Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə83/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   79   80   81   82   83   84   85   86   ...   538
İ n t e r n e t d ə

www..anl.az

www.google.az 

12

Hərbi xadim


60

Tarix

85 

illiyi

Qaraş Mədətov

 1928-1993  

FEVRAL

Qaraş Əli oğlu Mədətov 1928-ci il 

fevral ayının 12-də Naxçıvan MR-nın 

Kəngərli rayonunun Qarabağlar kən-

dində anadan olmuşdur. 

1950-ci ildə Azərbaycan Dövlət 

Universitetinin (indiki BDU) Tarix fa-

kültəsini bitirmişdir. 

1953-1956-cı illərdə Moskva 

Dövlət Universitetinin aspirantura-

sında təhsil almışdır. 1956-cı ildə 

namizədlik, 1966-cı ildə isə doktorluq 

dissertasiyasını müdafiə etmiş, 1969-

cu ildə professor elmi adı almış, 1983-

cü ildə isə Azərbaycan EA-nın (indi 

AMEA) müxbir üzvü seçilmişdir.

Q.Ə.Mədətov 1956-cı ildən AEA 

Tarix  İnstitutuna işə  qəbul edilmiş, 

1968-ci ildən ömrünün sonunadək 

“Azərbaycanın müasir dövr tarixi” şö-

bəsinə rəhbərlik etmişdir. 

Q.Ə.Mədətov bütün elmi fəaliyyə-

tini    Azərbaycanın 1941-1945-ci illər 

müharibəsi dövrü tarixinin tədqiqinə 

yönəltmişdir. O, 160-dan artıq elmi 

əsərin, o cümlədən “Naxçıvanda sovet 

hakimiyyətinin qələbəsi və Naxçıvan 

MSSR-in yaradılması”, “Azərbaycan 

Böyük Vətən müharibəsində (1941-

1945-ci illərdə)” və b. monoqrafiyala-

rın müəllifidir.

3 cildlik “Azərbaycan tarixi” və 

“Azərbaycan Kommunist Partiya-

sı tarixinin oçerkləri” kitablarında 

“Azərbaycan Böyük Vətən mühari-

bəsində” bölməsinin də müəllifidir. 

Onun rəhbərliyi və iştirakı ilə “Azər-

baycan Böyük Vətən müharibəsi döv-

ründə” (2 cildlik), “Azərbaycanın 

Qırmızı Ulduzları”, “Azərbaycan oğul-

ları Sovet İttifaqı Qəhrəmanlarıdır” və 

“Azərbaycan SSR fəhlə sinfi tarixinin 

oçerkləri” (3 cildlik) və digər  əsərlər 

nəşr olunmuşdur.

Onun rəhbərliyi ilə 11 doktorluq və 

30 namizədlik dissertasiyası müdafiə 

edilmişdir. 

Q.Ə.Mədətov 1980-ci ildə “Azər-

baycan SSR Əməkdar elm xadimi” 

fəxri adına layiq görülmüş, “Şərəf Ni-

şanı” ordeni, müxtəlif medallarla və 

fəxri fərmanlarla təltif olunmuşdur. 

1993-cü il  iyul ayının 1-də Bakıda 

vəfat etmiş  və  Fəxri Xiyabanda dəfn 

olunmuşdur.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin