ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə15/27
tarix03.02.2017
ölçüsü4,07 Mb.
#7453
1   ...   11   12   13   14   15   16   17   18   ...   27

NAZLAMALAR 

 

Cürü cürülər yarpağı, 

Astanalar torpağı. 

Balamı sevməyənin 

Gözünə bibər yarpağı. 

 

Balama qurban inəklər, 



Balam haçan iməklər! 

 

Balama qurban tülkülər, 



Balam haçan mürgülər? 

 

Balama qurban yaylaqlar, 



Balam haçan oynaqlar? 

 

Bir bölük atlar, çəməndə otlar, 



Göyçək arvadlar, bu balama qurban. 

 

Dağın maralı, çölün ceyranı, 



Dünyanın malı, bu balama qurban. 

 

Balama qurban sərçələr, 



Balam haçan dirçələr? 

 

Balama qurban ilanlar, 



Balam haçan dil anlar? 

 

Balama qurban dayçalar, 



Balam haçan əl çalar? 

 

Balama qurban ozanlar, 



Balam haçan söz anlar? 

 


 

250 


Ağrıdı başım, yoxdi sirdaşım, 

Qohum-qardaşım bu balama qurban. 

Çaydakı qazlar tükün tarazlar, 

Cehizsiz qızlar bu balama qurban. 

 

Çöldə meşəlik, gül bənövşəlik, 



Mən həmişəlik bu balama qurban. 

 

Səndən aralı, rəngim saralı, 



Dağlar maralı bu balama qurban. 

 

Bazarda atlar, boynu xamutlar, 



Noğul nabatlar, bu balama qurban. 

 

İlxıda atlar, çöldə göy otlar, 



Ərsiz arvadlar bu balama qurban. 

 

Dağda darılar, sünbül sarılar, 



Qoca qarılar bu balama qurban. 

 

Yaşıl söyüdlər, yekəbaş itlər, 



Dağdaki qurdlar bu balama qurban. 

 

Göydə ulduzlar, şaxtalı buzlar, 



Nişanlı qızlar bu balama qurban. 

 

Tüstüsüz damlar, sarı badamlar, 



Tənbəl adamlar bu balama qurban. 

 

Bazarda qazlar, tükünü tozlar, 



Balama qurban küsəyən qızlar. 

 

Çeşmələr, çaylar bir-birin haylar, 



Balama qurban ulduzlar, aylar. 

 

251 


Badam badami, alim qadanı, 

Balama qurban kəndin adamı. 

Bağda xəzəllər yerdə süzəllər, 

Balama qurban hami gözəllər. 

 

Ağ əllər, ağ biləklər, 



Bağçada qar kürəklər. 

Atası evə gələndə, 

Gah yerir, gah iməklər. 

 

Çoban-çoban əlləri, 



Ağrimasin qollari. 

Ağrısa da ağrısın, 

Özgələrin qollari. 

 

 



ARZULAMALAR 

 

Belə balalardan, Allah, 

Tök bacalardan, Allah. 

Hər evə beş-beş versən, 

Bizə ver on beş, Allah. 

 

Allah bundan beş dana ver, 



Göydə uçan quşlara ver. 

Həsrətdə qalmışlara ver, 

Evdə qarımışlara ver. 

 

Atıb tutaram səni, 



Şəkərə qataram səni. 

Atan evə gələndə, 

Qucuna ataram səni. 

 

Dil aç, açsın sünbüllər, 



Gülgilən, gülsün güllər. 

Quşlar avaza gəlsin, 

Durnalar yaza gəlsin. 

O gün olsun, maralım, 

Sənə gözəl yar alım. 

Həna əlimə yaxım, 

Qönçə telimə taxım. 

 

Deyək, külək, gülüşək, 



Yaradana şükr edək. 

Gülüm nay, bülbülüm nay, 

Qadani mən alim, nay. 

 

Balam qönçə gülümdi, 



Gülümdi, bülbülümdi. 

Gülüm nay, bülbülüm nay, 

Mənim şirindilim nay. 


 

252 


Qurban deyim, can deyim, 

Canımı qurban deyim. 

Gülüm nay, bülbülüm nay, 

Başına mən dönüm, nay. 

Gözəl, gözün qurbani, 

Şirin sözün qurbani. 

Nə şirin danışırsan? 

Danış dilin qurbani. 

Gülüm nay, bülbülüm nay, 

Qurbanın mən olum nay. 

 

 

DÜZGÜLƏR 



 

HAVALAN, HA HAVALAN 

 

Havalan, ha havalan, 

Havalandıq uçmağa 

Həqq qapısın açmağa. 

Qanadımız üzüldi, 

El yaylağa düzüldi. 

El yaylaqdan gəlincə, 

Buğdaları dərincə, 

Qocabaşi kəsdilər. 

Qıntırğadan qılınc yaği, 

İçində qurd-quş yaği. 

Qurd-quş yağı dərmandı, 

Canım sənə qurbandı. 

Yoldaşlar hami getdi, 

Oyunlar burda bitdi. 

 

YAĞIŞ YAĞAR 



 

Yağış yağar yağa-yağa, 

Guşad düşər bizim bağa. 

Gəlin gedək oynamağa, 

Oynamağın vəqti dəgil, 

Qızılgülün təxti dəgil. 

Qızılgülü əkərlər, 

Misqalinan çəkərlər, 

Gəlmə bizim Dərbəndə, 

Mənlə səni görərlər. 

 

TÜLKİ, TÜLKİ 

 

Tülki, tülki, tünbəki, 

Quyruq üstə lümbəki. 

Ala aslan ağamız, 

Qara qaplan qağamız. 

Xoruz bizim mollamız, 

Çaqqal bizim çavuşumuz, 

Ala qarğa carçımız, 

Sağsağan xəbərçimiz, 

Toyuq bizim çərçimiz, 

Durun gedax bazara, 

Qorxan düşsün azara. 

Tülki, tülki, tülki səni, 

Öldürəllər bil ki məni. 



 

253 


USTU BUDİ 

 

Ustu budi ha, ustubudi, 

O kişi mənim dostum idi. 

Getdi bazara (Gilana),  

gəlmədi, 

Yaylığım aldi, vermədi. 

 

Yaylığımın ucu qərə, 



Yollandım İmamyarə. 

İmamyarı öldürdülər, 

Ağ şala geydirdilər. 

 

Ağ şalın saçaqları, 



Düm qara bucaqları. 

 

Vurdum, sandıq açıldı, 



İnci, mərcan saçıldı. 

 

İnci, mərcan fil-fili, 



Gəl, oxi bizim dili. 

Bizim dil Urmi dili, 

Urmudan gələn atlar, 

Ağzında yüyən çatlar. 

 

Heyvanın ağacları, 



Baş gətirməz başları. 

Vurdum başı üzüldi, 

El yaylağa düzüldi, 

Yarın canı üzüldi. 

 

ƏLİMİ BIÇAQ KƏSİBDİ 

 

Əlimi bıçaq kəsibdi, 

O yana qaçdım, tütün idi, 

Bu yana qaçdım, tütün idi.  

Sarı köynəyun bütün idi, 

Sarı köynəyun saçağı, 

Qırağında bıçağı, 

Əlimi bıçaq kəsibdi, 

Dəstə bıçaq kəsibdi. 

Yağ gətirin yağlayaq, 

Dəsmal gətirin bağlayaq. 

Dəsmal dəvə boynunda, 

Dəvə Şirvan yolunda, 

Şirvan yolu sərbəsər, 

İçində güllər əsər, 

O güldən birin üzeydim, 

Tellərimə düzeydim, 

Qərdəşimin toyunda, 

Oturub, durub süzeydim, 

Şirvan yoli buz bağlar, 

Dövrəsi yarpız bağlar. 

Boyunbağı düzeydim, 

Xan dayımın toyunda, 

Dureydim, oyniyeydim. 

 

 

 



 

254 


ÜŞÜDÜM, HA ÜŞÜDÜM 

 

Üşüdüm, ha üşüdüm, 

Dağdan alma daşıdım, 

Almacığım aldılar, 

Mənə zülüm saldılar. 

Mən zülmdən bezaram, 

Dərin quyu beş keçi, 

Hanı bunun ərkəci? 

Ərkəc qazanda qaynar, 

Qənbər yanımda oynar. 

Qənbər getdi oduna, 

Qarğı batdı buduna. 

Qarğı dəgil, qəmişdi, 

Beş barmağım gümüşdi. 

Gümüşi verdim tata, 

Tat mənə darı verdi. 

Qanadlandım uçmağa, 

Həqq qapısın açmağa. 

Həqq qapısı kiliddi. 

Kilid dəvə boynunda, 

Dəvə Gilan yolunda. 

Gilan yolu sərbəsər, 

İçində meymun gəzər, 

Məni gördi, ağladi, 

Tumanına qığladı. 

Tumani dəlik-dəlik, 

Qurbağa bölük-bölük, 

Balaları haxladım, 

Həsənxana saxladım, 

Həsənxanın nəyi var? 

Çaqqır-çuqqur çayı var, 

Evində bir lüti var. 

 

 

Üşüdüm ha, üşüdüm, 



Dağdan alma daşıdım, 

İlxı çıxdı yoluma, 

Bir baxdım sağ-soluma, 

Atlar gələr sürü ilə, 

Boğuşar bir-birilə. 

Kəhər, Qəmər, boz atlar, 

Otların başı otlar. 

Mindim Bozun boynuna, 

Sürdüm Xalxal yoluna. 

Quş kimi qanad açdım, 

Dağlar, kədiklər aşdım. 

Xalxal yolu daşlıca, 

Usta qələm qaşlıca. 

Usta məni oxitdi. 

Qara saçımı toxitdi. 

Qara saçımın şəvəsi, 

Qızıldandı düyməsi. 

Düşündüm mən iş nədi, 

Atım burda kişnədi, 

Atım niyə kişnədi? 

Arpa-saman istisən? 

Arpanı kimdən alım? 

Xan qızı, xandan alım, 

Xan qızı xalı toxur, 

İçində bülbül oxur. 

 

Mamani ha, mamani, 



Balam kimi gül hani? 

Gül hani, bülbül hani? 

Balam gül tək açacaq, 

Yurda ətir saçacaq, 



 

255 


Oxuyacaq, yazacaq, 

Obasında, elində, 

Anasının dilində 

Şirin sözlər yazacaq, 

Adlım٭ şair olacaq. 

 

Mamani ha, mamani, 



Balamı yaxşı tani. 

Balam gecələr yatar, 

Səhər tezdən oyani. 

O mənə yoldaş olar, 

Göylümə sirdaş olar. 

Balam mənim qucaqda, 

İşim, gücüm bucaqda, 

Qazan qaynar ocaqda, 

Gözüm qalıb ocaqda. 

 

Mamani ha, mamani, 



 Tanrı saxla balami. 

Balam söyür anami, 

Anani, həm atani. 

Xırdaca körpə ağlayar, 

Ürəgimi dağlayar. 

 

Allah, buna ver yoldaş, 



Bir qumral telli qardaş. 

Qardaşilə oynasın, 

Mən də baxım öyünüm, 

Lap ürəkdən söyünüm. 

 

Qavalı çala-çala getdim  



bağa, 

Bağdakı qızlariynan  

oynamağa. 

Əl atdım böyük qızın  

məməsinə, 

Kiçik qız harayladı  

nənəsinə. 

Nənəsi çıxdı dama, 

Bir daş vurdu qabırğama. 

Qabırğamı tuta-tuta, 

Getdim xana. 

Xan dedi:  

– Qaşı qərə, gözi qərə, 

Nə düşmüsən bu çöllərə? 

Verrəm səni 

İgidlərə. 

Bağlatdırram söyütlərə. 

Yügütdürrəm ağ itlərə. 

Bilcək mənim dərdim,  

odum, 


Əmr elədi: 

Uzun-uzun uzatdılar, 

Qabırğamı sazatdılar. 

Xan dedi: 

“Altına həsir salın, 

Şeh keşməsin. 

Üstünə çadır çəkin, 

Gün düşməsin. 

Atına arpa verin 

Kişnəməsin. 

İtinə sümük tökün 

Hürməsin”. 

 

________________________ 



٭ adlım- məşhur

 


 

256 


ACITMALAR 

 

HƏSƏN AĞA 

 

Həsən ağa, 

Doldi yarağa, 

Mindi ulağa, 

Yollandı bağa, 

Bir quş vurdi, 

O da qurbağa. 

Başını kəsdi, 

Özi yemədi, 

Verdi qonağa. 

Qonaq yemədi, 

Saldı yağa, 

Özi təllədi*, 

Düşdi yatağa. 

 

NƏYİMƏ GƏRƏK? 

 

Bizə üç ad bəllidi, 

Şəkərlidi, ballıdı. 

Fatmə, Tükəzban, 

Zübeydə bir can. 

 

Fatmə, Tükəzban, 



Qarışdı hər yan. 

Kişnədi göylər, 

Dağıldı yerlər. 

Fatmə, Zübeydə, 

İkisi bir boyda. 

Fatmə savaşdi, 

Zübeydə qaşdi. 

Divardan aşdi, 

Başmağa düşdi, 

Zığa bulaşdi, 

Təndirə düşdi. 

Fatmə təndirdə, 

Ayağı kəndirdə 

Fatmə biçində, 

Qan-tər içində, 

Cırığdı doni. 

Neyniyir oni. 

Tükəzban yatır, 

Qız demə qatır, 

Ayağı kəndirdə, 

Nəfəsi kəndirdə. 

Ömri axırdi, 

Yeri naxırdi. 

 

 



 

_____________________ 

  təllədi- çox yedi 

 


 

257 


SINIQ QOL HA, SINIQ QOL 

 

Sınıq qol ha, sınıq qol, 

Suya gedər sınıq qol, 

Sudan gələr sınıq qol. 

Evdə çox iş olanda, 

Sallanıb qalar sınıq qol. 

İp atmağa gedəndə, 

Su çəkmağa gedəndə, 

Ot dərmağa gedəndə, 

Sallanıb qalar sınıq qol. 

Yağlı çörək görəndə, 

Düm-düz durar sınıq qol. 

 

MƏN DƏ SƏNLƏ 

 

Gəl, gedax bağa 

Mən də sənlə. 

Çıxaq budağa 

Mən də sənlə. 

Şaftalı dərək 

Mən də sənlə. 

Cibi doldurax 

Mən də sənlə. 

Bağban gələndə 

Mən də sənlə. 

Qaçıb gizlənək 

Mən də sənlə. 

O bizi görsə 

Mən də sənlə. 

Tutmaq istəsə 

Mən də sənlə. 

İti küşgürtsə 

Mən də sənlə. 

Divardan aşaq 

Mən də sənlə. 

Qaçaq qurtulaq 

Mən də sənlə. 

 

KEÇƏL 



 

Keçəl, keçəl, bamiyə, 

Getdi həkimxaniyə. 

Həkimxana bağlıdı, 

Keçəlin başı yağlıdı. 

 

Keçəl, keçəl, daz keçəl, 



Tayı tapılmaz keçəl. 

Qış çıxıb qurtarıbdı, 

Budu gəlir yaz, keçəl. 

Keçəl, aşın bişibdi, 

Noxudları şişibdi. 

On iki keçəl bir yerdə, 

Xarta-xarta düşübdi. 

 

Keçəl deyər: “Vay başım, 



Qazanda qaynar aşım. 

Aşımı içən öleydi, 

Başıma siçan oleydi”. 


 

258 


Keçəl, keçəl, mərəndi, 

Yaxası düymələndi. 

Eşitdi saçlı gəlir, 

Başına gül ələndi. 

 

Keçəlin xundi başi, 



Eşşəyə mindi başi. 

O yanda dava düşdi, 

Bu yanda sındı başi. 

 

SANAMALAR 

 

İynə, iynəcə, 

Uci düyməcə, 

Bal ballıca, 

Ballı keçi, 

Şam ağacı, 

Şatır keçi. 

Qoz ağacı, 

Qotur keçi. 

Happan, huppan, 

Yarıl, yırtıl, 

Su iç, qurtul. 

 

BARMAQLAR 

 

Bura bir xrmən idi, 

İçi doli dərman idi. 

Bura bircə quş qondi, 

Bu vurdi, bu tutdi, 

Bu bişirdi, bu düşdi. 

 

Bu deyər: “Gəlin, gedək oğurluğa”, 



Bu deyər: “Hani nərdivan?” 

Bu deyər: “Məndən uca nərdivan?” 

Bu deyər: “Axı Allah var, peyğəmbər var”. 

Sən də ki kül qalasan, böyümiyəsən. 

 

 

 



 

 

 



 

259 


YANILTMACLAR (ÇAŞDIRMALAR) 

 

Bizim  küçənin  döngəsi,  qoşqa  inəyin  cöngəsi,  quqqulu  qu, 

bir dana bisti* tapmışam. 

 

Boz  atın  boz  torbasın  boş  as  başından,  apar  islat,  gətir  yaş 



as başından. 

 

Bu ev mənim babamın imiş. 



 

Gəl  gedək  qonum-qonşuyla  bayramlaşaq,  qonum-qonşu 

bayramlaşsa da bayramlaşaq, bayramlaşmasa da bayramlaşaq. 

 

Girdim təndirə, sildim, süpürdüm, silkindim çıxdım. 



 

Gəl  gedək  bu  çəltiki  tox.

bayram

 


 

260 


QARAVƏLLİLƏR 

 

XORUZLA PADŞAH 

 

Günlərin  bir  günündə  xoruz  küllükdə  eşinə-eşinə  bir  bisti 

tapdı. O sevincək hər tərəfə səs saldı: 

–  Quqqulu  qu,  bir  dana  bisti  tapmışam,  quqqulu  qu,  bir 

dana bisti tapmışam.  

Xoruzun  vəktsiz  banlaması  şahı  acıqlandırdı.  O,  qulamla-

rına dedi: 

– Gedin, o həramzadənin bistisini alın, səsini batırın. 

Qulamlar  gedib  bistini  aldılar,  lakin  xoruzun  səsi  nə  ki 

batmadı, bəlkə bir daha ucaldı: 

– Quqqulu qu, padşah məndən yoxsul imiş. 

Şah öz işindən peşman olub dedi: 

– Aparın onun bistisini verin özünə, bəlkə səsin kəsə. 

Lakin xoruzun səsi genə hər tərəfə yayıldı: 

– Quqqulu qu, padşah məndən qorxarmış. 

Bu söz şahı yerindən oynatdı. O dedi: 

– Gedin o həramzadəni tutun gətirin, başını kəsin. 

Xoruzu tutub gətirdilər, aşpaz piçağı onun boğazına qoyan-

da genə səsləndi: 

– Quqqulu qu, nə iti piçaq imiş. 

Şah dedi: 

– Onu bu gün naharda dügü üstə qoyun, hüzura gətirin. 

Xoruzun  tüklərini  ütüb  basdılar  qazana.  Qaynar  qazanın 

içindən xoruzun genə səsi gəldi: 

– Quqqulu qu, nə isti hamam imiş.  

Nahar  çağı  onu  pilov  üstə  qoyub  gətirdilər.  Xoruz  genə 

banladı: 

– Quqqulu qu, nə ucaca dağ imiş, qar kimi ağappaq imiş. 

Şah qolların çirmayıb  xoruzu yeməgə  başladı.  Xoruz şahın 

boğazından keçəndə genə səsləndi: 

–  Quqqulu  qu,  nə  darca  küçə  imiş.  (sonradan  səs  dərindən 

eşidildi: “Nə poxlu pəyə imiş”). 



 

261 


O  qədər  çəkmədi  şahın  qarnı  quruldamağa  başladı.  Şah 

çəkildi xəlvətə, iş döndü qiyamətə. 

 

QARI İLƏ BİZOVİ 

 

Biri  var  imiş, biri  yoxuymyş,  günlərin  bir günündə bir qarı 

nənənin  ceyran baxışlı,  maral duruşli,  quyruği saçaq,  alnı qaşqa 

bir  bizovi  var  imiş.  Amma  heyif  ki,  pəyədə  onun  yeri  darmış. 

Qarı  nənə  genə  günlərin  bir  günündə  şaxtalı  bir  qış  günündə 

bizovini  suvarmağa  apardı.  Bizov  buzun  üstün  çıxar-çıxmaz 

ayağı  sürüşdi,  yerə  yıxıldı.  Qarı  nənə  çox  çalışdı,  çox  əlləşdi, 

bizovi  bir  təhər  yerdən  qovzadı.  Amma  doğrusu yoruldi,  hirsli-

hirsli üzün buza tutub dedi: 

– Ay buz, sən nə yamansan! 

Buz dedi: “Mən yaman olseydim, gün məni əritməzdi”. 

Qarı nənə üzüni Günə tutub dedi: 

– Ay Gün, sən nə yamansan! 

Gün dedi: “Mən yaman olseydim, bulud qabağımı kəsməzdi”. 

Qarı nənə üzüni buluda tutub dedi: 

– Ay bulud, sən nə yamansan! 

Bulud dedi: “Mən yaman olseydim, yel məni dağıtmazdı”. 

Qarı nənə üzüni yelə tutub dedi: 

– Yel sən nə yamansan! 

Yel dedi: “Mən yaman olseydim, yağış məni yatırtmazdı”. 

Qarı nənə üzüni yağışa tutub dedi: 

– Ay yağış, sən nə yamansan! 

Yağış dedi: “Yaman olseydim, göy məndən bitməzdi”. 

Qarı nənə üzüni qoyuna tutub dedi: 

– Ay qoyun, sən nə yamansan. 

Qoyun dedi: “Yaman olseydim, qurd məni yeməzdi”. 

Qarı nənə üzüni qurda tutub dedi: 

– Ay qurd, sən nə yamansan. 

Qurd dedi: “Mən yaman olseydim köpək məni boğmazdı”. 

 


 

262 


XI. XALQ MAHNILARI 

 

APARDI SELLƏR SARANI! 

 

Arpa çayı aşdı, daşdı 



Sel Saranı aldı qaçdı. 

Ala gözlü, qələm qaşdı 

Apardı sellər Saranı! 

Bir ala gözlü balanı! 

Apardı sellər Saranı! 

Bir şirin dilli balanı! 

 

Arpa çayı dərin olmaz, 



Axar sular sərin olmaz, 

Sara kimi gəlin olmaz, 

Apardı sellər Saranı! 

Bir ala gözlü balanı! 

 

Arpa çayı düşüb ada, 



Yaradan yetişsin dada, 

Sarı başmaq üzür suda, 

Apardı sellər Saranı! 

Bir şirin dilli balanı! 

 

Sel Saraya oldu yağı, 



Su bürüdü solu, sağı, 

Yasa batdı toy otağı, 

Apardı sellər Saranı! 

Bir ala gözlü balanı! 

Mən bu bağa girməmişəm, 

Qonçə gülün dərməmişəm, 

Mən Saranı görməmişəm, 

Apardı sellər Saranı! 

Bir şirin dilli balanı! 

 

Olduq əcəb günü qara, 



Dərdimizə yoxdu çara, 

Sara həsrət qaldı yara, 

Apardı sellər Saranı! 

Bir ala gözlü balanı! 

 

Gedin deyin Xançobana, 



Gəlməsin bu il Muğana, 

Muğan batıb nahaq qana, 

Apardı sellər Saranı! 

Bir şirin dilli balanı! 

 

Arabalar qoşa-qoşa, 



Qurban olum qələm-qaşa, 

Oğlan, əlin çıxdı boşa, 

Apardı sellər Saranı! 

Bir ala gözlü balanı! 

 

GEDİRƏM GÜLÜSTANA 

 

Gedirəm gülüstana gül alam, atam, 



Gül alam, atam! 

Alagöz sevgilimi axtaram, tapam, 



 

263 


Axtaram, tapam! 

Sevgilimi tapmışam, ürəkdən şadam, 

Ürəkdən şadam! 

Əksin məndədi, vermiyacağam, 

Səndən xoşgilin neyliyacağam! 

 

Dəsmalun doludu narın qənd ilən, 



Narın qənd ilən! 

Sən yeri naz ilən, mən Dərbənd ilən, 

Mən Dərbənd ilən! 

 

Məni çağıranda, çağır qənd ilən, 



Çağır qənd ilən! 

 

Sevgilim əlində qara çətiri, 



Dara tellərivi, səpim ətiri, 

Səpim ətiri! 

Məhəbbət gözdə olar, çəkər gətiri, 

Çəkər gətiri! 

Əlində dəsmal, ucunda güli, 

Sevgi bir olar, nə ki bir süri. 

 

AHU KİMİ GÖZLƏRUN 

 

Ahu kimi gözlərun, 

Şirin-şirin sözlərun, 

Sən mənimsən, mən sənun, 

Qucaqlama dizlərun. 

Canım, gözüm, hər sözüm, 

Sənsiz mən necə dözüm. 

 

Sənsən mənim öz gülüm, 



Çəməndəki bülbülüm, 

Mən səndən əl üzmərəm, 

Sənsən mənim sevgilim. 

 

Ay qız, dur gəl yanıma, 



Qadan balan canıma, 

Mən səndən əl üzmərəm, 

And olsun imanıma. 

 

 



 

264 


PƏNCƏRƏDƏN DAŞ GƏLİR 

 

Pəncərədən daş gəlir, 



Xumar gözdən yaş gəlir. 

Səni mənə versələr, 

Allaha da xoş gəlir. 

 

Evləri su başında, 



Gözüm qaldı qaşında, 

Sevdim bir yosma ceyran, 

On dörd, on beş yaşında. 

Evlərində süsəni, 

Barışdırın küsəni, 

Göz açdım səni gördüm, 

İstəməm özgəsini. 

 

Su saldım bağa neylim, 



Dəgməz yar bağa neylim, 

Yarım ceyran balası, 

Gəlməz oylağa neylim. 

 

KÜÇƏLƏRƏ SU SƏPMİŞƏM 

 

Küçələrə su səpmişəm, 



Yar gələndə toz olmasın. 

Elə gəlsin, elə getsin, 

Aramızda söz olmasın. 

 

Samavara od salmışam, 



İstəkana qənd salmışam, 

Yarım gedib tək qalmışam,  

Nə şirindir yarın canı. 

 

Piyalələr irəfdədi,  



Hər biri bir tərəfdədi, 

Görməmişəm bir həftədi, 

Nə əzizdir yarın canı. 

 

Samavarı alışdırın,  



Maşa salın qarışdırın, 

Yarım məndən küsüb gedib, 

Onu mənlə barışdırın. 

GƏLMİŞƏM OTAĞUVA 

 

Gəlmişəm otağuva oyadam səni, qaragilə, oyadam səni! 



Nə gözəl xəlq eyləmiş yaradan səni, qaragilə, yaradan səni. 

Götürərəm qaçaram, aradan səni, qaragilə, aradan səni. 

 

Yaralıyam, dəgmə, dəgmə, dəgmə, dəgmə! 



Gül budağın əgmə, əgmə, əgmə, əgmə! 

 

Qapımızın qabağı su gələn arxdı, qaragilə, su gələn arxdı, 



Durum  çıxım  qapıya,  yar  gələn  vəxdi,  qaragilə,  yar  gələn 

vəxdi. 


 

265 


Yarımı görməmişəm ovqatım təlxdi, qaragilə, ovqatım təlxdi. 

 


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin