Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə73/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   69   70   71   72   73   74   75   76   ...   538
Ə d ə b i y y a t

Əhmədova, C. Rafiq 

Əzimov - Səhnəmizin 

əzmkar sənətkarı [Mətn] 

/C.Əhmədova //525-ci 

qəzet.- 2011.- 21 may.- S.19.

Rəhimli, R. Yeddi oğuldan 

biri [Mətn] /R.Rəhimli        

//Azərbaycan.-2008.- 18 

aprel.-S.7. 

Rafiqqızı, N. Rafiq Əzimov 

yeni filmə çəkilir: Aktyor 

yaradıcılığındakı yenilikləri 

eksklüziv olaraq “Olaylar”a 

danışdı [Mətn] /N.Rafiqqızı 

//Olaylar.-2009.- 17 dekabr.- 

S.11.

İ n t e r n e t d ə

www..anl.az

www.adam.az

www.az.wikipedia.org

www.mct.gov.az

6

Aktyor


54

Teatr.Kino

95 

illiyi

Sofiya Bəsirzadə 

1918 - 2000 

FEVRAL

Sofiya Bəşir qızı 

Bəsirzadə 

(Vəzirova) 1918-ci il fevral ayının 28-

də Kazan quberniyasının köhnə Çukan 

kəndində doğulmuşdur.  İki yaşında 

olanda ailəsi Bakıya köçmüş  və Sofi-

ya xanım azəri türkcəsini mükəmməl 

öyrənmişdir. Bakıdakı 3 saylı beynəl-

miləl məktəbdə ibtidai təhsil almışdır. 

Sonra 134 saylı məktəbdə orta təhsilə 

yiyələnmişdir. Yuxarı siniflərdə oxu-

yanda dram dərnəyinə üzv olmuşdur. 

Əsl soyadı  Vəzirova olsa da atasının 

nəsil  şəcərəsinə görə tamaşaçılar ara-

sında “Bəsirzadə” kimi tanınmışdır. 

Bəzi proqram və afişalarda adı “Sofa” 

kimi də yazılmışdır. Teatr kollektivində 

də ona “Sofa xanım” deyə müraciət 

etmişlər. Səhnədə bir-iki cümləsi olan 

personajlar da ifa etmiş, xarakterik 

dramatik obrazlar da oynamışdır. Əsas 

cəhət odur ki, aktrisanın daxili im-

kanlarının zənginliyi müxtəlif səpgili 

rolların ifası üçün yararlı idi. Səhnə 

görkəminin təravəti həmişə göz oxşa-

mış, çevik plastikası heyranlıq doğur-

muşdur.


 1936-cı ildə Mirzə  Fətəli Axund-

zadə adına Bakı Teatr Məktəbinə da-

xil olmuşdur. Həmin ilin noyabrından 

başlayaraq AMDT-nın tamaşaların-

da kütləvi səhnələrdə, epizodik rol-

larda səhnəyə  çıxmışdır. 1938-ci il 

sentyabr ayının 1-də, üçüncü kursda 

oxuyarkən tələbə-aktrisa AMDT-nın 

aktyor truppasına qəbul edilmişdir. 

Yüzdən çox obrazın ifasında səhnəyə 

çıxan Sofa Bəsirzadənin Nisə xa-

nım (“Lənkəran xanının vəziri”, 

M.F.Axundzadə), Sevər, Gülgün, Tan-

ya, Gülsabah, Gülnisə (“Oqtay Eloğ-

lu”, “Od gəlini”, “Yaşar”, “Dönüş” və 

“Solğun çiçəklər”, C.Cabbarlı), Nina, 

Rübabə (“Şeyx Sənan” və “Səyavuş”, 

H.Cavid), Məryəm, Tamara, Tatyana 

(“Fərhad və  Şirin”, “Vaqif” və  “İn-

san”, S.Vurğun), Səadət (“Müsibəti-

Fəxrəddin”, N.Vəzirov), Xanın qızı, 

Pəri cadu (“Köhnə dudman” və “Pəri 

cadu”,  Ə.Haqverdiyev), Anna Dmit-

riyevna (“Canlı meyit”, L.Tolstoy), 

Fedra, Esrelya  (“Dəlilər”, “Sevilya ul-

duzu”, L.Veqa), Aybəniz (“Cavanşir”, 

M.Hüseyn), Peyanira (“Mehmanxana 

sahibəsi”, K.Haldoni) və s. rolları ifadə 

vasitələrinin zənginliyi baxımından hər 

zaman seçilmişlər. Sofiya Bəsirzadə 

ondan artıq bədii  filmə  çəkilmiş, te-

atr səhnəsində 62 ildən çox fəaliyyət 

göstərmişdir.

1992-ci ildən ömrünün son illəri-

nədək o, Bakı Bələdiyyə teatrında ça-

lışmışdır.

 30 aprel 1955-ci ildə Azərbaycanın 

Əməkdar artisti, 1 iyun 1974-cü ildə 

Xalq artisti fəxri adı ilə təltif edilmiş-

dir. Sofiya Bəsirzadə 2000-ci il yanvar 

ayının 4-də Bakıda vəfat etmişdir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin