Azərbaycan qəzeti 2006 Almaniyadakı Nizami Gəncəvi adına Mədəniyyət


Xalq qəzeti.- 2008.- 20 aprel.- S. 2



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə8/12
tarix01.01.2017
ölçüsü0,82 Mb.
#3897
1   ...   4   5   6   7   8   9   10   11   12

Xalq qəzeti.- 2008.- 20 aprel.- S. 2. 
 
 

Orucov E. 
 
Ulu öndər mədəniyyətimizin hamisi idi 
 
Möhtərəm Prezidentimiz İlham Əliyevin bu yaxınlarda ulu 
öndər Heydər Əliyevin 85 illiyinin qeyd olunması ilə bağlı 
imzaladığı sərəncam biz sənət adamlarını da ürəkdən 
sevindirmişdir. Bu ümumxalq bayramına ölkəmizin hər yerində 
böyük hazırlıq işləri görülür. Biz rəssamlar da ulu öndərin 
yubileyinə, sözsüz ki, əliboş qatılmayacağıq. 
Hər dəfə ümummilli liderimiz Heydər Əliyev haqqında 
düşüncələrə dalanda mənə elə gəlir ki, cəmiyyətin də inkişafında 
əbədiyyət qanunları mövcuddur. Fərq ondadır ki, həmin qanunları 
təbiət yox, insan yaradır. Bu qanunlar kəşf olunmur. Onu böyük 
şəxsiyyətlər, işıqlı zəka sahibləri formalaşdırır. Mən onları Tanrı 
tərəfindən seçilmiş insanlar adlandırardım. Dünyanın mizan-
tərəzisi məhz onların çiyinləri üzərində qərar tutur. 
Belə insanlarla bir zəmanədə yaşamaq, onların həyat və 
fəaliyyətlərinin canlı şahidi olmaq da hər kəsin qismətinə düşmür. 
Bu baxımdan mən həmişə özümü xoşbəxt saymışam ki, gəncliyim 
məhz böyük öndərimiz Heydər Əliyevin hakimiyyəti illərinə 
təsadüf etmişdir. Odur ki, gözlərimizin qarşısında canlı tarix 
yaratmış bir şəxsiyyət barədə fikirlərimi bildirməyi özüm üçün, 
sadəcə, vətəndaşlıq borcu hesab edirəm. Çünki Heydər Əliyev elə 
şəxsiyyətdir ki, insanların onun həyat və fəaliyyətinə münasibəti 
siyasi mənsubiyyətindən, əqidəsindən və dünyagörüşündən asılı 
olmayaraq birmənalıdır. Bunun səbəbi aydındır. İctimai-siyasi, 
sosial-iqtisadi, elmi-mədəni həyatın elə bir sahəsi yoxdur ki, 
orada Heydər Əliyevin adı ilə bağlı olmayan bir məqam tapılsın. 
Fikir verin: bütün sahələrdə çalışan insanlar onu “öz adamları” 
hesab edirlər. Ona görə də mən “Heydər Əliyev Azərbaycan 
mədəniyyətinin və incəsənətinin hamisi idi” kəlməsini yazmaqdan 
çəkinmirəm. Çünki biz mədəniyyət xadimləri bu dahi 
şəxsiyyətdən həmişə qayğı və diqqət görmüşük.  

Tariximizin 1969-cu ildən 2003-cü ilədək zaman kəsiyini 
əhatə edən dövrü elədir ki, burada hər hansı təftişçi baxış 
mümkün deyildir. Heydər Əliyev böyük bir zaman kəsiyini tarixi 
fakta çevirmiş şəxsiyyətdir və məhz buna görə də onun adı 
dünyanın nəhəng siyasətçiləri, dövlət xadimləri ilə bir sırada 
çəkilir. O, müstəqil Azərbaycan dövlətinin memarıdır.  
Mən bu qənaətdəyəm ki, Azərbaycan xalqını, ümumiyyətlə, 
bəşəri dəyərlərin daşıyıcısı olan hər bir kəsi Heydər Əliyevə 
bağlayan ən mühüm psixoloji amillərdən biri məhz bu böyük 
şəxsiyyətin işıqlı zəka sahibi olması idi. Mən ulu öndərimizin 
keçirdiyi görüşlərdən hazırlanan reportajları gözlərimin önünə 
gətirdikcə düşünürəm: onunla təmasda olanların hamısı 
heyranlığını gizlədə bilmirdi. Müxtəlif ölkələrdən gəlmiş 
musiqiçilər, mədəniyyət xadimləri, rəssamlar, incəsənət ustaları 
da Heydər Əliyevin böyüklüyünü etiraf edib, onunla söhbətdən 
mənəvi zövq aldıqlarını gizlətmirdilər. Mən “Heydər Əliyev tarix 
üçün kimdir?” sualının cavabını araşdırmağa və həmin suala 
cavab tapmağa cəhd göstərməsəm də, bir incəsənət adamı kimi 
hiss edirəm ki, ulu öndərimiz üzərinə düşmüş missiyanı uğurla 
başa vurmuş tarixi fenomendir.  
Tanrı tərəfindən seçilmişlər adlandırılan həmin şəxslərə 
münasibətdə zaman və məkan kateqoriyasını önə çəkib, fərqli 
prizmadan yanaşmağın tərəfdarı deyiləm. Belə bir fəlsəfi kəlam 
var: “İstəmək, etməyin yarısıdır, amma hamısı deyildir”. 
Dəfələrlə vurğulamışıq və indi də təkrar etmək 
məcburiyyətindəyik: Azərbaycan xalqı bütün varlığı ilə öz 
dövlətinin yaranmasını, müstəqilliyinin bərpa edilməsini 
istəyirdi.Amma bu istəyi reallaşdırmaq, illüziyadan həqiqətə, 
fakta çevirmək üçün mütləq və mütləq lider gərək idi. Bax, həmin 
liderlik missiyası ulu öndərimizin boynunda idi. Ona bu 
məsuliyyətli yükü tarix vermişdi və Heydər Əliyev əfsanəvi 
Danko kimi ürəyini məşələ çevirib xalqını qaranlıqlardan 
qurtarmalı, onu işıqlı sabaha aparmalı idi. O, bunu etdi. Özü də 
heç bir təmənna ummadan, umacaqsız yerinə yetirdi. Çünki o, 

tarixin nə olduğunu yaxşı bilirdi. Çünki o, böyük və qarmaqarışıq 
bir epoxanın şahidi idi. Onda Tanrı vergisi ilə yanaşı, böyük həyat 
təcrubəsi də vardı. O, istedadla təcrübəni, nəzəriyyə ilə praktikanı 
bir müstəvidə birləşdirə bilirdi.  
İstedadlı rejissor Vaqif Mustafayevin çəkdiyi və bir çox 
kinofestivallarda qalib çıxmış “Əsil məhəbbət haqqında” 
filmindən bir epizodu xatırlayıram. Zərifə xanım Əliyeva royalda 
ifa edir, Heydər Əliyev ”Küçələrə su səpmişəm” xalq mahnısını 
oxuyur. Bu anda onun sifətində uşaq təbəssümü var. Sanki mahnı 
oxuyan kəs böyük məkrlərdən, hiylədən qurtulub, Simurq quşu 
kimi çətin məqamda öz xalqının dadına çatan, onu 
parçalanmaqdan, qardaş qırğınından xilas edən nəhəng siyasətçi 
yox, indicə özünü saxlaya bilməyib şairanə hisslərini büruzə 
verəcək bir sənətçidir. Halbuki o, bəlkə də bu anda rəhbərlik 
etdiyi respublikanın hansısa problemini həll etmək üçün yollar 
axtarırmış.  
Ötən il mətbuatda maraqlı bir yazıya rast gəldim. Mərhum 
maestro Niyazi Sosialist Əməyi Qəhrəmanı adı aldıqdan sonra 
danışırmış ki, mənim bu ada layiq görülməyim üçün Heydər 
Əliyev Moskvada çox əziyyət çəkib. Sovet İttifaqında 
dirijorlardan yalnız Yevgeni Svetlanov həmin ada layiq görülüb. 
Mənim Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməyim 
mümkün olası iş deyildi... 
SSRİ dövründə bütün İttifaq təəccüb içindəydi. 
Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, şair və 
yazıçıları dalbadal Sosialist Əməyi Qəhrəmanı adına layiq 
görülürdülər və onların sırası böyüyürdü. Bu böyük işin bir 
müəllifi vardı: Heydər Əliyev! 
Mənim işim elədir ki, xarici ölkələrdə tez-tez oluram. Mötəbər 
sərgilərdə həmişə Heydər Əliyevdən söhbət salırlar. Həmişə də 
yüksək çinli insanlar onu hörmət və məhəbbətlə yad edirlər. 
Bu gün hər bir azərbaycanlının qəlbində Heydər Əliyev 
abidəsi ucalıb. Ona xalqın sevgisi tükənməzdir. Heydər Əliyev 
yolu bitmiş yol deyildir. Onun əvvəli və sonu yoxdur.  

Bu gün Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı, 
respublika Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi 
siyasət bütövlükdə xalqın işıqlı sabahına yönəlib. Onun 
mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi xüsusi qayğı və 
diqqət isə razılıqla qarşılanır. Təhsil, səhiyyə, mədəniyyət və 
digər sosial sahələrdə həyata keçirilən tədbirlər bir daha sübut edir 
ki, Azərbaycan sivil dünyaya aparan yolun üzərindədir. Görülən 
işlər daha gözəl həyatdan, firavan gələcəkdən xəbər verir. Bax, bu 
anda bir daha inanırsan ki, ümummilli liderimiz təməlini 
qoyduğu, yaratdığı müstəqil dövlətdə hər şeyi gələcək üçün 
hesablayıb.,  
 
Xalq qəzeti.- 2008.- 25 aprel.- S. 5. 
 
 
Hacızadə A.  
 
Sergey Morozov: Dahi lider Heydər Əliyevin 
xatirəsinin əbədiləşdirilməsi xalqlarımızı 
yaxınlaşdıracaqdır 
 
“Azərbaycan xalqının ümummilli lideri Heydər 
Əliyevin abidəsinin ucaldılması planı artıq həyata keçirilir və 
düşünürəm ki, onun xatirəsinin  əbədiləşdirilməsi Rusiya və 
Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinin, 
qorunub saxlanmasının, inkişafının və 
mədəni-iqtisadi 
əməkdaşlığın mühüm bir təzahürü olacaqdır”. 
Bunu Rusiyanın Ulyanovsk vilayətinin qubernatoru Sergey 
Morozov bildirmişdir. O qeyd etmişdir ki, Heydər  Əliyevin 
abidəsinin Ulyanovskda ucaldılması 
təşəbbüsünü ÜAK 
Ulyanovsk regional bölməsinin rəhbəri İslam Hüseynov bölmənin 
üzvləri adından Millətlər  Şurasında irəli sürmüşdür. S.Morozov 
demişdir: “Şura bu gözəl təşəbbüsü dəstəkləmişdir. Abidəni 
Zasviyajsk rayonunda Jiqulyovskaya və Fruktovaya küçələrinin 

kəsişməsində ucaltmaq qərara alınmışdır.  
Oktyabr ayında abidənin ucaldılması  və  ətraf  ərazinin 
abadlaşdırılması ilə bağlı açıq dinləmələr keçirilmiş  və 
xalqlarımız arasında dostluq əlaqələrini inkişaf etdirmək məqsədi 
ilə bu ideyanı  dəstəkləmək təklif olunmuşdur. Abidənin müəllifi 
tanınmış heykəltəraş Sergey Bobrakovdur. O, Yuri Qaqarinin 
Moskvadakı abidəsinin də müəlliflərindən biridir. Abidə üzərində 
iş may ayında başa çatacaqdır. Hündürlüyü təxminən 5 metr 
olacaq abidənin açılış mərasimi 2008-ci ilin yayında, Azərbaycan 
nümayəndə heyətinin iştirakı ilə keçiriləcəkdir.  
Ulyanovsk vilayətinin qubernatoru xatırlatmışdır ki, onun 2006-cı 
ildə Azərbaycana səfəri çox maraqlı, zəngin və yaddaqalan 
olmuşdur. O demişdir: “Bir sıra görüşlər keçirdim. Prezident 
İlham  Əliyev məni qəbul etdi. Bu görüşlər Azərbaycan ilə 
Ulyanovsk vilayəti arasında sosial-iqtisadi, mədəni  əməkdaşlığı 
fəallaşdırmağa imkan verdi”. 
 
S.Morozov vurğulamışdır ki, Azərbaycan Respublikası hazırda 
Ulyanovsk vilayəti ilə ticarət dövriyyəsinin həcminə görə MDB 
ölkələri arasında dördüncü yeri tutur. O demişdir: “Xalqlarımız 
gələcəklərini sıx  əməkdaşlıq  şəraitində qururlar və biz 
tərəfdaşlarımızla bütün istiqamətlərdə qarşılıqlı surətdə faydalı 
əməkdaşlığı inkişaf etdirməyə səy göstəririk. Bunun üçün hər cür 
şərait, o cümlədən Azərbaycan diasporunun fəal mövqeyi var”. 
Sergey Morozov Azərbaycan diasporunun vilayətdə  fəaliyyətini 
yüksək qiymətləndirərək bildirmişdir ki, İslam Hüseynovun 
başçılıq etdiyi bu çoxsaylı milli diasporlardan biri Ulyanovsk 
vilayətinin iqtisadi və mədəni həyatında əhəmiyyətli rol oynayır.  
Vilayətin başçısı demişdir: “Bu təşkilat azərbaycanlıları 
birləşdirə, milli ictimai təşkilatlarla, habelə vilayətin dövlət 
qurumları ilə  sıx  əlaqələr yarada bilmişdir. Regionda 
xeyriyyəçiliyə xüsusi diqqət yetirilir və 2008-ci il Ulyanovsk 
vilayətində  mənəviyyat və xeyirxah işlər ili elan olunmuşdur. 
Sevindirici haldır ki, Azərbaycan diasporu bu tədbirlərdə real 
işlərlə iştirak edir”. 

Xalq qəzeti.- 2008.- 27 aprel.- S. 6. 
 
 
 
Bəstəkarlar İttifaqında dahi liderin 85 
illik yubileyinə həsr olunmuş konfrans 
keçirilmişdir 
 
Aprelin 28-də Azərbaycan Bəstəkarlar  İttifaqında 
ümummilli liderin 85 illik yubileyinə  həsr olunmuş “Heydər 
Əliyev və Azərbaycan musiqisi” mövzusunda konfrans 
keçirilmişdir. 
Tədbiri açan ittifaqın idarə heyətinin sədri, xalq artisti, 
professor Firəngiz  Əlizadə bildirmişdir ki, xarici və daxili siyasət 
sahəsində çox böyük uğurlara nail olan ulu öndər Heydər  Əliyev 
ölkənin mədəni həyatını da diqqətdən kənarda qoymamış, milli 
mədəniyyətimizin inkişafına misilsiz töhfələr vermişdir. Sovet 
dövründə  məhz onun təşəbbüsü ilə Moskva və Leninqraddan 
musiqi müəllimləri Azərbaycana dəvət olunurdular. Sonralar milli 
klassik musiqimizin təbliğində böyük rol oynamış musiqiçilər 
məhz onun xeyr-duası ilə Moskvaya göndərilirdilər.  
F.Əlizadə demişdir ki, ümummilli lider Heydər  Əliyevin 
mədəniyyət sahəsində strateji xarakter daşıyan siyasəti hazırda 
Prezident  İlham  Əliyev tərəfindən uğurla davam etdirilir. 
 
Bəstəkarlar  İttifaqı idarə heyətinin katibi, əməkdar incəsənət 
xadimi, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov “Heydər 
Əliyev və Azərbaycan Bəstəkarlar  İttifaqı” mövzusunda məruzə 
etmişdir. 
Sonra ittifaqın idarə heyətinin katibi, xalq artisti, professor 
Aqşin Əlizadə, xalq artisti, professor Musa Mirzəyev məruzələrlə 
çıxış etmiş, xalq artistləri Oqtay Zülfüqarov, Nəriman Məmmədov 
və başqaları Heydər Əliyev ilə bağlı xatirələrini bölüşmüşlər.  
 
Xalq qəzeti.- 2008.- 29 aprel.- S. 6. 

Tahirov K. 
 
Heydər Əliyev çağdaş kitabxana quruculuğunun 
banisidir 
 
       Azərbaycan xalqının böyük oğlu, türk dünyasının tanınmış 
lideri, ulu öndərimiz Heydər Əliyev bütün şüurlu ömrünü dünyalar 
qədər sevdiyi Azərbaycanın inkişafına, onun çiçəklənməsinə həsr 
etmişdir. Azərbaycanlı olduğu ilə həmişə fəxr edən ümummilli 
liderimiz iqtisadiyyatın, elmin, mədəniyyətin və sosial həyatımızın 
bütün sahələrində sürətli inkişafı təmin edən kompleks tədbirlərin 
həyata keçirilməsinin öndəri olmuş və onun diqqət və qayğısı 
sayəsində müstəqil Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri 
sırasına çıxmasına əlverişli şərait yaranmışdır. 
     Bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də sürətli 
inkişaf və çiçəklənmə prosesi məhz Heydər Əliyevin Azərbaycana 
rəhbərlik etdiyi dövrdə başlanmışdır. Ulu öndərimizin 
mədəniyyətimizə, mədəni dəyərlərimizə və mədəniyyət işçilərinə 
xüsusi diqqət və qayğısı danılmazdır. Müstəqil Azərbaycanda 
mədəni quruculuq işlərinin memarı olan Heydər Əliyev üçün bu 
sahə həmişə prioritet sahə olmuşdu. Bu gün biz fəxrlə qeyd edə 
bilərik ki, Azərbaycan mədəniyyətinin inkişafına və mədəni 
sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına 
böyük diqqət və qayğı ilə yanaşan ulu öndərimiz Azərbaycanda 
çağdaş kitabxana quruculuğunun da banisidir. Tam məsuliyyətlə 
demək olar olar ki, müasir dövrdə böyük vüsət alan çağdaş 
kitabxana quruculuğunun özülü məhz 70-ci illərin əvvəllərində ulu 
öndərimiz birinci dəfə Azərbaycana rəhbərlik etməyə başladığı 
dövrdə qoyulmuşdur. Bu dövrdə bir sıra şəhərlərdə və rayon 
mərkəzlərində yeni kitabxana binalarının tikilməsi, respublika 
kitabxana şəbəkəsinin sürətli inkişafı, kitabxanaçı kadrların 
hazırlanması sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi
kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi 
istiqamətində möhtəşəm işlərin görülməsi buna əyani sübutdur. 

Həmin dövrdə Azərbaycanda kitabxana binalarının məhz ayrı-ayrı 
kolxoz və sovxozların vəsaiti hesabına inşa olunması daha çox 
yayılmışdı və bu iş ulu öndərimizin şəxsi nəzarəti altında həyata 
keçirilirdi. Astarada, Bərdədə, Salyanda, Dəvəçidə, Qusarda, 
İsmayıllıda və respublikamızın digər şəhər və rayon mərkəzlərində 
rayon və şəhər mərkəzi kitabxanalarının yerləşdiyi müasir tipli 
binalar məhz həmin dövrdə tikilmişdir. 
Müasir dövrdə müstəqil Azərbaycanda kitabxana 
quruculuğunda mühüm amil olan mərkəzləşdirilmiş kitabxana 
sistemləri 70-ci illərdə təşkil olunmuşdur. 1974-cü ildə ulu öndərin 
imzaladığı qərəra əsasən yaradılan mərkəzləşdirilmiş kitabxana 
sistemləri həmin dövr üçün ən mütərəqqi bir iş üsulu idi və 70-80-ci 
illərdə Azərbaycanda kitabxana işinin inkişafında yeni bir mərhələ 
olmuşdur. Heydər Əliyevin iradəsi ilə respublikada bu çox vacib iş 
keçmiş SSRİ-də ön yerlərdə həyata keçirilmişdi. Bu gün mövcud 
olan Mədəniyyət və Turizm Nazirliyinin, Təhsil Nazirliyinin, 
AMEA-nın, həmkarlar ittifaqları təşkilatlarının kitabxana şəbəkələri 
məhz həmin dövrdə bitkin bir sistem kimi formalaşmışdır. İndi 
ölkəmizdə uğurla fəaliyyət göstərən mərkəzləşdirilmiş kitabxana 
sistemləri də məhz həmin dövrdə yaranmışdır. 
Bu dövrdə respublikamızda kitabxana şəbəkələrinin inkişafı və 
formalaşması istiqamətində xeyli işlər görülmüş, ayrı-ayrı 
nazirliklərin kitabxana şəbəkələri formalaşmış, kənd kitabxana 
şəbəkəsi xeyli genişlənmişdir. Faktlara müracət etsək görərik ki, 
əgər 1970-ci ildə Azərbaycanda bütün idarə və sistemlərin 
kitabxana şəbəkəsinə cəmi 7,5 min kitabxana daxil idisə, 1981-ci 
ildə onların sayı 9 minə çatmışdı. Kitabxana fondlarının 
formalaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü 
tədbirlər nəticəsində kitabxana fondlarının həcmi də xeyli artaraq 
1970-ci ildəki 54,3 min nüsxədən xeyli artaraq 1981-ci ildə 93,0 
min nüsxəyə çatmışdı. 
        90-cı illərin əvvəllərində respublikada yaranan xaos 
və səriştəsizlik şəraitində Azərbaycan ərazisində kitabxanalar da 
böyük təhlükələrlə üzləşmişdi. Elmin, mədəniyyətin inkişafında və 

mədəni sərvətlərimizin mühafizəsində buraxılmış səhvlər təbii ki, 
ölkə kitabxana şəbəkələrini də dağılmaq təhlükəsi ilə üz-üzə 
qoymuşdu. 
Məhz bu dövrdə ulu öndərimizin xalqın tələbi ilə yenidən 
Azərbaycana rəhbərlik etməyə başlaması bötövlükdə elmimizi, 
mədəniyyətimizi tamamilə dağılmaqdan xilas etdiyi kimi, kitabxana 
şəbəkələrinin də məhvinin qarşısını almış oldu. Ulu öndərin 
qətiyyəti nəticəsində bir çox keçmiş sovet respublikalarından fərqli 
olaraq, Azərbaycanda kitabxana şəbəkələri nəinki dağıldı və ixtisara 
düşdü, əksinə qismən də olsa inkişaf etdi, möhkəmləndi, ən 
başlıcası isə onlar mühafizə olunaraq saxlanıldı. 
Bu gün böyük fəxrlə demək olar ki, hazırda özünün sürətli və 
möhtəşəm yenidənquruculuq və modenrnləşmə dövrünü yaşayan 
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının sürətli 
inkişafı konsepsiyasının əsası da 90-cı illərin ortalarında ümummilli 
liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. 
Ulu öndərimiz ikinci dəfə Azərbaycana rəhbərlik etməyə başladığı 
ilk illərdə yəni 1995-1997-ci illərdə 4 dəfə Milli Kitabxanaya baş 
çəkmişdir. 
- 1995-ci ilin iyunun 3-də Azərbaycan Qadınları Milli 
Komitəsinin, Respublika “Kitab” Cəmiyyətinin və ABŞ-ın “Stark 
enterprauz” firmasının təşəbbüsü ilə çap olunan “Vətənə, dövlətə, 
xalqa sədaqət andı” kitabının təqdimat mərasimində iştirak etmişdir. 
- 1996-cı il mart ayının 5-də İsraildə çıxan “Heydər Əliyev: 
Siyasi portretin cizgiləri» kitabının təqdimat mərasimində iştirak 
etmişdir. 
- 1997-ci il noyabrın 5-də “Azərbaycan qaçqınları» 
fotoalbomunun təqdimat mərasimində iştirak etmişdir. 
- 1997-ci il noyabrın 20-də Amerikada nəşr edilən “Azərbaycan 
interneşnl» jurnalının 5 illiyinə həsr olunmuş təqdimat mərasimində 
iştirak etmişdir. 
Azərbaycan xalqının dünyaya bəxş etdiyi dahi şəxsiyyətin bu 
kitabxanaya hər bir gəlişi bu möhtəşəm elm və mədəniyyət, 
ocağının inkişafında mühüm rol oynamış və onun gələcək inkişafı 

perspektivlərinin müəyyən olunmasında ən vacib amilə 
çevrilmişdir.  
Belə ki, 1995-ci ilin iyununda “Vətənə, xalqa, dövlətə sədaqət 
andı» kitabının təqdimatı mərasimində iştirak etmək üçün 
M.F.Axundov adına Milli Kitabxanaya gələn ulu öndərimiz bu 
mədəniyyət məbədinin qayğıları ilə yaxından maraqlanmış və onun 
fondlarında köhnə nəşrlərin daha çoxluq təşkil etdiyini xüsusilə 
vurğulamışdır. 
Bu amili nəzərə alan ulu öndərimiz Milli Kitabxanaya öz şəxsi 
kitabxanasından 400-ə qədər yeni kitab hədiyyə etmiş və hamını bu 
mədəniyyət məbədinə kömək etməyə çağırmışdır: “Mən indi 
kitabxanaya xeyli kitab bağışladım. Güman edirəm ki, bunlar 
fondda öz yerini tutacaqdır. Bunlar cəmiyyətimiz üçün çox gərəkli 
olan ayrı-ayrı mövzulara həsr edilmiş kitablardır. Bunlar mənim 
özümün deyil, müxtəlif müəlliflərin kitablarıdır və kitabxananın 
böyük xəzinəsində öz yerini tutarlar. Zənnimcə, gələcəkdə bu 
təşəbbüs də davam edə bilər. Elə imkanı olan ayrı-ayrı adamlar 
kitabxanamızı zənginləşdirmək üçün yəqin ki, ona kitab 
bağışlayacaqlar”. 
Xalqımızın böyük oğlunun “Bu kitabxanaya kömək etmək 
hamının borcudur” kimi müdrik fikrinə diqqətlə yanaşan ölkəmizin 
ziyalıları, alimləri, yazıçı və şairləri bir-birinin ardınca Milli 
Kitabxanaya yeni-yeni kitab kolleksiyaları hədiyyə etməyə 
başladılar və tezliklə kitabxanamızın fondu əhəmiyyətli dərəcədə 
yeni kitablarla zənginləşməyə başladı. 
Təkcə, 1995-ci ildə M.F.Axundov adına kitabxananın fonduna 
11,5 min nüsxə yeni ədəbiyyat daxil olmuşdu. Milli Kitabxanaya öz 
şəxsi kitabxanasından kitablar hədiyyə edən müəlliflərdən xalq 
yazıçısı Elçinin, xalq şairi Bəxtiyar Vahabzadənin, xalq yazıçısı 
Çingiz Abdullayevin, akademik Ziya Bünyadovun və digər yazıçı 
və şairlərimizin, alim və ziyalılarımızın adlarını çəkmək olar. 
90-cı illərin ortalarında respublikamızın Dövlət büdcəsinin nə qədər 
məhdud olması, təbii ki, hamının xatirindədir və ciddi çətinliklərə 
baxmayaraq, Milli Kitabxananın problemlərinə böyük qayğı ilə 

yanaşan ulu öndərimiz ikinci dəfə bu kitabxanaya səfər edərkən bu 
elm ocağının ehtiyaclarını diqqətlə dinləyərək xarici ölkələrdə çap 
olunan ədəbiyyatın və dövrü mətbuatın alınması məqsədilə əlavə 
məqsədli vəsaitin ayrılmasını vacib hesab edərək yerindəcə Nazirlər 
Kabinetinə müvafiq göstəriş vermişdir. 
Ulu öndərin bu göstərişinə müvafiq olaraq Azərbaycan 
Respublikasının Nazirlər Kabineti müvafiq qərar qəbul etmiş və 
həmin ildən başlayaraq hər il M.F.Axundov adına kitabxanaya 
xarici ədəbiyyat və dövrü nəşrlər almaq üçün 5000 ABŞ dolları 
valyuta vəsaiti ayrılmışdır. O dövrün çətinliklərini yaşayan hər kəs 
1995-1996-cı illərdə bu vəsaitin necə böyük bir məbləğ olduğunu 
daha yaxşı hiss edirlər. Müqayisə üçün bildirmək istəyirəm ki, o 
dövrdə heç həmin kitabxananın büdcəsi bütövlükdə 5000 ABŞ 
dolları qədər deyildi. 
Ümummilli liderimiz Milli Kitabxanaya baş çəkərkən çox 
böyük nostalji hissləri yaşadığını söyləyərək və öz çıxışlarında Milli 
Kitabxananın fəaliyyətini yüksək qiymətləndirərək onu 
respublikamızın ən əhəmiyyətli mədəniyyət mərkəzlərindən biri 
hesab edirdi və burada çalışan insanların əməyini çox yüksək 
qiymətləndirirdi: “Bu gün biz buraya - Azərbaycan Respublikasının 
mədəniyyət mərkəzlərindən biri olan Mirzə Fətəli Axundov adına 
Dövlət Kitabxanasına gəlmişik. Mən vaxtilə bu kitabxanaya 
dəfələrlə gəlmişəm. Amma bu gün kitabxananın astanasından 
keçərkən çox böyük hörmət və ehtiram hissi duyuram. Bu 
kitabxanaya, buruda çalışan insanlara hörmət və ehtiramımı 
bildirmək istəyirəm”.  
Ulu öndərin kitabxana işinə hədsiz qayğısının ən bariz 
nümunəsi 1998-ci ildə Milli Məclis tərəfindən qəbul olunmuş 
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu 
olmuşdur. Bütövlükdə Azərbaycanda kitabxana quruculuğu 
tarixində tamamilə yeni bir mərhələ olan bu qanun müstəqil 
Azərbaycanda kitabxana qanunvericiliyinin və quruculuğunun 
əsasını qoymuşdur.  

MDB ölkələrində kitabxana işinə dair qəbul olunan qanunlar 
içərisində ən mükəmməl qanunlardan biri olan Azərbaycan 
Respublikasının “Kitabxana işi haqqında» Qanunu Dövlət 
Kitabxana Şəbəkəsinin formalaşdırılması, kitabxana sahəsinə dair 
normativ-hüquqi bazanın yaradılmasında, kitabxana işçilərinin 
sosial müdafiəsinin möhkəmləndirilməsində mühüm rol 
oynamışdır. 
Ulu öndərin imzası ilə qüvvəyə minən bu qanunun Milli 
Kitabxananın statusunun formalaşmasında, onun qiymətli 
fondlarının dövlət tərəfindən xüsusi əhəmiyyətli mədəniyyət 
sərvətləri kimi etibarlı mühafizəsində, bina və əmlakının 
toxunulmaz olduğunun təsbit olunmasında, Milli Kitabxananın 
ləğvinin qadağan olunmasının qanunvericilik qaydasında təsdiq 
olunmasında əvəzsiz əhəmiyyəti olmuşdur. 
“Kitabxana işi haqqında” Qanunun bütöv bir bölməsinin Milli 
Kitabxanaya və onun məsələlərinə həsr olunması xüsusilə 
diqqətəlayiqdir. Burada Milli Kitabxananın fəaliyyətinin bütün 
sahələri tam şəkildə əhatə olunmuş, onun inkişafının prioritetləri 
müəyyənləşdirilmişdir. Məhz bu qanunun müddəalarına müvafiq 
olaraq 2000-ci ilin mayında Azərbaycan Respublikasının Nazirlər 
Kabineti “Azərbaycan Respublikasının Milli Kitabxanasının 
Əsasnaməsinin təsdiq olunması barədə” qərar qəbul etmişdir. 
Nəhayət, 2005-ci ildə bu qanunvericiliyin tələbləri əsasında 
M.F.Axundov adına Dövlət Kitabxanasına “Milli Kitabxana” 
statusu verilmişdir. Ümummilli liderimizin xüsusi tapşırığı əsasında 
hazırlanmış və qanunvericilik təşəbbüsü qaydasında onun 
tərəfindən Milli Məclisə təqdim olunmuş “Kitabxana işi haqqında” 
qanun və onun qüvvəyə minməsi barədə ulu öndərin imzaladığı 12 
mart 1999-cu il tarixli sərəncam ölkəmizdə kitabxana şəbəkələrinin 
yenidən qurulması, onların yeni tələblərə uyğun fəaliyyətinin 
təkmilləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi 
işində mühüm rol oynamışdır.  
Təsadüfi deyildir ki, ondan sonra qəbul edilmiş heç bir 
qanunun qüvvəyə minməsi barədə sərəncamlar belə əhatəli və 

hərtərəfli olmamışdır. Bu sərəncamı müstəqil Azərbaycanda 
kitabxana quruculuğunun proqram sənədi də adlandırmaq olar.  
Bu gün böyük cəsarətlə demək olar ki, ölkəmizdə kitabxana işi 
sahəsində uğurla aparılan möhtəşəm quruculuq işləri – Milli 
Kitabxananın tamamilə yenidən qurulması, təchizatı və 
modernləşdirilməsi işləri, Azərbaycan Respublikasında kitabxana-
informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət 
Proqramının təsdiq olunması istiqamətində görülən işlər də bu 
siyasətin məntiqi davamıdır. Ulu öndərimizin Milli Kitabxanamıza 
xüsusi qayğısının bariz nümunələrindən biri 2000-ci ildə 
kitabxanamızın binasında əsaslı yenidənqurma işlərinin aparılması 
və texniki təchizatının gücləndirilməsi barədə verdiyi tapşırıq 
olmuşdur. 2000-ci ilin may ayında Nazirlər Kabinetində bu 
sətirlərin müəllifinin iştirakilə keçirilən müşavirədə Avropa 
Şurasının ayırdığı dövlət qrantı hesabına Ərazilərin Bərpası və 
Yenidən Qurulması Agentliyinin xətti ilə bərpa olunması nəzərdə 
tutulan 3 ən mühüm müəssisə seçilərək ulu öndərə təqdim 
olunarkən ulu öndər “M.F.Axundov adına Dövlət Kitabxanasını 
götürün, Azərenerji və Bakı Şəhər İcra Hakimiyyəti özləri vəsait 
taparlar» dedi. Bu gün Milli Kitabxanada oxucular üçün yaradılan 
bu gözəl şərait, kitabxanamızın saytının, elektron kataloqunun, 
elektron kitabxanasının yaradılması və onun virtual rejimdə bütün 
dünyaya yayılması məhz ulu öndərin kitabxanaya qayğı və 
diqqətinin nəticəsi hesab oluna bilər.  
Ulu öndərin ideyalarını layiqincə davam və inkişaf etdirən 
Prezidentimiz cənab İlham Əliyevin ölkədə kitabxana işinə 
qayğısından danışmamaq mümkün deyil. Hörmətli Prezidentimizin 
2004-cü ildə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə 
kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» sərəncamı 
Azərbaycanda kitabxana işinin inkişafında xüsusi rol oynadı. Hətta 
mən deyərdim ki, bu sərəncamla kitabların 25 min nüsxə tirajla çap 
olunması və bütün kitabxanalara hörmətli Prezidentimizin hədiyyəsi 
kimi verilməsi oxucuların yenidən kitabxanalara qayıtması üçün 
real şərait yaratdı. 

Bu gün artıq 300 addan çox kitab çap olunaraq bütün kitabxanalara, 
o cümlədən kənd kitabxanalarına da göndərilmişdir. Bu da 
kitabxanalarımızın fondlarının əsas özəyini təşkil edir. Xüsusilə 
qeyd etmək lazımdır ki, bu dünya miqyasında analoqu olmayan bir 
hümanitar aksiyadır və kitabxana ictimaiyyəti tərəfindən çox 
yüksək qiymətləndirilir. 
Son 3 ay ərzində hörmətli Prezidentimizin mədəniyyətimizin 
inkişafına diqqətini və qayğısını sübut edən onlarla sərəncam 
imzalaması və bunlardan birinin Azərbaycanda kitabxana 
fəaliyyətinin yaxşılaşdırılması haqqında olması dövlət rəhbərimizin 
Heydər Əliyev siyasətini ləyaqətlə davam etdirdiyinin bariz 
nümunəsidir. 
Bu sərəncamda Milli Kitabxananın inkişafına xüsusi diqqət 
yetirilməsi, onun modernləşdirilməsi, texniki təchizatının 
gücləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi 
istiqamətində xüsusi tədbirlərin işlənib hazırlanması və həyata 
keçirilməsi barədə verdiyi göstəriş tezliklə bizim Milli 
Kitabxananın dünyanın ən modern kitabxanaları səviyyəsinə 
qalxması və burada oxucular üçün hər cür şəraitin yaradılması ilə 
nəticələnəcəkdir. 
 
Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin