Azərbaycan qəzeti 2006 Almaniyadakı Nizami Gəncəvi adına Mədəniyyət


Azərbaycan.- 2008.- 29 aprel.- S. 5



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə5/12
tarix01.01.2017
ölçüsü0,82 Mb.
#3897
1   2   3   4   5   6   7   8   9   ...   12

Azərbaycan.- 2008.- 29 aprel.- S. 5. 
 
 
Heydər Əliyev və mədəniyyət adlı üçcildlik nəşrə 
hazırlanmışdır 
 
AzərTAc xəbər verir ki, Mədəniyyət və Turizm 
Nazirliyində ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 85 
illiyi ilə əlaqədar "Heydər Əliyev və mədəniyyət" adlı üçcildlik 
nəşrə hazırlanmışdır. 
Toplunun 1-ci cildi 1969-1996, 2-ci cildi 1997-1998, 3-cü 
cildi isə 1999-2003-cü illəri əhatə edir. Kitabın son cildində 
ədəbiyyat, mədəniyyət, incəsənət, elm, din və idman xadimləri ilə 
görüşləri, müsahibələri, tövsiyələri, milli-mənəvi dəyərlərə 
verdiyi yüksək qiymət barədə materiallar toplanmışdır. 
Mayın əvvəllərində oxuculara təqdim ediləcək sanballı 
cildlər müasir mədəni yüksəlişlə maraqlanan, ədəbiyyat və 
incəsənət tarixi ilə məşğul olan tədqiqatçılar, geniş oxucu kütləsi, 
müəllim və tələbələr üçün dəyərli mənbədir. 
 
Azərbaycan.- 2008.- 22 aprel.- S. 1. 
 
 
 
Cavadov S. 
 
Heydər Əliyev yadigarları 
 Salyandakı Şahmat Məktəbi və Tarix-
Diyarşünaslıq Muzeyi gənclərin sevimli yeridir 
Yaxşı yadımdadır, keçən əsrin 80-ci ilində Azərbaycan KP 
MK-nın birinci katibi işləyən Heydər Əliyevin göstərişi ilə 
rayonlarda şahmat məktəbləri və tarix-diyarşünaslıq muzeyləri 

yaradılmağa başlanıldı. O zaman Salyan Rayon Partiya 
Komitəsinin birinci katibi işləyən Fuad Əliyev bu tapşırığa xüsusi 
məsuliyyət və yaradıcılıqla yanaşırdı. 
Şahmat məktəbinin binası üçün müxtəlif variantlarda layihələr 
hazırlandı. Məlumdur ki, bu qədim Şərq oyununda hər bir fiqurun 
öz görkəmi, hərəkət və hücum taktikası var. Elə buna görə də 
digər rayonlarda olduğu kimi, Salyanda da çalışırdılar ki, bina 
şahmat məktəbi olaraq kənardan özünəməxsusluğu ilə seçilsin. 
Çəkilən zəhmət itmədi. Gərgin əmək, düşünülmüş layihə 
nəticəsində yaxşı bir bina ucaldıldı. Binanın əsas korpusu şahmat 
taxtasını, yarış zalı isə top fiqurunu əks etdirirdi.  
Bu günlərdə şahmat məktəbinə baş çəkdik. İlk anda binanın giriş 
qapısının yuxarı hissəsində ulu öndərin "Şahmat oyunu əqlin, 
təfəkkürün idmanıdır" sözləri diqqəti cəlb etdi. Bəli, Heydər 
Əliyev canı, qanı qədər sevdiyi Azərbaycanı, onun gələcəyi olan 
gəncləri sağlam, xoşbəxt, hər cəhətdən yüksək səviyyədə görmək 
istəyirdi. Arzu edirdi ki, Odlar diyarı adlı bu məmləkət dünyanın 
ən sivil dövlətləri sırasına çıxsın, onun övladları öz zəkası, 
düşüncəsi, görkəmi, intellektual səviyyəsi ilə ən inkişaf etmiş 
ölkələrin insanlarından geri qalmasınlar. Elə buna görə də bütün 
rayonlarda şahmat məktəblərinin yaradılmasına çalışdı və buna 
nail oldu. 
Salyan Rayon Şahmat Məktəbində olarkən ulu öndərin bu 
arzusunun çiçəkləndiyini, bəhrə verdiyini bir daha gördük. 
Binanın foyesində şahlar dövrünün həyatını özündə əks etdirən 
xırda, rəngbərəng daşlarla "toxunmuş" mozaika var. Yarış zalında 
asılmış orijinal çılçıraq da insanın xəyalını keçmiş əsrlərə aparır. 
Bunları deməkdə məqsədimiz ümummilli liderin göstərişi ilə 
yaradılan məktəbin böyük məhəbbətlə, dərin hörmətlə qorunub 
saxlanılmasını diqqətə çatdırmaqdır.  
Ötən əsrin 80-ci illərinin əvvəllərindən fəaliyyət göstərən 
məktəbdə minlərlə salyanlı gənc şahmat oyununun sirlərinə 
dərindən bələd olmuş, düşdükləri məclislərdə bu qədim Şərq 
oyunundan söhbət düşəndə məyus olmamışlar. Hazırda məktəb 

yaşlı 424 uşaq 15 nəfər məşqçi-müəllimin köməyi ilə şahmatın 
sirlərinə yiyələnir. Yaş dərəcəsinə görə məktəbdə 36 qrup 
fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi müddət ərzində məktəbin 
şahmatçıları rayon, respublika, habelə beynəlxalq turnirlərdə 
uğurla çıxış edir, müxtəlif yerlərə, mükafatlara layiq görülürlər. 
2005-2006-cı illərdə məktəbdə 120 nəfər 2-ci və 3-cü dərəcəli 
şahmatçı yetişmişdir. Ümummilli lider Heydər Əliyevin 85 illik 
yubileyi ilə əlaqədar mart ayının 23-ündən 31-inə kimi Masallıda 
keçirilən respublika şahmat turnirinin zona yarışında məktəbin 
şahmatçıları uğurla çıxış etmişlər. 14 yaşlı Ülvi Qafarov öz 
həmyaşıdları arasında 1-ci yeri götürərək Bakıdakı yarışlara 
vəsiqə almışdır. Bundan əlavə, məktəbin digər şagirdləri - Hikmət 
Mirzəyev 14 yaşlılar arasında 2-ci yer tutaraq 2-ci dərəcəli diplom 
almış, Vüsalə Abdulova 10, Fəxriyyə Zərgərli 12 və Vüsalə 
Zərgərli 14 yaşlı qızlar arasında 3-cü yerə çıxmışlar. 
Salyanda xalqımızın böyük oğlundan qalan yadigarlardan biri də 
Tarix-Diyarşünaslıq Muzeyidir. Şəhərin mərkəzində yerləşən 
muzey binasının qəribə, yaddaqalan tarixi var. Həmin illərdə 
Salyanda işləyən və mənəm-mənəmlik edən prokuror qanunsuz 
olaraq öz idarəsi üçün yaraşıqlı bir bina tikdirmişdi. Bundan xəbər 
tutan Heydər Əliyev onu işdən azad etdirdi və həmin binanın 
Tarix-Diyarşünaslıq Muzeyinə verilməsini tapşırdı. Beləliklə, 
respublikada birincilər sırasında - 1981-ci il yanvar ayından 
Salyanda Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyət göstərməyə 
başladı.  
Təbib, naşir, şair, filosof, rəssam, ictimai xadim Əli bəy 
Hüseynzadənin adını daşıyan ikimərtəbəli binada yerləşən muzey 
2 foyedən, 5 zaldan ibarətdir. Buradakı 1-ci zalda rayonun 
ərazisindən tapılmış XII-XIX əsrlərə aid eksponatlar, 2-ci zalda 
1917-1920-ci illəri əhatə edən, habelə Azərbaycan Demokratik 
Cümhuriyyətinin yaranmasını və həmin dövrü əks etdirən 
fotoşəkillər, tarixi sənədlər nümayiş etdirilir. 1920-1941-ci illəri 
əhatə edən 3-cü zalda savadsızlığın ləğvindən, kolxoz və 
sovxozların yaranmasından, 4-cü zalda 1941-1945-ci illər Böyük 

Vətən müharibəsində salyanlı döyüşçülərin göstərdiyi şücaətdən, 
1988-1993-cü illərdə Qarabağ uğrunda savaşlarda şəhid olmuş 
cəsur oğulların qəhrəmanlığından bəhs edilir. Xronoloji qaydada 
qurulmuş muzeyin 5-ci zalında isə ümummilli lider Heydər 
Əliyevin həyat və fəaliyyəti, Salyan rayonunun həyatı ilə bağlı 
maraqlı fotoşəkilləri, maraqlı məlumatlar öz əksini tapmışıdır.  
Rayonun məktəbliləri, habelə buradakı Müəllimlər İnsitutunun 
tələbələri, Texniki Peşə Liseyinin şagirdləri vaxtaşırı olaraq qrup 
şəklində muzeyə gəlir, qədim Muğan rayonu olan Salyanın 
müxtəlif dövrlərdəki ictimai-siyasi, mədəni, iqtisadi həyatı ilə 
yaxından tanış olur, görkəmli şəxsiyyətləri haqda məlumat əldə 
edirlər. 
 
Azərbaycan.- 2008.- 29 aprel.- S. 8. 
 
Bünyadov M. 
 
Dəyişməyən böyük yol 
 
Ümummilli lider Heydər Əliyev dünya siyasətçiləri 
arasında müdrik siyasətçi kimi böyük nüfuz qazanmışdır. 
Respublika iqtisadiyyatının inkişafında qazanılan böyük uğurlara, 
eləcə də keşməkeşli illərdə, müstəqilliyimizin qorunmasında, 
ümumilikdə bütün tarixi nailiyyətlərə görə Heydər Əliyevə daim 
minnətdar olacağıq. Ulu öndər barəsində saatlarla danışmaq olar. 
Bu böyük şəxsiyyətin Azərbaycan xalqı qarşısında göstərdiyi 
xidmətlərin çərçivəsi yoxdur.  
Millətini, vətənini canından artıq sevən, onun yolunda hər cür 
çətinliyə sinə gərən, ömrünü belə qurban verməyə hazır olan 
Heydər Əliyev həm də sözün əsl mənasında Azərbaycan 
mədəniyyətinin əvəzsiz himayədarı idi. Heydər Əliyevin 
Azərbaycana rəhbərlik etdiyi dövr mədəniyyət işçilərinin 
yaddaşında çoxsaylı beynəlxalq miqyaslı festivallar, baxışlar, 

mədəniyyət ongünlükləri və müsabiqələrlə əbədi həkk 
olunmuşdur. Bu, faktdır ki, ulu öndərin diqqəti və nəzarəti altında 
milli incəsənət və mədəniyyət xadimlərimiz məsuliyyətli 
sınaqlardan uğurla keçərək öz peşəkarlıqlarını, istedad və 
bacarıqlarını daha da yüksək zirvələrə ucaltmağa nail olmuşlar. 
Azərbaycan sənətçiləri əməklərinə verilən qiymətin ilk sevincini, 
fəxri adların şöhrətini məhz Heydər Əliyevin sayəsində 
duymuşdular. Bəllidir ki, keçmiş SSRİ-də xalq və əməkdar artist 
fəxri adlarına layiq görülmək çox çətin idi. Bu təltiflərin təsdiqinə 
uzanan yollar bəzən də ziddiyyətli münasibətlərlə üzləşirdi. 
Dəfələrlə deyilib və sübuta yetirilib ki, Qara Qarayev, Fikrət 
Əmirov, Rəşid Behbudov, Niyazi, Müslüm Maqomayev, Zeynəb 
Xanlarova, Adil İsgəndərov, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, 
Mehdi Məmmədov, Hökumə Qurbanova, Leyla Bədirbəyli, Tofiq 
Kazımov, Həsən Turabov və başqaları respublikamızın şöhrətini, 
onun milli mədəni nümunələrini dünyanın bütün ölkələrində 
ləyaqətlə tərənnüm edirdilər. Keçmiş Sovetlər Birliyinin 
tərkibində olan müttəfiq respublikalar arasında Azərbaycanın 
mədəniyyət işçiləri çox fərqlənirdilər. Onlar həm dünya 
mədəniyyətinə əbədiyaşar əsərlər təqdim edir, həm də 
zəhmətlərinin müqabilində yüksək ad-san, təbrik, mükafat 
qazanırdılar. Azərbaycan mədəniyyəti sanki o illərdə bir lider 
rolunda çıxış edirdi. Bütün bu nailiyyətlərin Azərbaycanın 
ünvanına yazılmasında ən gərgin zəhməti çəkən, cəsarətli 
addımların və qərarların sahibi olan məhz ulu öndər Heydər 
Əliyev idi. 
Heydər Əliyevin bir məqsədi də var idi ki, Azərbaycan 
mədəniyyətinin uğurlu nümunələri yalnız respublikanın 
səhnələrində, tamaşa salonlarında donub qalmasın. Azərbaycan 
mədəniyyətinin, incəsənətinin, musiqisinin tanınması üçün 
hərtərəfli mübadilələrin qurulmasına xüsusi fikir verən Heydər 
Əliyevin təşəbbüsü ilə ən məşhur teatrların kollektivi, yaradıcı 
heyəti tez-tez Bakıya qastrol səfərlərinə gəlirdi. Bunun qarşılığı 
kimi də Azərbaycanın incəsənət ustaları keçmiş Sovetlər 

Birliyinin və dünyanın məşhur teatrlarında öz yaradıcılıqlarını 
məharətlə nümayiş etdirirdilər. O dövrdə "Bolşoy Teatr", "Malı 
Teatr", Vaxtanqov, Satira, Sovremennik, Mossovet kimi dünya 
şöhrətli teatrların kollektivləri Azərbaycan tamaşaçıları qarşısında 
məmnuniyyətlə çıxış edirdilər. Etiraf edim ki, biz indi də həmin 
xoş münasibətlərin, əlaqələrin bəhrəsini dadırıq. Bu yaxınlarda 
Rusiyanın müxtəlif şəhərlərində qastrol səfərlərində olduq. 
Bilirsiniz teatr rəhbərlərinin birinci sözü nədən ibarət olur? "Siz 
Heydər Əliyevin vətənindən gəlmisiniz. Bizim sizin sənətinizə 
böyük hörmətimiz var". Heydər Əliyev bəşəri duyğularla yaşayan 
insan idi. Bu səbəbdən də mədəniyyət aləminə xüsusi diqqətlə 
yanaşırdı. O, insanlığın ucalığını həmişə qarşılıqlı mədəni 
görüşlərin qovuşuğunda görürdü. Bu sahədə çalışanlara diqqətlə, 
həssaslıqla yanaşırdı. Sovet İttifaqının Nazirlər Komitəsində 
çalışdığı vaxtlarda da təkcə doğma Azərbaycanının mədəniyyət 
xadimlərinə deyil, bütün ölkənin qabiliyyətli, istedadlı insanlarına 
yardım əlini uzatmışdı. 
Bəzən ötən əsrin 70-ci illərini "teatrın intibah dövrü" adlandırırlar. 
Məhz bu intibahın ilhamvericisi, himayədarı Heydər Əliyev idi. 
Heydər Əliyevin Akademik Milli Dram Teatrına həmişə xüsusi 
diqqəti və qayğısı olub. Yadımdadır, Ümumittifaq "Dostluq" 
teatrının xətti ilə bir çox sənət ustaları ilə birlikdə Rusiya, 
Ukrayna, Özbəkistan, Qazaxıstan və digər respublikalarda dövlət 
səviyyəli tədbirlərin həyata keçirilməsində iştirak edirdim. 
Müxtəlif sənət sahibləri, mədəniyyət xadimləri, rejissor və 
dramaturqlarla görüşürdüm. Bu səfərlər ərzində tez-tez eşitdiyim 
bir cümlə indiyədək yadımdadır: "Kaş bizim ölkədə də Heydər 
Əliyev kimi şəxsiyyət olaydı, onda bizim teatrımız da sizin teatr 
kimi çiçəklənərdi".  
Heydər Əliyev həm də ən tələbkar və həssas tamaşaçı idi. Bu 
böyük şəxsiyyətin ölkəyə rəhbərliyi dövründə teatrda 
səhnələşdirilmiş elə bir əsərin premyerasını xatırlaya bilmərik ki, 
orada Heydər Əliyev iştirak etməsin. Salonda əyləşərkən səhnədə 
baş verənləri əsl pərəstişkar, teatr aşiqi kimi seyr edərdi. 

Tamaşadan sonra pərdə arxasına keçərək teatr bilicisi kimi 
məsləhət və tövsiyələrini verərdi. Ya dərhal, ya da bir neçə 
gündən sonra dövlət başçısı kimi sənət adamlarının əməyini 
yüksək dəyərləndirərdi. Bu teatrın aktyor, rejissor və rəssamları 
arasında onlarla insanı nümunə gətirə bilərəm ki, məhz Heydər 
Əliyevin sərəncamı ilə müxtəlif fəxri adlara, mükafatlara layiq 
görülüb. Yaradıcı kollektivimizin mənzil şəraitinin 
yaxşılaşdırılması naminə Heydər Əliyevin göstərdiyi diqqəti ömrü 
boyu yaddan çıxarmarıq. 
Mən bir hadisəni heç unuda bilmirəm. Böyük bəstəkarımız Qara 
Qarayev Moskvada vəfat etmişdi. Bakıdan böyük bir dəstə oraya 
yollanmışdıq. Müəyyən qanqaraldıcı söhbətlər də var idi. Dünya 
şöhrətli bəstəkar haqqında "Pravda" qəzetində nekroloq 
çıxmamışdı. Nəhayət, Brejnevin imzası ilə bu nekroloq qəzetdə 
işıq üzü gördü. O zaman SSRİ Bəstəkarlar İttifaqının sədri 
N.Xrennikov mənə pıçıltı ilə dedi: "Bu işin səbəbkarı Heydər 
Əliyev oldu. O, güclü şəxsiyyətdir". Qara Qarayevin cənazəsinin 
xüsusi təyyarədə Bakıya gətirilməsi də Heydər Əliyevin sayəsində 
mümkün oldu. Bu hadisə bizə həm də qürur gətirirdi. Dünya 
şöhrətli mədəniyyət xadimləri gül-çiçək dəstələri və çələnglərlə 
Azərbaycan bəstəkarını böyük ehtiramla vətəninə yola salırdılar. 
Mən ümummilli lider Heydər Əliyev haqqında fikirləşəndə 
həmişə deyirəm, yaradıcı surətdə düşünən insanın həyatının 
mənası ondadır ki, o, hər yerdə hamıya lazım olmaq üçün 
qətiyyən dəyişməyən, təkrarolunmaz yol keçmiş olsun. Heydər 
Əliyev hər yerdə Azərbaycandan pərvazlanan insanların pənahı 
idi.  
Qürur və sevinc hissləri keçiririk ki, ulu öndərin keşməkeşli 
illərdən üzü bəri çətinliklə saldığı, lakin inamla inkişaf etdirdiyi o 
böyük yol bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən 
ləyaqətlə davam etdirilir. Yenə də həmin missiyaların müntəzəm 
olaraq mükəmməl şəkildə yerinə yetirildiyinin şahidiyik. 
Mədəniyyət xadimlərinin qayğıları öyrənilir, müxtəlif dövlət 
mükafatlarına, adlara layiq görülür, yaradıcı fəaliyyətləri üçün hər 

cür şərait yaradılır. Bu yaxınlarda teatr haqqında qəbul olunmuş 
qanun da bir daha təsdiqləyir ki, mədəniyyət sahəsi daim dövlətin 
diqqətindədir. Teatr ocaqlarının təmirə dayanması, onların dünya 
standartları səviyyəsində fəaliyyət göstərməsi üçün yeni texniki 
avadanlıqlarla təmini, bu məqsədlə müəyyən proqramların 
hazırlanması, sərəncamların imzalanması sübut edir ki, Heydər 
Əliyevin böyük məhəbbətlə kapitanlıq etdiyi mədəniyyət 
gəmisinin sükanı etibarlı əllərdədir! 
 
Azərbaycan.- 2008.- 4 may.- S. 6. 
 
 
Heydər Əliyev irsinin elektron sənədlər toplusu 
 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 
anadan olmasının 85 illik yubileyi münasibətilə Prezident 
Kitabxanasında hazırlanmış “Heydər Əliyev. Elektron Sənədlər 
Toplusu” internet resursu istifadəçilərə təqdim edilmişdir. 
Geniş oxucu kütləsinin və tədqiqatçıların ümummilli liderin 
zəngin irsini öyrənməyə çox böyük marağını nəzərə alaraq, 
internet resursda Heydər Əliyevin Azərbaycan Respublikasının 
Prezidenti olduğu dövrdəki nitqlərinin, çıxışlarının, 
məruzələrinin, bəyanatlarının, müsahibələrinin elektron 
versiyaları hazırlanmış və illər üzrə qruplaşdırılmışdır. 
Kitabxananın elektron kataloqunda Heydər Əliyev haqqında olan 
400-dən çox kitab və 1000-dən çox dövri mətbuat materialı 
haqqında biblioqrafik informasiya internet resursun 
“Biblioqrafiya” bölməsində yerləşdirilmişdir. 
“Xronologiya” bölməsində ilk dəfə olaraq dahi şəxsiyyətin həyat 
və fəaliyyətinin əsas sahələri, şərəfli bir ömrün ən vacib 
məqamlarının Prezident Kitabxanası tərəfindən tərtib olunmuş 
xronologiyası internet istifadəçilərinə təqdim edilmişdir. 
Ölkəmizin xarici siyasət kursunun, müstəqil beynəlxalq 
münasibətlərimizin və diplomatiyamızın formalaşmasında 

misilsiz xidməti olan Heydər Əliyevin Azərbaycan 
Respublikasının Prezidenti olduğu dövrdə xarici ölkələrə etdiyi 
səfərlərin, bu səfərlər zamanı dövlət rəhbərləri, beynəlxalq 
təşkilatların nümayəndələri ilə keçirdiyi görüşlərin də tam 
xronologiyası tərtib edilərək resursun “Xarici siyasət fəaliyyətinin 
xronikası” bölməsində istifadəçilərə təqdim olunmuşdur. 
Təməli ümummilli liderimiz tərəfindən qoyulmuş və Prezident 
İlham Əliyevin uğurla inkişaf etdirdiyi, müasir Azərbaycan 
iqtisadiyyatının əsasını təşkil edən neft strategiyasına, “Əsrin 
müqaviləsi”nə, neftimizin dünya bazarlarına nəqlinə, Neft 
Fonduna, beynəlxalq neft-qaz sərgilərinə dair rəsmi materialların 
tam mətnləri müvafiq sahələr üzrə qruplaşdırılaraq internet 
resursun “Neft strategiyası. Əsrin müqaviləsi” bölməsində 
verilmişdir. 
İstifadəçilər üçün çox əhəmiyyətli sənədli mənbə hesab edilən 
bölmələrdən biri də Prezidentin İcra Aparatının rəhbəri, akademik 
Ramiz Mehdiyevin buraxılışına məsul olduğu “Müstəqilliyimiz 
əbədidir” çoxcildliyinin (22 cild) kitabxananın əməkdaşları 
tərəfindən hazırlanmış elektron versiyasıdır. Mövzu-axtarış 
sistemi tətbiq edilmiş bu çoxcildlik Heydər Əliyevin Azərbaycan 
Respublikasının Prezidenti olduğu dövrdə misli görünməmiş 
fəaliyyətini əks etdirən materialların xronoloji toplusudur. 
İnternet resursun təqdimatı zamanı ümummilli liderin Prezident 
Kitabxanasındakı büstü önünə gül-çiçək dəstələri qoyulmuş, 
həyatının müxtəlif dövrlərini əhatə edən fotoşəkillərdən ibarət 
slayd göstərilmiş, yubiley münasibətilə təşkil olunmuş zəngin 
kitab sərgisinə baxış keçirilmişdir.  
 
Azərbaycan.- 2008.- 7 may.- S. 11. 
 
 

Xalq qəzeti 
 
2006 
 
Heydər Əliyev muzeyinin açılışı 
 
Sentyabrın 12-də  Xırdalan qəsəbəsindəki Heydər 
parkında ulu öndərin adını daşıyan muzeyin təntənəli açılış 
mərasimi olmuşdur.  
Azərbaycan Prezidenti İlham  Əliyev rəmzi açılışı 
bildirən lenti kəsdi.  
Muzeyin direktoru Tükəzban Həsənova dövlətimizin 
başçısına məlumat verdi ki, 10 bölmədən ibarət muzey dahi 
şəxsiyyət Heydər  Əliyevin irsinin təbliği, gənc nəslin bu irsdən 
yararlanması məqsədi ilə yaradılmışdır. 
Burada ulu öndərin uşaqlıq və  gənclik illərini, 
təhlükəsizlik orqanlarında fəaliyyətini, Azərbaycana rəhbərliyinin 
ilk dövrünü, 1981-ci ildə Abşeron rayonuna gəlməsini, müstəqil 
Azərbaycan dövlətinə  rəhbərlik illərini, kənd təsərrüfatının, 
sənayenin inkişafına, milli-mənəvi dəyərlərimizin qorunmasına, 
ordu quruculuğuna, mədəniyyətə  və idmana qayğısını, yeni neft 
strategiyasının həyata keçirilməsini, xarici ölkələrə  rəsmi 
səfərlərini, tanınmış dövlət xadimləri və siyasətçilərlə görüşlərini, 
2001-ci ildə Abşeron rayonunda istifadəyə verilən obyektlərin 
açılış  mərasimində  iştirakını  əks etdirən çoxsaylı fotoşəkil və 
eksponat toplanmışdır.  
Muzeydə ümummilli liderin büstü də qoyulmuş, Abşeron 
rayonunda olmasını əks etdirən xüsusi fotoalbom hazırlanmışdır.  
Prezident İlham Əliyev muzeyin ayrı-ayrı guşələri ilə tanış oldu, 
fotoşəkillərə, Qobu xalçaçılarının toxuduqları, üzərində ulu 
öndərin portreti olan xalçaya böyük maraqla tamaşa etdi.  
Sonra dövlətimizin başçısı muzeyin xatirə kitabına ürək 
sözlərini yazdı: 

“Heydər  Əliyev muzeyində ulu öndərin həyat və 
fəaliyyətini  əks etdirən fotoşəkillər bir daha göstərir ki, bütün 
dövrlərdə Heydər  Əliyev doğma xalqına sədaqətlə xidmət 
etmişdir. Müstəqil Azərbaycanın qurucusu Heydər  Əliyev 
Abşeron rayonunun sosial-iqtisadi inkişafına böyük diqqət 
göstərmişdir.  
Bu gün Abşeron rayonu uğurla inkişaf edir, burada 
quruculuq, abadlıq işləri sürətlə gedir. Əminəm ki, bundan sonra 
da abşeronlular, həmişə olduğu kimi, doğma Vətənimizin 
inkişafına öz töhfələrini verəcəklər.  
 
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti 
 
* * * 
 
Rayon ictimaiyyəti adından xatirə olaraq Prezident İlham 
Əliyevə Hökməli xalçaçılarının toxuduqları, üzərində 
dövlətimizin başçısının portreti olan xalça təqdim edildi. 
 
Xalq qəzeti.- 2006.- 13  sentyabr.- S. 2. 
 
 
Azərbaycan
 
Prezidenti
 
İlham
 
Əliyevin
 
Naxçıvan
 
Muxtar
 
Respublikasına
 
səfəri 
 
Azərbaycan Prezidenti İlham  Əliyev dekabrın 20-də 
Naxçıvan Muxtar Respublikasına səfərə  gəlmişdir. Dövlətimizin 
başçısının  şərəfinə Naxçıvan beynəlxalq hava limanında fəxri 
qarovul dəstəsi düzülmüşdü.  
Prezident  İlham  Əliyevi hava limanında Naxçıvan Muxtar 
Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və digər rəsmi 
şəxslər qarşıladılar. Milli geyimli oğlan və  qız Prezidentə gül-
çiçək təqdim etdilər.  

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə 
raport verdi. Dövlətimizin başçısı  fəxri qarovul dəstəsinin 
qarşısından keçdi. Hava limanına gəlmiş minlərlə naxçıvanlı 
Prezident İlham Əliyevi hərarətlə salamladı.  
 
Xalq qəzeti.- 2006.- 21 dekabr.- S. 2. 
 
 
2007 
 
Heydər Əliyev muzeyinin açılışı 
 
Həmin gün Oğuz şəhərində ulu öndərin adını daşıyan muzeyin 
açılış  mərasimi oldu. Azərbaycan Prezidenti İlham  Əliyev rəmzi 
açılışı bildirən lenti kəsdi. Dövlətimizin başçısına məlumat verildi 
ki, muzey görkəmli dövlət xadimi və siyasi xadim, dahi şəxsiyyət 
Heydər  Əliyevin irsinin təbliği, gənc nəslin bu irsdən 
yararlanması  məqsədi ilə yaradılmışdır. Burada ulu öndərin 
uşaqlıq və  gənclik illərini, ailə  həyatını, Azərbaycana 
rəhbərliyinin hər iki dövrünü, kənd təsərrüfatının, sənayenin 
inkişafına, ordu quruculuğuna, mədəniyyətə və idmana qayğısını, 
“Əsrin müqaviləsi”nin imzalanmasını, Bakı–Tbilisi–Ceyhan 
layihəsinin həyata keçirilməsini  əks etdirən 240-a yaxın  şəkil və 
eksponat, habelə ulu öndərin həyat və  fəaliyyətinin müxtəlif 
dövrlərindən bəhs edən kitablar toplanmışdır. Dörd bölmədən 
ibarət olan muzeydə Prezident İlham Əliyevin 2005-ci ildə Oğuz 
rayonuna səfəri və burada keçirdiyi görüşlərə dair fotoşəkillər də 
toplanmışdır.  
Dövlətimizin başçısı muzeyin ayrı-ayrı guşələri ilə tanış oldu, 
muzeyin xatirə kitabına ürək sözlərini yazdı.  
 
Xalq qəzeti.- 2007.- 2 mart.- S. 5. 
 
 

Saatlıda Heydər Əliyevin abidəsi açılmışdır 
 
Mayın 10-da Saatlıda ümummilli lider Heydər  Əliyevin 
abidəsinin açılışı olmuşdur. Tədbir iştirakçıları öncə tamamilə 
yenidən qurulmuş Heydər  Əliyev meydanında salınmış  Şəhidlər 
Xiyabanını ziyarət etmiş, torpaqlarımzın bütövlüyü uğrunda şəhid 
olmuş  Vətən oğullarının xatirəsini hörmətlə anmışlar.  
Sonra Heydər  Əliyevin abidəsinin açılış  mərasimi keçirilmişdir. 
Rayon icra hakimiyyətinin başçısı Vaqif Hüseynov abidənin 
örtüyünü açmışdır. Ümummilli liderin xatirəsi bir dəqiqəlik 
sükutla yad olunmuşdur. Abidə önünə əklil və gül-çiçək dəstələri 
qoyulmuşdur. V.Hüseynov dünya şöhrətli dahi şəxsiyyətin həyat 
və  fəaliyyəti barədə danışmışdır. O demişdir ki, azərbaycançılıq 
ideyasının, milli həmrəyliyin, Azərbaycanın inkişaf modelinin 
formalaşmasında, ölkəmizin dünyaya inteqrasiyasında fenomen 
tarixi  şəxsiyyət olan ulu öndərin rolu əvəzsizdir. Bizim hər 
birimiz haqlı olaraq fəxr etməli və qürur duymalıyıq ki, Heydər 
Əliyevin Azərbaycanında yaşayır, çalışırıq. Bu gün 
Azərbaycanımız  əsl inkişaf yolundadır. Biz sabahımıza, 
gələcəyimizə ümummilli liderin siyasi kursunun ən layiqli 
davamçısı, ürəkdən inanıb etibar etdiyimiz ölkəmizin Prezidenti 
İlham  Əliyevin rəhbərliyi altında gedirik. Heydər  Əliyevin 
uzaqgörənliklə söylədiyi kimi, dahi rəhbərin axıra çatdıra 
bilmədiyi taleyüklü məsələləri, planları, işləri indi bizim 
köməyimiz və  dəstəyimizlə  İlham  Əliyev həyata keçirir. 
Digər natiqlər – Yeni Azərbaycan Partiyası icra katibinin 
müavini, parlamentin deputatı Mübariz Qurbanlı, “Yeni 
Azərbaycan” qəzetinin baş redaktoru Alqış  Həsənoğlu, Yeni 
Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Lütfəli 
Şıxəliyev, Saatlıda çıxan “Dönüş” qəzetinin baş redaktoru Qaçay 
Əhmədov da ulu öndərin uğurlu sosial-iqtisadi inkişaf 
strategiyasının gətirdiyi dividendlərdən bəhs edərək, bu siyasətin 
Prezident  İlham  Əliyev tərəfindən müvəffəqiyyətlə  həyata 
keçirildiyini, xalqın qarşıdakı prezident seçkilərində  də indiki 

ölkə başçısını yeganə namizəd kimi dəstəkləyəcəklərini 
bildirmişlər. 
 
Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin