ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə10/27
tarix03.02.2017
ölçüsü4,07 Mb.
#7453
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

  

 

 

 

 

175 


VIII. LƏTİFƏLƏR 

 

MOLLA NƏSRƏDDİN LƏTİFƏLƏRİ 

 

ÇER BİRİ İKİ GÖRƏR 

 

Gecənin birində Mollanın arvadı sözarası ondan soruşur: 



–  Ay  kişi,  deyirlər,  çerlər  biri  iki  görur,  sən  buna  nə 

deyirsən? 

Molla deyir: 

–  Vallah,  mən  də  belə  bir  söz  eşitmişəm,  amma  doğrusu 

sınamamışam.  İndi  ki,  bunu  yadıma  saldın,  bizdən  bir  az 

yuxarıda bir çer adam olur, dur, gedək, bunu ondan soruşaq. 

Molla  ilə  arvadı  durub  özlərilə  də  bir  fanus٭  götürüb  o 

adamın  qapısına  gəlirlər.  Qapını  döyürlər.  Adam  qapıya  gəlib 

soruşur: – “Nə işiz var?” 

Molla  ilə  arvadı  bir-birinə  baxıb  mətləbi  deməgə  utanırlar. 

Axırda  Molla  üzünə  üz  bağlayıb  deyir:  “Doğrusu,  biz  eşitmişik 

çerlər biri iki görür, gəldik soruşaq ki, bu söz düzdi, ya yox?” 

O adam deyir: “Əqlizə dua yazım, gecənin bu vəqti dörd-dörd 

adam, iki-iki fanus gəliblər görsünlər çer biri iki görər, ya yox?” 

 

SƏNDƏN DƏ BEŞ KƏLMƏ SÖZ SORUŞMAQ OLMUR 

 

Molla bir gün arvadından soruşur:  

– Arvad, bizim bu qonşumuz dəmirçi Əhmədin adi nədi? 

Arvad deyir:  

– Ay kişi, məyə özün demirsən Əhməd? 

Molla deyir:  

– Bura bax, yahaldım٭* ha, deyirəm, onun işi nədi? 

Arvad yenə deyir:  

– Ay balam, məyə, özün demədun dəmirçi? 

                                                

٭fanus-fənər 

٭٭ йащалдым-йанылдым 



 

176 


Molla deyir:  

– Əcəb, genə də yahaldım ha, istirdim diyəm harda oturar? 

Arvad deyir:  

– Ay əqlsiz kişi, məyə özün demədün bizim qonşumuz? 

Molla başını bulaya-bulaya deyir: 

– Ay canım, səndən də beş kəlmə söz soruşmaq olmur. 

 

DƏLİ-DİVANƏLİGİN ÇARƏSİ 

 

Bir  gün  qonşulardan  biri  Mollanın  yanına  gəlib  qızının 



əlindən  şikayət  edib  deyir:  Ay  Molla,  əlim  ətəguvə,  bu  qız  lap 

dəli-divanə  olub,  səhər-axşam  damda-divarda  gəzir,  heç  cürə 

dəlil-nəsihət  də  götürmür.  Sən  buna  bir  dua  yaz,  ya  bir  dərman 

ver, bəlkə bir az sayxışa. 

Molla deyir: “O qız ki, sən deyirsən, onu nə dua ilə,  nə də 

dərmanla sayxışdırmaq olmaz.  Məndən soruşsan, sən ona bir ər 

tap, onda görəcaqsan ki, bütün dəliligi toxtayacaq”. 

 

SƏN Kİ GÜNDƏ BURDASAN 

 

Molla  bir  gün  birisi  ilə  sözləşir,  sonra  da  əlbəyaxa  olurlar. 



Onları  tutub  aparırlar  darğanın  yanına.  Sən  demə,  bir  neçə  gün 

ondan  qabaq  da  Mollanı  ayrı  bir  məsələ  üçün  həmin  darğanın 

yanına aparmışdılar. 

Darğa  Mollanı  görcək  deyir:  “Molla,  səndən  heç  gözlənil-

məzdi, bu neçə gündə bu ikinci dəfədi ki, sən buraya gəlirsən”. 

Molla soruşur: “Bura gələndə məyə nə olar?” 

Darğa deyir:  “Necə ki nə olar? Məyə sən bilmirsən ki,  düz 

adamın yolu bura düşməz?” 

Molla  deyir:  “Mənim  ömrümdə  cəmi  iki  dəfə  yolum  bura 

düşüb, amma sən hər gün burdasan”.  



 

 

 

 

177 


ŞİKAR İTİ 

 

Mollanın  yaşadığı  şəhərin  bir  cilis٭  hakimi  var  idi.  Hakim 



bir  gün  Mollanı  görüb dedi:  “Eşitmişəm  sən  şikarı  çox  sevirsən. 

Səndən xahişim budu ki, mənə yaxşi bir tazı tapasan”. 

Molla söz verir ki, onun xahişin yerinə yetirsin. 

Bir  neçə  gün  sonra  o  bir  yekə  çoban  iti  tapıb  boynuna  ip 

salıb hakimin yanına aparır. Hakim köpəgi görən kimi təəccüblə 

Molladan soruşur: 

– Sən bu köpəgi nəyə bura gətirmisən? 

Mölla deyir: – Məgər siz özüz deməmişdiniz? 

Hakim  deyir:  –  Mən  səndən  bir  beli  incə  tazı  istəmişdim, 

amma sən mənə bir sürü iti gətirmisən. 

Molla deyir: – Xatiriz cəm olsun, bu it bir həftə sizin evizdə 

qalsa, beli tazı belindən çox incələcək. 

 

ÖZ KÖLGƏNDƏN QORXMUSAN 

 

Birisi  Mollanın  yanına  gəlib  deyir:  –  Dünən  gecə  bir  dev 



yuxuma gəlib, çox qorxmuşam. 

Molla soruşur: – O nə cür idi? 

Adam cavab verir: – Yekə başı var idi, bir xalvar ləşi, kürək 

kimi dişi, dəvə kimi ayaqları, yelpik kimi qulaqları… 

Molla onun sözünü qurtarmağa möhlət verməyib deyir: 

–  Bildim,  bildim,  dalisini  demə.  Sən  yuxu  görməmisən, 

ayıqlıqda öz kölgəni divarda görüb ondan qorxmusan. 

 

ƏMMAMƏNİN İŞİ 

 

Savadsızın biri əlində bir cızmaqara kağaz gətirib Molladan 



istəyir ki, onu oxusun. Molla nə qədr kağazı o yan-bu yan eləyir, 

bir şey başa düşə bilmir, çarəsiz kağazı gətirənə qaytarıb deyir: 

_____________________ 

٭cilis- xəsis 

 


 

178 


– Mən bu kağazdan heç nə başa düşmədim. 

Adam Mollanın başına-ayağına baxıb deyir: 

–  Sən  ki  bir  dana  kağazı  oxuyanmırsan,  bəs  nəyə  bu 

böyüklükdə əmmaməni başuva qoymusan? 

Molla  fövrən  əmmaməni  öz  başından  götürüb  adamın 

başına qoyub deyir: 

– Əgər əmmamə ilə kağaz oxumaq olar, buyur, oxu. 

 

SƏBR EDƏNLƏRƏ BEHİŞT VƏDƏSİ VERİLMİŞDİ 

 

Molla  bir  gün  söhbət  arasında  arvadına  deyir:  –  Arvad, 



bilirsən, biz bu dünyada bir ağ gün görmədik, amma bilirəm ki, 

o  dünyada  kef  çəkəcəyik.  Çünki  ikimiz  də  dinməz-söyləməz 

behiştə gedəcəyik. 

Arvad soruşur: – A kişi, de görüm, bunu kim sənə deyib? 

Molla  deyir:  –  Heç  kəs  mənə  deməyib.  Bunu  özüm  başa 

düşmüşəm.  Biz  ikimiz  də  ömür  boyu  biri-birimizin  kifir  sir-

sifətinə baxıb səbir eləmişik. Odur ki, yerimiz behiştdü. 

 

EŞŞƏK İLƏ İNƏGİN FƏRQİ 

 

Mollanın bir eşşəgi, bir inəgi, bir də xırdaca töyləsi var idi. 



Töylə  elə  balaca  idi  ki,  eşşək  orda  yatanda  inək  ayaq  üstə 

qalardı. İnək yatanda eşşək yatmağa yer tapmazdı. 

Molla eşşəgini çox istədigi üçün bir gün Allaha yalvarar ki, 

“Allah, bu inəgi öldür, bəlkə eşşək rahatlığa çıxa”. 

İki  gün  sonra  səhər  töyləyə  gələndə  görür  ki,  eşşək  ayaq-

larını dirəyib ölüb. 

Molla  bu  hadisədən  çox  mütəəssir  olub  üzünü  göyə  tutub 

deyər:  “Ağzıma  daş-torpaq,  min  ildi  Allahlıq  edirsən,  hələ  inək 

ilə eşşəgi bir-birindən ayırd edə bilmirsən?”. 

 

 



 

 

179 


İKİ XƏRCİ BİR ELƏMƏK 

 

Molla  evini  təmir  edirmiş.  O  dülgərə  deyir  ki,  döşəmənin 



təxtələrini tavana, tavanın təxtələrini döşəməyə salsın. Dülgər bu 

işin səbəbini soruşur. 

Molla  deyir:  –  Mən  yaxınlarda  evlənəcəyəm.  Deyirlər, 

adam evlənəndə altı üstünə, üstü altına gəlir. İstirəm bu təmirdə 

iki xərci bir eləyim. 

 

DADI BİR OLUR 

 

Molla  bir  gün  eşşəginə  iki  səbət  üzüm  çatıb  evinə 



gətirirmiş. Şəhərə gircək uşaqlar başina yığılıb deyirlər: “Molla, 

biz sənun üzümündən heç dadmamışıq”. 

Molla uşaqları çox görüb hər birinə neçə gilə üzüm verir. 

Uşaqlar deyirlər: 

– Molla, iki-üç gilədən bir şey olmaz. 

Molla deyir: – Uşaqlar, siz üzümi dadmaq istirdiz, onun bir 

giləsi ilə bir salxımının dadi bir olur. 

 

ƏLƏ SALMAĞIN QAŞİ OLUR, YA GÖZİ? 

 

Mollanın aşnalarından biri hər yerdə özünü tərifləyib deyər-



miş ki, heç kəs məni ələ sala bilməz. Bir gün Molla özündən razi 

adami ələ salmaq üçün ona deyir: 

–  Sən  burda  otur,  mən  gedim  evə  baş  vurum  gəlim,  onda 

gör səni necə ələ salacam. 

Molla  bu  sözdən  sonra  gedir.  Adam  ha  gözləyir  ki,  Molla 

indi gəlir, bir saata gəlir, amma Molladan xəbər olmur. 

Axırda, o üzünü orada oturanlara tutub deyir: 

–  Gördüz?  Molla  gördü  ki,  məni  ələ  sala  bilmiyəcək 

naçarlıqdan əkildi. 

Oradakilərdan biri gülə-gülə deyir: 

–  Kişi,  ələ  salmağın  qaşi  olur,  ya  gözi?  O,  indi  iki  saatdi 

səni gözi yolda qoyub, özi gedib kefinin dalinca. 



 

180 


İSTİRAHƏT SAATI 

 

Birisi Molladan soruşur ki, sən igirmi dörd saatda neçə saat 



dincəlirsən? 

Molla deyir:  

–  Gecələr  beş-alti  saat  özüm  yatanda,  gündüzlər  də 

nahardan sonra bir-iki saat “o” yatanda. 

Adam soruşur:  

– O, kim olmuş ola? 

Molla cavab verir:  

– Bizim əyal. 

Adam deyir:  

–  Qanmaz  kişi,  mən  soruşdum  sən  özün  neçə  saat 

dincəlirsən? Mənim sənin əyalın ilə nə işim var?. 

Molla cavab verir:  

–  Qanmaz  özünsən,  məyər  sən  bilmirsən  ki,  onun  yuxuda 

olduğu iki saat da mənim dincəlmək saatım sayılır. 

 

HƏQQ SÖZ YAMAN-YOVUZ İSTƏMƏZ 

 

Mollanın  bir  qarı  nənəsi  var  idi.  O,  bir  gün  dost-aşnalara 



nənəsini  tərifləyir  ki,  Allah  nənəmin  ömrünü  uzun  eləsin,  o, 

həmişə mənim başımın ucalığı, evimin xeyir-bərəkətidi. 

Adamlardan  birisi  deyir:  –  İndi  ki,  sən  nənəndən  bu  qədər 

razısan bəs nəyə ona bir əl-ayaq eləmirsən? 

Molla  bu  sözdən  narahat  olub  yaman-yovuz  deməyə 

başlayır.  Mollanın  nənəsi  oğlunu  bu  halda  görəndə  deyir:  – 

Oğlum, həqq söz yaman-yovuz istəməz. 

 

SƏXAVƏTLİ KİŞİ 

 

Molla naxoş olmuşdu. Bir gün məhəllə mollasını çağırıb dedi: 



– Bir vəsiyyətnamə yazsın ki, o evlənəndən sonra ərindən min 

dinar xüms və zəkat babətindən müstəhəqlərə, beş yüz dinar oruc-



 

181 


namaz  olmağa,  üç  yüz  dinar  qapi  qonşuya  ehsan  verməgə 

ayırsınlar. Yerdə qalanını da arvadı ilə uşaqları arasında bölsünlər. 

Vəsiyyətnaməni yazan Mollanın bu qədər pulu olduğundan 

heyrətdə qalıb dedi: 

– İndi ki pulların  veriləcək  yerini  məlum elədin,  yaxşi olar 

onları gizlətdigin yeri də diyəsən. 

Molla dedi: 

– Mömin, öz aramızda qalsın, pul-mul arada yoxdu. İstədim 

vəsiyyətnaməni  oxuyanda  desinlər,  “rəhmətlik  nə  səxavətli  kişi 

imiş”. 


 

AXMAQ 

 

Bir  gecə  Mollanın  arvadı  yuxuda  qışqırmağa  başlayır. 



Molla səsə oyanır. O, arvadını oyadıb soruşur:  

– Nə xəbərdi? Niyə qışqırırsan? 

Arvad  deyir:  –  Yuxuda  gördüm,  bir  uca  yerdən  düşdüm, 

bədənim bumbuz oldu. Qapı qonşu yığışıb cənazəmi qəbiristana 

apardılar.  Görkan  məni  qəbrə  qoyanda  qorxudan  qışqırmağa 

başladım. Elə onda sən məni oyatdın. 

Molla bu sözləri eşidəndə iki əlli başına vurub deyir: 

–  Mən  çox  axmaq  iş  görmüşəm,  düz  yaxam  əlindən 

qurtaran ləhzədə səni oyatmışam. 

 

SƏN GETMƏSƏN, MƏN GEDƏCAĞAM 

 

Molla  bir  gün  şəhərin  hakimindən  bezikir.  O,  hakimin 



yanına gəlib ondan soruşur: 

–  Cənab  hakim,  sən  bu,  vilayətdən  çıxıb  gedəcağsan,  ya 

yox? 

Hakim bu sözdən çox təəccüblənib deyir: 



–  Molla  bu  nə  sözdü?  Sənə  nə  dəxli  var  ki,  mən  bu 

vilayətdən çıxıb gedəcağam, ya getməyəcağam? 

Molla hakimin cavabında deyir:  


 

182 


–  Çox  mənə  dəxli  var,  istirəm  bilim  gedəcaqsan,  ya 

getməyəcaqsan? 

Hakim əsəbani boğub deyir:  

– Yox, getməyəcağam, hər nə əlindən gəlir elə. 

Molla cavab verir:  

– Əlimdən nə gələcək, sən bu vilayətdən getməsən, çarəsiz 

mən başımı alıb gedəcağam. 

 

SƏN DƏ DÜZ DEYİRSƏN 

 

Molla  şəhərdə  qazi  olduğu  zaman  birisi  onun  yanına  gəlib 



bir  özgəsindən  şikayət  edir.  O  sözlərində  özünü  həqqli,  qarşı 

tərəfi günahkar qələmə verir, sonra da Molladan nəzir istəyir: 

Molla deyir: 

– Sən düz deyirsən, haqq səninlədi. 

Sabahisi gün o biri tərəf Mollanın yanına gəlir, o da özünü 

həqqli  bilib  günahi  o  biri  tərəfin  boynuna  atır.  Molla  onun  da 

sözlərin eşidəndən sonra deyir: 

– Sən düz deyirsən, həqq səninlədi. 

Mollanın arvadı pərdənin dalından onun hər iki tərəfə həqq 

verməsini eşidib soruşur: 

–  Kişi,  bu  nə  cür  qəzavətdi?  Sən  dünən  həqqi  o  tərəfə 

verdin, bu gün də bu biri tərəfə verirsən. 

Molla bu sözü arvadından eşitcək deyir: 

– Arvad, sən də düz deyirsən. 

 

 

ELAT LƏTİFƏLƏRİ 



 

BURDAN HÜSEYN KÜRD GİLİFDƏN KEÇİB 

 

Dərviş  qəhvəxanada  Hüseyni-Kürdün  nağılını  deyirdi.  O, 

qalalar alan Hüseyni-Kürdün çıxılmaz, bağlı bir qalaya necə, nə 

yoldan  girə  bilməsini,  qalanın  içini  qədəmbəqədəm  gəzməsin-



 

183 


dən,  hər  tərəfinə  baş  çəkməsindən  söz  açdı.  Nağıla  qulaq 

asanlardan biri çox təəccüblə soruşdu: 

–  Baba  dərviş,  sən  heç  buyurmadın  pəhləvan  bu  qalanın 

içinə necə girdi? 

Dərviş bir an düşünüb, sonra özünü sındırmadan “Hüseyni-

Kürd burada gilifdən keçib” – deməklə, sözünə idamə verdi. 

 

BU HƏR GÜNKÜ ŞİLƏDİ, BU GÜN  

ÇARŞAB-CORAB ELƏYİB GƏLİB 

 

Arvad  yoxsulluqdan  neçə gün dalbadal  ərinin  naharına şilə 



bişirir. Axır gün kişi bezikib deyir: 

– Sabahdan ya mən bu evdə, ya sənin pişirdiyin şilə… 

Sabahısı  gün  kişi  nahara  gələndə  arvad  bir  boşqab  yarpaq 

dolması  onun  qabağına  qoyur.  Kişi  dolmanı  bir  az  oyan-buyan 

edəndən sonra deyir: 

– Elə hər günkü şilədi, bu gün də çarşab-corab geyinib gəlib. 

 

BU DİL Kİ, SƏNDƏ VAR, YÜZ İL BU BAŞI SAXLAR 

 

Bir gün  Kürdoğlu küçələri gəzirdi.  Bir qapının qabağından 



keçəndə eşitdi ki, kişi arvadına deyir: 

– Arvad, sən mənim bu başımı görürsən, indiyədək onu heç 

kəs sındırmayıb, bundan belə də sındıra bilməz. 

Arvad dedi: 

– Ay kişi,  bu camaatı ki,  mən tanıyıram,  qorxuram  bir gün 

sənin sınmaz başını da sındırsınlar. 

Kürdoğlu bu sözləri eşidəndə, öz qəlbində dedi: 

–  Ay  köpək oğlu,  köpək,  mən  sabah  sənin  başıvi  sındırım, 

özün tamaşa elə. 

Sabahısı gün Kürdoğlu oralardan keçəndə gördü həmin kişi 

bostan suvarır. Qabağa gəlib dedi: 

–  A  kişi,  məyə  korsan,  görmürsən  mənim  tikanlarım 

susuzluqdan yanır, sən suyu bağlamısan öz bostanuva? 


 

184 


O,  bunu  deyə-deyə  yüyürüb  beli  kişinin  əlindən  aldı,  suyu 

çevirdi  tikanlığa.  Kişi  işi  belə  görəndə,  savaşıb-dalaşmaq  əvə-

zinə başladı dil-ağız eləməyə: 

– Ay başına döndüyüm, nə olar ki, əvvəl sən tikanlığuvi suvar, 

əgər vaxt olsa, sudan artıq gəlsə, mən də bostanımı suvararam. 

Kürdoğlu altdan yuxarı kişiyə baxdı dedi: 

–  A  kişi,  doğru  deyirdin,  bu  dil  ki  səndə  var,  yüz  il  o  başı 

saxlar. 


 

EŞŞƏYİM, ÖKÜZÜM, QOYUNUM SƏNSƏN! 

 

İsfahanın zalım hökmdarı Zilli-Sultan Bəxtiyar xanlarından 



Hüseynqulu  xanı  İsfahana  çağırır,  çoxlu  izzət-ehtiramla  orada 

saxlayır.  Bir  gün  hökmdar  Hüseynqulu  xan,  şəhərin  ayrıbaş 

bəyləri hökümət talarında oturmuşdular. Heç gözlənilmədən başı 

açıq, ayağı yalın, bir lur məclisə soxulub salam edir. Xan başını 

qovzuyub deyir: 

– Sənə kim deyib şəhərə gələsən, sənin burda nə işin var? 

Lur deyir: 

– Xan gəldim səni ziyarət edəm. 

Xan əsəbiləşib deyir: 

–  Axmaq,  arvaduvi,  uşağuvi,  eşşəyuvi,  öküzuvi,  qoyunivi 

başına  buraxıb,  necə  ağac  piyada,  başaçıq,  ayaqlayın  gəlmisən 

məni görməyə? 

Lur deyir: 

– Xan  başuva dönüm, arvadım da sənsən, uşağım  da sənsən, 

eşşəyim də sənsən, öküzüm də sənsən, qoyunum da sənsən. 

 

İNDİ BİR AZ DA SƏN YE, MƏN MOVULDAYIM! 

Birisi şorbaya çörək doğrayıb, əvvəl tikəni ağzına aparanda 

üzbəüzdə  oturub  gözünü  onun  əlinə  tikən  pişik  movuldadı. 

Adam  çarəsiz  əlindəki  tikəni  pişiyin  qabağına  qoydu.  O,  ikinci 

tikəni  götürüb,  hələ  ağzına  aparmamışdı  ki,  genə  pişik  movul-

dadı.  O,  ikinci  tikəni  də  pişiyin  qabağına  qoydu.  Üçüncü,  dör-


 

185 


düncü tikələr də qabaqkı tikələrin tayı oldu. Adam bunu görəndə 

kasanı pişiyin qabağına qoyub dedi: 

– İndi bir az da sən ye, mən movuldayım! 

 

MƏN NADİR QULUYAM, PUL İSTƏYİRƏM! 

 

Nəql edirlər Nadirşah Hindistanı tutandan sonra Dehli əhalisini 



yaman  bezikdirir.  Cana  gəlmiş  dehlililər  bir  gün  çox oxunaqlı  yazı 

ilə bu sözləri yazıb Nadirin gəlib keçdiyi yol üstə asırlar: “Sən əgər 

Allahsan,  sənə  biz  də  gərəkdir.  Əgər  şahsan,  sənə rəiyyət gərəkdir. 

Bu qədər zülm, talan hindi xaraba qoyacaq”. 

Nadirin gözü yazıya sataşcaq Mirzə Mehdi xandan soruşur: 

– Oxu görüm, orada nə yazıblar? 

Mirzə Mehdi xan yazılan sözləri oxuyur. Nadir bir az fikrə 

gedib sonra deyir: 

–  Bu  sözlər  mənim  qulağıma  girməz,  nə  bilim,  mən  Alla-

ham, ya şaham, mən Nadirquluyam, pul istəyirəm. 

 

BUNDAN SONRA ƏLUVİ ÖZ CİBİNDƏ QIZDIR! 

 

Cibkəsən  əlini  saymazyana  birinin  cibinə  uzadır.  Adam 



duyuq düşüb, onun əlini öz cibində yaxalayıb deyir: 

– Mənə bax görüm, sənin əlin mənim cibimdə neyniyir? 

Cibkəsən deyir: 

– Məni bağışla, əlim üşüdü, istədim onu qızışdıram. 

Adam ona möhkəm bir sıxaki yendirib deyir: 

– Bundan sonra əluvi öz cibində qızdır! 

 

BUNUN TOXUMUN YER ÜZÜNDƏN KƏSSƏNƏ 

 

Günlərin  bir  günü  bir  qoca  dərviş  kənd  evlərinin  birində 



qonaq  qalır.  Ev  yiyəsi  şama  təndirdə  balqabaq  bişirmişdi. 

Balqabaq  qocafəndi  olduğundan  dərviş  ondan  doyunca  yeyir, 

yeyə-yeyə də ev yiyəsindən soruşur: 

– Ay qardaş bişirdigin bu yeməyin adı nədi? 



 

186 


Ev yiyəsi deyir: 

– Baba dərviş, bunun adı məhsənə! 

Dərviş deyir: 

– Bunun toxumundan dağı, daşı əksənə. 

Dərvişə  yer  salırlar,  yatır.  Amma  balqabaq  başlır  azar 

verməgə.  Dərviş  səhərəcən  qıvrılır-açılır.  Səhər  olcaq  o,  ev 

yiyəsini səsləyib genə soruşur: 

– Ay Hamaş, dedin gecə bişirdiyin yeməgin adı nədi? 

Ev yiyəsi deyir: 

– Məhsənə. 

Dərviş qarın ağrısından ikiqat qaldığı halda deyir: 

– Ay Hamaş, bunun toxumunu yer üzündən kəssənə! 

 

AY DƏDƏ, BUĞ YAĞUVİ PİŞİK APARDI 

 

Özünü olduğundan varlı-karlı göstərmək istəyən tək ağalar-



dan  biri  hər  gün  məhəllə  çayxanasına  gedəndən  qabaq  Şah 

Abbasın bığlarını eşib, kağız arasında saxladığı quyruq dərisi ilə 

yağlayıb  işıldadardı.  Bir  gün  genə  o,  çayxanada  qəlyan  dama-

ğında  o  yandan-bu  yandan  söhbət  açandan  sonra  sözü  yağ-

dügünə gətirib çıxardır və deyir: 

–  İki  gün  qabaq  Sərabdan  bizə  kərə  yağı  göndəriblər,  sizi 

inandırıram  mən  indiyə  qədər  belə  yağ  görməmişəm.  Dügünün 

üstünə  ki  qoyursan,  adam  əl  vurmamış  ətrindən  məst  olur.  O, 

bunu deyə-deyə əlini bığlarına çəkib deyir: 

–  Mən  deyirəm  siz  eşidəsiniz.  Gərək  bir  gün  gəlib  yeyə-

siniz, görəsiz!.. 

Onun  sözü  qurtarmamışdı  ki,  balaca  qızı  qaça-qaça  çay-

xanaya girib dedi: 

– Ay dədə, buğ yağuvi pişik apardı… 

 

VER SUYA İÇ, VER SUDAN KEÇ! 

 

Yayda  Kərbala  ziyarətinə  gedən  bir  şahsevən,  hava  isti 



olduğundan hər dəfə su içəndə, İraqda olan ziyarətgahları ziyarət 

 

187 


etmək  üçün  sudan  keçəndə  pul  verirdi.  O,  ziyarəti  qurtarıb 

qayıdandan  sonra  görüşünə  gələnlər  ondan  bu  səfərdə  nələr 

gördüyünü soruşanda o deyir: 

– Nə görəcağam, ver suya iç, ver sudan keç! 

 

SƏN KÜRƏKƏNSƏN, YA NƏKİRÜ-MÜNKÜR? 

 

Utancağın  biri  toy  gecəsi  təzə  gəlinə  yanaşmaq  üçün  çox 



götür-qoydan sonra özünü əli qılıncına vurub soruşur: 

– Sən bilirsən üsuli-din neçə danadı? 

Tələ  çırtmış  qızlardan  olan  təzə  gəlin  onun  cavabında 

atmaca ilə deyir: 

– Denən görüm, sən kürəkənsən, ya Nəkirü-Münkür? 

 

GƏLƏNDƏ BİR ŞEYİ GƏTİRMƏYƏN,  



GEDƏNDƏ DƏ BİR ŞEYİ APARMAZ 

 

Bir  qıtmır,  üzlü  kəndli  var  idi.  O,  hər  vaxt  şəhərə  gələndə 



əli-qolundan  uzun  şəhərdəki  qohumunun  evinə  gələr,  günlərlə 

sallanıb qalardı. Bir dəfə o genə neçə gün qonaq qalandan sonra 

kəndə qayıtmaq istəyəndə ev yiyəsi arvadına deyir: 

–  Sən  onun  sovqatını  verib  yola  salanda  ona  denən  ki, 

kənddən  bizə  bəzi  şeylər  gətirsin,  bəlkə  bu  yolnan  onun  şərini 

başımızdan sovaq. 

Arvad selə-sovqatı verəndə ona deyir: 

–  Şəhərdə  süpürgə,  əriştə,  bir  də  qurut  tapılmır,  zəhmət 

olmasa, bu dəfə şəhərə gələndə bir neçə dana süpürgə, bir az da 

əriştə ilə qurut gətir. 

Kəndli deyir: 

– Ay mənim başım üstə. O yollanıb gedir. Bir müddət sonra 

o  genə  bir  gün  boş  eşşək  ilə  tapılır.  Küçə  qapısına  çatanda, 

başlayır heyvan eşşəyi bərk döyəcləməyə. Sonra ucadan deyir: 

–  Süpürgə  çatdım,  gətirmədin,  əriştə  çatdım,  gətirmədin, 

qurut çatdım, gətirmədin, indi nə üzünən istərsən evə girəsən? 



 

188 


Ev yiyəsi onun hay-küyünə qapıya çıxıb deyir: 

–  O  heyvanı  döyəcləmə,  gələndə  bir  şey  gətirməyən 

gedəndə də bir şey aparmaz. 

 

BU AYAQDAN TÜLKÜNÜNKÜ QALIB ALLAHA 

 

Birisini gördülər bir qat kəmənd, bir qəbzə tüfəng, bir dana 



it, bir dana nizə, bir çuval saman ilə gedir. Biri soruşdu: 

– Bu şeyləri özünlə hara aparırsan? 

O dedi: 

–  Tülkü  şikarına  gedirəm.  Əvvəl  çalışacağam  onu  kəmənd 

ilə tutam, kəməndlə tutammasam, çalışacağam tüfəng ilə vuram. 

Tüfəng  ilə  vurammasam,  iti  dalınca  salacağam.  İt  ilə  də  tutam-

masam,  tülkü qurtulub qaçıb  yuvasına girsə,  nizə ilə onu bezik-

dirəcağam,  yuvası  çox  dərin  olsa,  nizə  bir  iş  görənməsə,  yuva-

sının ağzında saman yandıracağam!... 

Soruşan adam onu sözünü bitirməyə qoymayıb dedi: 

– Bu ayaqdan tülkününkü qalıb Allaha! 

 


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin