Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 21 may 2015-ci il tarixli



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə2/8
tarix09.02.2017
ölçüsü0,94 Mb.
#8144
1   2   3   4   5   6   7   8

A52.2  Simptomsuz neyrosifilis 

A52.3  Dəqiqləşdirilməmiş neyrosifilis 

Mərkəzi sinir sisteminin ƏGO: 

 

qumması (sifilitik) 



 

sifilisi (gecikmiş) 



 

sifiloması 



A52.7  Gecikmiş sifilisin digər simptomları 

Böyrək yumaqcıqlarının sifilitik zədələnməsi† (N08.0*) 

Qumma (sifilitik) 

Gecikmiş və ya  

üçüncülü sifilis 

Gecikmiş sifilitik: 

 

 



 

bursit† (M73.1*) 

 

xorioretinit† (H32.0*) 



 

episklerit† (H19.0*) 



 

qadının kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri† (N74.2*) 



 

leykoderma† (L99.8*) 



 

DRTO okulo-patiya† (H58.8*) 



 

peritonit† (K67.2*) 



Mərhələsi dəqiqləşdirilməyən sifilis: 

 



sümüyün† (M90.2*) 

 



qaraciyərin† (K77.0*) 

 



ağciyərin† (J99.8*) 

A52.0-А52.3 rubrikalarında təsnif  

olunanlardan başqa istənilən 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



13 

 



əzələlərin† (M63.0*) 

 



synovial qişaların † (M68.0*) 

A52.8  Gecikmiş gizli sifilis 

Yoluxma müddəti iki ildən çox olmaq şərtilə heç bir klinik 

əlaməti meydana çıxmadan, seroloji reaksiyanın müsbət, 

onurğa beyin mayesinin sınağının isə  mənfi olması ilə rast 

gəlinən (qazanılmış) sifilis 

A52.9  Dəqiqləşdirilməmiş gecikmiş sifilis  

A53 Sifilisin 

digər və dəqiqləşdirilməmiş formaları 

A53.0 Erkən və ya gecikmiş olduğu dəqiqləşdirilmədən gizli sifilis 

ƏGO gizli sifilis 

Sifilisə görə aparılan seroloji reaksiyanın müsbət olması 

A53.9  Dəqiqləşdirilməmiş sifilis Treponema pallidum  mənşəli 

ƏGO sifilis  

ƏGO (qazanılmış) sifilis 

Çıxarılıb: 2 yaşına qədər uşaqların ölümünə səbəb olan ƏGO sifilis (A50.2)  

SİFİLİSİN MƏRHƏLƏLƏRİ VƏ KLİNİK TƏZAHÜRLƏRİ  

İnkubasiya dövrü solğun treponemanın orqanizmə daxil olduğu 

gündən birincili affekt (şankr) təzahür edənə  qədər,  orta  hesabla       

3-4 həftə,  ümumilikdə isə 10-90 gün

 davam edərək 

prodromal 

simptomlarla müşayiət olunur

7,10

.  


Sifilisin qazanılmış və anadangəlmə formaları mövcuddur

1,2,13,24



Qazanılmış sifilis  xəstəliyə yoluxma müddətindən asılı olaraq 

erkən və gecikmiş mərhələlərə ayrılır: 

 

CDC və ECDC-nin tərifinə  əsasən sifilis bir ildən az müddətdə 



qazanıldıqda erkən hesab edilir; qazanılma müddəti 1 il və daha artıq 

olduqda gecikmiş sifilis hesab edilir

5,8

. ÜST-yə görə isə iki ildən az 



müddətdə qazanıldıqda erkən hesab edilir və 2 ildən artıq olduqda 

gecikmiş sifilis hesab edilir

5,8



Anadangəlmə sifilis



5,12 

xəstələnmə infeksiyasının anadan dölə 

bətndaxili ötürülməsi nəticəsində baş verir. Anadangəlmə sifilis 

müddətindən asılı olaraq e r k ə n   (klinik əlamətləri uşağın həyatının 

ilk 2 ilində təzahür edən) və  g e c i k m i ş  (klinik əlamətləri 2 və daha 

yuxarı yaşlı olan uşaqlarda təzahür edən) mərhələlərə ayrılır

5,8,13



 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



14 

Erkən qazanılmış sifilis

5,7,15


 

Erkən qazanılmış sifilis birincili, ikincili və erkən gizli olur:  



Birincili sifilis – bərk  şankrın  əmələ  gəldiyi andan başlayır və 

orta hesabla 6-8 həftə davam edir. Klinik təzahürləri: bərk  şankr, 

regionar limfadenopatiya, limfangit.  

İkincili sifilis  – infeksiyanın hematogen disseminasiyası orta 

hesabla 2-4 il davam edərək bakteremiya nəticəsində bir çox daxili 

orqan və sistemlərin zədələnməsilə müşayiət olunur

8,9


.

 

Klinik 



təzahürləri: dəri və selikli qişalarda rozeolyoz, papulyoz, pustulyoz 

və vezikulyoz sifilid, sifilitik leykoderma,  keçəllik, generalizə 

olunmuş

 

limfadenopatiya. Həmçinin daxili orqan və sistemlərin 

zədələnməsi, dayaq-hərəkət aparatının dəyişikləri (periostit, sinovit, 

osteoartrit), splenomeqaliya, xoş xassəli proteinuriya, kəllədaxili 

sinirlərin iflici müşahidə olunur. Stenokardiya, hepatit, qastrit, 

qlomerulonefrit, uveit, sklerit, retinit, retrobulbar nevrit, meningitin 

klinik təzahürləri  f u n k s i o n a l

 

xarakter daşıyır. Uveit, otit, meningit 



(məs., erkən neyrosifilis) və digər qeyri-dəri selikli qişa simptomları 

erkən sifilisin yeganə simptomu ola bilər

7

.  


Erkən gizli sifilis – klinik təzahürləri olmadan, müsbət seroloji 

reaksiyalarla və patoloji olmayan OBM testilə davam edir

15



Gecikmiş qazanılmış sifilis



10,15

 

Adətən sifilis infeksiyasına dair müalicə almayan xəstələrdə 

təsadüf edir, uzunmüddətlidir, dəri və selikli qişalarda, ürək-damar, 

sinir sistemində  və digər orqanlarda gedən dəyişikliklər bərpa 

olunmazdır və  d e s t r u k t i v   xarakter  daşıyır

15,29




Ürək-damar sisteminin sifilisi – ilk növbədə  aortaya təsir 

edərək aortit, aortanın anevrizmasına səbəb olur; prosesin miokard və 

damar təbəqələrinə yönəlməsi stenokardiya, mezaortit, miokarditlə 

nəticələnir

5

.  


Simptomsuz ürək-damar sifilisini istisna etmək üçün  döş 

qəfəsinin radioqrafiyası aparılmalıdır (rentgenoqrafiya, 

exokardioqrafiya, aortoqrafiya)

8

. 



 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



15 

Sinir sisteminin sifilisi (neyrosifilis) 

 



erkən – kəllə sinir disfunksiyası, beyin qişalarının və damarların 

zədələməsi: sifilitik meningit, meninqomielit, vaskulyar 

neyrosifilis, uveit, Şarko (Charcot) artropatiyası ilə müşayiət 

olunur 


 

gecikmiş – beyin parenximasının zədələnməsi (proqressiv iflic, 

belin quruması, taboiflic, qummoz neyrosifilis, ensefalit, görmə 

sinirinin atrofiyası, eşitmə sinirinin nevriti) kimi dəyişikliklər 

sifilis xəstəliyinin gedişində baş verir

10,29


 

Simptomsuz neyrosifilis klinik təzahürləri olmadan, müsbət 

seroloji reaksiyalar və patoloji OBM testilə davam edir

10

.   



Qummoz sifilis – dəri və selikli qişalarda səpgilərin (qabarcıqlı 

və düyün qummoz sifilid) əmələ  gəlməsilə  və sümük, qaraciyər, 

sidik-tənasül orqanlarının, yuxarı  tənəffüs yollarının iltihablı 

qranulematoz destruktiv zədələnməsilə səciyyələnir

5,13

. 



Gecikmiş gizli sifilis – klinik təzahürləri olmadan, müsbət 

seroloji reaksiyalarla və patoloji olmayan OBM testilə səciyyələnir

5

.

 



Erkən anadangəlmə sifilis

5,7,10,13,15

 

Uşağın həyatının ilk iki ilinə  təzahür edir. Patoqnomonik klinik 



simptomlarını sifilitik pemfiqus, dərinin diffuz Hoxzinger 

infiltrasiyası, spesifik rinit, uzun borulu sümüklərin Veqner 

osteoxondriti, Parro

 

psevdoiflici, qeyri-immun hidropsu təşkil edir. 



Digər ümumi və lokal simptomlarını rozeolyoz, papulyoz, pustulyoz, 

vezikulyoz sifilid, sifilitik dazlıq, “sepsis” sindromu, dayaq-hərəkət 

aparatının, mərkəzi sinir sisteminin, daxili orqanların zədələnməsi, 

xorioretinit, hepatosplenomeqaliya, anemiya, trombositopeniya, 

leykositoz, ciftin hipertrofiyası, yenidoğulmuşların hipotrofiyası, 

onixiyalar və paronixiyalar ilə  təzahür edən “qocalıq görünüşü” 

təşkil edir

13,29


.

 

Erkən anadangəlmə gizli sifilis iki yaşa qədər uşaqlarda klinik 

təzahürləri olmadan, müsbət seroloji reaksiyalarla və patoloji 

olmayan OBM testilə davam edir. 

 

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



16 

Gecikmiş anadangəlmə sifilis 

İki yaşdan yuxarı olan uşaqlarda təzahür edir. Patoqnomonik 

klinik simptomları Hetçinson triadasıdır (parenximatoz keratit, 

labirint karlığı, Hetçinson dişləri). Digər mümkün olan 

əlamətlərindən: qabarcıqlı  və qummoz sifilid, Klatton oynaqları, 

qılıncabənzər baldır, xorioretinit, ağız  ətrafında radiar çapıqlar, 

körpücük sümüyünün döş  kənarının qalınlaşması, döş sümüyünün 

xəncərəbənzər çıxıntısının daxilə doğru yerləşməsi və ya olmaması, 

infantil çeçələ barmaq, burunun və  kəllənin deformasiyası, 

sağrışəkilli kəllə, olimpik alın, hündür “qotik” damaq, yuxarı kəsici 

dişlərin diasteması (dişlərin aralı yerləşməsi), üst çənə birinci molyar 

dişlərinin çeynəmə  səthində  əlavə qabarcığın  əmələ  gəlməsi, sinir 

sisteminin hemiparezi və hemiplegiyası, tələffüsün pozulması, 

kəmağıllıq, serebral uşaq iflici, Cekson epilepsiyası, dayaq-hərəkət 

aparatının, daxili orqanların zədələnməsi müəyyən edilir

7,15


.  

Gecikmiş anadangəlmə (yuvenil) neyrosifilisə  nadir hallarda 

rast gəlinir və proqressiv iflicbel quruması (tabes dorsalis), ensefalit, 

meningit, polineyropatiya kimi klinik simptomlarla səciyyələnir, 

müsbət seroloji reaksiyalarla və patoloji OBM test ilə müşayiət 

olunur.  

Gecikmiş anadangəlmə gizli sifilis iki yaşdan yuxarı uşaqlarda 

klinik simptomları olmadan, müsbət seroloji reaksiyalarla və qeyri 

patoloji OBM testilə davam edir.  

SİFİLİSİN LABORATOR DİAQNOSTİKASI

4,7,16 

Sifilisin laborator diaqnostikasında  şərti olaraq aşağıdakı 

metodlar istifadə edilir: 

 

Düzgün  



 

Qeyri-düzgün (seroloji) 



 

Histomorfoloji  



Histomorfoloji metodlar  infeksiya təzahürlərinin (şankr, 

rezeolyoz sifilid və s.) səciyyəvi histoloji şəklinə  əsaslanır. Hər bir 

konkret halda histomorfoloji dəyişikliklərin müzakirəsində klinik və 

laborator məlumatlara əsaslanmaq lazımdır.  

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



17 

Düzgün metodlar sifilisdə yoluxma ocaqlarından götürülmüş 

materialda (infeksiyalaşmış limfa düyünlərində, amniotik mayedə, 

OBM-də və s.) T. pallidum-u bilavasitə aşkarlayır. Düzgün metodlara 

aiddir:


 

 



QSM (C)

15

 



 

DFS



7,10

 



 

PZR (B)

15

 

Qeyd: 

Əgər klinik təzahürləri olan pasiyentdə ilk QSM mənfi nəticə 

verirsə, metod ən azı 3 gün ərzində gündəlik olaraq təkrarlanmalıdır 

və bu müddət  ərzində antibiotik dərman vasitələri istifadə 

olunmamalıdır, lakin ikincili infeksiyanın qarşısını almaq üçün 

zədələnən nahiyə 0,9%-li izotonik natrium xlorid məhlulu ilə 

təmizlənməlidir (D)

22

.



 

Qeyri-düzgün (seroloji) metodlar  (B)

5,7,12


. Sifilisin seroloji 

aktivliyini bildirir (T. pallidum-a qarşı anticisimlər aşkarlanır) və 

müalicənin effektivliyinin monitorinqi üçün tətbiq olunur. Qeyri-

düzgün seroloji metodlara qeyri-treponem (skrininq) və spesifik 

treponem (diaqnostik) testlər aiddir.

 



 

qeyri-treponem testləri (qTT) – qeyri-treponem mənşəli 

kardiolipin antigenlə aparılır

25

:  



 

SPR (MPR – SPR-in analoqudur)  



 

VDRL  



 

POC (point of care) – SPR və immunoxromoqrafiyaya 



əsaslanan pasiyenti yerində müayinə edən  sürətli ekspress 

skrininq testi

5,8,15 

 



 

spesifik treponem testləri (TT) – spesifik treponema antigenlə 

patogen  T. pallidum Nikols ştammı  və ya bakterial mənşəli 

rekombinant antigenlə aparılır

7,10,16





 

STHS və onun variantları: MHS-ST; STZA (D)

24

  

 



İFA (B)

24

 



 

FTA-abs 



 

İB 



 

İgM, İgG anticisimləri üçün TT



7,10,16



 

İgM anticisimlərinin tapılması, xüsusən qazanılmış və 

anadangəlmə sifilisin erkən formalarında

7

:



 

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



18 

19S – İgM – FTA-abs  

İgM – İFA (B)

24

 



İgM – İB  

 



İgG anticisimlərinin tapılması:  

İgG – İFA (B)

24

 

İgG – İB  



Birincili skrininq testləri aparılır (Əlavə 1): 

 



İFA və ya STHS – sifilitik infeksiyanın yayılma dərəcəsi aşağı 

olan kontingentlərin profilaktik müayinəsində (tibb mərkəzləri, 

stasionarlar, tibbi kabinetlər və s.)  

 



SPR (MPR)/VDRL – sifilitik infeksiyanın yayılma dərəcəsi 

yüksək olan kontingentlərin profilaktik müayinəsində 

(məhbuslar, gender və tərəqqi zərərin azaldılması proqramı və s.) 

 



STHS və ya İFA + SPR (MPR) və ya VDRL – psixonevroloji, 

oftalmoloji, kardioloji klinikaların kontingentlərinin, hamilələrin, 

donorların, seropozitiv analardan doğulmuş körpələrin profilaktik 

müayinəsində; qazanılmış  və erkən anadangəlmə sifilisin klinik 

simptomları olan xəstələrdə  

 



İgM-İFA və ya 

İgM-İB və ya  

19S-İgM-FTAabs

 

+ SPR (MPR) və ya VDRL əgər birincili və ya 



erkən anadangəlmə sifilis ehtimal olunursa 

 



2TT (STHS+İFA və ya FTAabs və ya İB) + qTT (SPR/MPR və 

ya VDRL) gecikmiş qazanılmış  və anadangəlmə sifilisin klinik 

simptomları və gizli sifilisə şübhəli olan xəstələrdə  

Təsdiqedici skrininq testləri (D)

24

 

hər hansı bir birincili skrininq 

testi müsbət olan halda aparılır

10

:

 



 

STHS (STZA) əgər birincili skrininq üçün İFA testi aparılıbsa, 



İFA  əgər birincili skrininq üçün STHS (STZA) testi aparılıbsa. 

Test müsbət olduqda, lazımsa STZA (STHS) kəmiyyətlə ifadə 

oluna bilər. 

 



İB – əlavə təsdiqedici test kimi məsləhət görülür

8



 

əgər müsbət İFA testi STHS (STZA) test ilə təsdiq 



edilməyibsə və ya  

 



müsbət STHS (STZA) testi İFA testilə təsdiq edilməyibsə 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



19 

 



İgG-İB – yanlış müsbət seroloji reaksiyaların diaqnostikası 

məqsədilə  



Sifilis infeksiyasının seroloji aktivliyini qiymətləndirən        

testlər (B)

15

 

Təsdiqedici skrininq testi müsbət olduqda qTT-dən olan 

 

SPR(MPR)/VDRL kəmiyyət testləri tövsiyə edilir: 



 

SPR(MPR)/VDRL titrinin ≥32 olması



 

sifilitik prosesin 

aktivliyinin göstəricisidir

7,10


 

 



SPR(MPR)/VDRL titrinin <32 və ya SPR(MPR)/VDRL-in mənfi 

olması prosesin aktivliyini istisna etmir

7

 

Əgər təsdiqedici testlər müsbətdirsə  və SPR/VDRL mənfidirsə 



sifilisin klinik əlamətləri ehtimal edilən xəstələrdə İgM-İFA və İgM-

İB testləri tövsiyə edilir:  

 

müsbət  İgM-İFA və ya İgM-İB  testləri aktiv infeksiyaya işarə 



edir

7

 



 

mənfi  İgM-İFA testi sifilitik prosesin aktivliyini, xüsusilə  də 



sifilisin gecikmiş formalarını istisna etmir.

 

 



Qeyd:  

 



İgM-İFA – sifilisli şəxslərin cinsiyyət orqanlarında xora olduqda 

rutin skrininq testlərinə  əlavə edilir. Nəzərə almaq lazımdır ki, 

əgər  İgM

 

yoluxmadan 2-3 həftə sonra müəyyən edilirsə, o 

zaman  İgG yoluxmadan 4-5 həftə sonra zərdabda aşkar olunur. 

Buna görə  də “pəncərə” yarananaraq yoluxmanın 1-ci və 2-ci 

həftələrində rutin skrininq testləri mənfi ola bilir

24



 

Sifilisli xəstələrdə VDRL/SPR-nin titri dörd dəfə artdıqda və/və 



ya  İgM-İFA testinin mənfidən müsbətə  dəyişilməsi (ikinci 

nümunələrdə  təsdiq edilərsə) yenidən yoluxmanı  və ya residivi 

bildirir

24



Müalicənin effektivliyini qiymətləndirən testlər

7,24


 

Kəmiyyət SPR/VDRL testləri seroloji cavabın monitorinqi üçün 

məsləhət görülür

7,15


.

 

Müalicənin effektivliyinə  nəzarət etmək üçün 



zərdabın

  əsas qeyri-treponem reagin

 

səviyyəsi müalicədən  əvvəl və 



ya müalicə başlanan gün təyin edilməlidir 

(A)

19

. Müalicə günü qan 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



20 

nümunələrində təyin edilmiş titr müalicə əsnasında titrin azalmasının 



əsas ölçü xəttini təşkil edir

7,8,20


 



qTT kəmiyyət testləri SPR(MPR)/VDRL – mükəmməl 

müalicədən sonra anticisim titrinin 6-12 ay müddətində 4 dəfə və 

daha çox azalması müalicənin effektivliyinin göstəricisidir

7

.



 

 



 

SPR(MPR)/VDRL titrinin ≥32 olması adekvat müalicədən sonra 

nadir hallarda müşahidə edilir

6,7


 

 



SPR(MPR)/VDRL testinin alınan mənfi nəticəsi birincili sifilisi 

olan xəstələrdə İgM-İFA testi tətbiq edilir

7

: İgM titrinin azalması 



müalicənin effektivliyinin göstəricisidir. 

Sifilisdə yanlış-mənfi seroloji reaksiyalar  (YMR



)

7,8 


– “yanlış-

mənfi seroloji reaksiya” diaqnozu qTT-də seroloji reaksiyaları 

neqativ olan sifilisli xəstələrdə qoyulur. YMR

 əsasən əlaqədardır:

 



 



seroloji “pəncərə” effektilə – birincili sifilisin ilk 2-4 həftəsi 

ərzində anticisimlərin (IgM və/və ya IgG) kifayət qədər 

yaradılmaması  

 



prozon effektilə – ikincili, erkən gizli və erkən neyrosifilisdə 

müşahidə olunur, əgər durulaşdırılmamış zərdabın testi aparılırsa: 

o zaman antigen-anticismin normal reaksiyası ya bitmir, ya da 

anticismin çox miqdarı nəticəsində blokada edilir 

 

SPR(MPR)/VDRL  gecikmiş sifilisdə zamanla kardiolipin 



anticisimlərin tədricən azalması  nəticəsində baş verə bilər. 

Həssaslıq 60-75% azalır 

 

immunçatışmazlığı halı  (İİV-infeksiya ilə yanaşı olduqda 



müvəqqəti olaraq mənfi kardiolipin testi qeyd olunur) 


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin