Azərbaycan qəzeti 2006 Almaniyadakı Nizami Gəncəvi adına Mədəniyyət


Xalq qəzeti.- 2007.- 11 dekabr.- S. 4



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə7/12
tarix01.01.2017
ölçüsü0,82 Mb.
#3897
1   2   3   4   5   6   7   8   9   ...   12

Xalq qəzeti.- 2007.- 11 dekabr.- S. 4. 
 
 
Vaşinqtonda Türkiyə və Azərbaycan musiqisi 
axşamında ümummilli lider Heydər Əliyevin xatirəsinə 
həsr olunmuş əsər səslənmişdir 
 
Azərbaycan–Türkiyə 
İş Adamları Birliyinin (ATİB) 
ictimaiyyətlə  əlaqələr  şöbəsindən verilmiş  məlumata görə, 
Vaşinqtonda keçirilmiş “Azərbaycan–Türkiyə–ABŞ  əlaqələri və 
onların Avrasiya üçün əhəmiyyəti” mövzusunda beynəlxalq 
konfrans “Mayflower Hotel”də Türkiyə  və Azərbaycan musiqisi 
axşamı ilə yekunlaşmışdır. 
Tədbirdə Bakı Musiqi Akademiyasının dosenti, əməkdar artist 
Murad Hüseynovun ifasında Qara Qarayev, Adil Bəbirov, Tofiq 
Quliyev, Fərhad Bədəlbəyli, Vasif Adıgözəlov və Volfqanq 
Amadey Motsartın  əsərləri səslənmişdir. M.Hüseynov Azər 
Dadaşov tərəfindən bəstələnmiş  və ümummilli liderimiz Heydər 
Əliyevin xatirəsinə ithaf olunmuş əsəri ilk dəfə ifa etmişdir. 
Konserti Türkiyənin məşhur pianoçusu və  bəstəkarı Fahir 
Atakoğlu və “Grammy” mükafatı laureatları Horasio Hernandes 
və Con Benites davam etdirmişlər.  
Tamaşaçılar tərəfindən maraqla qarşılanan konsertdə 
Vaşinqtona səfər etmiş Azərbaycan və Türkiyə nümayəndə 
heyətinin üzvləri, o cümlədən, Türkiyə Respublikasının sabiq 
xarici işlər naziri Hikmət Çətin, Azərbaycan Respublikası Milli 
Məclis sədrinin müavini Valeh Ələsgərov, xarici işlər nazirinin 
müavini Hafiz Paşayev, ATİB idarə heyətinin sədri  Əhməd 
Erentok və başqaları iştirak etmişlər. 

 
Xalq qəzeti.- 2007.- 15 dekabr.- S. 2. 
 
 
 
2008 
 
 
Həsənov H. 
 
Ümummilli liderimiz milli-mənəvi dəyərlərimizi məhv 
olmaq təhlükəsindən xilas etdi 
 
Bu gün nəinki Azərbaycanın, bütün dünya azərbaycanlılarının 
öyündüyü Heydər  Əliyev həmişə Azərbaycan ilə, azərbaycanlı 
olmağı ilə fəxr edirdi. Hələ SSRİ dövründə nüfuzu və şöhrəti ilə 
ittifaq miqyasına sığmayan ümummilli liderimiz Azərbaycan adlı 
bir məmləkəti mərhələ-mərhələ dünyaya tanıtdı. Onun zəngin 
mədəniyyətini, tarixini, milli dəyərlərini başqa millətlərə 
çatdırmağa başladı. 
Düzü bu idi ki, hələ o zamanlardan Azərbaycanı Heydər Əliyevlə 
tanıyırdılar. Bu adlar qoşa çəkilirdi.  Əgər gürcülər Stalin 
dövründən SSRİ xalqlarının yaddaşında qalmışdısa, ermənilərin 
apardığı  təbliğat nəticəsində bir qafqazlı obrazı formalaşmışdı. 
Doğrudur, Qafqazı tanıyan, bu xalqlara bələd olan alimlər yaxşı 
bilirdilər ki, ermənilərin Qafqaz xalqlarına heç uzaq qohumluğu 
da yoxdur. Amma erməni təbliğatı öz işini görürdü. 
“Qafqazlıyam”, – deyəndə erməni, yoxsa gürcü olduğumuzu 
soruşurdular. Heydər  Əliyev Azərbaycan KP MK-nın birinci 
katibi olandan sonra vəziyyət tamam dəyişdi. “Bakıdanam, 
Azərbaycandanam”, — deyəndə müsahibimiz dərhal Heydər 
Əliyevin adını 
çəkirdi. 
Məsələnin başqa tərəfi də vardı. Vaxtı ilə Heydər  Əliyevin 
ailəsində — evində qonaq olmuş adamlar — təbii ki, onların 

əksəriyyəti tanınmış  şəxsiyyətlər idilər — ideal bir Azərbaycan 
ailəsindən, azərbaycanlı süfrəsindən məhəbbətlə söz açırdılar. İlk 
baxışda burada qeyri-adi heç nə yoxdur. Qonaq həmişə əziz olub. 
Ancaq diqqət yetirsək görərik ki, burada çox incə bir məqam var. 
Həmin “qonaqlar” Heydər  Əliyev ailəsinin qonaqpərvərliyindən 
danışa-danışa Azərbaycan adət-ənənəsini, Azərbaycan süfrəsini 
təbliğ edirdilər. Bu isə, bütövlükdə Azərbaycanın təbliği idi. 
Ümummilli liderimiz birinci dəfə hakimiyyətdə olduğu illərdə 
çox dəyərlərimiz yenidən həyata “vəsiqə aldı”. Məsələ bunda idi 
ki, 1969-cu ilə  qədər dil məsələsi üstündə, Novruz bayramının 
keçirilməsi ilə bağlı çox ziyalılarımızın başı “ağrımışdı”. Çünki 
onlar imperiya siyasətinin əsl, gizli mahiyyətinə varmadan, milli 
adət-ənənələrə SSRİ  və respublika konstitusiyalarının verdiyi 
imkanlar çərçivəsində əməl etməyə çalışırdılar. Amma bu millilik 
imperiyanın sərt təpkisi ilə qarşılanırdı.  İmperiya belələrini 
müxtəlif yollarla əzirdi, milli bayramların qeyd olunmasına isə 
ciddi qadağalar qoyulurdu. 
Böyük öndər isə  fərqli yol tuturdu. Məsələn, tezliklə 
Azərbaycan cəmiyyəti xəbər tutdu ki, Heydər  Əliyevin ailəsində 
Novruz bayramı çox yüksək, təmtəraqlı, adət-ənənəmizə uyğun 
keçirilir. Məhz elə buna görə  də Novruz bayramını gizlində  də 
keçirməkdən ehtiyat edən məmurların da indi evində Novruz 
xonçası 
bəzədilirdi. Beləliklə, həmin illərdə 
tədricən 
respublikamızın hər yerində bu bayram qeyd edilməyə başlandı. 
Gah Yaz bayramı, gah Bahar bayramı, nəhayət, öz adı ilə Novruz 
bayramı kimi adlandırılmağa başlandı. Demə, bu iş üçün nə qərar 
lazım imiş, nə də göstəriş. 
Elə məsələlər vardı ki, o, doğrudan da hüquqi sənəd tələb edir. 
Məsələn, Azərbaycanın dövlət dilinin tətbiq edilməsi. Doğrudur, 
bu məsələnin qanunda əks olunması bir az gec oldu. Çünki, o 
zaman ayrılıqda bir respublika məsələ qaldıra bilməzdi ki, mən 
Konstitusiyamda belə bir dəyişiklik etmək istəyirəm. Buna 1978-
ci ildə  şərait yarandı. Təbii ki, Moskvanın göstərişi ilə 
Azərbaycan SSR Konstitusiyasında dövlət dilinin rus dili olması 

təsbit edilməliydi. Amma ümummilli liderimiz Heydər  Əliyevin 
gərgin zəhməti, nüfuzu hesabına  Əsas Qanunumuzun 73-cü 
maddəsində belə bir müddəa  əksini tapdı: “Azərbaycan SSR-in 
dövlət dili Azərbaycan dilidir”. İmperiyanın tam ruslaşdırma 
siyasətinə keçdiyi bir dövrdə bunu etmək həqiqətən böyük 
qəhrəmanlıq idi. 
Bu çətinliyi bir neçə  məsələ özündə  şərtləndirirdi.  Əvvəla 
imperiya rəhbərləri Azərbaycan türklərinin coşğunluğunu yaxşı 
bilirdi. Bilirdi ki, yüz illərdən bəridir bu xalqın torpağına, 
sərvətinə  təcavüz edib, istədiklərini ala bilsələr də, onların 
yaddaşına təcavüz edə bilməyiblər.  İndi Konstitusiyada dövlət 
dilinin Azərbaycan dili kimi təsbit olunması millətin oyanışının 
yeni mərhələsi olacaqdı. Sonrası bilirdilər ki, son illər bu məsələ 
Azərbaycanda artıq bir neçə  dəfə qabardılıb. Deməli, bu məsələ 
bir-iki nəfəri yox, respublika ictimaiyyətini narahat edən 
məsələdir. Nəhayət, 1970-1980-ci illər elə bir dövr idi ki, 
Azərbaycan sürətlə inkişaf edirdi. Milli ruh oyanmışdı. Belə ruhlu 
qabaqcıl ziyalılar respublika rəhbəri Heydər  Əliyev tərəfindən 
müdafiə olunurdular. Odur ki, SSRİ-nin türk respublikaları 
Azərbaycana, onun rəhbərinə qibləgah kimi baxırdılar. Bu fikri 
sözgəlişi gətirmədik. Rəsul Rzanın dəfn mərasimində Orta 
Asiyadan gəlmiş nümayəndə heyətlərindən birinin rəhbəri 
ümummilli liderimizə belə demişdir: “Yoldaş  Əliyev, biz 
Azərbaycana qibləmiz kimi baxırıq. Bunu siz etdiniz”. 
Ailədə də, cəmiyyətdə də belədir ki, hər kəs rəhbərin sözünü, 
göstərişini  əsas götürür. Şagird, tələbə müəlliminə  bənzəmək 
istəyir. Uşaq valideyninin, müəlliminin sözünü, hərəkətini  ən 
düzgün sayır. Odur ki, həmin illərdə Heydər  Əliyevin hər sözü, 
hərəkəti cəmiyyətdə  əksini tapırdı. 1970-ci illərdə Novruz 
bayramı ərəfəsində Şıx çimərliyi səmtində — “Dostluq” parkında 
iməcilik keçirilərkən, Heydər  Əliyev yazıçıların yanına gəlir, 
onlarla söhbətləşir, zarafat edir, deyib-gülür. Şair Qabil soruşur: 
- Yoldaş  Əliyev, Siz azərbaycanca nə gözəl danışırsınız! 
Heydər Əliyev gülümsünüb, cavab verir: 

- Qabil, sən niyə  mənim rusca gözəl danışmağıma təəccüb 
etmirsən, azərbaycanca danışmağıma təəccüb edirsən? Bu dil 
mənim ana dilimdir, mən bu dili bilməliyəm! Eləcə  də hamımız 
bilməliyik! 
O zaman bu söhbətin əks-sədası böyük oldu. Xüsusən, Heydər 
Əliyevin iclaslarda təmiz Azərbaycan dilində danışması dilini 
unutmuş məmurları silkələdi. Odur ki, insanlar dövlət idarələrinə 
müraciət edəndə artıq sıxılmır, çəkinmir, öz dilində - Azərbaycan 
dilində müraciət edirdilər. Bu isə öz-özlüyündə milli ruhumuzu 
yüksəldirdi. 
Heydər  Əliyev öz xalqını yaxşı tanıyırdı. Onun çılğın 
nümayəndələrini, qanı coşanları çəkib saxlayır, imperiyanın cəza 
maşınlarından qoruyur, imperiyanın öz siyasəti ilə onun 
dəyərlərini bərpa edir, cəmiyyətin ümumi inkişafına nail olurdu. 
Bu faktdır ki, işğalçılar həmişə azərbaycanlıların hüquqlarını 
tapdayıblar, sərvətlərini talayıblar, dilini, tarixini unutdurmağa 
çalışıblar. Ancaq xalqımız bu qovğalardan çıxıb. Onun mübarizlik 
ruhunu, azadlıq eşqini söndürə bilməyiblər. Xalqımızın 
böyüklüyü, yenilməzliyi də bundadır ki, bu uzun illərdə tarixini, 
dilini, dinini, milli-mənəvi dəyərlərini, onların saflığını qoruyub 
saxlayıb. Əlbəttə, belə işlərdə xalqın tarixi - qan yaddaşı mühüm 
rol oynayıb. Sıxıntılar, təzyiqlər içində olsa da, gənc nəslə 
kimliklərini aşılayıblar, bununla da, tarixi və milli-mənəvi 
dəyərlərini yaşadıblar. Qeyd etdiyimiz kimi, birinci dəfə 
Azərbaycana rəhbərlik edəndə Heydər Əliyev bu istiqamətdə çox 
böyük işlər gördü. Amma ötən  əsrin sonunda - müstəqilliyimizi 
əldə edəndən sonra hakimiyyəti zəbt edənlər bu dəyərləri 
qiymətləndirə bilmədilər, daha doğrusu, onları başqa məsələlər 
düşündürürdü, milli ənənələri qoruyub-yaşatmaq gücündə 
deyildilər. Xalqdan uzaq olan qüvvələr xalq mənafeyini, tarixi və 
milli dəyərləri qoruya bilməzdilər. Ancaq şüarçılıq vardı. Bu isə 
laqeydlikdən betər idi. Nə böyüyün yeri bilinirdi, nə kiçiyin. Nə 
ağsaqqal sözü eşidilirdi, nə ağbirçəyə hörmət qoyulurdu. Dövlətin 
idarə olunmasında da vəziyyət beləydi. Müdafiə naziri və yaxud 

hansısa bir hərbi hissənin komandiri Ali Baş Komandanın əmrini 
eşitmirdi, hətta ona hədə-qorxu gəlirdi. Aşağı dövlət 
strukturlarının rəhbərləri Prezidentə “dərs” verir, ona tabe 
olmaqdan imtina edir, itaətsizlik göstərirdilər. Odur ki, həm 
dövlətçilik, həm də milli ənənələr itirilirdi. Sonda isə 
Azərbaycanın büsbütün məhv olmaq təhlükəsi yarandı. 
1993-cü ilin iyun ayının  əvvəlləri ölkədə  vəziyyət belə idi. 
Artıq ölkəni xilas etmək ümidi itirilməkdəydi. Odur ki, xalq özü 
öz başına çarə  qılmalıydı. Özünə  rəhbər, lider seçməliydi. Bu 
seçimdə xalqa müdrikliyi, qan yaddaşı köməyə  gəldi. Dövlət 
quruculuğu təcrübəsi olan, Vətəninə  qırılmaz tellərlə bağlanan 
fədakar bir insanı - Heydər Əliyevi təkidli tələblərlə hakimiyyətə 
gətirdi. Gətirdi ona görə ki, əvvəlki rəhbərlərində qorxaqlıq, 
biganəlik, səriştəsizlik, vəzifəyə  hərislik və digər mənfi 
keyfiyyətlər görmüşdülər. Xalq bilirdi ki, Heydər Əliyevi Vətənə 
xidmətdən heç nə ilə qorxudub, çəkindirmək olmaz. Xalq 
rəhbərdən Azərbaycana qənim kəsilənlərə  kəskin və  qətiyyətli 
cavab gözləyirdi. Prezident Heydər  Əliyev öz xalqına arxalanıb 
bunu etdi və azərbaycançılıq ideologiyasını formalaşdıraraq, 
hüquqi, demokratik dövlət quruculuğuna başladı.  
Ümummilli liderimiz dövlətdə vəzifə tutmaq istəyən şəxslərin 
zəruri keyfiyyətlərə malik olmasına xüsusi diqqət yetirirdi: “Hər 
bir insan həyatda öz yerini tapmalıdır. Hər bir insan öz yerini 
tapanda böyük olur. Kim ki, öz biliyindən, bacarığından artıq 
iddialar edir, o, həmişə  məğlub olur”. Belə  kəlamlar istər 
dövlətçilik  ənənələrində, istərsə dövlət rəhbərinin kadr 
siyasətində, istərsə  də  hər bir kəs üçün yüz illər sonra da əsas 
götürüləcək meyarlardır. 
Ümummilli liderimiz Heydər Əliyevə görə milli ideologiyanın 
əsas komponentləri milli dövlətçilik və milli-mənəvi dəyərlərdir. 
Heydər Əliyev deyirdi: “Xalqı həmişə mənəviyyat birləşdirmişdir. 
Çünki başqa  əsaslara nisbətən mənəvi  əsaslar daha üstündür”. 
Odur ki, öz ana dilini bilməyən adamları  şikəst adamlar 
adlandırırdı. 

Ümummilli liderimiz Heydər  Əliyevin böyük səylə inkişaf 
etdirdiyi məsələlərdən biri (milli ideologiyanın tərkib hissəsi 
kimi) azərbaycançılıq xətti idi. Böyük azərbaycanlı qürurla 
bildirdi ki, “Azərbaycan dili bu gün dərin fikirləri  ən incə 
çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə 
malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hisslərdəki 
incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün 
hər hansı xalqa bir neçə minillik yaşaması lazım gəlir. 
Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, 
Azərbaycan xalqı dünyanın  ən qədim xalqlarındandır”. – Bu, 
ümummilli liderimiz Heydər  Əliyevin “Dövlət dilinin tətbiqi 
işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli 
fərmanındandır. Böyük öndərimizin imzaladığı  hər bir sənəd, 
dediyi hər bir fikir milli konsepsiyamızın formalaşmasına xidmət 
edirdi. Azərbaycan dilini dövlət müstəqilliyimizin mühüm 
qarantlarından biri adlandıran ümummilli liderimiz deyirdi ki, 
“həyatda uğur qazanmaq üçün xalqımızın, millətimizin milli-
mənəvi dəyərlərinə sadiq olmaq lazımdır, bu milli-mənəvi 
dəyərləri ümumbəşəri dəyərlərlə birləşdirib, müasir həyat tərzi 
keçirmək lazımdır”. Bu, birdən-birə avropalaşmaq istəyənlərə 
cavab idi. Milli-mənəvi dəyərlərdən uzaq düşənlər həyatda 
heçliyə doğru gedənlərdir.  
Müstəqillik qazanandan sonra Avropadan xəbərsiz 
“avropalaşanlar” milli-mənəvi dəyərlərimizi ayaqlar altına 
atırdılar. Bu tipli jurnalistlər də parnoqrafiyanı  təbliğ edən 
qəzetlər, jurnallar buraxır, asan qazanc yolu tapırdılar. Bu yolla 
xalqın yetişməkdə olan nəslin mənəviyyatına güclü zərbələr 
vururdular. Soruşanda da deyirdilər ki, biz “Avropa 
təmayüllüyük. Avropada belə şeylər adi şeylərdir”. Sadə xalq isə 
çaşıb qalırdı. Bu işdə yenə Heydər Əliyev xalqın köməyinə gəldi: 
“Ayrı-ayrı jurnallarda, qəzetlərdə parnoqrafiya səviyyəsində 
fotoşəkillər nümayiş etdirənlər nə düşünürlər?  İndi  ən inkişaf 
etmiş Avropa ölkələrində, Amerikada, başqa ölkələrdə belə şeylər 

yoxdur. Vaxtilə, nə vaxtsa olubdur. Amma indi belə  şeylər 
yoxdur”. 
Böyük siyasi xadim Heydər Əliyev Azərbaycanda hakimiyyətə 
qayıdandan sonra milli sahibkarların yetişməsinə  hər cür şərait 
yaradırdı. Onların inkişafına dövlət qayğısı göstərilirdi. Ancaq bu 
imkan və  şəraitdən sui-istifadə edib, qanunsuz yollarla 
zənginləşmək istəyənlər də artırdı. Bilən də, bilməyən də yeni 
iqtisadi münasibətləri özü bildiyi kimi izah edir, ancaq milli-
mənəvi və  əxlaqi keyfiyyətləri bununla uyğunlaşdıra bilmirdilər. 
Belə bir məqamda Heydər  Əliyev belələrinə  çılpaq bir həqiqəti 
xatırlatdı: “Bir qütbdə həddindən artıq zənginləşmiş, bəzi hallarda 
qanunsuz zənginləşmiş, öz vəzifələrindən sui-istifadə edərək 
zənginləşmiş, harınlamış insanlar və onların övladları eyş-işrət 
içərisindədir, o biri tərəfdən, çadırlarda yaşayan insanlar inildəyir, 
nə qədər əziyyətlər çəkirlər”.  
Müstəqilliyimizin ilk illəri bir çoxları Azərbaycanın yenidən 
hansısa ölkənin işğalı altında olacağını iddia edirdi. Əsas səbəb 
kimi də onun balaca bir ölkə olmasını irəli sürürdülər. Ümummilli 
liderimiz onları da cavabsız qoymadı. Böyük bir həqiqəti anlatdı 
belələrinə: “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır 
və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə  ən böyük 
məmləkət qədər güclü olur”. Bunu ümummilli liderimiz həyatda 
da sübut etdi. Vətəndaşlarımızın hüquqi savadlanması, sivil 
qanunların qəbul edilməsi, demokratik inkişafda görülən nəhəng 
işlər ölkəmizi böyük dövlətlərin cərgəsinə çıxartdı. İndi ölkəmizi 
dünya tanıyır, onunla hesablaşırlar.  İlk növbədə ona görə ki, 
dövlətimiz beynəlxalq aləmdə öz hüquqlarını müdafiə etməyi 
bacarır. Çünki onun vətəndaşları da öz hüquqlarını anlayır və 
müdafiə edə bilirlər. Bu, ümummilli liderimiz Heydər  Əliyevin 
xidmətləridir. Həmin siyasi kursu bu gün Azərbaycan Prezidenti 
İlham Əliyev uğurla davam etdirir. 
Gəlin etiraf edək ki, ölkə müxalifətini  ən çox himayə edən 
Heydər  Əliyev olub. Onların  şıltaqlığına da həmişə  təmkinlə 
dözüb. Siyasi partiyaların mətbu orqanlarının nəşriyyata olan külli 

miqdarda borcları ucbatından fəaliyyətlərini dayandırmaq 
təhlükəsi olanda Heydər  Əliyev onların köməyinə çatıb. Böyük 
öndər sağlam müxalifətin tərəfdarı idi və inanırdı ki, onlar 
dövlətin idarə olunmasında, nöqsanların aşkarlanmasında 
əhəmiyyətli rol oynayar. Ancaq ümummilli liderimiz bir 
müxalifəti qəbul etmirdi: “Kim müxalifətdə durursa-dursun, 
ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləkinə müxalifətdə 
durmasın”. Bu kəlam müxalifətə göstərilən ən düzgün yoldur. Bu 
şərtlərə əməl edən müxalifət inkişaf edər, cəmiyyətdə çəkisi olar.  
Ümummilli liderimizin ölkəmizdə apardığı geniş hüquqi islahatlar 
da milli-mənəvi dəyərlərə, humanizm ənənələrinə  əsaslanırdı. 
“Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və 
günahsıza cəza veriləndə”, — deyirdi Heydər  Əliyev. Hər bir 
hüquq işçisinə xatırladırdı: “Ədalətsizliklə  ədaləti bərpa etmək 
olmaz”, “Rüşvətxoru, oğrunu qəhrəman etmək, öz xalqına 
xəyanət etməkdir”... 
Bu gün nə qədər düşünürsən, elə bir sahə tapmırsan ki, Heydər 
Əliyev ayrı-ayrı çıxışlarında ona toxunmasın, fikrini bildirməsin
məsləhət verməsin, yol göstərməsin. Onun cild-cild kitablara 
sığmayan nitqlərini oxuduqca, görürsən ki, az qala, hər cümləsi 
bizim üçün fəaliyyət proqramıdır. Bu Böyük İnsan hər birimizi 
Azərbaycan üçün yaşamağa çağırırdı, öyrədirdi. 
Dövlətimiz bu dəyərlər üstündə ucaldı, inkişaf etdi, qüdrətli bir 
ölkəyə çevrildi. Bu gün həmin dəyərlər Azərbaycan Prezidenti 
tərəfindən daha inamla həyata keçirilir. Cəmiyyət saflaşır, 
möhkəmlənir, azərbaycançılıq ideyası bütün fəaliyyətimizdə 
meyara çevrilir. 
Bəli, ümummilli liderimiz Heydər  Əliyev 1993-cü ildə 
Azərbaycanda hakimiyyətə qayıtmaqla milli-mənəvi 
dəyərlərimizi özümüzə qaytardı, onu məhv olmaq təhlükəsindən 
xilas etdi. Bu, onun XİLASKARLIQ missiyası idi. 
 
 
Xalq qəzeti.- 2008.- 11 aprel.- S. 3. 
 

Mükərrəmoğlu M.  
 
Ulu öndərə həsr olunan beynəlxalq film festivalı 
 
Ümummilli lider Heydər  Əliyevin 85 illik yubileyinin 
keçirilməsi ilə bağlı Prezidentimizin imzaladığı  sərəncamdan 
sonra ölkəmizdə bu istiqamətdə  tədbirlər keçirilməkdədir. Yeni 
Azərbaycan Partiyasının Gənclər Birliyi və VVS şirkəti birgə ulu 
öndərin 85 illik yubileyi münasibətilə “Heydər  Əliyev” 
beynəlxalq film festivalı keçirəcəklər. 
May ayının  əvvəllərində baş tutacaq festivalda bu böyük 
şəxsiyyətin həyat yolunu, siyasi fəaliyyətini əks etdirən ən yaxşı 
filmlər nümayiş etdiriləcək. YAP Gənclər Birliyinin sədri Ramil 
Həsənovun bildirdiyinə görə, bundan sonra hər il ulu öndərin 
doğum günü ərəfəsində festivalın keçirilməsi qərara alınmışdır. 
Festivalın münsiflər heyəti məşhur sənət adamlarından, dövlət 
xadimlərindən ibarət olacaq. VVS şirkətinin direktoru Teymur 
Nəcəfzadə demişdir ki, bu layihə Heydər Əliyevə həsr olunan əsl 
kino bayramına çevriləcək. Burada müxtəlif vaxtlarda və müxtəlif 
yerlərdə hazırlanmış kinofilmlər nümayiş etdiriləcək. 
Festivalın qalib filmləri xüsusi mükafatla təltif olunacaq. 
Layihənin həyata keçirildiyi dövrdə festivalın xüsusi internet saytı 
da yaradılacaq. (www.heydar-aliyev.az) 
 
Xalq qəzeti.- 2008.- 11 aprel.- S. 4. 
 
 
Heydər Əliyev muzeyinin açılışı 
 
Aprelin 18-də Beyləqan şəhərində Heydər Əliyev 
muzeyinin açılışı olmuşdur.  
Prezident İlham Əliyev ulu öndərin adını daşıyan parkda 
yerləşən muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.  

Dövlətimizin başçısına məlumat verildi ki, 200 
kvadratmetrdən çox sahəsi olan muzeyin salonlarında Heydər 
Əliyevin respublikaya rəhbərliyinin birinci dövrünü və müstəqil 
Azərbaycanın Prezidenti olduğu illəri əks etdirən fotoşəkillər 
vardır.  
Heydər Əliyev beş dəfə – 1971, 1976, 1980, 1993 və 
1994-cü illərdə Beyləqanda səfərdə olmuşdur.  
Muzeydə həmin səfərlərlə bağlı eksponatlar ayrıca guşədə 
toplanmışdır. 
Dövlətimizin başçısı muzeylə yaxından tanış oldu, xatirə 
kitabına ürək sözlərini yazdı. 
 
Xalq qəzeti.- 2008.- 20 aprel.- S.6. 
 
 
Horadiz şəhərində Heydər Əliyev muzeyi ilə tanışlıq 
 
             Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham 
Əliyev aprelin 18-də Füzuli, Beyləqan və Biləsuvar rayonlarında 
olmuşdur. 
Əvvəlcə Horadiz şəhərinə gələn dövlətimizin başçısı 
burada Heydər Əliyev muzeyində oldu.  
Burada rayon ictimaiyyətinin nümayəndələri Prezidenti 
səmimiyyətlə qarşıladılar. 
Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti 
kəsdi, eksponatlarla tanış oldu. Muzeydə ümummilli lider Heydər 
Əliyevin həyat və fəaliyyətinə, hələ sovet dövründə Azərbaycana 
rəhbərlik etdiyi illərdə Füzuli rayonuna səfərlərinə dair 
fotoşəkillər, dahi şəxsiyyətə həsr olunmuş kitablar toplanmışdır. 
Dövlətimizin başçısı muzeyin xatirə kitabına ürək 
sözlərini yazdı.  
Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin 
nümayəndələri ilə söhbət etdi. 

Horadiz sakini: Bizim sevincimizin həddi-hüdudu yoxdur. 
Çünki ulu öndərimizin layiqli davamçısı rayonumuza gəlmişdir. 
Arzu edirəm ki, bu gəlişiniz uğurlu və bərəkətli olsun. Dünənki 
yağış, bugünkü günəş bütün bu uğurdan xəbər verir. Hazırda 
yaşadığımız bu ərazi 1994-cü ildə ulu öndərimizin səyi 
nəticəsində düşmən tapdağından azad olunmuşdur. Biz çox 
sevinirik ki, Siz bu yerləri abadlaşdırır, inkişaf etdirir və gülüstana 
döndərirsiniz. Sizin sərəncamınızla yeni qəsəbələr salındı, çadır 
şəhərcikləri ləğv olundu və biz abad qəsəbələrə köçdük. Rahat, 
geniş, işıqlı otaqlarda yaşamaq, yurdumuzun gözəl, təmiz 
havasını udmaq, suyunu içmək hamımızın arzusu idi. İnanırıq ki, 
bizim ən böyük arzumuz da gerçəkləşəcək, yəni işğal altında olan 
bütün torpaqlarımız Sizin hərtərəfli, məqsədyönlü fəaliyyətiniz 
nəticəsində düşmən tapdağından azad olunacaqdır.  
Mən hamımızın əzizi, bütün xalqımızın dərin məhəbbətini 
və hörmətini qazanmış Mehriban xanımın da hərtərəfli 
fəaliyyətini qeyd etmək istəyirəm. Biz onunla, Sizinlə fəxr edirik 
ki, xalqımızı həqiqətən işıqlı gələcəyə aparırsınız. Qarşıdan 
prezident seçkiləri gəlir. Mən rayonumuzun bütün ziyalıları 
adından əminliklə və qətiyyətlə bildirirəm ki, füzulililər artıq öz 
seçimini ediblər. Siz bizim daimi və əbədi Prezidentimizsiniz. 
Füzulililər Sizə inanırlar, Sizinlədirlər və Sizi həmişə 
dəstəkləyirlər. Siz bu sevgini, bu məhəbbəti öz səmimiyyətinizlə, 
işgüzarlığınızla və daim xalqın içində olmağınızla qazanmısınız. 
Ulu Tanrı köməyiniz olsun.  
İlham Əliyev: Sağ olun, təşəkkür edirəm sizə. Mən 
gəlmişəm ki, sizinlə görüşüm, sizə öz hörmət və məhəbbətimi 
ifadə edim, sizi dəstəkləyim. Siz ağır vəziyyətdə yaşamış 
insanlarsınız. Qeyd etdiyiniz kimi, bu ərazi işğal altında idi. 
Ermənilər bu bölgəni də işğal etmişdilər. Ondan sonra bizim 
ordumuz Horadiz qəsəbəsini işğalçılardan azad etdi. Bu qəsəbəyə 
olunan yardımlar bundan sonra da davam etdiriləcəkdir. Horadizə 
şəhər statusu verilibdir. Horadizin inkişafı üçün, bütövlükdə 
işğaldan azad olunmuş ərazilərin inkişafı üçün vəsait ayrılmışdır 

və yenə də ayrılacaqdır. Bütün çadır şəhərcikləri ləğv edilib və 
onların əvəzində yeni gözəl qəsəbələr tikilibdir. Bu onu göstərir 
ki, bizim imkanlarımız var. Bütün ərazilər işğaldan azad 
olunandan sonra biz həmin yerləri cənnətə çevirəcəyik. Biz bütün 
dağıdılmış rayonları bərpa edəcəyik, yüksək səviyyədə evlər, 
məktəblər, xəstəxanalar tikiləcəkdir. Yeni istifadəyə verilmiş 
qəsəbələrin timsalında görürük ki, nəyi biz edəcəyik. Mən çox 
şadam ki, burada işlər çox yaxşı gedir, abadlıq, inkişaf var. Daha 
da sürətlə getməlidir və Füzuli rayonunun inkişafına xüsusi diqqət 
göstərilməlidir. Siz düşmənlə üz-üzə yaşayırsınız. Sizin 
kəndlərinizin bir hissəsi təmas xəttinə lap yaxınlıqda yerləşir. 
Yəni burada yaşamaq böyük cəsarət tələb edir, böyük fədakarlıq, 
vətənpərvərlik tələb edir. Bütün bu təhlükələrə baxmayaraq siz 
burada öz doğma torpaqlarınızda yaşayır, yaradır, bu yerləri 
abadlaşdırır, uşaqları böyüdürsünüz, Azərbaycanı inkişaf 
etdirirsiniz. Ona görə siz böyük hörmətə layiq olan insanlarsınız. 
Bütün Azərbaycan ictimaiyyəti bunu bilməlidir və bilir.  
Mən buraya çoxdan gəlmək istəyirdim, ancaq eyni 
zamanda, istəyirdim ki, buraya gələndə yaxşı, xoş tədbirlərdə 
iştirak edək. Bu gün belə tədbirlər baş verəcək - qəsəbələrin 
açılışıdır, sosial obyektlərin təməlqoymasıdır. Həm tibb 
mərkəzinin, həm də elektrik stansiyasının təməlinin qoyulması bu 
bölgənin abadlaşmasına böyük dəstək olacaqdır.  
Sizə cansağlığı, uğurlar arzulayıram. Bilin ki, mən bundan sonra 
da rayonun inkişafına öz köməyimi göstərəcəyəm. 
Dövlətimizin başçısı ictimaiyyətin nümayəndələri ilə 
xatirə şəkli çəkdirdi. 
 
Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin