Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə70/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   66   67   68   69   70   71   72   73   ...   538
Ə d ə b i y y a t

Архитектура древнего 

и раннесредневекового 

Азербайджана [Текст]  

/Д.А.Ахундов.- Баку: 

Азербайджанское 

государственное 

издательство, 1986.

К вопросу о “спорных” 

моментах в истории 

культуры Кавказской 

Албании [Текст]            

/Ахундов Д.А., Ахундов 

М.Д. //Известия АН 

АзССР. Литература, 

язык и искусство.- 

1986.- №2.- С.104-115.

Axundov Davud Ağa oğlu 

[Mətn] //Azərbaycan 

Milli ensiklopediyası: 

çoxcildli.- Bakı,2009.-

C.I.- S.217.

İ n t e r n e t d ə

www..anl.az

az.wikipedia.org

www.selydoull.info

14

Memar

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq


51

95 

illiyi

Qara Qarayev 

1918 -1982   

FEVRAL

Qara  Əbülfəz oğlu Qarayev 1918-

ci il fevral ayının 5-də Bakı şəhərində, 

gör-kəmli həkim, professor Əbülfəz 

Fərəc oğlu Qarayevin ailəsində anadan 

olmuşdur. 

O, ilk musiqi təhsilini Azərbaycan 

Dövlət Konservatoriyası  nəzdindəki 

fəhlə fakültəsində almış, daha son-

ra bəstəkarlıq üzrə professor Rudolf-

dan və Azərbaycan xalq musiqisinin 

əsasları üzrə Ü.Hacıbəylidən dərs al-

mışdır. 1941-ci ildə Q.Qarayev Cövdət 

Hacıyevlə birgə P.İ.Çaykovski adına 

Moskva Dövlət Konservatoriyasında 

professor D.D.Şostakoviçin bəstəkarlıq 

sinfində təhsilini davam etdirmişdir.

Bəstəkarın şah əsərləri - “Yeddi gö-

zəl” və  “İldırımlı yollarla” baletləri, 

“Leyli və  Məcnun” simfonik poema-

sı ölkəmizin hüdudlarından çox-çox 

uzaqlarda - keçmiş Sovetlər məkanının 

müxtəlif  şəhərlərində, habelə Misir, 

Bolqarıstan, Rumıniya, Çexoslovaki-

ya və b. ölkələrin səhnələrində tama-

şaya qoyulmuş, müxtəlif beynəlxalq 

festivallarda ifa olunmuş qrammafon 

vallarına yazılmışdır. Ü.Hacıbəylidən 

sonra milli musiqimizin və Azərbaycan 

bəstəkarlıq məktəbinin inkişafında 

əvəzsiz xidmətlər göstərən Q.Qarayev 

öz əsərləri ilə Azərbaycanın sərhədlərini 

aşaraq dünya şöhrəti qazanmışdır.

XX  əsrin görkəmli bəstəkarı, ic-

timai xadim və  pedaqoqu, dərin  

düşüncəyə  malik, intellektual  musi-

qiçi – alim  və publisist Q.Qarayevin 

bir tək    Azərbaycan musiqisinin deyil

bütövlükdə müasir bəstəkar  yaradıcılı-

ğının inkişafındakı rolu əvəzsizdir. Onun 

özünəməxsus yaradıcılığı Azərbaycan 

mədəniyyətini dünyəvi musiqi prosesi 

ilə birləşdirən körpü rolunu oynamış-

dır. 


Q.Qarayevin görkəmli ictimai mu-

siqi xadimi kimi səmərəli fəaliyyəti 

çox diqqətəlayiqdir. O, uzun illər SSRİ 

Bəstəkarlar İttifaqının katibi, 1952-ci il-

dən ömrünün sonuna qədər Azərbaycan 

Bəstəkarlar İttifaqının sədri, Azərbaycan 

Respublikası Elmlər Akademiyasının 

akademiki, 1955-1976-cı illərdə IV-IX 

çağırışlar SSRİ Ali Sovetinin deputatı 

olmuşdur.

35 il Ü.Hacıbəyli adına Azərbaycan 

Dövlət Konservatoriyasının professoru 

kimi pedaqoji fəaliyyət göstərən Q.Qa-

rayev 70-ə qədər professional bəstəkar 

yetişdirmişdir. 

XX əsr Azərbaycan musiqi mədəniy-

yətinin inkişafındakı xidmətlərinə görə  

SSRİ Dövlət mükafatı laureatı, “Əməkdə 

igidliyinə görə” medalı, 1955-ci ildə 

Azərbaycan SSR-in Əməkdar incəsənət 

xadimi, 1958-ci ildə Azərbaycan SSR-

in Xalq artisti, 1959-cu ildə SSRİ Xalq 

artisti, 1961-ci ildə “Qırmızı  Əmək 

Bayrağı”, 1967-ci ildə “İldırımlı yollar-

la” baletinə görə Lenin mükafatı, 1971-

ci ildə “Oktyabr inqilabı” ordenləri ilə 

mükafatlanmış, 1978-ci ildə Sosialist 

Əməyi Qəhrəmanı adını almışdır. 

Qara Qarayev 1982-ci il may ayının 

13-də vəfat etmişdir.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin