Azərbaycan qəzeti 2006 Almaniyadakı Nizami Gəncəvi adına Mədəniyyət


Xalq qəzeti.- 2007.- 11 may.- S. 3



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə6/12
tarix01.01.2017
ölçüsü0,82 Mb.
#3897
1   2   3   4   5   6   7   8   9   ...   12

Xalq qəzeti.- 2007.- 11 may.- S. 3. 
 
 
Leyla Əliyeva: Əvəzedilməz adamların olmaması fikri 
ilə razı deyiləm, Heydər Əliyev əvəzsiz insan idi 
 
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günü 
onun  şəxsiyyətinin, qeyri-adi bacarığının və  bənzərsiz insani 
keyfiyyətlərinin miqyası barədə bir daha dərindən düşünmək üçün 
fürsətdir. Dövlət xadimi və siyasi xadim istedadı, parlaq zəka və 
fenomenal yaddaş, geniş ürək,  ədalətlilik, sədaqət, uzaqgörənlik, 
sevmək qabiliyyəti və bir çox digər mənəvi xüsusiyyətlər bir 
insanın - Heydər Əliyevin simasında cəmləşmişdi. Azərbaycanın 
ümummilli lideri Heydər  Əliyevin nəvəsi, Heydər  Əliyev 
Fondunun Rusiyadakı nümayəndəsi, Moskva Dövlət Beynəlxalq 
Münasibətlər  İnstitutundakı Azərbaycan klubunun prezidenti 
Leyla  Əliyeva AzərTAc-ın müxbirinə  məxsusi müsahibəsində 
demişdir: “Babam haqqında xatirələrim o qədərdir ki, sözlə 
demək mümkün deyildir. Biz Moskvada görkəmli siyasətçi və 
dövlət xadimi Heydər  Əliyevin xatirəsinə  həsr olunmuş gecə 
keçirdik. Mən Heydər  Əliyevin xatirə gecəsini məhz Moskvada, 
Rusiyada təşkil etmək istəyirdim. Düşünürəm ki, gecə yaxşı 
keçdi, mən onun fəaliyyəti barədə,  ən  əsası isə babam, doğma, 
yaxın və sevimli insan haqqında danışdım. O, məni çox istəyir və 
həmişə deyirdi ki, nənəmə çox oxşayıram. Biz onunla saatlarla 
çox  şey barədə söhbət edirdik. O, həqiqətən, qeyri-adi və 
valehedici insan, mənim üçün həm dost, həm baba, həm dəstək və 
həm də dayaq idi. Bir sözlə, o, mənim üçün hər  şey idi və çox 
təəssüflər olsun ki, indi o, bizimlə deyildir. Ancaq onun, əslində, 
xilas etdiyi və yenidən yaratdığı Azərbaycan, onun bütün 
xeyirxah işlərini davam etdirən Heydər  Əliyev Fondu yaşayır”.  

Leyla Əliyeva Heydər Əliyev Fondunun Moskvada necə fəaliyyət 
göstərəcəyi barədə  də danışmışdır: “Biz xalqlarımız arasında 
dostluğun möhkəmləndirilməsi işinə  hərtərəfli kömək edəcək, 
habelə Azərbaycanın mədəniyyətini, tarixini təbliğ edəcək, 
Rusiya cəmiyyətinə müasir Azərbaycanın reallıqlarını 
göstərəcəyik. Bizim gənclərimiz çox fəaldırlar, mən onlarla 
işləməyimə çox şadam, çünki hiss edirəm ki, onların ürəyi 
Azərbaycan xalqı üçün, doğma Azərbaycan üçün döyünür. Bu, 
çox xoşdur. Düşünürəm ki, biz birlikdə çox şeyə nail olacağıq”.  
Leyla  Əliyeva vurğulamışdır ki, Heydər  Əliyevin fəaliyyətindən 
bəhs edən bir çox kitablar yazılmışdır, lakin bu böyük şəxsiyyət 
barədə bir kitabda söhbət açmaq mümkün deyildir. O demişdir: 
“Biz xatirə gecəsinə  gələnlərə ”Görkəmli insanların həyatı” 
seriyasından “Heydər  Əliyev” kitabını payladıq. Düşünürəm ki, 
qonaqların  əksəriyyəti Moskvada işlədiyi dövrdə böyük nüfuza 
malik olmuş və xeyirxah işlər görmüş Heydər Əliyev haqqındakı 
bu kitabı artıq oxumuşlar. Bu kitabda Heydər  Əliyev,  əsasən, 
siyasi xadim və dövlət xadimi kimi təqdim olunur. Mənim isə öz 
ideyam var, ola bilsin, gələcəkdə Heydər  Əliyev haqqında öz 
kitabımı yaza biləcəyəm. Onu baba, ailə başçısı kimi təqdim 
etmək, uşaqları ilə necə ünsiyyət bağlamasından söhbət açmaq 
istəyirəm. Çünki bu ayrıca tarix, onun qeyri-adi insan olmasını 
göstərən ayrıca böyük bir aləmdir. Bu barədə az adam bilir. O, 
çox xeyirxah, düzgün, ədalətli və güclü insan idi. O, bizimlə 
olanda elə bilirdik ki, arxamızda dağ var. Onunla ünsiyyətdən 
alınan zövqü sözlə izah etmək mümkün deyil, çünki bu insanla 
istənilən mövzuda danışmaq olurdu. Nə  qədər məşğul olsa da 
həmişə  mənim məktəb, universitet işlərimlə, dostlarımla 
maraqlanırdı. O, hər  şeyi, hətta mənim dostlarımın, tanışlarımın 
adlarını da bilirdi. Bəzən deyirlər ki, əvəzedilməz adamlar 
yoxdur, mən bu fikirlə razı deyiləm, Heydər Əliyev əvəzolunmaz 
insan idi.   
 
Xalq qəzeti.-2007.-12 may.-S. 3. 

Mükərrəmoğlu M. 
 
Heydər Əliyev və kinematoqraf 
 
Kinoşünas, əməkdar incəsənət xadimi Aydın Kazımzadənin bu 
adda yeni kitabı çapdan çıxmışdır  
Azərbaycan kino sənətinin tədqiqatçılarından olan kinoşünas 
Aydın Kazımzadə milli kinomuzun tarixi və onun ayrı-ayrı 
problemləri ilə bağlı bir neçə kitabın müəllifidir. Onun yenicə 
çapdan çıxmış “Heydər  Əliyev və kinematoqraf” kitabı isə ulu 
öndərin Azərbaycan kinosunun inkişafında çox mühüm 
xidmətlərindən bəhs edir. Kitabda milli kinomuzun hamisi olan 
ulu öndərin müxtəlif illərdə filmlərimizi senzuranın caynağından 
xilas etməsi, kino xadimlərimizin sosial vəziyyətinin 
yaxşılaşması, kinematoqrafın maddi-texniki bazasının 
möhkəmlənməsindəki xidmətləri öz dolğun həllini tapmışdır. Elə 
kitabda bunu kinomuzun məşhur xadimləri də etiraf edirlər.  
Kitab altı  fəsildən ibarətdir. “Milli kinomuzun təəssübkeşi və 
hamisi”, “Heydər  Əliyev kinematoqraf haqqında”, “Heydər 
Əliyev haqqında fikir və düşüncələr”, “Heydər Əliyev şəxsiyyəti 
milli qürur doğurur”, “Sovet kinematoqrafçılarının mübariz 
vəzifələri”, “Heydər  Əliyev kursu ilə” adlı  fəsllərdə bu böyük 
şəxsiyyətin Azərbaycan kinosunun inkişafına və  tərəqqisinə 
göstərdiyi qayğı konkret faktlarla əsaslandırılır.  
Kitabın elmi redaktoru sənətşünas alim Aydın Dadaşovdur. 
Aydın, səlist dillə oxuculara təqdim olunan bu kitab Heydər 
Əliyevin milli kinomuzun inkişafındakı xidmətlərini araşdıran ilk 
tədqiqat əsəridir.  
 
Xalq qəzeti.- 2007.- 15 may.- S. 5. 
 
 
 

Hökumət Evində ümummilli lider Heydər Əliyevin 
büstü açılmışdır 
 
Mayın 30-da Hökumət Evinin foyesində ümummilli lider 
Heydər  Əliyevin büstünün təntənəli açılışı olmuşdur.  
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mərasimdə  çıxış 
edərək demişdir ki, bu gün Heydər Əliyevin büstü nazirliklərin və 
mühüm hökumət idarələrinin yerləşdiyi binada açılır. Burada artıq 
təmir və abadlıq işləri başa çatır. Paytaxtımızda aparılan tikinti və 
quruculuq işləri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər buna 
böyük  əhəmiyyət verir və icrasına  şəxsən özü nəzarət edirdi.  
Ə.Qarayev xatırlatmışdır ki, bu gün ümummilli lider Heydər 
Əliyevin büstü təkcə burada deyil, Türkiyənin Bursa şəhərində də 
açılır. Sənaye və energetika naziri Natiq Əliyev, ombudsman 
Elmira Süleymanova və digər çıxış edənlər bu hadisənin 
əhəmiyyətini vurğulamışlar. Bildirilmişdir ki, biz yeniləşən 
Azərbaycanın tərəqqisinə görə borclu olduğumuz  şəxsin büst və 
abidələrini ucaldırıq.  
Mərasim iştirakçıları ümummilli lider Heydər  Əliyevin 
heykəltəraş Ramiz Məmmədov və memar Nadir Əliyev tərəfindən 
yaradılmış büstü önünə güllər qoymuşlar.  
Mərasimdə Baş nazirin müavini Abid Şərifov, Milli Məclisin 
deputatları, nazirlər, ictimaiyyətin və  KİV-in nümayəndələri 
iştirak etmişlər.  
 
Xalq qəzeti.- 2007.- 31 may.- S. 8. 
 
 

Əliyeva N. 
 
Heydər Əliyev Azərbaycan mədəniyyətinin və milli 
mənəvi dəyərlərimizin böyük himayədarı, misilsiz 
təbliğatçısı idi 
 
Mən Heydər  Əliyevin türk xalqlarının mədəniyyətinin, 
tarixinin, milli-mənəvi dəyərlərinin təbliğinə bu dərəcədə  dəstək 
verməsini görəndə çox maraqlandım. Onun həmin xəzinəyə 
dərindən bələd olmasını görəndə isə marağım heyrətə çevrildi. 
Axı o, on illər boyu türkçülüyə  və islamçılığa yad olan bir 
dövlətin  ən yüksək vəzifəli siyasətçilərindən olmuşdu... Heydər 
Əliyev türk tarixinin fenomenal şəxsiyyətlərindəndir.  
İhsan Doğramacı tanınmış ictimai xadim bir dəfə görkəmli yazıçı, 
tanınmış ictimai-siyasi xadim İsmayıl  Şıxlının stolunun üstündə 
dəftər vərəqi boyda, ağ-qara çəkilmiş bir fotoşəkil gördüm. Yazıçı 
şəklə sükutlu bir maraq və diqqətlə baxırdı. O diqqət elə yalnız 
İsmayıl müəllimdə ola bilərdi. Mən də diqqətlə baxdım.  Şəklin 
aşağısında yazılmışdı: “Heydər  Əliyev  Şuşada M.P.Vaqifin 
abidəsi önündə”. Diqqət yetirəndə yazıçının adi bir fotoşəklə  nə 
üçün bu qədər maraqla, düşüncələrlə baxdığının səbəbini anladım. 
Heydər  Əliyev Vaqifin abidəsi önündə dayanmışdı. Abidə-şairin 
nəzərləri ona ehtirama gələn dövlət xadiminə elə dikilmişdi ki, 
sanki hər ikisi bu susmaqla danışırdılar. Fotoqraf, sözün həqiqi 
mənasında, çox incə bir məqamı tutmuşdu.  İsmayıl müəllim 
mənim də diqqətlə baxdığımı görüb dedi: “Heydər  Əliyev 
Azərbaycan mədəniyyətinin, xüsusilə, ədəbiyyatımızın çox böyük 
təəssübkeşidir”. Etiraf edim ki, İsmayıl müəllim vəzifə sahibləri, 
hökumət adamları, siyasətçilər barədə tərifli söz deməkdə nəinki 
SSRİ-nin, bəlkə  də dünyanın  ən “xəsis” yazıçılarından idi. 
Amma... dedi. 
Sonralar ulu öndərimizin həmin keyfiyyəti barədə  dəqiq 
qiymətləndirmələri xalqımızın bütün dünyada tanınmış görkəmli 
sənətkarı Niyazidən, xalq şairi Bəxtiyar Vahabzadədən və  ən 

nəhayət bu yazının  əvvəlində sitat gətirdiyimiz dünya şöhrətli 
ictimai xadim İhsan Doğramacıdan eşitdim. Professor Doğramacı 
Heydər  Əliyevin mədəniyyətə, tarixə, milli-mənəvi dəyərlərə 
ehtiramını  və  bələd olduğunu dilə  gətirərkən ulu öndərimizin 
həmin keyfiyyətinin miqyasını daha da böyüdür, onun təkcə 
Azərbaycan xalqının deyil, bütün türk xalqlarının böyük oğlu 
olduğunu dilə  gətirirdi. Heydər  Əliyev bu qiyməti öz həyatı  və 
fəaliyyəti ilə qazanmışdı. Mən burada bilərəkdən “öz fəaliyyəti 
ilə” deyil, “həyat və  fəaliyyəti ilə” yazıram. Çünki Heydər 
Əliyevin təkcə  fəaliyyəti deyil, həyatı da Azərbaycan xalqına, 
tariximizin dəqiq öyrənilib yazılmasına,  ədəbiyyatımızın  əsaslı 
tədqiqinə və təbliğinə, mədəniyyətimizin qorunmasına və inkişaf 
etdirilməsinə, milli-mənəvi dəyərlərin mühafizəsinə 
və 
təhriflərdən xilas edilməsinə  həsr edilmişdi. Mən bir dəfə bu 
məsələdən məhz bu şəkildə danışanda siyasətçilərdən biri etiraz 
etdi ki, yox, Heydər  Əliyevin  ən böyük xidməti dünya şöhrətli 
siyasətçi kimi ötən  əsrin 70-80-ci illərində Azərbaycanı misilsiz 
bir inkişaf yoluna çıxarması, 90-cı illərdə isə milli 
dövlətçiliyimizi məhv olmaqdan xilas etməsidir. Mənim siyasətçi 
opponentimə cavabım çox qısa idi: “Heydər  Əliyev təkcə 
siyasətçi yox, həm də görkəmli dövlət xadimi olduğuna görə, 
uzun illər dövlət başçısı  vəzifəsində çalışdığına görə yuxarıda 
qeyd etdiyimiz keyfiyyətlər onun həyatının mənalarından birinə 
çevrilmişdi”.  
Ulu öndərin həyatının mənasına çevrilən həmin fəaliyyət 
sahəsinin bəzi məqamlarını yada salaq. Əlbəttə, bu mövzuda 
qələmə alınan yazılarda formalaşmış  ənənəni biz də davam 
etdirərək,  əvvəlcə Heydər  Əliyevin 1969-82-ci illərdə ölkəmizə 
rəhbərlik etdiyi dövrü yada salaq. İnsan yaranandan bu günə kimi 
olan bütün tarixi əhatə edən Azərbaycan  ərazisi çox müxtəlif 
şaxəli tarix və  mədəniyyət abidələri ilə  zəngindir. Ümummilli 
liderimizin təbirincə, bu abidələr xalqın ruhunu özündə  əks 
etdirən tarixdir, onun keçmişinin və müasir dövrünün 
salnaməsidir, ulularımızın böyük əməyinin təcəssümüdür. Eyni 

zamanda, abidələr xalqın müxtəlif inkişaf mərhələlərində onun 
mənəvi səviyyəsinin təzahürüdür. Bütün bunları bu şəkildə 
dəyərləndirən Heydər  Əliyev 1969-cu ilin yayından başlayaraq 
partiyanın qarşıya qoyduğu kolxoz-sovxoz, təsərrüfat, sənaye 
məsələləri ilə eyni zamanda millətin tarixinin və  mədəniyyətinin 
öyrənilməsinə, tədqiqinə, inkişafına və  təbliğinə böyük önəm 
verməyə başladı.  
Qeyd edək ki, Azərbaycanda təxminən 9 minə yaxın tarix və 
mədəniyyət abidəsi mövcuddur. Həmin abidələrin mühafizə 
olunub gələcək nəsillərə çatdırılmasında  ən böyük işlər məhz 
1969-82-ci illərdə görülmüşdür. Həmin illərdə  İçərişəhər Dövlət 
Tarix-Memarlıq, Qəbələ Dövlət Tarix-Bədii, Lahıc Dövlət Tarix-
Mədəniyyət və başqa qoruqlar, muzeylər yaradılmışdı. Məlum 
məsələdir ki, həmin illərdə abidələrin mühafizəsi, bərpası  və 
istifadəsi Mədəniyyət Nazirliyinin Tarix və  Mədəniyyət 
Abidələrinin Mühafizəsi və  İstifadəsi Baş  İdarəsi tərəfindən 
həyata keçirilirdi. Bu idarənin ölkə ərazisindəki minlərlə abidənin 
mühafizəsini təşkil etməkdə  çətinlik çəkdiyini görən Heydər 
Əliyev müttəfiq respublikalar arasında ilk dəfə (və sonuncu 
olaraq) Azərbaycanda Tarix və  Mədəniyyət Abidələrinin 
Mühafizəsi və  Bərpası Komitəsinin yaradılmasına nail oldu. 
1969-82-ci illərdə Azərbaycanda 52 memarlıq abidəsində  və bir 
çox dini ibadət yerlərində bərpa işləri aparıldı, 650-dən çox tarixi 
və mədəniyyət abidəsinin vahid şəkildə yüksək səviyyəli pasportu 
hazırlandı. Qobustan Arxeoloji Qoruğunda, “Atəşgah” 
məbədində,  Əmircan məscidində  və  Təzəpirdə geniş miqyaslı 
bərpa işləri aparıldı.  İçərişəhərin ilkin görkəminə qaytarılması 
üçün “Bərpaçı” Elm-İstehsalat Birliyi yaradıldı. Qədim 
Karvansara və digər tikililər torpağın altından çıxarılıb bərpa 
olundu.  
“Bizim ziyalıların, mədəniyyət xadimlərinin, elm xadimlərinin 
cəmiyyətdəki hörmətini qaldırmaq lazımdır. Çünki xalq həmişə 
öz ziyalıları, öz mədəni irsi, öz elmi ilə tanınır.  Şübhəsiz ki, 
xalqın tarixində  sərkərdələrin də, siyasətçilərin də böyük rolu 

vardır. Ancaq xalq həmişə mədəniyyəti, elmi ilə tanınıb və keçmiş 
tariximiz də bunu sübut edir” — deyən Heydər  Əliyev 70-ci 
illərdə Azərbaycan paytaxtında və digər şəhər və rayonlarımızda 
tanınmış mədəniyyət, ədəbiyyat və elm xadimlərinin abidələrinin 
ucaldılmasına nail olurdu. Böyük öndərin həmin siyasətinin 
nəticəsi idi ki, 70-ci illərdə  Məşədi  Əzizbəyovun, Nəriman 
Nərimanovun, Qəzənfər Musabəyovun,  İmadəddin Nəsiminin, 
Cəfər Cabbarlının, Hüseyn Cavidin, Mehdi Hüseynzadənin, Səttar 
Bəhlulzadənin və başqa görkəmli soydaşlarımızın abidəsi 
qoyulmuşdu. 1976-cı ildə  Şuşanın sosial-iqtisadi inkişafı 
haqqında qərar qəbul ediləndən sonra bu şəhərdə Xan qızı 
Natəvanın abidəsi ucaldıldı. Bu illərdə Bakıda və başqa şəhərlərdə 
çoxlu sayda tarix-diyarşünaslıq muzeyləri, Səməd Vurğunun, 
Cəfər Cabbarlının, Üzeyir Hacıbəyovun, Bülbülün ev muzeyləri 
yaradıldı. Məxsusi bir qərarla repressiya qurbanlarının — əvvəl 
Mikayıl Müşfiq və Hüseyn Cavidin ev muzeyləri yaradıldı. 
Sonralar Heydər  Əliyev 70-ci illəri yada salaraq deyirdi: “Biz 
1973-cü ildə böyük şairimiz  İmadəddin Nəsiminin 600 illik 
yubileyini yüksək səviyyədə qeyd etdik. Adını əbədiləşdirməkdən 
ötrü Bakının mərkəzi küçələrindən birində  Nəsiminin heykəlini 
ucaltdıq, rayonlardan birinə, bir sıra kolxoz və sovxozlara, institut 
və  məktəblərə, küçələrə onun adını verdik. Açığını deyim ki, 
Nəsiminin məzarını da Azərbaycanda ziyarət etmək arzum olub. 
Mən Suriya səfərimdə — Hələb  şəhərində  Nəsiminin məzarını 
ziyarət etdim, onun nəslindən olan adamlarla görüşdüm. Düzü, 
Nəsiminin məzarının yaxşı  səviyyədə saxlanması, mühafizə 
olunması  məni bu fikrimdən daşındırdı. Xalqımın mənəvi 
pasportu olan Nizamiyə  gəlincə isə, biz onun irsinin öyrənilib 
tədqiq edilməsi, 840 illik yubileyinin beynəlxalq səviyyədə 
keçirilməsi, elmə  və xalqa məlum olmayan əsərlərinin axtarılıb 
tapılması üçün dövlət səviyyəli qərarlar qəbul etmişdik"...  
Ulu öndər mədəniyyətin digər sahələri kimi teatra da böyük 
diqqət və maraq göstərirdi. Onun tövsiyə və tapşırıqları, eləcə də 
şəxsi nəzarəti altında respublikanın  əkasər rayon və  şəhərlərində 

müxtəlif teatrlar açılmış, həmin teatrların  əksəriyyəti üçün yeni 
binalar tikilmişdi. Maraqlı  cəhət o idi ki, təsərrüfat-sənaye 
işlərinin başdan aşdığı 70-ci illərdə Heydər  Əliyev tez-tez teatr 
tamaşalarına gedir, incəsənət xadimləri ilə görüşür, dövlət 
məmurlarının da dövri olaraq teatra-konsertə getməsini tələb 
edirdi. Ölkədə çox yüksək bir mədəni ab-hava yaranmışdı. 1974-
cü ilin iyun ayında Azərbaycan Dövlət Dram Teatrının 100 illik 
yubiley mərasimində  çıxış edən ulu öndər demişdi:  
“...Şərqdə ilk teatr olan Azərbaycan teatrı maarifçilik və azadlıq 
ideyalarının carçısına çevrildi, köhnə dünyanı dağıdıb alt-üst 
etməkdə mühüm rol oynadı. O zamanın qatı qaranlığını yararaq 
parlaq gələcəyə yol açan, insanların  şüurunu, qəlbini oyadan, 
onları azadlıq, səadət naminə hünərlər göstərməyə ruhlandıran bir 
məşəl idi. Görkəmli mədəniyyət xadimləri Mirzə Fətəli Axundov, 
Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov,  Əbdürrəhim bəy 
Haqverdiyev, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, 
Üzeyir Hacıbəyov ilk dərin  şırım açaraq Azərbaycan teatr 
sənətinin toxumunu səpmiş, onun cücərtilərini köhnə dövrün 
şiddətli qasırğalarından hifz edib qorumuşdular".  
1970-82-ci illərdə Heydər Əliyev Azərbaycan mədəniyyət və elm 
xadimlərinin 10-dan çox nümayəndəsinə Sosialist Əməyi 
Qəhrəmanı adı verilməsinə nail oldu. Süleyman Rəhimov, 
Süleyman Rüstəm, Rəsul Rza, Mirzə  İbrahimov, Fikrət  Əmirov, 
Qara Qarayev, Niyazi, Rəşid Behbudov, Mustafa Topçubaşov, 
Mikayıl Hüseynov kimi görkəmli Azərbaycan övladları  həmin 
böyük ada məhz Heydər Əliyevin sayəsində layiq görülmüşdülər. 
Doğrudur, onlar həqiqətən bu ada layiq idilər. Ancaq həmin 
illərdə Kremldə bir çox siyasətçilər türk övladlarının o qədər də 
irəli getməsini istəmirdilər. Ona görə də ən yüksək ada layiq olan 
sənətkarlarımız belə diqqətdən kənarda qalırdı. Heydər  Əliyevin 
qüdrəti də məhz həmin diqqətdən kənarda qalan soydaşlarımızın 
diqqət mərkəzinə gətirilməsi idi. Məhz həmin qüdrətin nəticəsi idi 
ki, xalqımızın görkəmli mədəniyyət xadimlərindən Mehdi 
Məmmədov, Müslüm Maqomayev, Soltan Hacıbəyov,  İsmayıl 

Osmanlı,  İsmayıl Dağıstanlı, Rauf Hacıyev, Zeynəb Xanlarova, 
Fidan Qasımova, Fərhad Bədəlbəyli, Lütfiyar İmanov və Arif 
Məlikov kimi sənət ulduzları SSRİ xalq artisti, Tahir Salahov isə 
SSRİ xalq rəssamı  fəxri adına layiq görülmüşdü. Mənim yaxşı 
yadımdadır, ulu öndərimiz hələ Azərbaycana birinci dəfə 
rəhbərlik etdiyi illərdə azərbaycançılıq ideyasına böyük önəm 
verir, dünyanın hər yerində olan soydaşlarımızla  əlaqələr 
qurulmasına çalışır, xüsusən, Cənub mövzusunun gündəlikdən 
düşməsinə yol vermirdi. Məhz həmin istəyin nəticəsi idi ki, 70-ci 
illərdə Bakıda yaşayan cənublu  şair və yazıçıların yaradıcılığına 
yüksək qiymət verilirdi. O illərdə ulu öndərin təklifi ilə Balaş 
Azəroğlu Yazıçılar  İttifaqının katibi seçilmiş, ona Azərbaycanın 
xalq şairi fəxri adı verilmişdi. Mədinə Gülgün, Əli Tudə, Söhrab 
Tahir, Hökumə Billuri kimi qələm sahiblərinin yaradıcılığının 
geniş  şəkildə  təbliğ olunması üçün xüsusi göstərişlər verilmişdi.  
Kinematoqrafiya, xalçaçılıq, rəngkarlıq, dekorativ-tətbiqi sənət, 
heykəltaraşlıq — ümumiyyətlə, mədəniyyət və incəsənətin elə bir 
sahəsi yox idi ki, Heydər Əliyevin qayğısı ilə əhatə olunmasın. O, 
gah yazıçıların qurultayında iştirak edir, bəstəkarların yaradıcılıq 
gecəsinə  gəlir, gah heykəltaraşlardan hansınınsa emalatxanasına 
gedir, gah da mədəniyyət və incəsənət xadimlərinə orden və 
medallar verirdi. Ən çox sevdiyi iş isə teatr tamaşasından və ya 
konsertdən sonra səhnə arxasına keçərək yaradıcı heyətlə görüşüb 
hal-əhval tutaraq, ifasına qiymət verməsi idi. SSRİ xalq artisti 
Zeynəb Xanlarova Heydər  Əliyevin həmin addımları barədə 
deyirdi: “Mən elə bilirdim ki, Heydər Əliyev yalnız Azərbaycan 
musiqisini dərindən bildiyinə görə bizim ifamızı düzgün 
qiymətləndirir. Sonralar onun Azərbaycana qastrola gəlmiş əcnəbi 
incəsənət ustalarının ifasına qiymət verməsini görəndə isə 
düşündüm ki, Heydər müəllim, ümumiyyətlə, incəsənətin 
xiridarıdır”. SSRİ xalq artisti Müslüm Maqomayev isə  həmin 
məqamı başqa cür ifadə etmişdi: “Heydər Əliyeviç bizim ifamızı 
bizdən yaxşı duyur”. Əlbəttə, bütün bunlar böyük dövlət xadiminə 
Tanrının verdiyi yüksək keyfiyyətlər idi. Ancaq aqillər deyiblər 

ki, Tanrı hamıya istedad və qabiliyyət vermişdir. Həmin istedad 
və bacarığı hərtərəfli  şəkildə inkişaf etdirib cəmiyyətin sərvətinə 
çevirmək isə hamıya müyəssər olmur. Bunun öhdəsindən ancaq 
Heydər  Əliyev kimi fenomenal şəxsiyyət gələ bilərdi. Heydər 
Əliyevin Azərbaycan mədəniyyətinə 
və milli-mənəvi 
dəyərlərimizə misilsiz himayədarlıq etməsinin ikinci mərhələsi 
onun 1993-cü ilin yayında ölkə  rəhbərliyinə ikinci dəfə 
qayıdışından sonra başlandı. Bu mərhələ barədə söz açmazdan 
əvvəl qeyd edək ki, ulu öndərin 1969-82-ci illərdə Azərbaycanda 
yaratdığı bütün ənənələr kimi mədəniyyətə dövlət qayğısı da 
sonralar yaddan çıxmış, bu sahə demək olar ki, unudulmuşdu. 
Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov və  Əbülfəz Elçibəy 
ölkəyə rəhbərlik etdikləri dövrdə öz hakimiyyətlərini qorumaqdan 
başqa heç nə düşünə bilmirdilər. Ona görə  də bütöv xalq, o 
cümlədən də elm, incəsənət, mədəniyyət xadimləri Heydər 
Əliyevin siyasi olimpə qayıdışını çox böyük səbirsizliklə 
gözləyirdi. Hələ 1992-ci ilin yanvarında ulu öndərin 
Naxçıvandakı otağında olan tribun şairimiz Xəlil Rza Ulutürk 
“Azadlıq Allahı  tək  əyləşib öz yerində” — misrası ilə başlayan 
“Heydər dədə — Atatürk” şeirində yazırdı: “Dörd tərəf qar-
qiyamət, sərt qış... O, güllü yazdır.  
Dinc, mülayim səsi də qaynar bir ehtirasdır.  Ərzrumdan Xəzərə 
şığıyan Xan Arazdır, Uçur nəhr  əzəmətli Heydər dədə — 
Atatürk".  
Ulu öndərin millətə qurtuluş  gətirən qayıdışından sonra isə 
məşhur publisist Elmira Axundova “Pravda” qəzetində (4 avqust, 
1993-cü il) “Əliyevin qayıdışı” adlı mükəmməl bir analitik yazı 
vermişdi. Həmin məqalədən riqqətə gələn şair Həmid Abbas cəmi 
iki gün sonra — avqustun 5-də “Qayıdışın mübarək” adlı şeirində 
yazırdı: “Qar, boran ötüşdü, dayandı külək, Boylandı Günəşə 
milyon gül-çiçək. Bu isti nəfəsi duydu daş, kəsək, İkicə söz dedi 
sinəmdə ürək:  
Qayıdışın mübarək!" Bu, millətin başının üstünü kəsdirən dərd-
bəlanın — qar-boranın ötüşməsinə, ölkəyə qan iyi gətirən 

küləklərin ötüşməsinə  vətəndaş münasibəti idi. Diqqət yetirin, 9 
bəndlik şeirin heç yerində Heydər Əliyevin adı çəkilmir. Ona görə 
də bu şeir Azərbaycana, xalqımıza gözaydınlığı vermək, 
mübarəkbadlıq etmək kimi səslənirdi: “Ey Vətən, ey xalq, sənə 
qurtuluş 
gətirən böyük qayıdışın mübarək!”  
Bu qayıdışa sevinən bütün soydaşlarımız haqlı idilər. Çünki 
Heydər  Əliyevin qayıdışı ilə Azərbaycan dövləti və dövlətçiliyi 
məhv olmaqdan qurtuldu, xalqımız vətəndaş müharibəsindən xilas 
oldu, elm, incəsənət,  ədəbiyyat və  mədəniyyətimiz xaos və 
anarxiya girdabından çıxdı. Bütün bunları indi dilə gətirmək çox 
asandır. Heydər  Əliyevin bu bəlaları  dəf etmək üçün təkbaşına 
mübarizəyə girişdiyi illərin dəhşətləri isə çox dözülməz idi. 
Amma, tarixin bütün dönəmlərində, bütün ölkələrdə olduğu kimi, 
1993-cü ilin yayında Azərbaycanda da lider qətiyyəti, öndər 
səriştəsi milləti ağ günə çıxardı. Həmin illər Bəxtiyar Vahabzadə 
demişdi ki, Azərbaycan xalqının dövləti ilə, dövlətçiliyi ilə 
bərabər 
ədəbiyyatı, mədəniyyəti də xilas oldu. 
 
Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər 
ölkədə ictimai-siyasi, iqtisadi, ideoloji-mənəvi həyatın 
normallaşmasına nail olmaqla yanaşı, ölkəyə birinci dəfə 
rəhbərlik etdiyi dövrdəki bir çox ənənələri yenidən canlandırdı. 
“Kitabi-Dədə Qorqud” dastanının 1300, Məhəmməd Füzulinin 
500 illik yubileyləri ilk baxışda yubiley tədbiri idi. Amma əslində 
Heydər Əliyev həmin tədbirləri Azərbaycan həqiqətlərinin dünya 
ictimaiyyətinə çatdırılması üçün çox mühüm bir vasitə kimi 
düşünmüşdü və öz istəyinə nail oldu. Heydər  Əliyevin yenidən 
hakimiyyətə  gəlməsi müstəqil Azərbaycanın mədəniyyəti 
qarşısında geniş inkişaf üfüqləri açdı. Ulu öndər belə düşünürdü 
ki, müstəqilliyi  əldə etmək nə  qədər vacib olsa da, həmin 
müstəqilliyin ömrünü uzun edə biləcək nəslin yetişdirilməsi 
ondan ikiqat çox vacibdir: “Bu isə  gənc nəslin fiziki cəhətdən 
sağlam, mənəvi cəhətdən zəngin, elmi-intellektual cəhətdən 
inkişaf etmiş, ən başlıcası, Azərbaycan tarixini, mədəniyyətimizi, 
ədəbiyyatımızı  dərindən bilən bir vətəndaş kimi yetişməsi 

nəticəsində mümkün olacaqdır”.  
Heydər  Əliyev 70-ci illərdə gündəliyə  gətirdiyi Azərbaycan dili 
məsələsini hakimiyyətə qayıdışının ilk illərində yenidən 
canlandırdı.  
Heydər  Əliyevin qayıdışı Azərbaycan dilinin dövlət dili kimi 
aparıcı rolunu təmin etdi, təhsilin, elmin, ədəbiyyatın, ümumən, 
mədəniyyətin inkişafına dövlət tərəfindən maksimum şərait 
yaradıldı, milli mədəniyyətimizin daşıyıcıları olan sahə 
mütəxəssislərinin sosial-rifah halının yaxşılaşdırılması üçün 
mühüm dövlət tədbirləri reallaşdırıldı. Onlarca ədəbiyyat və 
incəsənət xadimlərinə  fəxri adlar verilməsi, gənc istedadlara və 
yaşlı  nəslə  mənsub təcrübəli sənətkarlara Prezident təqaüdləri 
ayrılması, test imtahanları zamanı dövlət ali məktəblərinə yüksək 
balla daxil olan tələbələrə Prezident təqaüdü verilməsi, xaricdə 
təhsil alan gənclərin dövlət qayğısı ilə  əhatə olunması müstəqil 
Azərbaycan elminin və  mədəniyyətinin inkişafına göstərilən 
böyük qayğı 
və diqqətin təzahürüdür.  
Azərbaycan xalqı məmnundur ki, ulu öndərin siyasi kursunu çox 
böyük uğurla davam etdirən cənab Prezident İlham  Əliyev də 
cəmiyyət həyatının digər sahələrində olduğu kimi mədəniyyətə və 
milli mənəvi dəyərlərə münasibətdə  də Heydər  Əliyev yolunu 
davam etdirir. Daha bir fəxr etməli məqam ondan ibarətdir ki, 
ümummilli liderimizin adını daşıyan Heydər  Əliyev Fondu, 
xüsusən, fondun prezidenti, YUNESKO-nun xoşməramlı  səfiri 
Mehriban xanım  Əliyeva da tariximizə  və  mədəniyyətimizə çox 
böyük ehtiramla yanaşır. Bilavasitə onun təşəbbüsü ialə “Qarabağ 
xanəndələri” albom-kitabı buraxılmış, Bakıda Muğam Mərkəzinin 
təməli qoyulmuş, dünyanın müxtəlif ölkələrində görkəmli 
Azərbaycan sənətkarlarının yubileyləri keçirilmiş, Qobustan 
qayaüstü rəsmləri və  İçərişəhər Qoruq Muzeyi YUNESKO-nun 
mühafizə olunan mədəni irs siyahısına salınmışdır.  
Bütün bunlar müasir Azərbaycan tarixinin “Heydər  Əliyev 
epoxası” adlı konkret bir dövrünün həqiqətləridir. O həqiqətlər ki, 
onlardan bütün dünya danışır, dostlarımız sevinir, düşmənlərimiz 

xar olurlar. O həqiqətlər ki, hər biri Azərbaycan xalqının və 
dövlətimizin xidmətində müstəsna rol oynamışdır. O həqiqətlərin 
adı Heydər Əliyev məktəbidir. Bizim hər birimizin öyrəndiyimiz 
məktəb.  
 
Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin