Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə75/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   71   72   73   74   75   76   77   78   ...   538
İ n t e r n e t d ə

www.az.wikipedia.org 

www.milliqahraman.az

Milli Qəhrəmanlar 

25 

illiyi

Mübariz İbrahimov 

1988-2010

FEVRAL

Mübariz Ağakərim oğlu  İbrahi-

mov 1988-ci il fevral ayının 7-də 

Biləsuvar rayonu Əliabad kəndində 

anadan olmuşdur. 1994-2005-ci 

illərdə şəhid M.Piriyev adına Əliabad 

kənd orta məktəbində  təhsil almışdır. 

2005-ci ildə hərbi xidmətə çağırılmış, 

xidmətinə Daxili Qoşunların N say-

lı  hərbi hissəsinin Xüsusi Təyinatlı 

Bölüyündə başlamışdır. Xidməti za-

manı çavuş rütbəsi almış və xidmətini 

2007-ci ildə bitirmişdir. Bir müddət 

mülki işlərdə işlədikdən sonra 2009-cu 

ilin avqust ayında öz arzusu ilə yenidən 

hərbi xidmətə yollanmış, bu dəfə artıq 

gizir kimi xidmətə başlamışdır. 2010-

cu ilin aprel ayından Tərtər rayonun-

dakı N saylı hərbi hissəsində xidmətini 

davam etdirmişdir. Ermənilərin 

Azərbaycan torpaqlarını  işğal etməsi 

və Xocalıda törətdikləri soyqırım Mü-

barizin qəlbini göynətmiş və düşmənə 

qarşı nifrətini artırmışdır. Nəhayət, 

ömrünün  ən gənc çağında 22 yaşın-

da, 18 iyun 2010-cu il tarixində gecə 

saat 23:30 radələrində M.İbrahimov  

əməliyyata başlamışdır. 22 yaşlı bu 

mərd oğul 1 km-lik neytral məsafəni 

(minalanmış sahəni) tək keçmiş  və 

mənfur düşmənlərimizin çoxlu sayda 

əsgər və zabitini elə birinci həmlədə 

məhv etmiş, sonra isə düşmənin öz si-

lahlarını özünə istifadə edərək 5 saat 

tək döyüşmuşdür. Düşmən ağır itkilərə 

məruz qalmışdır.  İgid vətən oglu bu 

döyüşdə, 19 iyun 2010-cu il tarixində 

qəhrəmancasına həlak olmuşdur.

Bakı  şəhərindəki 2-ci Şəhidlər Xi-

yabanında dəfn edilmişdir.

Subay idi. 

Azərbaycan Respublikası Preziden-

tinin 22 iyul 2010-cu il tarixli Fərmanı 

ilə İbrahimov Mübariz Ağakərim oğlu 

ölümündən sonra “Azərbaycanın Milli 

Qəhrəmanı” fəxri adına layiq görül-

müşdür. 

Biləsuvar rayonunda bir məktəb və 

mərkəzi küçələrdən biri qəhrəmanın 

adını daşıyır. Oxuduğu orta məktəbdə 

xatirə muzeyi yaradılmışdır. Dünya 

sularında üzən tankerlərdən biri onun 

şərəfinə adlandırılmışdır.

Milli Qəhrəman Çingiz Mustafa-

yev Fondu və “ANS” Şirkətlər Qrupu 

Azərbaycanın ərazi bütövlüyü uğrunda 

göstərdiyi şəxsi fədakarlığa, döyüş tap-

şırığını yerinə yetirərkən nümayiş etdir-

diyi yüksək  peşəkarlığa, Azərbaycan 

xalqının döyüş ruhunun sarsılmazlığını 

sübut etdiyinə, qəhrəmancasına  şəhid 

olub  şəxsi nümunəsi ilə  cəmiyyətdə 

vətənpərvərlik ruhunu daha da möh-

kəmləndirdiyinə, Azərbaycan döyüş-

çüsünün Qarabağın işğalı ilə heç 

vaxt barışmayacağını  bəyan edən 

dövlətimizin iradəsini nəyin baha-

sına olursa-olsun yerinə yetirməyə 

hazır olduğunu sübut etdiyinə görə, 

Azərbaycanın Milli Qəhrəmanı Müba-

riz  İbrahimovu “2010-cu ilin adamı” 

elan etmişdir.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin