AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2.61 Mb.
Pdf просмотр
səhifə1/35
tarix23.12.2016
ölçüsü2.61 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   35

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
BAKI DÖVLƏT UNİVERSİTETİ 
 
 
 
 
 
 
ARİF MUSTAFAYEV 
 
 
 
 
 
 
 
 
 
 
 
AZƏRBAYCANIN  
MADDİ MƏDƏNİYYƏT TARİXİ 
(etnoqrafik materiallar əsasında tipoloji tədqiqat) 
 
 
 
Bakı Dövlət Universitetinin
 
90 illik
 
yubileyinə ithaf olunur 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI  
«Bakı Universiteti» nəşriyyatı 
2009 

 
 
2
 
 
M 84 
 
Elmi məsləhətçi:  
akademik Abel Məhərrəmov 
akademik Rasim Əfəndiyev 
  
 
 
 
 
Redaktor:  
AMEA-nın müxbir üzvü  
Yaqub Mahmudov  
 
Rəyçilər:      
tarix elmləri doktoru Nərgiz Quliyeva  
  
   
tarix elmləri doktoru Tarix Dostiyev  
 
   tarix 
elmləri doktoru, professor Rafael Süleymanov  
 
   tarix 
elmləri namizədi, dosent Qəzənfər Rəcəbli  
tarix elmləri namizədi, dosent Kərəm Məmmədov  
 
 
 
 
 
M84 
A.H.Mustafayev. Azərbaycanın maddi mədəniyyət tarixi (etnoqrafik materiallar 
əsasında tipoloji tədqiqat). Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2009,
 
420
 
səh. 
 
Monoqrafiya Azərbaycanın maddi mədəniyyət tarixinin etnotipoloji tədqiqinə həsr olun-
muşdur. Azərbaycanın tarixi etnoqrafiyasında bu sayaq tədqiqat ilk dəfə aparılır.  Əsərdə 
xalqımızın ötən nəsilləri tərəfindən yaradılmış maddi mədəni sərvətlərin tipoloji növləri ilkin 
olaraq tam və əhatəli şəkildə araşdırılmışdır. Maddi mədəniyyət nümunələri təkamülünün dərin 
qatlarını izləmək üçün əsərdə etnoqrafik faktlarla yanaşı, yeri gəldikcə, digər məxəzlərdən, 
xüsusilə arxeoloji, yazılı  mənbə, terminoloji, sənətşünaslıq məlumatlarından da istifadə olun-
muşdur. 
Əsər tarix, etnoqrafiya, mədəniyyətşünaslıq, arxeologiya, sənətşünaslıq və digər ix-
tisaslardan olan mütəxəssislər, tarixçi tələbələr, habelə Azərbaycan xalqının mədəni irsi ilə 
maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
2009
011
)
07
(
658
011
0503020907




M
M
 
 
© «Bakı Universiteti» nəşriyyatı, 2009 

 
 
3
 
MÜƏLLİFDƏN 
 
Azərbaycanın maddi mədəniyyət tarixinin tipoloji baxımdan tədqiq olunması ideyası hələ 
keçən əsrin sonlarında meydana çıxmışdır. Elə bu niyyətlə də, Azərbaycan Respublikası Təhsil 
Nazirliyinin 1 fevral 1989-cu il tarixli 76 saylı  əmrinə  əsasən Bakı Dövlət Universiteti tarix 
fakültəsinin nəzdində onun struktur vahidi kimi Azərbaycanın maddi mədəniyyət tarixi elmi-
tədqiqat laboratoriyası təsis olunmuşdur. 
Belə bir elmi tədqiqat özəyinin yaradılması real həyati ehtiyacdan irəli gəlmişdir. Məlum 
olduğu kimi, XX əsrdə Azərbaycanın bir sıra bölgələrində səmərəli arxeoloji və etnoqrafik çöl-
tədqiqat işləri aparılmış, olduqca dəyərli maddi mədəniyyət nümunələri aşkar edilmişdir. Həmin 
faktik materiallar əsasında ayrı-ayrı abidələrə  həsr olunmuş xeyli monoqrafik əsər və çoxsaylı 
məqalələr yazılmışdır. Lakin pərakəndə  səciyyə daşıyan bu tədqiqatların nəticələri  əsasında 
Ümumazərbaycan məkanında ümumiləşdirici monoqrafik əsər yazılmamışdır.  Ən başlıcası isə, 
həmin araşdırmalarda bu problemin tədqiqinin tipoloji aspekti nəzərdən qaçırılmış,  əsas diqqət 
ənənəvi maddi - mədəni örnəklərin aşkarlanıb təsbit edilməsinə  və onların təsviri  şərhinə 
yönəldilmişdir. Bu səbəbdən də, xalqımızın minilliklər boyu yaratdığı nadir mədəni dəyərlərin, o 
cümlədən, zəngin maddi-mədəni örnəklərin təkamül tarixi, xüsusilə də, onun tipoloji zənginliyi 
yetərincə araşdırılmamışdır. Bu çatışmazlığın aradan qaldırılması  zərurəti Azərbaycan xalqının 
zəngin maddi mədəni dəyərlərinin təkamül tarixini xüsusi olaraq, tipoloji baxımdan hərtərəfli və 
dərindən tədqiq edən əlahiddə bir elmi mərkəzin yaradılmasını labüd etmişdir. 
Belə bir elmi tədqiqat özəyinin yaranması lüzumu həm də ölkəmizin hüdudlarından 
kənarda elliklə  məskunlaşmış soydaşlarımızın yaşadıqları tarixi ərazilərdə: Gürcüstan (Borçalı, 
Başkeçid, Pəmbək), Ermənistan (Göyçə, Dərələyəz, Vedi, Gümrü, Zəngəzur), Dağıstan 
(Dərbənd),  İran,  İraq, Türkiyə, Orta Asiyada arxeoloji və etnoqrafik çöl tədqiqat işlərinin 
aparılması  zərurətindən irəli gəlirdi. Qürbətə düşmüş soydaşlarımız doğma vətənlərindən 
kənarda da qurub yaratmaq əzmlərini itirməmişlər.  Əsaslı  tədqiqata möhtac olan, lakin uzun 
müddət elmi araşdırma orbitindən kənarda qalan həmin etnomədəni dəyərlərin hərtərəfli və 
dərindən öyrənilməsi lüzumu tarixşünaslığımız üçün olduqca önəmli olub mühüm elmi 
əhəmiyyət kəsb edirdi. Ölkəmizin müstəqillik yoluna qədəm qoyması da bu işıqlı ümidləri xeyli 
dərəcədə artırırdı. Bütün bu amillər respublikamızın ali təhsil sistemindəki tədris müəssisələrinin 
nəzdində Azərbaycan xalqının maddi mədəniyyət tarixini xüsusi olaraq tədqiq və  tədris edən 
mükəmməl bir elmi mərkəzin təsis olunmasını təkidlə tələb edirdi. 
Laboratoriya qarşısında Universitetin tarixçi tələbələrini çöl-tədqiqat işlərinə  cəlb etmək, 
arxeoloji qazıntı  və etnoqrafik araşdırma işlərinin  əməli təcrübəsini onlara mənimsətməkdən 
əlavə, həm də Azərbaycan xalqının qədim və  zəngin maddi mədəniyyətinin təkamül tarixini 
tipoloji baxımdan tədqiq edib monoqrafiya halında çapa hazırlamaq vəzifəsi qoyulmuşdur. 
İki cilddən ibarət olan və  əlyazması halında başa çatdırılan həmin monoqrafiyanın ilk 
cildində Azərbaycanın maddi mədəniyyət abidələrinin təkamül tarixi arxeoloji faktlar əsasında, 
qədim daş dövründən başlamış son orta əsrlərədək izlənilmişdir.  Əsərin digər cildində  
Azərbaycan xalqının maddi mədəniyyət örnəkləri etnoqrafik materiallar əsasında təsnif edilərək, 
etnotipoloji cəhətdən müfəssəl tədqiq edilmişdir. Hələlik monoqrafiyanın yalnız etnoqrafik 
cildinin ixtisar variantını lazımi illüstrasiyalarla təchiz edib çapa təqdim etmək mümkün 
olmuşdur. 
Maddi-texniki çətinliklər, kifayət qədər maliyyə  məsrəfi və yüksək ixtisaslı texniki 
işçilərdən ibarət mütəxəssis kadrların (rəssam, cizgiçi, memar, bərpaçı, fotoqraf) çatışmaması 
üzündən bu cildin nəşri xeyli müddət yubanmışdır.  
Bununla belə, əsərin nəşrinə yönəlmiş xeyirxah səylər də az olmamışdır. Bu baxımdan ilk 
növbədə monoqrafiyanın yüksək poliqrafiya səviyyəsində çap olunmasında lütfkar səylərini və 
hərtərəfli köməyini  əsirgəməyən BDU-nun rektoru, millət vəkili, akademik Abel Məmmədəli 
oğlu Məhərrəmova dərin minnətdarlığımı bildirirəm. 
 
 

 
 
4
Azərbaycanın maddi mədəniyyət tarixinin tipoloji baxımdan tədqiq olunmasına rəvac 
verən, onun tədris və  təbliğ edilməsinin ilk təşəbbüskarı olmaq etibarı ilə AMEA-nın müxbir 
üzvü, millət vəkili Yaqub Mikayıl oğlu Mahmudovun xidmətlərini minnətdarlıqla xatırlayıram. 
Əsərin işıq üzü görməsində xeyirxah səylərini  əsirgəməyən «Bakı Universiteti» 
nəşriyyatının direktoru İslam  Şirinova, nəşriyyatın  əməkdaşları Ulduza Saniyevaya, Azadə 
İmanovaya və BDU-nun Tarix fakültəsi «Azərbaycanşünaslıq» ETM-in əməkdaşı Sevil 
Heydərovaya səmimi təşəkkürümü bildirirəm. 
Monoqrafiyanın müvafiq bölmələrinə aid rəngli illüstrasiyaların hazırlanmasında 
Azərbaycan Dövlət  İncəsənət Muzeyinin, Azərbaycan Xalçası  və Xalq Tətbiqi Sənəti Dövlət 
Muzeyinin, «Şirvanşahlar sarayı» kompleksi Dövlət Tarixi-Memarlıq Qoruğu Muzeyinin elmi 
əməkdaşlarının, nəhayət Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir 
Əmiraslanovun və peşəkar fotoqraf Mübariz Hüseyn oğlu Dadaşovun təmənnasız köməyi 
olmuşdur. Onların xeyirxah səylərini yüksək qiymətləndirir və minnətdarlığımı bildirirəm. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
5
GİRİŞ 
 
1.Azərbaycanın maddi-mədəni irsinin inkişaf mərhələləri 
 
 İbtidai icma cəmiyyətinin maddi mədəniyyət örnəkləri 
Azərbaycan ərazisinin füsunkar təbii-coğrafi şəraiti biososial varlıq olmaq etibarilə ibtidai 
insanın təşəkkül tapması üçün zəruri şərt olan hər cür əlverişli ekoloji amillərə: mülayim iqlimə, 
zəngin flora və fauna aləminə malik olmuşdur. Məhz ekoloji şəraitin bu cür əlverişli olması 
səbəbindən Cənubi Qafqazın bu dilbər guşəsi tarixən dünyanın ilk sivilizasiya mərkəzlərindən 
birinə çevrilmişdir. Yaşı milyon yarım ili haqlamış dünya şöhrətli Azıx düşərgəsi və onun ibtidai 
sakinlərindən biri hesab edilən azıxantrop olduqca münbit və bol təbii qida mühitində təşəkkül 
tapmışdır. Təbiətin səxavəti üzündən tarixi Azərbaycan  ərazisi dünyanın  ən qədim sivilizasiya 
beşiklərindən birinə çevrilmişdir. Bu ərazidə zaman etibarı ilə biri-digərini  əvəz edən bir sıra 
arxeoloji mədəniyyət örnəyi təşəkkül tapmışdır.  
Ölkəmizin ilk arxeoloji mədəniyyətlərindən biri Kiçik Qafqazın cənub-şərq  ətəklərinə 
düşən Quruçay hövzəsində  təşəkkül tapmışdır.  Quruçay mədəniyyəti daşıyıcıları çaydaşından 
bəsit  əmək alətlərinin ilk tipoloji nümunələrini yaratmaqla, yurdumuzun qədim sakinlərinin 
sonrakı sosial-mədəni tərəqqisinə texniki zəmin hazırlamışdır. 
İbtidai icma cəmiyyətinin maddi mədəniyyəti bilavasitə insanın yaranması prosesinin 
gedişində təşəkkül tapmaqla, zaman etibarı ilə o, 1,5-2 milyon ilə yaxın çox böyük tarixi mər-
hələni əhatə edir. İbtidai insanın yaranmasının ilk mərhələsi üçün səciyyəvi olan erkən ovçuluq, 
yığıcılıq, bəsit əmək alətləri və oddan istifadə kimi ümdə mədəni dəyərlər meydana gəlmişdir.  
İnkişaf etmiş ovçuluq, ixtisaslaşmış  yığıcılıq, habelə torpağın bəsit becərilməsi (toxa 
əkinçiliyi) və maldarlığın meydana gəlməsindən başlamış ilk sinifli cəmiyyətlərin yaranmasına 
qədərki çox geniş dövrün maddi mədəniyyət tarixinin öyrənilməsi arxeoloji araşdırmalarla 
yanaşı, həm də etnoqrafik tədqiqat orbitinə daxildir. 
Azıx mağarasının  Şel və  Aşel dövrlərinə aid alt mədəni təbəqələrindən çaydaşından dü-
zəldilmiş  ən bəsit  əmək alətləri aşkar olunmuşdur. Bunların arasında «giqantolit» adlanan və 
bənzərinə dünyanın paleolit abidələri arasında çox nadir hallarda təsadüf edilən iri (azman) daş 
alətlər diqqəti cəlb edir. Bununla yanaşı, mağaradan yurdumuzun ən qədim sakinlərindən olan 
azıxantroplara məxsus daşdan düzəldilmiş əl çapacağı, kobud çapılmış bizvari alətlər, itiuclular, 
bəsit  qaşovlar  tapılmışdır.
1
 Bütün bu faktlar Azərbaycan  ərazisində ibtidai insanın uzaq daş 
dövründə  təşəkkül tapdığını göstərən nadir maddi mədəniyyət nümunələri olub misilsiz elmi 
əhəmiyyətə malikdir. 
Azərbaycanda paleolit dövrünün maddi mədəniyyət örnəkləri mağara məskənləri və (Azıx, 
Damcılı, Daşsalahlı, Tağlar və s.) açıq tipli  düşərgələr (Qayalı, Acıdərə,  Şişquzey, Qədirdərə, 
Çaxmaxlı, Marallı və s.), habelə onlardan əldə olunmuş müxtəlif tipoloji növə malik daş alətlərlə 
təmsil olunur.
2
 
Quruçay mədəniyyəti dövründə daşişləmə texnikasının təkmilləşməsi  Mustye  və  Son 
paleolit mədəniyyətlərinin yaranması ilə nəticələnmişdir. 
Mustye (orta paleolit) dövrünün əmək alətlərini düzəltmək üçün qədim insanlar xammal 
kimi təkcə çay daşından deyil, «obsidian» adlanan vulkan şüşəsindən də istifadə etməyin 
yollarını öyrənib mənimsəmişdilər. Bu fakt yurdumuzda Mustye mədəniyyətinin ən gözəçarpan 
nailiyyətlərindən biri sayılır. Mustye dövrü insanlarının digər sosial uğuru bu dövrün sonlarından 
etibarən qəbilə quruluşunun təşəkkül tapması olmuşdur.
3
 
Azərbaycanın son paleolit abidələrindən (Tağlar, Damcılı, Yataq yeri) əldə olunmuş maddi 
mədəniyyət nümunələri,  əsasən, çaxmaqdaşı, bazalt, obsidian və dolomitdən olub daha təkmil 
texniki üsullarla hazırlanmışdır. Bunların çoxu uzunsov qəlpələrdən düzəldilmiş  mikrolit 
alətlərdən (bıçaq, biz, qaşov, kəski və s.) ibarət olmuşdur.
4
  
Paleolit dövrünün mədəni-texniki uğurları, öz növbəsində, Mezolit mədəniyyətinin təşəkkül 
tapmasına gətirib çıxarmışdır. 
Qədim daş dövrünün başa çatması ilə əlaqədar Azərbaycan ərazisində məskunlaşmış ibtidai 
icmaların həyatında, həm də onların maddi mədəniyyət tarixində yeni bir mərhələ başlanmışdır. 

 
 
6
Elmdə  «mezolit» adı ilə  bəlli olan orta daş dövrü (e.ə. X-VIII minilliklər) ölkəmizin qədim 
sakinlərinin həyatına yeni növ əmək alətlərinin yaranması ilə  qədəm qoymuşdur. Mezolit 
mədəniyyətinin  ən böyük uğuru  ox    kamanın  kəşfi olmuşdur.
5
 Bunun sayəsində ovçuluq 
təsərrüfatında əmək məhsuldarlığı xeyli yüksəltmiş, fərdi ovçuluğa keçmək imkanı yaranmışdır. 
Mezolit dövründə daşişləmə texnikasının təkmilləşməsi nəticəsində  həm  əmək aləti, həm 
də silah kimi istifadə olunan, elə bu səbəbdən də, universal səciyyə daşıyan daş məmulatının rolu 
getdikcə artmış, həyati əhəmiyyəti daşıyan müxtəlif əməliyyatların yerinə yetirilməsində onların 
faydalı iş əmsalı yüksəlmişdir.  
Qədim və orta daş dövründə  məhsuldar qüvvələrin inkişafı  mədəni-texniki tərəqqinin 
artmasına gətirib çıxarmışdır. Bunun nəticəsində daşişləmə texnikası daha da təkmilləşmiş, onun 
bir sıra yeni texniki üsulları meydana gəlmişdir.  Çapma, qəlpələmə, dişəmə, cilalama, 
pardaxlama kimi texniki üsullar bilavasitə ibtidai icma tarixinin daş dövrü mərhələsində icad 
olunmuşdur. 
Mezolit dövründə  xırda ölçülü mikrolit  alətlər xeyli təkmilləşmiş, iti ucluqlu (qurama) 
silahqayırma texnikası meydana çıxmışdır. Damcılı  və Qobustan tapıntıları buna parlaq 
nümunədir. Bütün bu texniki irəliləyişlər, o cümlədən, ox və kamanın ixtirası tədricən təbiətin 
hazır məhsullarını  mənimsəməkdən bilavasitə  istehsal təsərrüfatına keçilməsi üçün əlverişli 
zəmin yaratmışdır.
6
 
Həmin keçid «neolit» adlanan yeni daş dövründə (e.ə.VIII-VI minillik) baş vermişdir. 
Azərbaycanın  neolit mədəniyyətinin  uğurları  təkcə daş alətlərin işlənmə texnikasının 
təkmilləşməsi, daha təkmil alət və silahların hazırlanması ilə bitmir. Bu dövr həm də istehsal 
təsərrüfatının, başqa sözləəkinçilik və maldarlığın yaranması ilə səciyyələnir.  
Neolit dövründə oturaq əmək məşğuliyyətinin (toxa əkinçiliyi, ev maldarlığı) və bununla 
əlaqədar oturaq həyat tərzinin bərqərar olması daimi səciyyə daşıyan möhrə, daş və ya çiy kərpic 
ilə hörülmüş  ev tiplərinin və  kəndlərdən ibarət ilk daimi məskən  növlərinin yaranmasını labüd 
etmişdir.  
Neolit mədəniyyətinə xas olan oturaq məişət tərzi üç böyük mədəni nailiyyətin 
yaranmasına gətirib çıxarmışdır. Əvvəla, bununla oturaq əkinçi və maldar tayfalara məxsus icma 
kəndləri və köçəbə tayfalara xas olan elat obalarından ibarət, qan qohumluğuna  əsaslanan ilk 
nəsli  qəbilə  məskənləri  yaranmışdır.  İkincisi, oturaq məskənlərin meydana gəlməsi vaxtı ilə 
gəzərgi həyat tərzi keçirən qəbilə  və tayfaların müəyyən bir məkana bağlanıb qalmasını  zəruri 
etmiş, «yurd» anlayışı yaratmışdır. Üçüncüsü, oturaq məişət tərzinin yaranması qarşılıqlı 
ünsiyyət əlaqələrinin və qohumluq münasibətlərinin güclənməsinə əlverişli sosial-mədəni zəmin 
yaratmışdır. Bütün bu mütərəqqi irəliləyişlər isə təsərrüfat fəaliyyəti üçün əlverişli şəraitə malik 
olan məskunlaşma ərazilərində etnikləşmə prosesinin ilk rüşeymlərinin yarandığını göstərirdi. 
Neolit dövrü, habelə, maddi mədəniyyətin zənginləşməsi, onun bir sıra yeni tipoloji 
növlərinin yaranması ilə xarakterizə olunur. Əkinçilik və maldarlıq məhsullarının emalı, 
saxlanması, bişirilib qida halına salınması yeni tip əmək alətlərinin (daş və sümük toxa, həvəng 
  sürtkəclər) yaranmasını, müxtəlif növ qabların (gil, toxuma, dəri) və bişirmə vasitələrinin 
(çölmək, küvəc, küpə, sac, təndir və s.) meydana gəlməsini də labüd etmişdir. 
Yurdumuzun neolit sakinləri mədəniyyət tarixində ilk dəfə olaraq daşı kəsməyi, deşməyi və 
cilalamağı öyrənmişlər. Bu texniki üsullarla daşdan düzəldilmiş  toppuz  nümunələri Kültəpə, 
Çalağantəpə, Qarğalar təpəsi və digər abidələrdən aşkar olunmuşdur.
7
 
Təbriz  ətrafındakı Yanıqtəpə, Urmiya gölü civarındakı  Həsənli kəndi yaxınlığında 
Firuztəpə, Xanlar şəhəri həndəvərində Gillikdağ, Naxçıvan yaxınlığındakı Kültəpə, Abşerondakı 
Qobustan düşərgələri (Ovçular zağası, Ana zağa, Kənizə) və digər neolit abidələri Azərbaycanın 
ibtidai icma dövrü maddi mədəniyyət tarixini saysız-hesabsız yeni tipoloji nümunələrlə 
zənginləşdirmişdir.
8
  Əkin, biçin və döyümlə  əlaqədar  əmək alətləri, maldarlıq məhsullarının 
emalı, saxlanması, bişirilməsi ilə bağlı müxtəlif formalı saxsı  və  dəri qabların ilk bəsit 
nümunələri məhz bu dövrdə ixtira olunub mənimsənilmişdir.
9
  Daşqura  və  möhrə  hörgülü 
divarlara malik sabit ev tipləri məhz bu dövrdən etibarən dəb düşmüşdür.  
Yeni daş dövründə baş verən texniki irəliləyiş  məhsuldar qüvvələrin sonrakı inkişafına 
güclü təkan verməklə taxıl,  ət, süd və  ağartı  məhsullarından ibarət etibarlı qida ehtiyatı 

 
 
7
bolluğunun yaranmasına, insanların təbiətdən asılılığının xeyli dərəcədə azalmasına gətirib 
çıxarmışdır.  
Qida məhsullarının bişirilməsi (çörək və xörəkbişirmə)  ənənələrinin sabitləşib müntəzəm 
səciyyə alması da Azərbaycanın neolit mədəniyyətinin ən mühüm nailiyyətlərindən idi.  
Əhliləşdirilmiş ev heyvanlarının bir qismindən həm də yük daşımaq üçün ilk dəfə nəqliyyat 
vasitəsi kimi istifadə olunması faktı yenə də neolit dövründən başlanmışdır.  
Neolit dövründə baş verən «aqrar inqilabı»nın gedişində torpağı becərmək üçün bir sıra 
əkinçilik alətləri icad olunmuş, başlıca mədəni bitkilərin becərilməsinə başlanılmış, ev 
heyvanları  əhliləşdirilmiş, saxsı  məmulatının ilk tipoloji növləri meydana gəlmişdir. Beləliklə
insanın təbiətdən asılılığının aradan qaldırılması və ətraf mühitdən səmərəli istifadə olunmasına 
keçid yolunda həlledici addımlar atılmışdır. Bütün bu mütərəqqi irəliləyişlər nəticəsində 
yurdumuzun qədim sakinlərinin bütöv bir kompleks mədəni nailiyyətləri yaranmışdır. 
Neolit dövrünün elə ilk mərhələlərindən etibarən əkinçiliyin maldarlıqdan ayrılması ictimai 
əmək bölgüsünü  daha da dərinləşdirmişdir.  İbtidai icma tarixində baş verən bütün bu sosial-
mədəni nailiyyətlər öz növbəsində  Cənubi Qafqazda etnik  və  məhəlli xüsusiləşməni  xeyli 
gücləndirmişdir. Bunun sayəsində də, hər birinin özünə məxsus sosial-mədəni xüsusiyyətləri və 
texniki  əmək vərdişləri olan müxtəlif etnosların yaranması prosesi başlanmışdır. Etnikləşmə 
prosesində  əmək məşğuliyyətinin təmayülü də mühüm rol oynamışdır. Oturaq əkinçi tayfalar 
təsərrüfat məişəti və həyat tərzi baxımından maldar elatlardan seçilirdi. 
Qeyd olunan mütərəqqi irəliləyişlər  polimetal dövrü insanlarının mədəni tərəqqisində 
müstəsna rol oynamışdır. Dulus kürələrinin təkmilləşməsi hərarətin artırılmasını  təmin edən 
körüklü metaləritmə və metalişləmə kürələrinə keçmək üçün yol açmışdır. Bu irəliləyişlər nəticə 
etibarilə Azərbaycanda  metallurgiyanın yaranmasına gətirib çıxarmışdır. Kiçik Qafqaz sıra 
dağlarının Azərbaycan  ərazisinə düşən filiz yataqlarının mənimsənilməsi sayəsində bu zəngin 
diyar Qafqazın ən qədim metallurgiya ocaqlarından birinə çevrilmişdir. 
E.ə.VI-IV minillikləri  əhatə edən  eneolit dövrünün mədəni-texniki irəliləyişləri həmin 
prosesləri daha da gücləndirmiş, qan qohumluğuna əsaslanan etnik xüsusiləşməni xeyli dərəcədə 
artırmışdır. 
İlk metal (mis) məmulatının (bıçaq, biz, iynə, sancaq, ox ucluğu)  əldə olunması o zamanki 
Azərbaycan icmalarının sosial-iqtisadi həyatında ciddi irəliləyişə  səbəb olmaqla, ölkəmizdə  tunc 
texnologiyasına keçidin əsasını qoymuşdur. 
Naxçıvan, Mil-Qarabağ, Gəncə-Qazax, Muğan, Qobustan, Urmiyaətrafı  ərazilərdən aşkar 
olunmuş oturaq əkinçi və maldar tayfalara məxsus eneolit abidələri (Kültəpə,  Şomutəpə, 
Qarğalar təpəsi, Babadərviş, Əlikömək təpəsi, Mişarçay, İlanlıtəpə, Yanıqtəpə, Dəlmətəpə və s.) 
Azərbaycan  əhalisinin istehsal təsərrüfatı sahəsində neolit sakinlərinə nisbətən xeyli qabağa 
getdiklərini göstərir.
10
 Məhsuldar qüvvələrin inkişafı və əhalinin sayının artması ölkənin dağlıq, 
dağətəyi və düzənlik bölgələrində yeni-yeni ərazilərin təsərrüfat cəhətdən mənimsənilməsinə 
şərait yaratmış, qonşu ölkələrlə iqtisadi əlaqələri gücləndirmişdir.  
Mis külçəsi  ərintisinə  mərgümüş, qalay, qurğuşun və ya sink qatmaqla əldə olunmuş 
tuncun ilk dəfə harada, hansı etnos tərəfindən kəşf olunması tarixi dəqiq bəlli olmasa da, 
Azərbaycanda tuncun istehsalına və ondan daha möhkəm  əmək alətləri və silahlar 
hazırlanmasına hələ beş min il bundan əvvəl başlanmasına dair tutarlı arxeoloji dəlillər 
mövcuddur. Hər  şeydən  əvvəl, qeyd edək ki, Azərbaycanın Kiçik Qafqaz bölgəsi (müasir 
Gədəbəy, Daşkəsən, Dağlıq Qarabağ  əraziləri) qədim zamanlardan tuncun əldə olunması üçün 
zəruri xammal olan zəngin mis yataqlarına malik olmuşdur. Görünür, elə Azərbaycanın eneolit 
sakinləri də ilk dəfə mislə  məhz burada, Kiçik Qafqaz həndəvərində tanış olmuşlar. 
Azərbaycanda hələ eneolit mədəniyyəti dövründə peyda olmuş dulus kürələrinin sonrakı 
təkmilləşməsi, misəritmə sahəsində  əldə edilmiş  əməli təcrübə  və  vərdişlər burada tunc 
texnologiyasının mənimsənilməsi üçün əlverişli zəmin hazırlamışdır. 
Əvvəlcə mis filizinin əridilməsi, bir qədər sonralar isə qatışıq  ərinti texnologiyasının 
mənimsənilməsi  misgərlik,  daha sonra isə tuncgərlik  peşələrinin, başqa sözlə, tunc metallurgi-
yasının yaranmasına gətirib çıxarmışdır. Beləliklə, 2 min ildən çox davam etmiş Eneolit 
mədəniyyəti tədricən Erkən tunc dövrü mədəniyyəti ilə əvəz olunmuşdur. Erkən tunc dövründən 

 
 
8
(e.ə. IV minilliyin sonu və III minillik) başlayaraq ənənəvi döymə texnikası tökmə üsulu ilə əvəz 
olunmuşdur. Azərbaycanın erkən tunc dövrü abidələrindən tökmə üsulu ilə hazırlanmış  əmək 
alətləri və soyuq silahlarla yanaşı, xeyli miqdarda tunc üzüklər, bilərzik nümunələri, qəbzəsinin 
üzəri bəsit oyma və həkketmə üsulları ilə naxışlanmış qılınc və xəncər aşkar olunmuşdur.  
Tunc metallurgiyasının yaranması ilə yanaşı heyvanlardan qoşqu qüvvəsi kimi istifadə, 
toxuculuğun inkişafı, yağ emalı, gil nehrələrin peyda olması, çörəkbişirmə vasitələrinin (gil sac, 
təndir) təkmilləşməsi Erkən tunc dövrü mədəniyyətinin mühüm nailiyyətləri idi. Əkinçilik və 
maldarlıqla yanaşı, sənətkarlığın, xüsusilə metal emalının inkişafı bu mədəniyyətin daşıyıcısı 
olan yerli tayfaların ictimai həyatında ciddi dəyişikliklərə səbəb olmuş, əmlak bərabərsizliyinin 
artmasına, patriarxatın cəmiyyətdə hakim mövqe tutmasına və tayfa başçılarının imtiyazlarının 
artmasına şərait yaratmışdır. 
Azərbaycanın tunc dövrü abidələrindən (Kültəpə, Babadərviş, Qaraköpəktəpə, Qobustan, 
Həmşəra təpələri) misəritmə kürələrinin qalıqları, saxsı və daş qəliblər, puta, saxsı görük ucluğu 
və s. aşkar olunmuşdur. Arxeoloji tapıntılar göstərir ki, Azərbaycanın tunc ustaları mis-
mərgümüş  ərintisindən müxtəlif növ təsərrüfat alətləri, silah və  bəzək  əşyaları düzəltməyin 
texnoloji üsullarına mükəmməl yiyələnmişlər. 
Tunc dövrünün maddi mədəniyyət tarixi özünün inkişaf səviyyəsi və məhəlli etnomədəni 
xüsusiyyətlərinə görə müxtəlif mərhələlərə  və bir-birindən fərqli arxeoloji mədəniyyətlərə 
ayrılır. 
Azərbaycanda erkən tunc dövrü Kür-Araz mədəniyyəti ilə xarakterizə olunur. Etnik 
mənsubiyyəti hürrilərə aid olduğu güman edilən bu mədəniyyətə xas olan abidələr ətrafı hasarla 
möhkəmləndirilmiş  təpə tipli məskənlərdən ibarət olub, Naxçıvan, Mil, Muğan, Min-gəçevir, 
Qobustan, Urmiyaətrafı ərazilərdə (Göytəpə, Yanıqtəpə) geniş yayılmışdır.  
Kür-Araz mədəniyyəti «təbərzin» adlanan tunc  balta, oraq, biz, nizə ucluğu, sancaq 
nümunələri ilə  təmsil olunur. Bu mədəniyyətin daşıyıcıları çox vaxt daş, çiy kərpic və ya 
möhrədən tikilmiş dairəvi planlı evlərdə yaşamışlar. Onlar toxa əkinçiliyindən şum əkinçiliyinə 
keçmiş, torpağı iribuynuzlu heyvan (öküz və ya kəl) qoşulmuş xış vasitəsi ilə şumlamışdılar. Bu 
səbəbdən də neolit və eneolit mədəniyyətlərinə xas olan buynuz və ya sümükdən hazırlanmış 
toxalar bu dövrdən etibarən istifadədən çıxmağa başlamışdır.  Kətan bitkisi ilk dəfə erkən tunc 
dövründə becərilməyə başlamış, bu dövrdə bəsit suvarma sistemləri yaranmış, bağçılıq meydana 
gəlmişdir.
11
 
Kür-Araz mədəniyyətinin mühüm nailiyyətlərindən biri də  qoşqu  nəqliyyatının, xüsusilə, 
ikitəkərli arabaların meydana çıxması olmuşdur. Bu dövrə aid arxeoloji abidələrdən ortasında ox 
keçirmək üçün deşik olan dairəvi lövhəcikdən ibarət saxsı təkərciklər («diyir»), qoşqu heyvanı 
kimi istifadə olunmuş öküz fiqurları  və s. tapılması bunu aydın göstərir.
12
  Dəlidağın 
yamaclarındakı qayaüstü rəsmlər arasında öküz qoşulmuş  təkərli araba rəsmi də bu nəqliyyat 
növünün o zaman yükdaşımadakı təsərrüfat rolundan xəbər verirdi. 
Tunc dövründə maldarlığın, xüsusilə  də,  qoyunçuluğun inkişafı dağlardakı yaylaqlar 
hesabına yeni otlaq sahələrinin mənimsənilməsini zəruri etmişdir. Yaylaq-qışlaq yemləmə 
üsulunun meydana gəlməsi yarımoturaq səciyyə daşıyan köçəbə maldarlıq formasının və köçəbə 
mədəniyyətinin  təşəkkül tapmasına səbəb olmuşdur. Bu həm də yaylaqlarda daimi məskən 
tiplərinin meydana gəlməsinə  şərait yaratmışdır. Maldarlıq məhsullarının artması  sərnic, goduş, 
badya, nehrə və s. kimi bir sıra zəruri qab tiplərinin yaranmasını labüd etmişdir. 
Məhsuldar qüvvələrin sonrakı inkişafı e.ə. II minilliyin əvvəllərində  orta tunc dövrünün 
daha yüksək mədəniyyət örnəyinin yaranması ilə  nəticələnmişdir.  Şəhər  tipli ilk yaşayış 
məskənləri – möhkəm müdafiə divarları ilə  əhatə olunmuş  şəhər-qalalar  məhz bu dövrdə 
yaranmış, daş və ağac vəllər, külbəli təndir, dulus çarxı və s. peyda olmuşdur.
13
 
Əmək məhsuldarlığının artmasına təkan verən bütün bu texniki irəliləyişlər qəbilə üzvləri 
arasında əmlak bərabərsizliyinin artmasına, tayfa əyanlarının meydana çıxmasına sosial-iqtisadi 
zəmin yaratmışdır. 
Orta tunc dövründə metal məmulatı nümunələrinin hazırlanmasında döymə, tökmə, basma, 
oyma, cızma, həketmə, lehimləmə texnikası başlıca yer tutmuşdur. 
E.ə. II minilliyin ikinci yarısında Azərbaycanda son tunc dövrü başlanmışdır. Mingəçevir, 

 
 
9
Yaloylutəpə, Xocalı, Qəbələ, Xınıslı, Qaratəpə  və s. abidələrdən tapılan metal bəzək  əşyaları 
Azərbaycanda  zinət istehsalının çox geniş  əraziyə yayıldığını göstərir.
14
 Mingəçevir və 
Xocalıdan tapılmış tunc kəmərlər, həmçinin, Urmiya gölü ətrafındakı Həsənli təpəsindən aşkar 
edilən qızıl cam, Ziviyə mahalından  əldə edilən qızıl döşlük zərgərlik sənətinin  ən gözəl 
nümunələridir. 
Bu dövrün sosial-iqtisadi inkişafı Xocalı-Gədəbəy, Talış-Muğan və Naxçıvan mədəniyyəti 
adı ilə  bəlli olan bir sıra məhəlli arxeoloji mədəniyyətləri törətmişdir. Son tunc dövründə  şum 
əkinçiliyi, köçəbə maldarlıq formaları, sənət istehsalı daha da inkişaf etmiş, erkən  şəhər 
mədəniyyəti  təşəkkül tapmağa başlamışdır. Məhsuldar qüvvələrin artmasına, izafi məhsul 
istehsalına və xüsusi mülkiyyətin meydana çıxmasına  şərait yaradan bütün bu mütərəqqi 
proseslər sinifli cəmiyyətin və dövlətin meydana gəlməsinə əlverişli zəmin hazırlamışdır. 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   35


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə