Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 21 may 2015-ci il tarixli


CYYİ və İİV-infeksiya ilə yanaşı sifilisli xəstələrin



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə6/8
tarix09.02.2017
ölçüsü0,94 Mb.
#8144
1   2   3   4   5   6   7   8

CYYİ və İİV-infeksiya ilə yanaşı sifilisli xəstələrin                 

müalicə prinsipləri 

Sifilisli xəstələrə digər CYYİ-yə yoxlanılması tövsiyə olunur. 

Sifilisli xəstələrdə urogenital infeksiya aşkar edildikdə onların 

müalicəsi sifilisin müalicəsi ilə paralel aparılır. Sifilisə yoluxan bütün 

xəstələr  İİV-infeksiyaya yoxlanılmalıdırlar

22

. Sifilisli xəstədə  İİV-



infeksiya aşkar edildikdə növbəti müayinələrə, müalicəyə və sifilisin 

müalicəsi üçün olan uyğun tövsiyələrlə  QİÇS-lə mübarizə  və 

profilaktika üzrə regional Mərkəzə göndərilir.  

                                                            

 

Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman vasitələri 



 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



46 

İİV-infeksiyalı xəstələrin sifilisə dair seroloji testlərinin nəticələri 

İİV infeksiyası olmayan şəxslərdən fərqli deyildir. Lakin onlar 

yüksək, aşağı, gecikmiş və ya yanlış-mənfi nəticə verə bildiyinə görə 

seroloji testlərin 2-4 həftə  ərzində  təkrarlanması lazımdır.  Bütün    

İİV-infeksiyalı xəstələrə sifilisə görə müntəzəm illik seroloji skrininq 

tövsiyə edilir. Cinsi fəal (qorunmayan cinsi əlaqəsi və ya bir-neçə 

cinsi partnyoru olan, narkotik maddələrdən istifadə edən)              

İİV-infeksiyalı  xəstələrə  hər 3-6 aydan bir seroloji skrininq 

aparılır


12,23

.  


İİV-infeksiyalı  xəstələrdə sifilisin müalicəsi  İİV infeksiyası 

olmayan xəstələrdəki kimi aparılır. Yadda saxlamaq lazımdır  ki,     

İİV-infeksiyalı sifilisli xəstələrdə ola bilər

 



yanlış-müsbət və yanlış-mənfi seroloji reaksiyalar  

 



ləng gedən seroreaktivlik 

 



sifilisin tam müalicəsindən sonra SPR(MPR)/VDRL testlərinin 

ləng neqativasiyasına terapiyanın uğursuz nəticələnməsi kimi 

baxılmamalıdır 

 



sinir sistemi və gözün erkən sifilitik zədələnməsi riskinin artması, 

bununla  əlaqədar olaraq təkcə gecikmiş deyil, həm də erkən 

sifilisli  İİV-infeksiyalı  xəstədə müalicədən  əvvəl və müalicədən    

2 il sonra onurğa beyini mayesini tədqiq etmək tövsiyə olunur 

 

Benzatin benzilpenisillin ilə müalicənin seroresidiv tezliyi yüksək 



olduğundan, üstünlük prokain benzilpenisillin, benzilpenisillin 

novokain duzu və benzilpenisillin natrium duzu preparatlarına 

verilir. Başqa dərman vasitələrilə müalicə “qeyri-adekvat” 

(keyfiyyətsiz) hesab edilir

12

 



 

Penisillinə allergiyası olan sifilisli İİV-infeksiyalı  xəstələrdə 

desensibilizəedici terapiya fonunda penisillinlə müalicə aparıla 

bilər (B)

12

 



 

Penisillinə allergiyası olan sifilisli İİV-infeksiyalı  xəstələrdə 

desensibilizasiyanın aparılması mümkün olmadıqda, alternativ 

müalicə doksisiklin və ya seftriakson ilə sifilisin mərhələsinə 

uyğun olan doza və qəbul rejimində aparılır

12

 



 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



47 

Sifilisin müalicəsi zamanı müşahidə olunan reaksiyalar 

Yariş-Herksheymer 

(A.Jarisch, K.Herxheimer) 

reaksiyası 

(YHR)

20

, adətən, sifilisin erkən formasında müşahidə edilir: sifilisə 



görə  hər hansı bir terapiya başladıqda 24 saat ərzində  dərman 

preparatlarının yeridilməsinə cavab olaraq hərarətin artması  və 

patoloji prosesin kəskinləşməsi kimi orqanizmin müdafiə-

uyğunlaşma reaksiyasıdır. Sifilisli xəstələrin sonrakı müalicəsi üçün 

əks göstəriş deyil və bir qayda olaraq 1-2 gün ərzində öz-özünə keçir.

 

Sifilisin gecikmiş formasında YHR-yə az təsadüf edilir, lakin 



belə reaksiya kardiovaskulyar, baş beyin və onurğa beyin 

qummalarında baş verdikdə  xəstənin həyatı üçün təhlükə yarada 

bilər, neyrosifilis zamanı nevroloji və psixotik simptomatikanın 

kəskinləşməsinə  səbəb ola bilər və hamiləlik zamanı dölün həyat 

fəaliyyətinin pozulmasına və ölü doğulmasına gətirib çıxara bilər. 

 

Belə hallarda müalicə 24 saat müddətində dayandırılmalıdır, 



hərarəti salan preparatlar, kortikosteroid hormonları (40-60 mq/gündə 

prednizolon  (D)

9

  və ya 4-8 mq/gündə deksametazon 3 gün ərzində 



ə/d) təyin etmək və bir sutkadan sonra sifilis əleyhinə terapiya və ya 

tətbiq olunan preparatın alternativ preparatlarla əvəz olunması 

lazımdır

6

.  



Anafilaktik  şok – inyeksiya zamanı  və ondan dərhal sonra 

inkişaf edən arterial təzyiqin aşağı düşməsilə  səciyyələnən 

sürətli  

allergik reaksiyadır.



 Anafilaktik şoka qarşı aparılan müalicə:  

 



0,5 ml 0,1%-li adrenalinin məhlulu ə/d 

 



antihistamin preparatı ə/d və ya v/d  

 



qlükokortikoid hormonu ə/d və ya v/d 60-90 mq prednizalona 

görə hesablanması  

 

10 ml 10%-li kalsium qlükonat ə/d  



 

tənəffüs çətinləşdikdə – 10 ml 2,4%-li eufillin asta-asta v/d 



Prokain benzilpenisillinə reaksiya  (prokain psixozu, Xayne 

sindromu – Hoignes syndrome) preparatın hər hansı inyeksiyasından 

sonra yarana bilər: penisillin duzunun iri kristallarının venoz 

sisteminin kiçik damarlarına düşməsi nəticəsində damarların 

okklüziyasına və ya beyinin limbik strukturuna prokainin təsiri  bu 

reaksiyaya səbəb ola bilər.

 

Reaksiya


 

inyeksiyadan dərhal sonra 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



48 

yaranır, 20 dəqiqə  ərzində davam edərək  əsasən arterial təzyiqin 

yüksəlməsilə səciyyələnir.  

Antitreponem müalicə başlandıqda təyin edilir

14





 

diazepam 5-10 mq rektal olaraq, konvulsiya olduqda  ə/d və ya 

v/d

6,13 


 

 



prednizolon 40-60 mq gündəlik 3 gün ərzində ə/d və ya v/d hər 

24 saatdan bir (D)

14

 



 

antihistamin preparatı ə/d və ya v/d 

 

arterial təzyiq qalxdıqda 2 ml 2%-li papaverin və 2 ml 1%-li 



dibazol ə/d 

 



tam rahatlıq, sakitlik, pasiyentin bədəninin horizontal vəziyyəti 

 



lazım gəldikdə psixiatrın məsləhəti, sedativ və antipsixotik 

vasitələrin istifadə edilməsi

29

 

Xəstələrin  qeyri-spesifik terapiyası  spesifik müalicənin effektini 



artırmaq məqsədi ilə  və immunitetin, regenerativ və metabolik 

proseslərin stimulyasiyası üçün sifilisin aşağıda sadalanan 

vəziyyətlərində aparılır: 

 



sifilisin gizli və gecikmiş formalarında 

 



sinir sistemi və daxili orqanların sifilisi zamanı 

 



seroloji reaksiyaların serorezistentliyi və  ləng neqativasiyası 

zamanı 


 

seroloji və klinik residivlər zamanı 



 

yanaşı patologiyalar zamanı 



Qeyri-spesifik terapiya pirogen (pirogenal, prodigiozan), 

immunomoduləedici (metilurasil, taktivin, immunokompleks, 

tsikloferon) təsirli preparatlarla, ampulyar vitamin kompleksləri 

(benevron, dematon, vitiks), sistem enzimoterapiyası preparatları 

(vobenzim, bioferment), regenerasiyaedici təsirə malik (solkoseril, 

aktovegin) preparatlarla aparılır: 

 

Pirogenal



 – 2-3 gündən bir dəfə  ilkin  doza  5-10  mkq            

(50-100 MPD) ə/d tədricən 20-30 mkq-dək qaldırılır və 

orqanizmin reaksiyasından asılı olaraq 120-150 mkq-ya 

çatdırılır, 5-10 inyeksiya; 

 



Prodigiozan

*

 – 25-100 mkq ə/d həftədə 2 dəfə, 5 inyeksiya; 



                                                            

 



Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman vasitələri 

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



49 

 



Metilurasil – 0,5 q gündə 3-4 dəfə daxilə 10-14 gün ərzində

 



Taktivin 0,01% – 1 ml dəri altı, gündə 1 dəfə, 3 gün bir-

birinin ardınca, sonra həftədə 2 dəfə, 5-10 inyeksiya; 

 

İmmunopleks



– 1 həb daxilə gündə 1 dəfə dil altına, səhər 

yeməyindən 30 dəqiqə əvvəl 20-30 gün ərzində; 

 



Tsikloferon – 2 ml ə/d günaşırı 10 inyeksiya; 

 



Vobenzim – 3-5 həb daxilə gündə 3 dəfə 20 gün ərzində; 

 



Bioferment

*

 – 1 kapsul gündə 2-3 dəfə daxilə 20-25 gün 



ərzində; 

 



B qrupu kompleks vitamin preparatları – (dematon, benevron, 

vitriks) 2-3 ml ə/d gündə 1 dəfə  və ya 5 ml ə/d günaşırı,        

10 inyeksiya; 

 



Aktovegin – 2 ml (5 ml) ə/d (v/d) gündə 1dəfə, 10 inyeksiya; 

 



Solkoseril – 2 ml (5 ml) ə/d (v/d) gündə 1dəfə, 10 inyeksiya. 

Sifilisli xəstələrin və onlarla təmasda olanların klinik-seroloji 

nəzarəti 

Erkən sifilisli xəstələrlə 2-4 ay müddətində cinsi və  sıx məişət 

təmasında olan və sifilisin klinik və seroloji təzahürləri müşahidə 

olunmayan  şəxslərə 2 aylıq intervalla iki dəfəlik klinik-seroloji 

nəzarət (KSN), 4 aydan çox vaxt keçmişdirsə bir dəfəlik KSN 

aparılır. 

Sifilisli xəstələrin qanı köçürülmüş resipiyentlərə transfuziyadan 

3-6 ay keçmişdirsə, lakin onlarda klinik və seroloji təzahür yoxdursa 

2 aylıq intervalla iki dəfəlik KSN; transfuziyadan 6 aydan çox vaxt 

keçmişdirsə bir dəfəlik KSN aparılır. 



Preventiv müalicə almış şəxslərə müalicə bitdikdən 3 ay sonra 

bir dəfəlik KSN aparılmalıdır. 



Sifilis əleyhinə spesifik müalicə almış şəxlərdə KSN qTT (SPR 

(MPR)/VDRL) vasitəsilə aparılır: birinci il – birinci 3 ay ərzində hər 

ay, sonra 6-cı və 12-ci aylarında

7

. Sonrakı illərdə isə hər 6 aydan bir 



SPR (MPR)/VDRL aparılır. TT (STHA/İFA/FTAabs) ildə bir dəfə 

(hər il) aparılmalıdır:  

 

Erkən sifilisli xəstələr seroloji qTT mənfi olduqdan sonra daha   



6-12 ay ərzində KSN altında olurlar. KSN-in müddəti və 

qeydiyyatdan çıxarılması müalicənin nəticələrindən asılı olaraq 

fərdi müəyyən edilir 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



50 

 



Erkən sifilisdən müalicə alan İİV-infeksiyalı  xəstələrə daha çox 

KSN edilir: 1, 2, 3, 6, 9, 12, 18, 24 aydan sonra

12

 



 

Gecikmiş sifilisli xəstələrə  3   i l d ə n   a z   o l m a y a r a q  KSN 

aparılır. KSN-in müddəti və qeydiyyatdan çıxarılması müalicənin 

nəticələrindən asılı olaraq fərdi müəyyən edilir 

 

Neyrosifilisli xəstələr ən azı 3 il KSN altında olurlar və xəstəliyin 



mərhələsindən asılı olmayaraq bu müddət  ərzində onlarda hər     

12-24 ayda 1 dəfə OBM mütləq tətqiq edilməlidir: OBM-in 

patoloji dəyişikliklərinin saxlanması  əlavə müalicəyə göstərişdir 

(bax: “Əlavə müalicə” bölməsinə). Klinik təzahürlər saxlandıqda 

belə OBM-in sabit normallaşması  xəstənin qeydiyyatdan 

çıxarılması üçün göstərişdir 

 

Serorezistent və qTT ləng neqativasiyası olan şəxslər 3  i l  



ə r z i n d ə   KSN-də olurlar, həkimin qərarına  əsasən nəzarət 

müddəti uzadıla bilər 

 

Spesifik müalicə almış uşaqlar 3   i l   ə r z i n d ə   K S N -də olurlar 



 

Əgər uşağın:  



 

İgM testi mənfidirsə, lakin digər testlər reaktivdir,  



 

həmçinin titri yüksək olan ana titrindən 4 dəfə azdırsa  



 

və anadangəlmə sifilis əlamətləri yoxdursa 



reaktiv testlər uşağın 3, 6, 12 aylığında və ya bütün testlər mənfi 

olana qədər (adətən 6 aylığında) təkrarlanmalıdır.  Əgər cavab 

ləngiyirsə İgM testini uşağın 3 aylığında təkrarlamaq lazımdır  

 



OBM-i normada olmayan uşağa alınan nəticə normaya düşənə 

qədər bel punksiyası h ə r   6   a y d a n   b i r  təkrarlanır (A)

14

 

Profilaktik müalicə almış  uşaqlar və hamilələr 1 il ərzində  



KSN-də olurlar. İlk KSN müalicə bitdikdən 3 ay sonra aparılır. 

Seroloji müayinənin nəticəsi mənfi olduqda və  xəstəliyin klinik 

əlamətləri olmadıqda xəstənin müayinəsi qeydiyyatdan 

çıxarılmazdan  əvvəl – aparılan müalicədən 1 il sonra və ya fərdi 

qaydada, qeydiyyatdan çıxana qədər hər 3 aydan bir təkrarlanır. 

 

Əlavə müalicə 

Klinik və ya seroloji residiv baş verdikdə, serorezistentlik, eləcə 

də seroloji reaksiyaların ləng neqativasiyası halları əlavə müalicənin 

aparılmasına göstərişdir.  Əlavə müalicədən qabaq pasiyent həkim-

mütəxəssislər (dermatoveneroloq, nevroloq, oftalmoloq, terapevt, 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



51 

otolarinqoloq) tərəfindən müayinə edilməlidir və  hətta klinik-

nevroloji simptomatikası olmadıqda OBM-in tədqiqi aparılmalıdır. 

 

Sinir sistemininin və daxili orqanların spesifik patologiyası 



olmadıqda bir qayda olaraq birdəfəlik/ikidəfəlik  əlavə müalicə 

aparılır. Sinir sisteminin və daxili orqanların spesifik patologiyası 

aşkar edildiyi halda neyro- və visseral sifilis diaqnozu təyin edilir, bu 

formaların terapiya metodikası üzrə  s p e s i f i k   m ü a l i c ə   a p a r ı l ı r . 

Əlavə müalicə

7

 



seroloji reaksiyaların dinamikasını nəzərə almaqla 

aşağıdakı sadalanan göstəricilərə əsasən aparılır: 

1.

 

seroloji rezistentlik  – sifilisin erkən forması  olan xəstələrdə  



mükəmməl spesifik müalicədən sonra anticisim titrinin 4 və daha 

çox dəfə azalmasına meyili olmadan qTT 1 il ərzində davamlı 

müsbət qalmasıdır

2.

 



qTT ləng neqativasiyası:  

 



sifilisin erkən formaları olan xəstələrdə mükəmməl spesifik 

müalicədən sonra əvvəl qTT titrinin 4 dəfə azalması  fonunda      

1,5 ildən sonra qTT titrinin və    müsbət dərəcəsinin azalmasına 

doğru meyil göstərməməsi  

 

sifilisin erkən formaları olan xəstələrdə mükəmməl spesifik 



müalicədən sonra 2 il müddətində qTT titrinin 4 və daha çox dəfə 

azalması  və ya pozitivlik dərəcəsinin azalması fonunda tam 

neqativasiyasının olmaması 

3.

 



əvvəl aparılmış müalicənin keyfiyyətsiz olması 

4.

 



klinik/seroloji residiv – mükəmməl müalicədən sonra klinik 

remissiya fonunda təzə klinik təzahürlərin  əmələ  gəlməsi; 

mükəmməl müalicədən sonra qTT-nin əvvəl baş verən 

neqativasiyası fonunda a/c titrinin və ya pozitivlik dərəcəsinin 

artması  

5.

 



neyrosifilisin keyfiyyətli spesifik terapiyasından sonra OBM-də 

patoloji dəyişikliklərin, əsasən bu kimi hallarda saxlanması:  

 

hüceyrələrin miqdarı tam keyfiyyətli müalicədən 12 aydan sonra 



normaya qayıtmır və ya normaya qayıdıb yenidən artır 

 



keyfiyyətli müalicədən sonra 12 ay ərzində OBM-də qTT-nin 

müsbət dərəcəsinin azalması baş vermir 

 

keyfiyyətli müalicədən sonra 2 il ərzində OBM-də zülalın 



azalması baş vermir  

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



52 

 



İİV-li neyrosifilisi olan xəstələrdə OBM göstəricilərinin 

normallaşması  İİV-i olmayan xəstələrə nisbətən yavaş gedir. 

Bununla  əlaqəli olaraq tam müalicə aldıqdan 2 il sonra onlara  

əlavə müalicə aparılır, əgər OBM göstəricilərinin normallaşması 

baş vermirsə

12

 



Qeyd: 

 



Spesifik müalicədən sonra OBM-də sitoz və seroloji reaksiyaya 

nisbətən zülalın səviyyəsi ləng dəyişir və  bəzən normallaşması 

üçün 2 ilə qədər vaxt tələb olunur. 

 



Spesifik müalicədən sonra OBM-də sitozun normal göstəriciləri 

və seroloji testlərin mənfi nəticələri çərçivəsində zülalın artmış 

səviyyəsinin saxlanması, lakin normayadək davamlı azalması  

əlavə terapiya kursunun aparılmasına göstəriş deyil.  

Əlavə müalicə aşağıda sadalanan preparatlardan biri ilə aparılır: 

B i r i n c i   s ı r a   p r e p a r a t l a r : 

 



Benzilpenisillin kristallik natrium duzu 

 



Prokain benzilpenisillin 

 



Benzilpenisillin novokain duzu 

A l t e r n a t i v   p r e p a r a t : 

 

Seftriakson 



Xəstədə penisillinə qarşı anafilaktik reaksiya olduqda 

seftriaksonun tətbiqi qəti əks-göstərişlidir (sefalosporinlərlə penisillin 

arasında çarpaz reaksiya olduğuna görə) (B)

6

 



Qeyd:  

 



Spesifik müalicədən sonra 2 ilə  qədər müddətdə yuxarıda              

1-3 bəndlərdə göstərilən vəziyyətlərin aşkar edilməsi zamanı bir 

kurs əlavə müalicə erkən gizli sifilisin sxemi üzrə aparılır. 2 ildən 

sonra gecikmiş gizli sifilisin sxemi üzrə iki kurs əlavə müalicə 

aparılır  

 



Klinik/seroloji residivin əmələ gəlməsi zamanı (4-cü bənd) əlavə 

müalicə residivin başvermə müddətindən asılı olmayaraq, 

gecikmiş gizli sifilisin sxemi üzrə aparılır 

 



OBM-in patoloji dəyişiklikləri qaldıqda (5-ci bənd) əlavə müalicə 

neyrosifilisin müalicə metodikası üzrə aparılır 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



53 

 



Uşaqların  əlavə müalicəsi yaş  həddi və  bədən çəkisi nəzərə 

alınmaqla böyüklərin terapiyasına analoji olaraq aparılır 



Sifilisli xəstələrin qeydiyyatdan çıxarılması 

Sifilisin hər bir növünə dair spesifik müalicə almış xəstələr KSN-

in vaxtı bitdikdən sonra tam klinik-seroloji müayinədən 

keçməlidirlər: SPR(MPR)/VDRL, STHA, İFA, lazım gəldikdə  İB, 

FTAabs testləri daxil edilməklə  və terapevt/pediatr, nevroloq, 

oftalmoloq, otolarinqoloq kimi mütəxəssislərin məsləhətindən sonra  

xəstələrin qeydiyyatdan çıxarılması fərdi olaraq qərara alınır.  

Konkret bir xəstənin sağalması fərdi həllini tələb edir ki, burada 

da çoxsaylı faktorların, müxtəlif göstəricilərin həkim tərəfindən 

qeydiyyata alması lazımdır. Sağalma kriterisi təyin edilir: 

 

aparılmış müalicənin keyfiyyəti ilə 



 

klinik təzahürlərinin  əlverişli dinamikası ilə (dəri örtüyü, selikli 



qişalar, daxili orqanların və sinir sisteminin vəziyyəti) 

 



laborator tədqiqatların əlverişli nəticələri ilə (seroloji, OBM) 

Serorezistentliyə və ya qTT-nin ləng neqativasiyasına görə əlavə 

müalicə almış  və qTT-nin (SPR(MPR)/VDRL) müsbət nəticəsi 

davamlı olan pasiyentlər aşağıdakı  şərtlərə riayət edilməklə 

qeydiyyatdan çıxarıla bilər: 

 



keyfiyyətli spesifik və əlavə müalicə aldıqda 

 



3 ildən az olmayan KSN olduqda 

 



qeydiyyatdan çıxmazdan  əvvəl OBM tədqiqinin yaxşı  nəticəsi 

olduqda


8

 



 

mütəxəssislərin (nevroloq, oftalmoloq, otolarinqoloq, 

terapevt/pediatr) məsləhətlərinin nəticəsinə görə spesifik klinik 

patologiya müəyyən edilmədikdə

8

 



 

ürəyin və aortanın ultrasəs və rentgenoqrafik tədqiqi zamanı 

kardiovaskulyar sifilisə şübhə olmadıqda 

Spesifik müalicə almış sifilisli xəstələrdə klinik simptomların 

reqresi müəyyən edildikdə  uşaq və ictimai qida müəssisələrində 

işləməyə icazə verilir. 

Sifilisə görə spesifik müalicə almış  uşaqlar klinik təzahürləri 

itdikdən sonra uşaq müəssisələrinə buraxıla bilərlər. 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



54 

Təcrübə göstərir ki, sifilis keçirmiş, keyfiyyətli müalicə almış, 

lakin müsbət treponem reaksiyası qalmış  şəxslərə, onlarda aktiv 

infeksiyanın olmamasını  təsdiq edən xüsusi yekun nəticə haqqında 

sənəd verilməsinə ehtiyac var. Pasiyentlər xəstəxanaya 

yerləşdirilərkən və ya müxtəlif somatik, cərrahi xəstəliklər və 

müəyyən vəziyyətlərdə (hamiləlik) olarkən tibbi yardım göstərmək 

lazım gəldikdə bu cür  sənədin zəruriliyi meydana çıxır. Belə olduğu 

halda sənəd aşağıdakı qaydada tərtib edilir:  

Pasiyent hazırda epidemioloji təhlükə yaratmır, müxtəlif profilli 

stasionarda ümumi əsaslara görə yerləşdirilə, tam həcmli tibbi, o 

cümlədən cərrahi  yardım ala bilər. 


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin