AZƏrbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ İnformasiya-biBLİoqrafiya şÖBƏSİ



Yüklə 0.7 Mb.
Pdf просмотр
tarix06.09.2017
ölçüsü0.7 Mb.

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ 

İNFORMASİYA-BİBLİOQRAFİYA ŞÖBƏSİ 

XX əsrin  faciəsi-Xocalı soyqırımı 

Biblioqrafik icmal 

BAKI – 2016 

XX əsrin  faciəsi-Xocalı soyqırımı 

(Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar biblioqrafik icmal) 

Bütövlükdə  Azərbaycan  xalqına  qarşı  yönəldilmiş                                                                                                                                                                                             

Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-

insani  cəza  üsulları  ilə  bəşər  tarixində  bir  vəhşilik 

aktıdır.  Bu  soyqırım,  eyni  zamanda,  bütün  bəşə-

riyyətə qarşı tarixi bir cinayətdir. 

                                  Ümummilli lider Heydər Əliyev 

 

1992-ci  il fevralın  25-dən 26-na keçən  gecə  Ermənistan  silahlı  qüvvələri  SSRİ 

dövründən Xankəndi (Stepanakert)  şəhərində  yerləşən  366-cı  motoatıcı  alayın  zirehli 

texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, 

fevralın  25-i  axşam  şəhər  toplardan  və  ağır  artilleriyadan  şiddətli  atəşə  tutuldu. 

Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə 

alınan  şəhərdə  qalmış  təqribən  2500  nəfər  xocalılı Ağdam rayonunun  mərkəzinə 

çatmaq  ümidi  ilə  şəhəri  tərk  etdi. Amma  bir  günün  içində  yer  üzündən  silinən  şəhəri 

tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı 

oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 

nəfər  Xocalı  sakini  qətlə  yetirildi,  8  ailə  tamamilə  məhv  edildi,  25  uşaq  hər  iki 

valideynini,  130  uşaq  valideynlərindən  birini  itirdi.  Düşmən  gülləsinə  tuş  gəlib 

yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.  

Xocalı  soyqırımının  baş  verdiyi  o  müdhiş  gecədən  artıq  24  il  keçir.  Respub-

likamızda  və  onun  hüdudlarından  kənarda  Xocalı  soyqırım  qurbanları  ehtiramla  yad 

edilir  və  xalqımız  dünya  ictimaiyyətini  bu  haqsızlığa  son  qoyub  Xocalı  soyqırımını 

birmənalı olaraq tanımağa çağırır. 

C.Cabbarlı  adına  Respublika  Gənclər  Kitabxanasında  da  Xocalı  faciəsi  ilə 

əlaqədar dəyirmi masa və mözuya dair kitabların  acıq-baxış sərgisi təşkil olunub.  

Sərgidə nümayiş etfirilən kitabların biblioqrafik icmalı:    



 

Yaqublu  Nəsiman.  Xocalı  qırğını.-  Bakı:  Azərnəşr,  1992.-

128 s. 


Yazıçı-jurnalist Nəsiman Yaqublunun “Xocalı qırğını” kitabı 

XX  əsrin  ən  böyük  faciəsi  olan  Xocalı  hadisəsinə  həsr  olunub. 

Kitabda  Xocalı  faciəsində  ölənlər,  yandırılanlar,  diri-diri  başları 

kəsilənlər,  dırnaqları  qoparılıb  işgəncə  ilə  öldürənlər  haqqında 

geniş  məlumat  verilib.Ermənilərin  vəhşiliyi,  türk  qanına  hərisliyi 

ağrılı bir dillə yazılıb. Kitabda həmçinin ayağı kəsilən, şikəst olan 

qadınlarımızın,  çavanlarımızın,  oğlu,  qızı  itkin  düşmüş  anaları-

mızın faciəsi də təsvir edilib. Kitab Xocalı hadisəsinin baş verdiyi ildə qələmə alınıb 

və  geniş oxucu kütləsi üçün nəzərdə tutulub.  

                                                                                                     



 

 

Sultanov Ziyəddin. Xocalı faciəsi.- Bakı: İşıq, 1993.-56 s. 

 

Vətənpərvər jurnalist Ziyəddin Sultanovun bir əsgər-döyüşçü 



kimi  cəbhələri  dolaşaraq    isti-isti  qələmə  alıb  yazdığı      bu  əsərini 

oxuduqca  Qarabağda  gedən  qanlı  müharibə,  erməni  tapdağına 

çevrilmiş    torpaqlarımız,  şəhid  olan  qardaş-bacılarımız,  ermənilər 

tərəfindən girov götürülüb, görünməmiş əzab-əziyyətə düçar edilən, 

min  bir  işgəncə  ilə  öldürülən  qız-gəlinlərimizin,  qocalarımızın, 

körpələrimizin  harayı,  batan  qanı...  və  nəhayət,  Xocalı  məhşəri, 

Xocalı genosidi gözlərimiz önündə canlanır. 

 

Oxuculara  təqdim  edilən  bu  əsər  Azərbaycan  xalqının  bəşəri  faciəsindən-



oğullarımızın  qanı  ilə  yazılan  Qarabağ  faciəsindən,  Qarabağ  dərdindən  bəhs  edir. 

Burada verilən materiallar - sənədli fotoşəkillər, mətn və Xocalı şəhidlərinin ittihamı 

bu  soyqırımının    dəhşətini  bütün  çılpaqlığı  ilə  xalqa  çatdırır.  Vətənini  sevən  hər  bir 

gənc bu kitabı oxumalı və düşmənin layiqli cavabını verməyə hazır olmalıdır. 

 

 İsrafilzadə,  Əlisahib  Qiyas  oğlu.



 

Erməni-daşnak  faşizmi  və 

Azərbaycan : bədii publisistika / Ə. İsrafilzadə. - Bakı : Təhsil, 

2007. - 412 s.  



           Müəllif  bu kitabında amansızlığı və xüsusi qəddarlığı ilə 

seçilən  şovinist  və  militarist,  Azərbaycan  türkünün  varlığına 

qənim  kəsilmiş  erməni-daşnak  faşizminin,  onun  aparıcı  siyasi 

qüvvəsi  olan  daşnak  ideologiyasının  qatı  faşist  mahiyyətindən 

bəhs  edir.  Qeyri-insani  məziyyətlərini  tam  çılpaqlığı  ilə  açıb 

göstərir.  Erməni-daşnak  faşistlərinin,  onun  silahlı  birləşmələrinin,  terror  qruplarının, 

təxribatçı dəstələrinin XIX və XX əsrlərdə, xüsusilə son 100 ildə Azərbaycan türkünə 

qarşı  apardıqları  ardıcıl  və  məqsədyönlü  soyqırımı  və  etnik  təmizləmə  siyasətinin 

vəhşiliyindən söz açır. Həmçinin müəllif ümid edir ki, gec-tez dünya birliyi haqq sə-

simizi eşidəcək, bəşəriyyət və insanlıq əleyhinə cinayət törədən, terror və seperatizmi 

təbliğ  və  təşviq  edən  erməni-daşnak  faşizminə  də  yox  deyəcəkdir.  Nəhayət,  dünya 

ictimai fikri xristian dünyasının  qoltuğuna sığınıb, özünü məzlum, qarşı tərəfi zalım 

kimi  qələmə  verən  erməni-daşnak  faşistlərinin  bədnam  təbliğatının  maskasını  yırt-

maqda,  onu  da  tarixin  zibilliyinə  tullamaqda  özündə  güc-qüvvət 

tapacaqdır. 

İsrafilzadə,  Əlisahib  Qiyas  oğlu.   Azərbaycanda  erməni-daşnak 

terrorunun xronologiyası : bədii, tarixi publisistika.- Bakı: Təknur 

MMC, 2009. - 200 s.  

Kitabda  erməni-daşnak  faşizminin  son  bir  əsrdə  Azərbaycan 

türklərinə  qarşı  yürütdükləri  soyqırımı  və  etnik  təmizləmə 


siyasətinin  terror  şiddətindən,  onun  amansızlığından  bəhs  edən,  sırası  minləri  aşan 

konkret faktlar öz əksini tapıb. 



 

Məmmədov Sabir. Tarixi saxtalaşdırmaq cinayətdir.- Bakı: Yazıçı, 

2012.-360 s. 

 

Kitab  1990-cı  ildə  daxili  işlər  naziri  M.Əsədovun    əmrilə 



Xocalı  polis  bölməsinin  ilk  rəisi  təyin  edilmiş  polis  mayoru  Sabir 

Məmmədovun  cəbhə  xatirələrindən  və  işlədiyi  müddətdə  göstərdiyi 

şücaətdən  bəhs  edir.  Əsər  Xocalıda  tüğyan  edən  hadisələr,  xocalı-

ların  başına  gətirilən  müsibətlərdən  xəbər  verilir.  S.Məmmədov 

Xocalıdan  üzü  bəri  bütün  cəbhə  boyu  Ağdam,  Goranboy 

cəbhələrində  gedən döyüşlərdə fəal iştirak etmişdir. Təkcə 13 fevral 1992-ci ildə”Mİ-

26”  vertalyotu  ilə  Xocalıdan  280-300  nəfər  dinc  əhalini  Gəncəyə,  sonra  isə 

avtobuslarla  Ağdama  gətirmişdir.  Müəllifin  gənclərə  örnək  olan    bu  kitabının 

kitabxanamızda təqdimatı da keçirilmişdir. 

 

Xocalı  soyqırımı  -1992  (sənədlərdə,  faktlarda  və  mətbuatda).-

Bakı: Əbilov, Zeynalov və oğulları, 2006.-192 s. 

Xocalı  həqiqətlərini  dünya  ictimaiyyətinin  diqqətinə  çat-

dırmaq  məqsədilə  Azərbaycan  Vətəndaş  Cəmiyyətinin  İnkişafına 

Yardım  Assosiasiyası  2006-cı  ili  “Qarabağ  ili“  elan  edərək  

“Xocalı  soyqırımı:  sənədlər,  faktlarda  və  xarici  mətbuatda”  adlı 

kitabı  Azərbaycan,  ingilis  və  rus  dilində  nəşr  etdirib    müxtəlif 

ünvanlara  göndərmişdir.  Kitab  Ermənistan-Azərbaycan    Dağlıq 

Qarabağ münaqişəsinin ən dramatik hadisələrinə həsr olunmuşdur. 

Müdhiş tarixi faktların, inkar edilməz dəlillərin,  sənədlərin yer aldığı bu kitab Xatın, 

Sonqmi, Liditse kimi  insanlıq tarixinə düşmüş  qanlı  olaylarla bir sırada  duran  Xocalı 

faciəsi  haqqında  beynəlxalq  oxuculara    ətraflı  məlumat  verir.  Xocalıda  azərbaycan-

lılara  qarşı    törədilmiş  qanlı  faciənin  səbəbkarlarını  ifşa  etməyə,  tarixi  həqiqətin  üzə 

çıxmasına kömək göstərir.

 

 

 



Xocalı soyqırımı: milyon imza-bir tələb = Khojaly genoside: mil-

lion  siqnatures-onedemand=  Ходжалинский  геноцид:  миллион 

подписей-одно  требование.-Bakı:  Əbilov,  Zeynalov  və  oğulları, 

2007.-536 s. 

 Xocalı    soyqırımı  xalqımızın  qəlbində  daim  sızlayan  və  qaysaq 

bağlamayan  bir  yaradır.  Azərbaycan  Vətəndaş  Cəmiyyətinin 

İnkişafına  Yardım  Assosiasiyası  (AVCİYA)  Xocalı  soyqırımının 

beynəlxalq aləmdə tanınması tələbilə kütləvi imzatoplama kampaniyasına başlamış və 

bir  milyon  Azərbaycan  vətəndaşının  imzasını  toplayaraq  “Xocalı  soyqırımı:  milyon 

imza-bir  tələb”  adlı  kitab  nəşr  etdirib.  Oxuculara  təqdim  olunan  bu  kitabda  keçən 

əsrin  əvvəllərindən  başlayaraq,  azərbaycanlılara  qarşı  erməni  şovinist  qüvvələrinin 



apardığı etnik təmizləmə siyasəti və terror aksiyaları, Ermənistandan  azərbaycanlıların 

kütləvi  deportasiyası,  Dağlıq  Qarabağ  konflikti  və  Xocalı  soyqırımı    haqqında  rəsmi 

sənədlər,  beynəlxalq  hüquqi  normaların  pozulmasını,  insanlığa  qarşı  cinayət  və 

soyqırım faktını təsdiqləyən dəlillər, analitik şərhlər, canlı müşahidələr və digər mate-

riallar  verilmişdir.  Bu  kitabda  əsas  məqsəd  imzası  toplanmış  bir  milyon  insanın 

tələbini  dünyaya  çatdırmaq  və  cinayətkarların  layiqli  cəzasına  çatmasıdır.  Kitabda 

materiallar 3 dildə: Azərbaycan, ingilis və rus dilindədir.    

Səmədov,  Vasif.  Leyla  Əliyeva:  "Xocalıya  ədalət!"  :  beynəlxalq 

erməni terroruna qarşı yeni strateji model: monoqrafiya: 3 cilddə. 



cild.  -  Təkrar  nəşr.  -  Bakı  :  n.  y.,  2014.  -  341  s;  II  cild.  -  Təkrar 

nəşr.  -  Bakı  :  n.  y.,  2014.  -  373  s.;  III  cild .  -  Bakı  :  CBS 

Polygraphic Production, 2014. - 480 s.  

Üç  cildlik  bu  kitabda  beynəlxalq  terrorun  bir  qolu  olan 

erməni  terrorçularının  müxtəlif  tarixi  dövrlərdə  Azərbaycan 

torpaqlarında,  xüsusilə  ötən  əsrin  son  illərində  Ermənistan  və 

onların  havadarlarının  köməyilə  işğal  olunmuş  Dağlıq  Qarabağ  ərazisində,  o 

cümlədən,  Xocalı  yaşayış  məntəqəsində  törətdikləri  kütləvi  qırğınlardan,  vəh-

şiliklərdən,  soyqırımdan  bəhs  edilir.  Kitabda  Heydər  Əliyev  Fondunun  vitse-

prezidenti,  Fondun  RF-dakı  Nümayəndəliyinin  rəhbəri  Leyla  Əliyevanın  "Xocalıya 

Ədalət!"  kampaniyası  çərçivəsində  beynəlxalq  aləmdə  həyata  keçirilən  təqdirəlayiq 

tədbirlərdən söhbət açılır. Zəngin fakt və sənədlərlə, sübutlarla əhatə olunmuş bu kitab 

dünyada  terror  və  zülmə,  işgəncə  və    amansız  qətliamlara  qarşı  mübarizədə  tarixi 

həqiqətləri əks etdirən toplu kimi  oxuculara



 

təqdim olunub.



 

Erməni terroru=Armenischer Terror= Армянский террор. - 

Bakı : Vətən, 2005. - 168 s. 

Azərbaycan  Respublikası  əsir  və  itkin  düşmüş,  girov 

götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən 

hazırlanmış  bu  nəşr  erməni  terrorizmi  haqqında  həqiqətləri 

Dünya  ictimaiyyətinə  çatdırmaq  üçün  edilən  növbəti  bir 

cəhddir.İngilis,  rus,  alman,  türk,  erməni  dillərində  nəşr  olunan 

albom  bəşəriyyətin  bu  bəla  haqqında  düşünməsinə  bir 

çağırışdır…  Və  nəhayət  bu  kövrək  planetimizin  bütün  günahsız  terror  qurbanlarının 

müqəddəs xatirəsinə bir ithafdır. 

 


Vəlişov, Nazim Tapdıq oğlu.  Azərbaycan faciələrinin təqvimi : 

hər bir azərbaycanlı üçün yaddaş kitabı . - Bakı : MBM, 2010. - 

316 s.  

Bu  kitabda  başı  tarixən  min  bir  bəlalar  çəkmiş  Azər-

baycanın  ayrı-ayrı  illərdə  üzləşdiyi  fəlakət  və  faciələrin  təqvim 

tarixləri  toplanmışdır.  Kitabda  təqvimin  xronoloji  ardıcıllıqla 

düzülən  hər  bir  gününün  müxtəlif  faciəli  hadisələri  əks  olun-

muşdur. Həmin hadisələri ardıcıllıqla izlədikdə bir daha  erməni 

daşnaklarının xalqımıza qarşı lap Cavanşirin, Babəkin dövründən xəyanət və satqınlıq 

yolu ilə  öz məkrli niyyətlərini həyata keçirdiklərinin şahidi oluruq. Müəllif bu kitabı 

tərtib edib xalqımıza təqdim etməklə onu ayıq olmağa, “yazıq erməni” cildinə girərək 

gələcəkdə  də  bu  cür  və  bundan  da  betər  soyqırımları  törətməyəcəyinə  inanmamağa 

çağırır. Kitabı hər bir gəncin oxuması tövsiyə olunur.  

Qaraoğlu,  Fazil.  Ermənilər  və  həqiqətlər  :  rəsmi  sənədlərlə  /  F.  

Qaraoğlu.  III  cild /  red.:  N.  Mehdiyeva,  B.  Abdullayev.-  Bakı  : 

Nurlar NPM, 2009.- 344 s.  

Fazil  Qaraoğlunun  “Ermənilər  və  həqiqətlər”  kitabı  3  cilddən 

ibarətdir. Kitabın Sizə təqdim etdiyim III cildində Dağlıq Qarabağ 

probleminin  ermənilər  tərəfindən  uydurulmuş  olması, ermənilərin 

azərbaycanlılara  qarşı  törətdikləri  vəhşiliklər,  20  yanvar  hadisəsi, 

Xocalı  soyqırımı  tarixi  dərinliklərə  gedilərək  incələnib  müəllifin 

şərhləri  ilə  oxucuların  diqqətinə  çatdırılır.  Gənc  dost,  əgər  erməni  yalanlarının 

arxasında hansı həqiqətlərin olduğunu bilmək istəyirsənsə bu kitabı oxu! 



Xocalı faciəsi ilə əlaqədar  kitabxanamızın fondunda həm də bədii kitablar 

var. Onlardan bir neçəsini Sizə təqdim edirəm

:  

 

Elatlı,  Elxan. Cəhənnəmdən  gələn  səs  :  roman  /  E.  Elatlı.  - 

Bakı : MBM, 2009. - 368 s.  

 

Yazıçı Elxan Elatlının "Cəhənnəmdən gələn səs" romanı 



XX  əsrin  ən  dəhşətli  qırğını  olan  Xocalı  soyqırımına  və 

erməni  əsirliyində  əzab  çəkən  həmvətənlərimizin  acınacaqlı 

taleyinə  həsr  edilib.  Romanda  Azərbaycan  milli  təhlükəsizlik 

orqanlarının fəaliyyətinə, anaya və vətənə məhəbbət, dostluq, 

ilahi eşq mövzularına da geniş yer ayrılıb.  

  

 

 


Rəvan  İnqilab  Xan.  Xocalı  faciəsi  :  [roman]  /  Rəvan  İnqilab 

Xan.-Bakı: Çıraq, 2003.-348 s. 

 

 

İnqilab Xan Rəvan Vəlizadə və Hacı Əliağa Cəfərlinin birgə 



yazdıqları  “Xocalı  faciəsi”  romanı  tarixdə  görünməmiş,  lakin 

doxsan ikinci ilin fevral gecəsində erməni qəsibkarlarının Qarabağ 

torpağında  törətdikləri  qanlı  qırğından,  azərbaycanlılar  üzərində 

müxtəlif  işgəncələr  və  qətllər  yolu  ilə  soyqırımı  həyata  keçi-

rilməsindən bəhs edir. 

 

Əsər  torpağını,  xalqını,  millətini  sevən  hər  bir  azərbay-



canlının stolüstü kitabı olmalı və gələcək nəslə ərməğan edilməlidir. Kitab geniş oxucu 

kütləsi üçün nəzərdə tutulmuşdur. 

 

Müslümqızı,  Səriyyə.  Xocalı  uşaqları  -  Qan  içində  qar  çiçəyi  = 

Дети Ходжалы - Снежный цветок в крови = Children og Khojaly - 

Bloody primroses . - Bakı : Yazıçı, 2013. – 120s. 

Səriyyə  Müslümqızı  çağdaş  ədəbiyyatımızın  tanınmış  simalarından 

biridir.  Xocalı  sakini  və  şairə  Səriyyə  Müslümqızının    kitab  və 

məqalələri 

əsasən Dağlıq  Qarabağ,  Ermənilərin  Qarabağda 

törətdikləri vəhşiliklərə və Xocalı soyqırımına həsr edilmişdir. Onun 



Xocalı soyqırımından  bəhs edən ilk kitabı "Qan üstünə qan yağırdı" adı altında 1992-

ci  ildə  nəşr  olunmuşdur.  Birlik  sədri  kimi  Türkiyədə,  Almaniyada  Azərbaycan 

həqiqətlərinin  dünyada  yayılması  ilə  əlaqədar  tədbirlər  keçirmişdir.  2012-ci  ildə 

Macarıstanda  kütləvi  qırğınların  qarşısının  alınması  mövzusunda  beynəlxalq 

tədbirdə Elmira  Süleymanova ilə  birgə  iştirak  etmişdir.  Dəfələrlə  ölkə  daxilində 

Qarabağın  işğalına  qarşı  tədbirlər  keçirmiş,  mövzu  ilə  əlaqədar  ölkədə  keçirilən 

beynəlxalq  konfranslarda  iştirak  etmişdir.  Qarabağ  həqiqətlərinin  dünyada  yayılması 

ilə bağlı yazı müsabiqələrində 1-ci və 2-ci yerlərin qalibi olmuşdur.  

Xocalı  həqiqətlərini  dünya  ictimaiyyətinə  çatdırmaq  məqsədilə  "Erməni  təca-

vüzünün tanıdılması” İctimai Birliyinin sədri, yazıçı-publisist Səriyyə Müslümqızının 

"Xocalı  uşaqları,  qan  içində  qar  çiçəyi”  adlı  povesti  Azərbaycan  Respublikasının 

Malayziyadakı  səfirliyi  tərəfindən  malay  və  ingilis  dillərinə  tərcümə  edilərək  kitab 

şəklində  çap  olunub.  Kitab  Qarabağ  müharibəsində  və  Xocalı  qırğınında  həyatlarını 

itirən  məsum  körpələrin  taleyindən  bəhs  edir.  Qarabağ  boyda  bir  ağrısı  olan 

vətənpərvər  yazıçı  ürəyinin  qanı  ilə  yoğrulmuş  bu  əsəri  hər  bir  gənc  oxumalı  və 

düşmənin layiqli cavabını verməyə hazır olmalıdır. 

Xocalı faciəsi həm də poeziyamızda : Xalq şairi Bəxtiyar Vahabzadə, Zəlimxan 

Yaqub, Ramiz Duyğun, Mirvarid Dilbazi, Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli və b. 



şairlərimizin  əsərlərində    öz  əksini  tapıb  və  həmin  kitabları  bizim  kitabxanadan 

götürüb oxuya bilərsiniz.      

Həmçinin, kitabxananın  saytına ( 

www.ryl.az

 ) daxil olub "Elektron kitabxana“ 

linkində Xocalı faciəsi haqqında kitabların tam mətnini də əldə edə bilərsiniz. 

 

                                                                                                  24.02.2016 

 

 

 

 

 



 

 

 



              

           

İcmalı tərtib etdi:       İnformasiya-biblioqrafiya şöbəsinin böyük                         

 

 

 



                        kitabxanaçısı Məmmədova Tamella 

 

          Redəktə etdi:              İnformasiya-biblioqrafiya şöbəsinin                                                                                                         



müdiri Şəfiyeva Səadət                                                                                                

                                            

                                               

Ünvan: 

Az 1065, Yasamal rayonu, Bakı şəhəri 

N.Nərimanov küç., 203 

Əlaqə telefonları: 

(+994 012) 538 02 47 

                    538 54 57  

                    538 93 54 

 

 

 ryl.az@mail.ru



 

 

 





Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə