Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə81/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   77   78   79   80   81   82   83   84   ...   538
Ə d ə b i y y a t

T.Y.Ağahüseynovun 

“Şöhrət” ordeni ilə 

təltif edilməsi haq-

qında: Azərbaycan 

Respublikası Prezi-

dentinin Sərəncamı, 

1 fevral 2008 ci il 

[Mətn] //Azərbaycan.- 

2008.- 2 fevral.- S.1.

Azərbaycan general-

ları [Mətn]: kataloq /

elmi red. N.Vəlixanlı; 

tərt.: Z.Dulayeva və 

b.; AMEA Azərbaycan 

Tarix Muzeyi.- Bakı: 

Elm, 2005.

İ n t e r n e t d ə

www.e-qanun.az

www.az.wikipedia.org

www.sheki.net

1

General-leytenant


59

Siyasət.Hərbi iş

90 

illiyi

Mustafa Nuriyev 

1923-1982 

FEVRAL

Mustafa Qurban oğlu Nuriyev 

1923-cü il fevral ayının 12-də Astra-

xanbazar  (indiki Cəlilabad) şəhərində 

anadan olmuşdur.

1941-ci ildən Sovet Ordusunda 

xidmət etmişdir. 1942-ci ildə Bakı 

Hərbi məktəbini bitirmiş, 402-ci 

Azərbaycan diviziyasında batalyon 

komandiri təyin olunmuşdur. Böyük 

Vətən müharibəsində Qafqaz uğ-

runda vuruşmalarda iştirak etmişdir. 

Müharibədən sonrakı illərdə polk 

məktəbinin rəisi, qərargah rəisi, polk 

komandiri olmuşdur. 1956-cı ildə 

M.B.Frunze adına Hərbi Akademi-

yanı bitirdikdən sonra SSRİ Silahlı 

Qüvvələrində xidmət etmişdir.

1962-1964-cü illərdə  onun rəhbərliyi 

ilə İstehkamçılar alayının şəxsi heyəti 

Kiyev, Kirovoqrad, Çerniqov, Voroşi-

lovqrad və s. vilayətlərdə alman-faşist 

işğalçılarından qalmış 60 mindən çox 

mərmi, mina, bomba və s. partlayıcılar 

çıxarıb zərərsizləşdirmişdir.

1969-cu ildə general-mayor rütbəsi 

almışdır.

1965-1981-ci illərdə Azərbaycan 

SSR Müdafiə  Qərargahının rəisi ol-

muşdur.


1981-1982-ci illərdə Azərbaycan 

KP MK-da işləmişdir. Respubli-

ka  əhalisi arasında mülki-müdafiə 

biliklərinin təbliği sahəsində böyük iş 

aparmışdır. 

Xidmətlərinə görə 2 “Qırmızı Ul-

duz”, “Şərəf nişanı” ordenləri və me-

dallarla təltif olunmuşdur.

Nuriyev Mustafa Qurban oğlu 

1982-ci il dekabr ayının 19-da Bakıda 

vəfat etmişdir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin