Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə72/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   68   69   70   71   72   73   74   75   ...   538
Ə d ə b i y y a t

Əfəndiyeva, R. Vətəndir 

Arifin səsi [Mətn] 

/R.Əfəndiyeva.- Bakı: 

Nurlan, 2006.- 192 s.

Qarabağ xanəndələri 

[Elektron resurs] /layih. 

rəhb.  və müəl. YUNESKO-

nun Xoşməramlı Səfiri 

Mehriban xanım Əliyeva; 

layih. koord. T.Məmmədov; 

layih. iştirakçıları: 

Azərbaycan Respublika-

sı Dövlət Televiziya və 

Radio Verilişləri Şirkəti

Azərbaycan Dövlət Mu-

siqi Mədəniyyəti Muze-

yi; Azərbaycan Dövlət 

Səsyazmalar Arxivi.- Bakı, 

2005.- 24 elektron. opt. 

disk (CD). 

Rəhimli, İ. Segah yanğısı 

[Mətn]: Azərbaycan SSR 

Xalq artisti Arif Babayev 

haqqında /İlham Rəhimli; 

red. Q.Aslanov; ön sözün 

müəl. H.Turabov.- Bakı: 

İşıq, 1991.- 156 s.

www..anl.az

20

Xanəndə


53

Teatr.Kino

75 

illiyi

Rafiq Əzimov 

1938 

FEVRAL

Rafiq Əşrəf oğlu Əzimov 1938-ci il 

fevral ayının 6-da Bakıda anadan ol-

muşdur. Burada 44 saylı orta məktəbdə 

təhsil almışdır. 

1958-ci ildə Mirzağa  Əliyev adı-

na Azərbaycan Dövlət Teatr İnsti-

tutunun dram bədii kino aktyorluğu 

fakültəsinə daxil olmuşdur.  İxtisas 

təhsilini görkəmli rejissor, Xalq artisti 

Məhərrəm Haşımovdan almışdır. 

1962-ci il sentyabr ayının 10-da 

Akademik Milli Dram Teatrının trup-

pasına qəbul olunmuşdur. O, qırx ildən 

çoxdur ki, fasiləsiz olaraq bu teatrın 

səhnəsində çalışır. 

Aktyor uzun illər Mədəniyyət 

İşçiləri Həmkarlar İttifaqı Mədəniyyət 

Evinin nəzdindəki “Damğa” teatrının 

rəhbəri olmuşdur. Burada məsxərə, 

məzhəkə, səhnə felyetonu, qəzet-

publisistika janrında kiçik həcmli

satirik tamaşalar hazırlamışdır. Eyni 

zamanda Şıxəli Qurbanovun “Sənsiz”, 

İlyas  Əfəndiyevin “Məhv olmuş 

gündəliklər”, Nahid Hacızadənin 

“Məhəbbət yaşadır” dramlarına səhnə 

quruluşu vermişdir. 

Rafiq  Əzimov Azərbaycan Dövlət 

Televiziyasında “Ömrün kino səhi-

fələri” silsilə verilişlərinin aparıcısı ol-

muşdur. “Lider” televiziyasında Seyid 

Əzim Şirvani haqqında “Aləmdə qalan 

səs”, “Mirzə  Ələkbər Sabir”, “Aşıq 

Molla Cümə”, “Səməd Mənsur”, Ab-

basqulu ağa Bakıxanov barədə “So-

nuncu orden” telefilmlərində aparıcı 

rollarına çəkilmişdir. 

Rafıq Əzimov əsasən epizodik rollar 

ifa etsə də, hər təzə teatr mövsümündə 

repertuarla daha çox məşğul olan akt-

yorlardan sayılır. Tələbə vaxtı Aka-

demik teatrın tamaşalarının kütləvi 

səhnələrində oynayan aktyor kollektivə 

üzv olanda əvvəlcə repertuardakı hazır 

tamaşalara əlavə ifaçı kimi daxil edil-

miş, 14 iyun 1963-cü ildə ilk müstəqil 

rolunu - Kalandarionu (“Dəlilər” ta-

maşasında) oynamışdır. 

Teatr aktyoru olan Rafiq  Əzimov 

eyni zamanda “Azərbaycanfılm” ki-

nostudiyasında “Yeddi oğul istərəm” 

(Şahsuvar), “Xatirələr sahili” (Vəli), 

“Qızıl qaz” (Gündüz), “Ömrün ilk 

günü” (Sadıq), “1001 -ci qastrol”, “Ar-

xadan vurulan zərbə” (müstəntiq Hü-

seynov), “Babək” (Saray şairi), “Ad 

günü” (Səlim), “Lenfılm”də “Mənim 

əziz atam” (Əli dayı) və s. fılmlərə 

çəkilmişdir. 

Azərbaycan Dövlət Televiziyasında 

hazırlanan Süleyman Saninin “Dibdat 

bəy” (Dibdat bəy),  İslam Səfərlinin 

“Göz həkimi” (İvanov), Üzeyir bəy 

Hacıbəylinin felyetonları  əsasında 

“Ordan-burdan” (İsmayıl) teletamaşa-

larında oynamışdır. 

Sənətdə qazandığı  nailiyyətlərə 

görə Rafiq  Əzimov 1982-ci ildə 

Azərbaycan Respublikasının Əməkdar 

artisti, 2000-ci ildə Xalq artisti fəxri 

adlarına layiq görülmüşdür.

Prezident təqaüdçüsüdür.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin