ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə18/27
tarix03.02.2017
ölçüsü4,07 Mb.
#7453
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

–  Dolu bağlamaq – yağış azlığından əlavə dolu yağması da 

bir böyük bəladır. Məhsulun yetişən çağı, bir də gördün ki, dolu 

tökülüb  ağacları,  bitkiləri  qırıb  yerə  tökür.  Odu  ki,  dolunu 

qabaqcadan  bağlamaq  lazım  görülür.  Dolunu  bağlamaq  üçün 

“dua”  yazılır.  Duanı  çölməklər  içinə  qoyub,  kəndin  ətrafında 

yerə  quyulayırlar.  Bu  işə  məmur  olanlar  da  işləri  bitməyincə 

kimsə  ilə danışmamalıdır. Dolunu  bağlayanda o qədər  möhkəm 

bağlayırlar  ki,  hətta  bir  damcı  yağış  da  buludlardan  aşağı 

düşməyə  imkan  tapmır.  Bu  mərasimlərdə  bəzən  məzəli,  şirin 

hadisələr də baş verir ki, illərlə dillərdə nəql olunur. El ocağının 

adətlərindən biri də budu ki, arvadlar səhəng və çaydan, ya ayrı 

əllərinə keçən qabları su ilə doldurub bir seyidin başına tökürlər. 

Yaxud onu tutub suya basırlar. Beləliklə, yağış yağmalı olur. 

 

MƏZƏLİ SÖZLƏR 

 

Bəzi  sözlər  zahirdə  mənasız,  namərbut  nəzərə  gəlir,  lakin 



məclisi şirinlətmək üçün ağıza gətirilir. Məsələn bir qonaqlıqda, 

çaydan doymaq bilməyən bir kəs belə deyir: 

– Çayın ikisi qaydadı, üçü cana faydadı, keçdi beşə, vur on 

beşə. On beşi keçdi, say nədi? Bir başdan tök iç da.... 

Onun  müqabilində  çox  çay  içən  barədə  deyirlər:  Nə 

xəbərdi? Qarnınızda paltar yumursunuz ki... 

Saqqalım  çıxınca  canım  çıxaydı.  Bəzi  adamlar  şuluqbaz 

olurlar,  hər  sözün  qabağında  bir  başı  yuxarı  cavab  verirlər. 



 

320 


Məsələn, deyəndə ki, filan işin, ya sözün əsli var? Deyər: – Əsli 

olmasaydı, Kərəm dağda-daşda nə qayırardı?! 

Ya qapı döyüldükdə, biri soruşanda ki, nə barədə danışırsız, 

deyər: 


–  Heç  zad  baba..  Kənddən  gələn  var  idi.  Qatığın  arşınını 

soruşurdu. Parçanın batmanını. 

Biri  sözü  çətin  başa  düşəndə  deyərlər:  –  Gəl,  bu  yol 

yumurtanı düyünlə, buna söz başa sal. 

Biri  bir  işdə  şikəst  tapanda,  xüsusən  uşaqlar  bir  işi  görə 

bilməyib  bir  yerləri  inciyəndə  lağ  ilə  deyərlər:  –  Sən  ki  üzmək 

bacarmırsan, ağac başında nə qayırırsan.  

Biri  Tehrana  gedib  qayıtdıqda,  dedilər  farsca  öyrənmisən? 

Dedi: 

 – Hə.  


Dedilər, qarışqaya farsca nə deyirlər? 

Dedi:  


– Çox kiçik şeyləri öyrənməmişəm. 

Dedilər: 

– Dəvəyə nə deyirlər?  

Dedi:  


– Çox yekə şeyləri də öyrənməmişəm.  

Biri  də  Tehrana  gedib  qayıtdıqda,  soruşdular  ki:  ─  Farsca 

öküzə nə deyirlər?  

Dedi: – Qav. 

Dedilər,  buzova  nə  deyirlər?  Demə  buzovun  farscasını 

bilmirmiş.  Deyir  ki,  buzova  heç  zad  deməzlər,  səbr  elərlər, 

yekələndən sonra deyərlər “Qav”, yəni öküz. 

 Biri  də  Tehrana  gedib  qayıtdıqda,  soruşmuşdular  ki:  ─ 

Tehranda nə öyrəndin? 

Dedi:  –  Arpaya  “cov”  deyirlər,  buğdaya  “kəndom”,  darıya 

ad qoyanda, mən gəldim. 

Biri çox ac olanda deyir: – Acımdan dişlərim sümüyə dönübdü. 

Birinə  yalandan  can  yandıranda  deyərlər:  –  Öləndə  canım 

çıxaydı. 



 

321 


QARAVƏLLİLƏR VƏ LƏTİFƏLƏR 

 

Hədi, Hüdü, bir də mən 

 

Hədi  idi,  Hüdü  idi,  mən  idim,  getdik  şikara  gördük  bir  ov. 



Dedim, Hədi, tüfəngin var? 

– Yox. 


– Hüdü tüfəngin var? 

– Yox. 


– Məndə də biri vardı, lüləsi yox. 

– Hədi fişəngin var? 

– Yox. 

– Hüdü fişəngin var? 



– Yox. 

Məndə də biri var, barıtı yox. 

Bu  barıtsız  fişəngi,  lüləsiz  tüfəngi  qoyub  nişana  getdim. 

Ovu lap alnının ortasından vurdum.  

Hədi bıçağın var? 

– Yox. 


Hüdü bıçağın var? 

– Yox. 


Məndə də biri var, tiyəsi yox. 

Bu tiyəsiz bıçaqla ovun başını kəsib, dərisini soydum. 

Hədi, qazanın var? 

– Yox. 


– Məndə də biri var, dibi yox. 

Gətirib  bu  dibi  yox  qazanı  gövhan  ilə  dəlib,  ocaq  üstə 

qoydum bişməyə, ətlər tökülüb suyu qaldı. Oturduq yeməyə. 

Amma çox yağlı idi, mənim sağ əlim yağlı oldu, çəkdim sol 

başmağımın  üzünə,  sağ  başmağım  acıq  eləyib  getdi.  Dağa 

çıxdım, görmədim, daşa çıxdım görmədim. Gedib düzdə iynə ilə 

bir quyu qazdım. İynəni sancdım quyunun tərkinə, çıxdım iynə-

nin üstünə, gördüm odu ha başmaq tayım Muğanda çəltik əkir. 

Getdim  Muğana,  dedilər  səbr  elə  çəltik  yetişsin,  biçib, 

döyüb, götürüb gedək. 



 

322 


Bir  gün  getdik  biçməyə,  gördük  qabanlar  düşüb  çəltiyi 

yeyirlər.  Hirslənib  orağı  atdım  qabana.  Orax  keçdi  qabanın 

quyruğunun  altına.  Qaban  qaçdı,  oraq  biçdi,  qaban  qaçdı,  oraq 

biçdi, çəltiklər hamısı biçildi. Yığıb tayaya vurduq. 

Bir  gün  getdik,  gördüm  ki,  bir  dəstə  at  düşüb  tayaya 

çəltikləri yeyirlər. Bir daş götürüb atdım, dəydi atın nalına. 

Naldan  bir  od  atılıb  düşdü  tayaya.  Çəltikləri  söküb  qırağa 

atdım,  bir  də  gördüm  çəltiyin  içindən  bir  palan  çıxdı.  Palanı 

sökdüm, gördüm içindən bir quvlan çıxdı. Quvlanı açıb oxudum, 

gördüm mənim bu dediklərimin hamısı yalan imiş.  

 

Xeyir söyləməz 

 

Bəzi  adamlar  hər  nə  soruşsan,  insana  pis  xəbər  verərlər. 



Xeyir söz ağızlarından çıxmaz. Bunlara “xeyir söyləməz” adam 

deyirlər.  Bir  gün  biri  Məşhəddən  qayıtmışdı,  kənd  əhli  onun 

pişvazına gəlmişdi. Hamı “xoş gəldin” deyir və “Ziyarət qəbul” 

deyə,  əlini  sıxırdılar.  Bir  zaman  gördü  bir  əhşur  (“xeyir  söylə-

məz”)  şəxslərdən  biri  qabağa  gəlir,  əl  verib  öpüşəndən  sonra 

Məşhəddən  gələn  adam  öz  yanında  dedi  ki,  mən  bundan  hər 

kimi  soruşsam  deyəcək  ki,  ölübdü,  yaxşısı  budu  ki,  bir  qara 

itimiz  var,  onu  soruşsam  desə  ölübdü,  cəhənnəməcən,  əhəmiy-

yəti yoxdur. Bu mənzur ilə dedi: 

– Filankəs, bizim bir qara itimiz var idi, o, nə haldadır? 

Xeyr söyləməz qəmgin qiyafə tutaraq cavab verdi: ─ Öldü, 

da.... 


Məşədi kişi ürəyində gülümsünərək yenə soruşdu: 

– Eh, nə cür oldu, öldü? 

Xeyir söyləməz dedi: 

–  Vallah,  o  sarı  inəyiniz  mundar  olandan  sonra  onun 

ətindən yemişdi, odur ki, öldü. 

Məşədini bir az nigaranlıq basdı, dubarə soruşdu: 

– İnək niyə öldü bəs? 

Xeyir söyləməz bir ah çəkib dedi: 



 

323 


– Eh, sahibsiz mal o cür olar da... Rəhmətlik anan mərhum 

olandan sonra daha inəyə baxan olmadı öldü da. 

Məşədinin bədəni silkələndi. 

– Ey vah, - dedi, anam ölübdü. Onun ki, bir zadı yoxuydu. 

Xeyir söyləməz kədərli halda: 

– Vallah, nə deyim,... oğlanlarınızın quyuya düşüb ölməyini 

eşidəndə birdən elə yazığın bağrı çatladı... biçarə... 

Məşədi kişi ikiəlli başına vuraraq: 

–  Oğlanlar  quyuya  düşdülər?...  Onlar  quyu  başında  nə 

qayırırdılar? 

Xeyir söyləməz bir az duruqsunaraq: 

– Eh baba.... Nə qədər ki, rəhmətlik anaları sağ idi, uşaqları 

qoymazdı evdən eşiyə çıxsınlar. Amma.... 

Məşədi kişi başını yolub ağlayaraq soruşdu ki: 

–  Tifaqın  dağılsın  bu  xəbərlərin  ilə  de  görüm  evdə  sağ 

qalan var, ya yox? 

Xeyir söyləməz dedi: 

–  Vallah  mən  bundan  artıq  bir  zad  bimirəm.  Ancaq  indi 

gələndə, gördüm ki, sizin küçə qapınızı palçıqlayıblar. İki nəfər 

həyətinizə saman boşaldırlar. 

 

Şəqq-ül-qəmər 

 

Bir  kişi  evinə  qayıdarkən,  arvadının  üzündə  cırmaq  yeri 



gördükdə, təəccüblə soruşdu: 

– Mah ruyində nədi əbru kimi ləkkə təri? 

Arvad özü də şeir əhli imiş, cavabında deyir: 

– Mustafa barmağdır şəqq eləyibdi qəməri. 

Beləliklə, “şəqq-ül-qəmər” hədisindən  istifadə edərək, oğlu 

Mustafanın  (Peyğəmbərin  də  bir  adı  Mustafa  imiş)  üzünü 

cırdığını zərifliklə bəyan edir. 

 

 



 

 

324 


Ağıllı nökər 

 

Bir  xanın  bir düşüncəli  nökəri  var  imiş.  Bir  gün qonaqlıqda 



üç düyü dənəsinin ağasının saqqalına düşdüyünü gördükdə, məc-

lis əhli bilməmiş o düyüləri götürsün deyə nökər bu şeiri oxuyur: 

Ağalar ağası, bəylərin xası, 

Bir söz ərz eyləyim, öldürmə məni. 

Zərifşan dağında, üç ov görmüşəm. 

Göndər beş qardaşı yendirsin onu. 

Ağa  nökərin  işarəsini  başa  düşüb  əlini  saqqalına  çəkib, 

düyüləri yerə salır. 

 

İki yalançı 

 

Bir gün bir şəhərin məşhur yalançısı o biri şəhərdəki yalan-



çını  görüb,  onunla  bağlaşmaq  üçün  o  şəhərə  gedir.  Soruşub 

yalançının evini tapır. Qapını döydükdə, beş- altı yaşlı kiçik bir 

qız qapını açır.  

Kişi uşaqdan soruşur ki: 

– Qızım dədən haradadı? 

Qız deyir: 

– Göy yırtılıb, dədəm gedib onu yamamağa. 

Kişi bunu eşitdikdə, elə ordan qayıdır. Öz-özünə deyir: 

– Bir adamın ki, beş yaşında uşağı belə bir yalan deyə, o da 

yer yalanı əvəzinə göy yalanı deyə, gör özü nəmənə ola bilər. 

 

Əlif ilə Gilif 

 

Bir  gün  bir  uşağı  məktəbə  qoyurlar.  Molla  əvvəl  günü 



əlifbanın ilk hərfini öyrətmək üçün bir hərfi göstərib deyir: 

– Denən Əlif 

Uşaq deyir: – Gilif 

Molla deyir: – Əlif 

Uşaq yenə deyir: – Gilif 


 

325 


Molla  hər  nə  qədər  uşağı  vurub  deyir  ki,  desin  Əlif,  uşaq 

deyir Gilif. Molla daha yorulur. 

Bir  nəfər  deyir:  –  Ay  uşaq,  sənin  beynin  daşdı,  dəmirdi, 

nədi? Bir Əlifi öyrənmək ki, bir zad deyil, onun üstündə bir belə 

kötək niyə yeyirsən? 

Uşaq  deyir:  –  Baba  mən  Əlifi  elə  əvvəl  gündən  öyrənmi-

şəm, amma qorxuram deyəm Əlif, dalısınca deyə ki, denən “be”. 

 

Marağaya təşrif aparmısan? 

 

Bir gün yenə iki nəfər oturmuşdular, bir söz tapa bimirdilər 



danışsınlar. Handan-gecdən biri o birindən soruşdu: 

– Marağaya təşrif aparmısız? 

Dedi: –Yox. 

O dedi: – Mən də yox. 

Dedi: – Nə olsun ki? 

Dedi: – Söhbətdi eləyirik da. 

 

Üstəki yorğanı götü, tərlədim 

 

Biri qızdırmışdı, evdə hər nə var idi üstünə saldılar, yenə də 



deyirdi üşüyürəm. Bir  su  ilə dolu qazan qalmışdı, onu da o biri 

şeylərin  üstündən  qoydular.  Naxoş  tərpəşdikdə,  qazanın  suyu 

töküldü üstünə, çığıraraq dedi: 

– Üstəki yorğanı götürün, deyəsən tərlədim. 

 

Adını demə, bas belimə 

 

Biri də yenə qızdırmışdı, evdə hər nə var idi saldılar üstünə, 



yenə deyirdi ki, üşüyürəm. Biri dedi ki, daha  bir  zad qalmayıb, 

təkcə bir palan qalıb. Naxoş dedi: 

– Adını demə, qoy belimə. 

 

 



 

326 


İssi bir yannan, farsi bir yannan 

 

Biri yay fəslində Tehrana gəlmişdi. Tehranın da yayı issi olur. 



Qayıdandan sonra soruşdular ki: – Filankəs, səfərin necə keçdi?  

Dedi:  –  Nə  xoş  keçəcək,  issi  bir  yannan,  farsi  bir  yannan, 

dədəmi yandırdılar. 

 

Şah nə yeyir? 

 

Iki nəfər kəndli oturub danışırmışlar. Biri o birindən soruşur: 



– Ədə, görəsən şah nə yeyir? 

Yoldaşı  cavab  verir  ki,  nə  yeyəcək,  rəhmətliyin  oğlu,  şah 

cılğa piy yeyər də. 

O biri təəccüblə deyir: 

– Pəh, atoynan, onda tikəsi bir tümənə başa gələr, ha... 

 

Üzüm ağ oldu 

 

Bir gün bir maldar adam səfərə getdikdə, yüz dənə qoyunu 



bacısı oğluna tapşırıb gedir. Bacısı oğlu da qoyunların  hamısını 

satıb  xərcləyir.  Bir  müddətdən  sonra  dayı  gəlir  bacısı  oğlunun 

yanına, deyir: – De görüm, qoyunlar nə haldadı, haradadılar? 

Bacıoğlu deyir, dayı otur, hesab eylə də. 

Sonra deyir: 

–  Dayı,  doayıdan  doydaq  uşdu,  qırx  beşi  daşdan  düşdü, 

iyirmisin  verdim  qəssaba,  iyirmisin  gətirmə  hesaba.  Bu  oldu 

səksən beş, qaldı on beşi, on dördünü də qurd yedi, qaldı birisi.  

Bu  zaman  yanındakı  dərini  dayısının  qabağına  qoyaraq 

deyir: 


– Bu da o birisinin dərisi. 

Bu  zaman  dayı  əsəbiləşib  oyan-buyana  baxıb  bir  qatıq 

kasasını  yanında  gördükdə  götürüb  bacıoğlunun  başına  çalır. 

Bacıoğlu əli ilə qatığı üzündən silərək, başını göyə tutaraq deyir: 

– Şükür olsun Allaha, dayımın yanında üzüm ağ oldu! 


 

327 


Farsi yaz, özü bilər 

 

Ərdəbildə  bir  kişi  oğlu  Sahabı  məktəbə  qoymuşdu,  amma 



Sahab şuluqluq etdiyinə görə müdir onu mədrəsədən qovmuşdu. 

Atası  yalvarsa  da,  müdir  sözündən  dönməmişdi.  Kişi  bu  işdən 

çox narahat olub,  əlacı onda görmüşdü ki, şahın  özünə bir  ərzi-

hal  yazsın.  O  bir  mirzəyə  müraciət  edir.  Mirzə  qələm-kağızı 

hazırlayıb müntəzir olur. Kişi əsəbi halda boğazını şişirdib səsini 

yoğunlaşdıraraq deyir: 

– Götü bir kağız yaz Alahəzrətə (Əlahəzrətə)... sən elə Farsi 

yaz, o, özü bilər. Yaz ki, Alahəzrət. Bu ağa müdir neçə gündür ki, 

bizim  Sahabı  məktəbdən tızıxdırdı.  Ordan  buna  bir  hay-hüşt  elə, 

bəlkə ağa müdir Sahabı  məktəbə qoysun ki, bir yasindən-zaddan 

öyrənsin... axı ölülərimiz yasindən ötrü itin korluğun çəkirlər. 

 

Karın köylündəki 

 

Kar  bir kişi zəmisində cüt sürürdü. Öküzlər  yeri  sökə-sökə 



o baş-bu başa gedib qayıdırdılar. Kişi də cütün dalısınca hərdən 

öküzlərə  hey-hey deyərək dərin  xəyala dalmışdı.  Fikirləşirdi ki, 

əgər  bu  yerə  yaxşı  müştəri  düşsə,  satsa  onun  pulu  ilə  nə  işlər 

görə  bilər.  Sonra  deyirdi  ki,  yox  mənim  atamdan  qalan  elə  bu 

zəmidi, bizim elə bu yerdən güzəranımız çıxır. Bu zaman yoldan 

keçən bir adam deyir ki: - A kişi, Allah qüvvət versin.  

Kar cütçü səsi duyub cavab verir ki: 

–  Yox,  qardaş,  satmıram,  dədəmdən  qalan  elə  bu  bir  tikə 

yerdi, onu da satsam qalaram ac. 

Yolçu kişi təəccüblə baxıb dubarə harayladı ki: 

– A kişi, deyirəm Allah qüvvət versin, yorulmayasan. 

Kar  kişi  yenə  deyir:  –  Yox,  qardaş,  çox  üz  vurma,  dedim 

satmaram, bu yer dədəmdən yadigardı. 

Yolçu kişi dodaqlarını büzərək yolunu davam etdirdi.  

Cütçü  kişi  gün  bir  az  əyiləndən  sonra  öküzləri  açıb  evə 

qayıdır. Öküzləri həyətə buraxıb, üzünü arvadına tutaraq deyir: 



 

328 


–  Arvad,  bu  gün  yerə  bir  yaxşı  müştəri  düşmüşdü,  amma 

hər nə üz vurdu, dedim satmaram, bu yer dədəmin yadigarıdı. 

Sən  demə,  arvadın  da  qulaqları  ağır  eşidirmiş.  Fikri-zikri 

təzə tuman yanında imiş. Çünki tumanı çox köhnəlib, cırılmışdı. 

Gülərək kişisinə cavab verir ki: 

–  Özün  bilərsən  kişi,  hər  nə  alsan,  geyərəm,  bez  də  alsan, 

şal da alsan geyərəm. Ancaq tuman olsun ki, bədənimi örtsün. 

Sonra arvad sevincək evə qayıdıb gülə-gülə qızına deyir: 

–  Qızım  atan  gəlmişdi  ki,  istəyirəm  sənə  tuman  alam. 

Dedim ki, hər nə alırsan, al, özün bilərsən. Mənə fərqi yoxdu. 

Demə qız da dədə-anası kimi kar  imiş. Sevinc  ilə yerindən 

durub gülümsünərək deyir: 

– Ana, siz  böyüksüz,  mənim  ixtiyarım  sizin  əlinizdədi,  hər 

kimə versəz gedərəm, məndən niyə soruşursunuz? 

Qız  bunu  deyib,  həyətdə  günün  altında  oturan  böyük 

nənəsinin yanına qaçaraq deyir: 

–  Nənə,  ata-anam  istəyirlər  məni  ərə  versinlər.  Dedim  hər 

kimi onlar məsləhət görsələr gedərəm. 

Qoca  qarı  nənəsinin  də  qulağı  tutulmuşdu,  eşitmirdi.  Dedi 

bəlkə nahar barəsində onun fikrini soruşur, deyir:  

– Bala  hər  nə  bişirirsiz, bişirin, amma elə  bir zad olsun ki, 

mənim dişim yoxdu, yeyə bilim. 

 

Heyvanlarla ilgili məsələlərdən 

 

Dəvələri tuturdular. 



Tülkü də qaçırdı, bir nəfər dedi: 

– Nə olubdu, niyə qaçırsan? 

Tülkü dedi: – Dəvələri tuturlar. 

Dedi: – Sən ki dəvə deyilsən. 

Dedi:  –  Mən  sübut  eləyincə  ki,  mən  dəvə  deyiləm,  dərimi 

boğazımdan fırığ çıxardarlar. 

 

 


 

329 


Ağılsız qurd 

 

Biri  vardı,  biri  yoxdu, bir qurd  vardı. Bu qurd acmışdı. Çıxır 



bir zad tapmağa bir qoyuna rast gəlir. Deyir acam, səni yeyəcəm.  

Qoyun  deyir:  –  Olsun  da...  amma  mən  yaxşı  oynuyuram, 

qabağca qoy bir az oynayım.  

Qurd deyir: – Eybi yoxdu, oyna. 

Qoyun başlar oynamağa, yavaş-yavaş uzaxlaşır, birdən qaçır.  

Sonra bir qurd gəlib bir quzu görür. Deyir: – Səni yeyəcəm. 

Quzu  deyir  ki,  mən  çox  arığam  ətimin  dadı,  duzu  olmaz, 

qoy gedim bir az otlayım, dad-duz tapım, gəlim, ye. 

Qurd deyir: – Olsun. 

Ordan gəlir bir keçiyə rast gəlir. Deyir: – Səni yeyəcəm. 

Keçi deyir: – Mən arığam, bir dəri, bir sümüyəm. Səni doyur-

maram, qoy gedim iki-üç dənə də keçi gətirim, hamımızı birdən ye.  

Qurd deyir: – Yaxşı get, amma tez gəl. 

Ordan gəlir bir eşşəyə rast gəlir. Deyir: – Səni yeyəcəm. 

Eşşək  deyir:  –  Sənin  rəhmətlik  dədən  mənim  dədəmi 

yeyəndə,  yorğan-döşək  üstündə  yemişdi,  qoy  gedim  yorğan-

döşək gətirim, yat üstündə rahatlıqla məni ye.  

Qurd deyir: – Olsun, get, amma tez qayıt, gəl. 

Sonra ata rast gəlir. Deyir: – Acam, səni yeyəcəm. 

At deyir: – Olsun da, amma mənim nalımın altında bir bayatı 

var,  əvvəlcə  onu  oxu,  sonra  istəsən  məni  ye.  Sonra  at  dal  qıçını 

qovzayır.  Qurd  atın  dalısına  keçib  üzünü  yaxınlaşdıranda,  at  bir 

təpik vurur, qurdun dişləri sınır tökülür, özü də bir tərəfə tullanır. 

At da qaçır. Qurd ac və yaralı halda ağlayaraq belə oxuyur: 

Harda  gördün  qoyun,  ye  qalsın  quru  boyun,  neynirsən 

oyun-moyun? 

Harda gördün quzu, ye qalsın quru dizi, neynirsən dadı-duzu? 

Harda gördün keçi, ye qalsın quru qıçı, neynirsən iki-üçü? 

Harda  gördün  eşşək,  ye  qalsın  quru  köşşək,  neynirsən 

döşək-möşək? 

Harda gördün at, ye yanında yat, neynirsən barat-marat? 


 

330 


Molla Nəsrəddin barədə lətifələrdən 

 

Bir  gün  Molla  Nəsrəddinin  evini  oğru  aparmışdı.  Səhər 



qonşuları yığılıb Mollanı danlamağa başladılar. Biri deyir: 

–  Molla,  niyə  qapını  möhkəm  bağlamamışdın  ki,  oğru  aça 

bilməyə. 

Biri  deyir:  –  Kişi,  sən  necə  yatmısan  ki,  oğru  gəlib  bilmə-

misən? 

O  biri  deyir:  –  Kişi,  sən  niyə  qiymətli  şeyləri  bir  yerdə 



gizlətməmişdin? 

Hərə bir söz dedikdə, Molla deyir: 

–  Bəs  məlum  ola  ki,  oğrunun  heç  günahı  yoxmuş,  hamı 

təqsirlər məndə imiş. 

 

* * * 


Bir gün Mollanın bir cüt çuvalını oğurlamışdılar. Molla car 

çəkib dedi: 

–  Oğrular  dedilər,  bu  Molladan  hər  nə  desən  çıxar,  yaxşısı 

budu çuvallarını verək. Gətirib çuvalları qaytarır, sonra deyirlər: 

–  Molla  sən  ki,  belə  təhdid  edirdin,  de  görək,  çuvalların 

tapılmasaydı, nə iş görəcək idin? 

Molla deyir:  – Heç... Evdə böyük xurcunumuz var idi, onu 

aradan kəsib, iki çuval edəcəkdim. 

 

Bəhlul Danəndə barədə lətifələr 

 

Dalı yana bir zad qoy 

 

Bir  gün  məclisdə  ağsaqqallar  Bəhlul  Danəndəni  danlayıb 



nəsihət edirlər ki, pullarını korlamayıb, dalı yana bir zad qoysun. 

Bəhlul üzdən gülüb deyir: – Yaxşı bundan sonra edərəm. 

Bir  azdan  sonra  şam  araya  gələndə,  Bəhlul  bir  kasa  xörək 

götürüb,  dalında  gizlədir.  Şamın  arasında  bir  də  görürlər  ki, 

Bəhlulun dalında pişiklər boğuşur. Deyirlər: 

– Bəhlul, genə nə iş çıxardıbsan orda? 



 

331 


Bəhlul  deyir:  –  Bir  iş  görməmişəm,  bir  zad  dalı  tərəfə 

qoymuşdum, indi pişiklər vərəsəlik üstündə savaşırlar. 

 

Əcaib səslər 

 

Bir gün Bəhlulu nəsihət edib evləndirdilər. Bəhlul ilə gəlini 



bir  otağa  salırlar.  Bəhlul  gəlini  uzadıb  qarnını  açıb,  qulağını 

gəlinin  qarnına  qoyub,  bir  az  qulaq  asdıqdan  sonra  birdən 

qışqıraraq  otaqdan  çıxır,  başına  vura-vura  qaçmağa  başlayır. 

Tökülüb Bəhlulu tutub deyirlər: 

– Bəhlul sən ki, ağıllı olmuşdun, bu nə işdi görürsən? 

Bəhlul  deyir:  –  Axı,  siz  bilmirsiz,  mən  qulağımı  gəlinin 

qarnına  dayadıqda,  gördüm  elə  bir  əcaib  səslər  gəlir  ki,  vəhşət 

elədim. Biri deyirdi: – Dədə, mən acam, çörək ver, biri deyirdi: 

–  Dədə,  başmağım  yoxdu,  başmaq  al,  biri  deyirdi:  –  Dədə 

naxoşam, biri deyirdi... Xülasə, o qədər qəribə səslər eşitdim ki, 

qorxumdan qoydum qaçdım. 

 

Adamcıl qurd barəsində söyləmələr 

 

Bu söyləmələrdə türklərin ən qədim inamlarının nişanəsi və 



izlərini görmək olar. Deyilənə görə gecə yarıları eşiyə başı açıq 

çıxan arvadın başına “don” – qurd cildi atılır. Beləliklə, o arvad 

gecələr  qurd  donuna  girib,  adam  yeyər,  gündüz  olduqda  hava 

işıqlanmamış  gəlib  donunu  çıxardıb  gizlədər  və  evdar  arvad 

kimi evin  işlərinə  baxar. Odu ki, arvadlara  gecə  başı  açıq eşiyə 

çıxmaq çox sifariş olunar. 

İndi isə Yekanatda şayiə olan bu söyləmələrdən ikisini təq-

dim edirik. 

 

Birinci söyləmə 

 

Deyirlər  bir  igid  kişinin  oğlu  varmış.  Bir  gün  qış  fəsli  bu 



oğlan  ayrı  bir  kənddən  qayıdarkən,  bir  dəstə  qurda  rast  gəlir. 

Qurd  qışda  çox  xətərli  olur.  Yayda  qarınları  tox  olduğuna  görə 

adam ilə işləri olmaz. Amma qışda aclıqdan hücum edirlər. On-

lar əvvəlcə dal ayaqları  ilə qarı adamın  baş-gözünə sovurub ka-



 

332 


rıxdırar və bir ləhzə qəflətdən istifadə edərək adamı parçalarlar. 

Qurd tək olsa,  onun  öhtəsindən  gəlmək  çətin  olmaz.  Bu  zaman 

çuxanı  çıxarıb  qollarına  dolayıb  qurdun  ağzına  verərək,  həmişə 

səfərdə götürülən ağacla onun başına tapdayaraq öldürərlər.  

Əlqərəz,  igid  və  qorxmaz  cavan  qurdlardan  beşini  öldürər, 

özü də yaralanar.  

Bu xəbər ataya çatanda o deyir ki: 

–  Yox,  mənim  oğlum  yaralanmaz,  yaralansa  o  mənim  oğ-

lum deyil. 

Kəndlilər təəccüblə soruşurlar: 

–  Sənin  oğlun  beş  qurdu  öldürüb,  nə  üçün  sən  onun 

yaralandığını qəbul edə bilmirsən? 

Atası  deyir:  –  Qulaq  verin  mən  onun  dastanını  deyim, 

görün ki, mən haqlıyam, ya yox? 

Ata söhbətə başlayır: 

–  Cavan  çağlarımda  bizim  yerdə  əcaib  bir  hadisə  üz  verdi. 

O da bu idi ki, ölü quylanan gecəsi bir heyvan gəlib, qəbri qazıb 

onu çıxardıb yeyirdi.  

Günlərin  bir  günü  mənim  igidlikdə  çox  məşhur  dayım  öldü. 

Dayımın  cənazəsi  çıxardılıb  yeyilsə  idi,  mənim  üçün  çox  baş 

alçaqlığı  ola  bilərdi.  Odur  ki,  dedim  dayımın  qəbrinin  yanında 

mənim üçün də bir çuxur qazdılar. Gecə sıyırma qılınc əldə çuxura 

girib  gizləndim.  Gecə  yarısı  bir  qurda  bənzər  heyvanın  qəbrə 

yaxınlaşıb,  ayaq  tərəfdən  qəbri  sökməyə  başladığını  görüb  qılınc 

əldə  onun  üstünə  yumuldum.  O  heyvan  da  mənim  üstümə  atıldı. 

Saatlarla  bir-birimiz  ilə  qucaqlaşıb  sürüşdük,  gah  o  məni,  gah  da 

mən onu alta basırdıq. Bədənim neçə yerdən yaralanmışdı. 

Bu  çəkişib-sürüşmə  hava  işıqlanacan  davam  etdi.  Az  qalırdı 

ki, mən ona zor gəlib başını yerə çırpıb dağıdım, birdən qışqırdı ki: 

– Evin yıxılsın, məni öldürmə, mən bir qızam, gecələr qurd 

donuna girirəm.  

Beləliklə, mən ondan əl çəkib, qurd donunu çıxardıb yandır-

dıqdan  sonra  onunla  evləndim.  Bu  oğlan  o  evləndiyim  arvadın 

balasıdır. Odur ki, deyirəm qurddan olana qurd neyləyə bilər? 



 

333 


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin