AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə93/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   88   89   90   91   92   93   94   95   96

Beyt 

 

Fələkdən mükafat almaq istəsən,  



Gərək bəd işlərdən yan olasan sən.

643


 

 

Sözün qısası, cahanı bəzəyən (cəhanpira) ədalətli rəy sahibi 



olan  şah  xudpəsənd  zülmkarları  öz  cəzalarına  yetirmək  qərarına 

gəldi. Seyidlərin, üləmanın, din adamlarının və soyurğal sahiblərinin 

işləri ilə məşğul olduğu bir  gün, onların  və övladlarının öz keçmiş 

xasiyyətlərini tərk edib-etməyəcəkləri, yaxud yenə də quldurlar kimi 

siyahpuşlarla  əlaqədar  olub-olmadıqları  barədə  məlumat  almaqdan 

ötrü siyahpuş sərdarlarını da hümayun məclisə gətirdilər. 

Bu  günün  işini  görüb  qutardıqdan  sonra  əlahəzrət,  Xacə 

Şərəfəddin  Savəridən  Mürtəzaqulu  xan  Pornak  barədə  məlumat 

soruşdu:  "O,  Astrabada  necə  gəlmiş  və  necə  də  buranı  tərk 

etmişdir?".  Nadan  xacə  bu  sorğu-sual  vaxtı,  özünün  hərc-mərclik 

vaxtı etdiyi zülmlərin artıq əlahəzrət tərəfindən bağışlandığına ümid 

edərək,  camaata  və  qızılbaş  qazilərinə  qarşı  öz  ağılsızlığı  üzündən 

etmiş olduğu zülm  və namussuzluqdan da danışdı ki, bəlkə şahanə 

qəzəb bəhrindən qurtula bilsin. Amma  məzlumların çəkdikləri ahın 

                                                           

643


  Beytin tərcüməsi: 

Ço bəd kərdi məbaş eymən ze afat  

Ke xahi yaft əz gordun mokafat. 


965 

 

oxları  və  acizlərin  duaları  ulduzlar  (əqtəran)  tərəfindən  artıq  qəbul 



olunduğundan  və  belə  zalımların  cəzalanmaları  Allahın  təqdir 

səhifəsində  müsbət qarşılandığından, xacənin bu  yaltaqlığı  və şirin 

dili  onu  qəzadan  yayındırmadı.  Onların  hamısını  tutdular,  zəmanə 

qəhrəmanının  qəhr  şəhnəsi  onları  cəzalandırmağa  başladı.  Xacə 

Şərəfəddin  Savərini  parça-parça  doğrayıb,  onun  hər  parçasını  o 

məhəllədə  və  o  hamamın  qapılarından  asdılar,  bəzi  siyahpuşları 

zülmlə  öldürüb,  onların  xəbis  cəsədlərini,  baxanlara  ibrət  olsun 

deyə,


644

  şəhər  darvazalarından  başıaşağı  asdılar,  başqa  bir  neçə 

nəfərinsə, adamlara dərs olsun deyə, gözlərini çıxardılar. 

Xülasə,  o  zülmkarların  hər  biri,  öz  əməllərinin  heç  kimin 

hələ görmədiyi cəzasına çatdılar. Camaatın fərəh sədaları, sevinc və 

şadlıqlarının avazı Keyvan səyyarəsinədək ucaldı  və onlar  gündən-

günə  böyüyən  bu  dövlətə  dua  etməyə  başladılar,  hürkmüş  ürəklər 

yenidən  aram  oldu,  ürəklərin  yaraları  tamamilə  sağaldı.  Cah-cəlal 

ordusu  İraqa  getdikdən  sonra  Astrabad  hakimi  Hüseyn  xan  da 

hümayun işarə alaraq, üsyankarların axtarışı ilə məşğul oldu, dövlətə 

qarşı çıxanların hamısını  aradan götürdü.  Elə cəza üsullarına əl atdı 

ki,  bundan  sonra  heç  kim  qarşı  çıxmağa  cürət  edə  bilmədi. 

Siyahpuşlar  təbəqəsi  qorxunun  şiddətindən  siyahpuşluq  havasını 

başlarından çıxarıb, ayaqlarını salamatlıq və rəiyyət olmaq ətəyində 

saxladılar,  Astrabad  vilayəti  başqa  İran  məmləkətləri  kimi  əmin-

amanlıqda oldu. 

 

ƏLVƏND DİV MAZANDARANİNİN ƏLƏ KEÇİRİLMƏSİ, 

MÜZƏFFƏR MƏİYYƏTİN MAZANDARANA YÜRÜŞÜ VƏ 

HƏMİN BEHİŞTNİŞAN VİLAYƏTİN NİZAMA 

DÜŞMƏSİNİN ZİKRİ 

 

Əlahəzrət  zilləllah  şah  Astrabad  işlərindən  azad  olduqdan 



sonra, hələ də  meşədə  müxalifət  və tuğyanda olan  Əlvənd Divi  və 

div  timsallı  adamları  ələ  keçirməkdən  ötrü  onların  olduqları  yerə 

yürüş  etdi.  Şahın  qərarı  beləydi  ki,  əgər  bu  qış  Mazandaranda 

qışlamaq  belə  lazım  olarsa,  orada  qalıb,  meşə  və  cəngəlliklər 

özlərini yarpaq yükündən təmizləyən vaxtlarda, başında düşmənçilik 

və  tuğyan  olan  hər  bir  kəsi  tutsun  ki,  həmin  behiştnişan  vilayət 

üsyançılardan  və saxtakar adamlardan təmizlənsin  və o,  İraqa tərəf 

                                                           

644

 İfadənin ərəbcəsi: "Ebrətun-lin-nazerinə". 



966 

 

getməyə  başlasın.  [Şah]  Mazandaran  əyanlarına  da  bol  vədlər 



verərək,  onları  da  Əlvənd  Divi  və  başqa  düşmənləri  tapmağa  cəlb 

eylədi, bir dəstə adamı hələ hümayun  məiyyət yollanmazdan əvvəl 

onların axtarışına rəvan etdi. 

 

Əlvənd Divin Şah Abbas dərgahına pənah gətirməsi: 

 

Bu xəbər Əlvənd Divə çatdıqda o, nicat yolunu fələknişan 



dərgaha  gəlib  aman  istəməkdə  gördü.  Əvvəlcə,  bir  adamını    alı  

dərgaha  yollayıb    ona  pak  xislətli,  gözəl  təbiətli  şahzadə,  yəni 

əlahəzrətin bibisinin (əmmə) əziz oğlu (nəvvabe-mostətab) oğlu ilə 

görüşməyi  və  belə  deməsini  tapşırdı:  "Əgər  [şahzadə]  aləmin  ən 

mərhəmətli  adamı      olan

645


      şahdan    bu    günahkar      [bəndənin]   

günahlarının  bağışlanmasını  xahiş  edərsə  və  mən  əfv  olunaramsa, 

başımı  ayaq  edib  aləmpənah  dərgaha  gələrəm."  Əlahəzrət 

vəziyyətdən  agah  olub  söz  verdi  ki,  əgər  Əlvənd  Div  sədaqətlə 

xalqlara  pənah  verən  dərgaha  gələrsə,  öz  canı,  malı,  torpağı  və 

namusu  ilə  amanda  olacaqdır,  yoxsa  bunu  bilsin  ki,  inşallah,  onun 

dəf olunmasınadək Mazandarandan başqa bir yerə getmək mümkün 

olmayacaqdır. 

Əlvənd  Div  bu  iltiqat  və  mehribanlıq  müjdəsi  xəbərini 

eşitdi,  şahın  mürüvvətinə  söykənərək,  ümid  üzünü  cahanpənah 

dərgaha tutdu, özünü hümayun dövlətxana qapısına çatdırdı. Həzrət 

də,  vəd  etdiyi  kimi,  onu  nəvazişləndirərək,  etdiyi  əməllərə  əfv 

qələmi  çəkdi.  Divin  qarşısına  belə  şərt  qoyuldu  ki,  o, 

[Mazandaranda]  hakim  olmaq  havasını  başından  çıxarsın,  öz 

fərzəndləri  və  əhl-əyalı  ilə  İraqa  gəlsin,  hala  münasib  olaraq,  bu 

uzunömürlü  dövlətin  kölgəsi  altında  ömür  sürsün,  bəla  və  qorxu 

(məxavət)  sarıdan  arxayın  olsun.  Əlvənd  Div  bu  xeyirxahlığa  və 

canına  zərər  yetirilmədiyinə  görə  başına  şadimanlıq  papağı  qoydu, 

bir  neçə  günlük  ömrü  qənimət  bildi,  fərzəndləri  və  yaxın 

adamlarıyla  İraqa  gəldi,  Şiraz  darülmülkündə  yaşamaq  istədi  və 

həmin  tərəfə  də  yollandı.  Şah  artıq  onun  tüğyan  etməyəcəyindən 

arxayın olaraq, bir neçə  gün Mazandaranda seyr  və şikarla  məşğul 

oldu. Fitnəkar və üsyançı adamların bəzisi cəzalandırıldı, bəzisi isə 

köçüb İraqa gəldi. 

                                                           

645


  İfadənin ərəbcəsi: "rəhmətun li-l-aləminə". 

967 

 

Xülasə,  irsən  əlahəzrətə  mənsub  olan  cənnətnişan 



Mazandaran  torpağı  da  Cürcan  kimi,  üsyankarların  tör-

töküntülərindən  təmizləndi,  bütün  sərhədyanı  məmləkətlər,  o 

cümlədən  Təbəristan,  Cürcan,  Mazandaran,  Rüstəmdar,  Gilanat, 

Kəskər  və  Təvaleş  qədim  dövrlərdən  bəri  ehtişamlı  hakimlər 

arasında  bölünmüş  Şirvanın  sərhədinədək  [düşmənlərdən] 

təmizləndi.  Həmişə  hakimlərin  üsyanı,  fitnə-fəsadı  və  dava-dalaşı 

nəticəsində gözəl qadınların zülfü kimi qarışıq və pərişan olan bütün 

vilayətlər  güclü  şahın  hakimiyyəti  altına  keçərək,  əmin-amanhq 

evinə  (darül-əman)  çevrildi,  əsirlər  və  asılı  rəiyyət  rahatlanmış 

ürəklər  kimi  təskinlik  tapdı.  Hümayun  fallı  bayraqlar  (rayat) 

dalğalandı,  zəfər  və  iqballa,  çətin  yollarına  görə  şərh  və  bəyanına 

ehtiyac olmayan və o günlərdə bir nizə uzunluğunda qarla örtülmüş 

Dəmavənd  dağının  ətəyi  ilə  İraqa  qayıtdı.  Bu  beyt  [Dəmavənd 

dağının] görünüşünə uyğundur: 

 

Beyt 

Haqqın qüdrəti kimi onun zirvəsi uca,  

Enişi neçə dəfə mənim bəxtimdən alçaq

646


 

 

Şah Abbasın Xorasan səfərindən  



qayıdışı və səltənət paytaxtına gəlişi: 

 

Müzəffər ləşkər o dağda çox əziyyətə düçar oldu. Belə ki, 



əlahəzrət atdan düşdü, atın   cilovunu  öz mübarək əlinə alıb, qarın 

olduqca daraltdığı və adamların yalnız bir-bir keçməsi mümkün olan 

bir  yol  ilə  piyada  getdi,  səadət  və  iqlalla  oradan    Dəmavənd  

qəsəbəsinə  gəlib-çatdı, sonrasa Qəzvin darüssəltənətinə rəvan oldu, 

səltənət paytaxtı yenidən zəfərnişan məiyyətin gəlişindən gözəlləşib 

şadlandı,  əhali  hümayun  məiyyətin  istiqbalına  çıxdı,  şadimanlıq 

nağaraları  ucadan  səsləndi,  Xorasan  fəthinin  səs-sorağı,  dünyanı 

tutan  şəhriyarın  cahangirlik  üsulları  haqqında  deyilənlər  hər  tərəfə 

gedib-çatdı,  işrət  əsaslı  o  şəhərdə  abadlıq  işləri  başlandı,  şəhər 

sevinc  aləminin  ziynətini  daha  da  artırdı.  [Əlahəzrət]  müzəffər 

əsgərlərə özlərinin məskən və vətənlərinə getmək icazəsi verdi, səfər 

                                                           

646

  Beytin farscası: 



Fərazəş ço qodrət bolənd-o nəşibəş  

Ze bəxtəm nequntər be çəndin mərateb. 



968 

 

cilovunu Qəzvindən İsfahan darüssəltənəsinə tərəf çevirdi, iki ulduz 



parıltısının  (neyreyn)  iki  xoşbəxt  ulduzla  qarşı-qarşıya  gəlib 

eyniləşəcək  (məqarene)  dörd  hissəyə  bölünməkdən  (tərbi)  uzaq 

olduğu bir saatda Nəqşe-cahanın  "Bağe-cəhanara"sı dünyanı gəzən 

şah  atının  dirnaqlarından  qopan  tozlardan  təmizlənib,  ətirlənməyə 

başlayanda  qışı  olduqca  böyük  şadyanalıqla  həmin  cənnətnişan 

şəhərdə başa vurdu. 

 

ALLAHIN TƏQDİRİ VƏ İSTƏYİ İLƏ FAYDALI XORASAN 

SƏFƏRİ ZAMANI BAŞ VERƏN BƏZİ HADİSƏLƏRİN ZİKRİ 

 

Bu  il  Xorasan  səfərində  baş  vermiş  hadisələrdən  [biri  də] 



budur: Herat darüssəltənəsində şamlı yüzbaşılan silkinə məxsus olan 

Mirzə  Əli  bəy  Kəramili  elçi  sifətilə  Hindistana  göndərildi,  ali 

məqamlı  padşah  Cəlaləddin  Məhəmməd  Əkbərə  Xorasan  fəthinin 

necə  baş  verməsi  və  Dinməhəmməd  xanla  müharibənin  nə  təhər 

olması  barədə  ənbər  qoxulu  qələmlə  yazılmış  məktub  apardı. 

[Həmçinin]  qeysər  məmləkətlərinin  (Rum  ölkəsi  -  Ş.F.)  hökmranı 

Sultan  Məhəmmədxan  ibn  Sultan  Murada  [da]  məklub  yazılıb  baş 

verənlər  haqda  məlumat  verildi.  Bu  faydalı  səfər  zamanı  bütün 

İraqın  rəiyyətinə  və  başqa  kasıb  əhalisinə  şahanə  iltifat  edilərək, 

onlara yüz min İraq tüməni məbləğində bir sıra həmesale* güzəştləri 

edildi və təsdiqlədi. 

[Məbləği  azaldılan]  vergilərdən  biri  çobanbəyi"  vergisidir 

ki,  qoyunların  sayına  görə  yığılır.  Bu  vergidən  iyirmi  min  İraq 

tüməni  [pul]  hər  il  ələ  gətirilirdi.  Xorasana  hücümun 

başlanmasından  bu  günədək,  Xorasan  əhalisinin  öz  malları  və 

canları bahasına  müzəffər əskərlərə, xorasanlılara  və hər təbəqədən 

olan  mehmanlara  etdikləri  çoxlu  köməyə  görə  əlahəzrət  həmin 

xidmətlərin  müqabilində  qanun-qayda  üzrə  onlardan  yığılan  həmin 

vergini ləğv etmək qərarına gəldi və əmr etdi ki, bundan sonra heç 

kimdən bircə dinar belə çobanbəyi vergisi yığılmasın. 

Ləğv  olan  ikinci  vergi  [növü]  hakimlərin  səlahiyyətində 

olan  "beşdə  bir  dinar"  ("dinari-pənc-dinar")  vergisidir  ki,  onun 

yığılması  zaman  ötdükcə  İraqda  qanuna  çevrilmişdi.  "Dinari-pənc 

dinar" tiyuldara və daruğəyə çatası vergi kimi beş rəiyyətin birindən 

alınırdı.  Bu  vergi  yığımı  qədim  qanunlar  və  cənnətməkan  şahın 

dosturüləməlinə  xilaf  olduğundan  aradan  götürüldü.  "Dinari-pənc 

dinar" vergisinin məbləği əlli-altmış min tüməndən artıq olurdu. 


969 

 

Başqa vergi növü isə İsgahan əhalisindən toplanan bir illik 



(yeksale)  mal  vergisi  idi  ki,  onu  da  ərbablara  və  rəiyyətə 

bağışladılar.  Həqiqətən  də,  o  vergilərin  ləğvi  rəhmdillik  (rafət)  və 

rəiyyətpərlikdən  irəli  gələn  böyük  şəfəqqət  və  mərhəmətdir. 

Ümidvarıq  ki,  bu  uca  məqamlı,  mübarək  sifatlı,  Allah  dərgahının 

bəyəndiyi zat bütün bəlalardan uzaq olacaq və onun ədalət nurunun 

işığı  daim  aciz  və  kasıb  bəndələrin  başları  üzərində  parlayacaq, 

davamlı olacaqdır. 

Səfər  vaxtı  baş  vermiş  başqa  bir  əhvalat  isə  Durmuş  xan 

Şamlının nəvəsi Əliqulu xanın oğlu Vəlixan Mirzənin  behişt ayinli 

məclis  xidmətçisi  olan  Saleh  adlı  təbrizli  bir  gənc  tərəfindən 

öldürülməsidir  ki,  o,  öz  yaxınları  arasında  bu  dudmanın  şərafətli 

şəxslərindən sayılırdı. Dövranın ağıllı adamlarından gizli deyildir ki, 

duz-çörəyin  qədrini  bilən  hər  təbəqə  adamlarına  vəlinemət  [şah] 

tərəfindən  göstərilən  kömək  və  verilən  nemətin  səbəblərindən  biri 

budur  ki,  gərək  hər  şəxs  biri-digərinin  xacədaşı  (xacətaş)  olan 

ağaları  özlərinin  fərzəndi,  dostu  və  qardaşı  bilsin,  biri-digərinin 

namusunun  qorunmasına  çalışsın,  əgər  onların  biri  başqasına 

xəyanət  gözüylə  baxarsa,  qeyrətli  adamların  məzhəbinə  görə, 

cəzalanmalıdır.  Adı  çəkilən  Vəlixan  cəhalətinin,  cavanlığının  və 

şüursuzluğunun  çoxluğu  üzündən  adı  çəkilən  Salehə  bir-iki  dəfə 

məhəbbət  və  xüsusi  dilbirlik  izhar  etmişdi.  Xorasana  səfər  vaxtı, 

Cacərm yaxınlığında bir  gecə Vəlixan behişt ayinli  məclisdən çölə 

çıxdıqda, Saleh onun arxasınca gedərək, özünün iti və qanlar tökən 

qılıncı ilə onu öldürdü və elə o saat da  geri qayıdıb  məsələni şaha 

ərz  etdi.  Onun  bu  hərəkəti  qeyrət  baxımından  bəyəniləsi  bir  əməl 

olduğundan, şah tərəfindən bəyənildi. Vəlixanın cəsədi sübhədək elə 

həmin  yerdə atılıb qaldı, çünki onun qardaş  və  mülazimlərinin [bu 

gecə vaxtı] onu dəfn etmək imkanı olmadı. Gündüz isə, mülazimlər 

dəfn izni aldılar, Vəlixanın qoşunu və ləşkəri isə onun kiçik qardaşı 

və həmdamadı (bacanağı - ?) olan  Hüseynxan Mirzəyə  verildi. Baş 

vermiş  başqa  hadisə  isə  budur:  Bu  ilin  əvvələrində  oxlu  və  yəqə 

türkman  camaatı  atasından  sonra  Astrabada  hakim  təyin  edilmiş 

Əliyar  xan  Eymurun  oğlu  Məhəmmədyar  xanla  xilaf  məqamına 

gəldilər,  hiyləgərliklə  ona  yaxınlaşdılar,  hələ  iyirmi  yaşına 

yetişməyən  o  cavanın  ömür  ağacını  cavanlığının  başlanğıcında  iti 

qılıncla  üzdülər.  Onun  kiçik  qardaşı  Qılıc  bəy  ali  saraya  pənah 

gətirib, şahla görüş şərəfinə yetişdi, şahanə iltifata layiq görüldü və 

Astrabad hakimliyi rütbəsi ilə sərbülənd oldu. Buna baxmayaraq, o, 



970 

 

orada öz hakimlik işinə əməlli-başlı başlaya bilmədi və vəzifəsində 



çox qalmadı. Çünki, Xocasan səfərindən qayıdan zəfər bayraqlı ordu 

Astrabadı  nizamlamağa  başladı,  yuxarıda  yazıldığı  kimi,  oxlu 

tayfası özünün savabsız əməllərinin cəzasına çatdı  və Qılıc xan da 

ali  əmrə  görə  öz  ata-qardaşlarının  xanəköç  və  adamlarını  götürüb 

İraqa  gəldi.  Başqa  eymur  və  salur  ağsaqqalları,  həmçinin  "Kor 

Nəzər" ləqəbi ilə məşhur olan Sima Nəzər bəy və başqaları Astrabad 

hakimi  Hüseyn  xanın  yanına  getmək  üçün  öz  xanəköçlərini  qalaya 

gətirdilər. 

Cah-cəlal ordusu Astrabadda olarkən Fərhad xanm qardaşı 

Zülfüqar xan sonsuz nəvazişə layiq görülərək, sabiqdə olduğu kimi, 

Azərbaycan hakimliyinə təyin edildi və oraya getməkdən ötrü rüxsət 

aldı. 


İti yerişlə gəzən qələm söz yazmaqda elə lütfkarlıqla çalışdı 

ki, bu xoşbəxt fallı il hadisələrinin bəyan səhifəsini yazıb-doldurdu. 

Bizim  hədsiz  ricamız  (recaye-vaseq)  budur  ki,  dövr  alimlərinin  və 

bidar  bəxtimizin  köməyi  ilə  qələmimiz  gələn  il  hadisələrini  də 

yazmağa başlasın, həmin  mərhələni də arzuya uyğun şəkildə keçib 

süstlük etməsin. Allahın köməyi ilə! 



 

HİCRİ TARİXLƏ MİN SƏKKİZİNCİ (MİLADİ 1599/1600) 

İLƏ BƏRABƏR OLAN TÜRKİCƏ SƏADƏT FALLI QABAN 

İLİNİN, YƏNİ HÜMAYUN ZİLLƏLLAH ŞAH CÜLUSUNUN 

ON ÜÇÜNCÜ İLİNİN BAŞLANMASI 

 

Yenə bu xoş novruz yetişdi gerçək,  



Yaxşı başlayıbdır, yaxşı bitəcək.  

"Dövrün hökmdarı xoş olsun" dedi, 

Üstü gül-çiçəkli xalı bəzədi.  

Baharda badənin təsirimi var,  

Şadlıq bəxş eləyir hamıya bahar.

647


 

                                                           

647

  Beytlərin farscası: 



Baz novruze- meymənətfərcam  

Fərroxağaz gəşt-o xoşəncam.  

Əz bəraye-neşate-xosrove-əhd  

Çostəranid fərşe-zərrin məhd.  

Gəşt feyze-bəhar çon dele-cam,  

Xorrəmibəxş xatere-əyyam. 

 


971 

 

 



Bu  mübarək  fallı  ilin  aləmi  işıqlandıran  novruzu  əzəmətli 

şəban  ayının  iyirmi  üçünə,  yekşənbə  gününə  düşdü,  yəni  şərqin 

xaqanı olan günəş şərəf xanəsində taxta çıxdı. Bütün cahanı qarətçi 

ləşkər  kimi  bürüdü,  onun  şadlığını  artırdı,  aləmi  cənnət  gülzarının 

qibtə etdiyi bir məkana döndərdi. Dünyanı tutan xosrov (Şah Abbas 

- Ş.F.) güllərinin ətrindən ənbər qoxusu verən Nəqşe-cahanın "Bağe-

cahanara"sında  ali  bayram  [keçirilməsi]  barədə  fərman  verdi,  uca 

saraydakı  əmirlər,  yaxınlar,  bu  güclü  dövlətin  başçıları,  İsfahan 

camaatı  və  başqa  təbəqədən  olanlar  həmin  ürəkaçan  bağda,  bağm 

dəryaçəsi kənarında behiştə bənzər bir məclis bəzədilər, evlərin tağ 

və  alaqapılarını  (çəhartaq)  qəribə  ustalıqla  bəzədilər,  onların 

üzərində çıraqlar yandırdılar. 

 

Beyt 

 

Şamın çoxluğundan, çıraq nurundan  



Fələyin ağuşu qızardı həman.  

Elə işıqlandı su üstü, əllət  

Günəş öz nurundan çəkdi xəcalət  

Elə nurlandı ki, çayın aynası  

Yanaşı dayandı atəş ilə su.

648


 

 

Döyüşkən  və  məclislər  bəzəyən  şəhriyar,  möhtəşəm 



ordunun  bütün  mülazimləri  və  ümumiyyətlə  bütün  əhali  üçün  üç 

gecə-gündüz işrət və şadimanlıq büsatı qurdu: 

 

Bütün gecə badə götürdü ələ  



Qənd tək şirin olan gözəllər ilə.  

Həmin şadimanlıq məclisində şah  

Dostlarla əyləşdi, qurdu dəstgah.

649 


                                                           

648


  Beytlərin farscası: 

Ze besyariye-şəm-o nure-çerağ  

Dele-rövşənane-fələk bud dağ.  

Ço əkse-çerağan nəmudi dər ab  

Xəcel gəçti əz pərtovəş afitab.  

Ze əkse-çerağan dor abe-rəvan  

Nəmud atəş-o ab bahəm qeran. 

649


 Beytlərin farscası: 

972 

 

Şah Abbasın Xorasan səmtinə yollanması: 



 

Bayramı  keçirdikdən  sonra  aləmi  bəzəyən  şahın  fikri 

məmləkət  işləri  ilə  məşğul  olmağa  yönəldi,  səkkizinci  həzrət 

imamın  ziyarətindən  ötrü  bir  daha  pak  rövzəyə  getmək,  Xorasan 

işlərini  daha  da  möhkəmləndirmək,  Mavərənnəhrin  və  Özbəklərin 

vəziyyətlərindən  xəbərdar  olmaqdan  ötrü  xeyrli  səfərə  çıxmağı 

buyurdu.  Deyildiyi  kimi,  qədimdən  bəri  Nurməhəmməd  xan 

əcdadının  mülazimləri  olan  və  xanın  çörəyi  ilə  dolanan  imansız 

özbəklər  Abdulla  xanın    işğalı    zamanı    Nurməhəmməd    xana  

vəfasız    çıxıb  Əbdülmömin  xana  birləşdilər  və  Nurməhəmmədi  öz 

irsi  mülkündən  məhrum  etdilər.  Həmin  vaxtlarda  da  şah  iqbalının 

köməyi  və  padşah  məiyyəti  mülazimlərinin  gücü  ilə  o,  öz  irsi 

məmləkətini tutdu, bir daha o təbəqəyə (özbəklərə  -  Ş.F.)    etibar  

etmədi.      Özbəklər    Nurməhəmməd    xanın  hərəkətində  qızılbaşlıq 

[əlaməti]  müşahidə  edərək,  onunla  nifaq  məqamına  gəldilər. 

Həqiqətən  də,  Nurməhəmməd  xana  kömək  edən,  onun  işlərini 

tənzimləyən, xam taxta çıxaran hümayun nəvvab olmuşdu. Şah bu 

niyyətlə  də  yürüşə  çıxmaq  qərarına  gəldi,  məhsulların  yetişdiyi 

bahar əyyamının sonunda yürüş cilovunu Xorasana tərəf çevirdi. O, 

müqəddəs  orduda  olan  mülazimlərdən  başqa  məmləkətlərin  sair 

əmir  və  əskərlərini  səfərbər  etmədi.  Bu  xeyrli  səfərin  əvvəlində 

[isə],    Pirməhəmməd    xan    və    Buxara    əmirləri    tərəfindən 

Nurməhəmməd xanın mülazimi ilə birlikdə ali saraya bir elçi gəldi 

və sədaqət üslubunda yazılmış məktub gətirdi. 

Salam  və  dua  rəsmindən  sonra  həmin  məktubun  qısa 

məzmunu  belədir:  "Mərhum  padşah  Canı  bəy  Sultanın 

nəbirələrindən,  əmim  Abdulla  xanın  və  mənim  nəslimdən  olan 

izzətli  fərzənd  Məhəmməd  İbrahim  Bağdadda  şahın  mülazimləri 

tərəfindən tutulmuşdur. Bu yaxın vaxtlarda belə eşidildi ki, onunla, 

məsum  əcdadlardan  miras  qalmış  mürüvvətlə  davranılmışdır  və  o 

şahın şəfəqqət nəzərinə yetişmişdir. Bu vilayət səltənəti irsən mənə 

çatdığından  və  [Məhəmməd  İbrahim]  mənim  üçün  də  fərzənd 

məqamında  olduğundan,  əgər  şəhriyarlıq  inayəti  onun  geri 

                                                                                                               

Həme şəb ba botane-mahsima  

Ço şirin-o şəkkər hurane-ziba. Dər an eşrətsəraye-şadimani  

Keşide badehaye-dustkani. 

 


973 

 

qayıtmasına  rüxsət  verərsə,  bu  [sizin  tərəfinizdən]  olduqca  böyük 



mərhəmət və sədaqətin ifadəsi olar. 

Amma,  Buxara  əmirləri  mənə  qarşı  bir-birləri  ilə 

birləşmişlər  və  əhd-peyman  bağlamışlar,  biz  də  məcburiyyət 

üzündən  Pirməhəmməd  xanın  padşahlığı  ilə  razılaşmışıq. 

Baxmayaraq  ki,  o,  səltənət  dudmanından  və  ləyaqətli  padşah 

irsindən olan bir dərvişdir,  asudəlik (fərağət)  və qənaət* küncündə 

əyləşərək  bu  məşğuliyyəti  məmləkəti  əldə  saxlamaq  işindən  üstün 

tutmuşdur.  Elə  bu  səbəbdən  də  mülk  və  dövlət  işlərində  zəiflik 

yaranmışdır,  Baqi  Sultan  isə  Səmərqənd  vilayətini  istila  edərək, 

müxalifət  nağarası  çalmaqdadır  və  Bəlxdə  başqa  bir  iş  görmək 

niyyətindədir.  Hal-hazırda  Mavərənnəhr  səltənəti  və  padşahlıq 

məqamı  mənə  qismət  olmuşdursa  da,  irsilik  və  hüquq  baxımından 

Məhəmməd  İbrahim  sultandan  daha  layiqli  bir  adam  yoxdur. 

Xahişim  budur  ki,  qoy  o  həzrət  vasitəçi  olub  hümayun  həzrət 

zilləllah  şahdan  onun  bu  diyara  gəlməsi  xahişini  etsin.  [Şah]  belə 

edərsə, bu  vilayət xalqının  minnətdarlığına səbəb olar, bütün ömür 

boyu şah dərgahının adamlarına qarşı qardaşcasına və səmimiyyətlə 

hərəkət  edər,  bundan  sonra  özbəklərlə  qızılbaşlar  birlik  və  dostluq 

münasibətində olarlar". 

Elə  ki,  Məhəmməd  İbrahim  Sultanı  Bağdaddan  şahın 

yanına  gətirdilər,  şah  belə  fikirləşdi:  Əgər  o,  Mavərinnəhr 

səltənətində  taxta  əyləşərsə  bu  iş  məqbul  olar.  [Şah]  belə  qərara 

gəldi ki, müqəddəs Məşhəddən əzəmətli əmirlərin birini Məhəmməd 

İbrahim Sultana həmrah edərək Mərvə-Nurməhəmməd xanın yanına 

göndərsinlər,  əgər  Buxara  əmirləri  öz  sözlərinə  sadiqdirlərsə  onu 

qarşılamaq üçün Mərvə və Çəharcuya gəlsinlər, Nurməhəmməd xan 

onlardan vəd alıb nifaq [qorxusundan] xatircəm olsun. 

Amma, zəfər ayəli ordu Semnana çatdıqda, Nurməhəmməd 

xanın yanından adamlar gəlib Mavərənnəhr barədə belə ərz etdilər: 

"Pirməhəmməd xanla Baqi Sultan arasında müharibə olmuş  və xan 

sultanın  əli  ilə  qətlə  yetirilmişdir.  Əmirlərin  əksəriyyəti  də 

öldürülmüşdür.  Pirməhəmməd  xan  dövlətinin  təsisçisi  və  oradakı 

işlərin  tənzimləyicisi  olan  Xudaynəzər  bəy  döyüşdən  qurtulub 

Mərvə gəlmişdir. Baqi Sultan isə Buxara şəhərini tutmuş, özbəklər 

də  istər-istəməz  ona  tabe  olmuşlar.  Bütün Mavərənnəhr  məmləkəti 

hazırda onun zəbti altındadır. 

Əlahəzrət  bu  xəbəri  eşitdikdən  sonra  belə  qərara  gəldi  ki, 

qoy  Nurməhəmməd  xan  Xudarnəzər  bəyi  cahanpənah  dərgaha 



974 

 

göndərsin,  özbəklərin  düşdükləri    vəziyyət  onun  dilindən  eşidilsin 



və  tam  məlumat  əldə  olunsun,  Məhəmməd  İbrahim  Sultan 

xüsusunda isə zamanın məsləhətinə görə müvafiq iş icra olunsun. 

İndi isə, sözün rabitəsi qırılmasın deyə, Mavərənnəhrdə baş 

verən bəzi hadisələr və Baqi Sultanın səltənət taxtına neçə əyləşməsi 

barədə yazmaq yaxşı olar. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin