ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ


OLAR AŞIM SUYU, OLMAZ BAŞIM SUYU



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə11/27
tarix03.02.2017
ölçüsü4,07 Mb.
#7453
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

OLAR AŞIM SUYU, OLMAZ BAŞIM SUYU 

 

Arvad yuyunmaq istəyirdi. Qazanı su ilə doldurub ocaq üstə 



qoydu. Ərinə tapşırdı bazardan aş göyü alıb gətirsin.  Kişi evdən 

çıxandan  sonra  qonşunun  qızı  gəldi,  söz-söhbət  arasında 

soruşdu: 

– Qazanda nə bişirirsən? 

Arvad dedi: 

– Kişi aş göyü gətirsə aş bişiracağam. 

Qız dedi: 

– Bəlkə kişin gec gəldi? Onda nə olar? 

Arvad dedi: 

– Olar başım suyu, olmaz aşım suyu! 

 

 


 

189 


TEHRANA GEDİB “ARİ” GƏTİRİB 

 

Birisi vilayətdən Tehrana gedir. Bir müddət orada qalandan 



sonra vilayətə qayıdır. Görüşə gedənlər ondan hər nə soruşurlar, 

o, cavabında “ari” deyir. Bu söz görüşə gedənlərin ağzına düşür. 

Görüşə getməyənlər soruşurlar: 

– Ay canım, bu sözü siz haradan öyrənmisiz? 

Onlar deyirlər: 

– Haradan öyrənacağıq,  filani Tehrana gedib oradan sovqat 

gətirib. 

 

DİLƏNÇİLİK ÇÖRƏYİ YEYƏN ÖKÜZ CÜTƏ GETMƏZ 

 

Əkinçi  şum  qurtarandan  sonra öküzü özbaşına  buraxıb,  bir 



tərəfdə  dincəlməyə  başladı.  Öküz  otlaya-otlaya  kölgəliyə  gəlib 

çıxdı.  Kölgəlikdə  bir  nəfər  dilənçi  torbası  yanında  yatmış  idi. 

Öküz  yaxınlaşıb  torbada  hər  nə  ki  var  idi  yedi.  Çox  keçmədən 

dilənçi  ayıldı,  gördü  öküz torbasında  olanları  yeyib.  O,  öküzün 

yiyəsinin yanına gəlib dedi: 

–  Sənin  öküzün  mənim  torbamda  hər  nə  var  idi  yeyib,  sən 

görək onun ya özünü, ya pulunu mənə verəsən. Öküz yiyəsi dedi: 

– Bu arada əgər bir nəfər verəcaqlı olsa, o da sənsən. 

Dilənçi dedi: 

– Hələ mən niyə? 

– Çünki sən mənim öküzümə dilənçilik çörəyi yedirtmisən, 

dilənçilik çörəyi yeyən öküz də cütə getməz! 

 

BİZ İNƏKDƏN VAZ KEÇDİK,  

SƏN DƏ YAZIQ İTİ AZ DANLA 

 

İki oğru bir gecə birinin  inəyini aparmağa gəlirlər.  Evin  iti 



bunu  duyub  başlır  hürməyə.  Kişi  başa  düşür  ki,  evdə  oğru  var. 

Durub çıxır qapıya ki,  bəlkə oğrular onu görüb,  inəyi aparmaq-

dan  əl  götürsünlər.  Amma  pəyənin  bacasından  baxanda  görür 


 

190 


oğrulardan  biri  öküzün  boyunduruğun  açır,  o  birisi  də  şana 

götürüb əlinə gələni sinəsinə yığır. İşi belə görəndə o başlayır iti 

danlamağa:  Olmaya  mənlə  şəriklisən,  aparır  mənim  malımı 

aparır, sən niyə özüvi yırtırsan? 

–  Qardaş,  aparırsız,  aparın  şana  da  üstələmə,  halal  xoşuz 

olsun! 


Oğrular bu sözləri eşidib səslənirlər:ə

t


 

191 


çağırır,  ondan  atın  suya  batan  olmasını  haradan  bildiyini  soru-

şur. Ağsaqqal deyir: 

–  Bu  atın  anası  tez  ölüb,  onu  gamış  südü  ilə  bəsləyiblər, 

buna görə də, o, su görcək gamış kimi suya yatır. 

 

ZƏHMƏT OLMASA, APAR DƏVƏNİ  

ÖZ QAPINDA XIXLA 

 

Şahın  xəzinəsini  daşıyan  dəvələrdən  biri  itir.  Şəhərin  qul-



durlarından  biri  onu  tapıb  evinə  aparır.  Yükünü  yendirib,  əmin 

yerdə  gizlədəndən  sonra  iz  itirmək  üçün  dəvəni  evdən  çıxarıb, 

şəhərin  uzaq  məhəllələrinin  birində  yazıq  bir  adamın  qapısında 

xıxlamaq  istəyir.  Ev  yiyəsi  dəvənin  böyürtsünə  qapıya  çıxıb 

soruşur: 

– Sən nə iş görürsən? 

O cavab verir: 

–  İstirəm  bu  yolunu  azmış  dəvəni  burda  xıxlayam,  bəlkə 

yiyəsi onu görüb aparsın. 

Onun kələyini duyan ev yiyəsi deyir: 

– Zəhmət olmasa, apar dəvəni öz qapında xıxla! 

 

ÜÇ AY MƏN SƏNƏ GƏLƏLİ, ÜÇ AY SƏN MƏNİ ALALI, 



RƏCƏB, ŞƏBAN, RƏMƏZAN – BU OLAR DOQQUZ AY 

 

Avam  bir  kişinin  arvadı  evləndiklərindən  üç  ay  sonra  bir 



uşaq doğur. Kişi arvaddan soruşur: 

– Uşağın anadan olması 9 ay çəkir. Bu necə işdi ki, sən üç 

ayda doğdun? 

Arvad deyir: 

–  Bizim  uşaq  da  doqquz  ayında  doğulub.  Üç  ay  mən  sənə 

gələli, üç ay sən məni alalı, rəcəb, şəban, rəməzan – bu elər 9 ay. 

 

 

 

 


 

192 


BUNDAN SONRA NAHARI BURDA YE,  

ŞƏTƏL ATMAĞI SAXLA ÖZ EVİZƏ 

 

Bir  evdə  nahar  yeyirdilər.  Birisi  də  içəri  girib  bir  tərəfdə 



oturdu.  Nahar  yeməkdə  olanlar  ona  süfrəyə  yaxınlaşmağı  təklif 

etdilər. Adam dedi: 

– Mən evdə nahar yemişəm, indi ki, israr edirsiz, bir balaca 

şətəl ataram (əl dolaşdıraram). 

O, bunu deməklə süfrəyə çəkildi, o birilərə macal vermədən 

yeməyə başladı. 

Süfrə başındakılardan biri dedi: 

–  Xahiş  edirik  bundan  sonra  naharı  burda  ye,  şətəl  atmağı 

(əl dolandırmağı) saxla öz evizə. 

 

AÇIQ AĞIZ AC QALMAZ 

 

Vaiz  minbərdə  qiyamət  günündə  mömünlərə  veriləcək 



böyük-böyük  əcrlərdən  danışırdı.  Vaiz  qurtarandan  sonra 

oradakı arvadlardan biri ona deyir: 

Həzrəti-ağa,  Siz  tamam  yaxşı  əcrləri  mömünlərə  (kişilərə) 

bağışladız, buyurun görək axirətdə arvadlara nə çatacaq? 

Vaiz deyir: 

– Həmşirə, nigəran olma, açıq ağız ac qalmaz. 

 

AL BU QƏDƏYİ, GEDİM KƏLLƏ QƏNDİNİ DƏ 

GÖNDƏRİM GƏLSİN 

 

Birisi  dərziyə  iki  arşın  yarım  qədək  gətirdi  ki,  bir  don tik-



sin. Dərzi qədəyi ölçüb bir tərəfə qoydu. Adam işin əl muzdusun 

soruşdu. Dərzi bir para təvrüfdən sonra dedi: 

– Sizin rəhmətlik abu bu cürə işlərə həmişə  iki arşın  yarım 

qədək,  bir  kəllə  qənd  verərdi.  Siz  də  hər  nə  versəz,  öz  başızın 

ucalığıdı. 

Cavan adam dedi: 



 

193 


–  Mən  ki  rəhmətlik  abudan  qabağa  keçənmərəm,  al  bu 

qədəyi, gedim kəllə qəndini də göndərim gəlsin. 

 

HAKİMİN ADAMI HƏR NƏ İSTƏSƏ ELƏR 

 

Birisi  hökumət  adamlarının  biri  ilə  əlbəyaxa  oldu,  çəkiş-



bərkişdən onun qulağını dişi ilə qopardı. Hakim adamı gətirdi. Bu 

işin günahını boynuna almağı ondan tələb etdi. Adam dedi: 

– Mən bu işi görməmişəm. O, qulağını özü qoparıb. 

Hakim dedi: 

– Məyər adam öz qulağını da dişi ilə qopara bilər? 

Adam cavab verir: 

–  Yox,  bu  işi  edə  bilməz  amma  o,  hökumət  adamıdı, 

hökumət isə hər nə istəsə edər. 

 

DÖVLƏT ADAMIDI, ÖZ HAQQIN İSTİR 

 

Soyuq,  boranlı  qış  gecələrinin  birində  həkimi  yuxudan 



ayıldıb,  gözlənilmədən  naxoşlamış  hakimi  görməyə  apardılar. 

Amma  həkim  naxoşa  baxandan  sonra  onu  icrət  verməmiş  yola 

saldılar.  Buna  baxmayaraq,  həkimi  çağırmağa  gedən  fərraş 

hakimin  yaxasından  yapışıb  haqq-hesab  istədi.  Hakim  özünü 

onun  əlindən  qurtarmaq  üçün  həkimin  yanına  qayıtdı,  ona 

şikayətləndi. Amma həkimin cavabı ona bu oldu: 

– Demək olar, dövlət adamıdı, öz haqqını istəyir. 

 

ALMANI AT GÖYƏ, YERƏ DÜŞÜNCƏ YA NƏSİB,  

YA QİSMƏT 

 

Şahzadələrdən  birisi  axşam  şikardan  qayıdanda  şəhərə 



yaxın görkəmi yorğun bir qocaya rast gəlir. O, bunu uğursuzluq 

sayıb,  yazıq  qocanı  öldürtməyi  əmr  edir.  Ölümü  göz  önündə 

görən  qoca  qurtulacaq  yolu  olmadığından,  şahzadəyə  çevrilib 

deyir: 


 

194 


–  İndi  ki  məni  öldürməyə  əmr  etmisən,  mənə  heç  qurtula-

caq  yolu  qalmayıb,  əlindəki  almanı  at  göyə,  yalnız  yerə  qayı-

dınca, mənə aman ver. 

Şahzadə deyir: 

–  Sən  yaşamağı  o  qədər  sevirsən  ki,  almanın  göydən  yerə 

düşməsini də qənimət bilirsən? 

Qoca deyir: 

– Yox, mən ömrümü eləmişəm, amma kim bilir,  alma yerə 

düşüncə, kim ölə, kim qala. 

Şahzadə gülümsəyib, almanı göyə atır. Alma gedib, fırlana-

fırlana  qayıdır.  Almanın  fırlanmasından  şahzadənin  atı  hürküb, 

şahzadəni elə yerə çırpır ki, bir də yerdən qalxanmır. Şahzadənin 

adamları  qocanı  övliya  sayıb  öz  halına  buraxırlar.  Qoca  yoluna 

davam edir, dililə dodağı arasında deyir: 

Almanı at göyə, yerə düşüncə ya nəsib, ya qismət. 

 

HESAB BİLMİRSƏN, YA QAZIQ YEMƏMİSƏN? 

 

Hakimlərdən  birisi  bir  günahkarı  cəzalandırmaq  üçün  əmr 



elədi ona yüz yol qazıq (ağac mıx) işlətsinlər. 

Qaravullar  yazığın  yaxasından  tutub,  hökmü  yerinə  yetir-

mək üçün aparanda, o, ucadan bağırır ki, hakimə ərzim var. Ha-

kim deyir: 

– Qoyun sözün desin. 

Məhkum deyir: 

– Qurban, sən ya hesab bilmirsən, ya qazıq yeməmisən! 

 

HƏZRƏTİ-XIZIRI GÖRDÜK, İKİ QRAN DA 



CƏRİMƏSİN ÇƏKDİK 

 

Əkinçi eşitmişdi hər kim Xızır peyğəmbəri görsə, ondan hər 



nə  istərsə  yerinə  düşər.  Bir  gün  bel  əlində  su  suvardığı  yerdə 

birisi onunla üzbəüz gəlib dedi: 

– Ay kişi, mən Xızıram, hər nə istəyin var, məndən istə. 

Əkinçi deyir: 



 

195 


– Ay canım,  mənlə  boş-boşuna baş qoşma, sən haradan Xızır 

ola bilərsən. Məndə o bəxt harda var ki, Xızır mənə rast gələ. 

Xızır nə qədər israr edir, kişi inanmır ki, inanmır. Xızır onun 

inanmadığını görüncə üz qoyur getməyə, kişi daldan çağırır: 

– Əgər Xızırsan, bu beli kürək elə. 

Dərhal bel kürək olur. Əkinçi bunu görüncə deyir: 

– Həzrəti-Xızırı gördük, iki qran da cəriməsin çəkdik. 

 

BELƏ BÖRKÜN VAR,  



APAR QOY CƏBRAYILIN BAŞINA 

 

Uzun  müddət  başıaçıq  gəzən  bir  adam  küçə-bağdan  keçə-



keçə birdən köylündən bir börk keçir, öz-özünə deyir: 

– Allah, nə olardı, mənə də bir börk verəydin. 

Bu  ara  divarın  dalında  su  arxını  arıdan  bir  kimsə  palçığın 

içindən  cırıq,  bulaşıq  bir  börk tapır.  O,  börkü  belin  ucunda  var 

qüvvəsilə  divarın  o  biri  tərəfinə  tullayır.  Qəzadan  börk  də  rast 

gəlir,  düşür  börk  arzusu  köylündən  keçən  yazığın  başına.  Kişi 

əvvəl  çox  sevinir,  amma  onu  əlinə  alıb  görəndə  bərk  darılır, 

qeyz ilə börkü tazadan divarın o biri tərəfinə tullayıb, deyir: 

– Belə börkün var, apar qoy Cəbrayılın başına! 

 

DƏDƏSİNƏ KƏFƏN ALMAĞA GEDİB 

 

Qaradağın  kəndlərindən  birində  birisi  Allahın  rəhmətinə 



gedir.  Qonum-qonşu  onu  yerdən  götürmək  üçün  hər  biri  bir  iş 

dalınca gedir. Ölənin oğlunu da kəfən almağa göndərib deyirlər: 

 – Çaparaq get! 

Oğlan  bazara  çatar-çatmaz  görür  bir  neçə  adam  işləməyə 

Mazandarana  gedir.  O  da  atasına  kəfən  almağı  unudub,  bu 

adamlara qoşulub gedir… 

Ay keçir,  il dolanır, oğlan evlərinə qayıdır. Görüşünə gələn 

qonum-qonşular ondan soruşurlar: 

– Ay balam, sən bizləri gözü yolda qoyub hara çıxıb getdin? 


 

196 


Oğlanın duruxub cavab verə  bilmədiyini görən ağsaqqalar-

dan birisi deyir: 

–  Babam,  onu  çox  danlamayın,  dədəsinə  kəfən  almağa 

getmişdi. 

 

BUNU PULUŞU İLƏ YEYİRƏM, O BİRİSİNİ 

DANALAYIB YEYƏCAĞAM! 

 

Ucuzluq illərində yeyimcilin biri üzüm satana yanaşıb deyir: 



– Neçə verim, məni üzümdən doyurasan? 

Üzümçü adamı başdan ayağa süzüb öz-özünə deyir: 

–  “Nə  qədər  qarınqulu  olsa  da,  bir  sələdən  çox  üzüm  yeyə 

bilməz ki…” Bu hesabla deyir: 

– İki qran ver. 

Kişi  iki  qranı  verir,  üzümçü  də  bir  dolu  sələ  üzümü  onun 

qabağına  qoyur.  Adam  başlır  üzümdən  yeməyə,  amma  üzümçü 

baxır  ki,  o,  üzümü  puluşdan  ayırıb,  yemək  əvəzinə  puluşu  ilə 

birlikdə yeyir. O deyir: 

– Üzümü elə yeməzlər, onu puluşdan ayırıb yeyərlər. 

Adam deyər: 

–  Bunu  puluşu  ilə  yeyirəm,  o  birisin  puluşdan  ayırıb 

yeyəcağam. 

 

YA MUSA, KÖTƏYİ DƏ YEDİN, SÜDDÜ AŞI DA 

 

Deyirlər  bir  gün  Musa  peyğəmbər  münacatda  Allahdan 



soruşur: 

– İlahi, mən bu gün nə yeyəcağam? 

Nida gəlir: 

– Sən bu gün nahara süddü aş yeyəcaqsan. 

Musa  peyğəmbər  Allahın  hökmündən  özünü  qurtarmaq 

üçün üz qoyur dağa-daşa sarı getmağa. Çox yol gedəndən sonra 

acımış halda bir çobana rast gəlir, ondan yeməğa bir şey istəyir. 

Çoban da əl üstü süd sağıb, dağırcıqdakı dügüdən töküb, tələsik 

süddü  aş  düzəldir,  qonağın  qabağına  qoyur.  Musa  süddü  aşı 


 

197 


yeməkdən  çəkinir.  Çoban  Musanın  süddu  aşı  yemək  istəməmə-

sindən acığı tutub əl eliyir ağaca, bir-ikisini Musaya yedizdirir. 

Həzrəti-Musa  canının  qorxusundan  süddü  aşı  dibinəcan 

yeyir. Göydən nida gəlir: 

– Ya Musa, kötəyi də yedin, süddü aşı da! 

 

HƏR KƏS ÖZ İTİRDİYİNDƏN DANIŞIR 

 

Birisinin dəvəsi  itmişdi.  Axtara-axtara gəlib  bir bulaq başı-



na çatdı. Gördü bir qız bulaqdan su doldurur. Soruşdu: 

– Ay qız, sən buralarda bir dəvə görmədin? 

Qız dedi: 

– Sən nə danışırsan, məni kəndxudanın oğlu istədi getmədim. 

Dəvəsi itən dedi: 

– Mən soruşuram, dəvəmi itirmişəm. Sən onu görməmi- sən? 

Qız dedi:  

– Məni əmim oğluna verdilər, getmədim. 

Dəvəçi nə qədər itmiş dəvəsindən soruşdu, qız özünə gələn 

elçilərdən danışdı. 

Axırda dəvəçi hirslənib dedi: 

– Ay canım, mən itirdiyim dəvədən soruşuram. Sən evinizə 

gələn elçilərdən danışırsan. 

Qız dedi:  

– Hər kəs öz itirdiyindən danışır. 

 

BU İL İKİMİZDƏN BİRİNİ EVLƏNDİR,  



GƏLƏN İL DƏ DADAŞIMI 

 

Kişinin  iki  oğlu  var  idi.  Oğlanların  hər  ikisi  evlənmək  ya-



şına  çatmışdılar.  Hər  vaxt  arvad  kişi  ilə  uşaqları  evləndirməgin 

danışanda,  kişi  əlinin  boş  olduğundan,  iki  toyun  birdən  xərcini 

ödəyə  bilmədigindən  şikayətlənirdi.  Bir  gün  genə  arvadla  kişi 

oğlanların  evləndirilməsi  barədə  deyişəndə  kiçik  oğlan  bir 

tərəfdə  oturub  qulaq  asırdı.  Oğlan  ananın  israrın,  atanın  inkarın 

görəndə birdən dilə gəlib deyir: 



 

198 


–  Ay  canım,  siz  nə  üçün  işi  belə  çətinləşdirirsiz?  Bu  il 

ikimizdən birini evləndirin, gələn il də dadaşımı. 

 

HALAL XOŞUN OLSUN! 

 

Bir  yol  kəsənin  nənəsi  oğlundan  istədi  halal  qazancından 



ona  bir  kəfən  alsın.  Oğlan  yolda 

 

199 


AYINI DEMƏ, AYI PİS CANAVARDI 

 

Birisi  meşədə  ayıya  tuş  gəlir.  Ayı  adamı  qarmalayıb  yer-

dən-yerə vurur. Adam zərbələrin ağırlığından huşdan gedir. Ayı 

onu  ölmüş  sanıb  başına  buraxır  ki,  sorası  gün  gəlib,  onun  qox-

muş ətindən  yesin.  Huşdan getmiş  adam  neçə  saat sonra ayılıb, 

işinin  dalınca  gedir.  Amma  onun  yedigi  zərbələrdən  hər  iki 

qulağı kar olur. 

Bu hadisədən sonra o, ayıdan bərk qorxduğu üçün iki nəfəri 

bir-birilə  danışan  görəndə  elə  bilir  ayıdan  danışırlar.  Buna  görə 

də deyir, ayını demə, ayı pis canavardı. 

 

ACIN İMANI OLMAZ 

 

Birisi  acından  bıxmışdı.  Şeytan  ona  öz  əlilə  yemək  gətirib 



dedi: 

– Mən sənə  yemək  verirəm,  bu  şərt ilə ki,  yeyib  doyandan 

sonra imanuvi mənə verəsən. 

Adam  qəbul  edir,  yeməkdən  doyunca  yeyir.  Yeməkdən 

çəkiləndən sonra şeytan deyir: 

– Yaxşı, indi sən imanuvi ver mənə. 

Adam deyir: 

– Mən yox şeyi sənə haradan verim. 

Şeytan soruşur: 

– Məyə demədin imanın mənim olacaq. 

Adam deyir: 

– Mən bu sözü ac ikən dedim, acın ki imanı olmaz! 

 

QATIR ALAN SOVUŞDU 

 

Bir  gün  həkim  bəzəkli-düzəkli  qatıra  minib,  şəhərə  dolan-



mağa  getmişdi.  Yol  üstə  tazaca  həşiş  çəkmiş  bəngilərdən  biri 

nəşəli olduğundan soruşur: 

– Qatır satdıqdı? 


 

200 


Hakimin  yasavulları  onu  tənbeh  etmək  istədikdə  hakim 

qoymur.  Axşamüstü hakim  haman  yoldan qayıdanda genə gözü 

haman adama sataşır, ona deyir: 

– Qatırı neçəyə alırsan? 

Adamın halı özünə qayıtdığı üçün deyir: 

– Qatır alan sovuşdu. 

 

BURA GƏLƏNLƏR HAMISI ƏVVƏL GƏLƏNDƏ 

DEYİR MƏN ŞAHAM 

 

Deyirlər Rza şah bir gün Tehranda dəlixanaya baş çəkməyə 



gedir.  Dəlixananın  məsulları  xəbərnak  dəliləri  daldada  gizlədib 

bir neçə xətərsiz dəlini azad buraxırlar. Rza şah oyan-buyanında 

gəzənlərlə görüşəndə dəlilərdən biri onun qabağını kəsib deyir:  

– Səni bura taza gətiriblər? 

Rza şah deyir: 

– Yox, məni gətirməyiblər, mən özüm gəlmişəm. Məyə sən 

məni tanımırsan, mən Rza şaham. 

Dəli gülə-gülə baş barmağını üzü yuxarı tutub deyir: 

– Bura gələnlər hamısı əvvəl gələndə deyir: 

– Mən Rza şaham. 

 

XAN SƏN DEMƏSƏYDİN, BİZ TÜKLÜ-TÜKLÜ 

YEYƏCƏKDİK 

 

Bir  yoxsul  şikarçının  əlinə  bir  şey  toxtamırdı.  Bir  gün  bir 



bala  ördək  vurur,  onu  evinə  aparmaq  əvəzinə  xana  hədiyyə 

aparır ki, bəlkə ondan bir ənam ala. Xan cılız adam olduğundan 

hədiyyəni onun özünə qaytarıb deyir: 

–  Mən  onu  sənin  özünə  bağışlayıram.  Onu  apararsan  evə 

tüklərini yolarsan, qızardıb uşaqlarla yeyərsən. 

Şikarçı onun cavabında deyir: 

– Xan, sən buyurmasaydın, biz tüklü-tüklü yeyəcəkdik. 

 


 

201 


HAMAMDA DƏLİ VAR 

 

Hamamda  yuyunmağa  gələn  dəlinin  birisi  hamamı  başına 



götürmüşdü.  O,  birini  döyür,  birini  söyür,  var  gücü  ilə  çığır-

bağır  salırdı.  Bu  ara  hamamda  soyunmaq  istəyən  bir  müştəri 

soruşur: 

– İçəridə nə hay-küydü? 

Dedilər: 

– Nə olacaq, hamamda dəli var. 

Adam öz-özünə deyir: 

– İndi ona dəlinin necə olduğunu göstərərəm. 

O  içəri  girər-girməz  dəlini  altdan-üstdən  dolaşdırır,  elə  ba-

ğırır ki,  hamam cingildəyir. Əvvəlki dəli bunu görcək əl-ayağın 

yığışdırıb  yuyunmamış,  qaça-qaça  gəlib  paltarlarını  götürüb 

küçəyə çıxır. 

Onu bu halda görənlər soruşurlar: “Bəs niyə belə?”  

O deyir: 

– Deməyin, hamamda dəli var… 

 

KİŞİ QIZIL KİMİ SÖZ DEYİR 

 

İki  adamın  davası  qaziyə  yetişir.  Onlardan  biri  tez  gəlib, 



özü ilə bir qaz gətirib qazinin həyətinə buraxdı. O biri tərəf gəlib 

çatandan  sonra  qazi  sual-cavabda  qaz  gətirənin  tərəfini  saxla-

mağa  başladı.  Sonda  gələn  bunu  duyunca  neçə  dana  qızıl  sikkə 

çıxartdı,  onları  astaca  qazinin  oturduğu  döşəyin  altına  buraxdı. 

Qazi  bunu  duyunca  sözü  dəyişdi,  sonra  gələnə  haqq  verməyə 

başladı. Qaz gətirən adam bunu duyunca boynunu uzadıb həyətə 

baxdı,  qazı  qazinın  yadına  salmaq  istədi.  Qazi  onun  bu  işini 

görüb dedi: 

–  Sən  nə  qaz  kimi  boynunu  uzadırsan,  kişi  qızıl  kimi  söz 

danışır. 

 

 


 

202 


 

KEÇİNİ ÖZ AYAĞINDAN, QOYUNU DA 

ÖZ AYAĞINDAN ASARLAR 

 

Harun  ər-Rəşid  çox  zalim  xəlifə  imiş,  xalqa  cövrü-cəfa 



edərmiş.  Bəhlul  onun  işlərindən  narazı  olduğu  üçün  heç  vaxt 

gülməzmiş.  Bir  gün  Harun  onun  nə  üçün  həmişə  dalğın  oldu-

ğunu soruşur, amma Bəhluldan cavab eşitmir. 

Belə  olanda  Harun  bir  nəfər  çağırıb  ona  tapşırıq  verir  ki, 

sən  Bəhlula  bildirmədən  hər  yerdə  onun  dalınca  gedəcəksən. 

Harda  onun  gülməyini  görsən,  gəlib  mənə  xəbər  verəcəksən. 

Adam günlərlə Bəhlulun dalınca gəzir.  

Bir gün Bəhlul qəssab dükanının qabağından keçəndə orada 

dayanır,  qənarələrdən  asılmış  ət  şaqqalarına  baxıb  gülür.  Adam 

gəlib bunu Haruna xəbər verir. Harun Bəhlulu çağırıb soruşur: 

– Sən qəssab dükanında nə üçün güldün? 

Bəhlul deyir: 

– Mən çox nigəran idim ki, sənin xalqa etdiyin bu azar-əzab 

bir  gün  mənim  də  ayağımı  tutar.  Amma  qəssab  dükanına 

baxanda bildim ki, keçini öz ayağından, qoyunu da öz ayağından 

asarlar. 



 

QILINC HAMAN QILINCDI, QOL HAMAN QOL DEGİL! 

 

Belə  nağıl  edirlər  ki,  Çaldıran  vuruşundan  sonra  Osmanlı 



xəlifəsi məktub yazıb Şah İsmayıldan xahiş edir bu vuruşda top 

lüləsini iki bölən qılıncı ona göndərsin. 

Şah İsmayıl Xəlifənin  istəyini  yerinə  yetirib,  haman qılıncı 

ona  göndərir.  Xəlifə  adamlarının  hüzurunda  qılıncı  top  lüləsinə 

yendirir,  amma  qılınc  dəmirə  işləmir.  İş  belə  olanda  Xəlifə 

ikinci məktubu qızılbaş şahına göndərir, gileylənir ki, qardaşı bir 

qılıncı  ondan  əsirgəmiş,  onun  yerinə  bir  Təbriz  gurdası 

göndəribdir. Şah İsmayıl məktubun cavabında yazır: 

– Qardaşım, qılınc haman qılıncdı, qol haman qol degil! 

 


 

203 


SƏNDƏN ADAM ÇIXMAZ! 

 

Günlərin  birində  dədənin  oğlu  ilə  sözü  çıxdı.  Dədə  acıq-



lanıb dedi: 

– Səndən adam çıxmaz. 

Oğlan  bu  sözdən  inciyib  baş  alıb  özgə  diyara  getdi.  Orda 

çox  eniş-yoxuşdan  sonra  dədəsi  yaşayan  şəhərin  hökumət 

fərmanını  aldı.  O,  şəhərə  gəlincə  hər  şeydən  əvvəl  hökm  elədi 

dədəsini  əlibağlı  yanına  gətirsinlər.  Onun  gözü  dədəsinə  sataş-

caq dedi: 

– Ay kişi, sən deyirdin məndən adam çıxmaz. Bax,  indi öz 

şəhərimə hakim olmuşam. 

Dədə gülümsəyib dedi: 

– Mən demişdim səndən adam çıxmaz, deməmişdim səndən 

hakim  çıxmaz.  İndi  genə  sözümün  üstündəyəm.  Sən  adam  ol-

saydın, dəduvi qolubağlı gətirməzdin. 

 

DAYIN GƏLİB DƏDƏ MALIZI BÖLUŞMƏYƏ 

 

Oğru  gecə  evin  divarından  düşdü.  Evin  gəlini  südəmər 



uşaqla  dəhlizdə  yatmışdı.  Oğru  əl  qoydu  evi  yığışdırmağa.  Bu 

ara  uşaq  vəngildədi,  gəlin  uşağın  səsinə  ayıldı,  gördü  oğru 

yığışdırır. Dedi: 

–  Quzum,  ağlama,  dayın  gəlib  dədə  malımızı  bölüş-  dür-

məyə, qoy görək özü nə götürür, bizə nə qoyur. 

Oğru  bu  sözləri  eşitcək,  qolları  susaldı.  Oğurladığlarını 

bağlamaq üçün gətirdiyi məndəni yerə sərili qoyub getdi. 

 

 



 

204 


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin