Azərbaycan qəzeti 2006 Almaniyadakı Nizami Gəncəvi adına Mədəniyyət


Azərbaycan.- 2007.- 11 may.- S. 4



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə2/12
tarix01.01.2017
ölçüsü0,82 Mb.
#3897
1   2   3   4   5   6   7   8   9   ...   12

 
Azərbaycan.- 2007.- 11 may.- S. 4. 
 
 

Yaşıl teatrın ulu öndər Heydər Əliyevin doğum 
günündə açılışı olmuşdur 
 
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə 
iştirak etmişdir 
 
Mayın 10-da, xalqımızın ümummilli lideri Heydər  Əliyevin 
doğum günündə Bakıda Yaşıl teatrın  əsaslı  təmir və 
yenidənqurmadan sonra açılışı olmuşdur.  
Azərbaycan Prezidenti İlham  Əliyev mərasimdə  iştirak etmişdir.  
Dövlətimizin başçısını  və xanımı Mehriban Əliyevanı teatra 
toplaşan paytaxt sakinləri, dövlət və hökumət nümayəndələri 
hərarətlə qarşıladılar.  
Xatırladaq ki, ötən  əsrin 60-cı illərində istifadəyə verilmiş Yaşıl 
teatr Bakıda mühüm mədəni-kütləvi tədbirlərin keçirildiyi, 
paytaxt sakinlərinin sevimli istirahət yerlərindən biri olmuşdur. 
Burada dünyanın və keçmiş SSRİ-nin  ən məşhur incəsənət 
ustaları da çıxış etmişlər. Lakin sonradan baxımsızlıq üzündən 
teatr fəaliyyətini tamamilə dayandırmışdı. 1990-cı ildən isə 
büsbütün bərbad vəziyyətə düşmüşdü. Teatrın Bakı üçün önəmini 
nəzərə alan Prezident İlham Əliyev 2005-ci ilin avqustunda onun 
əsaslı  şəkildə yenidən qurulması barədə göstəriş vermişdi. 
Dövlətimizin başçısı burada işlərin gedişi ilə şəxsən maraqlanırdı. 
Bu diqqət və qayğı, habelə inşaatçıların səyləri sayəsində Yaşıl 
teatr simasını tamamilə  dəyişmişdir. Açılış  mərasiminə 
toplaşanlar bunu minnətdarlıqla vurğulayırdılar. Dövlətimizin 
başçısı açılış mərasimində nitq söylədi. 
 
Azərbaycan.- 2007.- 11 may.- S. 2. 
 

Xalq rəssamı ulu öndərin həyat və fəaliyyətindən 
söhbət açmışdır 
 
Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər 
Eldarov mayın 11-də "Xəbərlər" Beynəlxalq mətbuat mərkəzində 
keçirdiyi mətbuat konfransında ümummilli lider Heydər Əliyevin 
həyat və fəaliyyətinin az məlum olan səhifələrindən danışmışdır. 
Ö.Eldarov demişdir ki, Heydər  Əliyevin mədəniyyətə  və 
ümumiyyətlə, sənətə, bu sahədə çalışan insanlara xüsusi 
münasibəti vardı. Axı, o, hələ gənclik illərində özünü memarlığa 
həsr etmək istəyirdi. O uzaq illərdə Heydər  Əliyevin rəsm 
müəllimi olan Şamil Qazıyev onun qeyri-adi bacarığından tez-tez 
söhbət açardı. Ona görə də Heydər Əliyev məktəbi bitirib Sənaye 
İnstitutunun (indiki Neft Akademiyası) memarlıq fakültəsinə 
daxil olmuşdu. Lakin taleyin hökmü ilə o, institutda təhsilini 
dayandırdı  və bu, onun gələcək üçün planlarını  dəyişdirdi.  
Xalq rəssamı vurğulamışdır ki, Heydər  Əliyev mədəniyyət və 
incəsənətin inkişafına təkan verən insanları həmişə dəstəkləyirdi. 
Bu dahi şəxsiyyət belə insanlara və onların çətin əməyinə yüksək 
ehtiramla yanaşırdı. Heydər  Əliyev rəssamların qurultay və 
plenumlarında fəal iştirak edirdi. 
Ö.Eldarov demişdir ki, bu böyük şəxsiyyətlə ilk görüşü o, ikinci 
dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görüləndə olmuşdu. 
Mövcud qaydalara görə, ikiqat qəhrəmanın vətənində onun büstü 
qoyulmalı idi. Onda bu işin yerinə yetirilməsi Ö.Eldarova həvalə 
edilmişdi.Ümummilli liderin böyük və çox zəngin, mənalı 
həyatından danışaraq bildirmişdir ki, onun kədərli günlərinin də 
şahidi olmuşdur. Heydər  Əliyev ömür-gün yoldaşı  Zərifə xanım 
Əliyevanın abidəsini hazırlamağı da ona tapşırmışdı.  
Görkəmli rəssam vurğulamışdır ki, Heydər  Əliyevlə bağlı 
xatirələrin sonu yoxdur, onun həyatının hər bir səhifəsi ayrıca 
söhbət mövzusudur. 
 
Azərbaycan.-2007.-12 may.-S.4. 

Dahi lider Heydər Əliyev haqqında sənədli film 
Macarıstan ictimaiyyətində böyük maraq doğurmuşdur 
 
Azərbaycan səfirliyi mayın 22-də Budapeştin "Uraniya" 
mədəniyyət mərkəzində ölkənin populyar "Duna TV" telekanalı 
ilə birlikdə ulu öndər Heydər Əliyevə həsr olunmuş "Bir həsədin 
tarixi" sənədli filminin macar dilinə  tərcümə edilmiş variantının 
təqdimatını keçirmişdir. 
Ötən il bu film "Duna TV" telekanalı ilə nümayiş 
etdirilmiş  və ictimaiyyətdə böyük əks-səda doğurmuşdur. 
Azərbaycan səfirliyi və "Duna TV" yaradıcılıq qrupu Macarıstan 
teleauditoriyasının filmə böyük marağını nəzərə alaraq onun DVD 
variantını buraxmışdır.  
Azərbaycanın Macarıstandakı  səfiri Həsən Həsənov 
çıxışında bildirmişdir ki, ümummilli lider Heydər  Əliyevin 
müstəqil, demokratik və çiçəklənən dövlət qurulmasına 
yönəldilmiş  xətti hazırda onun layiqli varisi Prezident İlham 
Əliyev tərəfindən davam etdirilir.  
Azərbaycan diplomatı vurğulamışdır ki, Macarıstanın 
xarici işlər naziri xanım Kinqa Göntsin mayın 17-19-da Bakıya 
rəsmi səfəri, Prezident İlham  Əliyev və digər rəsmi  şəxslərlə 
görüşləri, habelə imzalanmış  sənədlər münasibətlərimizin 
tarixində yeni üfüqlər açmışdır.  
Həsən Həsənov "Bir həsədin tarixi" filminin macar dilinə 
dublyaj edilməsinə, ümumilikdə Azərbaycanın Macarıstanda 
təbliğinə görə "Duna TV"-nin prezidenti Laslo Çeleniyə 
təşəkkürünü bildirmişdir. 
Təqdimat mərasimində "Bir həsədin tarixi" filmindən 
parçalar nümayiş etdirilmişdir.  
Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin adını 
daşıyan fondun prezidenti Tural Əfəndiyev tədbirdə "Duna TV" 
telekanalının rəhbəri Laslo Çeleniyə "Azərbaycan mədəniyyətinin 
və incəsənətinin xaricdə  təbliğinə görə" mükafatını  təqdim 
etmişdir. Laslo Çeleni əmin etmişdir ki, Azərbaycan-Macarıstan 

münasibətlərinin inkişafına və Azərbaycan həqiqətlərinin 
Macarıstanda təbliğinə bundan sonra da töhfə verəcəkdir. O, 
Azərbaycana ötənilki səfərini xatırladaraq Prezident İlham 
Əliyevlə unudulmaz görüşündən, səfər zamanı "Duna TV"-nin 
jurnalist qrupunu və onu əhatə edən xeyirxah və qonaqpərvər 
mühitdən danışmışdır.  
Toplaşanlar Azərbaycan təsviri və  tətbiqi sənət 
nümunələrindən ibarət sərgi ilə də maraqla tanış olmuşlar.  
Tədbirdə Macarıstanın tanınmış alimləri, mədəniyyət 
xadimləri, Azərbaycan səfirliyinin  əməkdaşları, diasporumuzun 
üzvləri və Macarıstan KİV-in nümayəndələri iştirak etmişlər.  
 
Azərbaycan.- 2007.- 26 may.- S. 11. 
 
Heydər Əliyev muzeyinin açılış mərasimi 
 
Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev 
avqustun 23-də Neftçala rayonuna gəlmişdir.  
Prezident  İlham  Əliyevi və xanımı Mehriban Əliyevanı rayon 
sakinləri böyük hörmət və ehtiramla, hərarətli alqışlarla 
qarşıladılar. Onların  əllərində ulu öndər Heydər  Əliyevin, 
Prezident  İlham  Əliyevin portretləri, Azərbaycanın dövlət 
bayraqları, ümummilli liderin müdrik kəlamları yazılmış 
transparantlar var idi. Dövlətimizin başçısı  və xanımı  əvvəlcə 
xalqımızın ümummilli lideri Heydər  Əliyevin Neftçala şəhərinin 
mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül qoydular.  
Məlumat verildi ki, ümummilli lider Heydər  Əliyevin adını 
daşıyan bu abad və müasir park cari ilin əvvəlində salınmışdır. 
Parkın  ərazisi 7 min kvadratmetrdir. Burada sakinlərin istirahəti 
üçün hər cür şərait yaradılmışdır. Bu parkın yanında isə daha bir 
istirahət guşəsi - Neftçilər parkı salınmışdır. Ulu öndərin 
heykəlinin hündürlüyü postamentlə birlikdə 6,4 metrdir. 
 
Sonra Prezident İlham Əliyev Neftçalada Heydər Əliyev muzeyi 
ilə tanış oldu. Dövlətimizin başçısı muzeyin rəmzi açılışını 

bildirən lenti kəsdi. Bildirildi ki, tikintisinə 2006-cı ilin 
oktyabrında başlanmış muzey bu ilin fevralında istifadəyə 
verilmişdir. Ancaq rəsmi açılışı bu gün keçirilir. Muzey bir 
ekspozisiya zalından, 14 fotostenddən, 10 vitrindən ibarətdir. 
Fotostendlərdə ulu öndərin həyat və  fəailiyyətinin müxtəlif 
dövrlərinə aid şəkillər, vitrinlərdə isə kitablar və sənədlər nümayiş 
etdirilir. Ümummilli lider Heydər Əliyevin 1979-cu il mayın 30-
da ilk dəfə Neftçalaya gəlişini və burada keçirdiyi görüşləri  əks 
etdirən materiallar iki xüsusi ekspozisiyada nümayiş etdirilir. 
Muzeydə  həmçinin Prezident İlham  Əliyevin fəaliyyətini, 
ölkəmizin, o cümlədən Neftçalanın sosial-iqtisadi inkişafını  əks 
etdirən kitablar və digər materiallar da toplanmışdır. Prezident 
İlham Əliyev muzeyin Xatirə kitabına öz ürək sözlərini yazdı. 
 
Azərbaycan.-2007.-24 avqust.-S.2. 
 
 
 
Xəlilzadə F. 
 
Mənəvi dəyərlərin ucalığında 
 
Millətin mənəvi dəyərlərinin daim yaşaması, qorunması, 
unudulmaması yolunda fədakarcasına çalışmaq çox çətin olsa da
ümummilli liderimiz Heydər  Əliyev bütün fəaliyyəti boyu bu 
missiyanı  şərəflə yerinə yetirdi. Hələ sovet quruluşunun ağır 
təzyiqləri və diktələri altında çalışdığı illərdə belə milli-mənəvi 
dəyərlərin hifz edilməsi naminə çox gərəkli addımlar atdı. 
Azərbaycan musiqisinin, incəsənətinin,  ədəbiyyatının inkişafında 
böyük xidmətləri olan korifey sənətkarlarımızın nəinki SSRİ 
məkanında, hətta dünyada tanınmasına, şöhrətlənməsinə nail oldu. 
Ürəyimiz qürur və  fərəhlə döyünür ki, bu şərəfli yolu indi 
ləyaqətlə davam etdirən ölkə başçımız cənab  İlham  Əliyev 
Prezident kimi fəaliyyətə başladığı ilk günlərdən imzaladığı 

sərəncamların bir qismi də  məhz milli-mənəvi dəyərlərimizlə 
bağlı oldu. Möhtərəm Prezident İlham Əliyev mədəniyyətimiz və 
ədəbiyyatımız üçün vacib əhəmiyyət daşıyan bir sərəncam 
imzaladı. "Milli ensiklopediyanın və latın qrafikasında kütləvi 
nəşrlərin həyata keçirilməsi" ilə bağlı olan yeni sərəncam bütün 
ədəbiyyatsevərlərin, yazıçıların, oxucuların ürəyincə oldu. 
Məlumdur ki, yeni əlifba ilə  əlaqədar olaraq müasir oxucular, 
xüsusilə də gənclər Azərbaycan ədəbiyyatının gözəl nümunələrini 
oxumaqda bir növ çətinlik çəkirdilər. Bu səbəbdən də müstəqillik 
dövründə  təhsil alan uşaqların folklorumuzdan, dünya 
ədəbiyyatının incilərindən mükəmməl xəbərdar olmaları üçün 
kütləvi nəşrlərin latın qrafikasında həyata keçirilməsi böyük 
əhəmiyyət daşıyır. Çünki müasir və  gələcək nəsillər 
mədəniyyətin,  ədəbiyyatın  ən gözəl nümunələrindən layiqincə 
bəhrələnmək, tərbiyə almaq üçün mütləq onları oxumalıdırlar. 
Sərəncam həyata keçirildi. Azərbaycanın tanınmış yazıçı  və 
şairlərinin, folklorşünaslarının kitabları yeni qrafikada işıq üzü 
gördü. Məhz bu sərəncamın davamı kimi 2007-ci ildə dünya 
ədəbiyyatı incilərinin bir qisminin latın qrafikasında çap edilməsi 
üçün ölkə başçısı növbəti sərəncam verdi. Ədəbiyyata, 
mədəniyyətə göstərilən bu xüsusi diqqət və qayğı yenə  də 
ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı. Məlumdur ki, 
ümummilli lider Heydər Əliyev İçərişəhərin mühafizəsi ilə bağlı 
vaxtilə bir neçə sərəncam imzalamışdır. 2006-cı il avqustun 18-də 
Prezident İlham Əliyev bu işin uğurlu davamı kimi "Azərbaycan 
Respublikasının paytaxtı Bakı  şəhərində tarixi memarlıq 
abidələrinin bərpası  və qorunması haqqında" sərəncam verdi. 
İçərişəhərlə bağlı imzalanan bu sərəncamda Bakının nadir tarixi 
memarlıq abidələri ilə bağlı bir sıra ciddi məsələlər qaldırılaraq 
əlaqədar təşkilatların diqqətinə çatdırıldı. Cənab İlham Əliyevin 2 
aprel 2007-ci ildə imzaladığı "Azərbaycan Respublikasında 
monumental heykəltəraşlıq abidələri, xatirə, monumental və 
memarlıq kompleksləri haqqında" imzaladığı sərəncamda deyilir: 
"Monumental heykəltəraşlıq xəzinəmizin qızıl fonduna daxil 

olmuş bütün abidələr, xatirə memorial və memarlıq kompleksləri 
öz plastik forma rəngarəngliyi, koloriti və estetik təsir gücü ilə 
səciyyələnir. Həmin əsərlər insanların tarixini - mənəvi dəyərlərə 
hörmət və  məhəbbət ruhunda tərbiyə olunmasında, onlarda 
vətənpərvərlik hisslərinin gücləndirilməsində böyük əhəmiyyət 
kəsb edir". Bu sərəncamla əlaqədar müəyyən strukturlar, aidiyyəti 
təşkilatlar ölkə başçısının tövsiyələrini yerinə yetirmək üçün 
həqiqi mənada fəallıq göstərdilər. Bu sahədə maraqlı müqayisələr 
də aparmaq olar. Məlumdur ki, Azərbaycan Dövlət Filarmoniyası 
fəaliyyətə başladığı (XIX əsrin  əvvəllərində) gündən XX əsrin 
sonlarınadək o qədər də ciddi təmir edilməmişdi. Bu mədəniyyət 
ocağının bu gün şəhərin qızıl tacına çevrilməsi ümummilli 
liderimiz Heydər Əliyevin birbaşa zəhmətidir. Filarmoniya məhz 
ulu öndərin sərəncamı  əsasında yenidən həyata qaytarıldı. 
Filarmoniyaın yaxınlığında yerləşən Yaşıl Teatr da baxımsızlıq 
ucbatından, demək oalr ki, tamamilə  sıradan çıxmışdı. Vaxtilə 
şəhərin çox qaynar və sevilən mədəniyyət ocaqlarından biri olan 
Yaşıl Teatrın yenidən tamaşaçıların ixtiyarına verilməsi məhz 
İlham Əliyevin göstərdiyi diqqət və qayğının nəticəsində mümkün 
oldu. Yaşıl Teatr bu gün dünya standartlarına cavab verən açıq 
səma altında yerləşmiş,  əsrarəngiz gözəlliyə malik bir konsert 
salonudur. Burada təkcə azərbaycanlı  sənətçilər deyil, xarici 
ölkələrdən gəlmiş ifaçılar da böyük məmnuniyyətlə konsert 
verirlər. 
Mədəni irsin qorunması  və  təbliğ olunması  işində muzeylərin 
rolu  əvəzsizdir.  Ən qədim zamanlardan müasir dövrədək 
xalqımızın tarixini və  mədəniyyətini  əks etdirən nadir sənət 
incilərinin muzeylərdə hifz olunması, nümayiş etdirilməsi ənənəsi 
illərdir ki, öz ahəngindədir. Dövlət müstəqilliyimizi bərpa 
etdikdən sonra Azərbaycanda muzey işinin inkişaf etdirilməsi 
istiqamətində lazımi tədbirlər həyata keçirilir. Ulu öndərimiz 
hakimiyyətə qayıtdıqdan sonra bu sahədə əsaslı dönüş yarandı. İlk 
növbədə bu qiymətli incilərin, mədəniyyətlə, tarixlə bağlı 
eksponatların, etnoqrafik əşyaların qorunub saxlandığı muzeylərin 

özünün qorunması diqqət mərkəzinə  çəkildi. Ölkə Prezidenti 
cənab İlham Əliyev də bu siyasəti uğurla davam etdirir. 18 dekabr 
2006-cı ildə "Azərbaycan Respublikasının paytaxtı Bakı 
şəhərində  İstiqlal muzeyinin yaradılması  və  İstiqlal abidəsinin 
ucaldılması haqqında" sərəncam imzaladı. Dövlət başçısı bungan 
bir gün sonra "Müasir İncəsənət muzeyinin yaradılması haqqında" 
növbəti sərəncama imza atdı. Bu, muzey işinə dövlət qayğısının 
aydın təzahürü və yeni çalarlarıdır. Maraqlıdır ki, bu sərəncamlar 
həyata keçdikcə qarşıya yeni problem və  vəzfiələr də 
çıxmaqdadır. Bu səbəbdən cənab  İlham  Əliyev 6 mart 2007-ci 
ildə "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" 
növbəti sərəncam imzaladı. Həmin sərəncamda deyilir: "EÖlkə 
muzeylərinin mövcud vəziyyəti bu sahədə  təxirəsalınmaz  əlavə 
tədbirlərin həyata keçirilməsi zərurətini doğurmuşdur. Bir çox 
muzeylərin yerləşdiyi muzey mərkəzinin hazırkı mənzərəsi onun 
son dərəcə ciddi təmirə ehtiyacı olduğunu göstərir. 40 il əvvəl 
dünyada ilk dəfə olaraq yaradılan, unikal eksponatlarla zəngin 
Azərbaycan Xalçası  və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi 
müasir, beynəlxalq standartlara cavab vermir". Ölkəmizin mədəni 
həyatının inkişafı baxımından çox əhəmiyyətli olan bu 
sərəncamda  əlaqədar təşkilatlara, xüsusilə  də Azərbaycan 
Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə bir vəzifə 
olaraq tapşırıldı ki, muzeylərin fəaliyyətinin müasir prinsiplər 
əsasında dünya standartlarına müvafiq olaraq yenidən qurulması, 
nümayiş etdirilən eksponatların azərbaycançılıq məfkurəsinə 
uyğunlaşdırılması  təmin edilsin. Hazırda Azərbaycan tarixi və 
Azərbaycan  ədəbiyyatı muzeylərində  əsaslı yenidənqurma və 
təmir işləri getməkdədir. Cənab  İlham  Əliyevin özü şəxsən həm 
muzeylərin təmiri ilə, həm də Heydər Əliyev adına sarayda gedən 
yenidənqurma işləri ilə tanış olaraq orada çalışan insanlara lazımi 
məsləhətlərini vermişdi. 
Tarixin maraqlı və yaddaqalan səhifələrinə çevrilən son dörd il 
müxtəlif sahələrdə olduğu kimi, mədəniyyət sahəsində  də 
diqqətçəkən hadisələrlə  zəngindir. Hər dəfə ötən illərə  nəzər 

salanda bir fərəhin şahidi oluruq ki, mədəniyyət həmişə dövlətin 
və  cəmiyyətin diqqətində dayanmışdır. Mədəniyyətə göstərilən 
qayğı, diqqət, çəkilən xərc bəhrəsini verməkdədir. Bu səbəbdən 
də  hər bir milli mədəniyyət hadisəsi Azərbaycan dövlətçiliyinin, 
Azərbaycan müstəqilliyinin təntənəsi kimi dəyərləndirilir. 
Xalqları  və millətləri bir-birinə daha çox yaxınlaşdıran, isti 
münasibətlərə qovuşduran mənəvi dəyərlərdir. Demək olar ki, son 
dörd ilin hər ayında mədəniyyət tariximizin müəyyən səhifələrini 
naxışlayan, ürəkaçan tədbirlərin, mərasimlərin  şahidi olmuşuq. 
Doğma xalqına ünvanladığı bayram təbriklərinin birində dövlət 
başçısı  İlham  Əliyev belə bir ifadə  işlətmişdir: "Dəfələrlə 
demişəm ki, Prezident başda olmaqla bütün məmurlar xalqın 
xidmətçiləridir". Bu dörd ildə  həyata keçirilən tədbirlər göstərdi 
ki, cənab Prezident öz vədinə sadiq qaldı. Bu illər  ərzində 
Azərbaycanın bütün bölgələrində elə yeniləşmə baş verdi ki, bu 
da fərəh, sevinc doğurdu.  İmzalanan sərəncamlarda milli 
ədəbiyyata, musiqiyə, sənətə böyük məhəbbət və qayğı duyuldu. 
"Molla Nəsrəddin" jurnalının nəşr edilməsinin 100 illik 
yubileyinin dövlət tərəfindən qeyd edilməsi, müxtəlif yazıçı  və 
şairlərin yubileylərinin unudulmaması  mədəni həyatımızın 
zənginliyindən xəbər verir.  
2005-ci ildə Rusiyada Azərbaycan ili, 2006-cı ildə 
Azərbaycanda Rusiya ili keçirildi. Hər iki tədbirdə Azərbaycan 
Prezidenti  İlham  Əliyev və Rusiya Prezidenti Vladimir Putin 
iştirak etdilər. Milli mədəniyyətləri zənginləşdirən və 
genişləndirən bu cür tədbirlərin keçirilməsi ictimaiyyət tərəfindən 
rəğbətlə qarşılandı. 
Heydər Əliyev Fondunun Azərbaycan muğamlarına göstərdiyi 
sonsuz məhəbbət və diqqət həm bu sahənin bilicilərini, həm də 
xalqımızı ürəkdən sevindirdi. Hətta muğam ustaları inana 
bilmirdilər ki, qədim mədəniyyət incilərimizə bu dərəcədə 
ehtiramla yanaşmaq, onu şouların  əlindən xilas etmək mümkün 
olar. Cənab  İlham  Əliyevin Bakıda Muğam evinin tikilməsi ilə 
bağlı imzaladığı  sərəncam sənət fədailərini hədsiz dərəcədə 

məmnun etmişdir. Xalq artisti Arif Babayev söyləyir ki, nəhayət, 
bizim də gedəcək yerimiz olacaq.  
Dörd ilin yaddaqalan məqamlarından biri də müxtəlif ölkələrdə 
Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi oldu. Bu günlərin 
uğurlu alınmasında  əsas səbəb ilk növbədə ölkə başçısının 
göstərdiyi diqqət və qayğıdır. 
Əgər dörd il ərzində Azərbaycan mədəniyyət, incəsənət, 
ədəbiyyat, elm xadimlərinə göstərilən xüsusi qayğını, verilən 
mükafatları, fəxri adları  və başqa təltifləri ardıcıl siyahıya alsaq, 
çox böyük bir rəqəm alınar. Onlarla sənətkara müxtəlif fəxri adlar 
verildi, Prezident mükafatçısı, Prezidentin fərdi təqaüdçüsü 
sevincini yaşayanlar da çoxdur. Neçə-neçə insanın mənzil 
şəraitinin yaxşılaşdırılmasına ölkə başçısı  tərəfindən diqqət 
göstərilmişdir. Mədəniyyət sahəsində çalışan insanların  əmək 
haqlarının artırılması haqqında dövlət başçısı bir neçə  dəfə 
sərəncam imzaladı. Dövlət büdcəsindən maliyyələşən mədəniyyət 
müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da 
gücləndirmək üçün aylıq vəzifə maaşları 2006-cı il dekabrın 1-
dən orta hesabla 25 faiz artırıldı. Mədəniyyət xadimləri göstərdiyi 
xidmətə  və yubileyləri ilə  əlaqədar vətənin müxtəlif orden və 
medallarına layiq görüldülər. 
6 il öncə  İçərişəhərin YUNESKO-nün Dünya İrs siyahısına 
salınması tarixi bir hadisəyə çevrildi. Sevindik ki, İçərişəhər təkcə 
Azərbaycanın deyil, bəşəriyyətin mədəniyyət incisidir. Bu il isə 
Qobustan Dövlət Tarixi Bədii Qoruğu Dünya İrs siyahısına 
salındı. 
Dörd il boyunca baş verən hadisələri nəzərdən keçirdikcə 
gəldiyimiz qənaət belə oldu ki, bu istiqamətdə atılan hər bir 
addımın məqsədi mənəvi dəyərlərimizə yaxınlaşmaq, onu 
qorumaqla müasirliyə qovuşmaq və bütün bunları  ləyaqətlə 
gələcək nəslə çatdırmaqdır. Azərbaycan mədəniyyəti dünyaya 
sürətlə inteqrasiya olunmaqdadır. Bu işin daha da uğurla həyata 
keçməsində ölkə başçısı  cənab  İlham  Əliyevin  şəxsi təşəbbüsü, 

eləcə də Heydər Əliyev Fondunun hazırladığı faydalı layihələrin 
səmərəsi danılmazdır. 
 
Azərbaycan.- 2007.- 28 oktyabr.- S.7. 
 
 
Londonun məşhur Madam Tüsso Muzeyində 
ümummilli lider Heydər Əliyevin mumdan hazırlanmış 
heykəl-fiquru qoyulmuşdur 
 
Dekabrın 15-də Londondakı məşhur Madam Tüsso Muzeyinin 
"Dünya liderləri" salonunda Azərbaycan xalqının ümummilli 
lideri Heydər  Əliyevin mumdan hazırlanmış heykəl-fiquru 
müxtəlif ölkələrin və epoxaların görkəmli dövlət xadimləri və 
siyasətçilərinin fiqurları  sırasında öz fəxri yerini tutmuşdur. 
Xatırladaq ki, Rusiyadan savayı, muzeydə indiyədək MDB 
ölkələrindən heç birinin liderinin fiquru qoyulmamışdı.  
Bu münasibətlə keçirilən təntənəli mərasimdə  çıxış edən 
Azərbaycanın Böyük Britaniyadakı  səfiri Fəxrəddin Qurbanov 
demişdir ki, Heydər  Əliyev müasir demokratik Azərbaycanın 
siyasi və ideoloji təməlini qoymuşdur. Ümummilli liderin nəvəsi 
Arzu  Əliyeva isə bildirmişdir ki, Heydər  Əliyev nəinki böyük 
siyasətçi, həm də sadə, xeyirxah insan idi, öz doğmalarını  və 
yaxınlarını çox sevir və ailə  dəyərlərini son dərəcə 
qiymətləndirirdi.  
Böyük Britaniyanın Azərbaycandakı keçmiş  səfiri Rocer 
Tomas demişdir ki, Heydər  Əliyevlə aparılan danışıqlar bəzən 
çətin, lakin həmişə yaxşı olurdu. "Yunkom" Teatr Mədəniyyət 
Mərkəzinin prezidenti Fərid Haqverdiyev isə  əmin olduğunu 
bildirmişdir ki, bu hadisə britaniyalıların və başqa ölkələrin 
vətəndaşlarının Azərbaycanı daha yaxından tanımalarına kömək 
edəcəkdir.  
Heydər Əliyevin mum heykəl-fiquru üzərində iş Madam Tüsso 
Muzeyinin təşəbbüsü ilə bir il əvvəl başlanmışdı. Ulu öndərin ailə 

üzvləri və Heydər Əliyev Fondu bu işdə britaniyalı mütəxəssislərə 
böyük kömək göstərmişdir.  
Mum-fiqurun müəllifi, muzeyin əməkdaşı Stiv Sueys (o, 
kraliça II Elizavetin və Kuba lideri Fidel Kastronun fiqurlarının 
da müəllifidir) demişdir: "Mən heykəl-fiqur üzərində  işə 
başlayanda bu şəxsiyyət haqqında geniş informasiya əldə etmək 
üçün Bakıya getdim. Heydər Əliyev Fondunda oldum, xeyli arxiv 
materialını öyrəndim, minlərlə fotoşəklə baxdım. Mən onu şəxsən 
tanıyan adamlarla görüşdüm". Heykəltəraş bildirmişdir ki, Heydər 
Əliyevin xarakterinin müxtəlif xüsusiyyətlərini açmağa, onu həm 
Prezident, həm də adi insan kimi təsvir etməyə çalışmışdır. Fiqur 
üzərində  iş ümumən yarım ilədək çəkmişdir. Ümummilli liderin 
heykəl-fiquru bütün boyu hündürlüyündə hazırlanmışdır. Onun 
əynində smokinq, ağ köynək və yaxasında kəpənək-qalstuk var. 
Heydər  Əliyevin müdrik baxışları uzaqlara dikilmiş, üzündə 
yüngül təbəssüm, qamətində arxayınlıq və  əminlik hiss edilir. 
Qoluna ulu öndərin sağlığında gəzdirdiyi saat taxılmışdır.  
Mərasimdə Milli Məclisin Böyük Britaniyada səfərdə olan bir 
qrup deputatı, Türkiyənin bu ölkədəki səfiri Mehmed Albuğan 
iştirak edirdilər. 
1835-ci ildə fransalı xanım Mari Tüssonun şəxsi mum fiqurlar 
kolleksiyası  əsasında yaradılmış Londonun bu məşhur muzeyi 
Britaniya paytaxtının görməli yerlərindən biri sayılır. Muzeyə və 
onun Vaşinqton, Nyu-York, Las-Veqas, Amsterdam, Hon-Konq 
və Şanxaydakı şöbələrinə hər il on milyonlarla tamaşaçı gəlir.  
 
Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin