Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə69/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   65   66   67   68   69   70   71   72   ...   538
Ə d ə b i y y a t

Hüseynova Elmira Mehralı qızı [Mətn] //Azərbaycan qadını ensiklopediyası.- Bakı, 2002.- S.177.

Hüseynova Elmira Mehralı qızı [Mətn] //Azərbaycan Sovet Ensiklopediyası:10 cilddə.-Bakı, 1987.- C.X.- S.290.

www..anl.az

Memar

Rəssam

12


50

95 

illiyi

Davud Axundov

 1918-2003 

FEVRAL

Davud Ağa oğlu Axundov 1918-ci 

il fevral ayının 14-də Bakı  şəhərində 

anadan olmuşdur. 

1942-ci ildə Azərbaycan Sənaye 

İnstitutunu bitirmişdir. 

Beynəlxalq  Şərq Akademiyasının 

fəxri üzvü olan Davud Axundov tarixi 

abidələrin bərpası istiqamətində böyük 

işlər görmüşdür. 1942-ci ildən layihəçi-

memar kimi əmək fəaliyyətinə başla-

mış, Bakıda, Sumqayıtda, Ağdamda, 

Mingəçevirdə  və digər  şəhərlərdə bir 

sıra yaşayış binalarının müəllifi ol-

muşdur.

1949-1963-cü illərdə onun layihələri 

əsasında Bakı Krasnovodsk (indiki 

Türkmənbaşı), Mahaçqala, Həştərxan 

və s. şəhərlərdə 100-dən artıq çoxmər-

təbəli yaşayış evləri (əsasən Bakıda) 

yataqxana, klub, sənaye binaları tikil-

mişdir.


1963-cü ildə Azərbaycan Politex-

nik İnstitutunda çalışmış, 1968-ci ildə 

namizədlik, 1980-ci ildə doktorluq 

dissertasiyasını müdafiə etmişdir.

1970-2003-cü illərdə Memarlıq 

konstruksiyaları kafedrasının müəllimi 

olmuşdur. Axundov qədim Azərbaycan 

memarlığının nəzəri məsələlərinə dair 

bir çox elmi əsərin müəllifidir. Qafqaz 

Albaniyasının bütpərəstlik və xristian-

lıq dövrü memarlığının ilk tədqiqatçısı 

olan Axundov memarlıqda bu 

istiqamətin  əsasını qoymuşdur. Onun 

“Qədim və orta əsrlər Azərbaycan 

memarlığı” (1986, rus dilində) adlı 

monoqrafiyasında Qafqaz Albaniyası 

dövründə Azərbaycan memarlığının 

inkişaf mərhələləri araşdırılmışdır.

Davud Axundov islamaqədərki 

və ondan sonrakı dövrün memarlıq 

abidələri ilə bağlı elmi araşdırmalar 

aparmışdır. 

Uzun illər alimlər Qız qalasının 

nə  məqsədlə tikildiyi və onun tarixi 

barədə mübahisələr aparılmışdır. Alim-

arxitektor, professor Davud Axundov 

yeni sensasiyaya səbəb olan nəzəriyyə 

irəli sürmüşdür. Onun nəzəriyyəsinə 

görə Bakının simvolu olan – Qız qa-

lası - əslində  zərdüştlük məbədi və 

qədim  rəsədxanadır. Bu fikir qalanın 

əvvəl qəbul olunmuş, tikilmə məqsədi 

təsəvvürlərinin tam əksi idi.

Qədim Qafqaz Albaniyasının mədə-

niyyətinə və incəsənətinə aid olan çox-

lu sayda elmi işlərin müəllifi, professor 

Davud Axundov kompyuter texnolo-

giyalarının köməyi ilə qalanın tarixi 

barədə yeni baxışa nail olmuşdur.

Azərbaycan memarlığının inkişa-

fındakı xidmətlərinə görə 1990-cı ildə 

Dövlət mükafatı laureatı olmuş, 2002-

ci ildə “Şöhrət” ordeni ilə təltif edilmiş, 

elə həmin ildən Azərbaycan Respubli-

kası Prezidentinin fərdi təqaüdçüsü ol-

muşdur.


Davud Ağa oğlu Axundov 2003-cü 

il noyabr ayının 19-da vəfat etmişdir.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin