AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2.61 Mb.
Pdf просмотр
səhifə7/35
tarix23.12.2016
ölçüsü2.61 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   35

Sacayağı, adətən, üç ayaqlı olub dəmirdən düzəldilirdi. Sacı onun üstünə qoymaqdan 
əlavə, qazan, çölmək və ya sapılcada xörək bişirən zaman sacayağıdan istifadə olunurdu.  
Şiş uzunu üç çərək, eni 0,5 sm olan dəmir çubuqdan döyülüb düzəldilən şişin ucu iti, baş 
tərəfi buruqlu, yaxud halqavari vəziyyətdə hazırlanır. Asmaq üçün ona məftildən  əlavə halqa 
düzəldilirdi.  Şiş,  əsasən, kabab bişirmək üçün istifadə olunardı. Bundan əlavə, yuxa çörəyi 
bişiriləndə  xəmir yaymasını  əks üzünə  şiş vasitəsilə çevirərdilər. Bir qayda olaraq kabab şişi 

 
39
«dəst» halında düzəldilərdi. 
Qiyməkeş,  adətən, poladdan hazırlanmaqla, sulğucu ağac dəstəyə keçirilirdi. Müxtəlif 
formada düzəldilən qiyməkeşin bəzisinin ucu sivri olub, geri qatlanır, bəzisinin isə ucu dördkünc 
şəkildə hazırlanırdı. Qiyməkeşin digər bir növü odun baltasına oxşamaqla, uzun dəstəklə 
tamamlanırdı. Qiyməkeş sümük çapmaq, göyərti və ya heyvan ətini «qiymə» halına salmaq və s. 
məqsədlərlə işlənirdi. 
Bıçaq. Mətbəx bıçaqlarının tiyəsi poladdan, dəstəyi ağacdan hazırlanır. Belə bıçaqlarla ət, 
kartof, soğan, kələm, xiyar və s. kimi qida məhsulları soyulub doğranılır. Boyvəboy bütöv tiyəli 
mətbəx bıçaqları ilə yanaşı, açılıb-bükülən («qatlanma») bıçaqlar çox vaxt cibdə gəzdirildiyindən 
«cib bıçağı»da adlanır.
59
 
Qəmə qatlanmayan bıçaqların bir növü olub ölçüsünün kiçik olması ilə  xəncərdən 
fərqlənirdi. Mətbəx bıçağından fərqli olaraq, qəmənin tiyəsi ikiağızlı olmaqdan əlavə, həm də 
ayrıca qinda saxlanılırdı. Qəmə çox vaxt xəncər  əvəzinə  kəmərdən asılaraq fərdi soyuq silah 
növü kimi də işlənmişdir. 
Qənd çəkici, adətən, ikibaşlı düzəldilirdi. Onun bir başı yumru, digəri isə yastı və iti olur. 
Qənd çəkicinin dəstəyi çox vaxt dəmirdən lülə formasında düzəldilirdi. Sonralar ağac dəstəkli 
qəndqıranlar dəb düşmüşdür. Çəkicin yumru başı ilə  kəllə  qənd sındırılır, iti ucu  ilə  qəlpələr 
qırılırdı.
60
 
Qənd qayçısı ölçü etibarilə böyük və kiçik düzəldilirdi. Onların bir qisminin ağızı mişar 
kimi diş-diş olurdu. Böyük qənd qayçısı vasitəsilə iri qənd parçaları sındırılır, kiçikləri ilə parça 
qənd xırdalanırdı.
61
 
Qayçı,  həmçinin müxtəlif böyüklükdə hazırlanırdı. Məişət qayçısının (dərzi, bərbər, bığ) 
qolları ortadan biri-birinə bəndlənirdi. Qayçıdan əsasən paltar biçmək, saç, bığ düzəltmək və s. 
məqsədlər daşıyırdı.
62
 Bundan əlavə, «ilmə» (xov) qayçısı  və «qırxılıq» adlanan təsərrüfat 
qayçısından da istifadə olunurdu. İlmə (xov) qayçısının ucu dimdikli düzəldilməklə, xalçanın 
xovunu qırxmaq üçün işlədilirdi. 
Ərsin ev məişətində ən çox işlənən kəsici və qaşıyıcı hacat olub iki cür hazırlanırdı. Kiçik 
ölçülü xəmir kəsən ərsinin ağız tərəfi yastı, əl tutan dəstəyi isə buruq-buruq düzəldilirdi. Xəmir 
ərsinindən fərqli olaraq, təndir  ərsininin bir başı qarmaq şəklində olub «koğa» və ya «qıra» 
adlanırdı. 
Maşa. Mətbəx maşası, əsasən, od götürmək, közü çəkib  sərmək, yaxud bir yerə toplamaq 
üçün istifadə edilirdi. Maşa iki cür hazırlanırdı. Onun köz tutan başı yastı düyməciklə 
tamamlanırdı. Maşanın qolları  aşağı  gəldikcə aralanırdı. Mətbəx maşasından fərqli olaraq 
«qəlyan maşası» kiçik ölçülü düzəldilirdi.  
Dudkeş. Közün alovlanması, tüstüsünün yaxşı çıxması və hərarətin artırılması məqsədi ilə 
«dudkeş» adlanan tüstüçəkən borudan istifadə olunurdu. Dudkeş çox sonralar, soba, samovar 
peyda olandan sonra məişətə daxil olmuşdur. Dudkeş, adətən, tənəkə dəmirdən düzəldilirdi. 
Xəkəndaz  hər bir ailədə  zəruri ev ləvazimatı sayılırdı. Xəkəndaz misdən və ya tənəkə 
dəmirdən olmaqla iki cür düzəldilirdi. Xəkəndazın yarım arşın uzunluğunda borusayaq dəstəyi 
və ortası getdikcə enlənən çökək çalovu olurdu.  
Maqqaş ev məişətində müxtəlif məqsədlərdə  işlənirdi. Varlı ailələr üçün maqqaş 
gümüşdən hazırlanırdı.  Şəkərbura hazırlanıb qurtarandan sonra onun yanları  və üzəri maqqaş 
vasitəsilə naxışlanırdı. Keçmişdə  Dərbənd çörəyinin hər tərəfi maqqaşla naxışlanırdı.
63
 Ev 
məişətində, xüsusilə məşşatə qadınlar maqqaş vasitəsilə həm də üz-qaş alırdılar. 
Çəngəl (qarmaq) – qoşa və tay olmaqla iki cür düzəldilirdi. Çəngəlin yuxarı başı qövsvari 
şəkildə  əyri olub ağacdan asılırdı. «Qəssab çəngəli»ndən fərqli olaraq «tilov» adlanan balıq 
qarmağının ucunda dil düzəldilir. 
Keçmişdə Abşeron əhalisinin su təchizatında quyu suyu mühüm yer tuturdu. Quyudan su 
çıxarmaq üçün aşılı göndən hazırlanmış  dol, habelə su daşımaq üçün istifadə edilən  tuluq  ən 
sərfəli vasitə sayılırdı. Vaxtilə, Abşeron neftini dəvə karvanları vasitəsilə uzaq ölkələrə iri 
tuluqlarda daşıyırdılar. 
Zəngin xammal ehtiyatına malik olan Azərbaycanda müxtəlif növ hörmə  və  toxuma 
məmulatlardan da istifadə olunmuşdur. Sucar sahələrdə yetişən  lifli bitkilər (lığ, ziyəlağ, dala, 

 
40
cil), elastik ağac çubuqları, şilgir, tənək, dənli bitkilərin küləşi hörmə işində yaxın keçmişədək 
əməli  əhəmiyyətini itirməmişdi.  Ev məişətində geniş yayılmış  ciyəbənd, zənbil, kövsərə, süfrə, 
tərəzi gözü hörmə üsulla hazırlanırdı. Çubuqdan hörülən səbət, tərəcə, salğar, çilovsüzən və s. 
özünün təsərrüfat və məişət əhəmiyyətini əsrlər boyu saxlamışdır.
64
 
Toxuma məişət vasitələrinin tipoloji növü daha zəngin idi. Bunların arasında yun və keci 
məmulatı xüsusi yer tuturdu. Xurcun, heybə, məfrəş, çuval, kisə, siyəzi  və s. keçmiş  məişətdə 
geniş yayılmışdı. 
 
Yaraqlar 
Təhlükədən qorunmaq, yaxud başqasına hücum edib ona xətər yetirib zərərsizləşdirmək 
üçün döyüş-savaş vasitəsi olan silah çox qədim zamanlardan meydana gəlmişdir. 
Hələ daş dövrü insanları  dəyənək, toppuz, toxmaq, koğa, çomaq, yaba, sapand, sapand 
daşı, yay-ox və s. kimi bəsit zərbə, sancma və atma silah növləri düzəltmişlər. Onlar hətta daş və 
ya sümük «xəncər» kimi ilk kəsici-deşici silah növlərinin hazırlanması texnikasına da yiyələnə 
bilmişdilər. Azərbaycanın daş dövrü abidələrindən aşkar olunmuş çoxsaylı ibtidai silah növləri 
qədim insanların silahqayırma sahəsindəki ilk əməli təcrübəsindən soraq verir. 
Azərbaycan  ərazisinin zəngin təbii və  mədəni sərvətləri tarix boyu yadelli işğalçıların 
diqqətini özünə cəlb etmişdir. Ona görə də, yerli əhali aramsız olaraq, bitib-tükənmək bilməyən 
saysız-hesabsız hərbi yürüş və hücumlara məruz qalmışdır. Hətta o, dünya ağalığı təmənnasına 
düşmüş cahangir dövlətlərin, qüdrətli imperiyaların dəfələrlə münaqişə  məkanına, hərbi 
əməliyyat meydanına çevrilmişdir. 
Hər dəfə  məmləkət üçün təhlükə, təcavüz qorxusu yaranıb, savaş  məqamı yetişəndə igid 
ərlər, mərd  ərənlər silaha sarılıb vətən torpağını, onun sərvətlərini qorumalı olmuşlar. Savaş 
meydanlarında yağı düşmənlə üz-üzə gələn mərd igidlər əliyalın deyil, kəsərli, təkmil yaraqlarla 
silahlanar, hünər göstərib ad-san çıxarardılar. Məhz bu səbəbdən də, ölkəmizin qədim sakinləri 
daima silah-sursat, əsləhə tədarükü qayğısına qalır, onları təkmilləşdirməyə çalışırdılar. Bütün bu 
səylərin nəticəsində ölkəmizdə  müdafiə  və  hücum  silahlarının müxtəlif tipoloji növləri 
yaranmışdır. Yurdumuzun müxtəlif guşələrində aparılan arxeoloji qazıntılar zamanı  qədim daş 
dövründən başlamış son orta əsrlərədək  ənənəvi yaraqların zəngin tipoloji növləri aşkar 
olunmuşdur. 
Arxeoloji materialları yazılı  mənbələrdəki məlumatlarla tutuşdurduqda bəlli olur ki, 
dəmirin kəşf olunmasından sonra, xüsusilə, antik dövrdə qonşu  Şərq ölkələrində olduğu kimi, 
Azərbaycanda da soyuq silahların bütün tipoloji növlərinin təşəkkülü prosesi başa çatmışdır. 
Bundan sonra ənənəvi yaraq istehsalında baş verən irəliləyiş onların tipoloji dəyişməsində deyil, 
əsasən, keyfiyyət etibarilə təkmilləşməsində özünü büruzə vermişdir. 
Yunan coğrafiyaşünası Strabon e.ə.I əsrdə baş vermiş bir döyüşdə albanların 60 min piyada 
və 22 min nəfərlik süvari qoşunla Roma sərkərdəsi Pompeyə qarşı vuruşduqlarını xəbər verərək 
yazırdı ki, alban döyüşçüləri yay-ox, zirehli geyim, uzunsov qalxan və üzərinə gön çəkilmiş 
dəbilqədən istifadə edirdilər.
65
 
Alban döyüşçülərinin o zamankı silah növlərindən bəhs edən Strabon süvari həvəskarı olan 
albanların savaş zamanı  zirehə  bürünmüş atlardan istifadə etdiklərini də  xəbər verməyi 
unutmamışdır.
66
 
Roma tarixçisi Plutarx e.ə. 66-cı ildə romalıların Albaniyaya hərbi yürüşündən bəhs 
edərkən Alban hökmdarının qardaşı Kozisin 60.000 piyada və 12 min süvaridən ibarət orduya 
başçılıq etdiyini və Roma sərkərdəsi ilə  əlbəyaxa döyüşdə nizə ilə onu vurub ölümcül 
yaraladığını xəbər verir.
67
 
Azərbaycanın qədim və antik dövrə aid arxeoloji abidələrindən (Mingəçevir,  Şamaxı, 
Nüydi, Qırlar, Uzunboylar adlı yaşayış yerlərindən, habelə Qəbələ, Quba, Şəmkir, Lənkəran və 
Lerik rayonlarındakı nekropollardan) külli miqdarda soyuq silah və  əsləhə növləri:  qılınc, 
xəncər, yay-ox, nizə, mizraq (cida), cəng yabası, sapand daşları, «durbaş» adlanan ikipərli nizə 
ucluqları, kəməndsalan, kəməndqaytaran,  habelə bir sıra müdafiə  ləvazimatı:  dəbilqə, cövşən, 
qolçaq, qalxan  və s. aşkar edilmişdir.
68
 Bu cəhətdən Ağsu rayonundakı  Qırlar kəndi 
yaxınlığındakı şəhərgahda aparılmış arxeoloji qazıntılar zamanı qəbir abidələrindən aşkar edilən 

 
41
silah-sursat növləri xüsüsi maraq doğurur. Buradakı torpaq qəbirlərdən iki ədəd dəmir qılınc, iki 
ədəd xəncər, nizə  və ox ucluqları, sümükdən düzəldilmiş kaman hissələri, ikibarmaqlı  cəng 
yabası, sapand daşları, hətta kəsici silahları itiləmək üçün bülöv daşı da tapılmışdır.
69
 
Azərbaycan ərazisində arxeoloji abidələrdən əldə olunmuş soyuq silah və sursat qalıqlarını 
yazılı  mənbə  və etnoqrafik məlumatlarla tutuşdurduqda məlum olur ki, ənənəvi yaraq növləri 
təkcə tipoloji cəhətdən deyil, istehsal texnologiyasına görə də böyük təkamül yolu keçmişdir. 
Azərbaycan yaraqlarının təkamül tarixində baş verən bu irəliləyiş  hücum  (kəsici, deşici, 
atma, vurma və s.) və müdafiə səciyyəli soyuq silahların bütün tipoloji növlərində aydın nəzərə 
çarpır. Hətta odlu silahlar (qumbara, top, tüfəng, tapança və s.) meydana çıxandan xeyli sonralar, 
ta son orta əsrlərin sonlarınadək  ənənəvi soyuq silah və  əsləhə növləri özlərinin  əməli 
əhəmiyyətini itirməmişdir. 
Azərbaycanda  soyuq silah istehsalına çox erkən başlanmışdır. Arxeoloji materiallar 
yurdumuzun qədim sakinlərinin hələ daş dövrünün ilk çağlarından başlayaraq, son orta 
əsrlərədək müxtəlif növ soyuq silahlar: cida (mizraq), nizə, toppuz, sapand, kaman, ox, təbərzin, 
cəng yabası, daş və gil kürəciklər düzəltdiklərini əyani şəkildə təsbit edir. 
İbtidai silahların böyük əksəriyyəti minilliklər boyu daşdan, xüsusilə çaxmaq daşından və 
sümükdən düzəldilmişdir. Daş dövrü abidələrindən aşkar edilmiş silah növləri arasında belə ox 
və  nizə ucluqları  çoxluq təşkil edir. Bununla belə, qədim dövründə silah istehsalı  hələ  əmək 
alətləri istehsalından tamamilə ayrılmamışdı. Məhz bu səbəbdən də daş ustalarının  əməyi 
universal səciyyə daşımaqla, onlar həm  əmək alətləri, həm də hücum və müdafiə silahları 
(xüsusilə onların ucluqlarını) düzəldirdilər. 
Tunc dövründən etibarən soyuq silah növləri: xəncər, qılınc, nizə, təbərzin, cəng yabası və 
s. metaldan hazırlanmağa başlamışdır. Bu silahların hazırlanması spesifk istehsalı 
texnologiyasına malik olub, xüsusi əmək vərdişləri peşə  səriştəsi tələb edirdi. Məhz bu andan 
etibarən silahsazlıq əlahiddə sənət sahəsinə çevrilmişdir.  
Qeyd etmək lazımdır ki, «yaraq» anlayışı məhz döymə və tökmə üsulu ilə həzırlanmış metal 
silahların yaranmasından sonra meydana çıxmışdır. Tuncdan hazırlanan soyuq silahların 
meydana gəlməsi hərb sənətinin inkişafına güclü təkan vermişdir. 
Dəmirin meydana gəlməsi məhsuldar qüvvələrin inkişafını sürətləndirməklə yanaşı, həm 
də xüsusi mülkiyyətin möhkəmlənib bərqərar olmasına, bu isə öz növbəsində qənimət əldə etmək 
məqsədi güdən münaqişə  və  hərbi toqquşmaların baş verməsinə, qəsbkar müharibələrin, hərbi 
yürüşlərin artmasına  əlverişli zəmin yaratmışdır. Belə  vəziyyət bir tərəfdən döyüş silahlarının 
təkmilləşməsini və onların tipoloji növlərinin artmasını labüd edir, digər tərəfdən isə xüsusi növ 
hərbi ləvazimatın (dəbilqə, qolçaq, «cövşən» adlanan cəng köynəyi, qalxan  və s.) meydana 
çıxmasını şərtləndirmişdir. 
Arxeoloji abidələrdən aşkar olunmuş soyuq silahların zəngin tipoloji növü (nizə, cida  ox 
ucluqları, təbərzin, qılınc, xəncər, cəng yabası, dava köynəyi, dəbilqə, qolçaq, qalxan  və s.) 
qədim manna, atropaten və alban döyüşçülərinin yüksək hərb texnikasından və silahqayırma 
ustalarının səmərəli əməli təcrübəsindən soraq verir. Soyuq silah və döyüş ləvazimatının sonrakı 
inkişafına  poladın  kəşf edilməsi xüsusi təkan vermişdir. Xüsusilə, antik dövrdən etibarən 
xaspolad  əldə etmə texnologiyasının mənimsənilməsi  ənənəvi silahqayırma istehsalının gur 
inkişafına səbəb olmuşdur. 
Orta  əsr silah ustaları  ənənəvi hücum və müdafiə  silahlarını daha da təkmilləşdirməklə 
yanaşı, eyni zamanda qədim dövrün hərbi texnikasını yeni silah və sursat növləri (toppuz, kürz, 
şeşpər, əmud, mancanaq, qumbara və s.) ilə zənginləşdirmişlər. Orta əsr hərb sənətində barıtın 
tətbiqi yeni silah növlərinin yaranmasında müstəsna rol oynamışdır. 
Məlum olduğu kimi, barıt dünyada ilk dəfə Çində ixtira olunmuşdur. XII əsrdə ərəblər, XIY 
əsrdə isə avropalılar ondan odlu silahlar hazırlamağa başlamışlar.
70
 Azərbaycana odlu silah 
(tüfəng və «zənburək» adlanan top), görünür, ilk dəfə  Şərq ölkələrindən keçmişdir. Son orta 
əsrlərdə Azərbaycan silahqayıranlarının cəbbəxanasına bir sıra odlu silah növlərin (müxtəlif tipli 
tüfənglər, tapança, zənburək və s.) daxil olmuşdur.. Bununla da, soyuq silahların tətbiqi və hərbi 
əhəmiyyəti tədricən azalmağa başlamışdır. 
Ənənəvi silahqayırma sənəti, başlıca olaraq, şəhərlərdə  və  şəhər tipli qəsəbələrdə 

 
42
cəmləşmişdir. Son orta əsrlərdən başlayaraq mərkəzi dövlət nəzdindəki silah karxanalarından 
əlavə, ölkənin ayrı-ayrı bölgələrində  fərdi silahsazlar da fəaliyyət göstərirdi. Ölkəmizdə yerli 
silahqayırma sənəti Rusiya işğalınadək davam etmişdir.  Şimali Azərbaycan  şəhərləri arasında 
Şamaxı, Şəki, Şuşa, Naxçıvan, Ordubad, Bakı, Gəncə, Lənkəran, Quba ustaları bu sahədə xüsusi 
şöhrət qazanmışdılar. 
XIX  əsrin 30-cu illərinə aid bir mənbədə Şamaxı şəhərində 26 nəfər silahqayıran ustanın 
işlədiyi xəbər verilir. Bunlardan 5 nəfəri təbərzin, 9 nəfəri xəncər, 12 nəfəri isə qundaq ustası 
idi.
71
 XIX əsrin birinci yarısında Azərbaycanın bir sıra  şəhərlərində silah ustalarının sayının 
artmasına baxmayaraq, bu irəliləyiş,  əsasən, soyuq silah, xüsusilə  xəncər istehsalının 
genişlənməsi hesabına baş vermişdi. 1849-cu ildə  Şamaxı  şəhərində silah ustalarının sayı 66 
nəfərə çatırdı.
72
 
İşğala məruz qalmasına baxmayaraq, Azərbaycanın digər şəhərlərində də silahsazlıq sənəti 
davam etməkdə idi. 1848-ci ildə  təkcə    Şəkidə 13 nəfər silahqayıran usta çalışırdı.
73
  Həmin 
dövrdə Şuşa, Naxçıvan, Ordubad şəhərlərinin hər birində hələ də 2-3 nəfər silah ustası işləyirdi.
74
 
XIX əsrin birinci yarısında Azərbaycanda odlu silah istehsalı məhdud səciyyə daşımasına 
baxmayaraq, bir sıra istehsal mərkəzlərində o yüksək inkişaf səviyyəsinə çatmışdı. Uzun lüləyə 
malik olan yerli tüfənglər möhkəmliyi, sərrast atəşi və gülləsinin uzaq məsafəyə süzməsi ilə 
fərqlənirdi. O.V. Markqrafın yazdığına görə, Qafqaz müharibəsi (1817-1864) zamanı yerli 
tüfənglər məhz bu cəhətdən rus qoşunlarının silahlandığı süngülü tüfənglərdən üstün idi.
75
 
XIX əsrin 20-30-cu illərində Azərbaycanda odlu silah istehsalı  mərkəzləri arasında Lahıc 
kəndi xüsusilə fərqlənirdi. Həmin dövrdə burada 8 silah emalatxanası fəaliyyət göstəriridi.
76
 O 
zamankı statistik ədəbiyyatda «zavod» adı ilə təqdim edilən həmin emalatxanaların hər birində 
silahsaz ustadan başqa bir neçə  nəfər kargər və  şagird çalışırdı. Lahıc ustalarının hazırladığı 
silahlar bütün Şirvan,  Şəki, Quba, Qarabağ, Bakı  əyalətlərində, Dağıstan və  İranın bir sıra 
yerlərində  məşhur idi.
77
 Bu tip kustar silah «zavod»ları Azərbaycanın digər  şəhərlərində  də 
qeydə alınmışdır. O Yevetskinin yazdığına görə XIX əsrin 30-cu illərində Şəkidə bir neçə silah 
zavodu (emalatxana –A.M.) işləyirdi.
78
 D.Zubaryevin yazdığına görə, Qarabağın Çiləbürt 
mahalında tüfəng və tapança lüləsi hazırlamaqla 1 nəfər usta məşğul olurdu. Onun 4 nəfər 
köməkçisi var idi. Bundan başqa, Vəng və Şeşgirt kəndlərinin hərəsində bir nəfər tüfəng süngüsü 
hazırlayan usta var idi.
79
 
XIX  əsrin son rübündə Azərbaycanda silah istehsalının kəskin surətdə azaldığı  nəzərə 
çarpır. Silahsazlıq sahəsində baş verən tənəzzül təkcə Lahıc və Şamaxı karxanalarını deyil, digər 
silah istehsalı  mərkəzlərini də bürümüşdü. Akademik Ə.S.Sumbatzadə arxiv sənədlərinə 
əsaslanaraq, XIX əsrin 80-ci illərində Şamaxıda 2 nəfər, Bakıda 3-4 nəfər, Lənkəranda 2 nəfər, 
Gəncədə 8 nəfər, Şuşada 1 nəfər, Şəkidə 11 nəfər silah ustası işlədiyini xəbər verir.
80
 XIX əsrin 
80-ci illərində az miqdarda silah ustası kənd yerlərində də qeydə alınmışdır. 1885-1886-cı illərdə 
Ərəş  qəzasının Ağdaş  kəndində 3-4 nəfər silah ustasının çalışdığı  və bunlardan 3 nəfərinin 
bilavasitə  xəncər istehsalı ilə    məşğul olduğu o zamankı dövri mətbuatdan aydın görünür.
81
 
Xəncər istehsalı sahəsində sabiq Nuxa qəzasının Küsnət kəndi də məşhur idi. Küsnət ustalarının 
hazırladığı  xəncərlər nəinki yerli bazarlarda satılır, habelə  Şuşa və Tiflis şəhərlərinə  də ixrac 
olunurdu.
82
 XIX əsrin 80-ci illərində Qutqaşendə (indiki Qəblə  şəhəri –A.M.) cidalı  əsa 
hazırlanır, Xaçmaz kəndində isə odlu silah-tüfəng istehsal olunurdu.
83
 
Silah istehsalına dair mövcud statistik materiallar XIX əsrin ikinci yarısında Azərbaycanda 
tüfəngsazlıq sənətinin tənəzzülə  uğradığını göstərir.  Ə.S.Sumbatzadə bu tənəzzülün başlıca 
səbəbini həmin dövrdə Avropa və Rusiyanın silah zavodlarında istehsal olunan daha təkmil odlu 
silahların satışının genişlənməsi ilə izah edir.
84
 Bu cəhət, yəni odlu silah istehsalının azalması 
faktı XIX əsr müəlliflərinin də diqqətindən yayınmamışdır. Həmin dövrdə Zaqafqaziyada tüfəng 
və tapança istehsalının tənəzzülə uğramasının səbəbini K.Xatisov nisbətən ucuz başa gələn Tula 
və Belçika ixrac mallarının rəqabətində görürdü.
85
 A.S.Piralov isə yerli silahqayırma sənətinin 
tənəzzülə  uğramasının başlıca səbəbini Rusiya və xaricdən ixrac olunan yüksək keyfiyyətli 
zavod məmulatının rəqabəti ilə yanaşı, Qafqaz müharibəsindən sonra burada odlu silah 
istehsalının qadağan edilməsində görürdü.
86
 Yerli silah istehsalının, o cümlədən tüfəngsazlıq 
sənətinin süqut etməsi səbəbləri arasında bu amil daha önəmli rol oynamışdır. 

 
43
Silahqayırma sənətində başlıca məsələlərdən biri yüksək keyfiyyətli poladın əldə edilməsi 
və ondan istifadə üsulunun mənimsənilməsi idi. Silahın keyfiyyəti hər  şeydən öncə, onun 
hazırlandığı xammaldan asılı olduğundan istər soyuq, istərsə də odlu silah istehsalçıları bu cəhətə 
xüsusi diqqət yetirirdilər. Ona görə də silahqayırma sənətində xammal tədarükü zamanı çox vaxt 
xam dəmirə nisbətən işlənib sıradan çıxmış köhnə metal məmulatı  qırıntılarına daha çox 
üstünlük verilirdi. Xüsusilə istifadə  nəticəsində korlanıb sıradan çıxmış «nalpara»

 adlanan 
köhnə nal parçaları silah ustalarının  ən etibarlı xammal növü sayılırdı. Məhz bu səbəbdən də 
keçmişdə nalbəndlər köhnə nalları toplayıb silah ustalarına satırdılar. Səbəbi indiyədək tam 
aydınlaşdırılmayan bu empirik təcrübənin səmərəli cəhəti bundan ibarət idi ki, nalparadan 
xaspolad daha asan əldə edilirdi. Görünür, işlənmə zamanı reaksiya nəticəsində nalın kimyəvi 
tərkibində dəmirin miqdarı azalır və o, polad keyfiyyəti kəsb edirdi. Yüksək istehsal keyfiyyətinə 
malik olan köhnə xammalı polada qatmaqla, silah istehsalı üçün zəruri olan olduqca sərfəli yeni 
metal-dəmirqarışıq polad əldə olunurdu. Silah ustaları xaspolad keyfiyyəti kəsb etmiş bu metal 
növünü çox vaxt «qaynaq dəmiri» adlandırırdılar. Xalq empirik təcrübəsi  əsasında hazırlanan 
yeni metal əslində  dəmirdən daha çox sərtlik xassəsini itirmiş yumşaq poladı xatırladırdı. 
Qaynaq yolu ilə  əldə olunmuş metalın bu xüsusiyyəti isə silah istehsalı üçün olduqca vacib 
şərtlərdən sayılırdı. 
Bununla belə, köhnə dəmir ehtiyatının kifayət etməməsi üzündən yerli silah emalatxanaları 
xam dəmir və polad tədarükü qayğısından tam azad deyildilər. Yerli dəmir istehsalı çətin, həm 
də baha başa gəldiyindən və məhdud səciyyə daşıdığından Azərbaycanın silah emalatxanalarında 
idxal yolu ilə  əldə olunan əcnəbi xammala daim ehtiyac hiss olunurdu. Orta əsrlər boyu 
Azərbaycana dəmir və polad Türkiyə  və Rusiyadan ixrac olunmuşdur.
87
 Türkiyə vasitəsilə 
gətirilən polad Osmanlı imperiyasının müxtəlif guşələrində (Rumıniya, Bolqarıstan, Suriya və s.) 
hasil olunmasına baxmayaraq, Azərbaycana «Osmanlı poladı», yaxud «Dəməşq poladı» adı ilə 
daxil olurdu. Həm də silah ustaları daha çox Dəməşq poladına üstünlük verirdilər. 
XYIII-XIX  əsrlərdə Azərbaycanın silahqayırma emalatxanalarının xammal təchizatından 
bəhs edərkən belə bir faktı da qeyd etməliyik ki, Qərbi Azərbaycanda daha çox yerli, Daşkəsən 
dəmiri, ölkənin  şərq  əyalətlərində isə Rusiyadan idxal olunmuş xammal üstünlük təşkil edirdi. 
Lakin XYIII əsrin  əvvəllərindən başlayaraq işğalçılıq siyasətini genişləndirən Rusiya qonşu 
ölkələri silah istehsalından məhrum etmək və onları  hərbi cəhətdən zəif salmaq üçün Şərq 
ölkələrinə  dəmir və polad ixracını  məhdudlaşdırmağa çalışırdı. I Pyotr İran və  Xəzərsahili 
əyalətlərin  əhalisini silah istehsalı üçün zəruri xammaldan məhrum etmək məqsədilə özünün 
1717 və 1719-cu il tarixli fərmanları ilə buraya dəmir ixracını qadağan etmişdi. Bu 
məhdudiyyətlər XYIII əsrin ortalarınadək davam etmişdir.
88
 Yalnız Rusiyaya sadiq olan bəzi 
yerli hakimlər mərhəmət  əlaməti olaraq Rusiyadan dəmir almaq səlahiyyəti  əldə etmişdilər. 
Y.Veydenbaumun söylədiyinə görə, XYIII əsrin 70-ci illərində  Xəzərsahili vilayətlərin  əhalisi 
çox baha qiymətə olan dəmir, polad və qurğuşunu acgözlüklə alırdı.
89
 A.S. Piralovun yazdığına 
görə, cüzi metal qırıntısına burada çox vaxt olduqca qiymətli bir əşyanı almaq mümkün idi.
90
 
XIX əsrdə silah istehsalı üçün zəruri olan xammal Azərbaycana başlıca olaraq, Bakı 
vasitəsilə Rusiyadan gətirilirdi.
91
 
Azərbaycanın xam dəmir və polad təchizatında sonralar da Rusiya həlledici rol oynamışdır. 
Y.Veylenbaum akademik Abixə istinad edərək, Qafqazda dəmir filizi yataqlarından çox qədim 
zamanlarda istifadə olunduğunu söyləsə də, burada dəmirə həmişə böyük ehtiyac olduğunu, yerli 
əhalinin uzaq ölkələrdən ixrac edilən bu xammalı çox yüksək qiymətə aldığını xəbər verirdi.
92
 
XIX  əsrin 40-cı illərində Bakı  şəhəri regionda dəmir ticarətinin başlıca mərkəzinə 
çevrilmişdi. İran və Zaqafqaziya üçün zəruri olan xam dəmirin hamısı əvvəlcə Bakıya gətirilir, 
sonra buradan quru və su nəqliyyatı vasitəsilə hər yana daşınırdı. Yerli dəmir istehsalı baha başa 
gəldiyindən və onun istehsalı məhdud səciyyə daşıdığından rus dəmiri burada heç bir rəqabətlə 
qarşılaşmırdı.
93
 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10   ...   35


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə