. 

Yeddi dəgirmanın suyunu bir-birinə qatmaq. 

Yol gözləmək. 

Yol üstündə olmaq. 

Yola nərdivan qoymaq. 

Yoldan çıxartmaq (eləmək). 

Yoluna salmaq (qoymaq). 

Yuxuya qalmaq. 

Yumurta yükü aparmaq. 

Yumurtası tərsə düşmək. 

Yumşaq yerin beldarı. 

Yuyulmamış qaşıq kimi özünü araya atmaq. 

Yüz altuna dünbək çalmaq. 

 

 

 



 

 

 



 

 

 



 

 

302 


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin