AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


UCA QƏDİR-QİYMƏTLİ XAQANIN ÜRƏKAÇAN RADKAN



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə92/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   88   89   90   91   92   93   94   95   96

 

UCA QƏDİR-QİYMƏTLİ XAQANIN ÜRƏKAÇAN RADKAN 

SƏHRASINDA ŞİKARA ÇIXMASININ ZİKRİ 

 

Zərəfnişan  məiyyətin  gəlib  çatdığı  Radkanda  hümayun 



şahda  şikar  nişatına  başlamaq  meyli  baş  qaldırdı.  Qəmərğə*,  yəni 

şikarcərgə  hazırlandı,  müzəffər  əsgərlər  fərmana  əməl  edərək,  bir 

neçə  gün  ərzində  ov  heyvanlarını  artıq  müəyyən  bir  yerə 

cəmləşdirmişdilər. Cərgə dairəsi qapanan  vaxt, bu cərgəyə o qədər 

heyvan  yığılmışdı  ki,  qorxu  (vəhm)  mühasibi  onların  sayını 

hesablamaqda aciz qaldığını etiraf edirdi. Cərgə meydanının hələ bir 

fərsəx

636


  sahəni  əhatə  etdiyi  vaxt  əlahəzrət  meydana  girdi  və  onun 

nəzəri bir neçə çöl eşşəyinə (xərgur) sataşdı. O, hər addımı fələyin 

sürətindən iti olan külək sürətli atını həmin nişat artıran  meydanda 

çövlana gətirərək cilovu o gurxərlərə

637

 tərəf çevirdi, onları bir qədər 



qovduqdan  sonra  ox  və  qılınc  ilə  hamısını  yaralayıb  yerə  yıxdı. 

Döyüş  meydanının  get-gedə  genişləndiyi  sübh  çağından  axşama 

qədər şah at sürməkdə və ov ovlamaqda oldu. İzzət büsatının cəmisi 

iki-üç  yaxın  adamı  şahın  yanında  şikara  çıxmışdısa  da,  onlara  ov 

ovlamaq icazəsi verilməmişdi. O həzrət bəhrami

638


 kamanı hər dəfə 

işə saldıqca cilovdarlar iti qanadlı qartallar kimi ona dəstə-dəstə iti 

oxlar gətirirdilər. Qanadlarını geniş açmış o həzrətin çəkdiyi yayın 

                                                           

636

  6 km. 


637

  Müəllif bu dəfə "xərgur" əvəzinə "gurxər" yazır - Ş.F. 

638

 Bəhram Gurun kamanına işarədir.  



 

956 

 

səsindən  ahular  və  başqa  heyvanlar  çaxnaşmaya  düşürdülər. 



Əlahəzrətin  ovladığı  hər  bir  heyvan  ona  yaxın  olan  adamlar 

tərəfindən sayılırdı. 

O gün əlahəzrətin atdığı oxlarla yüz altmış iki heyvan həlak 

torpağına sərildi. Şikar dairəsi daraldıqda, bəzi əmirlər və şaha yaxın 

adamlar  rüxsət  alıb  cərgəyə  daxil  oldular.  Az  sonra  müqəddəs 

ordunun  mülazimlərinin,  yaxın  adamlarının,  qorçilərin,  qulamların 

əksəriyyəti  də  izn  alaraq  şikara  başladılar.  Nəhayət,  bütün 

döyüşçülərə  rüxsət  verildi.  İş  o  yerə  çatdı  ki,  iti  qaçışlı  ahular 

yorulub hərəkətdən qaldılar, belə ki, piyadalar cərgəyə girib onları 

əlləri  ilə  tuturdular.  Heyvanlar  o  qədər  çoxdular  ki,  hesaba 

gəlmədilər, amma: 

 

Misra 



 

Bircə kəs də qalmadı əlinə ov keçməsin

639

 

 



Hələ də cərgədə iki-üç min ahu heyrət içində və sərgərdan 

halda  vurnuxur,  özlərini  əziyyət  tələsinə  düşən  görüb,  çıxış  yolu 

tapa bilmirdilər. Nadir hadisələrdəndir ki, bir neçə heyvanda qəribə 

hallar    müşahidə  olundu.  Belə  ki,  həmin  biçarələr  başqa  çarə 

tapmayıb  qeybdən  onlara  gələn  bir  istək  (elham)  hissi  ilə  özlərini 

əlahəzrət  dayanan  yerə  çatdırıb,  oranı  təhlükəsiz  yer  sandılar,  o 

həzrətin  dövrəsində  dayandılar.  Sonra  bir  neçə  dövrə  hərlənərək, 

hamısı o izzət və məqam sahibinə pənah gətirib, elə oradaca dizləri 

üstə  çökdülər.  Onların  belə  hərəkəti  qoyunların  "yataq"  ("yətaq") 

etmələrinə  bənzədi.  Əlahəzrət  bunu  müşahidə  edib  ovu  dayandırdı 

və hamıya bir daha heyvanlara toxunmağı qadağan etdi. 

Bir qədər uzun sürən (momtəd) vaxtdan sonra, günəş qürub 

edərkən ahular bir qədər dincəldilər və əhahəzrət onları azad etmək 

qərarına gəldi, əmr etdi ki, cərgənin çöl tərəfini açıb heyvanlara yol 

versinlər. Artıq heç kimin onları ovlamaq cürəti yox idi. Təxminən 

iki-üç min heyvan bəla girdabından qurtuldu və çölə tərəf götürüldü. 

Ertəsi gün hökm olundu ki, ovu olan hər adam ovunu şaha 

göstərsin. Bütün şikarları bir yerə yığdılar və onlar məzəffər əsgərlər 

arasında  bölüşdürüldü.  Sonra  oradan  ov  edə-edə  çıxıb  Xobuşan  və 

                                                           

639

  Misranın farscası: 



Kəsi nəmand ke, seydi nəyamədəş dər dam. 

957 

 

Səməlğan  yoluyla  Bəhryan  çölünə  çatıb  dayandılar.  Əlahəzrətin 



fikrinə Astrabada  getmək  və həmişə o  vilayətə zərər  vuran oxlu və 

kuklən  üsyançılarını  cəzalandırmaq,  sonrasa  Astrabadın  işlərini 

tənzimləmək  düşdü.  Buna  görə  də  yürüş  cilovu  o  tərəfə 

istiqamətləndi. 

 

HÜMAYIN ŞAH MƏİYYƏTİNİN ASTRABAD  

SƏMTİNƏ YÜRÜŞÜ, BƏDNİYYƏT DÜŞMƏNLƏRİN 

CƏZALANMALARI VƏ MÖHTƏŞƏM  

MÜBARƏKABAD QALASININ TƏMİRİNİN ZİKRİ 

 

[Bu  kitabın]  birinci  səhifəsinin  "Hər  ildə  baş  verən 



hadisələr" hissəsində Astrabad və oradakı qarışıqlıq barədə bir qədər 

məlumat  verildiyinə  baxmayaraq,  yenidən  o  haqda  danışmaq 

təkrarçılıq,  ətalət  və  yazılanı  yenidən  yazmaq  olsa  da,  burada 

münasib  görüldü  ki,  oxucuların  tam  məlumata  malik  olmalarından 

ötrü bir daha o vilayətin vəziyyətindən yığcam şəkildə bəhs edilsin. 

Xülasə,  Astrabad  darülmülkü  İran  torpağının  gözəl  və 

ürəkaçan  yerlərindəndir.  Bu  vilayət  bir  tərəfdən  Xəzər  dəryasına 

birləşir,  olduqca  gözəldir,  oranın  bahar  (rəbi)  və  payız  (xərif) 

fəsilləri  eynidir,  cənnətin  bir  parçasıdır.  Əhalisi  iman  bəzəyi 

(həliyye)  ilə  bəzənmişdir,  zöhd  və  təqvada  ali  dərəcəli 

adamlardandır.  Amma,  yolkəsən  adamlardan  da  xali  yer  deyildir, 

Təbəristanın  başqa  yerləri  kimi  onların  başlarında  hərdənbir  üsyan 

havası olur ki, o təbəqədən olanlan "siyahpuş" adlandırırlar. 

İran mülkünün əmniyyət və istiqlalının həzrət cənnətməkan 

şah  dövründə,  həmin  yerin  hakimləri  siyahpuşluq  havasını 

başlarından çıxarıb şaha rəiyyətlik edirdilər, lakin "Xarəzm valisinin 

təbəələri  (ətobba)"  və  "yəqə  türkmanları"  kimi  tanınan  sayınxani, 

oxlu, kuklən, eylur ("eymur" olmalıdır - Ş.F.), salur və başqa uluslar 

Cürcan  və  Xarəzm  vilayətləri  arasında,  Ətrək  çayı  kənarında 

yaşayırdılar.  Onlar  sonra  Gürgan  çayınadək  gəlib  həmin  sonsuz 

səhrada  əkinçiliklə  məşğul  olaraq      Cürcan      hakimlərinə      əkin   

vergisi      (male-məzrui)  verməyə  başladılar.  Amma,  hakimləri 

məmləkətin  abadlaşdırılması  qane  etmədi.  Get-gedə  həmin 

təbəqədən  olan  adamlar  tüğyana  qalxıb  Astrabad  məmləkətinə 

əliuzunluq  etməyə  başladılar.  Astrabad  hakimləri  də,  onların 

fitnələrini dəf etməyə çalışdılar  və buna görə də,  Astrabad hüdudu 

çox  vaxt  fitnəkarlıqdan  xali  ola  bilmədi.  Cənnətməkan  şah  onların 


958 

 

fitnəsini  aradan  qaldırmaqdan  ötrü  Gürgan  çayı  kənarındakı 



Mübarəkabad      qalasını      hazırlayıb,      belə      qərara      aldı      ki, 

hakimlər  şəhərdən  çıxaraq,  yəqə  türkmanlarından  qorunmaq  və 

məmləkətin  təhlükəsizliyini  təmin  etməkdən  ötrü  həmin  qalada 

iqamət  etsinlər.  O  vaxtlarda  baş  vermiş  hadisələrin  təfsilatı  [bu 

kitabın]  birinci  səhifəsində,  cənnətməkan  şahın  bəhsi  hissəsində 

qələmə alınmışdır. 

Yeri cənnət asiyanlı şahın  vəfatından sonra  İsgəndər şanlı 

nəvvab  və  İraq  Azərbaycanın  ləşkəri  rum  hücumunu  dəf  etməklə 

məşğul idi. Xorasan əmirləri [isə] iki dəstəyə bölünüb bir-birləri ilə 

savaş  məqamına  gəldilər.  Qızılbaş  tayfalarının  başı  elə  qarışdı  ki, 

onlar  bir  neçə  il  Astrabadın  zəbt  olunma  məsələsi  ilə  məşğul  ola 

bilmədilər,  bu  məmləkətin  müstəqil  bir  hakimi  olmadı.  Yəqə 

türkmanları,  xüsusilə  Əliyar  bəy  Eymur  ürəklənib  Zərrabxanə  və 

Mübarəkabad  qalasınadək  şəhərin  üç  fərsəxliyinə  gəlib  çatdı, 

türkmanlar  orada  dayandılar,  qalanı  dağıtdılar  və  rahatlandılar. 

Astrabad əhalisi onların hücumunu dəf etmək məqsədiylə bir qədər 

dözdülər. Nəhayət, türkmanlarda düşmənçilik və üsyan duyğusu baş 

qaldırdı. Hər bölgədə bir saxtakar (motəqəlleb) adam ortaya çıxdı və 

siyahpuşluq qaydası təzələndi. Onlar o torpaqda qala tikdilər, oraya 

çoxsaylı  tüfəngçi  və  kamandar  topladılar,  biri-digərinə  tabe 

olmamağa  başladılar.  Vaxt  ötdükcə,  o  saxtakarların  və  siyahpuş 

sərdarlarının  başlarına  hakimlik  və  müstəqillik  havası  doldu, 

yolların darısqallığı, çətinliyi, meşə və cəngəlliklərin keçilməzliyinə 

arxalandılar,  nəhayət  qızılbaşlara  itaətdən  boyun  qaçırdılar,  yəqə 

türkmanları  Gürgan  çayı ilə çöl-səhra arasındakı yerlərə qayıtdılar. 

Onlar  bununla  kifayətlənərək,  Gürganın  gözəl  səhralarında  öz 

yaylaq və qışlaqlarını keçirməkdəydilər, siyahpuşların qorxusundan 

şəhərə,  meşələrə,  cəngəlliklərə  və  çətin  keçilən  yerlərə  gedə 

bilmirdilər.  Bəzən  onların  aralarında  anlaşma  şəraiti  də  yaranırdı. 

Vəziyyətləri  bir  neçə  il  belə  oldu,  amma  İsgəndər  şanlı  nəvvabın 

hakimiyyətinin  sonu  və  əlahəzrət  zilləllah  şahın  taxta  cülusunun 

əvvəlində bəzən Müztəzaqulu xan Pornak, bəzən də İsgəndər xanın 

qardaşı Bədr xan Əfşar o vilayət hakimliyinə təyin olunub Astrabad 

şəhərinə getdilər. 

Hər  biri  bir  bölgədə  hakimlik  və  istiqlaldan  dəm  vuran 

siyahpuş  sərdarları  yəqə  türkmanları  tayfasını  öz  hamiləri  bilərək 

üsyana  qalxdılar  və  [qızılbaş]  hakimini  saya  salmadılar.  Hakimin 

mülazimləri  şəhərdən  bir  fərsəx  məsafədən  artıq  kənara  getmir,  o 



959 

 

vilayətdən  heç  bir  həzz  ala  bilmirdilər.  Buna  görə  də,  onlar  yəqə 



türkmanlarının  qorxusu  və  siyahpuşların  tüğyanı  üzndən  həmin 

vilayətdə qala bilməyərək pis vəziyyətdə oranı tərk etdilər. Siyahpuş 

sərdarlarından  Xacə  Şərəfəddin  Savəri  başqalarından  daha  çox 

yaramaz  hərəkətlər  edirdi.  Mürtəzaqulu  xanın  bütün  var-yoxunu 

qarət  etdilər,  qazilərin  at  və  yaraqlarını  əllərindən  aldılar  və  onlar 

hər şeydən məhrum oldular. Nəhayət, Xorasanda özbəklərin tüğyanı 

başlandı,  Astrabad  vilayətinin  Kəbudcame  adlı  mahalına  bitişən 

Nisa,  Əbivərd,  Dərun  və  Bağdad  vilayətləri  özbək  əmirlərinin 

əllərinə keçdi, Abdulla xan isə Xarəzm vilayətini tutub, oranın valisi 

Hacı Məhəmmədxanı qovdu. 

Əlahəzrət,  sayinxani  ulus  başçılarının  özbəklərə  itaət 

edəcəklərini,  özbəklərin  vasitəçiliyi  ilə  Astrabad  vilayətini 

tutacaqlarını,  siyahpuşların  fitnəsinin Mazandarana  da  yayılacağını 

düşünüb,  zamanın  tələbinə  uyğun  olaraq,  onlarla  tədbirlə 

davranmağa  başladı.  Şah  həmin  dəstə  zümrəsindən  olan  və  başqa 

sayinxani qəbələlərindən etibarına  görə on çox etibar imtiyazı əldə 

edən, o vaxtlarda Mübarəkabad [qalası] yaxınlığında dayanan Əliyar 

bəy  Eymura,  Ziyaəddin  Fendereskinin  oğlu  Mirzə  bəyin  -  bu 

dövlətxah şəxsin, bu şah astanası xidmətçilərinə sədaqət izhar edən 

adamın  vasitəçiliyi  ilə  "xan"  rütbəsi  verməklə,  onu  sərəfraz  etdi, 

Astrabad  hakimliyi  Əliyar  bəyin  adına  yazıldı,  amma  siyahpuş 

sərdarları bu bəyə çox da arxalanmırdılar. Əliyar bəy onlarla barışıq 

yolu  ilə  davranır  və  istəyirdi  ki,  öz  naibini  şəhərdə  saxlayaraq 

hakimliyi ona tapşırsın, özü isə gedib Gürgan çayı kənarında, öz eli 

içərisində yaşasın. 

Bəyin  vəfatından  sonra  onun  oğlu  Məhəmmədyar  xan 

cahanpənah dərgaha gedərək, atasının yerinə təyin edildisə də, oxlu 

təbəqəsi ona qarşı xilaf məqamında durdu. Nəticədə, Məhəmmədyar 

xan oxlu camaatı tərəfindən qətlə yetirildi. [Bu dəfə] onun ən kiçik 

qardaşı Qılıc xan ali saraya gələrək, Astrabadı idarə etmək sənədini 

aldısa da, oxlu tayfasının tüğyanı və narazılığı nəticəsində bu qardaş 

da  hakimlik  edə  bilmədi.  Şahın  qələbə  ayəli  ordusunun  Xorasanı 

fəth etməkdən ötrü hərəkət edərək Bəstam çəmənliyində dayandığı il 

əlahəzrət  Cürcan  vilayətinin  zəbti  üçün  getdi  və  o  vilayət 

hakimliyini  Mazandaran  hakimi  olan  Fərhad  xana  verdi.  Xan  isə, 

yuxarıda yazıldığı kimi, həmin mülkə öz daruğəsini yolladı. 

O  ətrafda  şahın  təntənəli  gəlişi  xəbəri  yayılanda  özləri 

özlərinə  aludə  olan  düşmənlərin  səbat  kökünə  zəlzələ  düşdü, 



960 

 

Astrabad  vilayətinə  bitişik  olan  bütün  Mazandaran  qızılbaşların 



əlinə  keçdi.  [Vəziyyəti  belə  görən]  siyahpuş  sərdarları  öz  hallarını 

fikirləşdilər  və  itaət  etməkdən  başqa  çarə  tapa  bilmədilər, 

cahanpənah  dərgaha  gələrək,  xeyrli  Xorasan  səfərində  şaha  yoldaş 

oldular.  Fərhad  xanın  qətlindən  sonra  isə,  Astrabad  vilayətinin 

hakimliyi Hüseyn xan Ziyadoğlu Qacara verildi. 

Oxlu  və  yəqə  türkmanlarının  fitnəsini  yatırmaq  və 

Astrabadda  qayda-qanun  yaratmaqdan  ötrü  hümayun  məiyyətin  o 

səmtə  getməyi  lazım  görüldü.  Səadət  nişanlı  ordu  gəlib  Dəşte-

Bəhryanda  dayandıqda,  ordunun  əksər  ağrəqini  və  ləşkərin  bəzi 

mallarını  Bəstam  yoluyla  İraqa  göndərdilər,  müqəddəs  ordunun 

bütün mülazimləri əzəmətli əmirlərlə o istiqamətə üz tutdular, Yəqə 

türkmanlarını arxayınlaşdırmaqdan ötrü şahın izzət büsatının yaxın 

adamlarından  olan  Məhəmmədqulu  bəy  Əmiraxurbaşı  Cığatayı 

həmin yol üstündə yaşayan Qazı xan Mir Oxlunun yanına göndərib, 

türkman qəbilələrinin adına bir nəvazişnamə yazdılar: "Sizlər qədim 

dövrlərdən  bəri  Xarəzm  sultanlarının  təbəələri  olmusunuz.  Hal-

hazırda  dövran  hadisələrinin  təsiri  ilə  şah  dövlətinin  kölgəsi  altına 

pənah  gətirən  və  bir  müddət  hümayun  şahın  iqbal  kölgəsi  altında 

yaşayan  Xarəzm  padşahı  və  onun  övladları  bizim  yardım  və 

köməyimizlə  yenidən öz irsi  məmləkətini tutmuşlar, özlərini bizim 

hümayun  adamlarından  sayırlar.  Həqiqətən  də,  Hacı  Məhəmməd 

xana  mənsub  olan  adamlar  elə  bizim  adamlarımızdırlar.  Gərək, 

Məhəmmədqulu  bəylə  birlikdə  hümayun  məiyyəti  qarşılamağa 

çıxasınız  və  bizimlə  görüşməklə  sərəfraz  olasınız.  Siz  qətiyyən 

hümayun  məiyyətin  gəlişindən  həyəcanlanmayın.  Əgər  öz  qədim 

yerinizdə  sakin  olub  ayağınızı  ədəb  dairəsində  saxlasanız, 

tərəfimizdən  sizə  qarşı  iltifat  və  şəfəqqətdən  başqa  heç  bir  əməl 

zahir olmayacaqdır." 

Sonra hümayun  məiyyət iqbalın qəlavuzluğu*  və siyahpuş 

sərdarlarının  bələdçiliyi  ilə  Kobudcamə  dərəsi  yoluyla  hərəkətə 

başladı. 

Qari  xan  Oxlu  əvvəlcə  Məhəmmədqulu  bəyə  izzət  və 

ehtiram 

göstərdi,  başqa  ulusların  mir  və  ağsaqqalları 

məsləhətləşərək,  hamını  itaətə,  birliyə  və  ali  hümayun  şaha  bağlı 

olmağa rəğbətləndirdi, təklif etdi ki, onunla birlikdə şah astanasını 

öpməyə getsinlər. Amma, neçə ildən bəri özlərini Xarəzmdən ayırıb 

özbaşınalığa  başlayan  [oxluların]  bəzi  cahilləri  o  vaxtlarda  öz 

valilərinə  itaət  etmirdilər.  Onlar  izzət  və  cah-calal  məiyyətinin 


961 

 

yaxınlaşmasından  əndişələndilər,  bərk  çaxnaşmaya  düşdülər,  ali 



saraya  getməkdən  çəkinib  fərar  məqamına  gəldilər,  Ətrək  tərəfə 

yollandılar.  İllərlə  üsyan  səhrasında  müstəqillik  edən  oxlular 

qorxmadan  Məhəmmədqulu  bəyin  yaşadığı  evə  hücuma  keçdilər. 

Bəyin  mülazimləri  müdafiəyə  başladılar  və  onların  arasında  savaş 

başlandı. Bir neçə yerdən Məhəmməqulu bayi ağır yaraladılar, onun 

bir  neçə  mülazimini  qətlə  yetirdilər  və  var-dövlətini  qarət  edib  öz 

tayfalarının yanına getdilər. 

Bu  xəbəri  eşidən  əlahəzrət  elə  həmin  gün  Kəbudcamədən 

çıxaraq  o  aqibətsizlərin  ardınca  yollandı.  Gecə  vaxtı  oxluların 

yurduna  gəlib  çatdılar.  Onlar  isə  öz  xeymə,  xərgah  və  alaçıqlarını 

(əlaçuq) atıb fərar  etdilər. Olduqca qaranlıq (mozlem) bir  gecə idi. 

Zülmət  cəhənnəmdəki  quyudan  (çahe-vil)  xəbər  verirdi.  Buludun 

gözləri ağlamağını saxlaya bilmirdi. 

 

Beytlər 

 

Gecə qıvrılırdı başda saç kimi,  



Babil quyusundan fərqli idimi? 

Hava - qır rənginə "bəyaz " deyirdi,  

Qara - yar zülfünü üstələyirdi.  

Gecə - soyunmadı sübhədək donu,  

Əl - tapa bilmədi ağız yolunu.

640


 

 

Əlahəzrət zilləllah şah istəyirdi ki, Qari xana çatana və onu 



tutanadək  hücumu  dayandırmasın  və  heç  yerdə  dayanmasın. 

Ruzigarın  təcrübəsinə  çox  yaxşı  yiyələnmiş  yaxşı  düşüncəli 

dövlətxah adamlar belə ərz etdilər:  "Zülmət gecə  vaxtı padşahların 

şəxsən  gedib  yağını  təqib  etməsi  barədə  heç  bir  yerdə  fərman 

(dəstur) yoxdur. Əgər  əlahəzrət öz camal aynasında qeybdən  gələn 

hadisələr  pərdəsini  dəlib  keçən  fikir  nurunu  müşahidə  edərək, 

səltənət  və  hökmranlıq  məsələlərində  məsləhətlərə  qulaq  asır  və 

                                                           

640

 Beytlərin farscası: 



Şəbi əz tiregi çon cəde - kakol,  

Şəbi tariktər əz çahe - Babol.  

Həvaye qirgune - an şəbe-tar  

Səbəq borde ze cəde - sonbole-yar.  

Çenan tire bod an şəb ta səhərgah  

Nəbordi dəstha suye-dəhən rah. 



962 

 

[böyük]  işlər  (karnameha)  görürdüsə,  onun  gördüyü  işlər  ruzigar 



sultanlarının düsturül-əməllərinə müvafiq olubdur." Şah həmin yaxşı 

düşüncə  sahiblərinin  fikri  ilə  razılaşdı  və  Qari  xanın  yurdunda 

atından  yerə  endi.  Onun  Astrabada  gəlişinin  əsl  məqsədi  o  gözəl 

vilayəti  üsyankarlardan  xilas  etmək  olduğundan,  ağrəq  qoşununu 

orada qoyub, Bərxurdar bəy Ənis Topçubaşını  bir dəstə tüfəngçi ilə 

ağrəq  [mallarının]  mühafizəsi  üçün  saxladı.  Sobhe-sadiqin  işartısı 

göründükdə, zəfər və iqbal ilə ata süvar oldu və gedib Ətrək çayının 

sahilində oxlu qəbilələrinin köçünə çatdı. Təşvişə düşən Qari xan öz 

qoşunundan ayrıldı, bir neçə adamla Ətrək çayını keçdi, çöl yoluna 

düşdü,  onun  qoşunu isə  müzəffər  qazilərin  basqınına  məruz  qaldı. 

Kişilər  iti  şəmşirlərə  yem,  qadınlar  və  uşaqlar  əsir,  mal-dövlət, 

heyvanlar  və qənimətlər isə qarət və tarac küləyinə giriftar oldular. 

Qari xanın hansı tərəfə qaçdığı məlum olmadığı üçün həmən susuz 

çöldən geri döndülər, Gürgan çayı kənarında olan  və  Şəmsül-məali 

Qabus ibn Vəşmgirin gümbəzi yaxınlığında orduya birləşdilər, sonra 

oradan çıxaraq Mübarəkabad qalasının yanında dayandılar. 

Sayinxanilərin  eymur,  kuklən,  salur  və  başqa  qəbilə 

ağsaqqalları şahın qəzəbindən qorxub ali taxt ayağına gəldilər və şah 

tərəfindən  nəvazişləndilər.  Əlahəzrət  Mübarəkabad  qalasının  təmir 

olunması  qərarına  gəldi.  Qalanın  hər  tərəfini  əmir  və  əskərlər 

arasında böldülər və bu iş başlandı. Olduqca hündür olan qala divarı 

on iki gün ərzində ucaldıldı. 

Bu vaxt şah belə fikirləşdi: Siyahpuşlar arasında onların bu 

mülkdə hakimiyyət etdikləri  vaxt qızılbaşlara xidmət  edən heç kəs 

sağ  qalmamışdır,  bu  dövrdə  doğulan  cavanların  da  yaşları  iyirmi-

iyirmi  beş  yaşdan  çox  deyildir  ki,  onlar  da  hakim  görməyərək, 

özlərini  hakim  təsəvvür  etmiş,  başlarına  qürur  havası  dolmuşdur. 

Gərək ehtiyat naminə o tayfaya qarşı tədbir görülsün ki, onlar qəflət 

yuxusundan oyansınlar. 

Qalanın  təmiri  qurtardıqdan  sonra,  şah  bütün  siyahpuş 

sərdarlarını [yanına] tələb etdi və onlara öz gövhərlər səpən dili ilə 

dedi: "Bu məmləkət artıq neçə ildir ki, layiqli hakimdən xali olmuş, 

buranı  hiyləgərliklə  zəbt  etmişlər.  Siz  öz  qayğınıza  qalıb,  rəiyyət 

olmaq  yolundan  uzaqlaşmış,  döyüşkənlik  meydanına  qədəm 

atmısınız.  Bir-birinizin  qorxusundan  və  türkmanların  basqınından 

qorunmaqdan ötrü siyahpuşları toplayaraq, qızılbaş əmirlərinə qarşı 

hörmətsiz  hərəkətlər  etmisiniz.  İndi  isə,  öz  keçmiş  əməllərinizdən 

peşman  olub  üzrxahlıq  və  bizə  bağlılıq  məqamına  gəlmisiniz.  Biz 



963 

 

sizin  hərc-mərclik  zamanı  vaqe  olmuş,  ya  olmamış



641

  əməllərinizi 

əfv etmişik. Hal-hazırda İlahinin inayəti və şahın qüvvəti sayəsində 

bu  məmləkətin  hər  tərəfi  (həvaşi)  əmin-amanlıq  içərisindədir  və 

Təbəristan, Cürcan  və Xorasan Murğab çayınadək bu  güclü dövlət 

övliyalarının  əlindədir.  Xarəzm  və  Ürgənc  sultanları  bizə  itaət 

edirlər. Sayinxani ulus düşmənləri öz cəzalarını almış, qalanlar isə 

boyunlarını bizə bəndəlik həlqəsinə salmışlar. Məmləkəti idarə edən 

bir  hakim  lazımdır.  Bundan  sonra  adamlar  ərbabların  cövr  və 

zülmündən azaddırlar. Elə buna görə də, onların artıq [burada] qala 

saxlamaq  ehtiyacı  yoxdur.  Siz  gərək  öz  qalalarınızı  dağıdıb,  bütün 

silah-sursatınızı  hakimin  sərkarına  verəsiniz  ki,  həmin  silahlar 

Mübarəkabad  qalasında  işə  yarayacaqdır.  Siz  özünüz  isə 

xanəköçünüzü  bu  qalaya  gətirib  orada  yaşayacaqsınız.  Qədim 

vaxtlarda  olduğu  kimi  gərək  əkinçilik  və  rəiyyət  işləri  ilə  məşğul 

olasınız, siyahpuşluğu tərk edəsiniz. Belə olan halda bu məmləkətin 

hakimi  sizdən,  siz  isə  hakimdən  qorxmadan  etibarlı  şəkildə 

yaşayacaqsınız." 

Sərdarların  tabe  olmaqdan  başqa  çarələri  qalmadığı  üçün 

bu təklifi qəbul etdilər. Əlahəzrət işləri qaydaya salmağı etibarlı bir 

qızılbaşa  həvalə  etdi  və  dedi  ki,  əgər  bundan  sonra  bircə  şəmsir, 

hətta bir ədəd nizə də evlərinizdə olarsa onları saxlayan adamın qanı 

hədər yerə axacaqdır. 

Xülasə, bu günlərə qədər  Astrabad  vilayətində  yaşayan  və 

"yalnız mən", yaxud da heç kim"

642


 təbilini çalan siyahpuş təbəqəsi 

özlərini  heç  vaxt  təsəvvür  etmədikləri  qəribə  vəziyyətdə  gördülər, 

ikrah  hissi  ilə  fərmana  boyun  əydilər.  Amma,  onlar  biri-digərini 

ağılsızlıqda  töhmətləndirirdilər,  hərəkətlərindən  müxalifət  və  nifaq 

əlamətləri müşahidə olunurdu. 

Xülasə,  qərara  alındığı  kimi,  onların  qalaları  dağıdıldı. 

Mübarəkabad  qalasına  bir  neçə  min  tüfəng,  zireh,  ox  ucu  (kiş)  və 

kaman gətirildi, sərdarların ailələri qalada yerləşdirildi. Bu hadisələr 

baş  verən  vaxt,  əlahəzrət  zilləllah  şah  bir  gün  şəhərə  təşrif 

aparmışdı.  Qadın  və  uşaqların  nalə  səslərini  eşitdi.    Siyahpuşların 

zülmü göyə yüksəlirdi. Hərc-mərclik dövründə olduğu kimi, elə indi 

də,  əksəriyyəti  zahid,  abid  və  xeyrxah  (saleh)  olan  Astrabad 

şəhərinin  camaatına  qarşı  zülm  olunur,  siyahpuşlar  şeytancasına 

                                                           

641

  İfadənin ərəbcəsi: "Kənə ləm yəkun". 



642

 İfadənin ərəbcəsi: "Ənə va la ğeqru".  



964 

 

(hezbe-şeytan)  azacıq  varı  olan  adamın  evinə  gedir,  onu  qətl 



edəcəkləri ilə hədələyir, sakinlərin var-yoxlarını əllərindən alırdılar. 

Onlar  namuslu  adamların  üzə  duracaqlarından  (hətk)  qorxmayaraq 

namussuzluqlar edirdilər. Məsələn, Xacə Şərəfəddin Savəri iki dəfə 

özünün  çoxlu  siyahpuşu  ilə  qadın  hamamına  getmiş,  qadınların 

mülazimlərini  hamamdan  çölə  çıxarmış,  lüt-üryan  qadınları 

qəddarlıqla  (onf)  kafir  və  firənglər  kimi  əsir  etmiş,  az  vaxt 

keçdikdən  sonra  onları  bir-bir  yenə  öz  sahiblərinə  satmışdılar.  Elə 

pis əməlli adamların cəzalarını  verməmək, hərc-mərclik günlərində 

olsa  belə,  ülviyyətin  (robubiyyət)  zülalı  olan  sultanların  ədalət 

tərəzisi  ilə  ölçülməlidir,  çünki  əgər  zəiflər,  məzlumlar  və  bəd 

adamlar  cəzalanmazlarsa,  rahat  ola  bilməzlər.  Buna  görə  də, 

[əlahəzrət] 

məmləkəti 

qorxu-hürkü 

bilməyən 

adamlardan 

təmizləməyi lazım bildi. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin