Azərbaycan qəzeti 2006 Almaniyadakı Nizami Gəncəvi adına Mədəniyyət


Xalq qəzeti- 2008.- 8 may .- S. 14



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə10/12
tarix01.01.2017
ölçüsü0,82 Mb.
#3897
1   ...   4   5   6   7   8   9   10   11   12

Xalq qəzeti- 2008.- 8 may .- S. 14. 
 
 
 
Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr 
edilmiş “Bir ömrün salnaməsi” bədii sərgisinin açılışı 
olmuşdur 
 
Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir 
 
Mayın 7-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində 
ümummilli liderin 85 illik yubileyinə həsr edilmiş “Bir ömrün 
salnaməsi” bədii sərgisinin açılışı olmuşdur. 
Azərbaycan Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva ilə 
birlikdə mərasimdə iştirak etmişdir.  
Dövlətimizin başçısı sərginin açılışını bildirən lenti kəsdi. 
Kompleksin ikinci mərtəbəsində xalqımızın dahi oğlunun fəaliyyəti 
ilə bağlı fotostendlər vardır. Burada ümummilli liderin sovet 
hakimiyyəti illərində və müstəqil Azərbaycana rəhbərliyi dövründə 
onun müxtəlif tədbirlərdə iştirakına, respublikanın bölgələrinə, 
xarici ölkələrə səfərlərinə, beynəlxalq sammit və konfranslarda 
çıxışlarına, mədəniyyət, incəsənət və elm xadimləri, idmançılar, 
ictimaiyyət nümayəndələri, hərbçilər, Azərbaycana gələn 
nümayəndə heyətləri ilə görüşlərinə, sənaye və kənd təsərrüfatı 
müəssisələrinin, olimpiya-idman komplekslərinin və digər 
obyektlərin açılışında iştirakına dair fotoşəkillər toplanmışdır.  
Prezident İlham Əliyev ulu öndərin müxtəlif vaxtlarda çəkilmiş 
şəkillərinə baxdı. 
Kompleksin birinci mərtəbəsində müxtəlif bölmələr üzrə guşələr 
təşkil olunmuşdur. 

Prezident İlham Əliyev həmin guşələrlə tanış oldu. 
“Azərbaycanda hüquqi demokratik dövlət quruculuğu” bölməsində 
ulu öndərin ölkəmizdə qanunun aliliyi, insan hüquqlarının təminatı, 
dövlət quruculuğu istiqamətindəki fəaliyyəti ilə bağlı eksponatlar, o 
cümlədən Heydər Əliyevin müəllifi olduğu Konstitusiyanın 
hazırlanması ilə əlaqədar yaradılmış komissiyanın iclasındakı 
nitqlərindən parçalar, Azərbaycanda ölüm cəzasının ləğvi ilə bağlı 
fərmanı, imzaladığı qanunlar, sərəncamlar, habelə müxtəlif kitablar, 
jurnallar və digər materiallar nümayiş olunur. 
“İqtisadi inkişaf, bank-kredit sistemi” bölməsində ümummilli 
liderin respublikamızın iqtisadiyyatının inkişafı, özəl sektorun 
güclənməsi sahəsində gördüyü işlərə, aparılan islahatlara, sənaye 
obyektləri ilə tanışlığına dair fotoşəkillər, müxtəlif cədvəllər
Heydər Əliyevin iqtisadi sahədəki fəaliyyətinə həsr olunmuş 
kitablar, jurnallar toplanmışdır.  
“Əhalinin sosial müdafiəsi və səhiyyə”, “Elm və təhsil” 
bölmələrində ulu öndərin insanların sosial təminatının 
gücləndirilməsi, əlillərə qayğı, səhiyyə, elm və təhsilin inkişafı ilə 
bağlı qəbul etdiyi qərarları, elm adamları ilə, xarici ölkələrdə təhsil 
alan gənclərlə görüşlərini əks etdirən eksponatlar diqqəti cəlb edir. 
Sərginin “Ordu quruculuğu” bölməsində böyük dövlət xadimi 
Heydər Əliyevin hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi 
vaxtlarda hərbçi kadrların hazırlanması sahəsində gördüyü 
tədbirlərinə, C.Naxçıvanski adına hərbi liseyin, ali hərbi 
məktəblərin müdavimləri, əsgər və zabitlərlə, o cümlədən ön xətdə 
düşmənlə üz-üzə dayanmış döyüşçülərlə görüşlərinə dair şəkillər 
vardır. Burada dahi liderin Azərbaycanda ordu quruculuğu ilə bağlı 
gördüyü işlərə həsr olunmuş kitablar da xüsusi maraq doğurur. 
Prezident İlham Əliyevə kitab hədiyyə olundu.  
Ulu öndərin xarici səfərlərini, iştirak etdiyi beynəlxalq tədbirləri, 
eləcə də Azərbaycanda təşkil olunmuş beynəlxalq konfransları, 
Heydər Əliyevin xaricdə yaşayan soydaşlarımıza diqqət və 
qayğısını əks etdirən şəkillər “Beynəlxalq münasibətlər və diaspor” 
bölməsində toplanmışdır.  

“Milli təhlükəsizlik sistemi” bölməsində ulu öndərin Azərbaycanda 
təhlükəsizlik orqanlarına rəhbərlik etdiyi vaxtlarda iş otağındakı 
stol və stul, habelə hərbi forması, vəsiqələri, xidmət dövründə təltif 
edildiyi fəxri fərman və ordenləri, müstəqillik illərində bu sahənin 
inkişafı ilə bağlı gördüyü işlərə, Milli Təhlükəsizlik Nazirliyinin 
əməkdaşları ilə keçirdiyi görüşlərə dair şəkillər, kitablar nümayiş 
olunur.  
“İdman, gənclər və gender siyasəti” bölməsində xalqımızın dahi 
oğlunun Azərbaycanda bu istiqamətlərdə gördüyü işləri əks etdirən 
materiallar, habelə imzaladığı qanunlar, fərmanlar, sərəncamlar, 
idmançılarla, gənclərlə keçirdiyi görüşlərə dair şəkillər, kitablar 
maraq doğurur. 
“İnformasiya cəmiyyəti, nəqliyyat və rabitə” bölməsində görkəmli 
dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 
dövrlərdə nəqliyyatın müxtəlif sahələrinin, rabitənin inkişafına 
informasiya-kommunikasiya texnologiyalarının tətbiqi 
istiqamətində gördüyü işlərə dair şəkillər, imzaladığı fərman və 
sərəncamlar, qanunlar, habelə müxtəlif kitablar, plakatlar, 
teleqüllənin maketi, Böyük İpək yolu haqqında film nümayiş 
etdirilir.  
Azərbaycanda ilk mobil rabitə operatorunun fəaliyyətə başlaması və 
ölkəmizdə ilk beynəlxalq stansiyanın açılışı münasibətilə keçirilmiş 
tədbirlərdə ümummilli lider Heydər Əliyevin istifadə etdiyi telefon 
aparatları, ulu öndərin və akademik Zərifə xanım Əliyevanın 85 
illik yubileyləri münasibətilə buraxılmış poçt markaları xüsusilə 
diqqəti cəlb edir. 
“Torpaq islahatı və xəritəçəkmə” bölməsində ulu öndərin adı ilə 
bağlı olan torpaq islahatlarına dair materiallar, islahatın gedişini əks 
etdirən diaqram, şəkillər, qanunvericilik toplusu, torpaq və tarix 
atlasları, 20 adda xəritələr, habelə Azərbaycanda uğurla həyata 
keçirilmiş torpaq islahatlarına həsr edilmiş kitablar toplanmışdır. 
“Ekologiya və təbii sərvətlər” bölməsində Azərbaycanda təcrübi 
üsulla ilk dəfə əldə edilmiş qızıl, ümummilli liderin sərəncamları ilə 
ölkəmizdə yaradılmış milli parklar və qoruqlar, xüsusi mühafizə 

olunan ərazilər haqqında kitablar, Heydər Əliyevin müxtəlif 
vaxtlarda iməciliklərdə ağac əkməsini əks etdirən şəkillər nümayiş 
etdirilir. Burada Prezident İlham Əliyevə “Azərbaycanda xüsusi 
mühafizə olunan ərazilər” (“Protected areas in Azerbaijan”) kitabı 
hədiyyə edildi.  
“Kənd təsərrüfatı” bölməsində ümummilli liderin ölkəmizdə aqrar 
sahənin, emal sənayesinin inkişafı istiqamətində gördüyü işləri əks 
etdirən müxtəlif materiallar, habelə kitablar, plakatlar vardır. Bu 
bölmədə Heydər Əliyevin Azərbaycanda kənd təsərrüfatı sahəsində 
həyata keçirdiyi islahatları əks etdirən eskponatlar böyük maraq 
doğurur.  
“Mədəniyyət və incəsənət” bölməsində ulu öndərin baxdığı teatr 
tamaşalarının afişaları, mədəniyyət və incəsənət xadimləri ilə 
görüşlərini, mədəniyyət obyektlərinin tikintisini və açılışını əks 
etdirən şəkillər, qədim xalça nümunələri, xalq çalğı alətləri, 
“Mədəniyyət” qəzetinin ümummilli liderin 85 illik yubileyinə həsr 
olunmuş xüsusi nömrəsi və Azərbaycan şairlərinin Heydər Əliyevə 
həsr etdikləri şeirlərdən ibarət “Günəşə qovuşmaq istəyirəm mən” 
kitabı nümayiş etdirilir.  
Kitabın bir nüsxəsi Prezident İlham Əliyevə hədiyyə olundu. 
Sərginin ən maraqlı guşələrindən olan “Neft strategiyası və enerji 
təhlükəsizliyi” bölməsində ulu öndərin müəllifi olduğu neft 
strategiyası ilə bağlı materiallar, o cümlədən “Əsrin müqaviləsi”nə, 
Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinə, 
“Şahdəniz” layihəsinə, ümumiyyətlə Azərbaycanda neft sənayesinin 
inkişafı sahəsində gördüyü işlərə dair eksponatlar toplanmışdır. 
Bunlar sovet dövrü və müstəqillik dövrü bölmələrində nümayiş 
etdirilir. Prezident İlham Əliyev burada Azərbaycanın neft 
strategiyasına həsr olunmuş filmdən bir parçaya baxdı.  
Sərgidə “Azəriqaz” QSC, “Azərenerji” ASC və “Azərikimya” 
Dövlət Şirkətinin fəaliyyəti ilə bağlı guşələr də vardır. 
 
Xalq qəzeti.- 2008.- 8 may.- S. 1-2. 
Respublika qəzeti 

 
2006 
 
Heydər Əliyev muzeyinin açılışı 
 
Avqustun 10-da Salyan şəhərindəki Heydər parkında ulu 
öndərin adını daşıyan muzeyin təntənəli açılış mərasimi olmuşdur. 
Azərbaycan Prezidenti İlham  Əliyev rəmzi açılışı bildirən 
lenti kəsdi. 
Dövlətimizin başçısına məlumat verildi ki, muzey görkəmli 
dövlət xadimi və siyasi xadim, dahi şəxsiyyət Heydər  Əliyevin 
irsinin təbliği, gənc nəslin bu irsdən yararlanması  məqsədi ilə 
yaradılmışdır. Burada ulu öndərin uşaqlıq və  gənclik illərini, 
təhlükəsizlik orqanlarında fəaliyyətini, Azərbaycana rəhbərliyinin 
ilk dövrünü, ötən  əsrin 70, 80 və 90-cı illərində Salyan rayonuna 
tarixi səfərlərini, müstəqil Azərbaycan dövlətinə  rəhbərlik illərini, 
kənd təsərrüfatının, sənayenin inkişafına, ordu quruculuğuna, 
mədəniyyətə  və idmana qayğısını, "Əsrin müqaviləsi"nin 
imzalanmasını, Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata 
keçirilməsini  əks etdirən çoxsaylı foto-şəkil və eksponat 
toplanmışdır. Xüsusi vurğulandı ki, ulu öndər 1969-cu ildə 
respublikada siyasi rəhbərliyə gəldikdən az sonra ilk səfərini məhz - 
Salyan rayonuna etmişdir. Salyanlılar bunu ümummilli liderin 
onlara olan məhəbbətinin təzahürü kimi qiymətləndirirlər. 
Muzeydə ümummilli liderin büstü də qoyulmuş, Salyan 
rayonuna səfərlərini əks etdirən xüsusi fotoalbom hazırlanmışdır. 
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeyin 
ayrı-ayrı guşələri ilə tanış oldular, fotoşəkillərə böyük maraqla 
baxdılar. Burada ulu öndərin 1998-ci ildə prezident seçkiləri 
ərəfəsində Salyana gəlişi zamanı söylədiyi nitq video-kadrlar 
vasitəsilə səsləndirildi. 
Sonra dövlətimizin başçısı muzeyin xatirə kitabına ürək 
sözlərini yazdı: 

"Heydər Əliyev muzeyində nümayiş etdirilən fotoşəkillər ulu 
öndərin həyat və  fəaliyyətini  əks etdirir. Bütün dövrlərdə Heydər 
Əliyev doğma xalqına sədaqətlə xidmət 
etmişdir. 
Heydər  Əliyev Salyan rayonunun inkişafına həmişə böyük 
diqqət göstərmişdir. 1969-cu ildə Azərbaycan rəhbəri kimi ilk 
səfərini Salyan rayonuna etmişdir. 1998-ci ildə isə seçki 
kampaniyasını Salyan rayonundan başlamışdır. Bu faktlar Heydər 
Əliyevin Salyana və salyanlılara xüsusi münasibət və məhəbbətinin 
təzahürüdür. 
 Bu gün də Heydər  Əliyev siyasəti yaşayır. Salyan rayonu 
inkişaf edir və rayonun gələcək inkişafına böyük diqqət göstərilir. 
Bütün salyanlılara dərin hörmət və məhəbbətimi bildirirəm. 
 
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti 
10.08.2006-cı il 
 
Respublika.- 2006.- 11 avqust.- S. 2. 
 
 
 "Heydər 
Əliyev irsi" Beynəlxalq Elektron 
Kitabxananın yeni nəsri təqdim olunmuşdur 
 
Oktyabrın 12-də "Hyatt Regency" hotelinin İclas və Konfrans 
Mərkəzində "Heydər 
Əliyev irsi" Beynəlxalq Elektron 
Kitabxananın "Heydər  Əliyev: biz Azərbaycan torpağında ikinci 
erməni dövlətinin yaranmasına yol verə bilmərik" kitabının 
təqdimat mərasimi keçirilmişdir. 
Milli Məclisin deputatlarının, nazirlərin, dövlət komitəsi və 
şirkət sədrlərinin, diplomatik korpus, siyasi partiyalar, qeyri-
hökumət təşkilatları  təmsilçilərinin, tanınmış elm xadimlərinin 
iştirak etdikləri tədbiri akademik, əməkdar elm xadimi, Heydər 
Əliyev irsi Beynəlxalq Elektron Kitabxananın redaksiya heyətinin 
sədri Asəf Nadirov açaraq layihə barədə  məlumat vermişdir. O 

demişdir ki, Heydər  Əliyevin siyasi portretini tam dolğunluqla 
yaratmaq çox məsul işdir və bəlkə də, mümkünsüzdür. Şübhəsiz ki, 
ümummilli liderimiz haqqında  ən dolğun təəssüratı  məhz onun 
əsərləri çıxışları, nitqləri, bəyanatları, məktubları yarada bilər. 
Heydər  Əliyev irsinin təbliğində YUNESKO-nun xoşməramlı 
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik 
etdiyi Heydər 
Əliyev Fondu genişmiqyash fəaliyyət 
göstərməkdədir. Fond Heydər  Əliyevin zəngin irsinin öyrənilməsi 
istiqamətində diqqətəlayiq işlər həyata keçirir. 
"Heydər  Əliyev irsi" Beynəlxalq Elektron Kitabxananı 
yaratmaqda bizim əsas məqsədimiz isə tarixin ən böyük 
azərbaycanlısı olan Heydər  Əliyevin zəngin irsini beynəlxalq 
aləmdə geniş oxucu kütləsinə çatdırmaqdan ibarətdir. 
Azerbaijan Ne Media Azərbaycan Bolqarıstan müştərək 
müəssisəsinin  ən böyük layihəsi olan "Heydər  Əliyev irsi" 
Beynəlxalq Elektron Kitabxana 2004-cü il may ayının 10-da 
ümummilli liderimizin ad günündə internet sisteminə  çıxmışdır. 
Kitabxananın yaradılması ilə Azərbaycanın  ən yeni tarixi və 
inkişafı, keçmişi və  gələcəyi ilə maraqlanan oxucularımız Heydər 
Əliyevin  əsərlərini dünyanın bir çox dillərində mütaliə etmək 
imkanı əldə ediblər. 
Akademik məlumat vermişdir ki, dünyada 14 oxşar layihə 
mövcuddur. Tarixdə böyük iz qoymuş ictimai-siyasi xadimlərin 
(Avraam Linkoln, Corc Vaşinqton, Franklin Delano Ruzvelt, 
Mahatma Qandi, Uinston Çörçill, Con Kennedi, Ronald Reyqan, 
Mustafa Kamal Atatürk və s.) irslərinə  həsr edilən kitabxanaların 
sırasına "Heydər  Əliyev irsi" Beynəlxalq Elektron Kitabxananın 
qoşulması, hesab edirik ki, təqdirəlayiq haldır və vaxtında atılmış 
addımdır. Asəf Nadirov təqdim olunan kitab haqqında söz açaraq 
bildirmişdir ki, bu, Sabaha doğru kitabından sonra ikinci kitabdır və 
dörd dildə (Azərbaycan, ingilis, fransız və rus dillərində) çap 
olunmuş kitaba ATƏT-in Budapeşt, Lissabon və  İstanbul 
sammitlərində Heydər 
Əliyevin çıxışları, müsahibələri, 
ictimaiyyətin nümayəndələri ilə görüşdə  çıxışı daxil edilmişdir. 

Kitaba, həmçinin həmin sənədlər üçün yazılmış tarixi arayışlar, 
indekslər, qeyd olunan zirvə görüşlərinin bəyannamələrindən 
çıxarışlar, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə  əlaqədar 
qətnamələri, fotosənədlər əlavə olunmuşdur. Kitabın "Təcavüzkarın 
dəst-xətti" bölümündə isə erməni təcavüzünün nəticələrini  əks 
etdirən fotoşəkillər verilmişdir. 
"Heydər  Əliyev irsi" Beynəlxalq Elektron Kitabxananın icraçı 
direktoru Fuad Babayev kitabxana barədə  ətraflı  məlumat 
vermişdir. Bildirmişdir ki, o, dünyada geniş yayılmış 25 dildə 
fəaliyyət göstərir. Yeri gəlmişkən, internet məkanında elektron 
kitabxananın 25 dildə  fəaliyyət göstərməsi nadir haldır. Yuxarıda 
adları  çəkilən elektron kitabxanaların hamısı birdilli və ya 
ikidillidir. 
Fuad Babayev slaydların köməyi ilə kitabxananın strukturu, ona 
daxil olmaq üçün dillər üzrə axtarış sistemi, daimi oxucularının 
olduğu ölkələr və s. haqqında ətraflı məlumat vermişdir. 
Yeni Azərbaycan Partiyası  sədrinin müavini, icra katibi Əli 
Əhmədov, sənaye və energetika naziri Natiq Əliyev, xarici işlər 
nazirinin müavini Xələf Xələfov, Milli Məclisin deputatları Zahid 
Oruc, Gültəkin Hacıyeva, Qənirə Paşayeva,  Şuşa Rayon icra 
Hakimiyyətinin başçısı Nizami Bəhmənov, internet forumunun 
rəhbəri Osman Gündüz, AMEA-nın A.Bakıxanov adına Tarix 
İnstitutu direktorunun müavini Cəbi Bəhramov çıxış edərək kitabın 
məziyyətlərindən, onun həsr olunduğu sammitlərin tarixi 
əhəmiyyətindən söz açmışlar. Qeyd olunmuşdur ki, Heydər 
Əliyevin iştirak etdiyi bu üç sammit Ermənistan-Azərbaycan, 
Dağlıq Qarabağ münaqişəsi ilə  əlaqədar danışıqlar prosesində 
mühüm mərhələ olmuşdur. 1994-cü ilin dekabrında Budapeştdə 
keçirilən ATƏT-in dördüncü sammitində Heydər  Əliyevin səyi və 
təşəbbüsü ilə ATƏT-in Minsk qrupunda həmsədrlik institutu təsis 
edilmişdir. Bu institut vasitəçilərin fəaliyyətindəki rabitəsizliyi 
aradan qaldırmağa və ATƏT üzvlərinin münaqişənin sülh yolu ilə 
həllinə yönəldilmiş səylərini nizamlamağa imkan yaratmışdır. 

Natiqlər xüsusi vurğulamışlar ki, ümummilli liderimiz Heydər 
Əliyevin ATƏT-in Lissabon sammitindəki fəaliyyəti hələ uzun illər 
siyasətçilər üçün örnək olacaqdır. O, zirvə görüşündəki çıxışında 
"Biz Azərbaycan  ərazisində ikinci bir erməni dövlətinin 
yaranmasına yol verə bilmərik" deyərək, respublikamızın 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki 
mövqeyini ATƏT tribunasından bütün dünyaya bəyan etmişdir. 
Münaqişənin sülh yolu ilə həlli prinsiplərinin əks olunduğu bəndin 
sammitin yekun sənədinə salınmasına Ermənistan prezidenti veto 
qoyduqdan sonra, Heydər  Əliyev ATƏT sammitlərində  hələ heç 
kəsin etmədiyi bir işi edir. O, bütövlükdə ATƏT-in yekun 
bəyannaməsinə veto tətbiq edir. Yalnız sammitin yekun iclasında 
ABŞ nümayəndə heyətinin rəhbəri, vitse-prezident A.Qor qeyd 
edilən  prinsiplərin ATƏT sədrinin bəyanatında səsləndirilməsini və 
həmin bəyanatın zirvə görüşünün yekun sənədləri sırasına daxil 
edilməsini təklif etdikdən sonra, Heydər  Əliyev öz vetosunu geri 
götürmüşdür. Adı  çəkilən kitaba daxil olan Lissabon zirvə 
görüşünün yekun iclasının stenoqramı  vəziyyətin dramatikliyini 
aydın göstərir. 
Çıxışlarda qeyd edilmişdir ki, məhz Lissabon zirvə görüşündə 
Heydər  Əliyevin sərt mövqeyi və  qətiyyəti nəticəsində sammitin 
yekun sənədləri sırasına daxil olan ATƏT sədrinin bəyanatında 
Azərbaycanın ərazi bütövlüyü dəstəklənmişdir. 54 ATƏT üzvündən 
Ermənistan istisna olmaqla 53-nün lehinə  səs verdiyi bu qərarın 
qəbul edilməsi yolunda Heydər  Əliyev zirvə görüşünün gedişində 
14 ölkənin nümayəndə heyətinin rəhbəri ilə görüşlər keçirmişdir. 
1999-cu il noyabrın 18-19-da keçirilən ATƏT-in  İstanbul 
sammitində isə Avropa Təhlükəsizliyi Haqqında Xartiya, Avropada 
adi silahlar haqqında müqavilə,  İstanbul zirvə görüşünün yekun 
bəyannaməsi qəbul olunub. Yekun bəyannaməsinin ayrıca bir bəndi 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə  həsr 
olunub. 
Xatırladılmışdır ki, son aylar ərzində bir neçə dəfə, o cümlədən 
bu il sentyabrın 19-da Türkdilli dövlətlərin və topluluqların 10-cu 

dostluq, qardaşlıq və  əməkdaşlıq qurultayındakı  çıxışında 
Azərbaycan Prezidenti İlham Əliyev vaxtilə ümummilli liderimizin 
söylədiyi Biz Azərbaycan  ərazisində ikinci bir erməni dövlətinin 
yaranmasına yol verə bilmərik fikrini bir daha qətiyyətlə 
təsdiqləyərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 
münaqişəsində ölkəmizin mövqeyinin dəyişmədiyini, bir qarış 
torpağımızın da düşmənə güzəştə gedilməyəcəyini bəyan etmişdir. 
Natiqlər yekdilliklə bildirmişlər ki, kitaba daxil olan bütün bu 
materiallar oxucularımız, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 
münaqişəsində  ədalətin zəfər çalmasını arzulayan hər kəs üçün 
maraqlı olacaqdır. Onların fikrincə, "Heydər  Əliyev: biz 
Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol 
verə bilmərik" kitabı elektron kitabxananın növbəti uğurudur. 
Əbilov, Zeynalov və  oğulları  nəşriyyatında çap olunmuş 472 
səhifəlik kitabın elmi məsləhətçisi akademik Asəf Nadirovdur. 
 
Respublika.- 2006.- 13 oktyabr.- S. 4.  
 
 
2007 
 
"Heydər Əliyev irsinin tədqiqinin təbliği" 
mövzusunda kitab sərgisi 
 
Mayın 8-də Vergilər Nazirliyi yanında iri vergi ödəyiciləri ilə iş 
üzrə departamentdə Azərbaycan Milli Elmlər Akademiyasının 
Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə ümummilli lider 
Heydər  Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə 
"Heydər Əliyev irsinin tədqiqinin təbliği" mövzusunda kitab sərgisi 
keçirilmişdir. 
Sərgidə ulu öndərin həyat və  fəaliyyətini, zəngin idarəçilik 
təcrübəsini, respublikamızın sosial-iqtisadi inkişafı  və beynəlxalq 
aləmdəki nüfuzunun artırılması  məqsədilə apardığı ardıcıl, 

məqsədyönlü siyasəti, elm, təhsil, mədəniyyət sahəsindəki 
xidmətini əks etdirən 500-dən çox kitab nümayiş olunmuşdur. 
Açılış mərasimində çıxış edən kitabxananın direktoru, filologiya 
elmləri namizədi Aybəniz Kəngərli bildirmişdir ki, 2003-cü ildə 
Mərkəzi Elmi Kitabxanada "Azərbaycan dövlətçiliyi və Heydər 
Əliyev" kitabxanası yaradılmış  və bu fondda ən müxtəlif 
yazıçıların, alimlərin və siyasətçilərin Heydər Əliyevlə bağlı 2500-
dən çox əsəri toplanmışdır. Natiq qeyd etmişdir ki, Mərkəzi Elmi 
Kitabxana ulu öndərin siyasi irsinin təbliği məqsədilə Azərbaycanın 
bütün regionlarına səfər etmək, ictimaiyyətlə görüşmək, bu dahi 
insanın gördüyü işlərin mahiyyətini onlara açıqlamaq niyyətindədir. 
Bu məqsədlə belə  sərgilərin ilboyu müxtəlif bölgələrdə, dövlət 
müəssisələrində, elm və  təhsil ocaqlarında keçirilməsi nəzərdə 
tutulur. 
Ümummilli liderin müasir Azərbaycan dövlətinin banisi 
olduğunu bir daha vurğulayan vergilər nazirinin müavini, 3-cü 
dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Qasımov hər bir 
Azərbaycan vətəndaşının Heydər  Əliyev irsinin öyrənilməsinin 
vacibliyini dərk etdiyini diqqətə çatdırmışdır. 
N.Qasımov qeyd etmişdir ki, milli dövlətçilik dəyərlərinin 
əsasını sağlam cəmiyyət təşkil edir. Sağlam mənəviyyatlı, yüksək 
bilikli insanlardan ibarət-cəmiyyət qarşıya çıxan bütün problemləri 
asanlıqla həll edir, monolit qüvvə kimi fəaliyyət göstərir. Nazir 
müavininin sözlərinə görə, bu gün əsas məqsədlərdən biri də köklü 
mənəvi dəyərləri yeni nəslə  və bütün cəmiyyətə daha dərindən və 
əzmlə aşılamaqdır. Bu baxımdan, N.Qasımov vurğulamışdır ki, ulu 
öndər Heydər Əliyev bütün həyatını, ömrünü, zəkasını məhz böyük 
milli məqsədlərə sərf etmişdir. Heydər Əliyevin dövlətçiliyə sonsuz 
sədaqəti və millətsevərliyi sözün həqiqi mənasında nəsillərə 
örnəkdir. Bu səbəbdən, nazir müavini belə  sərgilərin digər vergi 
orqanlarında, o cümlədən  ərazi vergilər idarələrində  də 
keçirilməsinin zəruriliyini qeyd etmişdir. 
Sonra tədbir iştirakçıları sərgiyə baxış keçirərək nümayiş olunan 
kitablarla yaxından tanış olmuşlar. 

Respublika.- 2007.- 9 may.- S. 7. 
 
                               
2008 
  
Gənc istedadların ümummilli lider 
Heydər Əliyevin 85 illik yubileyinə 
həsr olunmuş müsabiqəsi davam edir 
 
Aprelin 25-də Bülbül adına xüsusi musiqi məktəbində gənc 
ifaçıların ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 
illiyinə həsr edilmiş I Respublika müsabiqəsinin birinci turunun 
ikinci mərhələsi başlanmışdır. Xatırladaq ki, birinci mərhələ martın 
28-dən aprelin 18-dək bölgə məktəblərinin şagirdləri arasında 
keçirilmişdir. 
Məktəbin direktoru, musiqişünas, fəlsəfə elmləri namizədi 
Nigar Cərulla qızı tədbiri açaraq qeyd etmişdir ki, sözügedən 
müsabiqə həyatı boyu dövlətimizin gələcəyinin qayğısına qalmış, 
gənc istedadları qiymətləndirmiş, onlar ücün böyük sənətə yol 
açmış bir İnsanın - ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram 
əlamətidir. 
Nigar xanım demişdir ki, bölgələrdə keçirilmiş müsabiqə 
çoxlu gənc istedad, o cümlədən vokalçı, tar və kamança ifaçısı üzə 
çıxarmışdır. Müsabiqə mövcud çatışmazlıqları da üzə çıxarmağa 
kömək etmişdir. Məsələn, Salyanda kamança müəllimlərinin sayı 
azdır. Bütün bu məsələlər yaxın vaxtlarda həll ediləcəkdir. 
Aprelin 25-də Nigar Balayeva, Qəmər Mahmudzadə, Fəridə 
Məmmədova, Rəbiyyə Mədətova, Gülər Ağayeva, Müşviq 
Məmmədov və başqalarının çıxışları olmuşdur. Aprelin 26-da isə 
Rəna Novruzbəyli, Lalə Məmmədova, Natəvan Quliyeva, Vurğun 
Vəkilov, Mədinə Ağayeva, Fərəh Tağızadə və başqaları çıxış 
edəcəklər. 
Birinci turun ikinci mərhələsi aprelin 30-da başa çatacaqdır. 
 

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin