ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə22/27
tarix03.02.2017
ölçüsü4,07 Mb.
#7453
1   ...   19   20   21   22   23   24   25   26   27

Qulluqçular 

 

Qulluqçular ağalarına və onların ailələrinə təəssüblü və vəfalı 

olardılar. Ağa  bir qonaqlığa gedəndə, qulluqçu da onunla gedərdi. 

Qapı  ağzında  dayanıb  qol  bağlayardı.  Deyirlər  bir  zaman  bir  qul-

luqçu  ərbabı  ilə  şam  qonaqlığına  gedir.  Qol  bağlayıb  ağanın  hü-

zurunda dayanır. Şam  yeyəndə  iki-üç dənə düyü ağanın  saqqalına 

düşür.  Qulluqçu  da  bunu  görür  və  istəyir  ki,  bunu  ağaya  yetirsin. 

Deyir:  “Qurban  olum,  ağalar  ağası,  Qarabquş  dağında  bir  cüt  hə-

rami var, beş atlı ilə onu endirin”. “Beş atlı” beş barmağa işarədir.  

 

Qış ayları və günləri 



 

Qışın  böyük çilləsi qırx, kiçik çilləsi  iyirmi gün olur. Dörd 

gün böyük çillədən və dörd gün kiçik çillədən olan günlərə çar-

çar  deyirlər.  Çillə  beçə  qarı  və  küləyi  on  gün  olur.  Qış  qarı  və 



 

379 


hacıleylək qarı  iyirmi gündür. Hacıleylək  bu günlərdə köçməyə 

başlayır. Beləliklə, baharın gəlməsindən xəbər verirlər. On yeddi 

gün bayrama qalanda bir yel əsir ki, ona vədə yeli deyirlər. O yel 

əsən zaman ağaclar canlanıb ayılırlar. Əgər bu yel insana dəysə, 

cavanlıq gətirər. Kiçik çillənin axırıncı çərşənbəsi qar yağar. Bu 

zaman deyirlər: “Çərşənbə qar altda qaldı.” 



 

Məscidlər 

 

Ərdəbildə  olan  məscidlər  bunlardır:  Ağa  Mirəliəkbər  məs-

cidi,  Hacı  Mirsaleh  ağanın  iki  məscidi,  Tabar  məscidi,  Məscidi 

Camsə,  Üçdükan  məscidi,  Pir  Əbdülməlik  məscidi,  Alaqapı 

məscidi,  Sərçeşmə  məscidi,  Cameə  məscidi,  Ağapağı  Xərməni 

məscidi, Abrəvan məscidi, Bağmeşə məscidi, Sərtipabad məsci-

di,  Rəhmaniyyə  məscidi,  Seyidabad  məscidi,  Yasavul  məscidi, 

İldırımşah  məscidi,  Qacariyyə  məscidi,  Cəlilşah  məscidi,  Yağlı 

Əliyyə  məscidi, Mənsuriyyə  məscidi,  Böyük  məscid, Soltanbad 

məscidi, Sənkər məscidi, Göy məscid, Həsənabad məscidi, Kər-

balayi Əlişah  məscidi, Qüdsi  məscidi, Mövla  məscidi, Tonçular 

məscidi, Əxirəl məscidi, Pir palanduz məscidi, Daşçılar məscidi, 

Təbrizlilər məscidi. 

 

Darvazalar 



 

Şəhərin  bir  neçə  darvazası  var:  Astara  darvazası,  Alaqapı 

darvazası, Üçdükan Alaqapısı, Dərvazayi-Mişkin, Dərvazayi-  

Təbriz. Darvazaların qapısı var və qapılarda gözətçi dayanır. 

 

İllik tədarüklər və çörək bişirmə 

 

Dəyirmanda  növbəyə  dayanardılar.  Un  dartandan  sonra 

gətirib  evlərdə  kəndulara  tökərdilər.  O  zaman  hər  kəsin  evində 

bir  taxta  kəndu  olardı.  Onu  aşpazxanada  yerləşdirərdilər. 

Kəndunun  iki  qapısı  vardı.  Biri  üstə  ki,  unu  dəyirmandan 


 

380 


gətirəndən sonra oradan içəri tökərdilər. Biri də ətəkdə olardı ki, 

işlətmək üçün un istəyəndə o kiçik qapıdan götürərdilər.  

Hər  kəsin  evində  təndiri  olardı  və  çörək  bişirərdilər.  Bu  iş 

üçün bir üyüdən çörəkçi, bir vedrəçi və bir nəfər də kündəsalan 

olardı.  Xəmiri  adətən  gecə  elərdilər,  çörəkçi  və  köməkçiləri 

səhərəcən oyaq qalardılar. Ev yiyəsi onlara yağ və şəkər verərdi. 

Onlar  xəşil  bişirib  yeyərdilər.  Səhərəcən  başlarını  qatmaq  üçün 

çay,  qış  fəslində  badam  və  girdəkan  içi  yeyərdilər.  Bəzən  də 

nağıl deyərdilər. Xəmir eləyəndə deyirdilər ki, bir ayağı  yüngül 

gəlsin  üstünə.  Səhər  vaxtı  dünyaya  gələn  adamın  ayağı  yüngül 

olur. Əgər belə adam iş üstünə gəlsə işləri yüngül keçər. Çörəyi 

hər on beşdə, ya ayda bir bişirərdilər. Təndir iki dənə olardı: biri 

böyük təndir; biri də xırda təndir. Kiçik təndirdən bişirmək üçün 

istifadə edərdilər. Külüçə bişirəndən sonra bir  böyük kaşı  hədik 

aşı  bişirərdilər.  Bu  aşı  nahara,  ya  da  şama  yeyərdilər.  Aşı 

bişirmək üçün ona paxla ləpəsi, yarma, buğda yarması, noxud və 

düyü  qatıb,  sonra  sarı  yağ  və  su  da  ona  artırardılar.  Çörəyi 

bişirəndən  sonra qurudub  yığardılar. Gündəlik ehtiyacları qədər 

su səpib yumşaldar və sonra yeyərdilər.  

 

Başqa il hazırlıqları 



 

Altı  batman  əriştə  kəsib,  qurudardılar.  Əriştənin  yarısını 

plov, yarısını da əriştə aşı üçün ayırardılar.  

18  kilo  mühəmmədi  gülü  alıb,  onun  gülabın  çəkərdilər. 

Ondan  orucluq  ayında  firni  üçün  istifadə  edər  və  məhərrəm 

ayında  rövzədə  paylardılar.  Bir  və  ya  iki  dənə  qoç  alıb  kəsər-

dilər.  Ətini  qış  qovurması  üçün  tikə-tikə  doğrayıb,  soğanla  qo-

vurardılar,  küpələrə  yığıb,  qışda  ondan  xuruşt,  abgüşt  bişirər-

dilər. Qoçu soyan zaman onun dərisini çıxardardılar. Bu dəridən 

penir  yığmaq  üçün  istifadə  edərdilər.  Dəridən  ayran  tökmək 

üçün  də  istifadə  olunardı.  Beş  banka  turşu,  beş  banka  mürəbbə 

düzəldib, qışa saxlayardılar. 5-6 xalvar kömür alıb arıdardılar və 

sonra  onu  quru  yerdə  saxlayıb,  qışda  kürsüyə  qoyardılar. 


 

381 


Kömürün  ovağını  yumrulayıb  kündə  kimi  düzəldərdilər.  Quru-

yandan  sonra  manqala  xəkənin  altından  düzərdilər.  O  qızarıb, 

kürsünü yaxçı isti eləyirdi. 

İldə  lazım  olduqları  qədər  buğdanı  düyü  kimi  məcməyidə 

arıdıb, sonra yuyub quruyandan sonra dəyirmanda dartırardılar.  

İldə 15 kisə düyü alıb, arıdıb, qəlbirə vurar, qablara yığıb il 

ruzamarı eləyərdilər. 7-8 xalvar odun yardırıb ocaq və peç üçün 

anbara yığardılar, qışda yandırardılar.  

2  tay  yerkökünü  torpağa  quylardılar  ki,  qışda  bişirib 

yesinlər.  Yerkökünü  bəzi  vaxtlarda  saman  içində  saxlayardılar. 

Astara  şəhərində  qovunu  saxlamaq  üçün  tor  toxuyardılar.  Və 

qovunu  torun  içində  zirzəmidə  göydən  asardılar.  Üzümləri 

tavandan  asar  və  qışa  saxlardılar.  Girdəkan  qurudub  qablara 

yığar, il boyu fisincan bişirən zaman istifadə edərdilər.  

 

Həzrəti-Xızır nəbiyə inanışlar  

və onun üçün olan nəzirlər 

 

Həzrəti-Xızır  nəbiyə  nəzir  edən  şəxslərin  nəzirləri  qəbul 

olsa  idi,  Həzrəti-Xızır  adına  qovud  qoyardılar  və  qonum-

qonşuya,  qohum-əqrəbaya  paylardılar.  Qovud  düzəltmək  üçün 

noxud və buğdaya qənd ya şəkər qatıb dartar, onu bir təştin içinə 

töküb  üstünə  bir  parça  salar,  otaqda  süfrə  açıb  süfrənin  içinə 

qoyardılar.  Onunla  bərabər  aftafa-ləyən,  canamaz,  daraq,  ayna 

və bir qayçı qoyardılar. Üstünə bir pərdə çəkərdilər. Bir çıraq da 

yandırıb,  yanıq  qoyub,  qapını  bağlayıb  gedib  yatardılar. 

Əqidələri  var  idi ki, Həzrəti-Xızır  nəbi gələr və aftafa-ləyəndən 

istifadə  edib,  dəstəmaz  alıb,  orada  olan  canamazla  namaz 

qılardı.  Gülabdan  gülab  töküb  üzünə  çəkər  və  aynaya  baxıb 

başını darayardı. Sonra qayçı  ilə  bir  əlini qovudun üstünə  basar 

və  beləliklə,  Həzrəti  Əlinin  rəddi  qovudun  üstünə  düşər,  qovud 

təbərrük olardı. Bundan sonra qovuddan boşqab-boşqab qonum-

qonşuya  göndərərdilər.  Qışda  böyük  çillədən  4  gün  qalanda  və 

kiçik çillənin əvvəl dörd günlüyünü xeyirli günlər sayırdılar. O 8 


 

382 


günün  içində  Allah-təalanın  icazəsilə  yerə  gizli  nəfəs  gəlir  və 

yer bala-bala buğlanır, qar əriyirdi. Böyük çillədən 10 gün qalan 

günlərə  deyirlər  kürd  oğludur.  Bu  günlərdə  havada  külək  olur, 

Kürdoğlu  günləri  və  adı  barədə  bir  hekayə  vardır.  Deyirlər  bir 

kürd  oğlu  var  imiş.  Onun  anası  istəyir  onu  evləndirsin.  Şama 

qonaq  çağırar  və  oğlundan  istəyir  ki,  getsin  qonşu  kənddən 

qazan gətirsin. Oğlan gedir, qazanı alır və evlərinə sarı yollanır. 

Yolda  külək  başlayır.  Kürdoğlu  görür  külək  tezliklə  kəsilən 

deyil,  yerə  əyləşir  və  qazanı  başına  çevirir.  Səhərə  kimi  bu 

halətdə qalır. Səbuh adamları dalısınca gedirlər. Yerə baxa-baxa 

gedirmişlər  ki,  onun  ölüsün  tapsınlar.  Görürlər  ki,  bir  yerdə 

qaraltı görsənir. Yaxınlaşıb görürlər ki, Kürdoğlunun nəfəsindən 

qazanın  həndəvəri  bir az  ərgindir. Yol açır və onu diri görürlər. 

Sonra  anasına  muştuluq  aparırlar.  Anası  deyir  ki,  mən  saçımı 

suya  salmışdım,  amma  saçım  donmamışdı.  Mən  bundan  bildim 

ki,  oğlum  üçün  bir  xətər  yoxdu.  Əgər  donsa  idi,  xətərli  ola 

bilərdi.  Sonra  da  oğlana  toy  tuturlar.  Ona  görə  də  bu  günləri 

Kürdoğlu günü adlandırırlar.  

 

Müxtəlif inam və adətlər 

 

Bayramdan  45  gün  keçmiş  günə  erməni  xaçı  deyirlər. 

Rəvayətə görə guya erməni xaçını suya salar və ondan sonra bir 

yağış  yağar ki, onun adına  “leysan” deyirlər. Bir də deyirlər ki, 

ermənilər  bu  yağışın  suyundan  bir  qaba  yığıb  tüklərini  kəsib 

salırlar o yağışın suyuna və yer yağışdan doyandan sonra erməni 

xaçını sudan çıxardırlar. 

 Kiçik  çillə  deyib:  Əgər  böyük  çillənin  qüdrəti  məndə 

olsaydı  uşaqların  ayaqlarını  qundaqda  və  gəlinlərin  əllərini  yağ 

bardağında dondurardım. 

Yayın orta ayına xurma bişən ay deyirlər. Yayın orta ayında 

hərdən  bir soyuq düşür, ona  boran deyirlər. Keçmişdə  bir  nəfər 

çöldə bu borana rast gəlir, ayaqlarını soyuq alır. Bir məsəl də var 

deyirlər: “Niyə bizə gəlmədin, ayaqlaruvi boran almışdı?” 



 

383 


Xanımların boyluluq dövrləri 

və uşaqların dünyaya gəlməsi 

 

Xanımların yerikləri 40 gün sürür. Gərək boylu xanımları 4 

ay  bərk  qoruyasan.  Boylu  xanımları  qoymazdılar  ki,  bir  əxlaqı 

fasid  adamdan  tikə  alsın,  deyirdilər  əgər  pis  adamdan  tikə  alsa, 

uşaq  o  cəhətdən  həmin  şəxsə  oxşayar.  Həm  əxlaqi  cəhətdən, 

həm də zahiri  cəhətdən.  Əks sürətdə, əgər tikə  verən şəxs  yaxşı 

adam olsa, uşaq ona oxşayar.  

O  zaman  oxumuş  yox  idi.  Mamaçalar  təcrübəli  olurdular. 

Deyirlər  əgər  yerikləyən  zaman  narı  dənələyib  aynanın  üstünə 

töksən və üzüqoylu düşüb  əlin köməyi olmadan onu dodaqlarla 

yesən, uşaq gözəl olar. Nar qırmzı alma qabığı ilə yeyilsə, uşaq 

imanlı  olar.  Boylunu  heyvanlara  baxmaqdan  çəkindirərdilər, 

deyirdilər  baxan  surətdə  uşaq  onlara  bənzəyər.  Əgər  uşaq  sağ-

lam olsa, üçüncü aydan boylu xanımın ürəyinin çırpıntısı artar.  

Niyar  kəndində  bir  imanlı  şəxsin  məqbərəsi  var.  Oranın 

İmamzadə  olduğuna  inanırlar.  O  zaman  boylu  xanımı  oraya 

aparardılar. Oranın xadimi bir tikə sapa dua oxuyardı ki, bu işin 

adına  ovsunlamaq  deyərdilər.  Ovsunlanmış  sapı  boylu  xanımın 

boynuna  salardılar.  Bir  dənə  də  qoyun  ürəyi  alıb  verərdilər, 

xadim  onu  da  ovsunlar  və  qəbrin  üstünə  sürtərdi.  Bir  zərrə  də 

torpaq  götürüb  ürəyin  üstünə  səpərdi  və  sonra  deyirdi: 

“Ovsunladım, apar bu ürəyi kabab elə, yaxçı olarsan”. Xanım da 

ürəyi  kabab  eləyib  yeyər,  sapı  da  boynundan  asardı.  Bir  azdan 

sonra deyərdi ürəyim aram oldu.  

9  aydan  sonra  doğum  zamanı  çatanda,  əlli-altmış  nəfər 

yaxın  adamları  nahara,  ya  da  şama  çağırardılar.  Mamanı  da 

çağırardılar.  O  gələndə  özü  ilə  bir  qalın  sap  gətirib,  ülgücü  o 

sapa  salıb  boynundan  asardı.  Bir  şam  kəllə  qənd  də  əlində 

olduğu  halda  içəri  girərdi.  Mama  bu  işi  xanımların  ilk  uşaqları 

olduğu zaman edirdi. O şalı  işıq üçün  və şirinini  şirinlik, təbrik 

üçün gətirərdi. Sonra zahının dalına bir  yumruq vurub, deyərdi: 

“Oba  köçdü,  sən  də  köç”.  Beləliklə,  xanımın  qarnındakı  uşağa 

sifariş edərdi ki, oba köçdü, sən də bu işıqlı dünyaya köç.  


 

384 


Qonaqlar bir böyük evə yığışardılar. Bir cecim gətirib, evin 

ortasına  salardılar.  Bir  məcməyini  də  onun  üstünə  qoyardılar. 

Bir  miqdar  da  kül  onun  içinə  tökərdilər.  Bir  kərmə  zahının  sağ 

ayağının  altına,  birini  də  sol  ayağının  altına  qoyardılar. 

Kərmələrin üstünə parça çəkərdilər. Zahının ən yaxşı paltarlarını 

geydirərdilər.  Bir  qırmızı  çadra  da  başına  örtərdilər.  Çadranın 

cinsi  atlaz,  ya  madamnandan  olardı.  Gəlinlik  gecəsinin  kələsini 

də  üzünə  salardılar.  Zahı  gərək  özünü  möhkəm  tutaydı.  İki  qız 

uşağı  əllərində  şam  onun  sağ-solunda  dayanardılar.  Qonaqlarla 

zahının arasına bir çadra çəkərdilər.  

Uşaq dünyaya qədəm qoyan kimi mama bir dənə böyük soğan 

gətirərdi.  Zahı  gərək  dişini  qabıqlı  soğana  basaydı,  amma 

qopartmamalıydı.  Soğanı  bir  kabab  şişinə  çəkirdilər.  Zahı  onu 

əlində  tutub  yavaş-yavaş  qabaqca  saldıqları  yorğan-döşəyə  sarı 

gedirdi. Sonra şişə çəkilmiş soğanı onun başının altına qoyurdular. 

Bu  vaxt  hamı  zahının  adını  Məryəm  çağırardı.  Zahını  yerinə  sarı 

aparan zaman biri ona deyirdi: “Məryəm”, o da deyirdi “bəli”. Dön 

daluva  bax.  Zahı  dönüb  dalına  baxar  və  üç  dəfə  bu  sözləri  təkrar 

edərdi. Bu sözlərin  mənası  budur ki,  yenə də gələcəkdə zahı uşaq 

sahibi  olsun.  Zahını  yerinə  salandan  sonra  şamları  söndürərdilər. 

Əlbəttə, şam yandırmaq, qırmızı paltar geydirmək ilk uşaq dünyaya 

gələn zaman edilərdi, sonrakı uşaqlarda bunu etməzdilər.  

Sonra mama əlinə bir kabab şişi götürüb, otağın divarlarına 

cızıq  çəkərdi.  O,  bu  işi  görən  zaman  bir  nəfər  ondan  soruşardı: 

“Niyə  cızıq  çəkirsən?”  O  deyərdi:  “Məryəm  hasarı  çəkirəm”. 

Onlar 3 dəfə  bu  işi təkrar edərdilər. Sonra bir  miqdar kəklikotu 

həm  zahının  üstünə,  həm  də  yerinə  və  otağa  səpərdilər.  Uşaq 

sahibi  olan  kişi  uşağı  üçgünlük  olan  kimi  bir  qurban  kəsərdi. 

Qurbanı  kəsmədən  əvvəl  onun  gözünə  sürmə  çəkərdilər.  Elə 

haman  mili  ilə  də  uşağın  gözünə  sürmə  çəkərdilər.  Qurbanın 

qanından da uşağın qaşlarının arasına sürtərdilər. Qurbanın ətini 

isə yoxsullara pay yollayardılar.  

Uşaq doğulan zaman qadına bir miqdar düyü verərdilər. O, 

gərək  düyünü  yeyəydi.  Onlar  bu  işi  çox  zəhmətlə  görərdilər. 



 

385 


Sonra  da  iki  xurma,  bir  piyalə  də  yağda  qovurulmuş  kişmiş 

verərdilər.  

Uşağın  göbəyini  kəsib,  bir  tay  başmağa  bağlar,  döşəyinin 

altına qoyardılar. Keçi qılından düzəlmiş qalın sap da paltarının 

altından uşağın qoluna bağlanardı. 

Doğuşdan sonra zahı iki saat oyaq qalmalı idi. Guya o yatan 

vaxt  albastı  gəlib  onun  ürəyini  aparar.  Bir  qızıl  da  otağın 

qapısının rizəsinə vurardılar ki, qulyabanunun gəlməsindən otağı 

qorusun. Deyirdilər ki, qulyabanu dəmirdən qorxar, qızılı görcək 

qaçar. Əgər o içəri girə bilsə, uşağa, anasına zərər yetirər.  

Bu  işləri  gördükdən  sonra  mama  gəlib  zahının  qarnı 

üstündə işlərdi, sonra ondan soruşardı ki, ağırsan, yüngül? O da 

deyərdi “yüngül”. 

Sonra  biri  muştuluqçu  kimi  gedib  qadının  yaxın  qohum-

qardaşına  xəbər  verərdi.  Əgər  uşaq  oğlan  olsaydı,  ona  yaxşı 

ənam verərdilər, əgər qız olsaydı, hamının ovqatı acı olardı. Zahı 

isə  bu  zaman  yatmaq  bəhanəsilə  yorğanı  başına  çəkib  ağlardı. 

Yanında  olan  əqrəbası  da  tutqun,  narahat  olardılar.  İlk  gün 

zahıya  yemək  üçün  quymaq  verərdilər.  İçmək  üçün  su  verməz-

dilər,  deyirdilər  su  başına  çıxar,  amma  istədiyi  qədər  ona  çay 

verərdilər, hərdən o gizlicə su götürüb içərdi. Zahı gərək on gün 

üzünə  su  vurmuyaydı.  Otağın  pəncərəsini  də  açmazdılar.  Zahı-

nın yanına gələn qonaq gərək qapı qabağında dayanaydı. Mama 

uşağı qucağında götürüb, qapı ağzına aparardı və uşağı yuxarıda 

tutardı  ki,  qonaq  onun  altından  içəri  girsin.  Deyirdilər  əgər 

qonağın  yanında  duası  olsa,  uşaq  dönər,  yəni  ölər,  ya  da  ki, 

yuxusu  olmaz.  Yeddi  gecəsində  uşaq  gərək  mama  nənənin,  ya 

da  başqasının  qucağında  saxlanaydı.  Çünki  gecəquşu  o  gecə 

gəlib, uşağın  başı üstündən sovuşub ona zəfər  yetirərdi. O quşa 

bəziləri şəbnərə deyirlər. Həmin gecə dama bir daraq sancar, bir 

qədər  də  darı  yerə  səpərdilər.  Bir  az  da  qabda  su  qoyardılar  ki, 

quş  gəlsə  o  darıdan  yesin,  uşağa  zəfər  yetirməsin.  Uşağın 

qundağında  bir  gözmuncuğu,  bir  dənə  al  muncuğu,  bir  qanlı 

babaqurlu, bir kəhraba, bir kəvaz muncuğu, bir göy muncuq, bir 



 

386 


şəvə, bir  balaca saat açarı, bir şəbəkərə quşunun  əli  və bir dənə 

də vanikad qoyardılar.  

Yeddinci  gecə  zahının  anası  qonaqlıq  üçün  hazırlıq  görüb, 

əlli-altmış  nəfər  qonaq  çağırardı.  Yaxın  qonaqlar  hərəsi  bir 

hədiyyə  gətirərdilər.  Məsələn,  paltar,  vanikad,  guşvarə,  şirni  və 

s.  Uşağı  bir  tirmə  çarqata  bükər,  aparıb  ağaların  məclisində  bir 

alim  şəxsin  qucağına  verərdilər.  O  şəxs  uşağın  qulağına  əzan 

deyib,  adını  əgər  qız  olsaydı  Fatma,  oğlan  olsaydı  Məhəmməd 

çağırardı.  Ondan  sonra  uşağı  xanımların  məclisinə  gətirərdilər. 

Böyük  ananın,  ya  bir  yaşlı  xanımın  qucağına  verərdilər.  Sonra 

deyirdilər: “Al bu uşağı, ver bu uşağı, Allah saxlasın bu uşağı”. 

Bu  işdən  sonra  uşağı  öpər,  bir-bir  qonaqların  qucağına 

verərdilər.  Bu  gecə  mama  nənə  gərək  uşağı  sübhə  kimi  yerə 

qoymayaydı.  Deyirdilər  qoyan  suratdə  uşağa  zəfər  toxunar, 

zahının  görüşünə  gələn  uzaq  qohumlar  da  hərəsi  şaxə  nabat 

gətirərdilər.  Bir  qran  pul  da  mama  nənəyə  verərdilər.  Mama 

nənəyə verilən pulun adına göbək pulu deyirdilər.  

Uşağın onuncu günü mama onu bazarlığa aparardı. O, əvvəl 

uşağı  hamama  aparardı.  Hamamın  xəzinəsinin  suyundan  bir  az 

götürüb, uşağın damağına sürtərdi. O sudan bir az da zahı üçün 

gətirərdi.  Sonra  uşağı  boyaqçı  yanına  aparardı.  Boyaçı  ipləri 

boyayan rəngdən götürüb barmağı ilə uşağın iki yanağına möhür 

kimi nişan vurardı. Bu işin müqabilində bir miqdar pul da alardı. 

Oradan  uşağı  karvansaraya  və  xarrat  bazarına  aparardılar. 

Bazardan  bir  dənə  taxta  qaşıq  alardılar.  Sonra  kuzə  bazarına 

gedib,  bir  miqdar  noxud  və  kişmiş  alar,  axırda  da  şirniçiyə 

gedib, bir az noğul alardılar. Oradan birbaş evə qayıdardılar.  

O  uşaqla  evə  çatan  kimi  qapıda  dayanardı.  Zahıya  xəbər 

verərdilər  ki,  onların  pişvazına  çıxsın.  Zahı  dayanardı,  əvvəl 

uşağı içəri keçirərdilər, sonra o içəri girərdi.  

Onuncu gün  gərək oğlanın  anası  qonaqlıq  versin. Mərasimə 

“Su  tökdü”  deyirlər.  Onlar  nahar  verib,  hamamı  qoruq  edirdilər. 

Hamama  getmək  mərasimi  nahardan  sonra olardı. Hamı  xəzinəli 

hamama  gedirdi.  Hamama  gedən  qonaqlar  zahı  ilə  birlikdə 



 

387 


gedərdilər. Bir nəfər 7 dənə girdəkan götürürdü. Yolda yeridikcən 

hərdən  birini  zahının  aya



 

388 


dayanardılar.  O  qız  da  axund  bacının  müqabilində  əyləşərdi. 

Axund Quranın əvvəlinci surəsini açıb deyərdi oxu. O oxuyardı və 

xəmmullah  kəlməsi  dilinə  gələndə  haman  axund  bacı  bir  əməlli-

başlı sillə o qıza  vurardı. O, uşaqların  mübəssər, nəzm  və  intizam 

məmuru  idi.  Bir  ipək  dəsmal  axund  bacının  əlinə  verərdi  və  o, 

uşağın iki əlin dəsmalla bir-birinə bağlardı. Haman dəsmal və sillə 

ki  axund  bacı  vurardı,  getmək  icazəsi  nişanəsi  idi.  Uşaqlar  da 

oxucunun  yanına  yığışardılar.  Tələbənin  əlləri  bağlı  olduğu  üçün 

xəlifə  onunla  yanbayan  gedərdi  və  ona  yardımçı  olardı.  Sonra 

hamılığnan  Quran  çıxan  qızın  evinə  yetişərdilər.  Qızın  anası 

onların qabağına çıxardı. O, əlində bir xələt gətirib xəlifəyə verərdi. 

Xəlifə  xələti  alandan  sonra  qızın  əllərin  açardı.  Sonra  anası  onu 

bağrına  basıb  nəvaziş  və  təqdir  edərdi.  Sonra  çağırılanlar  hamısı 

içəri keçərdilər və nahar edərdilər. Şirni, meyvə və çay ilə onlardan 

pəziralıq  edərdilər.  Axund  bacıya  da  bir  məcməyidə  nahar,  kəllə 

qənd və bir xələt, on tümən gümüş pul yollardılar.  

Qız  uşağı  Quranı  çıxan  kimi  təhsili  tamam  olunmuş 

sanılırdı  və  onun  ata-anası  ona  başqa  kitabı  oxumaq  və  ya 

məktub yazmaq icazəsi verməzdi.  

 

Qızlar və elçiləri 



 

Qız  12  yaşına  çatan  kimi  evdə  anaları  onlara  ev  süpürmək, 

qab yumaq, tikiş tikmək, ət asmaq və s. öyrədirdi. Bu zaman qıza 

elçi gəlmək zamanı idi. O zaman elçilər gəlib əyləşər və əvvəl bir 

az  su  istəyirdilər.  Qızın  anası  tez  bilərdi  ki,  bunlar  elçidir.  O, 

qızına deyirdi ki, su gətir. Qız gedib pal-paltarın dəyişib, sonra su 

əlində gəlib salam verərdi və gələnlərin hər birisin böyük bilsəydi, 

əvvəlcə suyu ona təklif edərdi. Qız ayaq üstə dayanardı ki, o, suyu 

içsin. Bu fasilədə gələnlər onun qədd-qamətinə baxardılar. Sonra 

başqalarına  da  su  təklif  edərdi.  Suyu  bir  böyük  kasada  gətirirdi. 

Bu mərasimdən sonra daha qız gözə görünməzdi.  

Sonra qızın anası onların kim olduğunu öyrənmək istəyərdi. 

Onlar  kim  olduğunu  deməzdilər.  Qızın  anasının  sualının  qaba-


 

389 


ğında  deyirdilər:  “Yenə  də  gələcəyik,  o  zaman  bilərsiz  və  ta-

nıyarsız”.  Bu  söhbətdən  sonra  durub  gedəndə,  əgər  görsəydilər 

ki,  başmaqlarını  cüt  qoyublar  etiraz  edərdilər  ki,  niyə  başmaq-

larımızı  cütdəyibsiz.  Biz  yenə  də  gələcəyik.  Bu  sözdən  məlum 

olardı  ki,  qızı  bəyəniblər.  Əgər  bəyənməsələr,  sözsüz  və  sakit 

gedərdilər.  Əgər  qız  çirkin  olsa,  yainki  anası  çox  hörmət  eləsə, 

gedib oğlana və anasına tərif edərdilər ki, bir anası var, bağlama 

bağlamışdı.  Əgər  dağdan  fırratsaydın,  gedib  dərənin  dibində 

qalardı və açılmazdı. Qız özü çox qabiliyyətli idi, çubuq istədik, 

gətirdi, gətirəndə əlində çox xoştərkib tutmuşdu. Əgər qız gözəl 

olsaydı deyirdilər: “Doşaba getdik, şansımıza mürəbba çıxdı”.  

Bəyənən surətdə 3 gündən sonra yenə də oğlanın bibisi ge-

dib söz açardı. Onun istəyinin qabağına qızın anası deyirdi hələ 

möhlət verin bizim qabaqda müsafirətimiz var. İyirmi gün sonra 

bir də oğlan evi gələrdi. Qızın anası deyərdi:  - Dədəsi deyir ki, 

hələ  uşaqdı  və  getməli  vaxtı  deyil.  Onlar  gəlib  bir  neçə  kişi 

yollayırdılar  qızın  dədəsinin  yanına.  O  da  bir  neçə  gün  möhlət 

istərdi  və  sonra  axtarışa  gedərdilər  və  oğlan  barəsində  məlumat 

toplayardılar.  Onun  əxlaqı  barəsində  istədiklərin  öyrənərdilər. 

Əgər yaxşı nəticəyə çatsaydılar, bu dəfə elçilər gələndə bir şaxə 

nabat onlara verərdilər. Bu müsbət cavab göstərmək üçün idi.  

Ondan  bir  neçə  gün  sonra  oğlan  evi  şirni  içmək  üçün  qız 

evindən  icazə  alardı.  Şirni  içdi  mərasiminə  hər  iki  tərəfdən  7-8 

nəfər  ağsaqqal  və  ağbirçək  çağırardılar.  Ondan  sonra  gəlinin 

görüşünə  gedərdilər.  Getməzdən  əvvəl  bir  kasa  nabat  sifariş 

verərdilər. Onu qarpız şəklində, yaqut rəngində düzərdilər.  

Bu mərasimdən üç həftə sonra şal, üzük aparardılar. Bunun 

üçün  bir  taqə  tirmə,  3  dəst  paltarlıq,  bir  dənə  üzük,  3  xalça 

aparırdılar. Şirniyə çağırılan qonaqlar kifayət qədər olurdu. Şal-

üzük  məclisinə  çalğı  da  aparırdılar.  Sonra  mərasim  başlanardı. 

Qayınana  gəlinin  məclisə  gəlməsini  istərdi.  Gəlin  üzük  saldı 

üçün içəri girərdi, onun başında çadra, üzü bürüklü olardı. Sonra 

qayınana  özü  üzüyü  gəlinin  barmağına  salıb,  bir  qırmızı  çarqat 

onun  çadrası  üstündən  başına  salar,  üzündən  öpüb,  qayıdıb 



 

390 


əyləşərdi.  Oğlan  evi  gətirdiyi  tirməni  gəlin  əyləşən  səndəlin 

üstünə  çəkərdi.  Gəlinin  baldızı  bir  az  noğul,  2  qran  xırda  pulu 

qarışdırıb, gəlinin başına səpərdi. Oğlanın bacısı sonra xonçanın 

yanında  əyləşərdi.  3-4  dənə  şirni  boşqaba  qoyub,  qonaqların 

qabağına  qoyardı.  Qonaqlar  şirnini  alıb,  dəsmallarına  yığarlar. 

Şirni  paylanandan  sonra  qonaqlar  gedərdilər.  Beləliklə,  məclis 

qurtarırdı.  Bir  neçə  həftə  sonra  damad  ətirdən,  dəsmaldan, 

sabun,  ya  corab  alıb,  verərdi  kiçik  bacısına  və  o,  gəlin  üçün 

aparardı. Bu zamana kimi nə oğlan qızı görərdi, nə də qız oğlanı. 

Qızı oğlana onun nənə, bibi, yaxud bacısı seçirdi.  

Gəlin  bir  müddət  adaxlı  qalardı.  Novruz  bayramında  ona 

bayramlıq  göndərərdilər.  Bayramlıq  bunlardan  ibarət  idi:  bir 

dəst paltar, bir qızıl qolbaq, bir  bulut şirni, bir batman düyünün 

plovu, neçə toyuq qıyməsı, balıq, kükü, kərə, mürəbbə və turşu. 

Oğlan adamları buna bayram plovu deyərdi.  

Bayramlığı  aparmaq  üçün  qabaqca  qız  evini  xəbərdar 

edərdilər.  Onlar  da  bu  mərasim  üçün  yaxın  qohumlarından 

çağırardılar. İki nəfər də oğlan evindən bayramlığı aparanlarınan 

gedərdi və şama da qalardılar.  

Orucluqda  da  oğlan  evi  iyirmi  nəfərlik  xörək  bişirib,  qız 

evinə  yollayırdı.  Buna  “İftar  aşı  yollamaq”  deyirdilər.  Bayram 

aşı  bunlardan  ibarət  idi:  Çilo  kabab,  kükü,  firni,  yoxdər  behişt, 

müşkü  firni,  həliləbadam,  rizə  küftə,  halva,  bal,  kərə,  mürəbbə, 

biləng,  qaymaq,  züləbya  və  bamiya.  Bunların  hərəsindən  bir 

bulut yollardılar.  

Əgər  gəlin  ilə  baldızı  birlikdə  bir  yerə  toya  dəvət olunsay-

dılar, qayınanası onunçün bir xonça şirni, bir qəvara parça və bir 

qızıl sancaq yollardı. Bunun adına “rüsum” deyirdilər.  

Ev  sahibinin  gəlini  ilə  qonaq  gəlini  bir  araya  gətirərdilər. 

Qonaq gəlinin xələtin cibinə, sancağın sinəsinə, şirnini də məclis 

əhlinə paylardılar. Onun baldızı qabağında oynardı.  

Oğlan  evi  təzə  gələn  meyvələrdən  bir  yeşik  qız  evinə  yol-

lardı və buna “nübarlıq” deyirdilər. İndi də bu rüsum vardır. Oğ-

lanın bacısı hərdən oğlanın tərəfindən bir kiçik hədiyyələrlə ge-



 

391 


dib  gəlinin  halın  soruşur.  Oğlanla  qızın  icazələri  yoxdu  ki,  bir-

birilə görüşsünlər. Oğlan öz ürəyində qızın qardaşını qıza oxşa-

dardı, amma qız onun qardaşını da tanımazdı ki, ona oxşatsın.  

Bir  müddət  sonra  oğlan  evindən  gəlib  kəbin  kəsmək  üçün 

icazə alardılar. Bu mərasimə “kəbin kəsdi” deyirdilər. Bu məra-

sim  üçün  də  bir  neçə  dəst  paltar,  üç  xonça  şirni,  bir  qızıl  saat, 

qənd, çay, işçilərə xələt bir ayna, bir cüt lalə, iki dənə vəziri şa-

mı,  bir zər, zivərlə  bəzənmiş  məcməyiyə qoyardılar. Üstünə bir 

qırmızı örtük çəkib, gətirərdilər, lalələri də əldə götürərdilər, bir 

məcməyiyə də  bir at yəhəri çevirərdilər. Bir şal da onun üstünə 

çəkərdilər.  Qayınananın  icazəsilə  gəlini  gətirib  yəhər  qaşının 

üstə  əyləşdirərdilər.  Sonra  kəbin  siğəsi  oxunardı.  Bir  nəfər 

mömünə  xanım  Həzrəti-Yusif  surəsini  oxuyardı.  Oxuduqca  bir 

kasa  suya  piləyərdi,  sonra  qızın  anası  o  suyu  bir  şüşəyə  töküb 

saxlayardı. Həna günü hamamda suyu gəlinin başına tökərdilər.  

Sonra  bir  neçə  xoşbəxt  xanımlardan  gəlinin  başı  üstə  ağ 

parça  tutardılar.  İki  nəfər  də  iki  tikə  qənd  götürüb,  parçanın 

üstündə  bir-birinə  sürtərdi.  Qəndin  tozu  töküldükcə,  onlara 

xoşbəxtlik arzu eləyirdilər.  

Kəbin  kəsildikdən  sonra  da  damadın  icazəsi  yoxdu  ki, 

gəlini görsün. Qonaqlara qulluq keçən məclislərdəki sayaq olar-

dı. Məclisdə olan xanımlar qonaqlıqda daddıqları  şirnidən evlə-

rinə də aparardılar. Bunu xoş yemək sayardılar. Bu mərasimdən 

bir  neçə  həftə  sonra  gəlinə  parça  aparmaq  üçün  icazə  alardılar. 

Buna  “parçakəsdi”  deyirdilər.  Bu  cəşn  təqribən  axır  cəşn 

sayılardı. Yenə də qonaq çağırardılar. Bu mərasimdə qonaqların 

sayı  daha  artıq  olardı.  Bu  cəşn  üçün  də  6  dəst  paltarlıq,  bir 

cəvahir, ya qızıl sinəzir, 4 xonça şirni, gəlinə layiq başqa ziynət 

şeyləri, qənd, çay, xələt qoyub bunları qız evinə yollardılar.  

Qonaqları  çağırmaq  üçün  bir  nəfər  işçi  yollardılar.  Və  o, 

qonaqları  dəvət  edərdi.  O,  hər  kəsin  qapısına  dəvət  üçün  getsə 

idi, hərə bir qran gümüş pul ona verərdi. Əgər biri pul verməkdə 

geciksəydi,  deyərdi:  xanım  nə  verəcəksən  ver,  çox  yerə  getmə-

liyəm.  


 

392 


Toyda  hədiyyə  üçün  oğlanın  yaxın  qohumları,  xanəvadəsi 

xələt,  ya  da  qızıl  sikkə  verərdi.  Qonaqlar  yığışandan  sonra  çay 

verilərdi.  

Gəlin  içəriyə  gələn  zaman  bərk  üzünü  bürüyərdi.  İki  nəfər 

onun  qollarından  yapışıb,  içəri  gətirər,  üstünə  tirmə  salınmış 

səndəlin  üstündə  əyləşdirərdilər.  Deməliyəm  ki,  gəlin  içəriyə 

sazla,  avazla  varid  olardı.  Gəlinin  səndəlisinin  sağ-solunda  2 

nəfər  dayanıb  yanıq  lalələri  tutardılar.  Əlbəttə,  gəlin  qayınana-

sının icazəsilə əyləşirdi.  

Oğlanın  bacısı  bir  boşqab rəngli  noğul, 2 qran gümüş pulu 

xırdalayıb,  gəlinlə  bəyin  başına  səpərdi.  Sonra  da  onların 

qabağında  oynayardı.  Oğlanın  bacısı  oynayandan  sonra  növbə 

qızın  bacısına  çatardı.  Ondan  sonra  yaxın  qohum-əqrəba 

oynayanlara şabaş verərdi. Çalğıçılara isə xələt verərdilər.  

Bundan  sonra  gəlini  başqa  bir  otağa  aparardılar.  Bu  dəfə 

növbə parçakəsdi üçün aldıqları paltarlığın göstərməsinə çatardı. 

Onlar  şirni  xonçalarını  əvvəlcə  gətirib  düzərdilər.  Sonra  hər 

şeydən qabaq bir bulut şirni bəy üçün ayırırdılar. Sonra bir nəfər 

oğlan  qabaqca  işarə  etdiyim  sayaq  xonçaların  şirnilərini  payla-

yardı.  Başqası  da  parça  xonçasının  qabağında  əyləşərdi.  Oğlan 

evi  tərəfindən  gələn  parçaları,  paltarları  göstərib,  axırda  da 

“mübarək olsun” deyirdilər. Qonaqlar hamısı birağızdan “müba-

rək olsun” deyirdilər.  

Bu  mərasimdən  sonra  növbə  sazəndələrə  yetişərdi.  Məmu-

lən onlar 3 nəfər olardılar, ikisi çalardı, biri oynayardı. Oynayan 

əvvəl  gedib,  dizi  üstə  qayınana  qabağında  oynayardı.  Qayınana 

əgər varlı olsaydı bir qızıl yarım əşrəfi onun alnına yapışdırardı. 

Pullu  olmayan  surətdə  bir  dənə  iki  qaranlıq  gümüş  sikkə  lütf 

eləyərdi. Əgər biri pul verməsəydi, o, etiraz edib deyərdi: “Niyə 

gəlib  tamaşa  edib  qulaq  asdın?”  Hətta  toy  sahibləri  onlara  pul 

verməzdilər.  Onlar  tamaşaya  gələnlərdən,  qonaqlardan  dövran 

yığardılar.  Dövrandan  sonra  qonaqlar  dağılışıb  evlərinə  yolla-

nardılar.  Onun  sabahı  3-4  nəfər  səliqəli  şəxslər  qayınana  ilə 

birlikdə nahara qız evinə gedərdilər. Oğlan evindən qayınanadan 



 

393 


başqa təkcə bir nəfər gedərdi, qalanı qız evindən olardılar. Qayı-

nana  seçən  parçalardan  gəlin  üçün  üç  dəst  paltar  kəsərdilər. 

Gəlin  o  paltarların  bir  dəstin  öz  gələcək  oğlunun  toyuna  saxla-

yardı.  Paltarın  2  dəstini  isə  geyərdi.  O  paltarlar  köhnələndən 

sonra  yenə  də  qayınananın  icazəsilə  parçalardan  bir  dəst  də 

paltar  tikdirərdi.  Paltarı  xəyyata  vermək  üçün  cümə  axşamını 

yaxşı gün sayardılar, onlar təqvimə baxıb saat xoşlar, deyərdilər 

ki,  qəmər  əqrəbdə  olsa  ulduzları  barışmaz.  Cümə  axşamını  toy 

üçün də münasib bilirdilər.  

Gündüz  gəlini  qız-gəlinlər,  bəyi  isə  cavan  dost-familləri 

hamama aparardılar. Hamamda gəlinin əllərinə, ayaqlarına həna 

yaxardılar.  Bu  mərasim  çalğıçıların  həmrahlığı  ilə  olardı.  Çağ-

rılan  qonaqları  şirin  çay  ilə  nəziralıq  edərdilər.  Bu  mərasimdə 

şam  da  yandırardılar.  Gəlin  əlini  başına  qoyardı,  biri  onun 

ovcunun  içinə  həna  tökərdi.  Qız-gəlinlər  o  hənadan  götürmək 

üçün  qapan-qapan  salardılar.  Ondan  hərəyə  bir  zərrə  yetişərdi, 

hər  kəs  barmağını  ona  batırardı.  Gəlini  yuyundurandan  sonra 

hamı  başına  yığışıb,  geyindirərdi.  Geyinəndən  sonra  başına 

çadra  salardılar.  Onun  üstündən  də  bir  duvaqlıq  çarqatı  başına 

salıb bir dənə kəllə də çarqatın üstündən üzünə salardılar. Kəllə 

zərli  sapla  toxunardı  və  ziynət  üçün  gəlinin  üzünə  salardılar. 

Gəlini  faytonda  əyləşdirərdilər.  Onun  o  tərəf,  bu  tərəfində  iki 

nəfər  yanan  şam  tutardı.  Damad  ilə  gəlinin  bacıları  onun  sağ-

solunda əyləşərdilər, fayton yola düşərdi. Gəlin faytonda qabaq-

da,  çağırılan  qonaqlar  da  piyada  onun  dövrəsində  hərəkət  edər-

dilər.  Qız  evinə  yetişən  kimi  bir  nəfər  evin  işçilərindən  üzərrik 

yandırardı.  Sazəndələr  də  çala-çala  evə  varid  olardılar.  Məşşatə 

gəlini bəzərdi. Gəlin qonaqların içində əyləşərdi, qız-oğlanlar da 

onun başına pul, noğul səpib oynayardılar.  

Qız evində də bu mərasim üçün oğlan evinə xonça bəzəyib 

göndərərdilər. Xonçaya bəy üçün şalvar, köynək, hamam hacatı, 

ətir, corab, dəsmal, tirmə göndərərdilər. Bəyi qardaşları, dostları 

sazəndələrin  həmrahlığı  ilə  hamama  aparıb  gətirərdilər.  Bəyin 

sag-solunda şam yandırardılar. Sonra qız evində



 

394 


qonaqların içinə gətirərdilər. Bəyin atası gəlib bir tirmə gətirərdi, 

o  tirməni  pərdə  kimi  tutardılar.  Onun  dalında  oğlanın  atası  qız 

evindən  gələn  paltarları  bəyə  geyindirərdi.  Aşıqlar,  sazəndələr 

çalıb  bəyin  boyuna  oxşardılar.  Oğlanın  qardaşı,  dostları 

qabağında oynardılar. Sağduş-solduş da pul, noğul paylardılar.  

Bir  gün  də  qız  evinin  cavanlarını  oğlan  evi  çağırardı.  Qız 

evi  də  oğlan  evinin  cavan  qız-gəlinlərindən  dəvət  edərdi.  Bu 

gecə şamdan sonra məclis artıq qızışardı. Hər iki evin qonaqları 

sübhəcən  çalıb-oynardılar.  Sübh  vaxtı  çalğıçılar  mürəxxəs  olub 

gedərdilər. Qonaqlar da dağılışardılar.  

Sabahı qız evi xəbər göndərərdi ki, axşama üç saat qalanda 

cehizi  yollayacağıq.  Bu  münasibətlə  oğlan  evinin  qonaqları  qız 

evi  elan  eləyən  saatdan  oğlan  evinə  yığışardılar.  Qızın  cehizi 

evdə  lazım  olan  tamam  vəsaildən  ibarət  olardı.  Qızın  cehizini 

beş-altı  xanım  gətirərdi.  Qızın  anası  qızı  üçün  qənd,  çay, 

hübubat  da  qoyardı.  O,  oğlanın  yaxın  qohumlarına,  işçilərinə 

xələt qoyardı. Cehiz ilə gedən xanımlar apardıqları vəsaili təhvil 

verərdilər, açıb bir-bir oğlan evinin qonaqlarına da göstərərdilər. 

Sonra da aparıb gəlinin evinə düşürərdilər.  

Əgər qız gətirən cehiz qayınananın istədiyi qədər olsaydı, o, 

çox  təşəkkür  elərdi,  amma  əgər  olmasaydı  deyirdi:  “Bir  qız 

almışıq, cehizi yox”. 

Ağaların,  xanımların  xələtin  bir  böyük  padnosa  (siniyə) 

qoyub,  üstünə  bir  tirmə  örtük  çəkərdilər.  Onu  bir  ağbirçək 

zənənlə  oğlan  evinə  göndərərdilər.  Oğlanın  anası  da  xələti 

gətirənə bir yaxçı xələt verərdi.  

Toy  gecəsi  aşpaz  ev  sahibinin  hesabına  30-40  şiş  kabab 

hazırlayıb  bişirər,  qonaqlara  yollardı.  O  kababdan  hər  kəs  bir 

tikə  götürər,  yerinə  pul,  ya  da  qızıl  qoyardı.  Bir  əmin  adam 

onları yığıb, aşpaza verərdi. Bu aşpazın ənamı sayılardı. Mən bir 

toyda  iştirak etmişdim. Orada kəndin kəndxudasının,  ərbabının, 

ağsaqqallarının  xanımları da  iştirak edirdilər. Yuxarıda dediyim 

kimi kabab gətirdilər. Hərə bir tikə götürdü, yerinə qızıl qoydu, 

kəndlilərin  biri  də  kabab  götürmüşdü,  o,  tez  durdu  ağzındakı 



 

395 


kababı çıxardıb  həyətə atdı. Mən soruşdum ki, kabab acı  idi ki, 

çıxardıb atdın? O dedi: “Yox, mən nə kabab yeyirəm, nə də qızıl 

verirəm”. Sonra artırdı ki: “Nə yaxşı udmamışam”. 

Toy  gecəsi  aşpaz  xələt  almıyınca  qazanın  ağzın  açmazdı. 

Bəyin  anası  xələt  verəndən  sonra  o,  qazanın  ağzını  açardı.  Qız 

evində  də  bu  tərtiblə  aşpaza  xələt  verilirdi.  Gəlini  bəxt  evinə 

köçürən  zaman  evlərinin  işçisi  gedib  qapını  iki  əlli  daraqlayıb 

deyirdi:  “Xələtimi  verməsəz, qoymaram gəlini aparasız”. Bəyin 

qardaşı, ya da dayı, əmisi onun xələtini verər, onu razı salardılar.  

Qədimdə  gəlini  şam  yeməyindən  qabaq  aparardılar.  Gəlini 

aparmaq  üçün  oğlanın  qohumlarından  böyük  bacısı,  xalası, 

dayısı  arvadı  ərlərilə  gələrdilər.  İki  nəfər  də  qonşu  məhlə 

ağsaqqallarından  gətirərdilər.  Gəlini  aparan  zaman  qız  evində 

siniyə  bir  şaxə  nabat  qoyub,  gətirib  oğlanın  bibi,  ya  xalasının 

qabağına  qoyardılar,  onlardan  xahiş  edərdilər  ki,  bundan  başqa 

onların  evindən  bir  şey  aparmasınlar.  Axı  qayda  idi  ki,  gəlini 

aparan zaman gəlinin dalınca gələnlər qız evindən bir şey oğur-

layırdı. Oğurlanan əşyanı oğlan evində gəlinə verərdilər.  

Oğlanın  bacısı  gəlinin  sağ  ayağındakı  corabına  bir  qızıl 

sikkə,  sol  ayağındakına  bir  gümüş  sikkə  salardı.  Etiqada  görə 

bununla  gəlinin  ayağı  düşərgəli  olardı.  Gəlinin  üzünü  bəzəyən 

zaman yəni qaşını, üzünü alan zaman, gərək məşşatə bəyin hesa-

bına bir qızıl sikkə gəlinin dilinin altına qoyaydı ki, o qaşını al-

mağa icazə versin. Sonra gəlini aparmaq üçün icazə alardılar. İki 

nəfər  onun  qolundan  yapışıb,  qonaqların  yanına  gətirərdi.  Bu 

vaxt  yeddi-səkkiz  oğlan  uşağı  əlində  ruman  gələrdi.  O,  4  metr 

qırmızı  rumanı  3  dəfə  gəlinin  belinə  bağlayıb  açardı,  hər  dəfə 

deyirdi: “Nənəm bacım düz gəlin, qəddi-qaməti düz gəlin, yeddi 

oğlan  istərəm, bircə dənə qız gəlin”. Sonra gəlinə deyirdi: “De-

yinən  o  adam  mənəm”.  Sonra  gəlini  dəhlizə  çıxardardılar,  atası 

ona  xeyir-dua  verib  deyərdi:  “Qızım  xoşbəxt  olasan,  yarıyasan, 

çox yaşayasan, qəyim-qədim olasan, ayağuvnan nemət aparasan, 

ruzulu  olasan,  səni  qayın  nənüvə  külfət  verim,  sahibuvin  itaə-

tində  olasan.  Allahı  yaddan  çıxartmayasan,  namazündə  tənbəl 



 

396 


olmayasan,  get,  səni  Allaha  tapşırıram.  Bu  ağ  paltarla  gedəsən, 

kəfənlə  çıxasan”.  Sonra  da  bir  həzin  əzan  onun  qulağına  oxu-

yardı. Qızını öpəndən sonra onu aparmağa icazə verərdi.  

Gəlini  aparanda  başına  bir  qırmızı  çadra  örtərdilər  ki, o  da 

üzünü  bərk  tutardı.  Çadranın  üstündən  bir  qırmızı  çarqat,  onun 

üstündən  də  kəllə  sallardılar.  Bir  nəfər  qabaqda  yeriyib  ayna 

tutardı.  İki  nəfər  də  sağ-solunda  şölə  tutardılar.  Gəlinin  üzü 

örtülü  olduğu  üçün  onun  əlindən  yapışıb  yeridirdilər.  Qabaqda 

bir  dərviş  qəsidə  deyirdi:  “Gəlin  gəlsin,  xeyir  görsün,  oğlu  da 

olsun”.  Hamı  bu  sözə  Allah-Allah  deyirdi  və  tez-tez  də  tilavat 

çevirirdilər.  Bəyin  evinə  çatanda  biri  qabağa  çıxardı,  səslənib 

deyirdi,  gəlin  gəlsin,  xeyir  görsün.  Camaat  da  Allah-Allah 

deyirdi. Bir  nəfər də qurban kəsirdi. Qurbanın  başını küçənin o 

tərəfinə, bədənin də bu tərəfinə qoyardılar. Gəlin gərək qurbanın 

başına dolanaydı. Bəyin sağduş ilə solduşı bəyi gəlinin pişvazına 

gətirərdilər.  Bəy  gəlinə  üç  alma  vurardı.  Almanın  bəziləri 

gəlinin  kürəyinə,  bəziləri  də  üzünə  dəyərdi.  Hərdən  də  almanın 

zərbəsindən  gəlinin  burnundan  qan  açılardı.  Gəlin  dəhliz  qapı-

sına  çatan  kimi  bəy  qaçıb  damdan  onun  başına  noğul  səpərdi. 

Qayınana da dəhlizdə bir dənə teşti üzüqoylu qoyub, gəlini onun 

üstündən keçirərdi. Bir nəfər də üzərrik yandırardı. Qayınana bir 

həvəng  dəstəsin  də  gəlinin  ayağına  yaxın  hərlədərdi.  Gəlini 

qonaq otağına aparıb üstünə tirmə çəkilmiş bir səndəlin üstündə 

əyləşdirərdilər.  Sonra  da  qonaqlara  şam  verilərdi,  bundan  sonra 

qayınana gəlinə icazə verərdi ki, hücrəsinə getsin.  

Toyun  sabahı  nahardan  qabaq  gəlinlə  bəy  gizlicə  qızın 

anasının  görüşünə  gedərdilər.  Qızın  anası  bir  tinə  qızıl  bəyə 

hədiyyə  verərdi.  Onlar  yarım  saat  əyləşib  qayıdardılar.  O  gün 

nahara qız evindən bir qədəh quymaq, iki kəllə qənd yollardılar. 

Nahar  üçün  yaxın  qohumlarından  da  qonaq  olardı.  Toyun 

sabahkı  gecəsində  40  nəfərin  şam  yeməyi  qız  evindən  oğlan 

evinə gələrdi. Bu mərasimin adına “Plov” deyərdilər. Oğlan evi 

gecə  üçün  qonaq  çağırırdı.  Qız  evi  də  5-6  nəfər  çağırıb  onları 


 

397 


oğlan  evinə  yollardı.  Bu  gecə  gəlin  də  süfrə  başına  gələrdi, 

amma qayınanasından üzün bürüyürdü. 

Onuncu  gündə  20-30  nəfər  yaxın  qohumlardan  nahara  qo-

naq  çağırardılar.  Oğlanın  bacısı  gedib  gəlini  qayınananın  hüzu-

runa  gətirərdi.  Bu  mərasimin  adına  “Əl  öpdü”  deyirdilər.  Gəlin 

əlində  bir  gülabdan  içəri  girərdi.  O,  yenə  də  üzü  bürülü  varid 

olar, başla salam verərdi, dillə salam vermək eyib sayılardı.  

Gəlin varid olduğu kimi gərək əvvəlcə qayınanaya salam ve-

rə,  sonra da  əlindəki  gülabdan onun  əlinə töküb, onun  çiynindən 

öpərdi.  Qayınana  də  bir  qızıl  sikkə,  bir  qızıl  gərdəbdən  verərdi, 

gəlin  onun  əlindən  öpərdi.  Qalan  yaxın  adamlar  da  ona  qızıl 

hədiyyə  edərdilər.  Sonra  qayınana  ona  öz  mənzilinə  getməyə 

icazə  verərdi.  Əgər  toyun  üçüncü  günü  Novruz  bayramına 

rastlaşsaydı,  gəlinin  qayınarvadı  gələrdi,  bayram  təbriki  demək 

üçün  onu  qayınatalarının  yanına  aparardı.  Ona  nə  cür  təbrik 

deməyi  də  öyrədərdi.  Deyirdi  denən:  “Hacı  əmi  bayramın 

mübarək”.  Sonra  gəlin  qayınatanın  əlinə  gülab  tökərdi.  Bundan 

sonra qayınata ona icazə verərdi ki, öz mənzilinə  qayıtsın. Sonra 

qız  evi  qızları,  kürəkənlərini,  onun  ata-anasını,  başqa  yaxın 

adamlarını  məclisə  dəvət  edərdi.  Bu  mərasimə  “ayaq  açdı” 

deyirdilər. Bu gün üçün qızın dədəsi evinin ailəyə yaxın qonaqları 

olardı. Qızın dədəsi əgər varlı olsaydı, kürəkəninə bir at, ya da bir 

qiymətli hədiyyə verərdi. Olmayan surətdə bir qızıl sikkə verərdi. 

Ondan  iki  həftə  sonra  oğlanın  atası  qonaqlıq  edərdi.  Qız  evini 

çağırardılar. Bir qədimi adət də yadıma düşdü. O zaman adət idi 

ki, gəlin gərək əvvəl bir sikkə, ya bir üzük bəydən alsın.  

Gəlin  xanım  bir  neçə  həftə  toydan  sonra  ev  əhlinin  yanına 

gələr,  onların  xidmətində  olardı.  O,  evdə  olan  ev  işlərini  öz 

öhdəsinə  götürərdi.  Gəlin  gərək  sübh  tezdən  yuxudan  dura, 

qayınananın,  qayınatanın  dəstəmaz  sularını  hazırlayaydı. 

Onların  aftafalarını  doldurub  dəsşuyə  qoyurdu,  başmaqlarını 

cütləyirdi, canamazlarını döşəyirdi, qəlyanaltılarını verirdi. Əgər 

qəlyan  çəkən,  ya  çubuq  çəkən  olsaydılar,  gərək  onlar  üçün 

amadə edəydi. Qayınatası sübh evdən çıxıb işinə gedəndən sonra 



 

398 


ərinin  qəlyanaltısını  verib,  özü  də  yeyərdi.  Sonra  qayınananın 

buyruğu  ilə  nahar,  şamı  hazırlayırdı.  Şam  yeməyini  verəndən 

sonra ona icazə verilərdi ki, gedib yatsın. Hələ bu mərhələdə də 

gəlin onlarla danışmazdı.  

Bu dövran yaşamanın müxtəlif səbəbləri var idi. Bir səbəbi 

oğlanların  savadsızlıqları,  digər  səbəbi  də  onların  sənət  sahibi 

olmamaları  idi.  Çox  zaman  onların  özlərinin  gəlirləri  olmazdı, 

onlar  fəqət  bir  cür  bağ  avarası  idilər.  Özləri  ehtiyac  içində 

yaşayar,  gedib  qız  da  alıb  gətirərdilər.  Onların  tamam  xərc-

məxaricləri qızın ata-anasının öhdəsinə düşərdi.  

O  zaman  gəlinin  ixtiyarı  yox  idi  ki,  hamama  getmək  üçün 

ərindən pul alsın. O, bir yerə getmək istəsəydi, əgər evdə baldızı 

olsaydı,  gərək  ona  deyəydi.  Baldızı  olmayan  surətdə  sözünü 

evin  külfətinə  deməli  idi.  O  da  gedib  gəlinin  sözünü  qaynana-

sına  deyirdi.  Əgər  valideynlər  icazə  versəydilər,  gedərdi,  əgər 

verməsəydilər yox. Hörmətli şair buyurub: 

Eyləyən şirləri tülküməcaz. 

Ehtiyacdı, ehtiyacdı, ehtiyac. 

Gəlinin əzandan sonraya çöldə qalmağa haqqı yox idi. Əgər 

getdiyi  yerdən  gec  evə  qayıtsaydı  qayınanası  əsəbiləşərdi.  Gə-

linlər  evdə  üz  bürüyürdülər.  Dil  açıb  danışırdılar.  Uşaqların 

adını qayınananın qayınatanın yanında çəkməzdilər, özlərinin də 

danışmağa haqqları yox idi. Onlar bütün işlərini qayınanalarının 

məsləhəti  ilə  görürdülər.  Qayınana  öləndən  sonra  bir  qədər 

azadlığa  çıxardılar.  Əlhəmdulullah,  indi  elə  deyil.  Cavanların 

əksəriyyəti savad sayəsində çox anlayan, şüurlu olublar, müxtə-

lif  sənətlərlə  məşğuldular. Qədimdəki  çətinliklərdən qurtarıblar. 

Allah tamam cavanları hifz eləsin.  

 


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin