AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2.61 Mb.
Pdf просмотр
səhifə8/35
tarix23.12.2016
ölçüsü2.61 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   35

Ənənəvi silahların təsnifatı.  İstifadə  məqsədlərinə  və  səciyyəsinə görə  ənənəvi yaraqlar 
soyuq    odlu  silah olmaqla iki böyük qrupa bölünür. Soyuq silahlar öz növbəsində hücum 
                                                           

 İstifadə nəticəsində yararsız hala düşmüş nal silah ustaları arasında nalpara adlanırdı.  

 
44
(həmlə) və müdafiə (mühafizə) yaraqları olmaqla iki qismə ayrılır. 
Hücum silahları  atma  (kəmənd, yay-ox, sapand, nizə,  «durbaş» adlanan haça nizə), 
sancma  (cəng yabası, cida),  çapma  (təbərzin, qılınc, xəncər)  və  zərbə  (toppuz, gürz, əmud, 
şeşpər) olmaqla müxtəlif məqsədlərlə istifadə olunurdu. Ənənəvi müdafiə-mühafizə vasitələrinə 
zireh («cövşən» adlanan dava köynəyi, qolçaq, dəbilqə  qalxan) daxil idi. 
Orta əsrlərdə Azərbaycanda xəzinəyə (şah, xan, sultan) məxsus zireh karxanalarından əlavə, iri 
şəhərlərdə fərdi zireh emalatxanaları da fəaliyyət göstərmişdir. 
Azərbaycanın  ənənəvi  odlu silahları  (tüfəng, tapança, top) həmçinin, atəşsaçma üsuluna 
görə «çaxmaqlı» və «pistonlu» olmaqla iki qismə bölünür.  
Odlu silahlar meydana gələndən sonra ənənəvi soyuq silahların (nizə, ox, kaman, təbərzin, 
toppuz,  şeşpər  və s.) bir qismi aradan çıxmış, yalnız xəncər və  qılınc istehsalı davam 
etdirilmişdir. Odlu silah istehsalının genişlənməsi nəticəsində bir sıra  əsləhə növləri (dəbilqə, 
qalxan, qolçaq, cövşən və s.) həmçinin, gərəksiz olmuşdur. 
Odlu silahların meydana gəlməsi ilə əlaqədar Azərbaycanın ənənəvi silahqayırma sənətində 
ixtisaslaşma baş vermiş, tüfəngsazlar tədricən soyuq silah ustalarından ayrılmağa başlamışdır. 
XIX  əsrin ikinci yarısından etibarən Azərbaycanın silahqayırma sənətində daha bir ciddi 
dəyişiklik də baş vermişdir. Qafqaz müharibəsindən sonra odlu silah istehsalının qadağan 
olunması
94
 ilə əlaqədar olaraq, soyuq silah istehsalı daha çox bıçaqçılıq, odlu silah istehsalı isə 
çilingərlik səciyyəsi kəsb etməyə başlamışdır.  
Soyuq silahlar. Ənənəvi soyuq silahların xeyli hissəsini çox qədim tarixə malik olan bəsit 
zərbə  vasitələri (dəyənək, toxmaq, kötək, zopa  və s.) təşkil etmişdir. Lakin ağacdan 
düzəldilmələri səbəbindən onların ilk nümunələri zəmanəmizədək gəlib çatmamışdır. Bununla 
belə, zərbə silahlarının təkmilləşmiş növlərinin xeyli hissəsi (toppuz, toxmaq, şeşpər, gürz, 
əmud) mənşə etibarilə  dəyənək və toxmaqla bağlı olub, son orta əsrlərə  qədər özlərinin  əməli 
əhəmiyyətini itirməmişdir. 
Qədim və orta əsr hərb sənətində kütləvi səciyyə daşıyan yaraq növləri arasında  atma 
silahlar (sapand, yay-ox, nizə və s.) başlıca yer tutmuşdur. 
Sapand  uzaqvuran atma silahların  ən bəsit növü olub çox qədim zamanlarda  meydana 
çıxmışdır. Yumru və oval formalı  xırda çay daşları vaxtilə atma silah növü - mərmi kimi 
işlənmişdir. 
İlk vaxtlar əllə atılan daşın hədəfə çatma məsafəsini uzatmaq məqsədi ilə «sapand» adlanan 
xüsusi daşatma vasitəsi icad olunmuşdur. 
Neolit dövründə meydana gəldiyi güman olunan sapand üç hissədən: daş qoyulan «aya» və 
hər tayının uzunluğu 1 metrə çatan bir cüt hörmə «qol»dan ibarət hazırlanırdı. 
Qədim dövrdə sapandın qolu və enli «aya»sı lifli bitkilərdən, elastik ağac sıyrımından, 
sonralar isə ip və ya köşədən hörülərmiş.   
Sapand daşını atmaq üçün onun qollarından birinin ilgəkli ucunu sağ  əlin  şəhadət 
barmağına keçirib, digər ucunu əldə tutur və ayasına qoyulmuş daşı baş üzərində bir neçə dəfə 
fırladandan sonra ilgəksiz qolunu sərbəst buraxırdılar. Bunun nəticəsində daş sapandın ayasından 
çıxır və süzüb uzaq məsafəyə düşürdü. 
Tir-kaman. Atma silahların tipik nümunəsi olan yay-ox  hələ mezolit dövründə  bəlli idi. 
Mezolit abidələrindən çaxmaq daşından qəlpələmə üsulu ilə düzəldilmiş xeyli saplaqlı  ox 
ucluqlarına  təsadüf edilmişdir. Bu fakt, yəni daş saplaqlı ucluqların aşkar olunması atma 
silahların təkmilləşdiyini göstərməklə yanaşı, yay (kaman) və oxdan hələ mezolit dövründən 
etibarən istifadə olunduğunu təsbit edir. Şübhə yoxdur ki, ucu sürtmə yolu ilə itilənib  şiş hala 
salınmış  və ocaqda ütülərək möhkəmləndirilmiş  ağac  çubuq uzun müddət ucluqlu oxu əvəz 
etmişdir. 
Maraqlı haldır ki, sonralar tuncdan düzəldilən ox ucluqları həm tipoloji cəhətdən, həm də 
forma və quruluş etibarilə çaxmaq daşından hazırlanan saplaqlı  və qoşa qanadlı ox ucluqlarını 
təkrar etmişdir. Ox ucluqlarının bu cür qanadlı və itmil formada düzəldilməsi oxun havada yaxşı 
süzüb uzaq məsafəyə çatmasını təmin etməkdən əlavə, həm də hədəfə dərin batmasına və onun 
ölümcül yaralanmasına imkan vermişdir. 
Dəmir dövründə istehsal olunan ox ucluqları tipoloji cəhətdən, xüsusilə  də forma və 

 
45
quruluş etibarilə özlərinin daş və tunc sələflərindən o qədər də fərqlənmirdi. Qəlpələmə və yaxud 
tökmə üsulu ilə hazırlanan daş  və  ya tunc ucluqlardan fərqli olaraq, dəmir (polad) ucluqlar 
«istidöymə» texnikası ilə düzəldilirdi. 
Qədim tarixə malik olan fərdi döyüş vasitələrindən biri də  kəmənd olmuşdur. Məlum 
olduğu kimi, qədim və orta əsrlərin döyüş taktikasında ordu başçısını, yaxud onun sərkərdələrini 
kəməndə salmaqla, atdan yıxıb tutmaq, beləliklə də, sərəsgərini itirmiş döyüşçüləri tərən-pərən 
salmaq üsulundan geniş istifadə olunurdu. Bu taktiki fənd əlbəyaxa döyüş əməliyyatlarında çox 
vaxt rəqibi çaş-baş salmaqla qələbənin  əldə olunmasına və düşmənin basılmasına təminat 
yaradırdı. Ona görə  də keçmişdə döyüşən orduda digər hərbi təlim və savaş  fəndlərini təmrin 
edib mənimsətməklə yanaşı, sərrast kəmənd atmağı bacaran mahir kəməndçilər yetişdirilməsinə 
də qayğı göstərilirdi. Xüsusilə düşməni at belində  təqib edərkən kəməndin halqasını  rəqibin 
başına keçirmək  əməliyyatını  sərrast icra edə bilmək üçün «durbaş» adlanan uzun dəstəkli (4-
5m), iki barmaqlı yabaya oxşayan döyüş vasitəsindən istifadə olunurdu. Azərbaycanın orta əsr 
məişətinə, o cümlədən hərb sənətinə  dərindən bələd olan Nizami Gəncəvinin məşhur «hanı o 
kəmənd ki, durbaşı olmasın» mətləli beytindəki misradan aydın olur ki, o zamankı döyüşlərdə 
düşmənin sərəsgərini kəməndə salıb tutmaq və bu yolla savaşı udmaq üçün kəməndlə yanaşı, 
«durbaş» adlanan silah növü də gərək olurmuş.
95
 
Durbaşdan həm də düşmən kəməndini dəf edib ondan qorunmaq üçün müdafiə vasitəsi 
kimi də istifadə olunmuşdur. Bütün bunlardan əlavə, keçmişdə əsilzadə şəxslər ov zamanı bərk 
qaçan heyvanları (ceyran, cüyür, tur) kəməndə salmaq üçün durbaşdan istifadə edərmişlər. 
Nizə.  Qədim və orta əsr hərb sənətində  tətbiq olunmuş atma-sancma səciyyəli hücum 
silahları arasında nizə xüsusi yer tutmuşdur. Nizənin təkamül tarixinə nəzər saldıqda bəlli olur ki, 
o, ibtidai insanların vəhşi heyvanları ovlamaq üçün istifadə etdikləri ucu yonulub şiş hala 
salınmış toxmaqdan törəmişdir. Qədim insanlar ov aləti kimi işlətdikləri cidavari toxmağın təsir 
gücünü artırmaq məqsədi ilə ona daş və ya sümük ucluq, sonralar isə metal ucluq əlavə etmişlər. 
Bununla da ağac toxmaq tədricən ikili səciyyə  kəsb edərək ov alətindən soyuq silah növünə 
çevrilmişdir. 
Nizənin bir növü olan polad ucluqlu cida Azərbaycanda ərəb işğalları dövründən etibarən 
«mizraq» adlanmışdır. Yarpaqvari quruluşa malik olan cida (mizraq) ucluğu bir qayda olaraq, 
ağac dəstəyə keçirilirdi. Ona görə  də, onun «küp» rolunu oynayan saplağı boru formasında 
düzəldilirdi.  
Nizə tipli soyuq silah növləri  əlbəyaxa döyüşlərdə  həm sancma, həm də atma silah kimi 
istifadə olunmuşdur. Uzun dəstəkli nizə daha çox süvari silahı sayılırdı. Lakin əlbəyaxa döyüşdə 
ondan piyadalar da istifadə edirdilər. Kütləvi silah növü olması səbəbindən antik dövrə aid əsgər 
qəbirlərinin hər birində 7-10, bəzən daha çox nizə ucluqlarına təsadüf edilir.
96
 Alban döyüş-
çülərinin vaxtı ilə istifadə etidikləri yarpaqvari nizə ucluqları  ən çox Mingəcevir,  Şamaxı, 
Qəbələ, Nüydi, Uzunboylar, Qırlartəpə  və digər arxeoloji abidələrin nekropollarındakı torpaq 
qəbir- lərindən tapılmışdır.
97
 
Düşməni yaxın və uzaq məsafədən vurub yaralamaq üçün istifadə olunmuş alban 
nizələrinin ucluqları dəfnə yarpağı forma- sında uzunsov düzəldilmişdir. Müxtəlif ölçüyə malik 
olan nizə ucluqları, bir qayda olaraq, iki hissədən: boruşəkilli küp və ucu itmil hala salınmış yastı 
tiyədən ibarət düzəldilirdi. Nizə ucluğunun tiyəsinin ortası azca qabarıq olmaqla yanlara doğru 
getdikcə nazilir və kənarları iti kəsərli lövhə halını alırdı. Tiyənin bu forması onun hədəfə yaxşı 
sancılmasını təmin edirdi. 
Kəsici silahlar. Qədim və orta əsr hərb sənətinin  ən kəsərli və geniş yayılmış  kəsici və 
deşici yaraq növü xəncər və qılınc idi. 
Qılınc.  Əlbəyaxa savaşın  ən dəyərli, həlledici silah növü olmaq etibarilə  qılınc hələ tunc 
dövründə meydana çıxmışdır. Azərbaycanın tunc dövrü abidələrindən xeyli miqdarda tunc qılınc 
aşkarlanmışdır. 
Tunc qılınclar tökmə-qəlib üsulu ilə düzəldilməklə uzun tiyə  və «qəbzə» adlanan qısa 
dəstəyə malik idi. Tunc qılıncların tiyəsi, adətən, düz və ikiağızlı hazırlanır, onların qəbzəsinin 
üzərinə ağac, sümük və ya mis üzlük çəkilib bəzədilirdi. 
Mənşə etibarilə  xəncərdən törəyən qılınc,  əsasən, tiyəsinin uzun və enli olmasına, habelə 

 
46
qəbzəsinin formasına görə ondan fərqlənirdi. 
Düz tiyəli qılıncın uzunluğu 80-90 sm, bəzən də 1 m olurdu. Qılıncın qəbzəsinin hər iki 
üzünə  ağac və ya sümük üzlük, bəzən bundan əlavə,  qının ucuna xüsusi formalı metal ucluq 
bərkidilirdi.  
E.ə.I minilliyin əvvəllərindən etibarən qılınclar dəmir və poladdan istidöymə üsulu ilə 
hazırlanmağa başlamışdır. Arxeoloji materiallardan göründüyü kimi, erkən dəmir dövrünə aid 
qılıncların qəbzəsinin tuncdan, düz və ikiağızlı uzun tiyəsinin isə dəmirdən hazırlandığı nəzərə 
çarpır. Bundan fərqli olaraq, antik dövr qılınclarının qəbzəsi dəmirdən, tiyəsi isə  dəmirqarışıq 
poladdan düzəldilmişdir. 
Tiyəsinin formasına, görə polad qılınclar əyri və düz tiyəli olmaqla, bir-birindən seçilmişdir. 
Qədim türklərə məxsus olan əyri tiyəli qılınclar «gorda», yaxud «yatağan» adlanmışdır. Əyri tiyəli 
qılınclar, adətən, birağızlı düzəldilirdi. 
Ərəb işğalları dövründə Azərbaycanda «qəddarə» adlanan uzun və düz tiyəli qılınc növü 
xüsusilə geniş yayılmışdı. 
Qılınc, bir qayda olaraq, tiyəsinin formasına müvafiq qında saxlanırdı. 
Xəncər.  Əlbəyaxa döyüşdə digər soyuq silahlarla yanaşı, ikiağızlı  xəncərlər başlıca yer 
tuturdu.  İkili səciyyə daşıyan xəncər- dən həm hücum, həm də müdafiə  məqsədiilə istifadə 
olunmuşdur. Adətə görə keçmişdə həddi-büluğa çatandan sonra bütün kişilər yanlarında xəncər 
gəzdirirdilər. 
Dəstək (qəbzə) və tiyə olmaqla iki hissədən ibarət düzəldilən xəncərin tiyəsi nisbətən qısa, 
düz və ikiağızlı olmaqla, uca doğru tədricən nazilib itmil forma kəsb edirdi. Bu da onun sancma-
deşmə silah növü kimi işlənməsi lüzumundan irəli gəlirdi. Elə bu səbəbdən də sancılarkən qan 
çıxsın deyə xəncər tiyəsinin ortasına «nov» salınırdı. Xəncər tiyəsi bəzən qoşa novlu hazırlanırdı. 
Xəncər tiyəsi müxtəlif ölçülərdə düzəldilirdi. Qısa tiyəli xən- cər növü «qəmə» adlanırdı. 
Qəmənin tiyəsi bir qədər də  qısa olub bıçaq kimi istifadə edildikdə  «qəməlti» adlanırdı. 
Qəmədən fərqli olaraq, qəməlti kəsici  əmək aləti olmaqdan əlavə, yeri gəldikdə sancma silah 
növü kimi də işlənirdi. 
Qılınc kimi, xəncər də qında gəzdirilirdi. Bu məqsədlə xəncə- rin qınının yuxarı hissəsinə 
xüsusi olaraq metal «bənd» düzəldilib bərkidilirdi. 
Keçmişdə  xəncər yaraq olmaqdan əlavə, həm də kişilərin ənənəvi üst geyim komplektini 
tamamlayan dekorativ bəzək növü sayılırdı. Bu səbəbdən də onun qınının və qəbzəsinin yaraşıqlı 
görünməsinə xüsusi diqqət yetirilirdi. Odur ki, çox vaxt onların səthi zərgərlik üsulu ilə bəzədilib 
süstləndirilirdi. Orta əsrlərdə zadəgan zümrələri arasında qın və dəstəyi nəfis şəkildə bəzədilmiş 
polad xəncərləri qeyrət, hünər və alicənablıq nişanəsi kimi bir-birinə hədiyyə etmək dəb halını 
almışdı. 
Təbərzin.  Kəsici silahların tipik nümunələrindən biri olan təbərzin  hələ  tunc dövründə 
meydana gəlmişdir. Tunc təbərzin ilk vaxtlar tökmə-qəlib üsulu ilə, antik dövrdən etibarən isə 
həm də istidöymə üsulu ilə düzəldilmişdir. 
Soyuq silahların istehsal texnologiyası. XIX əsrdə Azərbaycanın silahqayıran ustaları ən 
çox qılınc və  xəncər hazırlayırdılar. Zaqafqaziyada soyuq silah istehsalının yüksək kamillik 
səviyyəsinə çatdığını XIX əsr tədqiqatçıları dönə-dönə etiraf etmişlər.
98
 S. Qulişambarov bu 
cəhətdən  Şamaxı, Göyçay və Quba qəzalarının xüsusilə  fərqləndiyini və  əmək alətlərinin bəsit 
olmasına baxmayaraq, bu sənətkarların çox zərif silah-sursat hazırladığını qeyd edirdi.
99
 
Ədəbiyyat materiallarından anlaşıldığı kimi, XIX əsrdə  qılınc və  xəncər tiyəsini «sığa» 
adlanan poladqarışıq dəmirdən xüsusi üsulla hazırlayırmışlar. V.Leqkobıtovun yazdığına görə, 
yerli silah ustaları tiyə üçün düzəltdikləri metal şığanın istehsal tex- nologiyasını  məxfi 
saxlayırdılar.
100
  Əbdürəhim adlı bir nəfər Lahıc silahsazının emalatxanasında onun apardığı 
müşahidəyə görə, tüfəng və tapança lüləsi kimi, qılınc və  xəncər tiyəsi də yarıbayarı polad və 
nalpara qatışığından hazırlanırmış. Bu məqsədlə onları qızdırıb döyməklə, əvvəlcə nazik və enli 
lövhələr (şığa-A.M.) hazırlayır, sonra onları üst-üstə qoyub yenidən qızdırıb döyməklə yuvarlaq 
və uzunsov zolağa çevirirdilər. Daha sonra zolağı qızdırır və bir ucunu məngənə vasitəsilə sıxıb 
sabit saxlayır, digər ucunu kəlbətinlə burub eşirdlilər.
101
 Xəncər və ya bıçaq 1-2, qılınc tiyəsi isə 
4-5 ədəd metal eşməsindən hazırlanırdı. 

 
47
 Növbəti mərhələdə  şığa eşməsi yastılanıb «pəstəha» halına çatdırılırdı. Lakin «yatağan» 
üçün əvvəlcə o, əyilib müvafiq görkəmə salınırdı. Düz tiyəli qılıncdan fərqli olaraq, «yatağan»ın 
əyri tiyəsi ortadan başlayaraq uca doğru tədricən geriyə tərəf əyilib qövsvari görkəm almışdı.  
Tiyə halına düşmək üçün pəstəha bir neçə  dəfə kürədə  qızdırılıb zindan üzərində 
döyülürdü. Həm də bu halda təkcə tiyənin özü deyil, habelə onun dəstəyi də döyülüb müvafiq 
görkəmə salınırdı. Tiyənin beli və «qəbzə»si nisbətən qalın olur, kəsər hissəsi isə tədricən nazilib 
iti hala düşürdü. 
Qəbzə döyülüb müvafiq görkəm alandan sonra ona ağac, buynuz və ya sümükdən «üzlük» 
çəkilirdi. Bunun üçün qəbzənin maha vasitəsilə üzərində iki-üç yerdən deşik açılırdı. Qılınc və 
xəncər qəbzəsinə çox vaxt qoz və ya çinar ağacından hazırlanmış qoşa üzlük  bərkidilirdi. 
Düz tiyəli qılıncların «qəddarə» adlanan böyük və  ağır növü çox vaxt qoşa novlu 
hazırlanırdı. Qəddarəni, adətən, süvari döyüşçülər, ən çox isə sərkərdə və hökmdarlar kəmər və 
ya qurşaq- larında gəzdirirdilər. 
Qılınc və  xəncər tiyəsi «yarma-şığa» üsulu ilə  də hazırla- nardı. Bu halda tiyənin küpü 
poladqarışıq dəmirdən, kəsər hissəsi isə xalis polad şığadan döyülüb düzəldilirdi. Bunun üçün 
usta  əvvəlcə, «qaynaq dəmiri»ndən silahın tiyəsinə müvafiq pəstəha hazırlayırdı. Sonra onu 
qızdırıb arasını yarır və «ağzına» polad şığa kəsib qoyurdu. Daha sonra onları  təkrar-təkrar 
qızdırıb döyməklə, bir-birinə  qaynaq edirdi. Bir qayda olaraq, soyuq silahların tiyəsi  tənəkar 
vasitəsilə qaynaq edilirdi. Yarmaşığa üsulu ilə ən çox təkağızlı silahların tiyəsi hazırlanırdı. Bu 
üsul silahın elastikliyini artırmaqla yanaşı, onun sərtliyini və sınma ehtimalını azaldırdı. 
Tiyə istehsalı  ovxarlama  və  suyatutma  əməliyyatları ilə başa çatırdı. Digər kəsici alətlərdə 
olduğu kimi, soyuq silahların tiyəsi də, bir qayda olaraq, isti halda ovxalanırdı. Törpü, iri və narın 
dişli yeyələr vasitəsilə icra olunan bu əməliyyat nəticəsində tiyənin ağzının kəsər hissəsi nazilib 
tələb olunan iti həddə çatdırıldı. 
Tiyənin sərtlik xassəsi kəsb etməsi və iti qalması suya tutmaq yolu ilə  təmin edilirdi. 
Poladın növündən asılı olaraq, soyuq silahların tiyəsi müxtəlif vasitələr (su, hava, neft, ərinmiş 
yag və s.) ilə suya tutulurdu. Tiyənin kəsərliyi və  tələb olunan sərtlik xassəsi ustanın 
məharətindən, suvermə əməliyyatına onun düzgün əməl etməsindən asılı idi. Belə ki, suyunu çox 
götürmüş tiyə sərtliyindən tez sınır, az su almış tiyə isə çarxa verilərkən onu «qılov vurur» və 
tezliklə korşalırdı. 
Ənənəvi tiyə istehsalında ciddi əməl olunan texnoloji proseslərdən biri də  zağlama ildi. 
Tiyə, adətən, 2-3 gün zağ məhlulunda qalırdı. Bunun sayəsində zağın kimyəvi təsiri nəticəsində  
tiyənin tərkibindəki dəmir qismən aşınır, xalis polad nisbəti isə sabit qalırdı. «Cövhərləmə» 
adlanan bu üsul ilə hazırlanmış tiyə olduqca yüksək qiymətləndirilirdi. 
Tiyənin itilənmə  əməliyyatı  xart daşı, bülöv  satıl  vasitəsilə görülürdü. Tiyə  əvvəlcə 
çarxa verilir, sonra satıla çəkilirdi. 
Xəncər və qılıncın itiliyi, başqa sözlə, həm də onu hazırlayan sənətkarın ustalıq məharəti 
tük və ya ipək yaylıq vasitəsilə sınaqdan keçirilirdi. Havada yaylığı kəsə bilən tiyə el arasında iti, 
onu hazırlayan usta isə kamil sənətkar sayılırdı. 
Xəncər və qılınc ustaları tiyənin forma və quruluşuna müvafiq qın da hazırlayırdılar. Qın 
şam, şümşad və ya qoz ağacından yonulmuş qoşa lövhədən ibarət olub üzərinə aşılanmış dəri, 
yaxud məxmər üzlük çəkilirdi. Üzlük, adətən, qına çiriş vasitəsilə yapışdırılırdı. Qının möhkəm 
qalması üçün onun ucuna «dürcək» adlanan metal ucluq bərkidilirdi. Gülmıx vasitəsilə  qına 
bərkidilən ucluq çox vaxt gümüşdən düzəldilirdi. Qarasavad üsulu ilə bəzədilmiş qın ucluqları, 
adətən, sifarişlə yerli gümüşbəndlərə düzəltdirilirdi. Qının  bəndi  metaldan düzəldilir və  xırda 
gülmıxla ona bərkidilirdi. Qını kəmərdən asmaq üçün bəndin üst kənarına halqa keçirilirdi. 
Keçmişdə soyuq silahların qəbzə  və  qınını  zərgərlik üsulları (xamətkarlıq, qarasavad, 
minalama, aynalama və s.) ilə bəzətdirmə ənənə halını almışdı.  
XIX  əsrin sonunda Zaqafqaziyada silahsazlığın, xüsusilə soyuq silah istehsalının güclü 
inkişaf etmiş mərkəzləri arasında Nuxa və Cəbrayıl qəzaları mühüm yer tutmuşdur. K.Xatisovun 
yazdığına görə bu qəzalarda silahsazlıq kustar sənət səciyyəsi daşımışdır.
102
 
Odlu silahlar. Azərbaycanda odlu silah istehsalı son orta əsrlərdə, həm də əxzetmə yolu ilə 
meydana gəlmişdir. Azərbaycanın silah ustaları müxtəlif yollarla ölkəyə düşmüş odlu silahların 

 
48
(zənburək, tüfəng, tapança) hazırlanma texnologiyasını çox tezliklə  mənimsəmişdilər. Lakin 
odlu silahlar arasında tüfəng istehsalı kütləvi səciyyə daşıdığından Azərbaycanda silahqayırma 
sənətinin bu sahəsi, əsasən, tüfəngsazlıq istiqamətində inkişaf etmişdir. 
Azərbaycanın tüfəng ustaları müxtəlif sistemli döyüş və ov tüfəngləri, çaxmaqlı  pistonlu 
tapançalar hazırlayırdılar. Bundan əlavə, onlar asudə vaxtlarında müxtəlif sistemli əcnəbi 
silahların təmiri ilə də məşğul olur və çilingər vəzifəsini də yerinə yetirirdilər. 
Tüfəngsazlıq. Etnoqrafik materialların təhlili vaxtilə Azərb- aycanda həm çaxmaqlı, həm də 
pistonlu tüfənglərin (aynalı, süzəni, qoşalülə    təklülə) müxtəlif tipoloji növlərinin dəbdə 
olduğunu göstərir. 
Tüfəngsazlıq sənətində  işlənən istehsal ləvazimatı  və  əmək alətlərinin («dəzgə» adlanan 
miz, onun başına bərkidilmiş  ənbur, kötük, zindan, müxtəlif ölçülü sarğı milləri, çəkiclər, 
kəlbətin, simkeş, iskənə, yeyə, matqab, arşın, künyə, mıx, pinç və s.) böyük əksəriyyətini usta özü 
düzəldir, yaxud çilingər dükanlarından satın alırdı. Lülənin zağlanmasında istifadə olunan 
kimyəvi maddələr əczaçı dükanlarından, qara neft isə çarvadarlardan satın alınırdı. 
Çaxmaqlı tüfəng lülə, çaxmaq, qundaq və lülə yatağı olmaqla müxtəlif hissələrdən ibarət 
düzəldilirdi. 
Lülə  və çaxmaq istehsalı ilə bilavasitə «lüləkeş» adlanan silah ustasının özü, qundağın 
hazırlanması ilə «qundaqsaz» məşğul olurdu. Ədəbiyyat materiallarından göründüyü kimi, XIX 
əsrin əvvəllərində odlu silaha tələbat hələ böyük olduğundan çox vaxt çaxmaq hazırlayan usta - 
«çaxmaqsaz» müstəqil işləyirdi.
103
 Kustar tüfəng istehsalı  tənəzzülə  uğrayandan sonra silahsaz 
nəinki lülə və çaxmaq düzəltməklə, habelə qundaq hazırlamaqla da özü məşğul olurdu. 
Qeyd etmək lazımdır ki, pistonlu tüfənglər dəb düşəndən sonra çaxmaqlı tüfənglər 
özlərinin  əməli  əhəmiyyətini tamam itirməmişdi. Sərrast atəşi və gülləsinin uzaq məsafəyə 
süzməsi ilə fərqlənən çaxmaqlı tüfənglər uzun müddət ov silahı kimi istifadədə qalmışdır. 
Odlu silahların istehsal texnologiyası.
104
 Çaxmaqlı tüfənglərin metal hissəsi  lülə  və 
çaxmaq olmaqla iki hissədən ibarət hazırlanandan sonra ona sünbə əlavə olunurdu. Tüfəng lüləsi 
«yuvarlaq»    «tilli»  olmaqla iki cür hazırlanırdı. Lülənin uzunluğu 105-110 sm, diametri 
«odluq» adlanan küp hissədə 3 sm, ucda 2,5 sm-ə çatırdı. Çaxmaqlı tüfənglərin lüləsinin içərisi, 
adətən, xırsız (yivsiz) düzəldilirdi. 
Azərbaycan silahsazlığında, lülə «sarıma» üsulu ilə hazırlanırdı. Bunun üçün ilk növbədə 
iki barmaq enində şığa düzəldilirdi. Şığa, bir qayda olaraq, biri dəmir, digəri polad olmaqla, bir 
cüt metal çubuqdan döyülüb hazırlanırdı.  İstidöymə yolu ilə tapdanıb yastı hala salınmış  şığa 
spiralvarı formada ülgü milinin üzərinə sarınırdı.
105
 Bunun üçün əvvəlcə ülgü mili və şığanın ucu 
birlikdə ənbura bağlanırdı. Tüfəng lüləsinin daxili boşluğunun ölçüsündən asılı olaraq, müxtəlif 
kalibrdə (24, 20, 16, 12, 8 mm diametrə malik) lülə milindən istifadə olunurdu. Sarıma 
əməliyyatı başa çatandan sonra usta ənburu boşaldır və ülgü milini pəstəha halına düşmüş 
sarğının arasından sıyırıb çıxarırdı. Sonra sarğı kürədə qızdırılaraq onun ara birləşmələri tənəkar, 
bürünc, sink  qalay vasitəsilə qaynaq edilib birləşdirilirdi. Qaynaqetmə əməliyyatı sayəsində 
sarğı boru şəklinə düşürdü. 
Lüləni tilli (8 və ya 6 guşəli) hala salmaq istədikdə onu təkrar ənbura qoşub üzərini əvvəlcə 
iri, sonra narın dişli yeyə ilə yeyələyirdilər. 
Lülənin odluq hissəsinin üst kənarında, adətən, nişangah məqsədi ilə 1 sm hündürlüyündə 
qövsvari «gəz», onun ucunda isə kiçik «arpacıq» düzəldilirdi. Daban gəzinin ortasında açılmış 
dar deşik nişangah rolunu oynayırdı. 
İkinci mərhələdə lülənin daxili boşluğu yonulub hamarlanırdı. Sənət dili ilə bu əməliyyat 
«həddələmə» adlanırdı. Bunun üçün lülə yenidən  ənbura bərkidilir və onun içərisi «həddə» 
adlanan yonucu alətlə yonulub hamarlanırdı. Lülə boşluğunun diametrindən asılı olaraq müvafiq 
ölçülü həddədən istifadə olunurdu. Lülə boşluğunun tam hamar olması üçün əvvəlcə onun içərisi 
iri dişli, sonra isə narın dişli həddə ilə yonulurdu. Yonma əməliyyatını asanlaşdırmaq və 
həddənin korşalmasına yol vermə- mək üçün iş prosesində arabir lülənin içərisi qara neftlə 
yaglanırdı. 
Lülənin həddələnmə  əməliyyatı başa çatandan sonra atəş açılması, başqa sözlə barıtı 
alışdırmaq üçün onun odluğunda matqabla dar deşik açılırdı. 

 
49
Üçüncü mərhələdə lülənin xarici səthi işlənib hamar hala salınırdı. Bu məqsədlə onun səthi 
əvvəlcə yeyələnir, sonra sumbata ilə sürtülüb hamarlanırdı. 
Bəzən sifarişçinin tələbi ilə lülə həm də zağlanırdı. Bunun sayəsində onun estetik məziyyəti 
və  əmtəə  dəyəri xeyli artırdı. Tüfəng ustaları lüləni sulfat duzu (göydaş) vasitəsilə zağlayıb 
cövhərə tuturdular. 
Silah ustalarının verdiyi məlumata görə, keçmişdə Quba qəzasında lülə istehsalı sahəsində 
Suvacal kəndi bütün mahalda məşhur olmuşdu.
106
 Suvacal ustalarının hazırladığı zağlı lülələr 
yüksək keyfiyyəti ilə seçilirdi. 
Çaxmaqlı  tüfənglər spesifik alışdırma sisteminə malik olduğundan onların çaxmağı 
pistonlu silahlardan köklü surətdə fərqlənirdi. Bu tip tüfənglərdə odluğa tökülmüş barıt çaxmaq 
daşından  əmələ  gələn qığılcım sayəsində od alırdı. Çaxmağın formasının müəyyənləşməsində 
onun bu funksiyası, yəni çaxmaq daşını özü ilə birgə hərəkət etdirməsi mühüm rol oynamışdır.  
Məlum olduğu kimi, çaxmaq dörd hissədən: onu geriyə qanıran şeytan, bir cüt polad yay, 
onu yaydan çıxarıb qəflətən irəli atan tətik  və çaxmaq daşını saxlayan qoşa  çənədən ibarət 
düzəldilirdi. Çaxmaqdaşı çənə dişlərinin arasına pərçimlənib pinç vasitəsilə bərkidilirdi. Çaxmaq 
daşı onun zərbəsi nəticəsində  qığılcım çıxarırdı. Çaxmağın  şeytan, tətik və  çənəsi ayrıca 
hazırlanıb qoşa yaylara qoşulurdu. Bir qayda olaraq, yaylardan biri şeytanın, digəri isə  tətiyin 
dabanına bənd edilirdi. 
Çaxmaqlı tüfənglərin qundağı və lülə yatağı qundaqsaz tərəfindən yonulub lazımi görkəmə 
salınandan sonra lüləyə bitişdirilirdi. Tüfəngin lüləsi 6 ədəd metal halqa vasitəsilə qundaq və lülə 
yatağına bəndlənirdi. 
Çaxmaqlı tüfənglər bir qayda olaraq, sünbə vasitəsilə lülənin ağızından doldurulurdu. 
Keçmişdə çaxmaqlı tüfənglər dəbdə da vaxtlarda atəşə ara verməmək üçün hər bir döyüşçüyə 
ayrıca «sünbəkeş» təhkim edilirdi. 
Atəş açmaq üçün şeytan vasitəsilə çaxmağı geri qanırıb odluğun deşiyinin üstünü açır və 
oraya barıt dəbbəsindən bir qədər barıt tökürdülər. Çaxmaq daşı tez qığılcım versin deyə çox 
vaxt ləpiyin ön hissəsinə də azca barıt sürtülürdü. Tətiyi çəkdikdə çaxmağın dabanı yaydan çıxır 
və  ləpiyə toxunub qığılcım  əmələ  gətirməklə yanaşı, dərhal odluğun deşiyini qapayırdı. 
Qığılcımdan od tutan barıt yana-yana odluqdan «xəznəyə» keçir və oradakı barıtı alışdırmaqla 
atəş açılmasına səbəb olurdu. 
Sünbə  və  barıt dəbbəsi daima çaxmaqlı tüfənglərin yanında hazır saxlanırdı. Barıt 
dəbbəsini əksər hallarda buynuz və ya aşılı göndən, bəzən gümüşdən düzəldirdilər. 
Çaxmaqlı tüfənglərdə işlənən barıt yerli ustalar tərəfindən kustar üsulla hazırlanırdı.
107
 
 
                                                           
1
 К.Т.Каракашлы. Материальная культура азербайджанцев северо-восточной зоны Малого Кавказа (истори-
ко-этнографическое  исследование).  Баку, 1964; M.İ.Atakişiyeva. Mingəçevir  şəhərinin  ətraf kəndlərində ev 
avadanlığı. - Материальная  культура  Азербайджана.  ЫЫ  бур.,  Бакы,1954;  Р.И.Бабаева.  Утварь  Абшерона.- 
Азерб. МЕА ТİЕА, f.3632,; H.A.Quliyev. XIX əsrdə və XX əsrin əvvəllərində Lahıc qəsəbəsində mis qab istehsalı. 
- «Azərbaycan SSR EA Xəbərləri», 1962, №1; A.N.Mustafayev. Şirvanın maddi mədəniyyəti (tarixi-etnoqrafik 
tədqiqat). Bakı,1977; Yenə onun: Azərbaycanda sənətkarlıq (tarixi-etnoqrafik tədqiqat), Bakı,1999; Yenə onun. 
İngiloyların maddi mədəniyyəti (tarixi-etnoqrafik tədqiqat). B., 2005; H.A.Həvilov  İnsan, məişət, mədəniyyət. 
Bakı,1981; Yenə onun: Azərbaycanın maldarlıq mədəniyyəti. Bakı,1987; К.М.Ибрагимов. Материальная культу-
ра  Шекинской  зоны  в  конце  ХIХ-начале  ХХ  века  (историко-этнографическое  исследование).  Автореферат 
дис.канд.истор.наук.  Баку, 1982; В.А.Ахмедова.  Традиционное  хлебопечение  в  Азербайджане  (историко-
этнографическое  исследование).  Баку,1997;  С.М.Агамалиева.  Гончарство  Азербайджана.  Баку,1987; 
Ф.И.Велиев.Материальная культура западной зоны Азербайджана в XIX-начале XX вв. (по материалам Ка-
захского, Таузского и Шамхорского районов).Б.,1990; H.N.Məmmədov.Muğanın maddi mədəniyyəti.Bakı,2001.  
2
 Q.C.Cavadov. Azərbaycanın  şum alətlərinin təsnifatına dair. «Azərb. EA Xəbərləri (tarix, fəlsəfə  və hüquq 
seriyası)»,1979,№ 3,s.57; Г.Д.Джавадов. Народная земледельческая техника Азербайджана. Б., 1989. 
3
 Q.C.Cavadov. Göst.əsəri,s.57 
4
 Ş.Quliyev,Y. Rüstəmov,T.Bünyadov. - Azərbaycan qara kotanı. Azərb. EA Məruzələri, 1964, № 6, s.82-85. 
5
 Г.Дж. Джавадов. Народная земледельческая техника Азербайджана. Баку, 1989, с.95. 
6
 Yenə orada, s.98. 
7
Г.А.Гулиев. Земледельческая культура Азербайджана (иторико-этнографическое исследование). Авторефе-
рат, Баку, 1968,с.18; щямчинин бах: Г.Д.Джавадов. Орудия боронования Азербайджана (Х1Х-начало ХХ в.). 
«Советская этнография»,1977,№ 4,с.68-78. 

 
50
                                                                                                                                                                                           
8
 T.Bünyadov. Azərbaycanda əkinçiliyin inkişafı tarixinə dair. B., 1964, s.18. 
9
 Ş.A.Quliyev. Azərbaycanda çəltikçilik (tarixi-etnoqrafik tədqiqat). B.,1977, s.44-45. 
10
 Ş.A.Quliyev. Qarabağdan tapılan daş vəllər. Azərb.SSR EA-nın Məruzələri. 1968, № 11, s. 79.  
11
 Azərbaycan etnoqrafiyası. I c., Bakı, 1988, s. 72. 
12
 Yenə orada, s.105. 
13
 A.N.Mustafayev. Daşişləmə. Bax: Azərbaycan etnoqrafiyası. I c. B., 1988, s.335. 
14
 С.М.Агамалиева. Гончарство Азербайджана (историко-этнографическое исследование), Баку,1987, с.39-40. 
15
 H.Quliyev, N.Tağızadə. Metal və xalq sənətkarlığı. Bakı,1968, s.33-34. 
16
 A.N.Mustafayev. Azərbaycanda sənətkarlıq (tarixi-etnoqrafik tədqiqat). B.,1999, s.179-181. 
17
 Ə.Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti. B., 1969, s.5. 
18
 Yenə orada, s.66 
19
 Ə.Bədəlbəyli. Göst.əsəri, s.43. 
20
 Yenə orada, s.69-70. 
21
 Ə.Bədəlbəyli. Göst.əsəri, s.62-63. 
22
 Yenə orada. s.72-73. 
23
 К.Закс. Музыкальная культура Вавилионии и Ассурии.- Музыкальная культура древнего мира. М.,1937, 
с.105. 
24
 Nizami Gəncəvi. Yeddi gözəl. B.,1941, s.242. 
25
 Bax: Ə.Bədəlbəyli. Göst., əsəri, s.78. 
26
 С.Абдуллаева. Народные музыкальные инструменты Азербайджана. Б., 1972, с.14. 
27
 Ə.Bədəlbəyli. Göst.əsəri, s.52, 57 
28
 Yenə orada. 
29
 Yenə orada, с.31. 
30
 К.Касимов. Музыкальные инструменты в Азербайджане - Искусство Азербайджана. т.II, Б., 1943, с.55. 
31
 Ə.Bədəlbəyli. Göst. əsəri, с.44. 
32
 Bax:Yenə orada. 
33
 Ə.Bədəlbəyli. Göst. əsəri, с.41. 
34
 Yenə orada, с.67. 
35
 Yenə orada, s.55. 
36
 Q.Qasımov. Göst. əsəri, s.54; həmçinin bax: S.Abdullayeva. Göst. əsəri, s.19. 
37
 Q.Qasımov. Gös. əsəri, s.56. 
38
 Ə.Bədəlbəyli. Göst. əsəri, s.45. 
39
 Q.Qasımov. Göst. əsəri, s.56. 
40
 Yenə orada, s.57. 
41
 Yenə orada. 
42
 Ə.Bədəlbəyli. Göst. əsəri, s.68. 
43
 S.Abdullayeva. Göst. əsəri,s.29. 
44
 Q.Qasımov. Göst. əsəri, s.58. 
45
 Yenə orada. 
46
 Ə.Bədəlbəyli. Göst. əsəsri, s.55. 
47
 Q.Qasımov. Göst. əsəri, s.57. 
48
 Ə.Bədəlbəyli. Göst. əsəri,s.32. 
49
 Nizami Gəncəvi. Xosrov və Şirin, s.117. 
50
 Q.Qasımov. Göst. əsəri, s.56-58. 
51
 Ə.Bədəlbəyli. Göst. əsəri, s.33. 
52
 T.Ə.Bünyadov. Əsrlərdən gələn səslər. B.,1975, s.119. 
53
 A.N.Mustafayev. Daşişləmə. - Azərbaycan etnoqrafiyası. I c., B., 1988, s.337; Yenə onun. Azərbaycanda 
sənətkarlıq, s.75-77. 
54
К.И.Хатисов. Кустарные промыслы Закавказского края. - Отчеты и исследования по кустарной промыш-
ленности России. т. II, СПб, 1894, с.340.  
55
 Путещественники об Азербайджане. II c. Azərb. Respub. MEA İEA., inv.№, s.153. 
56
 K.Xatisov. Göst. əsəri, s.323. 
57
 Yenə orada, səh.325. 
58
 R.İ.Babayeva. Göst. əsəri, s.31; M.İ.Atakişiyeva. Göst. əsəri, s.174. 
59
 R.İ.Babayeva. Göst. əsəri. 
60
 Yenə orada, s.33. 
61
 Yenə orada. 
62
 Yenə orada. 
63
 Yenə orada, s.35. 
64
 A.N. Mustafayev. Azərbaycanda sənətkarlıq, s.262.  
65
 Страбон. География. XI kitab. Q.A.Stratovskinin tərcüməsi. M.-L., 1964, s.476. 
66
 Strabon. Göst. əsəri, XI китаб, s.14, 92. 
67
 Плутарх. Помпей. - Сравнительное жизнеописание. т.II, М., 1963, с.395. 

 
51
                                                                                                                                                                                           
68
 F.Osmanov. Azərbaycanın antik dövr hərb tarixindən.- «Tarix və onun problemləri», B., 1997, №1, s.167-171. 
69
 Ф.Л.Османов, Г.Дж. Джабиев. Античные памятники Гырлартепе. Б., 1985, с.8. 
70
 Федоров. В.Г. Эволоюция стрелкового оружия, ч.1, М.,1938. 
71
 Обозрение Российских владений за Кавказом. ч.III, СПб,1836, с.321. 
72
 Azərbaycan Respublikası Milli Arxivi. F.10, s.1.iş 14,v.1-901. 
73
 Yenə orada, f.37, s.1, iş.25, v.1-439. 
74
 А.С.Сумбатзаде. Промышленность Азербайджана в XIX в. Б., 1964, с.167. 
75
 О.В.Маркграф. Очерк кустарной промышленности Северного Кавказа. М., 1882, с.206-207. 
76
 ОРВЗК, III his. СПб, 1836, s.122. 
77
 Yenə orada, s.124. 
78
 О.Евецкий Статистическое описание Закавказского края. СПб, 1835. 
79
 Д.Зубарев. Карабахская провинция. Bax. ОРВЗК, III his., s. 299-300. 
80
 Ə.S.Sumbatzadə. Göst. əsəri, s.169-170.  
81
 «Qafqaz» qəz., 1882, №310. 
82
 Yenə orada. 
83
 Yenə orada. 
84
 Ə.S.Sumbatzadə. Göst. əsəri, s.170. 
85
 К.Хатисов. Кустарные промыслы Закавказского края. - Отчеты и исследования по кустарной промышлен-
ности в России, т. II СПб., 1894, с.326. 
86
 А.С.Пиралов. Краткий очерк кустарных промыслов Кавказа. - Кустарная промышленность России. т. II, 
СПб., 1913, с.85. 
87
 Yenə orada, s.83. 
88
 Yenə orada. 
89
  Е.Вейденбаум.  Заметки  об  употреблении  камня  и  металлов  Кавказских  народов. - Изв.  КОИРГО,  т. IY, 
1891, №5. 
90
 A.S.Piralov. Göst əsəri, s.84. 
91
 ОРВЗК, III his. s. 123. 
92
 Е.Veydenbaum. Göst. əsəri, s.257. 
93
 С.Гулишамбаров. Обзор фабрик и заводов Бакинской губернии. Тифлис, 1890, с.235. 
94
 А.С.Piralov. Göst əsəri, s.85. 
95
 Nizami Gəncəvi, İskəndərnamə. B., 1983, s.43. 
96
 F.L.Osmanov, F.Ə. İbrahimov. Nüydidən tapılmış antik dövr alban silahları haqqında.- «Azərb. EA Xəbərləri», 
1976, №4, s.55.  
97
 F.Osmanov. Azərbaycanın antik dövr hərb tarixindən.- «Tarix və onun problemləri». B., 1997, №1, s.168. 
98
 K.Xatisov. Göst. əsəri, s.320. 
99
 S.Qulişambarov. Göst. əsəri, s.237. 
100
 ОРВЗК, III his.,s.123. 
101
 Yenə orada, s.122-123. 
102
 K.Xatisov.  Göst əsəri, s.325-326. 
103
 ОРВЗК, III his., s.299. 
104
 Məlumat Qusar rayonunun Yuxarı Ləgər kəndinin sakini, tüfəngsaz Yunis İsa oğlu Yunisovdan alınmışdır. 
105
 Bu işlə  məşğul olan usta «lüləkeş» və ya «lüləbükən» adı ilə qeydə alınmışdır. Bax. N.Quliyev, N.Tağızadə. 
Metal və xalq sənətkarlığı, B., 1968, s.87.  
106
 Məlumat qundaqsaz Məmməd Heydər oğlu Novruzovdan (Quba şəhəri) alınmışdır. 
107
  А.Н.Мустафаев.  Некоторые  сведения  о  кустарном  производстве  пороха  в  селе  Афурджа. Bax: Тезисы 
докладов  конференции  «Великий  Октябрь  и  развитие  археологической  и  этнографической  науки  в  Азер- 
байджане». Б., 1877, с.111-112.  
1   ...   4   5   6   7   8   9   10   11   ...   35


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə