Teqvim2013. pdf


Milli Qəhrəman 56



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə76/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   72   73   74   75   76   77   78   79   ...   538
7

Milli Qəhrəman


56

Milli Qəhrəmanlar 

50 

illiyi

Əfqan Hüseynov 

1963-1992  

FEVRAL

Əfqan Qaraxan oğlu Hüseynov 

 

1963-cü il fevral ayının 24-də Bakı 



şəhərində anadan olmuşdur. 1980-

cı  ildə  C.Naxçıvanski  adına hərbi 

təmayüllü orta internat məktəbində 

təhsilini başa vurmuş, sonra Bakı 

Ümumqoşun Komandirləri Məktəbinə 

qəbul olmuş  və tağım komandirinin 

müavini təyin edilmişdir. 1984-cü 

il tarixində SSRİ Müdafiə nazirinin 

əmrinə  əsasən ona leytenant hərbi 

rütbəsi verilmişdir. 

11 oktyabr 1985-ci il tarixindən 

25 iyun 1987-ci ilə kimi Əfqanıstan 

Demokratik Respublikasında gedən 

döyüşlərdə  fəal iştirak etmiş  və  ağır 

yaralanmışdır. Onun döyüş xidməti 

yüksək qiymətləndirilmiş, “Qırmı-

zı ulduz” ordeni ilə  təltif edilmişdir. 

1986-cı ildə ona baş leytenant rütbəsi 

verilmişdir. 

O, 1988-ci ildə C.Naxçıvanski 

adına Bakı  hərbi təmayülli məktəbə 

tərbiyəçi bölük komandiri təyin edil-

miş və növbəti kapitan hərbi rütbəsini 

almışdır. Yüksək dərəcəli biliyə malik 

bir zabit olduğu nəzərə alınaraq Hü-

seynov Əfqan Qaraxan oğlu 02 dekabr 

1991-ci ildə Azərbaycan Respublikası 

Milli Təhlükəsizlik Nazirliyinin 1-ci 

şöbəsində döyüş hazırlığı üzrə baş za-

bit vəzifəsinə təyin edilmişdir.

1991-ci il dekabr ayının 25-də 

Azərbaycan Respublikası Milli Qvar-

diyasının yaranması ilə əlaqədar olaraq 

bir çox bacarıqlı zabitlər Qvardiyanın 

təşkili işlərinə cəlb edilmişdir. Hüsey-

nov Əfqan Qaraxan oğlu 21.01.1992-ci 

ildə Milli Qvardiyanın sıralarına daxil 

olmuş, Milli Qvardiya alayına koman-

dir təyin edilmişdir

Ə.Hüseynov 1992-ci il noyabr ayı-

nın 1-də Qubadlı rayonunun Səfiyan 

və Quşçular kəndlərinin müdafiəsi za-

manı qəhrəmancasına həlak olmuşdur.

Ailəli idi. Bir övladı var.

Azərbaycan Respublikası Prezi-

dentinin 15 yanvar 1995-ci il tarixli 

262 nömrəli Fərmanı ilə Hüseynov 

Əfqan Qaraxan oğlu ölümündən sonra 

Azərbaycanın Milli Qəhrəmanı  fəxri  

adına layiq görülmüşdür.

Xüsusi Dövlət Mühafizə Xidməti 

rəisinin 09 mart 1995-ci il tarixli 63 

saylı  əmri ilə Azərbaycanın Milli 

Qəhrəmanı mayor Hüseynov Əfqan 

Qaraxan oğlu əbədi olaraq Milli Qvar-

diyanın  şəxsi heyətinin siyahısına sa-

lınmışdır.

Göstərdiyi qəhrəmanlıqlara görə 

orden və medallarla təltif edilmişdir. 

Bakı şəhərinin Şəhidlər Xiyabanın-

da dəfn edilmişdir. 

C.Naxçıvanski adına liseydə  və 

Xüsusi Dövlət Mühafizə Xidməti Milli 

Qvardiyası idarəsində onun büstü qo-



yulmuşdur.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin