AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti


Azərbaycanın yeni və müasir dövr maddi-mədəni inkşafı



Yüklə 2.61 Mb.
Pdf просмотр
səhifə3/35
tarix23.12.2016
ölçüsü2.61 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   35

 
Azərbaycanın yeni və müasir dövr maddi-mədəni inkşafı 
Azərbaycanın  yeni dövr sosial mədəni inkişaf tarixi ölkənin xırda siyasi qurumlara – 
xanlıq, sultanlıq və məlikliklərə parçalanması ilə əlamətdardır. 
XVIII  əsrin ortalarında ölkədə  xanlıqların yaranması ilə  əlaqədar olaraq Azərbaycanın 
mədəniyyət və  sənət həyatında yenidən  məhəlli xüsusiyyətlər güclənməyə başlamışdır.  İri 
xanlıqların paytaxtına çevrilmiş Təbriz, Şamaxı, Şəki, Gəncə, Şuşa, Naxçıvan, Quba, Bakı və s. 
şəhərlər ölkənin mühüm sənət və ticarət mərkəzləri olmaqdan əlavə, həm də məhəlli mədəniyyət 

 
 
15
ocaqları sayılırdı. Onları birləşdirən yeganə cəhət bu məhəlli mədəniyyət mərkəzlərinin hamısı-
nın eyni bir məfkurəyə,  İslam idealına,  İslam dəyərlərinə söykənmələri idi. İslam mənəvi 
dəyərləri 1000 illik tarixi dövr ərzində ölkənin məzmun etibari ilə ümumazərbaycan səciyyəsi 
daşıyan mədəni örnəklərinin hamısına eyni dərəcədə sirayət etmiş, onları  Şərqin ümumi 
müsəlman aləmi ilə eyni tellərlə qovuşdurmuşdur.  
Xanlıqlar dövrünün feodal çəkişmələri zamanı  şəhərlər arasında iqtisadi-ticarət  əlaqələri 
zəifləmiş, ara müharibələri və yadelli basqınları artmış, nəticədə bəzi şəhərlər dağıdılıb tənəzzülə 
uğramışdır. Maddi mədəni irsin ümumxalq məcrasında inkişafı pozulmuşdur. 
Kapitalizmə keçid dövrünün maddi mədəniyyəti daha çox sinfi qütbləşmə  və sosial 
təbəqələşmə meyllərinin artması, etnik spesifikliyin azalması ilə səciyyələnir.  
Məlum olduğu kimi, Azərbaycan kapitalist inkişafı yoluna xeyli gec, X1X əsrin ikinci 
yarısında düşməyə başlamışdır.
31
 Azərbaycan iqtisadiyyatının gur inkişafı ilə  səciyyələnən bu 
dövrdə kapitalist münasibətlərinin yaranması ilə yanaşı, Azərbaycan milləti də təşəkkül tapmağa 
başlayır. Bu proseslər nəticə etibarilə  mədəniyyətin, o cümlədən, maddi mədəniyyətin milli 
məzmun kəsb etməsinə gətirib çıxarmışdır. Azərbaycan cəmiyyətinin sosial strukturunda əsaslı 
dəyişiklik baş vermiş, milli burjuaziya, ziyalı zümrəsi və fəhlə sinfi meydana gəlmişdir. Bununla 
belə, ən çox hakim burjua-mülkədar zümrələrinin sosial-iqtisadi və mədəni ehtiyaclarına xidmət 
edən yeni formasiya zəhmətkeş xalq kütlələrinin də maddi mədəniyyətinin inkişafına müsbət 
təsir göstərmişdir. Hər şeydən əvvəl, bu təsir öz əksini istehsal proseslərində, o cümlədən, sənət 
istehsalının bəzi sahələrində mexaniki maşın və  dəzgahların tətbiqində tapmışdır. Bunu 
Azərbaycanın  ənənəvi ipəksarıma və ipəktoxuma sənətləri ilə bağlı olan şərbaf karxanalarının 
timsalında daha aydın izləyə bilirik. Toxucu dəzgahlarının təkmilləşdirilmiş mexaniki növlərinin 
tətbiqi ipək parçaların kəmiyyət və keyfiyyətinə əsaslı təsir göstərmişdir. Digər tərəfdən, kapital-
ist istehsal müəssisələrinə xas olan texniki tərəqqi,  ənənəvi maddi mədəniyyət nümunələrinin 
bəsit əl üsulu ilə istehsalını tənəzzülə uğramağa başlamışdır.  
XIX  əsrdə Azərbaycan mədəniyyətinin tətbiqi sənətlə bağlı növləri:  boyakarlıq, divar 
rəssamlığı, gəctəraşlıq, oymakarlıq,  şəbəkəçilik, misgərlik, silahsazlıq, zərgərlik, xalçaçılıq, 
basmaqəlib  qələmkarlıq sahələri xüsusilə yüksək inkişaf səviyyəsinə çatmışdı. 
XIX  əsrin ikinci yarısında  kapitalist münasibətlərinin inkişafı  nəticəsində Azərbaycan 
əhalisinin ictimai tərkibində ciddi dəyişiklik baş vermiş, yeni siniflər, burjuaziya və proletariat 
yaranmağa başlamışdır. Azərbaycan iqtisadiyyatının Ümumrusiya və dünya əmtəə  tədavülünə 
cəlb olunması bu prosesi daha da sürətləndirmişdir. Kənd burjuaziyasını  təmsil edən 
qolçomaqlar Azərbaycan milli burjuaziyasının tərkibində müəyyən zümrə  təşkil edirdi. Digər 
tərəfdən, kəndlərdən  şəhərlərə, ilk növbədə isə neft sənayesi mərkəzi kimi böyüməkdə olan 
Bakıya kəsbkarlığa gedən kəndlilərin hesabına proletariata çevirib fəhlə sinfinə qovuşanların 
sayı durmadan artırdı. Kəsbkar axınları  təkcə neft mədənləri və neft emaletmə müəssisələrini 
deyil, dağ-mədən sənayesi, gəmi təmiri, maşınqayırma, kənd təsərrüfatı alətləri istehsal edən 
mexaniki zavodları, balıq vətəgələri, ipək emalı,  şərab və spirtçəkmə müəssisələrini, tütün və 
ipəktoxuma fabriklərini, dəmiryolu və su nəqliyyatını da əhatə etmişdir. Beləliklə, Azərbaycanda 
burjuaziya kimi, çoxmillətli səciyyə daşıyan fəhlə sinfi də təşəkkül tapmışdı. 
Kapitalist  əmək bölgüsünün yaranması, istehsalın təmərküzləşməsi, ümumi bazar 
əlaqələrinin güclənməsi, iqtisadi və  mədəni mərkəzlərin meydana çıxması  nəticəsində 
Azərbaycan burjua cəmiyyəti və burjua milləti təşəkkül tapmaqda idi. Beləliklə, XIX əsrin ikinci 
yarısında Azərbaycan xalqlarının tarix boyu ümumi ünsiyyət vasitəsi olan dil birliyi (Azərbaycan 
türkcəsi), vahid ərazi, iqtisadi həyat birliyi, mədəniyyət ümumiliyində təzahür edən mənəviyyat 
birliyi zəminində o, millət keyfiyyəti kəsb etmişdir. 
Kapitalizmin son mərhələsi olan imperializmə keçid dövründə maddi mədəniyyətin inkişaf 
meylləri iki istiqamətdə baş vermişdir. Bu cəhət özünü, hər  şeydən öncə, sinfi qütbləşmənin 
dərinləşməsində göstərirdi. Digər tərəfdən, həmin meyl müasir Avropa mədəni standartlarının 
Azərbaycanın  ənənəvi maddi mədəniyyətinə sirayət etməsində özünü təzahür etdirirdi. Bunun 
nəticəsində ənənəvi maddi mədəniyyət elementlərinin xeyli qismi aradan çıxmağa başlamışdır. 
Bununla belə, Azərbaycanın maddi-mədəni irsinin ayrı-ayrı sahələrində, xüsusilə, kənd təsər-
rüfatı alətləri və bəzi sənət məhsullarının timsalında köhnə ənənələr davam etdirilməkdə idi. 

 
 
16
Azərbaycanın maddi mədəniyyət tarixinin müasir dövr mərhələsi imperializmin meydana 
gəlməsi, onun böhranı, Birinci Cahan müharibəsi ilə əlaqədar təsərrüfat düşkünlüyünun artması 
və sosialist sisteminin yaranması ilə səciyyələnir. 
Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra burjuaziya və mülkədarların bir sinif 
kimi ləğv olunması, habelə ruhanilərin mövqelərinin zəiflədilməsi nəticəsində istismardan azad 
yeni bir cəmiyyət, burjua və qolçomaqlarsız  sosialist cəmiyyəti qurulmağa başladı. Zəhmətkeş 
kütlələrə, fəhlə və kəndlilərə, onların içərisindən yetişmiş ziyalılara əsaslanan sosialist milləti və 
onun özünə məxsus sosialist mədəniyyəti təşəkkül tapmağa başlamışdır.  
Keçən  əsrin 90-cı illərində Sovetlər Birliyinin süqutu ilə  əlaqədar olaraq Azərbaycan 
müstəqillik  əldə edəndən sonra onun əhalisinin sosial tərkibində  və  mədəni həyatında köklü 
dəyişikliklər baş vermişdir. «Vətəndaş cəmiyyəti» qurmaq məramı meydana gəlmişdir. Əslində 
isə Azərbaycan cəmiyyətinin sosial strukturunda ciddi dəyişiklik yaranmış,  əhalinin sosial 
tərkibində  təbəqələşmə güclənmiş, cəmiyyət yenidən varlı  zənginlərə  və kasıb zümrələrə 
bölünmüşdür. Bir sözlə, ümumxalq mülkiyyətinə  əsaslanan sosialist milləti tədricən öz 
mahiyyətini dəyişib xüsusi mülkiyyətin hökmran rol oynadığı burjua cəmiyyətinə, kapitala 
söykənən burjua millətinə çevrilməyə başlamışdır. Hakim təbəqələrin göz qamaşdıran təmtəraqlı 
həyat tərzi və buna müvafiq «elitar» mədəniyyəti təşəkkül tapmağa başlamışdır. Varlı zümrənin 
ümumxalq mədəniyyətindən uzaqlaşan, bununla da, millilikdən uzaq düşən kosmopolit 
mədəniyyəti daha çox Avropa mədəni standartlarına yaxınlaşmaqdadır. 
 
                                                           
1
 М.М.Гусейнов. Древний палеолит Азербайджана. Б.,1985. 
2
 M.M.Hüseynov. Daş dövrü və onun Azərbaycanda inkişaf mərhələləri. Bax: Azərbaycanın arxeoloji 
abidələri.B.,1981, s.5-6; Q.M.Əhmədov. Azərbaycan ibtidai icma quruluşu dövründə. Bax: Azərbaycan tarixi. 
B.,1993, s.11. 
3
 Q.M.Əhmədov. Göst. əsəri, s.11 
4
 Yenə orada, s.12. 
5
 M.M.Hüseynov. Göst. əsəri, s.16 
6
 Yenə orada, s18: Həmçinin bax: Q.M.Əhmədov. Göst. əsəri, s.12. 
7
 О.А.Абибуллаев. Энеолит и бронза на территории Нахичеванской АССР. Б.,1982; И.Г.Нариманов. Культу-
ра древнейшего земледельческо-скотоводческого населения Азербайджана. Б., 1987, с.113-114. 
8
 Q.M.Əhmədov. Göst. əsəri, s.13-14; həmçinin bax: C.Rüstəmov. Qobustan dünyası. B., 1994, s. 59. 
9
 Q.M.Əhmədov. Göst. əsəri, s.14. 
10
 Yenə orada, s.15; Həmçinin bax: O.Həbibullayev. Göst. əsəri; İ.H.Nərimanov. Göst.əsəri; Г.С.Исмаилов. Архео-
логические  исследования  древнего  поселения  Баба-Дервиш.  Б., 1977; Ф.Р.Махмудов.  Культура  юго-
восточного  Азербайджана  в  эпоху  бронзы  и  раннего  железа  (автореф).  Тбилиси, 1979; V.Əliyev. Qədim 
Naxçıvan. B., 1979. 
11
 Q.M.Əhmədov. Göst əsəri, s.19-21. 
12
 Yenə orada.s.21 
13
 Yenə orada.s.23. 
14
  Г.М.Асланов,  Р.М.Ваидов,  Г.И.  Ионе.  Древний  Мингечаур.  Б., 1959; О.Ш.Исмизаде.  Ялойлутепинская 
культура. Б., 1956; Н.В.Минкевич – Мустафаева. Ходжалы-Кедабекская археологическая культура (авто-
реф). Б., 1961; F.L.Osmanov. Qafqaz Albaniyasının maddi mədəniyyəti. B., 1982; Дж.А.Халилов. Материаль-
ная культура Кавказской Албании. 1985. 
15
 İ.H.Əliyev. Azərbaycan qədim dövrdə. Bax: Azərbaycan tarixi.B.,1993, s.30-41. 
16
 Yenə orada, s.46-47. 
17
 S.Qaşqay. Manna dövləti. B.,1993, s.48-53. 
18
 ASE, X c., s.521. 
19
 S.Qaşqay. Göst. Əsəri; s.10-21, 53-56. 
20
 Yenə orada, s.59. 
21
 ASE, X c., s.521. 
22
 İ.Əliyev. Göst. Əsəri; s.90. 
23
 Azərbaycan tarixi. B., 1993, s. 94-95. 
24
 Yenə orada. 
25
 Yenə orada, s. 95. 
26
 Yenə orada. 
27
 ASE, I.c. B.,1976, s.216; Həmçinin bax: Азербайджанцы.  Историко-этнографический  очерк.  Б.,1998,  с.14; 
S.Qaşqay. Manna dövləti. B., 1993, s. 54. 
28
 З.М.Буниятов. Азербайджан VII-IX вв.Б.,1965, с.149. 
29
 Yenə orada, s.171. 

 
 
17
                                                                                                                                                                                           
30
 Историческая география Азербайджана. Б.,1987,с.67-73. 
31
 А.С.Сумбатзаде. Промышленный капитализм в Азербайджане. Б.,1969, с.20. 

 
17
2. Problemin araşdırılma vəziyyəti və başlıca mənbələri  
Azərbaycanın maddi mədəniyyət tarixi çox geniş elmi-tədqiqat aspektlərinə (arxeoloji, 
etnoqrafik, sənətşünasılq, memarlıq, kulturoloji, qidaşünaslıq, etnolinqvistik, kartoqrafik və s.) 
malikdir. Buna baxmayaraq, onun həm bütöv halda, həm də konkret sahələr üzrə öyrənilməsinə 
çox gec, XX əsrin əvvəllərindən başlanmışdır.  
Azərbaycanın  ənənəvi maddi mədəniyyət nümunələrinin bu və ya digər tipoloji növü 
bilavasitə bu ölkənin avtoxton sakinləri, onun yerli əhalisi tərəfindən çox böyük zaman kəsiyində 
yaradılmışdır. Ona görə  də bu mədəni sərvətlərin tarixi baxımdan etnomədəni irs olaraq 
araşdırılıb öyrənilməsi vəzifəsi ilk növbədə arxeoloq və etnoqrafların üzərinə düşmüşdür. 
Azərbaycan xalqının qədim və  zəngin maddi mədəniyyət tarixini tədqiq etmək üçün 
başlıca faktoloji mənbə bazasını  əşyavi məxəzlər: arxeoloji qazıntı  və  təsadüfi tapıntı 
materialları, muzey eksponatları, şəxsi kolleksiyalar, miniatürlər, divar rəsmləri, əhalinin müasir 
məişətində ilişib qalmış arxaik yaşayış vasitələri təşkil edir. Bu tapıntıların bir qismini 
arxeoloqlar qazıntı yolu ilə yerin altından, digər qismini isə etnoqraflar çöl tədqiqatları (elmi 
səfər) yolu ilə yerin üstündə məskən salmış şəhər və kənd əhalisinin gerçək məişətindən, sorğu-
sual, yaxud bilavasitə müşahidə yolu ilə əldə edirlər. 
Azərbaycanın maddi mədəniyyət tarixinin etnoqrafik aspektdən elmi əsaslarla öyrənilməsi 
Sovet hakimiyyəti illərinə  təsadüf edir. Bu işdə 1923-cü ildə N.Nərimanovun təşəbbüsü ilə 
yaradılmış Azərbaycanı  Tədqiq və  Tətəbbö Cəmiyyətinin fəaliyyəti xüsusi bir mərhələ  təşkil 
edir. Öz qarşısına Azərbaycanı elmi baxımdan hərtərəfli və  dərindən tədqiq edib öyrənməyi 
məqsəd qoyan həmin Cəmiyyətin üç şöbəsindən biri «Tarix və etnoqrafiya» adlanırdı. Azərbaycanı 
tarixi və etnoqrafik cəhətdən elmi əsaslarla tədqiq etməyə başlayan bu şöbənin işində o zamanki 
milli ziyalılarla (Ü.Hacıbəyov,  Ə.Haqverdiyev, H.Zeynallı, T.Şahbazi, N.Quliyev, C.Məmməd-
quluzadə, S.S.Axundov, A.Sübhanverdixanov, M.Baharlı, H.Cəbiyev, H.Sultanov, R.Axundov, 
B.Çobanzadə  və b.) yanaşı, V.V.Bartold, A.N.Samoyloviç, N.Y.Marr, İ.İ.Meşşaninov, S.F.Old-
lenburq, M.V.Abramoviç, N.İ.Aşmarin, P.K.Juze, A.İ.Baqri, Q.S.Qubaydulin, Y.Paxomov, V.M.-
Sısoyev və b. görkəmli şərqşünas - alimlər də yaxından iştirak etmişlər. 
Cəmiyyətin 1929-cu ilədək davam edən fəaliyyəti dövründə arxeologiya və etnoqrafiya 
sahəsində  Ə.K.Ələkbərov, Q.T.Qaraqaşlı, D.P.Şərifov,  İ.M.Cəfərzadə, S.M.Qazıyev kimi ilk milli 
kadrlar mühüm rol oynamışlar. 
Azərbaycanın  ənənəvi maddi mədəniyyət nümunələrinin toplanması, tədqiq və  təbliğ 
olunması işində 1920-ci ildə təşkil edilmiş Azərbaycan Dövlət Tarixi Muzeyinin müstəsna rolu 
olmuşdur. Xalqımızın zəngin maddi mədəniyyət nümunələrinin toplanıb mühafizə olunmasında 
bu muzeyin xidmətləri  misilsizdir. 
1929-cu ildə Azərbaycanı  Tədqiq və  Tətəbbö Cəmiyyətinin bazası  əsasında Azərbaycan 
Elmi Tədqiqat  İnstitutu yaranandan sonra etnoqrafik araşdırmalar onun «Ölkəşünaslıq» 
şöbəsində  cəmləşmişdir. Həm Cəmiyyət, həm də Elmi Tədqiqat  İnstitutu nəzdində  fəaliyyət 
göstərən etnoqrafların köməyi ilə Azərbaycanın azsaylı xalq, etnik və etnoqrafik qruplarının 
(ayrımlar, kürdlər, talışlar, tatlar, rus təriqətçiləri və b.) öyrənilməsi məqsədilə bir sıra tematik və 
kompleksli ekspedisiyalar təşkil olunmuşdur. Həmin tədqiqatların bir qisminin nəticələri o 
dövrdəki nəşrlərdə çap olunmuş,
1
 yerdə qalan hissəsi  əlyazması, fotoşəkil, plan, cizgi və  rəsm 
əsərlərindən ibarət olub, Azərbaycan MEA Tarix İnstitutunun elmi arxivində saxlanılır. Bu 
materiallar arasında milli geyimlərə aid sulu boya ilə işlənmiş rəsmlər diqqəti xüsusilə cəlb edir.
2
 
1932-ci ildə SSRİ EA Zaqafqaziya filialının Azərbaycan  şöbəsi təsis olunandan sonra 
etnoqrafik işlər Tarix bölməsinin maddi mədəniyyət seksiyasında cəmləşmişdir.
3
  Həmin  şöbə 
1935-ci ildə SSRİ EA Azərbaycan filialına çevriləndən sonra onun tarix bölməsi Tarix, 
Arxeologiya və Etnoqrafiya institutuna çevrilmişdir.
4
 Bu illər  ərzində Azərbaycanın maddi 
mədəniyyət tarixi və onun ayrı-ayrı sahələri üzrə aparılan elmi tədqiqat işləri çox vaxt təsadüfi 
və  pərakəndə  səciyyə daşımışdır. Bunların arasında  İ.İ.Meşşaninov,
5
  Ə.K.Ələkbə rov,
6
 
A.Bukşpan,
7
 E.Pçelina
8
  və b. tədqiqatları yeni faktik materialların zənginliyi və konkretliyi 
baxımından diqqəti daha çox cəlb edirdi. 
1945-ci ildə Azərbaycan EA təsis olunandan sonra Tarix İnstitutu nəzdində  fəaliyyət 
göstərən arxeologiya şöbəsinin tərkibində etnoqrafik tədqiqat işləri ilə yeganə bir nəfər kiçik 

 
18
elmi işçi (R.İ.Babayeva) məşğul olmuşdur. Onun əsas tədqiqat obyekti Quba əhalisinin adət-
ənənələri olsa da, işin gedişində o, Quba əhalisinin məişət və  təsərrüfat həyatına, o cümlədən, 
maddi mədəniyyətinə dair də xeyli material toplamışdır.
9
 Daha sonra R.İ.Babayeva Abşeronun 
toy adətlərinin tədqiqinə başlamış
10
 və bölgə əhalisinin ənənəvi yeməklərinə və mətbəx qablarına 
dair külli miqdarda faktik material toplamışdır.
11
 Xüsusilə kənd təsərrüfatı məhsulları və yeməli 
yabanı bitkilərin  əldə olunması, qurudulması  və saxlanması üsullarına dair müəllifin topladığı 
məlumatlar özünün zənginliyi və yeniliyi ilə seçilir. 
Həmin dövrdə Azərbaycan Tarixi Muzeyinin əməkdaşları da Azərbaycan rayonlarına 
ekspedisiya və səfərlər təşkil etmək yolu ilə xeyli maddi mədəniyyət nümunəsi toplayıb muzeyin 
stend və fondlarını zənginləşdirmişlər. Bununla yanaşı, onlar həm də tədqiqat səciyyəli bir sıra 
işlər görmüşlər. Muzeyin əməkdaşlarından Z.A.Kilçevskaya,
12
 M.İ.Atakişiyeva
13
 Azərbaycan 
tikmələri, təkəlduz məmulatı, qadın geyimləri, ev avadanlığı  və s. barədə xeyli faktik material 
toplayıb dərc etdirmişlər. 
Müharibədən sonra Azərbaycan Tarixi İnstitutunda etnoqrafik tədqiqatları genişləndirmək 
məqsədilə  İ.A.Məcidova və D.S.Səfərova çöl tədqiqat işlərinə  cəlb edilmişlər.  İ.A.Məcidova 
Abşeronda maldarlıq məhsullarının hazırlanması  və saxlanması üsullarını öyrənmək üçün 
yarımadanın 43 kəndindən etnoqrafik çöl materialları toplamışdır.
14
 
1947-ci ildən etibarən  İ.A.Məcidova  Şirvan bölgəsinin Küdrü düzündə  məskunlaşmış 
maldar padarların məişətini öyrənməklə  məşğul olmuşdur.  İ.A.Məcidovanın müəyyən etdiyinə 
görə, başlanğıcını Xançoban tayfa birliyindən götürən və 12 qəbilədən (oymaqdan) ibarət olan 
Şirvan padarları vaxtilə  Ərdəbil mahalında yaşamışlar. Onlar Küdrü düzünə Muğandan keçib 
gəlmişlər. Müəllif il boyu alaçıqlarda yaşayan padarların təsərrüfat məşğuliyyəti (qoyunçuluq, 
sığırçılıq, atçılıq, dəvəçilik  və s.) ilə yanaşı, onların maddi mədəniyyətinə (geyimlər, bəzəklər, 
yeməklər, qablar, süd məhsulları, onların hazırlanma, saxlanma və istifadə üsullarına) dair 
zəngin etnoqrafik materiallar toplamışdır.
15
 
Eyni sayaq etnoqrafik çöl materialları Mil düzündən D.S.Səfərova tərəfindən də  əldə 
olunmuşdur.
16
 
XX əsrin 50-ci illərindən etibarən Azərbaycan etnoqrafiyasında peşəkar elmi tədqiqatçılar 
nəsli yetişməyə başlamışdır. Azərbaycanın tarixi etnoqrafiyasının müxtəlif sahələri, o cümlədən, 
maddi mədəniyyət tarixinin ayrı-ayrı  məsələlərinə dair ciddi elmi tədqiqat və axtarışlara 
başlanmışdır. H.A.Quliyev,
17
 T.Ə.Bünyadov,
18
  Ş.A.Quliyev,
19
 Q.C.Cavadov,
20
  Ə.Ə.İzmayılova
21
 
və b. Azərbaycanın aqrar etnoqrafiyasının mühüm problemlərini araşdırarkən maddi mədəniyyətin 
spesifik sahəsi olan əmək alətlərinin tədqiqinə xüsusi diqqət yetirmişlər. Bu cəhətdən 
Q.C.Cavadovun Azərbaycanın xalq əkinçilik texnikasına həsr olunmuş  məqalə  və 
monoqrafiyaları təqdirəlayiq tədqiqat işlərindən sayılır. 
Azərbaycanın tarixi etnoqrafiyasının bütün bu uğurları ilə yanaşı, maddi mədəniyyət 
tarixinin bütöv halda, bütün bölgələr üzrə tam şəkildə  tədqiq olunmasının elmi prinsiplərinin 
işlənib hazırlanması bilavasitə Q.T.Qaraqaşlının  əməli fəaliyyəti ilə bağlı olmuşdur. Onun 
«Azərbaycanın maddi mədəniyyəti» adı ilə təqdim etdiyi monoqrafik tədqiqat işi Kiçik Qafqaz 
əhalisinə  həsr olunsa da, əslində o, bütövlükdə Azərbaycan  ərazisini  əhatə etmişdir. Hətta 
tədqiqat prosesində müəllif bir sıra hallarda maddi mədəniyyətin bu və ya digər elementinin 
tipoloji oxşarlarını vətənimizin hüdudlarından çox-çox uzaqlarda bəlli olan faktlarla tutuşdurub 
müqayisəli  şəkildə araşdırmışdır.
22
  Həmin tədqiqat işinin digər bir əməli  əhəmiyyəti də 
Azərbaycanın maddi mədəniyyətini etnoqrafik bölgələr üzrə öyrənmək zərurətinin elmi surətdə 
əsaslandırılmasından ibarət olmuşdur. Bundan sonra Şirvan,
23
  Gəncəbasar,
24
 Qarabağ,
25
  Şəki,
26
 
Şahdağ xalqları,
27
 Qərbi Azərbaycan
28
 və Muğanın
29
 maddi mədəniyyəti etnoqrafik bölgələr üzrə 
tədqiq olunmağa başlanmışdır. Bunlarla yanaşı, Azərbaycanın maddi mədəniyyətinin ayrı-ayrı 
sahələri həm bölgələr üzrə (M.N.Nəsirli,
30
  Ə.Ə.İzmayılova,
31
 Y.Ə.Rüstəmov
32
), həm də 
bütövlükdə Azərbaycan materialları əsasında  (V.P.Kobıçev,
33
 M.M.Quliyev,
34
 T.M.Kərimov,
35
 
V.Ə.Əhmədova,
36
 Q.Rəcəbov,
37
  Ş.A.Quliyev,
38
 H.A.Quliyev,
39
 Z.A.Kilçevskaya,
40
 M.Xalfina-
Qubaydulina
41
) tədqiq olunmuşdur. 
Bu sayaq məlumatlar Azərbaycanın sənət istehsalı
42
  və  şəhər məişətindən
43
  bəhs edən 
etnoqrafların tədqiqatlarında da mühüm yer tutur. 

 
19
Azərbaycan etnoqrafları, habelə Ermənistan,
44
 Gürcüstan
45
  və Dağıstanda
46
 yaşayan 
azərbaycanlıların da maddi mədəniyyətinin öyrənilməsi sahəsində xeyli işlər görmüşlər. 
Azərbaycanın maddi mədəniyyətinin incəsənət və memarlıq aspektindən tədqiq olunması 
sahəsində  də xeyli səmərəli araşdırmalar aparılmışdır. Maddi mədəniyyət elementlərinin, 
xüsusilə  ənənəvi geyim və  bəzəklərin sənətşünaslıq baxımından elmi əsaslarla dərindən tədqiq 
olunmasında Azərbaycan MEA akademiki R.S.Əfəndiyevin çox böyük zəhməti və  səmərəli 
xidməti olmuşdur.
47
 
Maddi mədəniyyətin ümdə elementləri olan xalça,
48
 parça,
49
 zinət,
50
 keramika,
51
  ağac,
52
 
şüşə,
53
 bədii metal
54
 məmulatı və s. növlərinin sənətşünaslıq baxımından araşdırılması ənənələri 
sonralar da uğurla davam etdirilmişdir. Bütün bu tədqiqatlar  ənənəvi maddi mədəniyyət 
nümunələrinin etnoqrafik aspektinə xeyli dərəcədə aydınlıq gətirmişdir. 
Azərbaycanın  ənənəvi inşaat mədəniyyətinin memarlıq aspektlərinin araşdırılması 
sahəsində XX əsrdə olduqca təqdirəlayiq işlər görülmüşdür. Bunların arasında məskənsalma 
(qala, şəhər-qala, kənd, qəsəbə, şəhər, qəsr), xalq yaşayış evləri, ictimai bina və tikililər (saray 
kompleksləri, karvansara, rasta- bazar, körpülər, müdafiə istehkamları), dini-xatirə abidələri 
(məbəd, xanəgah, məscid, təkyə, zaviyə, türbə  və s.) ilə bağlı  tədqiqatlar xüsusi yer tutur.
55
 
Peşəkar memarlıqla üzvi surətdə bağlı olan bu sayaq tikililərin inşası  həm də  əsrlərin, 
minilliklərin dərinliklərindən süzülüb gələn xalq inşaat ənənələrindən nəşət tapmışdır. Ona görə 
də xalqımızın tikinti mədəniyyətinin memarlıq və etnoqrafik aspektləri bir çox cəhətdən bir-
birilə vəhdətdə öyrənilmişdir. 
                                                           
1
 
Bax: В.А.Рюмин. Талышский край. Б., 1923; Yenə onun. Краткий исторический и этнографический очерк 
Азербайджана. - "Азербайджанский настольный календарь, 1922-1923"; М.Г.Велиев. Население Азербай-
джана. -АНК, 1924-1925 г. Б., 1925г.; Б.В.Миллер. Предварительный отчёт о поездке в Талыш летом 1925 
г.Б., 1926; Г.Ф.Чурсин. Азербайджанские курды (этнографические заметки). -"Изв. Кавказского историко-
археологического Института", т. III, Тиф., 1925; Yenə onun. Талыши (этногhафический очерк). "Изв. КИ-
АИ",  т.1Y,  Тиф., 1926; Р.Эфендиев.  Памятники  древности  в  Нухинском  уезде. - "АзКОМСТАРИС",  Б., 
1927; Б.В.Миллер. Таты, их расселение и говоры. Б., 1929; А.Губайдулин. К истории шелководства в Азер-
байджане.- "Изв. Общества обследования и изучения Азербайджана", 1927, №5; М.В.Кулиева. Кибитки на 
яйлагах полукочевых тюрок Казахского уезда.-"Изв.ООИАз", 1927, №5; М.Авдеев. Мильско-Карабахская 
степь. Б., 1929; Д.Коллестинов. Кочевое скотоводство. "Изв.ООИАз.", 1926, №3; Коса оглы. Кочевой быт 
Казахского уезда. - ЭВА, 1925 №10-11; А.Карашарлы. Санитарно-бытовые очерки азербайджанской про-
винции: сел. Агджабеди-Хальфараддин Агдамского уезда.- "Изв. ООИАз, 1928, №: 6; Д.Шарифов. Кресть-
янская  усадьба 3 и 4 районов  Нухинского  уезда.-"Изв.  ООИАз", 1927, №4.  А.К.Алекперов.  У  айрумов.-
"Изв.ООИАз", 1927, № 5; Yenə onun. Поездка в Зангезур и Нах.край.-"Изв.ООИАз", 1927, №4. 
2
 И.М.Джафарзаде. Этнографическая работа в Азербайджанской ССР за 1946-1947 годы. – «Изв. АН Азерб. 
ССР», 1948, № 7, с.54; Yenə onun. Искусственное орошение и народные способы водобснабжения на Аб-
шероне. -ВЭК, Тб., 1952; Yenə onun. 1933-cü il Şamaxı -Nuxa ekspedisiyasının hesabatı. Azərb. MEA TİEA, 
inv.№60. 
3
 А.И.Халилов. Великий Октябрь и научный прогресс на примере Азербайджанской ССР. –«Изв. АН Азерб. 
ССР (серия истории, философии и права)», 1987, № 4, с.55. 
4
 «Изв. Азерб. филиала АН СССР», 1936, № 1.  
5
 И.И.Мещанинов. Пиры Азербайджана. Л., 1931. 
6
 
А.К.Алекперов.  Задачи  этнографии  Азербайджана. - СЭ, 1932, № 5-6, с.187-195; Yenə onun: К  вопросу 
изучения культуры курдов Азербайджана. - "Тр. АзФАН СССР", XXV, Историческая серия. Б., 1936, с.33-
61; Yenə onun: Женская одежда Азербайджана. - Исследования по археологии и этнографии Азербайджана. 
Б., 1960, с.118-133; Yenə onun: Секция истории материальной  культуры  за  первый  год работы. - там  же
с.10-18

7
 А.Букшпан. Азербайджанские курды. Б., 1932. 
8
 Е.Пчелина. По Курдистанскому уезду Азербайджана. - СЭ, 1932, №4. 
9
 R.İ.Babayeva. Quba şəhərinin toy adətləri. B., 1946. 
10
 Р.И.Бабаева. Материалы для изучения свадебных обрядов на Абшероне в прошлом. - АЭС, вып.1, Б., 1964. 
11
  Р.И.Бабаева.  Пища  населения  Абшерона; Yenə onun. Утварь  Абшерона. Hər iki əlyazması Azərb. MEA 
TİEA-da saxlanılır. İnv.№3632, f.1, s.10-11. 
12
 З.А.Кильчевская. Азербайджанские вышивки XIX века. - МКА, т.1, Б., 1949; Yenə onun. Нухинское выши-
тое покрывало для седла. - ДАН Азерб.ССР, 1946, № 1; Yenə onun. Азербайджанский женский костюм XIX 
века из селения Оджек Халданского района. - МКА, т.II, .Б., 1951; Yenə onun. Азербайджанский женский 
костюм XIXв. из Карабаха.-ВЭК, Тб., 1952. 
13
 M.İ.Atakişiyeva. Mingəçevir şəhərinin ətraf kəndlərində ev avadanlığı. - AMM, II c, B., 1951: Yenə onun. На-
родная утварь в селениях и окрестностях г. Мингечаур и Самурского района.- ВЭК; Тб., 1952. 

 
20
                                                                                                                                                                                           
14
 И.А.Меджидова. Способы изготовления и хранения продуктов скотоводческих хозяйства на Абшероне. – 
НАИИ НАН Азербайджана, инв.№3632. 
15
 И.А.Меджидова. Изучение быта и обычаев падарцев-бывших кочевников Ширвана. – НАИИ НАН Азер-
байджана, инв.№3632, ф.1, с.3.д. 1865; Yenə onun. (müştərək): Şirvana elmi səfərin hesabatı. Yenə orada.s.22. 
16
 Д.С.Сафарова. Этнография бывших кочевников Мильско-Карабахской степи. - НАИИНАН Азербайджана, 
инв.№ 3632. 
17
 Г.А.Гулиев. Земледельческая культура Азербайджана (автореф. докторской диссертации). Б., 1968; Yenə 
onun. Gil saclar haqqında qısa məlumat. – «Azərb.SSR EA Məruzələri», 1955, № 7; Yenə onun. Азербайджан-
ские вышивки. - СЭ, 1959, № 2; Yenə onun. XIX əsr və XX əsrin əvvəllərində Lahıc kəndində mis qab istehsalı. 
– «Azərb.SSR EA Xəbərləri», 1961, № 2; 1962, № 1; Yenə onun. Об Азербайджаской набойке. - СЭ, 1964, № 
2. 
18
 T.Ə.Bünyadov. Azərbaycanda qədim nəqliyyat vasitələri. – «Azərb.SSR EA Xəbərləri», 1961, №3; Yenə onun. 
Qədim Azərbaycanda su nəqliyyatı vasitələri. - ATMƏ, IV c.B., 1961; Yenə onun. Azərbaycanda  əkinçiliyin 
inkişafı tarixinə dair. B., 1964; Yenə onun. Azərbaycanda maldarlığın inkişafı tarixindən. B., 1969. 
19
  Ş.A.Quliyev. Azərbaycanda çəltikçilik. B., 1977; Yenə onun (müştərək): Azərbaycan qara kotanı.-"Azərb.SSR 
EA Xəbərləri", 1964, №6; Yenə onun. Azərbaycanda kəndir lifinin əyrilməsi və eşilməsi üsullarına dair.-AEM, I 
bur., B., 1964; Yenə onun. Azərbaycanda su quşlarının ovlanması haqqında.- AMM, B., 1965; Yenə onun 
(müştərək): Azərbaycanın ənənəvi nəqliyyat vasitələrindən.-« Az.SSR. EA Xəbərləri», 1979 №4. 
20
 Q.C.Cavadov.XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanın əkinçilik alətləri. B., 1979; Yenə onun. Народная 
земледельческая  техника  Азербайджана.  Б., 1989; Yenə onun. Azərbaycanda ağacişləmə  sənəti haqqında.- 
AEM, III bur., B., 1976. 
21
  А.А.Измайлова.  О  некоторых  похотных  орудиях  Ленкоранского,  Лерикского  и  Астаринского  районов.-
"ДАН Азерб.ССР", 1964, №2; Yenə onun. К вопросу о карадамах на территории Азербайджанской ССР в 
XIX- нач. XX вв. - АЭС, вып. I, Б., 1964; Yenə onun. О ведении сельского хозяйства в Ленкоранском, Аста-
ринском и Лерикском районах  Азерб. ССР. - "Изв.АН Азерб.ССР".1962, №9. 
22
  К.Т.Каракашлы.  Материальная  культура  азербайджанцев  северо-восточной  и  центральной  зон  Малого 
Кавказа (историко-этнографическое исследование). Б., 1964; Yenə onun. Женская одежда населения Мало-
го Кавказа в XIX- нач.XX.вв. - АЭС, вып.1.Б., 1964; Yenə onun (müştərək): Об азербайджанских головных 
уборах. – Тр.МИА, т. IX. Б., 1973. 
23
 A.N.Mustafayev. Şirvanın maddi mədəniyyəti. B., 1977; Yenə onun. XIX əsr Şirvan evlərinin təsnifatına dair. – 
«Azərb.EA. Məruzələri», 1968, №5; Yenə onun. Şirvanda  şaltoxuma dəzgahı. – «Azərb. EA Xəbərləri», 1968, 
№4; Yenə onun. Bir toxuculuq aləti haqqında. – «Azərb. EA Məruzələri», 1969, №10; Yenə onun. Qobustanda 
qədim ev tipi-kühül haqqında.-«Azərb. EA Xəbərləri», 1970 №3-4: Yenə onun. Этнографические наблюдения 
об одном неизученном ремесле в Азербайджане. – «ДАН Азерб ССР», 1977, №2; Yenə onun. Şirvanda xalq 
nəqliyyat vasitələri. - AEM, III bur. B., 1977; Yenə onun. Şirvanda daşişləmə sənətinə dair. - AEM, IV bur. B., 
1981; Yenə onun (müştərək): Qobustanda dəvəçiliyin etnoqrafik tədqiqinə dair. - AEM, V bur. B., 1985; Yenə 
onun.  Обработка  камня  в  Ширване. B., 1986.Yenə onun. Şəki sənətkarlar diyarıdır. B., 1987; Yenə onun.  
Azərbaycanda şərbaflıq sənəti. B., 1991; Yenə onun. Azərbaycanda sənətkarlıq. B., 1999; Yenə onun. İngiloyların 
maddi mədəniyyəti (tarixi-etnoqrafik tədqiqat). B., 2005. 
24
 Г.А.Гавилов. Материальная культура Азербайджана конца XIX- нач. XX вв. (по материалам Гянджабасар-
ской  зоны). - Автереферат  канд.  дисс.  Б., 1969; Yenə onun. XIX əsrin sonu və XX əsrin  əvvəllərində 
Azərbaycanda nəqliyyat vasitələrinin bəzi növləri haqqında. - ADU-nun elmi əsərləri, 1967, № 8; Yenə onun. 
İnsan, məişət və mədəniyyət. B., 1981. 
25
 Е.Н.Бабаян. Азербайджанская народная одежда конца XIX - нач. XX вв. (по материалам Карабахской зо-
ны). - Автореф. канд. дисс.М., 1967. 
26
 К.М.Ибрагимов. Материальная культура Шекинской зоны в конце XIX - нач. XX века. - Автореф. канд. 
дисс. Б..1982; Yenə onun. Şəki bölgəsinin ənənəvi nəqliyyat vasitələri haqqında. -"Azərb.EA Xəbərləri"1980, № 
2; Yenə onun. Şəki zonasının ənənəvi evlərinin öyrənilməsinə dair. "Azərb.EA Məruzələri" 1981, № 3. 
27
 И.Г.Шахбазов. Материальная культура народов Шахдагской группы. - Автореф. канд. дисс. Б., 1981; Yenə 
onun. Şahdağ etnoqrafik qrupunun yaşayış evlərinin bəzi xüsusiyyətləri. - "Azərb.EA Xəbərləri"1980, № 1; Yenə 
onun. Şahdağ etnik qruplarının geyim və bəzəkləri. - " Azərb. EA Məruzələri", 1980, № 5. 
28
  Ф.И.Велиев.  Материальная  культура  западной  зоны  Азербайджана  в XIX - нач.  ХХ  в. - Б., 1996; Yenə 
onun. "Durma" yaşayış ev tipi haqqında. – «Azərb. EA Məruzələri», 1987, № 12; Yenə onun. XIX əsrdə 
Azərbaycanın qərb zonasında köç və köç yolları haqqında. – «Azərb. EA Məruzələri», 1989, №2. 
29
 H.N.Məmmədov. Muğanın maddi mədəniyyəti. - Namiz. diss. avtoref. B., 2001; Yenə onun. Muğanda xalq 
yaşayış evlərinin tipləri haqqında. - "Azərbaycan tarixi problemləri", B., 1993; Yenə onun. Muğanın maddi 
mədəniyyəti (tarixi etnoqrafik-tədqiqat). B., 2001. 
30
  М.Н.Насирли.  Сельское  поселение  и  крестъянские  жилища  Нахичеванской  АССР.  Б., 1959; Yenə onun. 
Azərbaycan  SSR Şəki-Zaqatala zonası əhalisinin yaşayış evləri. B., 1975; Yenə onun. Azərbaycanın bəzi içkiləri 
haqqında. - AEM.; I bur., B., 1964; Yenə onun. Об азербайджанских постройках круглого плана. - АЕМ. II 
бур.  Б., 1966; Yenə onun. Yaşayış evinin mənşəyinə dair. - AEM.III bur. B., 1977; Yenə onun. Bir orta əsr 
yaşayış evi haqqında. - AEM, 1977, III . Yenə onun. О  некоторых  источниках  водоснабжения  населенных 
пунктов Азербайджанской ССР. - АЭС, вып. IV, Б., 1981; Yenə onun. Maraqlı tapıntı. - ATM, VIc., B., 1963. 

 
21
                                                                                                                                                                                           
31
 А.А.Измайлова. К вопросу о карадамах на территории Азербайджанской ССР в XIX- нач. ХХ в. - АЭС, 
вып. I., Б., 1964; Yenə onun. К  истории  развития  жилищ  юго-восточных  районов  Азербайджана. - АЭС, 
вып.III,  Б., 1977; Yenə onun. Женская  народная  одежда  Закатальской  зоны  в  конце XIX - нач.XX  века. 
«Изв. АН Азерб. ССР», 1974, № 4. 
32
 А.А.Рустамов. О поселении и крестъянском жилище азербайджанцев Карабахской зоны. - АЭС, вып. II, Б., 
1966. Yenə onun. Этнографические данные о кягризной системе водобснажения в Азербайджане в XIX- XX 
вв.-YII Международный конгрес антропологических и этнографических наук.т.Y, М., 1970. 
33
 В.П.Кобычев. Крестъянское жилище народов Азербайджана в XIX в. - КЭС, вып. Ш, М., 1962. 
34
 М.М.Кулиев. Ковроделие Азербайджана по материалам северо-восточных районов Азербайджана - Авто-
реф. канд. дисс. Тб, 1969; Yenə onun. Azərbaycan xalçasının şöhrəti - "Elm və həyat", 1971, 1971, №9. 
35
 Т.М.Керимов. Народные транспортные средства Азербайджана в XIX - нач.XX вв. -Б., 2004; Yenə onun. 
XIX  əsrdə Azərbaycanda karvan (dəvə) nəqliyyatı haqqında. - "Azərb. EA Xəbərləri"1978,  № 4; Yenə onun. 
Azərbaycanda ənənəvi nəqliyyat vasitələri haqqında. - "Azərb. EA Xəbərləri"1979, № 4; Yenə onun. XIX əsrdə 
Azərbaycanda su nəqliyyatı - AEM, IV bur., B., 1981; Yenə onun. Из истории транспортных средств Азербай-
джана. - АЭС, вып. V, Б., 1985. 
36
 В.А.Ахмедова. Традиционное хлебопечение в Азербайджане.Б., 1977. 
37
 Q.Ə.Rəcəbov. Azərbaycanda süd məhsullarının hazırlanmasının xalq üsulları. - AEM, III bur., B., 1977. 
38
 Ş.A.Quliyev. Aəzrbaycanda su quşlarının ovlanması haqqında. - AMM, VI c., B., 1965. 
39
  Г.А.Кулиев.  Классификация  пахотных  орудий  Азербайджана. - В  кн:  Земледелие  в  Центральной  и  Вос-
точной Европе. Будапешт, 1971. 
40
 З.А.Кильчевская. Азербайджанский женский костюм XIX века из Карабаха. - В кн.: Вопросы этнографии 
Кавказа. Тб., 1952, с.183-199. 
41
 М.Халфина-Губайдулина. Заметка о пище азербайджанских тюрок. - "Изв.Восточного факультета АГУ", 
1928, № 3. 
42
 T.Ə.Bünyadov. Qədim Azərbaycanda ipin boyanması qaydalarına dair. - ATM, YI c., B., 1963; Yenə onun. 
Qədim Azərbaycanda toxuculuq və keçəçiliyin inkişaf tarixinə dair. - AEM, I, B., 1964; H.A.Quliev. 
Azərbaycanda basmanaxış  sənəti haqqında. - "Azərb. EA Məruzələri", 1957, № 7; Yenə onun. Azərbaycanda 
toxuculuq sənəti tarixindən - "Azərb. EA Xəbərləri", 1961, № 6-7; Yenə onun. XIX-XX əsrin əvvəllərində Lahıc 
qəsəbəsində mis qab istehsalı. – «Azərb. EA Xəbərləri», 1961, № 2, 1962, № 1; Yenə onun. Metal və xalq 
sənətkarlığı. B., 1968; Ş.A.Quliyev. Azərbaycanda kəndir lifinin əyrilməsi və  eşilməsi üsullarına dair. - AEM, 
1bur. B., 1964; Q.C.Cavadov. Azərbaycanda ağacişləmə sənəti haqqında. - AEM, III bur. B., 1978; Yenə onun. 
Azərbaycanda ağacişləmə  dəzgahı haqqında. - "Azərb. EA Xəbərləri", 1973, №1; K.Əliyeva. Naxçıvan bədii 
tikmələri. - "Azərb. EA Xəbərləri", 1961, №8; A.N.Mustafayev. Bir toxuculuq aləti haqqında. - "Azərb. EA 
Məruzələri", 1969, № 10; Yenə onun. XIX əsrin sonu - XX əsrin əvvəllərində Şirvanda nəqqatlıq. - "Azərb. EA 
Xəbərləri", 1974, № 1; Yenə onun. Şirvanda şaltoxuma dəzgahı. –«Azərb. EA Xəbərləri», 1968, № 4; Yenə onun. 
Şirvanda tərrahlıq. – «Azərb. EA Xəbərləri», 1976, № 1; Yenə onun. Azərbaycanda sənətkarlıq. B., 1999; Yenə 
onun:  К  истории  изучения  ткацкого  производства  в  Азербайджане. – «Изв.  АН  Азерб.ССР», 1972, № 3; 
Yenə onun. О  традиционном  станке  для  изготовления  сукна. – «ДАН  Азерб.  ССР», 1973, № 9; 
С.М.Агамалиева. Гончарство Азербайджана. Б., 1987 və s. 
43
  А.А.Пашаев.  Город  Ордубад  в XIX - нач. XX вв. (автореф.канд.дис.)  Л., 1988; Yenə onun. Ordubadda 
meyvələrin qurudulmasının xalq üsulları. - AEM, V bur., B., 1985. 
44
  Ə.İ.Abdullayev. X1X əsrin  əvvəllərində Yerevan quberniyası  Şərur-Dərələyəz uyezdində yaşayan azər-
baycanlıların məskənlərinə dair. - ATM, 1 c.B., 1973. 
45
 А.М.Набиев.Поселения и жилища азербайджанцев, проживавших в Грузии в конце Х1Х-начале ХХ вв.Тб., 
1981; Yenə onun. К изучению типов и форм сельских поселений азербайджанцев, проживавших в бывшем 
Борчалинском уезде. - "Изв.АН Азерб.ССР", 1977, №3; Дж.Новрузов. Традиционная и современная мате-
риальная  культура  азербайджанцев,  проживающих  в  Грузии  (автореф.канд.дис.).Б., 1991; Yenə onun. О 
растительной  пище  азербайджанцев,  проживающих  в  Грузинской  ССР.-"Изв.АН  Азерб.ССР", 1990, №1, 
с.155-159. 
46
 Н.В.Даданов. Современная материальная культура азербайджанцев Дагестана (автореф.кандидатской дис-
сертации).  М., 1989; С.Ш.Гаджиева,  А.Ф.Голдштейн.  Жилище  дагестанских  терекеменцев  Х1Х  нач.  ХХ 
вв.-ДЭС, вып.1, Махач., 1974; А.И.Исламмагомедов. Дореволюционные поселения дагестанских азербай-
джанцев - Быт сельского населения Дагестана (сб.статей). Махач., 1981. 
47
  Р.С.Эфендиев.  Азербайджанский  костюм  ХV1-ХYIII  вв. (автореф.  канд.  дис.)  Л., 1961; Yenə onun. 
Azərbaycan geyimləri tarixindən (XVI əsr baş geyimləri) - "Azərb. EA Məruzələri", 1959, №9; Yenə onun. 
Azərbaycanın maddi mədəniyyət nümunələri. B., 1960; Yenə onun. Азербайджанский  костюм.  Альбом.  Б., 
1963; Yenə onun. Ювелирное искусство Азербайджана. Б., 1964; Yenə onun. Azərbaycanın bədii sənətkarlığı. 
B., 1966; Yenə onun. Azərbaycan bədii parçaları (XY1-XYIII əsrlər) - "Azərb. EA Xəbərləri", 1968, №3; Yenə 
onun. XY1-XYII əsr Azərbaycan geyim və  bəzəkləri - "Qobustan", 1977, №2; Yenə onun. Azərbaycan bədii 
sənətkarlığı dünya muzeylərində. B., 1980; Yenə onun. Azərbaycan xalq sənəti. B., 1984; Yenə onun (müştərək). 
Azərbaycan geyimləri. B., 1997; Yenə onun. Декоративно-прикладное искусство Азербайджана. Авт. доктора 
искусствоведения. Б., 1972. 

 
22
                                                                                                                                                                                           
48
 L.Kərimov. Azərbaycan xalçası. 1 c., B., 1961, II -III c., B., 1983; Н.А.Абдуллаева. Ковровое искусство Азер-
байджана. Б., 1971; Ковры Азербайджанской ССР (Альбом). М., 1952: А.С.Алиева. Ворсовые ковры Азер-
байджана Х1Х-нач. ХХ века. Б., 1987. 
49
 K.M.Əliyeva. Azərbaycanın bədii parça və tikmələri. B., 1990. 
50
 S.B.Əsədova. X1X-XX əsrlərdə Azərbaycan zərgərlik incəsənəti. B., 1978; Каталог  народно-декоративного 
искусства Азербайджана. Б., 1963. 
51
  Н.И.Рзаев.  Художественная  керамика  Кавказской  Албании.  Б., 1964: Yenə onun. Зооморфные  сосуды-
особый  вид  художественной  керамики  Кавказской  Албании - "Изв.  АН  Азерб.ССР", 1961, №7: 
Н.Наджафова. Художественная керамика Азербайджана. Б., 1984; Yenə onun. Художественная глазурован-
ная керамика Азербайджана 1Х в.-"Изв.АН Азерб.ССР", 1958, №4. 
52
 А.С.Алиева. Художественная обработка дерева. Б., 1986. 
53
 Н.И.Рзаев. Художественное стекло Кавказской Албании.-"Доклады АН Азерб.ССР", 1964, №5. 
54
 Ювелирные украшения Азербайджана. Б., 1973; Н.И.Рзаев. Ювелирное искусство Кавказской Албании.-
"Доклады АН Азерб.ССР", 1965, №1; Медные орнаментированные изделия Азербайджана. Б., 1973; Вос-
точное оружие. Б., 1973. 
55
  Г.М.Ализаде.  Народное  зодчество  Азербайджана  и  его  прогрессивные  традиции.  Б., 1963; Yenə onun. К 
изучению народного зодчества Азербайджана. Об архитектуре народного жилища Х1Х-ХХ вв. - "Изв.АН 
Азерб.ССР", 1953, №8: L.S.Bretanitski, Ə.V.Salamzadə. Azərbaycan memarlığı abidələri. Naxçıvan MSSR 
abidələri. B., 1951; Л.С.Братеницкий,  М.А.Усейнов,  А.В.Саламзаде.  История  архитектуры  Азербайджана. 
М., 1963: Л.С.Бретаницкий.  К  истории  Дворца  Шекинских  ханов.-"Изв.Аз.ФАН  СССР", 1944, №5; Yenə 
onun.  Оборонительное  сооружения  Закатальского  и  Белоканского  районов. - Памятники  архитектуры 
Азербайджана. т. II, Б., 1950; Yenə onun (müştərək). Поселения и жилища (в разделе "Азербайджан"). - На-
роды Кавказа. т. П.М., 1962; С.А.Дадашев, М.А.Усейнов. Ансамбль Дворца ширваншахов в Баку. М., 1956; 
Yenə onun. Bakının memarlıq abidələri. B., 1955; Ə.S.Salamzadə,  Ə.Ə.Sadıqzadə. XYIII-X1X əsrlərdə 
Azərbaycanda yaşayış binaları.B., 1961; М.А.Усейнов, Л.С.Бретаницкий, А.В Саламзаде. История архитекту-
ры Азербайджана. Б., 1960; А.В.Саламзаде. Архитектура Азербайджана ХYI-Х1Х вв. Б., 1964; Yenə onun. 
Архитектура культовых сооружений ХYII-Х1Х вв. -"Искусство Азербайджана", т.YП, Б., 1959; Yenə onun. 
Архитектура  народного  жилища  нагорных  районов  Азербайджана.-Архитектура  Азербайджана.  Б., 1952; 
А.В.Саркисов.  К  изучению  народного  жилища  Азербайджана. - "ДАН.  Азерб.ССР", 1949, №5; 
Ш.С.Фатуллаев.  Жилые  дома  в  застройке  городов  Азербайджана  на  рубеже  Х1Х-ХХ  вв.  Б., 1963; Yenə 
onun. Градостроительство и архитектура Азербайджана Х1Х-ХХ вв. Л., 1986. И.Л.Вартанесов. Жилые до-
ма  города  Ордубада  ХYШ-Х1Х  вв. - Памятники  архитектуры  Азербайджана.  Б., 1950; К.М.Мамедзаде. 
Строительное  искусство  Азербайджана.  Б., 1983; В.Г.Мурадов.  Градостроительство  Азербайджана  ХШ-
ХY1 вв. Б., 1984; Р.Д.Салаева. Ордубад-истоки и формирование. Б., 1989: З.Авалов. Архитектура города 
Шуши. Б., 1977; В.Керимов. Оборонительные сооружения Азербайджана. Б., 1998; А.М.Мехтиев. Народ-
ное жилище Азербайджана. Б., 1986; Yenə onun. Деревянное зодчество Азербайджана. Б., 1987. 
1   2   3   4   5   6   7   8   9   ...   35


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə