ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə12/27
tarix03.02.2017
ölçüsü4,07 Mb.
#7453
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

IX. YUXU YOZMALARI 

 

Açar  –  yuxuda  uğursuz  evlənmək  və  həsrət  çəkməyə  yo-

zulur. Açarı qapı üstündə görmək – həbsə alınmaq və itkin düş-

məkdir. Açarla bağlı qapı açan – ağır bir işi müvəffəqiyyətlə ba-

şa çatdıracaq. 

 

Ada  (cəzirə)  –  yuxuda  ada  görmək  yalnızlıq  və  dostların-

dan  iraq  düşmək  kimi  yozulur.  Adanın  dəryada  batmasını 

görmək – arzu etdiyin adamla evlənmək deməkdir. Adada yanar 

dağ görən – dost və qohumlarından özünü qorusa yaxşıdır. 

 

Ağac  –  yuxuda  ağac  görmək,  ümumiyyətlə,  bolluq  və  se-

vinc nişanəsidir. Meyvəli ağac – yuxu görənin arzularının doğu-

lmasına  və  qazanc  əldə  etməsinə  işarədir.  Meyvəsiz  ağac  – 

ümidsizlik  və  əli  boşa  çıxmaq  deməkdir.  Ağacla  dövrəli  bağça, 

ya  meşə  görmək  –  yaxınlardan  yardım  görmək;  ağaca  çıxmaq, 

ya ağac üstündə oturmaq nəvə-nəticə sahibi olmağa yozulur. 

 

Ağrı (dərd) – yuxuda ağrı çəkmək və ya  yaralanmaq tərsinə 

yozulur. Yuxuda dərdli bir adama çarə etmək uğurluğa nişanədir. 

 

Axirət  –  yuxuda  axirəti  görən  adam  ailəsi  ilə  birlikdə  asu-

də, rahat ömür sürəcək. Axirətə qovuşmaq – uzun bir səfərə get-

mək, axirətdən qovulmaq – itkinlik və səfalət deməkdir. 

 

Axmaq  –  yuxuda  bir  axmaqla  üzbəüz  olmaq,  həyatda  yanlış 

addım atmaq və özünə zərər toxundurmaq kimi yozulur. 

 

Alma – yuxuda alma görmək, hər ülgüdə olur-olsun, xoş və 

aydın taleyə işarədir. 

 

Ana  –  yuxuda  öz  anasını  görən  mirasa  çatır;  anasını  naxoş 

görən  –  önəmli  bir  məsələ  üçün  münaqişə  edir;  anasını  ölmüş 

görmək  –  böyük  bir  sevinc;  anasını  düşkün  görmək  –  ailə  üzv-

ləri arasında nifaq kimi yozulur. 



 

205 


And – yuxuda düz and içmək – düşmənə qalib olmaq, yalan 

and içmək – yoxsulluğa, gərginliyə uğramaq kimi yozulur. 

 

Araba  –  çoxyozumlu  yuxudur.  İkiöküzlü  araba  –  məqsədə 

çatmaq;  dördöküzlü  araba  –  böyük  məqam  tapıb,  amma  fövrən 

əldən  vermək;  yüklü  araba  –  işlərdə  başarı  qazanmaq,  arabanın 

sınması – səfərdən,  ya evlənməkdən əli çıxmaq; arabanın dalın-

ca qaçmaq – uzun zaman  işsiz,  arabadan düşüb  yaralanmaq,  ya 

onun altında qalmaq – gözlənilməz sərvətə çatmaq kimi yozulur. 

 

Arpa  –  xeyrə  yozulur.  Arpa  əkmək  –  işlərdə  müvəffəqiy- 

yət  qazanmaq,  arpa  çörəyi  yemək  –  dostlarla  səmimi  olmaq, 

arpa tarlası – bolluq nişanəsidir. 

 

Arı – yuxuda arının güllərdən bal yığmasını görən hörmət və 

rütbə qazanır. Ətrafında arı  vızıltısı eşidənin –  işlərində dəyişiklik 

üz verər; arı ilə dolu bal pətəyi görən – naxoş olar. 

 

Armud  – armudun  özü,  ya  ağacı  –  yuxuda  umduğuna  çat-

maq, şirin armud yemək – halal mala əl atmaq deməkdir. 

 

Asqırmaq  –  yuxuda  asqırmaq  –  xoş  xəbərlərlə  yozulur, 

yuxuda  özünün  və  ya  özgəsinin  asqırmasını  görən  –  sağlam  və 

ya şən yaşamağa çatır. 

 

Aslan  –  yuxuda  aslan  görən  –  bir  təhlükəyə  uğrayacaq, 

ancaq bir dost əli  ilə  bu təhlükədən qurtaracaq. Aslan  ilə danış-

maq – qüdrətli dostlar tapmaq,  aslanın üstünə  minmək –  böyük 

nailiyyətlərə əl atmaq, aslan əti yemək – varlanmaq və rahat ya-

şamaq, aslanın ardınca qaçmaq – düşmənlərin duzağına düşmək 

kimi yozulur. 

 

Aşpaz  –  yuxuda  aşpaz,  ya  aşpazlıq  görmək  –  bolluğa  və 

yaxşı günlərin qabaqda olduğuna işarədir.  


 

206 


At  –  ümumən  xeyrə  yozulur.  Ağ  at  –  çox  şad  bir  xəbər 

eşitmək, qara at – ağır bir düşüncəyə dalmaq, qoca at – boş işlər 

dalınca  sürünmək,  ata  minmək  –  muradına  çatmaq,  atdan  düş-

mək – aldanmaq, atı yem yeməkdə, ya kişnəkdə görmək – yara-

maz  bir  qadın  təhlükəsinə  uğramaq,  at  balası,  dayça  görmək  – 

boşboğazlıqdan bəlaya düşməyə yozulur. 

 

Ata  –  yuxuda  atanı  gülər  üzlü  görmək  –  işlərin  avand  ol-

ması ilə yozulur. Atanı qüssəli və dalğın görmək – sizdən incik-

liyinə işarədir. Dünyadan getmiş atanı görmək – onun xatirəsinə 

daha  da  sayğı  bəsləməyinizi  tələb  edir.  Atanın  ailəni  buraxıb 

getməsi – acı bir xəbər alacağınıza işarədir. 

 

Atlanmaq – yuxuda bir yerdən bir yerə atlanmaq – bir hal-

dan başqa hala düşmək nişanəsidir. Yuxarıdan aşağıya atlanmaq 

–  yoxsulluğa  düşmək,  aşağıdan  yuxarıya  hoppanmaq  –  qazanc, 

məqam, rifah; xəndəkdən, çaydan, uçurumdan atlanmaq – çətin-

likdən qurtarmaq deməkdir. 

 

Ay  – yuxuda ayı görmək – ümumiyyətlə, məhəbbət və bol-

luq  nişanəsidir.  Ayı  tamam  görmək  –  işlərdə  bacarıq  və  irəlilə-

mə; ayı qırmızı görmək – səfər və yolaçıxma; ayı buludla örtülü 

görmək – sevgi  itkisi  və göz xəstəliyi; ayı ağ və parlaq görən – 

qız olsa evlənəcək,  qadın olsa gözəl bir qız doğacaq,  subay kişi 

olsa gözəl bir qadınla evlənəcək, qoca, ya qarı olsa, gözəl bir nə-

vəsi olacaq; ayı gündüz görən – günlərini  boş  işlərlə keçirəcək; 

ayı hərəkətdə görən – sevincli bir xəbər alacaq; ayın tutulduğunu 

görənin əqrəbalarından birisi sarılıq xəstəliyinə tutulacaq. 

 

Ayaq  –  yuxuda  sağlam  ayaq  görmək  –  sağlıq  və  sevinc 

nişanəsidir. Kəsik ayaq – qatma-qarışlıq və dalğınlıq; topal ayaq 

– kədər və acı xəbər; ayaq yumaq – ümid və istək; çılpaq ayaq – 

öz  eybini  örtməyə  çalışmaq;  ağ  ayaq  –  dostların  səni  tərk  edə-

cək; qız ayağı –  izlədiyi  işdə  yaramaq; qadın  ayağı –  yaşayışda 

arası kəsilməz çətinlikdir. 



 

207 


Ayaqqabı  (başmaq)  –  yuxuda  taza  ayaqqıbı  geymək  bir 

qız,  ya bir oğlana evlənmək nişanəsidir. Başmaq nimdaş olursa, 

evləndiyi  qadın  dul  olur.  Ayaqqabını  ayaqdan  çıxarıb,  tazadan 

geymək arvadla kişinin dalaşıb yenidən barışmağı deməkdi. 

 

Ayna  –  yuxuda  aynaya  baxmaq  taza  yar-yoldaş  tapmaq, 

aynada  özünü  gözəl  görmək  etibardan  düşmək;  özünü  çirkin 

görmək  –  başladığı  işi,

-


 

208 


Bağlanmaq  –  yuxuda  özünü  bağlanmış  görmək  –  işlərin 

pozğunluğuna;  arvad  il



 

209 


Biz  –  yuxuda  biz  görmək  ağıl  və  tədbirin  nişanəsidir. 

Əlində  biz  heyvanları  sürdüyünü  görən  dəyərli  bir  işi  nəticəyə 

çatdıracaqdır. 

 

Bilərzik  –  yuxuda  bilərzik  izzət,  hörmət  nişanəsidi. 

Bilərziyi  qoldan  çıxarmaq  dostlar  arasında  soyuqluq,  ayrılıq, 

birinə bilərzik vermək ona yaxşılıq etmək nişanəsidi. 

 

Boğulmaq  –  yuxuda  boğulduğunu  görən  şəxs  fırıldağa  və 

kələyə  uğrayır.  Suda  boğulduğunu  görən  təlaş  və  qeyrət 

nəticəsində boğulan yerdən yardım görür, bir möhtərəm adamın 

himayəsindən faydalanır. 

 

Bomba  –  yuxuda  bomba  görmək  ağır  xərcə  düşmək; 

bombanın  partlayışını  görmək  yoxsulluq  və  səfalət;  bombadan 

yaralanmaq  işdə  yarımaq  və  məhəbbətin  artması;  bomba 

qumbaraları  vermək  kədər  və  qorxulu  səfər;  bomba  ilə  oynama 

gözlənilməz qəza deməkdir. 

 

Boxça – boxça  yuxuda bir çox hallarda səfər kimi  yozulur. 

Yuxuda  boxça  görənin  səfərə  gedəni  gəlir,  boxça  dolusu  parça 

görən  pul  qazanır.  Bir  yerdə  çoxlu  boxça  görənin  çoxlu  qonağı 

gəlir  və  xərci  qat-qat  çoxalır;  boxçanı  səfər  vaxtı  unudanın  ev 

işlərində qarışıqlıq üz verir və rahatlığı pozulur. 

 

Boyunbağı – yuxuda boyunbağı görmək – kişi üçün sıxıntı, 

kədər,  xəstəlik;  qadın  üçün  evlənmək  –  övlad,  var-dövlət  kimi 

yozulur. 

 

Böcək – yuxuda böcək görmək – əlindən iş gəlməz düşmən 

və  ya  qovğaçı  bir  kişi,  ya  alaşa  bir  arvadla  üzbəüz  olmaq  de-

məkdir. Böcəyi öldürmək, kədər və sıxıntıdan, düşmən şərindən 

qurtulmaq kimi yozulur. 


 

210 


Buğa  –  yuxusunda

 

211 


Canavar  (qurd)  –  yuxuda  canavar  görmək  sevinc  və  şad 

xəbər  kimi  yozulur.  Canavarı  yaralamaq,  ya  öldürmək  karlı  bir 

işə əl qoyub, ad-san qazanmaq; canavarın həmləsinə tuş olmaq– 

zərər və ziyana düşmək; canavar balası səmərəsiz evlilik demək-

dir. 

 

Ceyran  –  yuxuda  ceyran  ovlamaq  ixtiyarı  olmadan  bir 



qadının toruna düşmək, ceyranın qaçmasını görmək çox ağır bir 

eşq  macərası  keçirmək  (sevdiyi  halda  sevilməmək),  ceyranın 

buynuzlarını  görmək,  ummadığı  yerdən  mirasa  çatmaq  və 

düşmənlərə qələbə çalmaq kimi yozulur. 

 

Cənazə  –  yuxuda  cənazə  görmək  həm  xeyrə,  həm  də  şərə 

yozula  bilər.  Cənazədə  izdiham,  cənazə  sahibinin  böyük 

məqama çatmasına, cənazənin havada uçması o yerlərdə dəyərli 

bir  adamın  dünyadan  getməsi,  cənazənin  özü-özünə  yeriməsini 

görən qız, ya ərsiz qadının evlənməsinə, cənazəni yalqız görmək 

cənazə sahibinin etibardan düşməsinə işarədir. 

 

Cənnət  (behişt)  –  yuxuda  özünü  cənnətdə  görən,  ya  onun 

meyvələrindən  dadan,  ömrü  şən  və  şadman  yaşar.  Cənnətdən 

qovulmaq  naxoşluq  və  səfalət,  cənnətdə  mələklərin  ortasında 

olmaq  bir  gözəl  ilə  evlənmək  və  böyük  bir  mirasa,  ya  sərvətə 

malik olmaq deməkdir. 

 

Cəhənnəm  –  cəhənnəm  yuxuda  yoxsulluq,  fəlakət,  kədər 

və  cəfa  kimi  yozulur.  Cəhənnəmə  getmək  həbsə  alınmaq, 

fəlakətə uğramaq,  cəhənnəm odunda  yanmaq oğru,  yolkəsən  və 

qanlı  qatil  bir  uşağın  olacağına  işarədir.  Cəhənnəmdən  çıxmaq 

işlərin yaxşılığa yönəldiyinə işarədir. 



 

Cəvahir  –  yuxuda  cəvahir  görən  dövlətlənmək  arzusunda 

olduğu halda səfalət və  yoxsulluğa düşür.  Cəvahir toplamaq  bir 

şeyi  itirmək  və  ondan  kədərlənmək  deməkdir.  Cəvahir  satmaq 

həmişəlik kədərdən qurtarmaqdır. 



 

212 


Cəşn (şadyanalıq, qonaqlıq) – yuxusunda cəşn görən ağır bir 

sıxıntı  keçirir,  ancaq  bunun  sonu  salamatlıqdır.  Cəşnə  dəvət 

olmaq  –  düşmənlər  sənə  tələ  qururlar,  sayıq  ol,  aldanmayasan. 

Cəşndən qayıtmaq sıxıntıdan qurtarmaq deməkdir. 

 

Cigər  (ağ)  –  cigər  yuxuda  şadlıq  və  sevinc  nişanəsidir. 

Birindən  cigər  almaq  sevincli  bir  hal  duymaq,  birinə  ağ  cigər 

vermək ona xeyir vermək deməkdi. 

 

Cigər  (qara)  –  qara  cigər  yuxuda  varlanma,  övlad,  bilik, 

bolluq  nişanəsidir.  Qara  cigər  yemək  çox  pula  çatmaqdır.  Bi-

rindən  qara  cigər  almaq  onun  varından  və  biliyindən  faydalan-

maqdır.  Qara  cigər  tapmaq  ummadığı  bir  adamdan  yaxşılıq 

görəcəyini göstərir. 

 

Corab  –  yuxuda  corab  alanın  çıxarı  gəlirini  üstələyəcək. 

Rəngli  corab  ötəri  bəzək-düzək,  iplik  corab  asudə  yaşayış, 

yamaxlı corab işdə bacarıq və cəsarət, corabı soyunmaq qüssə və 

iftiraya uğramaq kimi yozulur. 

 

Cövüz (girdəkan) –  yuxuda cövüz  vuruşma  və  vuruşdurma 

deməkdir.  Cövüz  yığmaq  yersiz  bir  hərəkətlə  başqalarını  bir-

birinin  canına  salmaq,  cövüz  yemək  işləri  düzəlmək,  çürük 

cövüz pis halda aldanmaq, cövüzü qabıqdan arıtmaq düşmənlərə 

qalib  gəlmək,  cövüz  ağacına  çıxmaq  nüfuzlu  bir  adama  söy-

kənib, ondan faydalanmaq deməkdir. 

 

Çadır  –  yuxuda  çadır  qurmaq  xeyrli  işə  əl  qoymaq,  çadır 

içində  oturmaq  şan-şöhrətə  çatmaq,  çadır  yığmaq  işlərin  alt-üst 

olması və ziyana uğramaq nişanəsidir. 

 

Çalı  tikanı  –  yuxuda  çalı  tikanı  görmək  işlərin  qatma-

qarışıqlığı  və  kədər  nişanəsidi.  Çalı  tikanını  söküb  atmaq 

ağırlıqlar və kədərlərdən qurtuluşa işarədir. 



 

213 


Çamur  (palçıq)  –  yaş  palçıq  yuxuda  xeyrə  yozulur.  Quru 

palçıq  onun  əksinə  yozulur.  Çamurlu  yol  nəticəsiz  səfər, 

çamurlu düzənlik bir düşmənin səni izlədiyinə işarədir. 

 

Çaqqı  –  yuxuda  çaqqı  görmək  ailədə  dedi-qodu  kimi 

yozulur.  Açıq  çaqqı  düşmənlərin  sıxıntısına  düşmək,  böyük 

çaqqı  bir  təhlükəyə  uğramaq,  sınıq  çaqqı  əldən  getmiş  yaşayışı 

yenidən  aramaq,  ağ  sinli  çaqqı  nemət  və  izzət,  qara  saplı  çaqqı 

kədərə  və  böyüklərdən  danlaq  eşitmək,  çaqqı  tapmaq  işlərin 

qatma-qarışıqlığı,  çaqqı  satmaq  qüssə  və  ağrılardan  qurtarmaq 

deməkdir. 

 

Çaqqal  –  çaqqal  yuxuda  nankor,  rəhmsiz  və  zalım  bir 

mövcudu  bildirir.  Çaqqal  ilə  döyüşmək  bir  yaradılışa  ilişmək, 

çaqqal tutmaq düşmənə əl qatmaq deməkdir. 

 

Çeşmə  – çeşmə  yuxuda  məşğələ, qazanc  və  bolluq demək-

dir.  Çeşmədən  su  içmək  işdə  özgələrə  şərik  olmaq,  çeşmədə 

yuyunmaq qüssədən və naxoşluqdan qurtulmaq nişanəsidir. 

 

Çınqıl (xırda daş) – çınqıl yuxuda gahdan pul, gahdan bəla 

nişanəsidir. Birinə çınqıl vermək ona mənfəət yetirmək, birindən 

çınqıl  almaq  qazanca  əl  tapmaq,  çoxlu  çınqıl  bir  yerdə  –  var-

lanmaq, göydən çınqıl yağmaq, bir rəvayətə görə, ölkədə bolluq, 

əksi rəvayətə görə afət kimi yozulur. 

 

Çırpıntı  –  yuxuda  özünü  çırpıntıda  görən  adam  yaşayışda 

sıxıntı çəkəcəkdir. 

 

Çinar  –  çinar  yuxuda  zənginlik  və  var-dövlətin  artması 

deməkdir.  Uca  çinar  iqbal  və  sağlamlıq,  sınmış  çinar  bir 

günahsızın cəzalanması,  qurumuş çinar qorxulu bir qovuş, çinara 

çıxmaq məqamın artması, çinara su vermək fikir və ürək rahatlığı, 

çinardan düşmək iflasa uğramaq kimi yozulur. 



 

214 


Çiçək – çiçək (gül) yuxuda sağlamlıq və səadət nişanəsidir. 

Çiçək alıb-vermək sevindirici xəbər eşitmək, gül-çiçək ilə örtülü 

bir  bağça  ümidlərin  güllənməsi  və  parlaq  bir  gələcəyin  qarşıda 

olması deməkdir. 

 

Çörək  –  çörək  yuxuda  xeyrə  yozulur.  Çörək  yemək  uzaq-

dakı  istəkliyə  çatmaq,  süfrədə  çörək  çox  qazanclı  bir  işə,  çörək 

bolluğu var-dövlət, çörəkçi ilə dalaşmaq şərəf deməkdir. 

 

Daban – yuxuda başmaq dabanı görmək övladla bağlı olur. 

Sağ  daban  oğlan  uşağı,  sol  daban  qız  uşağına  yozulur.  Yuxuda 

dabansız başmaq görənin uşağı olmayacaq, olsa da qalmayacaq. 

 

Daş  –  yuxuda  yerdə  daş  yığını  görən  səfərə  çıxır,  çöldən 

(ya  dağdan)  daş  daşıdığınıı  görən  kələk  ilə  pul  qazanır,  xırda 

daşları gizlicə cibinə qoyan özgələrin malını çalar, daşı ayrı daş 

üstə  qoyan  malını  istəmədən  özgəsinə  verər.  Özgəsinin  özünə 

daş  atdığını  görən  iftiraya  düşər,  birinə  daş  atmaq  ona  iftira 

atmaqdır,  daşla  quş  vurduğunu  görən  istəyinə  müvəffəq  olur. 

Göydən yağan daş ölkəni fəlakətə salar. 

 

Daşınma  –  yuxuda  daşınma  (bir  yerdən  başqa  yerə,  kü-

çəyə) görmək əcəli bir səfərə, ya səyahətə çıxmağa işarədir. 

 

Dağ  –  yuxuda  dağa  çıxmaq  və  özünü  dağın  zirvəsinə 

çəkmək  işdə  və  ya  yaşayışda  uca  yerlərə  çatmaq  nişanəsidir. 

Dağdan aşağı enmə işi əldən çıxmaq, dağdan yuvarlanıb düşmək 

yorğunluq  və  pərişanlıq  deməkdir.  Dağın  hər  tərəfini  yaşıl 

görmək rahatlıq və rifaha yozulur. 



 

Dalğa – dalğa  yuxuda kələkbaz bir adamla üzbəüz gəlmək, 

dəryada dalğaların köpürdüyünü görmək bir qız uşağı olacağına, 

dalğalar  arasında  boğulduğunu  görmək  xeyirli  bir  görüşə 

çatmaq,  dalğaları  kükrəmiş  görmək  bir  həsrətin  sona  çatması, 

dalğaların  qayalara  çarpması  ağır  bir  işə  əl  atmaq  və  çətinliklə 

bir arzuya çatmaq kimi yozulur. 



 

215 


Dana  –  yuxuda  dana,  öküz  və  inək  kimi  yozulur.  Dana 

almaq  qazanc,  şərəf,  etibar,  dana  satmaq  öz  əlilə  pərgarını 

pozmaq deməkdir. 

 

Dar  ağacı  –  dar  ağacı  yuxuda  xeyrə  yozulur.  Yuxuda  özü-

nü dar ağacından asılı görmək qazanc, rahatlıq və xoşluq sanılır. 

Dar ağacında ipin boynuna keçirildiyini görmək çalışqanlıq, dar 

ağacından  ipin  qırıldığını  görmək  faydalı  bir  işə  əl  qatmaq 

deməkdir. 

 

Daraq  –  yuxuda  daraq  yaxşı  bir  adamla  dostlaşmaqdır. 

Daraq ilə darandığını görən muradına çatar. 

 

Darı – yuxuda darı əkmək, almaq, darı çörəyi yemək uzun-

uzadı sıxıntıdan qurtulub, rahatlığa çatmaqla yozulur. 

 

Davat  –  yuxuda  davat  görənin  qazandığını  özgələr  yeyər. 

Dolu  davat  çalışqan  olsa,  xeyrizə,  tənbəl  olsa  zərərizə  qurtaracaq. 

Boş davat sağlamlığızın ziyan görməsi, davat almaq qəmin şadlığa 

çevrilməsi, sınıq davat haram mal əldə edəcək kimi yozulur. 

 

Dəgirman  – dəgirman  yuxuda  görmək  gizli  bir  işin  aşkara 

çıxması, dəgirmanda dən dartmaq bolluq və rifah, dəgirmançıya 

un  vermək  bezikmə  və  məyusluq,  dəgirmançıdan  un  almaq 

yersiz fikirlərə dalmaq deməkdir. 

 

Dəli – yuxuda dəli görmək boşuna çalışma və nəticəsiz işlə 

yozulur. Dəli ilə qonuşmaq, ya oturub-durmaq şübhəli adamlarla 

əl-ələ sürtmək deməkdir. Dəli ilə dalaşmaq ailədə bir təhlükənin 

yaranacağına işarədir. Dəlinin həmləsinə tuş olmaq gözlənilməz 

bir şadlığa çatmaq deməkdir. 

 

Dəliqanlı  –  yuxuda  sevimli  və  üzügülər  bir  dəliqanlı 

görmək  sevinc  və  iqbal,  xəşm  və  qaraqabaqlı  dəliqanlı  kin-

küdurətə işarədir. 


 

216 


Dəllal  –  yuxuda  dəllal  görmək,  ya  dəllala  iş  tapşırmaq 

çoxlu dedi-qodu və yalan-palana şahid olmaq və yaxasını yaltaq 

adamların əlinə vermək kimi yozulur. 

 

Dəmir  –  yuxuda  dəmir  tapdamaq  birinin  sizlə  pis  dav-

ranacağı  deməkdir.  Əyri-üyrü  d

yr


 

217 


Dirək  –  yuxuda  dirək  işlərində  bacarıqlı  olmaq,  dirəyin 

sınması  ümidsizliyə  uğramaq,  dirək  qoymaq  (salmaq)  işlərin 

düzəlişi, dirək çıxarmaq aclıq, kədər və öz əli ilə işini korlamaq, 

dirəyə minmək görəcəyi işdə bacarıqlı olmaq deməkdir. 

 

Diş  –  diş  yuxuda  övlad  və  qohum-qardaş  deməkdir.  Dişi 

laxlamaq  ata-ana,  övlad,  ya  qohum-əqrəbalardan  birinin 

naxoşluğu, onlardan birinin zərər-ziyana düşməsi, dişin yerindən 

çıxması onlardan birinin fənası deməkdir. 

 

Divar  –  yuxuda  divar  görən  işlərində  ehtiyatlı  olmalıdır. 

Divar  düzəltmək  xoş  xəbər  eşitmək,  divar  yıxmaq  səadətə 

uğramaq, yıxıq divar üstünə çıxmaq işdə məvəffəq olmaq, divar 

altında qalmaq bir iftiraya hədəf deməkdir. 

 

Doğmaq  –  yuxuda  uşaq  doğulduğunu  görən  xoş  xəbər 

eşidir.  Yuxuda  arvadının  qız  uşağı  doğduğunu  görən  kişinin 

oğlu, əksinə oğlan uşağı görənin qızı olur. 

 

Dost  –  yuxuda  dost  görmək  xeyrə  yozulur.  Yuxuda  dost 

tapmaq  ayıqlıqda  dost  qazanmaq  deməkdir.  Yuxuda  dosta 

yaxşılıq, ya dostun yaxşılığı iki başlı yardım kimi yozulur. 

 

Dovşan  –  yuxuda  dovşan  tutan  evlənir.  Dovşanın  başını 

kəsdiyini  görən  kişi,  ya  arvad  bir-birindən  ayrılır.  Dovşanın 

ölüsünü görmək xeyrə yozulmaz. 

 

Durna  –  yuxuda  durna  görən  uzaq  bir  səfərə  çıxar, 

qürbətdə  durna  görən  yurd-yuvasına  qayıdar.  Durnanın  yuxuda 

hər şəkildə görüşü xeyrə yozulur. 

 

Duz  –  yuxuda  zəhmətsiz  ələ  gələn  vara  işarədir.  Duzun 

satın alındığını görən, ya onun birisi tərəfindən verildiyini görən 

rahat  pul  qazanar,  naxoş  olsa  sağalar.  Birinə  duz  vermək  ona 

maya verməkdir. 



 

218 


Düşmən – yuxuda düşmənini görən evində və işində özünü 

bir xətər və qovğadan qorumalıdır. Düşmən ilə yola çıxmaq işdə 

müvəffəq  olmaq,  düşmən  ilə  bir  süfrədə  oturmaq  sevgidə  mü-

vəffəq  olmaq,  düşmənlə  qonuşmaq  bir  xətəri  başdan  sovurmaq, 

düşmənlə  əylənmək  özünü  qorumaq  üçün  ehtiyatlı  davranmaq 

kimi yozulur. 

 

Dükan  –  yuxuda  dükan  –  arzulara  çatmaq,  alver  bolluğu, 

ailə xoşbəxtliyi kimi yozulur. Dükanda müştəri qalabalığı işlərin 

pozğunluğu  və  kasadlıq,  dükanın  yandığını  görmək  ailə  rahat-

sızlığına işarədir. 

 

Elçi  –  yuxuda  elçi  görənin  işi  hiyləbazların  əlinə  keçər.  Elçi 

qadın görən davranışlarını dəyişdirməzsə hamıya gülünc olar. 

 

Ev – yuxuda şadlıq və sevincə işarədir. Olduğu evdən daha 

yaxşı bir evə köçmək qazanc və rütbənin artması, uca ev tikmək 

– aydın gələcək, alçaq ev – ümidsizlik, umduğundan fayda gör-

məmək, ev yıxmaq – uğursuzluqla üzbəüz gəlmək deməkdir. 

 

Evlənmək  –  yuxuda  istər  qız  olsun,  istər  oğlan  –  evləndiyini 

görsə varlanır. Qız ya oğlan üzdən öpürsə, arzusuna çatır. 

 

Əcnəbi  –  yuxuda  əcnəbi  görmək  qorxu  və  həyəcan  de-

məkdir.  Əcnəbi  ilə  yola  çıxmaq  –  ölüm  qorxusu,  əcnəbi  ilə  bir 

süfrədə  oturmaq  –  uzun  sürən  qazanc,  əcnəbi  ilə  evlənmək  – 

asudə yaşayışa işarədir. 

 

Əl  –  yuxuda  incə  və  yaraşıqlı  əllər  görmək  –  əl  işlərində 

uğur  qazanmaq,  davamlı  və  qüdrətli  əllər  görmək  –  dünya 

işlərində  (siyasətdə,  sənətdə,  vərdişdə)  gözə  çarpan  müvəffə- 

qiyyətlərə  çatmaq,  əllərini  kirli  görmək  –  gələcəkdə  ağır  işlərlə 

uğraşmaq,  əllərini  yumaq  –  özünü  bəyənən  bir  adam  olmaq, 

əllərini və barmaqlarını itirmək – işlərin tərsə gedişinə yozulur. 

 


 

219 


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin