ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə21/27
tarix03.02.2017
ölçüsü4,07 Mb.
#7453
1   ...   17   18   19   20   21   22   23   24   ...   27

GÖZƏL FATMA 

 

 



Bir kişinin dari-dünyada  bir arvadı,  bir  Fatma adlı qızı,  bir 

sarı  inəyi,  bir  xoruzu  vardı.  Vurdu  bir  gün  arvad  naxoşlayıb 

öldü. Ölərkən vəsiyyət edib dedi: 

– İnək ilə xoruz qızımın cehizidi. Heç kəsin haqqı yoxdu ki, 

onları ondan alsın.  

 Arvad  öləndən  bir  müddət  keçəndən  sonra  kişi  gedib  bir 

arvad  aldı.  Ondan  bir  qara  çirkin  qızı  oldu.  Onun  adını 

paxıllıqdan Fatma qoydu. 

 Analıq arvad ögey qızı  Fatmaya çox  əziyyət eləyirdi. Onu 

görməyə gözü yox idi. Gündə səhərçağı bir-iki çörək dəstərxana 

qoyub  inəyi  otarmaq  adı  ilə  çölə  göndərirdi  ki,  gözünün 

qabağından  uzaq  olsun.  Hər  gün  də  bir  dəstə  yun  verərdi  ki, 

çöldə bekar qalmasın, onları əyirsin. Fatma hər gün səhər gedib, 

axşam yorğun-arğın evə qayıdardı.  

Bir  gün  yel  Fatmanın  yununu  götürüb  apardı.  Yunun 

dalısınca  qaçan  Fatma  meşəyə  yetişdi.  Meşədə  bir  qarı  arvada 

rast  gəldi.  O  qarı  bir  kolluxda  yaşayırdı.  Fatma  salam  verdi, 

dedi, qarı nənə, yel mənim yunumu bura gətiribdi.  

Qarı  dedi,  eybi  yoxdu  qızım,  sən  gəl,  mənim  başıma  bax, 

bitlərimi bir az arıtla, mən də sənin yununu tapıb verim əlinə.  

Fatma  baxdı gördü qarının  başını  bit, sirkə  basıbdı. Amma 

Fatma ədəbli, şirindilli qızdı. Kimsəni özündən incitməzdi. 

Dedi: 

– Qarı nənə. Nə təmiz başın var, lap anamın başına bənzəyir.  



Qarının bu sözdən xoşu gəldi.  

Dedi: 


– Qızım, yunun o bucaqdadı, get, götü apar. 

Qız bucağa baxıb gördü ki, pıspısılı məryəm qurdu bucaqda 

qaynamaqdadı. Dedi: 

– Qarı nənə, nə təmiz bur-bucağın var. 

Fatmanın bu sözləri qarının xoşuna gəldi. 


 

367 


Dedi: 

–  Qızım  evinizə  qayıdanda,  yolda  üç  bulaq  görəcəksən. 

Birinci bulağın suyu ağdı, onda çimərsən, bədənin ağarar, ikinci 

bulağın suyu qaradı, o suyu başına, qaşlarına çəkərsən, tüklərin 

qaralar.  Üçüncü  bulağın  suyu  isə  qırmızıdı.  Ondan  bir  az 

yanaqlarına, dodaqlarına yaxarsan ki, qırmızı olsun. 

Fatma  yununu  götürüb  qarı  ilə  xüdahafizləşdi.  O,  birinci 

bulağa  çatdıqda,  soyunub  çimdi,  bədəni  ağappaq  süd  kimi 

ağardı. İkinci  bulağın  suyundan tüklərinə, qaşlarına  vurdu, şəvə 

kimi qaraldı. Üçüncü bulağın suyundan da bir azca yanaqlarına, 

dodaqlarına yaxdı, üzü günəş kimi işıqlandı.  

Evə  qayıdanda  kəndin  adamları  tamaşaya  töküldülər. 

Fatmanın  üzü  doğurdan  da,  gün  kimi  şəfəq  salırdı.  Ögey  ana 

Fatmanı belə gördükdə, təəccübləndi. Dedi: 

–  Bu  işlərin  hamısı  bu  inəkdədi.  Səhər  inəyi  öz  qızına 

tapşırdı ki, aparıb otarsın. Bəlkə o da bu cür göyçək olsun.  

O  qızın  da  yununu  yel  apardı.  Qız  yun  dalısınca  qaçdıqda 

həmən  qarıya  rast  gəldi,  yununu  istədi,  qarı  nənə  dedi,  gəl,  əv-

vəlcə  mənim  başıma  bax.  Qız  qarının  başına  baxdıqda,  dala 

çəkildi, dedi, sənin başın nə kifirdi, qarı nənə? Bit-sirkə götürüb 

gedir.  Qarı  dedi,  olsun,  get,  yun  o  bucaqdadı,  götü  get.  Qız 

bucağa baxdıqda, dedi: 

Əh....Əh....,  nə  kifir  bur-bucağın  var,  qarı  nənə?  Pıspısalar 

balalayıb. 

Qarı dedi: 

–  Olsun,  eybi  yoxdu  qızım,  indi  sən  evizə  qayıdanda,  üç 

bulaq  görəcəksən.  Birinci  bulaqda  tüklərini,  qaşlarını  yuyarsan. 

Ordan  keçdikdə  ikinci  bulağa  çatarsan,  o  bulaqda  soyunub 

çimərsən.  Üçüncü  bulağın  suyundan  gözlərinə  çəkərsən.  Qız 

xudahafizləşib yola düşdü.  

Gəlib  birinci  bulaqda  tüklərini  yudu,  qaşlarına  çəkdi.  Başı, 

qaşları  ağappaq  oldu.  İkinci  bulaqda  çimdi,  bədəni  əvvəldən  qara 

idi,  daha  da  kömür  kimi  qara  oldu.  Üçüncü  bulağın  suyundan 

gözlərinə  çəkdi,  gözlərinin  içi  qıp-qırmızı  qan  kimi  qızardı.  Lap 



 

368 


əcayib bir şey oldu. Qız kəndə girəndə camaat onu görüb qorxudan 

qaçdılar.  Elə  bildilər  ki,  xortdan  gəlib.  Qızın  anası  səs-küyü 

eşitdikdə  eşiyə  çıxdı.  Elə  bildi  ki,  onun  da  qızı  o  biri  Fatma  kimi 

gözəlləşibdi. Amma bir zaman gördü ki, qızı lap qorxmalı bir şey 

olubdu.  Çox  narahat  oldu.  Dedi  hər  nə  var  bu  inəkdədi.  Əri  evə 

gəldikdə dedi, bu inəyi öldürməlisən. Kişi bu sözü qəbul eləmədi.  

Gözəl Fatma gedib qəziyyəni inəyə nağılladı.  

İnək dedi: 

–  Olsun,  məni  öldürəndən  sonra  mənim  sümüklərimi  aparıb, 

tövlədə  axurda  quyla.  Hər  vaxt  sənin  işin  bərkə  düşsə,  gəlib  o  sü-

mükləri açıb çıxart. Mənim iri sümüklərim sənə paltar, kiçik sümük-

lərim qızıl-gümüş, ziynət olar. Boyun-boğazını, biləklərini bəzəyər.  

Kişi arvadın sözü ilə məcbur qalıb inəyi kəsdi. Ətini qazana 

töküb bişirdilər. Amma onun əti hamının ağzında zəhər kimi acı 

oldu.  Belə  ki,  yeyə  bilmədilər.  Amma  Fatmanın  ağzında  bal 

kimi şirin idi, iştah ilə yeyirdi. 

 Arvad kişiyə dedi: 

– Bax, gör bir necə yeyir, acı-macı bilmir. 

Bir  gün  kənddə  bir  toy  olur.  Arvad  öz  qızını,  uşaqlarını 

geyindirib  toya  aparır.  Fatmaya  deyir  ki,  biz  gəlincə  sən  evdə 

qalmalı, evi təmizləyib qabları yumalısan. Fatma ev-eşiyi tez-tez 

təmizləyib,  qabları  yudu,  gedib  axurdan  inəyin  sümüklərini  çı-

xardıb, açdıqda,  içində  bir dəst ipəkdən, atlazdan tikilmiş gözəl 

paltar,  bir  cüt  qızıldan  başmaq  gördü.  Geyinib  toy  məclisinə 

yollandı.  Yolda  bir  dəsmal  gül  götürüb  gedib  məclisdə  oynadı. 

Hamı bu qızın gözəlliyindən, libaslarından, cürbəcür ziynətlərin-

dən, göyçək hərəkətlərindən mat qaldılar. Qız dedi: 

–  Bizim  köçümüz  gedəcək,  mənim  mütəzirimdirlər,  hərəyə 

bir gül verdi. Bacısına, analığına yetişəndə külü onların gözlərinə 

sovurub qaçdı. Onlar gözlərini ovuşdurana kimi bu aradan çıxdı. 

Tez özünü evə yetirib, libasları gizlədib, paltarlarını geyib oturdu. 

Analığı ilə ögey bacısı narahatlıqla qayıdıb, vaqiəni gördülər.  

Sabah  toyun  ikinci  gecəsi  gəlin  çıxma  günü  idi.  Analıq 

qızını götürüb getdi. Fatmaya tapşırdı ki, ev-eşiyi silib, süpürüb, 



 

369 


qab-qacağı yusun. Onlar gedəndən sonra qız gedib axuru qazdı, 

gördü  yenə  də  bir  dəst  ayrı  rəngli  libas,  bir  cüt  qızıl  başmaq 

axurun  içindədi.  Götürüb  geydi,  özünü  toya  yetirdi.  Yenə  də 

oynadı,  hamıya  gül  verib,  analığı,  bacılığının  gözlərinə  kül 

səpərək  aradan  çıxdı.  Gələndə  yol  üstü  dəryanın  kənarından 

keçəndə  tələsikdən  başmağının  bir  tayı  ayağından  çıxıb  itdi. 

Yenə də evə gəlib paltarlarını dəyişib yerində oturdu. Analığı ilə 

bacılıq genə də donquldana-donquldana evə qayıtdılar.  

O  tərəfdən  padşahın  oğlu  qulamları  ilə  dərya  kənarından 

keçəndə, o qızıl  başmaq tayını tapdı. O başmağın zərifliyindən, 

gözəlliyindən  heyrətdə  qalıb,  onun  sahibini  axtarıb  onunla 

evlənmək  qəsdinə  gəldi.  Anasını  bir  neçə  nəfər  ilə  göndərdi  ki, 

gedib qapı-qapı gəzib, başmaq sahibini tapıb ona alsın.  

Ana  qapı-qapı  gəzdi,  başmağı  bir-bir  qızların  ayağına  im-

tahan elədi. Amma başmaq heç kimin ayağına olmadı. Bu zaman 

analıq Fatmanı təndirdə gizlədib, təndirin duvağını da qoydu.  

Fatma  təndirdə  öz-özünün  işığında  naxış  tikməyə  başladı. 

Şahzadənin anası onların evlərinə çatdı. Arvad öz qızını gətirdi, 

hər  nə  güc  verdi,  qızın  kobud  ayaqları  başmağa  yerləşmədi. 

Soruşdular burada ayrı qız yoxdu? 

Arvad dedi: 

– Yox, elə bu qızdı. 

Bu zaman xoruz banlayıb dedi: 

–  Quqquluqu,  Fatma  xanım  təndirdə,  naxışı  diz  üstə,  öz-

özünün işığında naxış tikməkdədir.  

Adamlar  gedib  təndirin  duvağını  götürdülər,  gördülər  bir 

gözəl-göyçək  qız  təndirin  içində  özünün  işığında  naxış  tikmək-

dədi.  Əlindən  yapışıb  eşiyə  çıxartdılar,  başmağı  ayağına  geydi-

rib, gördülər ki, lap onun ayağının qəlibidi. Qızı çox izzət, ehti-

ram  ilə  götürüb,  şahzadənin  sarayına  apardılar.  Şahzadə  yeddi 

gün,  yeddi gecə toy tutdurub o qız  ilə evləndi. Vurdu qız boylu 

oldu,  çox  yerdə  belə  bir  rəsm  vardı  ki,  gəlinlər  cümə  günləri 

atası  evinə  gedib  orda  başını  yuyardı,  yaxud  çimərdi.  Bir  cümə 

Fatmanı  anası  evinə  göndərdilər.  Anası  dedi  ki,  gəl  dəryanın 



 

370 


qırağında başını yu. Fatma su kənarında, daş üstə oturdu, analıq 

birdən  daldan  itələyib  Fatmanı  dəryaya  saldı.  Fatma  dəryaya 

düşən kimi bir naqqa balıq onu uddu. Arvad onun paltarlarını öz 

qızına geydirib, saraya göndərdi. Sifariş elədi ki, üzünü açmasın. 

Desin  ki,  bizim  adətimizdi  ilk  övladımız  dünyaya  gəlmiyincə 

üzümüzü  açmırıq.  Amma  şahzadə  qızın  rəftarından,  şübhəyə 

düşdü,  bildi  ki,  arvadı  Fatma  deyil.  Atasına  dedi  ki,  burda  bir 

sirr var. Adam göndərdi ki, əsil Fatmanı axtarıb tapsınlar.  

Bir gün dərya kənarından keçəndə, xoruz yenə də banladı.  

–  Quqquluqu....  Fatma  xanım  dəryada,  naqqa  balığın 

qarnında, uşağı qucağında.  

Şahzadə  əmr  elədi,  tor  atıb  naqqa  balığı  tutdular.  Fatma 

xanımı  uşağı  Məhəmməd  qucağında  balığın  qarnından  çıxart-

dılar. Şahzadə onu götürüb saraya gətirdi. Dedi: 

– Təndiri yandırsınlar. 

Fatmaya dedi ki: 

– Mən qılıncımı təndirə atacağam, deyəcəm ki, hər kim məni 

çox sevir, qılıncımı təndirdən çıxartsın, ancaq sənin işin olmasın.  

Şahzadə gəlib qılıncı atdı təndirə, dedi: 

– Hər kim məni çox istəyir qılıncı təndirdən çıxartsın.  

Çirkin Fatma dedi: 

– Mən çıxardaram. 

O,  təndirə  əyiləndə,  onu  təndirə  basıb,  duvağını  qoydular. 

Çirkin  Fatma  badam  gözü  ilə  qızarmış  təndirdə  yanıb  büryan 

oldu.  Onu  çıxardıb,  bir  böyük  xonçaya  qoyub  üstünə  örtük 

çəkib, anası evinə göndərdilər. Qulamlar o xonçanı arvada verib, 

dedilər kürəkənin sənə bir pay yollayıb. Arvad dedi: 

– Qoyun bir bucaqda qalsın. 

Uşaqlar  gedib  örtüyü  açdılar,  yanmış  çirkin  Fatmanın 

cəsədini tanıdılar. Gəlib analarına dedilər ki, ana, o büryan deyil, 

Fatma bacımızdı. Arvad gəlib gördü ki, qızıdı, vəziyyəti bildi. 

Şahzadə dubarədən toy tutub şadlıq etdirdi. Onlar yedilər, içdi-

lər, qara yerə keçdilər. Siz də yeyin, için, mətləbi-muradınıza yetişin.  

 


 

371 


TAPMACALAR 

 

O  nəmədə?  Gecə  səpdim  noxudu,  səhər  gördüm  yoxodu 

(Ulduzlar). 

O nəmədə? O yan pərçin, bu yan pərçin, içində bir cüt lalə 

göyərçin (Göz). 

O nəmədə? Hacılar Həccə gedər, vaxt olur gecə  gedər. Bir 

yumurta içində qırx dənə cücə gedər (Nar). 

O nəmədə? Günüzlər kəniz, gecələr xanım (Süpürgə).  

O nəmədə? Qara şikar burada yatar, şax budağın ətrafa atar 

(Qarpız tağı). 

O nəmədə? Bir təpədə bir qucaq vərək (Baş və tükü). 

O nəmədə? Çöl yerdə çölmək qeynər (Qarışqa yuvası). 

O  nəmədə?  Yuxarı  gedər  işi  var,  aşağı  gələr  yükü  var 

(Qaşıq).  

O  nəmədə?  Bacadan  düşər  sınmaz,  taxçadan  düşər  sınar 

(Yumurta).  

 O nəmədə? Biz bəzədik, taxçaya düzdük. Otuz iki qız idik, 

atulduq düzüldük (Ağızda dişlər). 

 


 

372 


BAYATILAR 

 

Bulaq başında durma, 

Gözlərin dolandırma, 

Qız yarın burda dəgil, 

Gəl, məni utandırma. 

 

Damda durana qurban, 



Əldə Qurana qurban, 

Mən ki yarı görmədim, 

Yarı görənə qurban. 

 

Pəncərədə üzüm var, 



Ana, sənə sözüm var, 

Bir həyətdə üç bacı, 

Kiçiyinə sözüm var. 

 

Qaşların aldı məni, 



Kəməndə saldı məni. 

Gözlərin şahmar ilan, 

Dolandı çaldı məni. 

 

Qərə qoyun, mələmə, 



Ağ məmələr dələmə, 

Biz ikimiz adaxlı 

Mən ölüm, naz eləmə. 

 

Arxaluqun büzmə, yar, 



Əlin məndən üzmə, yar, 

Kirpiklərin ox kimin, 

Sinəm üstə düzmə, yar. 

 

Dama çıxma toz olur, 



Abı dönüb bez olur, 

Əyil dəsmalın götü, 

Mən götürsəm söz olur. 

 

Xərməndə yatan oğlan, 



Köynəgi kətan oğlan 

Adaxlın apardilar, 

Bixəbər yatan oğlan. 

 

Əsgəriyəm kişmişəm, 



Cibdən cibə düşmüşəm, 

Mən bir dənə el qızı, 

Qəriblikə düşmüşəm. 

 

Gəlin çıxaq damlara 



Yalvaraq imanlara, 

Su səpək güzgü tutaq, 

Qardaş gələn yollara, 

 

Su gəlir bağa neynum, 



Dəyir yarpağa neynum. 

Yarım mənnən küsübdü, 

Gəlmir otağa neynum. 

 

Damnan dama damımız. 



Qoşadu eyvanımız, 

Sən ordan çıx, mən burdan, 

Kor olsun düşmanımız. 

 

Ay gedər batan yerə, 



Yar gedər yatan yerə, 

Bir xəlbir buğda gətir, 

Gedək nar satan yerə. 


 

373 


Nadan yar ey, nadan yar, 

Gözəl gül oynadan yar, 

Sən ki bu cür deyildin, 

Səni örgədənmi var?! 

 

Qoz ağacu qolun yar, 



Qol boynuna salım yar, 

Mənsiz necə dözürsən? 

Daş ürəkli zalum yar. 

 

Qoz ağacı dəgiləm, 



Hər gələnə əgiləm 

Əgil üzündən öpüm. 

Mən özgəsi dəgiləm. 

 

Suğranı çayda gördüm 



Əlində bayda gördüm 

Bir öpdüm, bir dişlədim. 

Onnan nə fayda gördüm. 

 

İmam Rza bağları, 



Yaşuldu yarpaqları, 

İmam versin mətləbim, 

Yandurum çıraqları. 

 

Həmədan yoli daşdu, 



Quşlaru qızıl başdu, 

Mən öz yarım tanıram. 

İncə boy, qələm qaşdu. 

 


 

374 


UŞAQ FOLKLORU 

 

Üşüdüm ha, üşüdüm 

 

Üşüdüm, ha üşüdüm, 



Damdan alma düşürdüm, 

Almacuğım aldilar, 

Mənə zülm verdilər, 

Mən zülmdən bezaram, 

Yerdə quyu qazaram. 

Yerdə bir quyu ərkək, 

Ərkək qazanda qaynar. 

Qəmbər dövründə oynar, 

Qəmbəri qurd apardi, 

Quyruğu yerdə qaldi 

Quyruğun satdım tata. 

Tat mənə darı verdi, 

Darım səpdim quşa. 

Quş mənə qanad verdi, 

Qanadlandım uçmağa. 

Haq qapusin açmağa. 

Kilid babam boynunə. 

Babam Girman yolinə, 

Girman yolu sərbəsər. 

İçində mahu gəzər, 

Mahu doğdu bir oğlan. 

Adin qoydu Güloğlan, 

Güloğlan getdi oduna. 

Qarği batdı buduna, 

Qarği degil qəmişdi, 

Beş barmağı gümüşdü. 

 

 

 



 

 

 



  

 

375 


XIV.  ETNOQRAFİK CİZGİLƏR 

 

Sağlamlıq rüsumatı və baş verən dəyişikliklər 

 

Lap qədimlərdə yeməyi əl ilə yeyirdilər. Süfrəyə bir dənə dəs-

mal  qoyardılar.  Dəsmal  parçadan  olardı.  Yemək  yeyəndən  sonra 

böyüklər  əvvəlcə  barmaqlarını  yalardılar.  Bu  işi  savab  sanardılar. 

Sonra o dəsmalla əllərini silərdilər. Axırda kiçiklərə verərdilər.  

Sonralar kasaya su tökər, yeməkdən sonra bir-bir əllərini su 

içində yaxalardılar. Amma hər kəsin özünün cibində bir dəsmalı 

olardı, onunla əllərini qurudardılar.  

Bir  müddətdən  sonra  aftafa-ləyəndən  istifadə  eləmək  dəb 

oldu.  Aftafa-ləyəni  dolandıran  olardı.  O  adam  qolunun  üstünə 

hövlə də salardı. O gedib hər kəsin qabağında əyləşərdi, əvvəlcə 

aftafadan su tökərdi, əllərin yuyardılar. Sonra onlar ağızlarına su 

alıb, tökərdilər ləyənə, sonra da hövlə ilə əllərini qurulardılar.  

Sonralar  qaşıq,  bıçaq  işlətmək  dəb  oldu.  Qaşıqla  xörək 

yeyərdilər, amma bir-birinin qaşığından  istifadə etməkdən çəkin-

məzdilər.  İndi  belə  şeylər  dəb  deyil.  O  zaman  bəzi  xanımlar  əl-

lərini  qurulamaq  üçün  çar  qatlarının  ucundan  istifadə  edərdilər. 

Bir müddət sonra da hər evdə bir hövlə asardılar. Ev  əhli hamısı 

ondan istifadə edərdi. İndi hər kəsin özünün bir şəxsi hövləsi var. 

Suyu kasada, ya da bir saxsı bardaqda içərdilər. Amma qo-

nağa həmişə kasada su verərdilər. Sonralar bir parçda su qoyar-

dılar,  bir  livan  da  qoyardılar  ki,  hamı  ondan  istifadə  eləsin.  Bir 

qab  vardı, adına  “soğan  su  yeyin”  əşgənə deyirdilər. O qab bö-

yük  olardı.  Ətin  suyunu  onun  içinə  tökər,  içinə  çörək  doğrardı-

lar.  Sonra  hamı  əl  uzadıb  o  qabdan  yemək  götürərdi.  Çilov-xu-

ruşu da böyük qaba çəkərdilər. Hamı o qabdan xörək götürərdi.  

 Üç-dörd  uşaq  üçün  bir  yorğan-döşək  salardılar.  Gecələr 

yatmadan qabaq uşaqlar üçün nağıl deyərdilər. Əgər evdə külfət 

olsaydı, bu  iş onun boynuna idi, olmayan surətdə ata-analar öz-

ləri uşaq yatana kimi ona nağıl deyərdilər. Uşağa on yaşına kimi 

şam  verməzdilər.  Uşağı  axşam  əzanından  bir  az  sonra  yatırar-


 

376 


dılar. Qonaq yanına uşaqları on beş yaşınadək qoymazdılar, heç 

yerə  aparmazdılar.  Həftədə  bir  dəfə  böyük  babası  evinə  gedər-

dilər. Böyük baba evdə olmasaydı, xala evinə gedərdilər. 

On  beş-iyirmi  gündən  bir  hamama  gedərdilər.  Meyvə  ilə 

xörəyin  yaxşısını  qonağa  verərdilər.  Uşağın  qonaq  yanında 

danışmaq haqqı  yox  idi. Evdə artıq qalan,  əl dəymiş  yeməyi ev 

işçisi  yeyərdi.  İşçiyə  iki  dəst  paltardan  artıq  almazdılar,  ona 

maaş  da  verməzdilər.  Əgər  o,  kənd  əhli  olsaydı,  xərmən  vaxtı 

iyirmi batman buğda verərdilər. O yazıq köhnə yataqda yatardı. 

Dincəlmə  zamanı  çox  az  olardı.  Evin  bütün  işlərini  o  görərdi. 

Evin külfəti evli olmasaydı, onu ərə verib cehizini də verərdilər.  

 

Hamam vəsaili və işlənən rüsumat 



 

Hamamda işlənən vəsail bunlardan ibarət idi: bir böyük mis 

tas, ağzında bir çel tas, içi yazılı bir kiçik tas, bir məcməyi, lif və 

daraq  qoymaq  üçün  birayaqlı  sini,  alta  salmaq  üçün  kilim,  tirmə 

süzəni  ki  kilimin  üstündən  salınır, tirmə  boxça  ki üstünə  mirvari 

tikərdilər, paltarı onun içinə bükərdilər. Mərmər daşdan ayaq altı 

olardı  ki,  ayağa  həna  qoyanda,  ayaqları  onun  üstünə  qoyardılar. 

Ayaq daşının üstü qızıl, ya gümüşlə bəzədilmiş, ya da sadə olardı. 

Xanımların  boxçalarını  qulluqçuları  çiyinlərində  aparardılar. 

Hamamın  qapısında  boxçanı  camadara  təhvil  verərdilər.  Xanım 

hamamın içinə girəndə suçu gəlib vəsaili içəri aparardı və tası su 

ilə doldurub hazır qoyardı. Xanım içəri girəndən sonra hamamda 

tanış  adam  görsəydi,  aparıb  bir  qab  su  o  adamın  çiyninə  töküb 

deyərdi: “Həmişə təmizlikdə”. O da ayağa durub təşəkkür edərdi. 

Bir  atalar  sözü  də  bu  barədə  var:  “Hamam  suyuyla  dost  tutur”. 

Hamamda dəllək də olardı, o, bir həcəmət ilə ülgüc torbaya qoyub 

belinə  bağlardı.  Uşaqlar  həcəmət  qoymaqdan  və  xəzinədən 

qorxardılar. Analar uşaqlarına müxtəlif şeylər boyun olardılar ki, 

onların  sözünə  baxsın. Həcəmət  almaq  üçün  əvvəl uşağın  başına 

sabun çəkərdilər. Onun köpüyü uşağın gözünü tutardı. Bu zaman 

dəllək  həcəməti  yapışdırardı  uşağın  kürəyinə.  Sonra  sorup 


 

377 


qoparardı.  Bu  vaxt  uşağın  naləsi  göyə  qalxardı.  Həcəmət  qoyan 

ülgücnən  çırtardığı  yerdən  üç-beş  şüşə  qan  alardı.  Xəzinənin 

suyunu ayda bir dəfə boşaldardılar.  

Hamamın  xəzinəsinin  suyundan  iki  dəfə  istifadə  edərdilər, 

bir  hamama  girərkən  çirkləri  islanmaq  üçün,  bir  də  suya  çəkil-

mək üçün. 

Çimən  yerdə  özlərindən  kiçik  xanımlar  onların  başına  su 

töksəydi, onun əvəzində qızlarını yollardılar ki, əvəzində o xanı-

mın  başına  su  töksünlər.  Əgər  qızları  yanlarında  olmasaydı, 

dəlləyi yollardılar. Təzə gəlin hamamda ərinin bibisini, ya xala-

sını  görsəydi,  soyunmazdı.  Əyləşərdi  ki,  onlar  çıxandan  sonra 

gedib  yuyunsun.  Amma  əgər  lapdan  varid  olsaydı  və  onların 

birini  içəridə görsə idi,  birçəklərini  və saçların açıb, gözəndəlik 

kimi üzünə tökərdi, bir cam su aparıb tökərdi bibi və ya xalanın 

başına. Sonra da gəlib hamamın xəlvət yerində əyləşərdi. Dəllək 

gedib orada onu yuyundurardı. 

O  zaman  xan  və  naib  arvadları  tez-tez  hamama  varid  olar-

dılar.  Əgər hamamda  bir  nəfər onların üstünə  su  sıçratsa, ya da 

hörmətsizlik eləsə idi, o xanım dəlləyə əmr edərdi ki, fitəni eşib, 

suya bassın. Sonra onlar o adamı döyərdilər.  

 

Baş və paltar yumaq üçün işlədilən şeylər 

 

Keçmişdə  baş  yumaq  üçün  xalxal  gilindən  istifadə  edər-

dilər.  Sonralar  ətirli  sabun  və  marağa  sabunuyla,  indi  isə  şam-

punla yumaq dəb olubdur.  

Paltarları  çoğanla  yuyardılar.  Çoğan  bir  cür  şirədir  ki,  kö-

püklənir  və  kənd  əhli  baharın  axırlarında  çoğanı  yığıb,  quru-

dandan  sonra  onu  döyüb  ələkdən  keçirərdilər.  Öz  paylarını  gö-

türəndən  sonra  qalanını  satış  üçün  şəhərə  gətirərdilər.  Ağ  pal-

tarları o zaman da sabunla yuyardılar.  

 

Çay üçün şirnilər 



 

Çayı  lap  qabaqlar  kişmişlə  içərdilər.  Sonralar  ağ  və  sarı 

nabatla, son zamanlarda isə rus qəndi ilə içərlər. 


 

378 


Evlərdə işlənilən yağlar 

 

Kərə  yağını  əridib,  sarı  yağa döndərərdilər. Hərdən quyruq 

yağı  da  sarı  yağa  qatardılar  və  yemək  bişirəndə  ondan  istifadə 

edərdilər.  Sonralar  təzə  kərədən  və  zeytun  yağından  xörək 

hazırlamağa başladılar.  

Xuruşt  üçün  səbzəvatı  qurudardılar,  bardağa  yığıb,  qışda 

işlədərdilər.  Səbzəvatı  zirzəmidə  saxlayardılar.  Bu  səbzidən 

qovurma səbzi və başqa yeməklər bişirərdilər.  

 

Qonaq otağının bəzənməsi 

 

Qonaq  otağının  yerini  fərşlə  döşəyərdilər.  Ümumən  fərşi 

ortaya  salıb,  oyan-buyanına  isə  keçə  salardılar.  Yorğan-döşəyi 

də bağlama çarşabına bağlardılar və bağlamanın üstünə mütəkkə 

qoyardılar.  Mütəkkələrin  üzləri  tirmə,  ya  məxmərdən  olardı. 

Mahutdan  poşti  olardı  ki,  qonağın  dalına  qoyardılar  dayanmaq 

üçün. Kəndlərdə keçə işlədərdilər. Keçənin üstünə qırmızı, yaşıl 

mahut çəkərdilər ki, buna fərş üstü deyirdilər.  

 


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin