Azərbaycan qəzeti 2006 Almaniyadakı Nizami Gəncəvi adına Mədəniyyət


Respublika.- 2008.- 26 aprel.- S. 8



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə11/12
tarix01.01.2017
ölçüsü0,82 Mb.
#3897
1   ...   4   5   6   7   8   9   10   11   12

Respublika.- 2008.- 26 aprel.- S. 8. 
                                                    
Səs qəzeti 
 
2006 
 
Ələsgərov B. 
 
Heydər Əliyev və Azərbaycanda kitabxana işi 
 
"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir 
yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə, elə 
kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş 
etdirən amillərdən biridir". 
(Heydər Əliyev) 
 
 Bu  günlərdə "Heydər  Əliyev və Azərbaycanda kitabxana işi" 
adlı kitabı  işıq üzü görmüşdür. Kitabın müəllifi  əməkdar elm 
xadimi,  əməkdar mədəniyyət işçisi, BMT yanında Beynəlxalq 
İnformasiyalaşdırma Akademiyasının akademiki, tarix elmləri 
doktoru, professor Abuzər Alı  oğlu Xələfovdur. Məlumat üçün 
deyim ki, o, 50 ildir ki, Bakı Dövlət Universitetində səmərəli elmi-
pedaqoji fəaliyyət göstərir. Milli kitabxanaşünaslıq elminin banisi, 
Azərbaycan kitabxanalarının tarixinin ilk tədqiqatçısı, 
respublikamızda ali təhsilli kitabxanaşünas-biblioqraf və 
kitabşünaslar hazırlayan ilk fakültənin yaradıcısı kimi professor 
Abuzər Xələfov adı  vətənimizin sərhədlərindən çox-çox uzaqlarda 
da məhşurdur. 
250-dən artıq elmi əsərin, o cümlədən, 50-dən artıq monoqrafiya, 
dərslik və  dərs vəsaitinin müəllifi olan Abuzər Xələfov, eyni 
zamanda, ikicildlik "Kitabxanaşünaslığa giriş" və "Azərbaycanda 
kitabxana işinin tarixi" fənlərinə dair ilk orijinal milli dərsliklərin 
yaradıcısıdır. 2000-ci ildə professor Abuzər Xələfov Azərbaycanda 
kitabxanaşünaslıq elminin və ali kitabxanaçılıq təhsilinin 

inkişafındakı xidmətlərinə görə Prezident Heydər Əliyevin fərmanı 
ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir. 
Professor, Abuzər Xələfovun geniş oxucu auditoriyasına təqdim 
olunan "Heydər  Əliyev və Azərbaycanda kitabxana işi" adlı 
fundamental monoqrafiyası müəllifin uzun illər gərgin  əməyinin 
nəticəsi olub, ulu öndər Heydər  Əliyevin kitabxana quruculuğu 
sahəsindəki fəaliyyətinin tədqiqinə həsr edilmişdir. 
Kitabın məsləhətçisi AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri 
doktoru, professor Ş.Məmmədəliyev, elmi redaktoru əməkdar elm 
xadimi, tarix elmləri doktoru, professor T.Musayev, redaktorları 
pedaqoji elmlər namizədi, dosent K.Aslan, tarix elmlər namizədi 
L.Məmmədovadır. 
Kitabda ümummilli lider Heydər  Əliyevin Azərbaycan 
mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan kitabxana qurulucuğu 
sahəsindəki misilsiz xidmətləri ümumiləşdirilərək, elmi nəticələr 
çıxarılır. Burada kitabxanaların xalqımızın mədəni-mənəvi 
tərəqqisində və cəmiyyətdəki rolu haqqında Heydər Əliyev fikirləri 
şəhr olunmuş, həmçinin, onun XX əsrin ikinci yarısında 
respublikada kitabxana şəbəkələrinin inkişafı, kitabxanaların 
mərkəzləşdirilməsi, kitabxana fondlarının inkişafı,  əhaliyə 
kitabxana xidmətinin yaxşılaşdırılması, kitabxanaların maddi-
texniki bazasının və kadr potensialının möhkəmləndirilməsi 
istiqamətindəki fəaliyyəti konkret faktlar əsasında təhlil edilmişdir. 
Yeni nəşrdə müstəqillik dövründə kitabxanaların qorunub 
saxlanılması, kitabxana işinin inkişaf istiqamətləri və dövlətin 
kitabxana siyasətinin formalaşmasında Heydər  Əliyev ideyalarının 
şəhrinə geniş yer verilmişdir. 
Kitabxana işi sahəsində çox mürəkkəb dövr olan son 10 ildə 
olduqca ciddi tədbirlər həyata keçirildi. Hər  şeydən  əvvəl, kəskin 
maliyyə  çətinliyinə baxmayaraq, kitabxana şəbəkələri qorunub 
saxlandı. Bu gün fəxrlə demək olar ki, Azərbaycan MDB ölkələri 
içərisində dövlət kitabxana şəbəkəsini qoruyub saxlayan, kitabxana 
müəssisələrinin özəlləşdirilməsini qadağan edən yeganə 
respublikadır. 

Qeyd etdiyimiz dövrdə böyük öndər Heydər  Əliyev bir neçə 
dəfə M.F.Axundov adına Milli Kitabxanasına getmiş,  şəxsi 
kitabxanasından həmin kitabxanaya xeyli kitab bağışlamış, 
kitabxana, kitabxana işi haqqında parlaq nitqlər söyləmiş, 
kitabxananı "xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, 
mənəviyyat, bilik, zəka mənbəyi" adlandırmışdır. Fərəhləndirici 
haldır ki, son 13 ildə kitabxana işi haqqında bir çox sərəncamlar və 
dövlət qərarları verilmiş, 1999-cu ildə Milli Məclis tərəfindən 
"Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu 
qəbul edilmişdir. Həmin qanunun böyük öndərimiz tərəfindən 
imzalanması  mədəniyyətimizin bu mühüm sahəsinə böyük dövlət 
qayğısının təzahürüdür. 
Beləliklə, xalqımızın böyük oğlu, dünyaşöhrətli siyasətçi, 
müstəqil Azərbaycan dövlətçiliyinin memarı, ümummilli liderimiz 
Heydər  Əliyev respublikamıza 34 illik rəhbərliyi dövründə 
kitabxana dövlət qayğısı ilə  əhatə edilmiş, bu sahə  həmişə böyük 
öndərin diqqət mərkəzində olmuşdur. Məhz buna görədir ki, həmin 
illər respublikamızda kitabxana işinin tarixinə inkişaf və  tərrəqi 
dövrü kimi daxil olmuşdur. 
İllər,  əsrlər keçəcək, ancaq Azərbaycan tarixinin Heydər 
Əliyev dövrü tariximizin ən parlaq səhifələrindən biri kimi 
qalacaqdır. Azərbaycanda kitabxana işinin tarixinə dönüş dövrü 
kimi daxil olan bu illərdə kitabxana quruculuğu sahəsində  əldə 
olunan nailiyyətlərin, baş verən proseslərin,  əhaliyə kitabxana 
xidmətinin təşkili sahəsində meydana gələn yeni iş forma və 
üsullarının təhlil edilib öyrənilməsinə  və ümumiləşdirilməsinə 
böyük ehtiyac duyulmaqdadır. Hazırda oxuculara təqdim olunan 
"Heydər Əliyev və Azərbaycanda kitabxana işi" adlı bu kitab, məhz 
kitabxana tariximizdə olan boşluğu doldurmaq, kitabxana 
quruculuğu sahəsində ulu öndərin titanik fəaliyyətini, böyük-qayğı 
və  məhəbbətini, kitabxana işi haqqmda ölməz ideyalarını, nəzəri 
irsini gələcək nəsillərə çatdırmaq məqsədini öz qarşısına 
qoymuşdur. 

İki fəsil, son sözəvəzi və  əlavələrdən ibarət olan kitabın 
birinci fəsli "Azərbaycanda kitabxana işinin inkişafında Heydər 
Əliyev  mərhələsi (XX əsrin 70-80-ci illəri)" adlanır. Burada, 
əsasən, Heydər  Əliyevin fəaliyyətinin sovet dövrü mərhələsi öz 
əksini tapır. 
İkinci fəsil "Heydər  Əliyev və müstəqillik illərində 
Azərbaycanda kitabxana işi" adlanır ki, bu fəslə  aşağıdakılar 
daxildir: Azərbaycan Respublikası  Mədəniyyət Nazirliyinin 
kitabxana  şəbəkəsi müstəqillik illərində; M.F.Axundov Milli 
Kitabxanası müstəqillik illərində; Azərbaycan Respublikası  Təhsil 
Nazirliyinin kitabxana şəbəkəsi müstəqillik illərində; Respublika 
Elmi-Pedaqoji kitabxanası müstəqillik illərində; Azərbaycan Milli 
Elmlər Akademiyasının Mərkəzi kitabxanası müstəqillik illərində; 
Azərbaycan Respublikası Prezidenti İşlər  İdarəsinin kitabxanası 
müstəqillik illərində; Azərbaycan Respublikası Milli Məclisin 
kitabxanası müstəqillik illərində; Müstəqillik illərində kitabxana işi 
sahəsində dövlət siyasəti və  s.  Bu  fəsillərdə respublikanın  əsas 
kitabxanaları haqqında tam məlumat verilir. 
Vəsaitdə diqqəti cəlb edən başlıqlardan biri də  "Əlavələr" 
adlanır. Burada 5 bölmə,və 12 yarım bölmə öz əksini tapmışdır. 
Birinci böimə "Heydər Əlirza oğlu Əliyev haqqında qısa bioqrafik 
məlumat" adlanır. ikinci bölmə isə "Təltiflər" adlanır. Buraya 
"Heydər  Əliyevin təltif olunduğu SSRİ-nin orden və medalları", 
"Heydər  Əliyevin təltif olunduğu beynəlxalq orden və medalları", 
"Heydər  Əliyevin təltif olunduğu fəxri elmi adlar", "Heydər 
Əliyeviri təltif olunduğu fəxri adlar və mükafatlar" daxildir. 
Maraqlı başlıqlardan biri də "Heydər Əliyevin kəlamlarından" 
adlanır. Müəllif bu kəlamları "Biblioqrafik məlumat kitabı"ndan 
götürmüşdür. 
"Əlavələr"ə "Dünyanın görkəmli siyasətçiləri, elm və 
mədəniyyət xadimləri Heydər  Əliyev haqqında" bölməsi də daxil 
edilmişdir. Görkəmli  şəxslər Corc Buş (ABŞ), Jak Şirak (Fransa), 
Ockar Lui Skalfaro (İtaliya), Əlahəzrət Arixito (Yaponiya), Fərrux 
Əhməd Xanleqari (Pakistan), Kerevil Navayana (Hindistan), Emil 

Konstantineku (Ruminiya) və başqalarının Heydər Əliyev haqqında 
olan fikirləri maraq doğurur. 
"Heydər Əliyev və Azərbaycanda kitabxana işi" adlı kitabına 
bu və ya digər yazılarla yanaşı 84 adda istifadə olunan ədəbiyyatın 
siyahısı  da verilmişdir. 
M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim 
Tahirov vəsaitin çox dəyərli olmasını  nəzərə alaraq, kitabm 
təqdimetmə  mərasimində daha çox tirajla çap olunması  təklifini 
irəli sürmüşdür. 
Belə bir vəsaitin Dövlət Mükafatına təqdimatı da məqsədə 
uyğundur. 
 
Səs.- 2006.- 14 iyul.- S. 12. 
 
 
2007 
 
Fərhad Bədəlbəyli Parisdə konsert verib 
 
Bakı Mustqi Akademiyasının rektoru, xalq artisti Fərhad 
Bədəlbəyli və violonçel ifaçısı Rasim Abdullayev Parisə  səfər 
ediblər. Səfər çərçivəsində musiqiçilər ümunnmilli lider Heydər 
Əliyevin anadan olmasının 84-cü ildönümü münasibəti ilə Parisdə 
konsert veriblər. Bunu Parisdə  səfərdə olan bəstəkar Fərhad 
Bədəlbəyli deyib. Onun sözlərinə görə, konsertdə Fransanın 
tanınmış piano ifaçısı da çıxış edib. Azərbaycanın Fransadakı 
səfirliyinin təşkilatçılığı ilə baş tutan konsert proqramında 
Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənib. F.Bədəlbəyli 
deyib ki, səfər çərçivəsində Fransa Konservatoriyasının rəhbərliyi 
ilə görüşüb: "Səfərimiz olduqca uğurlu keçir. Hazırda Fransa-da bu 
ərəfədə keçiriləcək festivallarda iştirak etmək niyyətindəyik. Artıq 
Azərbaycanın beynəlxalq bazara girmək vaxtıdır. Bu prosesin baş 
tutması üçün bir sıra əlaqələr yaratmaq və Azərbaycanın beynəlxalq 
musiqi bazarına daxil olmasına yardım etmək istəyirik". Rektor 

bildirib ki, səfər zamanı iki ölkə arasında mədəni  əlaqələrin 
möhkəmlənməsi sahəsində bir sıra qərarların qəbulu da gözlənilir. 
Musiqiçilərin Fransa səfəri mayın 15-də yekunlaşacaq. 
 
Səs.- 2007.- 12 may.- S. 16. 
 
 
2008 
 
Ümummilli liderə həsr olunmuş Kitab bayramı 
keçirilib 
 
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat 
xidmətindən aldığımız məlumata əsasən, Lerik rayon mərkəzi kitab-
xanası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 
illik yubileyinə həsr olunmuş "Kitab bayramı" keçirmişdir. "Kitab 
bayramı" 3 saylı şəhər orta məktəbin qarşısında keçirilmiş və sözü-
gedən tədbirdə rayon təhsil və mədəniyyət müəssisələrinin kollek-
tivləri iştirak etmişlər. "Kitab bayramı"nda rayon orta məktəb şa-
girdləri ümummilli lider Heydər Əliyev haqqında şeirlər söyləmiş, 
mahnılar ifa etmişlər. Tədbirdə kitablara dair ədəbi-bədii kompozi-
siya nümayiş etdirilərək, viktorinalar keçirilmişdir. "Kitab bayra-
mı"nda ümummilli lider Heydər Əliyev haqqında kitablardan ibarət 
sərgilər təşkil olunmuşdur. Qeyd edim ki, "Kitab bayramı" 6 may 
tarixinə qədər Xaçmaz, Dəvəçi, Qax, Tərtər, Zaqatala, Masallı, Sa-
birabad, Salyan, Beyləqan, Goranboy, Ucar, Astara, Cəlilabad, Kür-
dəmir, Quba, Neftçala, Şamaxı, İmişli, Qəbələ, Ağdaş, Xanlar, Ağs-
tafa rayonlarında, Gəncə, Mingəçevir, Sumqayıt, Şəki, Lənkəran şə-
hərlərində keçiriləcəkdir.  
 
Səs.- 2008.- 24 aprel.- S. 12. 
 
 

Heydər Əliyev və müstəqil Azərbaycan 
 
Şəxsiyyətlər Muzeyində Ümummilli liderin 85 il-
lik yubileyinə həsr olunmuş tədbir keçirilib 
 
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən aldığımız 
məlumata əsasən, Xaçmaz rayonunun Şəxsiyyətlər Muzeyində, 
Xaçmaz rayon Mərkəzi Kitabxanası Heydər Əliyevin 85 illik yubi-
leyinə həsr olunmuş "Kitab bayramı" keçirilib. Tədbirə rayon icra 
hakimiyyətinin başçısı Ş.Xanbabayev, Mədəniyyət və Turizm Na-
zirliyinin nümayəndəsi O.Muxtarov, Cəfər Cabbarlı adına Respubli-
ka Gənclər Kitabxanasının şöbə müdirləri X. Məmmədova, Z. Meh-
diyeva, Xaçmaz rayon Turizm və İnformasiya Mərkəzinin direktoru 
V. Əhmədov və rayon ziyalıları dəvət olunmuşlar. Tədbiri giriş sö-
zü ilə rayon mədəniyyət və turizm şöbəsinin müdiri N.Ağayev açıb. 
O, Heydər Əliyevin mədəniyyət sahəsində gördüyü işlərdən, hazır-
da isə dövlətin mədəniyyət və kitabxana işi sahəsində verdiyi qərar 
və göstərişlərin əhəmiyyətini vurğulayıb. Tədbirdə "Ulduzlar" ədəbi 
məclisinin sədri F. Həsənov və Q. Aşkari şeirlərini oxumuşlar. Bu-
rada 45 adda sərgi nümayiş etdirilib. "Heydər Əliyev və müstəqil 
Azərbaycan", "Azərbaycan Respublikasının müstəqilliyi ümummilli 
liderimiz Heydər Əliyevin şah əsəridir", "Yaddan çıxmaz Qarabağ", 
"Xaçmaz və xaçmazlılar", "Dünyanı uşaqlara verək" və digər kitab-
lar maraqla qarşılanıb. Şəxsiyyətlər Muzeyində Azərbaycanın 27 
ədəbiyyat və incəsənət xadimlərinin büstləri qarşısında onların hər 
birinin həyat və fəaliyyətini əks etdirən kitab sərgisi təşkil olunub.  
 
Səs.- 2008.- 29 aprel.- S. 12. 
 
                                                           

İki sahil qəzeti 
 
2007 
 
Ulu öndərin informasiya-kommunikasiya 
texnologiyaları 
sahəsində rolu 
 
Mayın 10-da müstəqil Azərbaycan dövlətinin banisi Heydər 
Əliyevin anadan olmasının 84-cü ildönümü Rabitə  və  İnformasiya 
Texnologiyaları Nazirliyində (RİTN) geniş qeyd olunmuşdur. 
Rabitə  və informasiya texnologiyaları naziri Əli Abbasov 
parlaq və  təkrarsız  şəxsiyyət, müasir Azərbaycan dövlətçiliyinin 
qurucusu Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, onun xalqımız 
qarşısında misilsiz xidmətlərindən danışmışdır. Nazir demişdir ki
ümummilli lider informasiya-kommunikasiya texnologiyalarının 
perspektivini daim hiss etmiş və bu sahədə inkişafa nail olmaq üçün 
ardıcıl səylər göstərmişdir. Azərbaycanda mobil rabitənin bu gün 
yüksək inkişaf səviyyəsi də  məhz Heydər  Əliyevin səylərinin 
bəhrəsidir. 1994-cü ildə "Bakcell" və 
1996-cı ildə "Azercell" birgə müəssisələrinin yaradılması 
Azərbaycanda mobil rabitənin inkişafının  əsasını qoymuşdur. 
Ölkənin rabitə sektoruna ilk investisiyaların cəlb edilməsi də 
ümummilli liderin səyləri nəticəsində mümkün olmuşdur. Heydər 
Əliyev Azərbaycanda radio-televiziya yayımının dünya 
standartlarına uyğun təşkili istiqamətində lazım olan bütün 
tədbirləri görmüşdür.  Əsası ümummilli lider Heydər  Əliyev 
tərəfindən qoyulmuş  işləri bu gün Prezident İlham  Əliyev uğurla 
davam etdirir, informasiya-kommunikasiya texnologiyalarının 
inkişafı üçün məqsədyönlü işlər aparır. 
Ə.Abbasov RİTN tərəfindən "Heydər Əliyev və informasiya-
kommunikasiya texnologiyaları siyasəti" adlı kitabın yenicə  nəşr 
olunduğunu bildirmişdir. Natiq kitabda ümummilli liderimiz 
Heydər  Əliyevin Azərbaycana rəhbərlik etdiyi 30 ildən çox 

müddətdə respublikada rabitənin, elektron avadanlığının, 
informasiya texnologiyaları  və telekommunikasiyanın inkişafı  və 
müasir səviyyəyə yüksəlməsi üçün gördüyü işlərin xülasəsi 
verildiyini qeyd etmişdir. 
Tədbirdə  iştirak edən akademik İsmayıl  İbrahimov ulu 
öndərin bənzərsiz tarixi şəxsiyyət kimi Azərbaycan dövlətçiliyinin 
təşəkkülündə  əvəzsiz xidrnətlərin, onun dövlət quruculuğu 
sahəsində  təcrübəsinin ölkəmizin davamlı inkişafını daim himayə 
etdiyini vurğulamışdır. 
"Heydər 
Əliyev və informasiya-kommunikasiya 
texnologiyaları siyasəti" adlı kitab tədbir iştirakçılarına 
paylanmışdır. 
Kitaba rabitə və informasiya texnologiyaları naziri, akademik 
Əli Abbasov ön söz yazmışdır. Toplu üç bölmədən ibarətdir. I 
bölmədə fərmanlar, sərəncamlar, qərarlar və protokollar verilmiş, II 
bölmədə Heydər  Əliyevin rabitə xidməti ilə  əlaqədar tədbirlərdə 
çıxışları, nitqləri, III bölmədə isə Heydər  Əliyevin Azərbaycanın 
rabitə sistemi ilə  əlaqədar söylədiyi fikirlər, dediyi sözlər 
toplanmışdır. Kitabda Heydər  Əliyevin rabitə ilə bağlı  tədbirlərdə 
çəkilmiş fotoşəkilləri və ulu öndərə  həsr olunmuş poçt markaları 
əks olunmuşdur. 
 
İki sahil.- 2007.- 11 may.- S. 6. 
 
 

Üç nöqtə qəzeti 
 
2008 
 
Rəhimə 
 
Beynəlxalq Heydər Əliyev Filmləri Festivalına start 
verildi 
 
Ümummilli lider Heydər Əliyevin 85 illiyinə həsr olunmuş I 
Beynəlxalq Heydər  Əliyev Filmləri Festivalına start verildi. Festi-
valla bağlı ötən gün Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçiril-
di. Layihə BBS Şirkəti və Yeni Azərbaycan Partiyasının Gənclər 
Birliyi tərəfindən həyata keçirilir. Birliyin sədri Ramin Həsənovun 
fikrincə, Heydər Əliyevə həsr edilən filimlərin nümayişini və seçi-
mini hədəf götürən festival ölkədə festival tipli yeganə layihədir. 
Qurum rəhbəri festivalda müxtəlif zaman və  məkanlarda Heydər 
Əliyev haqqında çəkilən filmlərin göstəriləcəyini bildirdi: "Layihə 
ümummilli lider haqqında əsl film yarışmasıdır. Festivalda yer alan 
filmlər Heydər Əliyev xarakterinin və şəxsiyyətinin müxtəlif rakus 
və rənglərini göstərir". BBS şirkətinin direktoru Teymur Nəcəfzadə 
bildirdi ki, festivalda bu günə qədər göstərilməyən filmlər yer ala-
caq. Kino etikası və vətəndaş münasibətlərini birləşdirən rakurslar-
dan müəyyənləşdirilən festivalın seçim heyəti filimləri aşağıdakı 
nominasiyalar - "Ən yaxşı rejissor işi", "Ən yaxşı operator işi", "Ən 
yaxşı dramaturgiya", "Xatirələri qoruyan ən yaxşı film", "Heydər 
Əliyevə kənardan ən yaxşı baxış" üzrə seçəcək. Nəticələrə görə se-
çilən filmlər xüsusi mükafat üzrə təltif olunacaq. Məlumat üçün bil-
dirək ki, layihə  çərçivəsində www. heydar-aliyev.movies.az saytı 
yaradılacaq. Münsiflər heyətinin seçiminə aprel ayının ortalarından 
start veriləcək. Qurum festivalı mayın 3- 5-də keçirməyi planlaşdı-
rır.  
 
Üç nöqtə.- 2008.- 10 aprel.- S. 13. 

Paritet qəzeti 
 
2007 
 
Hüseynzadə F. 
 
Heydər Əliyevin adını daşıyan 39 xatirə muzeyi tikilib 
 
Zaqatala, Astara, Xızı və diqər rayonlarda belə 
muzeylərin tikintisi ilə bağlı işlər gedir 
 
Liderlərin millət üçün gördükləri işlər danılmazdır. Hər hansı 
milləti, xalqı dünyada tanıtdıran və  məşhur edən nə  qədər onun 
mədəniyyəti, milli adət-ənənəsi, tarixidirsə, bir o qədər də onun 
siyasi xadimləridir. Necə ki ümummilli lider, görkəmli dövlət 
xadimi Heydər Əliyev Azərbaycanı beynəlxalq aləmdə tanıtdırdı və 
buna görə  də xalqımız həmişə onun ruhu qarşısında borcludur. 
Napoleon Bonapart, Corc Vaşinqton, Mustafa Kamal Atatürk öz 
xalqları üçün nə ediblərsə  və onlar dünya tarixində hansısa iz 
qoyublarsa, Heydər Əliyev də bizim üçün bunu edib. Eyni zamanda 
bu gün bütün dövlətlər onu dünyəvi siyasətçi kimi qəbul edir. 
Elə dövlət var ki, adı dünyanın siyasi xəritəsində olsa da, 
haradasa onun haqqında danışanda heç kim bu dövlətin yerini belə 
bilmir. Bir vaxtlar Azərbaycan da belə ölkələrdən idi. Heydər 
Əliyev Azərbaycanı  məhz bu cür vəziyyətdən çıxardıb dünya 
səviyyəsində tanınan və özünün xüsusi yeri olan öləkələr sırasına 
qatdı. Onun xarici siyasətinini əsas istiqaməti də elə bundan ibarət 
idi. Dediyimiz kimi bütün xalqımız qarşısında Heydər  Əliyevin 
danılmaz əməyi var. Onun ruhuna ehtiram olaraq çoxlu istiqamətdə 
işlər görülüb, müxtəlif tədbirlər həyata keçirilib və bu günləri də bu 
davam etdirilməkdədir. Bunlardan biri də ümumxalq 
məhəbbətindən irəli gələrək ulu öndərin xatirəsini  əbədiləşdirmək 
üçün paytaxtda və respublikamızın rayonlarında Heydər  Əliyev 
adına muzeylərin yaradılmasıdır. Heydər  Əliyev istər sovet 

dövründə, istərsə  də müstəqillik  əldə etdikdən sonra rəhbər kimi 
ölkənin bütün rayonlarına səfər edib, bu rayonların sakinləri ilə 
birbaşa təmasda olaraq onların problem və qayğıları ilə şəxsən özü 
maraqlanırdı.  Ən azı buna görə  həmin muzeylərin yaradılması 
təqdirəlayiqdir. Qeyd edək ki, 2005-ci ildən bu istiqamətdə intensiv 
işlər aparılır. Mədəniyyət və Turizm Nazirliyindən aldığımız 
məlumata görə, 2006-cı ildə 25 belə xatirə muzeyi tikilib və 
istifadəyə verilib. Bu il isə 14 muzey ictimaiyyətin ixtiyarına 
verilib. Həmçinin Zaqatala, Astara, Xızı və digər rayonlarda Heydər 
Əliyevin adını daşıyan xatirə muzeylərinin tikintisi ilə bağlı  işlər 
gedir. 
Bu muzeylər həm də ocaqdır - Heydər  Əliyev ocağı.  Əhalimiz 
bu işığa yığışıb milli liderlərinin kimliyini tanımalı, onun siyasi 
təcrübəsindən ilham almalıdırlar. Çünki, hər bir vətəndaşın fərdi 
kimliyini  şəxsiyyət vəsiqəsi necə  təsdiq edirsə, Heydər  Əliyev də 
bizim milli kimliyimizi dünyada o cür təsdiq eləyib. 
 
Paritet.- 2007.- 13-14 dekabr.- S. 4. 
 
 
Kaspi qəzeti 
 
2007 
 
Tbilisidə Heydər Əliyevin büstü açılıb 
 
"Gürcüstan-Azərbaycan münasibətlərinə düşmən olan kəs 
Azərbaycanın düşmənidir, Gürcüstanın düşmənidir. Çünki bizim 
gücümüz birlikdədir". Bu fikirləri Gürcüstan prezidenti Mixail 
Saakaşvili Tbilisinin tarixi məhəllələrindən biri olan 
Abanostubanidə, Heydər  Əliyev parkında ulu öndərin büstünün 
təntənəli açılış mərasimində bəyan edib. Qeyd edək ki, 2004-cü ildə 
prezident  İlham  Əliyevin Gürcüstana səfəri zamanı bu parka ulu 
öndərin adı verilib. Azərbaycanın xalq rəssamı, heykəltəraş Natiq 

Əliyevin hazırladığı qranit büst və postamentin hündürlüyü dörd 
metrdir.  
Mixail Saakaşvili bildirib ki, Azərbaycan, azərbaycanlılar 
Gürcüstanın həmişə sadiq dostları olublar: "Düşünürəm ki, bugünkü 
gün tarixi qardaşlığımızın, dostluğumuzun çox parlaq təsdiqidir. 
Hərçənd ki, bizim çoxəsrlik dostluğumuzun sübuta ehtiyacı yoxdur. 
Gürcüstanda yaşayan azərbaycanlılar ölkəmizin vətəndaşlarıdır, öz 
mədəniyyətini, öz dilini saxlayan və inkişaf etdirən bu insanlar, 
eyni zamanda, vətənimizin, ölkəmizin, onun gələcəyinin ayrılmaz 
tərkib hissəsidirlər. Eləcə  də Azərbaycan Gürcüstanın gələcək 
tərəqqisinin ayrılmaz tərkib hissəsidir".  
   
Mixail Saakaşvili: "Heydər  Əliyev müasir Azərbaycan 
dövlətinin, millətinin atasıdır"  
   
Gürcüstan prezidenti Azərbaycanın çətin günlərdə ölkəsinə 
yardım etməsindən də danışıb: "Keçən il bizə verilən qaz və 
elektrik eneryisi eyni vaxtda hansısa, yumşaq desək, qəribə 
səbəblərə görə kəsiləndə, qışın bu ən soyuq çağında Azərbaycanın 
bizə qaz verməsini, öz istisini bizimlə bölüşməsini heç vaxt 
unutmayacağıq. Bu, heç də, sadəcə olaraq, ürəyin hərarətini 
bölüşmək deyildi. Azərbaycan öz evlərinin istisini, öz 
xəstəxanalarının istisini, öz ocaqlarının istisini, öz uşaq 
bağçalarının, öz məktəblərinin istisini bizimlə bölüşdü. Elə bu il də, 
Gürcüstanın qaz ala bilmədiyi vaxtda, bizim üçün qiymətləri keçən 
ildəkinə nisbətən dörd dəfə qaldırdıqları vaxtda da Azərbaycan yenə 
öz qazının bir hissəsini Gürcüstanla bölüşdü. Düşünürəm ki, belə 
hallar istənilən xalqın yaddaşında qalır". Mixail Saakaşvili Heydər 
Əliyevin xidmətlərinə  də toxunub: "Bəzən sual verirlər: Heydər 
Əliyev bu regionun tarixində hansı rolu oynayıb? Düşünürəm ki, 
çox-çox mühüm rol oynayıb. Çünki 1990-cı illərin əvvəllərində o, 
deyəndə ki, Azərbaycan dünya bazarlarına Gürcüstan vasitəsilə 
çıxmalıdır, bu təklifin kommersiya baxımından üstünlüyü çox da 
aşkar deyildi, sırf siyasi mənada isə bu, çox riskli idi. Lakin o, bu işi 

axıra çatdırdı. Bu alternativ olmasaydı, indi regionumuzun 
Avropaya verdiyi ümidlər də olmazdı. Real olaraq, regionumuzun 
geosiyasəti məhz Heydər  Əliyevin qərarından sonra dəyişdi. Eyni 
zamanda, o, müasir Azərbaycan dövlətinin banisi, müasir 
Azərbaycan millətinin atasıdır. Sıx birləşmiş Azərbaycan, dost 
Azərbaycan, uğurlu Azərbaycan isə Gürcüstanın özünün daxilində 
inteqrasiya və müvəffəqiyyətin, bizim ümumi gələcəyimizin 
rəhnidir. Bu gün strateyi tərəfdaşlar olmaq həmişəlik strateyi 
tərəfdaşlar olmaq deməkdir. Strateyi tərəfdaşlıq məhz uzun müddət 
və həmişəlik tərəfdaşlıq deməkdir. Biz isə öz coğrafi mövqeyimizi 
nəzərə alaraq, belə olmağa borcluyuq. Biz birlikdə olmalıyıq, yeni 
dostlar tapmalıyıq. Bir dünyaya baxın: nə  qədər parçalanma, nə 
qədər münaqişələr, nə  qədər çəkişmələr, nə  qədər həll edilməmiş 
problemlər var. Bizim xalqlarımız isə müdriklik göstərirlər. Mən 
hələ  rəhbərləri demirəm, xalqlarımız bütün bu baş verənlərə 
qarışmamaq üçün müdriklik göstərirlər". Onun sözlərinə görə, 
Gürcüstan azərbaycanlıları Gürcüstan cəmiyyətinə inteqrasiya 
olurlar. Onlar gürcü dilini öyrənir, bu dildə danışırlar: "Kim birliyin 
əleyhinədirsə, hamımızın  əleyhinədir. Bax, burada, arxa tərəfdə 
Azərbaycan məktəbi var, orada azərbaycanlı  uşaqlar təhsil alırlar. 
Onların simasında Gürcüstanın gələcək vətənpərvərləri yetişir. Bir 
sözlə, bu, həqiqətən, hadisələrin sınağından çıxmış dostluq və 
qardaşlıqdır. Çox müxtəlif vədlər, çox müxtəlif təkliflər olub, 
aramızı vurmağa və bizi bir-birimizdən ayırmağa çalışmışlar. 
Amma bütün bunlar baş tutmadı  və baş tutmayacaq. Çünki biz 
birlikdə partikulyar, şəxsi kateqoriyalarla deyil, - hərçənd, bizim 
çox güclü şəxsi münasibətlərimiz var, - ilk növbədə, dövlət 
kateqoriyaları ilə düşünürük. Biz Gürcüstanı, Azərbaycanı bu gün, 
2007-ci ildə görürük, biz Gürcüstanı, Azərbaycanı 2017-ci ildə 
görürük.  Əminəm ki, yaxın illərdə də, yaxın onilliklərdə də bu iki 
qardaş özünün daha yaxşı gələcəyini tapacaq və özlərinin birliyi ilə, 
müdrikliyi ilə, uğurları ilə, nümunələri ilə dünya işlərində daha 
mühüm rol oynayacaq".  
   

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin