Azərbaycan qəzeti 2006 Almaniyadakı Nizami Gəncəvi adına Mədəniyyət


Azərbaycan.- 2007.- 16 dekabr.- S. 2



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə3/12
tarix01.01.2017
ölçüsü0,82 Mb.
#3897
1   2   3   4   5   6   7   8   9   ...   12

Azərbaycan.- 2007.- 16 dekabr.- S. 2. 
 
 

2008 
 
Azərbaycan xalqının ümummilli lideri Heydər 
Əliyevin 85 illik yubileyi haqqında 
 
Azərbaycan Respublikası Prezidentinin 
Sərəncamı 
 
2008-ci il may ayının 10-da müasir Azərbaycan dövlətçiliyinin 
banisi Heydər Əliyevin 85 illiyi tamam olur. 
Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq 
bir dövrü Heydər  Əliyevin adı ilə bağlıdır. Bu dövr ərzində 
Heydər  Əliyev Azərbaycan dövlətini və millətini zamanın  ən 
çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və 
mədəni-mənəvi tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir. 
1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən etibarən 
respublikamızın həyatında geniş vüsət alan ictimai-siyasi 
proseslər və iqtisadi islahatlar müsbətə doğru radikal 
dəyişikliklərə  təkan vermişdir. Qısa müddətdə iqtisadiyyat 
sahəsində nailiyyətlər  əldə olunmuş, mədəniyyətin yüksəlişi və 
milli-mənəvi dəyərlərin dirçəlişi istiqamətində mühüm addımlar 
atılmışdır. O illərdə Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca 
ideya istiqamətini milli özünüdərkin güclənməsinə imkan verən 
sürətli inkişaf strategiyası təşkil etmişdir. 
Heydər Əliyev həmin dövrdə özünün dövlət idarəçiliyi strateji 
proqramında mədəni və mənəvi intibahı həmişə iqtisadiyyatda və 
sənayedəki uğurlarla  əlaqələndirərək, vahid məcrada həyata 
keçirmişdir. 1969-1982-ci illərdə  həyatımızın bütün sahələrində 
baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın 
quruculuq salnaməsində  ən dolğun səhifələri təşkil edir. 
Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin 
inteqrasiyası proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev 
tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır. 

Heydər  Əliyevin idarəçilik istedadı, tükənməz enerjisi və 
misilsiz işgüzarlığı 1982-ci ildən SSRİ-nin dövlət başçılarından 
biri kimi fəaliyyət göstərdiyi və irimiqyaslı layihələrə  rəhbərlik 
etdiyi vaxtlarda özünü xüsusilə parlaq surətdə təzahür etdirmişdir. 
Həmin dövrdə Heydər Əliyev fenomeni ümumittifaq miqyasında 
etiraf olunurdu. O, ölkədə baş verən  ən ekstremal vəziyyətlərin 
aradan qaldırılmasının bilavasitə  iştirakçısı olması sayəsində 
dövlətin ən nüfuzlu siyasi xadimlərindən birinə çevrilmişdi. 
Qanlı Yanvar faciəsi ilə bağlı Heydər Əliyev tərəfindən verilən 
kəskin bəyanat artıq Azərbaycan tarixində yeni siyasi dövrün 
başlanmasını bildirirdi. O, kommunist partiyası  sıralarından 
çıxmasına dair ərizəsində kommunist rejiminin ölkəni uçuruma 
apardığını, SSRİ-nin dağılmasının labüdlüyünü açıq bəyan 
etmişdi. 
Heydər  Əliyevin Azərbaycan parlamentindəki çıxışları, 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən qəbul 
etdiyi qərarlar və Naxçıvan Ali Məclisinin binası üzərində 
üçrəngli bayrağımızı ucaltması suverenliyin qazanılması 
istiqamətində atılmış ilk addımlardandır. 
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən az sonra, 
xarici təzyiqlər və daxili çəkişmələr nəticəsində 1993-cü ilin 
iyununda vətəndaş qarşıdurması ilə üz-üzə qaldığı bir vaxtda 
xalqımız öz taleyini yalnız Heydər Əliyevə etibar etmişdir. Onun 
təkidli istəyi ilə hakimiyyətə qayıdan Heydər  Əliyev siyasi 
təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni 
vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi 
pərakəndəlikdən qurtarmış, qanunçuluğu bərpa etmiş  və 
cəmiyyəti vahid məfkurə  ətrafında birləşdirmişdir. Heydər 
Əliyevin hakimiyyətə gəlişi ilə milli birliyin təmin edildiyi günü 
xalq özünün əsl xilaskarı  şərəfinə Azərbaycanın  ən yeni tarixinə 
Milli Qurtuluş günü kimi yazmışdır. 
Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaradılması, 
beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət 
quruculuğunun böyük vüsət alması, suveren Azərbaycanın  əsas 

qanunu olan Konstitusiyanın qəbul edilməsi, vətəndaş 
cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təmin 
olunması  və yeni iqtisadi kursun müəyyənləşdirilməsi ilə bağlı 
proseslərin müvəffəqiyyətli həlli  şəxsən Heydər  Əliyevin 
xidmətləridir. 
1994-cü ildə Heydər 
Əliyevin neft strategiyasının 
reallaşdırılmasını təmin edən “Əsrin müqaviləsi”nin imzalanması 
Azərbaycan xalqının öz maddi sərvətlərinin, o cümlədən neftinin 
həqiqi sahibi kimi çıxış etməsinin təntənəsinə çevrilmişdir. Bu 
müqavilə ölkəmizin tarixində yeni dövr açmış, dinamik inkişafın 
təməlini təşkil edərək müstəqilliyimizin iqtisadi bünövrəsinin 
möhkəmlənməsi və Azərbaycanın bu gün dünyada analoqu 
olmayan templə davamlı inkişafı üçün zəmin yaratmışdır. Hazırda 
Heydər  Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməri 
xalqımızın ümummilli liderinin ideyalarının gerçəkləşməsinin 
parlaq təcəssümüdür. 
Müstəqil dövlətçiliyimizin Heydər  Əliyev tərəfindən 
formalaşdırılan mənəvi-ideoloji  əsası dünya azərbaycanlılarının 
həmrəyliyinin möhkəmləndirilməsində  həlledici rol oynamışdır. 
Azərbaycan ziyalısını son əsrlərdə ciddi düşündürən milli dirçəliş 
problemləri bütöv şəkildə Heydər  Əliyevin fəaliyyəti sayəsində 
strateji dövlət siyasətinə,  əməli siyasi müstəviyə keçmiş  və 
nəticədə azərbaycançılıq məfkurəsi  şüurlara hakim kəsilmişdir. 
İki  əsrin və iki minilliyin qovuşuğunda xalqımız məhz onun 
sayəsində milli-mənəvi dəyərləri layiqincə qoruyaraq, üçüncü 
minilliyə inamla qədəm qoymuşdur. Heydər Əliyevin adı bu gün 
bölgədə  və dünyada layiqli mövqe qazanmış Azərbaycan 
dövlətinin rəmzi kimi səslənir. 
2003-cü il dekabrın 12-də  əbədiyyətə qovuşmuş Heydər 
Əliyevi son mənzilə yola salmağa yüz minlərlə soydaşımız 
gəlmişdi. Vida mərasimində ardı-arası  kəsilməyən həmin insan 
seli isə on il əvvəl - 1993-cü ildə Vətən darda ikən millətin nicat 
yolunu Heydər  Əliyevin simasında görənlərin birliyindən 
yaranmışdı. Bu möhtəşəm izdihamı ilə xalq ən kədərli günündə 

həmrəylik nümayiş etdirməklə Heydər  Əliyevin ruhu qarşısında 
mənəvi borcunu ödəyir, Heydər  Əliyev ideyalarına sonsuz 
sədaqətini ifadə edirdi. 
Çoxəsrlik dövlətçiliyimiz tarixində xüsusi yeri olan Heydər 
Əliyevin fəaliyyəti öz əhəmiyyəti etibarilə Azərbaycanın 
hüdudlarından çox-çox kənara çıxır. Beynəlxalq aləmdə  cərəyan 
edən proseslərə  təsiri baxımından həmişə seçilən və qlobal 
dünyanın ən aktual çağırışlarına cavab verən Azərbaycan rəhbəri 
zəmanəmizin tanınmış siyasi xadimləri sırasında  şərəfli yer 
tutmuşdur. 
Özünün zəngin siyasi fəaliyyəti sayəsində ölkəmizin hərtərəfli 
inkişafı prosesinə qüvvətli təkan verərək, onu daimi yüksəliş 
yoluna çıxaran Heydər  Əliyevin Azərbaycan xalqı  və dövləti 
qarşısında misilsiz tarixi xidmətlərini, o cümlədən xalqımızın 
müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik 
ideyasının gerçəkləşdirilməsində  və müasir Azərbaycan 
dövlətinin yaşadılmasında müstəsna rolunu nəzərə alaraq qərara 
alıram: 
1. Azərbaycan Respublikasında Azərbaycan xalqının 
ümummilli lideri Heydər  Əliyevin 85 illik yubileyi dövlət 
səviyyəsində geniş qeyd edilsin. 
2. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı  və 
Azərbaycan Respublikasının Nazirlər Kabineti aidiyyəti 
qurumlarla birlikdə Azərbaycan xalqının ümummilli lideri Heydər 
Əliyevin 85 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planını 
hazırlayıb həyata keçirsin. 
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu 
Sərəncamdan irəli gələn məsələləri həll etsin.  
 
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti 
   
Bakı  şəhəri, 11 mart 2008-ci il 
 
Azərbaycan.- 2008.- 12 mart.- S. 1. 

Əliyev Q. 
 
Azərbaycançılıq ideologiyasının banisi 
 
Heydər Əliyev: "Mən fəxr edirəm ki, 
azərbaycanlıyam" 
 
Azərbaycan xalqı  qədim tarixə, zəngin mədəniyyətə malikdir. 
Xəzərin sahillərində yerləşən, Qərblə  Şərqin qovuşduğu bir 
məkan olan Azərbaycan qədim dövrlərdən təkcə tükənməz təbii 
sərvətlər mənbəyi və neft diyarı kimi yox, həm də böyük tarixi 
şəxsiyyətlər, elm, mədəniyyət və incəsənət xadimləri yetirən bir 
məmləkət kimi tanınmışdır. Qədim dövrlərdən başlayaraq 
bugünümüzə kimi Azərbaycan xalqının gözəl adət-ənənələrini, 
milli-mənəvi dəyərlərini, etnik psixoloji xüsusiyyətlərini özündə 
yaşadan və birləşdirən bir baxışlar sistemi kimi azərbaycançılıq 
ideologiyası yaranmış və formalaşmışdır. Babək, Koroğlu, Qaçaq 
Nəbi, Mehdi Hüseynzadə kimi qəhrəmanlarımız, Nizami, Füzuli, 
Nəsimi, Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Səməd 
Vurğun, Nəsirəddin Tusi, Yusif Məmmədəliyev, Bəhmənyar kimi 
dahi şair və yazıçılarımız, Cavanşir, Məhəmməd Cahan Pəhləvan, 
Şah  İsmayıl Xətai, Nəriman Nərimanov, Fətəli Xan Xoyski, 
Əlimərdan bəy Topçubaşov kimi dövlət xadimlərimiz 
azərbaycançılıq ideyalarının yaranmasında, formalaşmasında, 
qorunmasında və yayılmasında mühüm rol 
oynamışlar.Azərbaycançılıq ideologiyası XX əsrin  
ikinci yarısında özünün daha dinamik və yüksək inkişaf 
mərhələsinə  qədəm qoymuşdur. Bu, bilavasitə XX əsrin ikinci 
yarısından başlayaraq dövlət və siyasət səhnəsinə çıxmış, özünün 
titanik fəaliyyəti ilə dünya siyasətinin korifeylərindən birinə 
çevrilmiş, zəmanəmizin görkəmli ictimai-siyasi və dövlət xadimi, 
böyük tarixi şəxsiyyət və dünya azərbaycanlılarının ümummilli 
lideri olan Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olmuşdur.  

1969-cu il iyul ayının 14-də Azərbaycan rəhbəri seçilən 
Heydər  Əliyev sonrakı 34 illik fəaliyyəti dövründə Azərbaycan 
xalqının və millətinin  şanını,  şöhrətini, qürurunu və iftixarını 
bütün dünyaya tanıtmış  və dünyanın  ən böyük azərbaycanlısı  və 
dünya azərbaycanlılarının ümummilli lideri adını qazanmışdır.  
Dünya  şöhrətli siyasətçi olan Heydər  Əliyev siyasi həyatın və 
dövlət qurulucuğunun digər sahələrində olduğu kimi, 
azərbaycançılıq ideologiyasının formalaşmasında və inkişafında 
da misilsiz xidmətlər göstərmişdir. 
Bəs azərbaycançılıq ideologiyasının formalaşmasında Heydər 
Əliyevin oynadığı özünəməxsus rol nədən ibarətdir?  
İlk növbədə Heydər  Əliyevin uzun müddət dövlət idarəçiliyi 
sistemində fəaliyyət göstərən bir tarixi şəxsiyyət kimi əldə etdiyi 
nailiyyətlər bütün dünyada "Azərbaycan" və "azərbaycanlı" 
sözlərinin mahiyyətini, dəyərini və tutumunu xeyli artırmışdır. 
Heydər Əliyev dünya siyasətində mühüm rol oynayan və o dövrdə 
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə bərabər səviyyədə götürülən 
SSRİ Dövlət Təhlükəsizliyi Komitəsində 20 il fəaliyyət 
göstərdikdən, Azərbaycan DTK-nın sədri olduqdan və  həmin 
sistemdə ilk azərbaycanlı olaraq general-mayor hərbi rütbəsi 
aldıqdan sonra, Azərbaycan Kommunist Partiyası  Mərkəzi 
Komitəsinin birinci katibi kimi və 14 il bu ağır vəzifədə işləyərək 
SSRİ-nin o zaman geridə qalmış aqrar bir respublikası olan 
Azərbaycanı  həmin dövrdə qabaqcıl və inkişaf etmiş bir 
respublika səviyyəsinə  gətirib çıxardıqdan sonra və  ən nəhayət, 
yenə  də dünyada ilk azərbaycanlı kimi SSRİ Nazirlər Soveti 
sədrinin birinci müavini və Sovet İttifaqı Kommunist Partiyası 
Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü kimi bütün türk-
müsəlman dünyasının təmsilçisi olaraq bu mühüm dövlət və 
partiya postunda Azərbaycan dövlətini və xalqını bütün dünyada 
tanıdandan və  şöhrətini bütün dünyaya yayandan sonra iftixar 
hissi ilə belə demişdir: "Mən həmişə fəxr etmişəm və bu gün də 
fəxr edirəm ki, azərbaycanlıyam". 

Bütün dünyanın nəzərində Azərbaycan xalqı  dahi  elm,  sənət, 
mədəniyyət xadimləri yetirən bir xalq olmaqla bərabər, həm də 
böyük siyasətçi və dövlət xadimi yetirə bilən bir xalq imici 
qazandı. Və o zaman SSRİ-nin bir çox regionlarında 
azərbaycanlılara adətən qara fəhlə  və yaxud bazarda alver edən 
xalq kimi baxan insanların da baxışlarında köklü dəyişikliklər baş 
verdi. Heydər  Əliyev öz varlığı  və siyasi fəaliyyəti ilə bütün 
dünyada olan azərbaycanlılara hörmət və ehtiram qazandırdı. 
Onun azərbaycançılıq qarşısında  ən böyük xidmətlərindən biri 
məhz bundan ibarətdir.  
Bundan  əlavə, Heydər Əliyev azərbaycançılıq ideologiyasının 
elmi-nəzəri bazasının müasir dövrün tələbləri  əsasında 
formalaşmasında da mühüm rol oynamışdır. Heydər  Əliyev 
demişdir: "Milli ideologiyamız tarixi keçmişimizlə, millətimizin 
adət-ənənələri ilə, xalqımızın, dövlətimizin bugünü və gələcəyi ilə 
bağlı olmalıdır. Bu ideologiya bütün xalqın, dövlətin mənafeyinə 
uyğun olmalı, müxtəlif sosial təbəqələrin, siyasi partiyaların bir 
ideya ətrafında birləşməsinə yol açmalıdır".  
Başqa sözlə, "kim müxalifətdə durursa-dursun, ancaq 
Vətəninə, xalqına, mənəviyyatına, məsləyinə müxalifətdə 
durmasın" deyərək o, bütün azərbaycanlıları vahid bir ideya 
ətrafında birləşməyə, milli birliyə çağırırdı.  
Heydər  Əliyev milli ideologiyamızın  əsasını  təşkil edən 
azərbaycançılıq ideologiyasının  əsas prinsiplərinin "dövlətçilik" 
və "milli vətənpərvərlik"dən ibarət olduğunu dəfələrlə 
vurğulamışdır. Onun söylədiyi "Dövlətçilik Azərbaycanın 
müstəqilliyini,  ərazi bütövlüyünü qoruyub saxlamaqdır, 
Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir, dövlətçilik hər 
bir vətəndaşın qəlbində olmalıdır. Ona görə  hər bir vətəndaş 
vətənpərvərlik hissləri ilə yaşamalıdır" fikri hər bir 
azərbaycanlının qəlbinə hakim kəsilmişdir.  
Ümummilli liderimiz Heydər  Əliyev müxtəlif yığıncaqlardakı 
çıxışlarında dəfələrlə vurğulamışdır ki, bizim bütün təbliğatımız, 
bütün dövlət orqanları Azərbaycanda dövlətçiliyi inkişaf etdirmək 

üçün hər bir vətəndaşda milli vətənpərvərlik hissləri yaratmalıdır. 
Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü 
olmalıdır ki, o, milli mənafeyi  şəxsi mənafeyindən, öz şəxsi 
yaşayışından, öz şəxsi həyatından - hər  şeydən üstün tutsun. 
Heydər  Əliyevin söylədiyi bu fikirlər hansısa  şairin, yazıçının, 
alimin və yaxud dövlət işçisinin haradasa söylədiyi fikirlər deyil, 
bu, ömrünün 50 ildən çoxunu dövlət işində  işləmiş  və yuxarıda 
söylənilən prinsipləri öz siyasi fəaliyyətində  əsas qanun kimi 
götürmüş dünya şöhrətli bir şəxsiyyətin həyat fəaliyyətinin əsasını 
təşkil edən prinsiplərdir. Heydər Əliyevin Vətəni sevməsi adi bir 
vətəndaşın öz vətənini sevməsi demək deyildir. Bu, bütün ömrünü 
canından artıq sevdiyi Vətəninə  həsr etmiş tarixi bir şəxsiyyətin 
sevgisidir: "Mən fəxr edirəm ki, azərbaycanlıyam" kəlamı Heydər 
Əliyevin dilindən səsləndikdən sonra dünyanın bütün ölkələrində 
yaşayan azərbaycanlılar da öz milli mənşəyini, azərbaycanlı 
olduqlarını gizlətmədən, iftixar və qürur hissləri ilə bəyan etməyə 
başladılar. Dahi rəhbərin "Azərbaycanın dövlət müstəqilliyi 
dönməzdir, əbədidir, sarsılmazdır" kəlamı da bu gün bütün dünya 
azərbaycanlılarının mübarizə simvoluna çevrilib. Heydər Əliyevin 
milli qeyrətindən və  vətənpərvərliyindən qaynaqlanan bu fikir 
bizim gələcəyə inamımızı artırır, bizi mübarizələrə  səsləyir və 
zaman-zaman da səsləyəcəkdir. Heydər Əliyevin azərbaycançılıq 
ideologiyasının bütün sahələrinə daxil olan hər bir məsələ ilə 
əlaqədar fəaliyyətilə bağlı cild-cild kitablar yazılmışdır və bundan 
sonra da yazılacaqdır.  
İlk növbədə Azərbaycan xalqı və milləti ilə bağlı onun göstərdiyi 
xidmətə  nəzər salaq. 70-ci illərə  qədər Azərbaycan xalqı  əsasən 
kənd yerlərində yaşayan, kustar əkinçiliklə, qoyunçuluq-
maldarlıqla, xırda sənətkarlıqla və ticarətlə  məşğul olan bir xalq 
idi. 70-80-ci illərdə Azərbaycanın bütün şəhər və  kəndlərində 
sistemli və məqsədyönlü şəkildə işə salınan saysız-hesabsız zavod 
və fabriklər bütün əhalini nizam-intizamlı, bilikli və  təhsilli, 
sənaye  əsaslı  əməyə  cəlb etdi. Respublikamızda nizam-intizam 
möhkəmləndi, cinayətkarlıq xeyli azaldı  və qeyri-sağlam həyat 

tərzinə imkan və  şərait qalmadı. Azərbaycan xalqı keçmiş SSRİ 
məkanında və dünyada işgüzar,  əməksevər xalq imici qazandı. 
Əhalinin sosial tərkibində köklü dəyişiklik baş verdi. Sənaye 
müəssisələrində 
işləyən fəhlələrdən, texniklərdən, 
mühəndislərdən, ustalardan və s. ibarət böyük sosial qruplar 
formalaşdı.  
Heydər  Əliyevin Azərbaycan xalqının təhsillənməsi, 
maariflənməsi və savadlanması istiqamətində apardığı 
düşünülmüş siyasəti təqdirəlayiq idi. Bütün rayonlarımızda və 
kəndlərimizdə saysız-hesabsız məktəblər, uşaq bağçaları, klub və 
mədəniyyət evləri, kinoteatrlar, kitabxanalar və  s.  kimi  mədəni-
maarif müəssisələri və ictimai-iaşə obyektləri tikildi. Azərbaycan 
xalqının böyük bir hissəsini təşkil edən  əmək adamlarının, fəhlə 
və kəndlilərin balaları yüksək səviyyədə orta təhsil alaraq Heydər 
Əliyevin birbaşa rəhbərliyi, qayğısı və nəzarəti, "Qoy ədalət zəfər 
çalsın" devizi altında apardığı siyasətin nəticəsində ali məktəblərə 
qəbul olundular. Təkcə azərbaycanlı  gənclərin keçmiş SSRİ-nin 
ali məktəblərinə seçilib göndərilməsi (hər il 800-900-a qədər  ən 
savadlı, qabiliyyətli azərbaycanlı  gənclər yola salınırdı) siyasəti 
ilə onun azərbaycançılığa etdiyi xidməti heç nə ilə ölçmək olmaz. 
Bu gün həmin gənclər həm müstəqil Azərbaycan Respublikasının 
dövlət quruculuğunda, həm də bütün dünyaya səpələnərək bir çox 
sahələrdə böyük fəaliyyət göstərirlər. Azərbaycanlı neftçi 
ailələrinin Qərbi Sibirə, Tümenə  və keçmiş SSRİ-nin digər 
müxtəlif regionlarına göndərilməsinin arxasında da böyük siyasət 
dayanırdı. Bu siyasət özlüyündə dünyada Azərbaycan 
diasporunun yaranmasında və formalaşmasında mühüm rol 
oynamışdır.  
Sovetlər Birliyi tərkibində olduğumuz zamanlarda Azərbaycan 
şampan  şərabının sədası Fransa sərgilərindən, Ağdam,  Şamaxı 
çaxırlarının, Tovuz, Göyçay, Kəpəz, Gəncə konyaklarının şöhrəti 
Kremldən gəlir, SSRİ elitasının süfrəsini bəzəyirdi. 
SSRİ Xalq təsərrüfatı malları  sərgisində  hər il yüzlərlə növ 
məhsul Azərbaycan emblemi ilə nümayiş etdirilirdi. Azərbaycan 

əməkçiləri 12 il dalbadal Ümumittifaq sosializm yarışının qalibi 
kimi bütün dünyada əməksevər xalq imici qazanmışdı. Hər il 
SSRİ iqtisadiyyatına 200-dən artıq sənaye məhsulları göndərilirdi. 
Azərbaycan üzümçülərinin, pambıqçılarının, tütünçülərinin, 
meyvə-tərəvəzçilərinin  şöhrəti bütün dünyaya yayılırdı. SSRİ 
dağıldıqdan sonra biz keçmiş SSRİ miqyasında bir çox sahələrdə, 
o cümlədən də neft maşınqayırması sahəsində olan mövqelərimizi 
itirdik. Sovet İttifaqının müxtəlif  ərazilərində, Qərbi Sibir, 
Tümen, Uzaq Şərq kimi neft-qaz rayonlarında  əsas neft qazma-
kəşfiyyat işlərini aparmış, Azərbaycanın neftçi alimləri, eləcə  də 
Xəzər dənizinin Türkmənistan, Qazaxıstan və Rusiya 
sektorlarında aşkar edilən bütün neft və qaz yataqlarını 
Azərbaycan neftçi alimləri, geoloqları, fəhlələri aşkar etmişdilər. 
Azərbaycan neft maşınqayırması  məhsulları ilə bütün SSRİ 
məkanını təmin edirdi. Azərbaycan Neft və Kimya Akademiyası 
bütün SSRİ-ni, Afrikanı, Yaxın və Orta Şərq ölkələrini neftçi alim 
və mütəxəssislərlə  təmin edirdi. Həmin institutun yetirməsi 
Eduard Duş Santuş  Həbəşistan Respublikasının Prezidenti 
seçilmişdi. 
SSRİ-nin dağılması ilə sadalanan nailiyyətlərin bir çoxunu 
Azərbaycan Respublikası itirdi, bu, özlüyündə xarici dövlətlərlə 
respublikamızın iqtisadi, siyasi və  mənəvi  əlaqələrinin 
zəifləməsinə  və beynəlxalq aləmdən təcrid olunmasına gətirib 
çıxardı. Azərbaycan Respublikası 1988-1993-cü illərdə 
beynəlxalq aləmdə ancaq ərazisində müharibə gedən, qeyri-stabil 
inkişaf edən, iqtisadiyyatı geriləyən və  tənəzzül edən bir 
respublika imici qazandı. 
1993-cü il 15 iyunda ümummilli lider Heydər  Əliyevin 
yenidən hakimiyyətə qayıdışı ilə bütün bu geriləmələrə son 
qoyuldu.  İlk öncə Azərbaycan neftinin əvvəlki  şöhrətini 
qaytarmaq, onun zəngin neft və qaz ehtiyatlarına dünyanın aparıcı 
dövlətlərini və şirkətlərini cəlb etmək xətti götürüldü. 1994-cü il 
sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi"ndə dünyanın 8 
qabaqcıl ölkəsinə  məxsus olan 11 transmilli şirkət iştirak edirdi. 

Daha sonra qısa zaman kəsiyində dünyanın 15 aparıcı ölkəsinə 
məxsus olan 33 şirkəti ilə 20-dən artıq beynəlxalq  əhəmiyyətli 
neft müqavilələri bağlandı ki, bu müqavilələrin nəticəsində 30 il 
müddətinə Azərbaycan neft sənayesinə 100 milyard ABŞ 
dollarından artıq vəsait qoyulması  və 4 milyard tondan çox neft 
çıxarılması 
nəzərdə tutulurdu. 
 
Ümummilli liderimiz Heydər  Əliyevin müdrik siyasəti 
nəticəsində hazırlanmış yeni neft strategiyasının həyata 
keçirilməsi nəticəsində  qısa müddət  ərzində Bakı-Novorossiysk 
və Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri çəkilmişdir. 
Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, Bakı-Batumi-Qars dəmir 
yolunun, Yeni İpək yolunun çəkilişinə başlanması ilə Azərbaycan 
dünyanın nəzərində yenidən öz tarixi şöhrətini bərpa etdi. Bu gün 
Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyanın  ən yüksək 
sürətlə inkişaf edən dövlətlərinin cərgəsində özünə yer almışdır. 
Azərbaycan neftinin şan-şöhrəti bərpa olunmuş, onun qeyri-rəsmi 
pasportu rolunu oynayan "Odlar yurdu" "neft ölkəsi" adı ilə 
yenidən dünyanın nəzərini cəlb etmişdir. Bir sözlə, ümummilli 
liderimiz Heydər Əliyevin yeni neft strategiyasının uğurla həyata 
keçirilməsi nəticəsində Azərbaycan yenidən dünyada tanınmış və 
məşhurlaşmışdır.  
Ümummilli liderimiz müasir dünyada idmanın oynadığı rolu 
düzgün dəyərləndirərək Azərbaycan idmanının dirçəlməsi, 
ölkəmizdə olimpiya hərəkatının başlaması üçün də təxirəsalınmaz 
tədbirlər görülməsinin vacibliyini vurğulayaraq demişdir: "İdman 
kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən 
ikinci bir vasitə yoxdur". 
 
Cənab  İlham  Əliyev Milli Olimpiya Komitəsinə prezident 
seçilmiş, nəticədə  qısa zaman ərzində Azərbaycanda idman və 
olimpiya hərəkatı böyük vüsət almış, dünya idmanı  sırasında 
layiqli yer tutmuşdur. Azərbaycan 2013-cü ildə Beynəlxalq Yay 
Olimpiya Oyunlarına ev sahibi olmaq təşəbbüsü ilə çıxış etmişdir. 
Artıq bunun üçün hər cür şərait var. Əgər bu, baş tutarsa, 
Azərbaycan Respublikasının dünyada nüfuzunun nə  qədər 

artacağını 
təsəvvür etmək çətin deyil. 
 
Heydər  Əliyevin azərbaycançılıq ideologiyası qarşısında 
xidmətlərindən biri də keçmiş SSRİ-nin Moskva, Sankt-
Peterburq, Ulyanovsk, Rostov, Taqanroq kimi şəhər və 
vilayətlərində Azərbaycanla bağlı abidələr qoyulması, elm və 
incəsənət xadimlərinin yubileylərinin keçirilməsi, Azərbaycanın 
görkəmli şəxsiyyətlərinin adlarına heykəllərin qoyulması, küçə və 
meydanlara adların verilməsi sahəsində göstərdiyi xidmətdir. 
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Sov.İKP MK 
Siyasi Bürosu üzvü kimi Moskvada fəaliyyət göstərərkən Nizami 
Gəncəvinin "Xəmsə"sinin Moskvada çap edilməsi, Qara 
Qarayevin SSRİ  Bəstəkarlar  İttifaqının katibi, Tahir Salahovun 
SSRİ  Rəssamlar  İttifaqının birinci katibi kimi fəaliyyəti, Fikrət 
Əmirovun "Min bir gecə" baletinin bütün İttifaq televiziyası ilə 
göstərilməsi, "Nizami", "Dədə Qorqud", "Babək", "Nəsimi" və 
digər milli ruhlu tarixi bədii filmlərin SSRİ ekranlarına çıxması, 
xarici ölkələrə  səfərlər zamanı azərbaycanlıların da nümayəndə 
heyətlərinin tərkibinə daxil edilməsi Heydər  Əliyevin bu 
ideologiya sahəsində göstərdiyi xidmətlər sırasındadır.  
Müstəqillik dövründə Azərbaycana rəhbərlik edərkən Heydər 
Əliyevin təşkilatçılığı ilə Bakıda Məhəmməd Füzulinin 500 
illiyinin, "Dədə Qorqud" dastanının 1300 illiyinin dünya 
səviyyəsində qeyd olunması, dünya şöhrətli musiqiçi 
M.Rostropoviçin Azərbaycana dəvət olunub dəfələrlə 
konsertlərinin təşkil edilməsi, xarici səfərlərdə dünyanın 
Vaşinqton, Paris, London, Tokio, Roma, Moskva və s. böyük 
şəhərlərində neft müqavilələrinin imzalanmasıyla dünyanın 
diqqətini Azərbaycana yönəltməsi onun azərbaycançılıq 
ideologiyasına verdiyi layiqli xidmət nümunələridir. Heydər 
Əliyev Siyasi Büro üzvü kimi Moskvada fəaliyyət göstərərkən 
Azərbaycan mədəniyyəti ilə bağlı tədbirləri tez-tez təşkil edir, özü 
şəxsən həmin tədbirlərdə digər dövlət xadimləri ilə bərabər iştirak 
edir, tabeliyində olan qurumların rəhbərlərini də bu işə  şəxsən 
cəlb edirdi. Bu onun milli vətənpərvərlik hisslərinin yüksək 

olmasından, öz xalqına və millətinə  nə  qədər bağlı olmasından 
xəbər verirdi.  
Azərbaycan dilinin dövlət dili statusu alması, onun bir ünsiyyət 
vasitəsi kimi bugünkü səviyyədə inkişaf etməsi, qrammatik elmi 
əsaslarının yaradılması, latın qrafikinə keçilməsi məsələləri də 
Heydər Əliyevin birbaşa xidməti sayəsində mümkün olmuşdur. 
Heydər  Əliyevin Azərbaycana rəhbərlik etdiyi sovet 
hakimiyyəti dövründə o, qədim tarixi adlarımızın, milli 
ziyalılarımızın qorunub-saxlanmasında mühüm xidmətlər 
göstərmişdir. O zaman Heydər  Əliyevin təşəbbüsü ilə 
Kirovabadın bir hissəsində Yeni Gəncə qəsəbəsi salındı. Şəhərin 
köhnə hissəsi iki inzibati rayona bölündü. Şəhərin qədim hissəsi 
olan bir rayona Kəpəz adı, digər bir rayona isə Nizami adı verildi. 
Milli ziyalılarımızın qorunması sahəsində Heydər  Əliyevin 
göstərdiyi xidmətlər Azərbaycanda milli oyanışın baş verməsinə, 
milli ruhun dirçəlməsinə  səbəb olurdu. Heydər  Əliyev 
uzaqgörənliklə sanki SSRİ-nin yaxın gələcəkdə dağılacağını 
görürmüş kimi ziyalılarımızı  hər cür təzyiqlərdən məharətlə 
qoruyurdu. Bir zaman "Gülüstan" poemasını yazan Bəxtiyar 
Vahabzadə dövlət mükafatı alaraq Azərbaycanın xalq deputatı 
seçilməklə toxunulmazlıq statusu qazandı. Ziya Bünyadov 
Azərbaycanın Rusiya tərkibinə daxil olmasının 150 illiyi tamam 
olarkən müstəmləkəyə çevrildiyimiz tarixi özümüzə bayram 
etdirərək guya Azərbaycanın çar Rusiyası tərkibinə könüllü daxil 
olduğunu yazan alimlərə cavab olaraq bildirmişdi ki, Azərbaycan 
Rusiyanın tərkibinə könüllü deyil, zorakılıqla daxil edilmişdi, 
daha doğrusu, çar Rusiyası Azərbaycanı  işğal etmişdi. Həmin 
dövrdə Ziya Bünyadov da məhz Heydər  Əliyevin qayğısı 
sayəsində dövlət mükafatı almışdı. 70-80-ci illərdə keçmiş SSRİ 
rəhbərlərindən heç biri milli məsələyə, milli hisslərə Heydər 
Əliyev qədər dərin bələd olmamış və diqqət göstərməmişdir.  
Ümummilli liderimiz Heydər  Əliyevin Azərbaycan xalqı  və 
dövləti, eləcə  də azərbaycançılıq ideologiyası qarşısında 
göstərdiyi çox mühüm əhəmiyyətli məsələlərdən biri də 

Azərbaycan diasporunun inkişaf etdirilməsi və təşkilatlandırılması 
olmuşdur. Dünyanın müxtəlif ölkələrinə  səpələnmiş, on illərlə 
başqa millət və xalqların içərisində yaşayaraq öz milli-mənəvi 
dəyərlərinə yadırğamış olan dilini, dinini, adət-ənənələrimizi 
unutmaq dərəcəsinə  gələn minlərlə soydaşımızın yenidən bir 
araya gəlməsi üçün Heydər  Əliyev kimi dünyada tanınan 
şəxsiyyətə ehtiyac var idi. 
Maraqlıdır ki, xaricə axının statistikasına görə XX əsrin 60-70-ci 
illərinə  qədər Azərbaycan Respublikası  və azərbaycanlılar aşağı 
yerlərdən birini tuturdular. Buna səbəb kimi azərbaycanlıların öz 
vətəninə, torpağa,  əkin-biçinə bağlılığını, habelə  həmin dövrdə 
Azərbaycanın  əsasən geridə qalmış aqrar kənd təsərrüfatı ölkəsi 
olmasını, azərbaycanlıların isə təhsil səviyyəsinin aşağı olmasını, 
rus və başqa Avropa dillərini zəif bilmələrini göstərmək olar. 
Məhz 70-80-ci illərdə Azərbaycan Respublikasının coşqun sosial-
iqtisadi inkişaf sürəti götürməsi, ölkədə  sənayeləşmənin, aqrar-
sənaye komplekslərinin inkişaf etdirilməsi və hər il minə qədər ən 
savadlı Azərbaycan gəncinin SSRİ-nin qabaqcıl təhsil 
mərkəzlərinə oxumağa göndərilməsi nəticəsində bütün SSRİ 
məkanında güclü Azərbaycan diasporunun təşkilatlanması  və 
inkişafı üçün zəmin yarandı. 
Eyni zamanda məhz Heydər  Əliyevin birbaşa rəhbərliyi və 
qayğısı sayəsində Azərbaycanda 70-80-ci illərdə milli 
özünüdərkin yüksəlişi başlandı. Yazıçı  və  şairlərin  əsərlərində, 
milli ruha, millət və xalq anlayışlarına, Azərbaycan dili ilə bağlı 
məsələlərə önəm verildi. Heydər  Əliyevin hakimiyyətinin sovet 
dövründə dünya azərbaycanlılarının təşkilatlanması, onlarla 
Azərbaycan arasında  əlaqələrin qurulması istiqamətində xeyli iş 
görüldü.  
Xaricdə yaşayan həmvətənlərimizlə Azərbaycan Mədəni 
Əlaqələr Cəmiyyətinin yaradılması  həmvətənlərimizin birliyinə 
xidmət edən mühüm bir addım idi.  
Məhz bütün bunların nəticəsində 80-ci illərin sonlarında SSRİ-
nin dağılması  ərəfəsində Azərbaycan xalqının yüksək milli-

azadlıq ruhu özünü qabarıq şəkildə büruzə verdi. 1989-cu ilin 31 
dekabr günündə o taylı-bu taylı azərbaycanlılar Azərbaycan-İran 
və Azərbaycan-Türkiyə sərhədi boyunca uzanan tikanlı məftilləri 
söküb bir xalqın ikiyə bölünməsinə etiraz edərək öz 
həmrəyliklərini bildirdilər. Bu, Azərbaycan tarixində  ən 
əhəmiyyətli hadisələrdən biri idi. Azərbaycanlıların nümayiş 
etdirdikləri bu milli həmrəylik dünyanı  lərzəyə saldı. 
1991-ci il dekabr ayının 16-da o vaxt Naxçıvan Muxtar 
Respublikası Ali Məclisinin Sədri işləyən Heydər  Əliyev 31 
dekabr gününün Azərbaycan tarixinə milli həmrəylik günü kimi 
daxil olmasının təşəbbüskarına çevrildi. Naxçıvan MR Ali 
Məclisinin sessiyasında Heydər Əliyevin təşəbbüsü əsasında milli 
həmrəylik və birlik gününün təsis olunması ilə bağlı qərar qəbul 
edildi. Qərarda deyilirdi: "Çoxəsrlik zəngin tarixə malik olan 
Azərbaycan öz inkişafının müxtəlif mərhələlərində  dəfələrlə 
xarici istilaya məruz qalmış, onun torpaqları  zəbt edilmiş  və 
parçalanmış, dövlət müstəqilliyi və suverenliyi əlindən 
alınmışdır..." 
Qərarda göstərilirdi ki, Naxçıvanda təşkil olunan "Sərhəd 
hərəkatı" Azərbaycanın ikiyə bölündüyü 150 ildən artıq bir dövr 
ərzində ilk dəfə olaraq Arazın o tayında, bu tayında olan 
həmvətənlərin ünsiyyətini yaratdı. 1989-cu il dekabrın 31-i dünya 
azərbaycanlılarının həmrəylik bayramına çevrildi. Odur ki, 31 
dekabr gününün hər il geniş qeyd edilməsi təklifi irəli sürüldü.  
Müstəqillik dövründə Heydər  Əliyev azərbaycançılığın 
bayraqdarı olmuş, müstəqil dövlətimizin simvolu olan üçrəngli 
bayrağımızı BMT-nin, Avropa Şurasının və digər beynəlxalq 
təşkilatların və dövlətlərin  ən görkəmli yerlərində qaldırmış  və 
Azərbaycanın himnini dəfələrlə səsləndirmişdir. Ümummilli lider 
Heydər  Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu 
gün dünya miqyasında sivil, hüquqi, demokratik, dünyəvi bir 
respublika kimi tanınır və böyük perspektivlərə malik bir ölkə 
kimi qəbul edilir. 

Müstəqil Azərbaycan Respublikasının Prezidenti olduqdan 
sonra artıq daha böyük səlahiyyətləri olan Heydər Əliyev xaricdə 
məskunlaşmış soydaşlarımızla  əlaqələri dövlətimizin xarici 
siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. Dünya 
azərbaycanlılarının əsl həmrəyliyinin yaradılması yolunda 1997-ci 
il dekabrın 27-də Respublika sarayında keçirilən toplantı  əsas 
addımlardan biri oldu. Həmin toplantıda ümummilli liderimizin 
dərin məzmunlu çıxışında deyilirdi: "Biz - bu torpaqda yaşayan 
azərbaycanlılar başqa ölkələrdə yaşayan soydaşlarımız haqqında 
həmişə düşünmüşük, onlarla əlaqə yaratmaq istəmişik və onlarla 
həmrəyliyimizi bildirməyə çalışmışıq... Bugünkü müstəqil 
Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının 
dayağıdır və bütün dünya azərbaycanlıları üçün örnəkdir... 
Azərbaycan xalqı, Azərbaycan milləti yaşayıb, yaşayır və 
yaşayacaqdır!" Heydər  Əliyev dünya azərbaycanlılarının tarixi 
Vətənlə  hərtərəfli münasibətini, milli özünəməxsusluğunu 
qorumağı, diasporlararası  əlaqələri genişləndirməyi və xaricdə 
yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsini çox önəmli 
hesab edirdi. 2001-ci ilin 9-10 noyabrında Dünya 
azərbaycanlılarının Bakıda keçirilmiş I qurultayı dünya 
azərbaycanlılarının vahid ideya - azərbaycançılıq ideyası ətrafında 
daha sıx birləşməsi yolunda əhəmiyyətli bir addım oldu. 2002-ci 
ilin 5 iyulunda Prezident Heydər  Əliyevin fərmanı ilə Xarici 
Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin 
yaradılması Azərbaycan diasporunun formalaşmasında və 
təşkilatlanmasında müstəsna  əhəmiyyət kəsb etdi. Komitə  qısa 
müddət  ərzində dünya azərbaycanlılarının həmrəyliyinə, 
soydaşlarımızın mənəvi birliyinin yaradılmasına  əhəmiyyətli 
təkan verdi. 
Azərbaycan Prezidentinin və Azərbaycan dövlətinin dünya 
azərbaycanlılarının həmrəyliyini öz siyasətinin prioritet 
istiqamətlərindən birinə çevirməsinin daha bir bariz nümunəsi 
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı ictimai-siyasi 
şöbəsinin nəzdində xaricdə yaşayan azərbaycanlılarla iş üzrə 

sektorun yaranmasıdır. Bu qurum Azərbaycan diasporunun 
inkişafına dövlət qayğısını nümayiş etdirən növbəti addımdır. 
2002-ci il dekabr ayının 27-də Heydər  Əliyev Azərbaycan 
diasporunun tam formalaşması və təşkilatlanması yolunda növbəti 
bir  əhəmiyyətli addım atdı. "Xaricdə yaşayan azərbaycanlılarla 
bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikasının 
Qanunu qəbul edildi. Bu qanun xarici ölkələrdə yaşayan 
soydaşlarımız qarşısında çox geniş perspektivlər açdı  və onların 
Azərbaycanın mənafeyi  ətrafında daha sıx birləşməsinə  şərait 
yaratdı. 
Ümummilli liderimiz Heydər  Əliyevin başladığı bu nəcib işi 
indi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla 
davam etdirməkdədir. Azərbaycan diasporunun inkişafı  və 
möhkəmlənməsi müasir dövrümüzdə  də öz aktuallığını saxlayan 
əsas məsələlərdən biridir. Prezident İlham  Əliyev Rusiya, 
Qazaxıstan, Türkiyə, Ukrayna, Gürcüstan, Moldova, Özbəkistan 
və digər ölkələrə  səfərləri zamanı Azərbaycan diasporunun 
üzvləri ilə görüşmüş, onların qayğı  və problemləri ilə 
maraqlanmışdır. 
Prezident  İlham  Əliyevin rəhbərliyi altında Azərbaycan 
diasporunun  əldə etdiyi mühüm əhəmiyyətli nailiyyətlərin 
sırasında 2004-cü ilin oktyabrında Moskvada Azərbaycan və 
Rusiya prezidentlərinin iştirakı ilə keçirilən Ümumrusiya 
Azərbaycanlıları Konqresinin II qurultayını, 2006-cı il mart 
ayının 16-da Bakıda keçirilən Dünya azərbaycanlılarının II 
qurultayını  və 2007-ci il noyabr ayının 17-19-da yenə Bakıda 
keçirilən Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və 
əməkdaşlıq qurultayını qeyd etmək olar. 
2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya 
azərbaycanlılarının I qurultayında Heydər  Əliyev bəyan etdi: 
"Dünyada yaşayan bütün azərbaycanlıların bir Vətəni vardır, o da 
Azərbaycandır". O, bütün dünyada yaşayan 50 milyondan çox 
azərbaycanlını vahid ideya ətrafında birləşərək milli birliyə 
çağırdı. "Azərbaycan xalqı qəhrəman xalqdır. Biz ya ayağa qalxıb 

torpaqlarımızı azad etməli, ya məhv olmalı, ya da millət 
olmadığımızı etiraf etməliyik. Xalqımız çoxəsrlik tarixində milli 
mənliyini, Vətənini qoruyub-saxlamağa qadir olduğunu dəfələrlə 
sübut edibdir" deyən Heydər Əliyevin ən böyük arzusu, niyyəti və 
məqsədi Dağlıq Qarabağ problemini həll etmək, Azərbaycanın 
işğal olunmuş  ərazilərini işğaldan azad etmək idi. O, dəfələrlə 
vurğulamışdı ki, "biz nəyin bahasına olursa-olsun, lazım gələrsə 
son damla qanımıza qədər vuruşaraq torpaqlarımızı azad 
edəcəyik". Tale imkan versəydi, Heydər Əliyev, şübhəsiz ki, həlli 
yollarını aydın gördüyü bu problemi də Azərbaycanın  ərazi 
bütövlüyünün qorunub-saxlanması  şərtilə  həll edəcək, tarixi 
torpaqlarımızı erməni işğalından azad edəcəkdi.  Əfsus ki, bu 
tarixi missiya ümummilli liderimiz Heydər Əliyevə nəsib olmadı. 
Lakin müdrik dövlət xadimi Dağlıq Qarabağ probleminin və 
Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması üçün bütün 
siyasi, iqtisadi, hərbi və  mənəvi bazanı yaratmışdır. Onun 
müəyyən etdiyi düzgün xarici siyasət və bünövrəsini qoyduğu, 
qurub-yaratdığı güclü Azərbaycan Respublikasının bu gün 
dünyada olan nüfuzu, Heydər  Əliyev siyasi kursunun layiqli 
davamçısı  cənab  İlham  Əliyevin Prezident olduğu müddətdə 
atdığı  uğurlu addımlar bu ümummilli problemin də tezliklə  həll 
olunacağını deməyə  və azərbaycanlıların milli qürurunun 
tapdalanmayacağına inam yaradır. Heydər  Əliyev təsadüfən 
söyləməmişdir: "...İnanıram ki, mənim axıra çatdıra bilmədiyim 
taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və  dəstəyi ilə 
İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram 
və gələcəyinə böyük ümidlər bəsləyirəm". 
 
Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin