AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


Şah Abbasın Əbdülmömin xana məktubu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə90/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   86   87   88   89   90   91   92   93   ...   96

Şah Abbasın Əbdülmömin xana məktubu: 

 

Bu hadisələrin baş verdiyi vaxt şahın nurlu   xatiri   istədi   



ki,   müqəddəs  məiyətin canfəda  mülazimlərinin birini elçi sifətilə 

Əbdülmömin  xanın  yanına  göndərib,  ona  şəfəqqətli  nəsihətlər, 

padşahanə  kəlmələr,  vədlərlə  dolu  bir  məktub  yazsın.  Söhbət 

yasovulu  Ruhulla  bəy  Zülqədər  bu  xidməti  qəbul  etdi  və  həmin 



936 

 

məktub  yazıldı.  Məktubun  xülasəsi  belədir:  "Əbdülmömin  xan  bir 



neçə ildir ki, mülklər tutmaqdan ötrü hər il Xorasana tərəf yürüşlər 

edir. Mənim başım İraqda və sərhəd yerlərində bəzi işlərə  qarışdığı 

üçün  o,  fürsət  tapıb  müqəddəs  Məşhədi  və  Xorasanın  bəzi 

mahallarını  işğal  edib  və  daha  bir  neçə  yeri  əlinə  keçirdi.  Mənim, 

onunla  qarşılaşmaqdan  ötrü,  hər  dəfə  uzaq  yol  qət  edib  İraqdan 

Xorasana gəldiyim vaxt o, müzəffər əskərlərimin önünə çıxmayır və 

özünə  fərar  qərarı  verirdi.  O,  belə  bəhanə  edirdi  ki,  onun  padşah 

olan atası (Abdulla xan  -Ş.E)  qızılbaş padşahı ilə müharibə etməyə 

icazə  vermirmiş.  Həmin get-gəllər nəticəsində Xorasan  vilayəti hər 

iki  tərəf  ləşkərlərinin  at  təpikləri  altında  qalmış,  rəiyyət  və  yoxsul 

əhali  didərgin  və  ev-eşiksiz  olmuşlar.  İndi,  sizin  möhtərəm  atanız 

fani  dünyaya  vida  etmişdir  və  Mavərənnəhr,  Türküstan,  Bəlx  və 

Bədəxşan  səltənəti siz  böyük  nəsildən  olan  şəxsin  əlinə  keçmişdir. 

Siz  artıq  sizə  qarşı  olanları  və  əmi  oğlanlarınızı  dəf  etmişsiniz  və 

başqa  düşməniniz  qalmamışdır.  Artıq  taxta  tam  əyləşmiş  və 

müstəqil  olmuşunuz.  Bütün  özbək  qoşunları  sizin  əmrinizə 

tabedirlər.  Biz  isə,  indi  irsi  mülkümüz  olan  Xorasanın  xilası  üçün 

gəlmişik və bundan ötrü belimizə himmət kəməri bağlamışıq. Əgər, 

inşallah,  bu  dəfə  oranı  tutmaq  bizə  müyəssər  olmazsa,  dövlət 

mərkəzimizə  qayıtmaq  imkammız  olmayacaqdır.  Siz  əgər  bizim 

şəfəqqətli nəsihətlərimizi razılıq qulağı ilə dinləsəniz, yaxşısı budur 

ki, qədimdən bəri İrana daxil olan və bu xanədanın irsi mülkü kimi 

tanınan  Xorasandan  əl  çəkib  birlik,  ülfət  və  üzrxahlıq  məqamına 

gələsiniz  ki,  biz  də  didərginlərin  geri  qayıtmaları  və  Xorasan 

diyarındakı  biçarələrin  asudəliyindən  ötrü  "uzaq  keçmişdə  olduğu 

kimi"


629

, hərb və intiqam büsatı qurmayaq, sizinb məhəbbət, dostluq 

və ülfət edək, dövlətinizin düz yola düşməsinə çalışaq, malımıza və 

ləşkərimizə  köməkçi  olaq.  Siz  indi  məsləhət  qulağınıza  qəflət 

pambığı  salmayın,  dostluq  qapılarını  bağlamayın,  müxalifət  və 

inadkarlıqda israr etməyin, keçən illərdə olduğu kimi məkr və hiylə 

məqamında  olmayın.  İstiqlal  və  iqtidar  mövcud  olduğu  bir  vaxtda 

fərar  etmək  aləm  tərəfindən  bəyənilməz  bir  işdir.  Bu  barədə 

fikirləşərək,  yubanmadan  döyüş  meydanına  mərdanəlik  qədəmi  at 

ki,  daha  bəhanəyə  yer  qalmamışdır.  Haranı  məsləhəl  bilsən,  oranı 

da,  illərdən  bəri  bütün  aləmin  intizar  gözü  ilə  gözlədiyi 

tərəflərimizin  qarşılaşmasına  qərar  ver  ki,  İlahinin  istəyi  örtülü 

                                                           

629


 İfadənin ərəbcəsi: "əl-madi və yuzkəru". 

937 

 

pərdədən  çıxıb  cilvələnmiş  olsun,  xalqlar  hər  iki  ləşkərin  get-



gəlindən  xilas  olsunlar.  Yoxsa,  bunu[da]  bil  ki,  biz  Xorasanın 

viranəyə  çevrilməsinə  dözməyib,  Allah-təalanın  köməyi  ilə  öz  iti 

fikrimizi  son  ali-nejadla  hərəkətə  gətirərək,  Bəlxə  və  Buxaraya 

qədər  atımızın  cilovunu  çəkməyəcəyik.  Allah  özü  bilir  ki, 

qiyamətəsər  ləşkərin  zərbəsindən  o  diyarda  bəla  tufanı  necə 

[şiddətlə] qalxacaqdır!". Bu beytlər də həmin məktuba əlavə olundu: 

 

Şer 

 

Kərəm dudmanının ey nihalı, sən  



Dinlə aqilanə sözü ürəkdən:  

Nə Bəlxə təmənnam var hücum edəm,  

Nə də Buxaranı tutmaq istərəm.  

Ləşkərimdən azdır səhradakı qum,  

Sənin diyarına edərsəm hücum  

Xalqın əsir düşər, yoxalar malı, 

Boynuna götürmə belə vəbalı. 

Eşit sözlərimi, vaxtı yubatma,  

Daha macəram belə uzatma, 

Torpaqlar Bəlxədək səninki olsun,  

O gözəl Bəlx gərək səninki olsun.

630


 

 

Məktubu  aparan  söhbət  yasovulu  Ruhulla  bəy  Zülqədəri 



yola  salandan  sonra  müzəffər  məiyyət  müqəddəs  Məşhədə  tərəf 

hərəkət etdi. Əlahəzrət zilləllah şah əzəmətli əmirləri böyük bir işin 

əncamına yolladısa da, elə özü böyük bir xətər vadisinə öz təvəkkül 

qədəmini basmış oldu. O, başqa adamların xəbərləri olmayan, yalnız 

padşahların  ürəklərində  (zəmir)  və  ilahi  dərgahın  seçdiyi  şəxslərdə 

                                                           

630

  Şerin farscası: 



Ke ey duheye-xanədane-kərəm,  

Ze mən guş kon aqilane soxən.  

Nədarəm tomənnaye-an mərz-o bum,  

Ke arəm be Bəlx-o Boxara hocum.  

Gər in kinevər ləşkəre-bişomar  

Gozər avarəd canebe-an diyar,  

Şəvəd mal tarac-o mərdom əsir,  

Vəbale-çenin-ra be gərdən məgir. Soxən beşno, əz qofte-mən sər məpiç,  

Bedin macəra biş əz in dər məpiç Ke ta Bəlx payənde manəd be to,   

Çenan molke-fərxonde manəd be to. 



938 

 

cilvələnən gizli məsləhətlərin səsinə qulaq asıb, belə qərara gəldi ki, 



azyaşlı  şahzadə  Məhəmməd  Bağır  Mirzəni  özü  ilə  bu  səfərə 

aparmasın  və  şahzadə  qoy  bu  xətərli  meydandan  uzaq  olsun.  Elə 

orada  da  Məhəmməd  Bağır  Mirzəni  hərəm  eşikağası  Şeyx  Əhməd 

bəyə tapşırdı və onu İsfahan darüssəltənəsinə rəvan etdi. 

Hümayun  ordu  qurban  bayramından  sonra  (eyde-əzha*) 

oradan çıxdı. Kalpuş mahalı dərya təlatümlü ordu ilə dolduqda fəth 

və  zəfər  bayraqları  dalğalandı,  qələbə  və  xoş  gün  əlamətləri 

göründü, iqbalın doğuşundan hümayun fallı ulduz parlamağa başladı 

və  əvvəlcə  Nişapur  vilayəti  bu  güclü  dövlət  övliyalarının  əlinə 

keçdi. 


Məsələ  belə  olmuşdur:  O  vilayətin  hakimliyi  özbək 

sultanlarının nəslindən olan Əhməd Sultan adlı bir şəxsə verilmişdi. 

Abdulla xanın vəfatı və hümayun fallı şah ordusunun gəlişi 

xəbəri  Əhməd  Sultana  yetişdikdə,  həmin  diyar  əhalisinin 

qızılbaşlara  tərəfdar  olduğunu  görüb,  özündə  qaladarlıq  qüvvəsi 

görmədi,  [amma]  Əbdülmömin  xanın  cəzasından  qorxaraq 

özbəklərin yanına da gedə bilmədi. Fikirləşdi ki, Nişapurun quldur-

qaçaqları  özbəklərin  mallarına  əl  uzada  bilərlər,  buna  görə  də, 

beytül-hərama  (Həcc  ziyarətinə  -  Ş.F.)  getmək  diləyi  ilə  şəhərdən 

çıxdı,  şah  dərgahının  mülazimi  olmaq  ehramını*  əyninə  geyib  bir 

neçə  adamla  öz  məqsədinə  doğru  rəvan  oldu,  Nişapurun  özbəkləri 

isə bəzisi müqəddəs Məşhəd, bəziləri Herat iqamətinə getdilər. 

Əhməd  Sultan  hələ  şəhər  darvazasından  çıxmamışdı  ki, 

Nişapurun  əhalisi  hümayun  şahın  adı  şərəfinə  şadimanlıq 

nağaralarını çalmağa başladı. Bu xəbər Kalpuşa yetişəndə, o mülkün 

ali məqamlı seyidlərindən, böyüklərindən və qiymətli adamlarından 

olan  Əmir  Əbülməalı  Nişapuri  ki,  özbəklərin  vaxtında  onda 

dövlətxahlıq  hissi  baş  qaldırdığına  görə  müzəffər  orduya  gəlmişdi, 

Nişapuru  zəbt  etməkdən  ötrü  o  səmtə  rəvan  oldu,  həmin  vilayət 

hakimliyini  o  vaxt  Səbzvar  hakimi  olan  Mirzə  Məhəmməd  Sultan 

Bayata  verdi.  Əhməd  Sultan  özbək  isə  Həccə  rüsxət  alıb  oraya 

yollandı,  amma  onun  sonrakı  vəziyyəti  məlum  olmadı.  Kalpuşdan 

çıxan iqbal ordusu Şəqan və Curbod yolu ilə, ordunun önündə gedən 

Fərhad  xanın  və  əmirlərin  ardınca  Məşhədə  tərəf  hərəkətə  başladı. 

Onlar Şəqan mahallarından Əsbahi adlanan yerə çatdıqda  müzəffər 

ordu  orada  dayandı.  Bu  vaxt  Fərhad  xanın  yanından  və  müqəddəs 

Məşhəddən  münhilər  gələrək  Əbdülmömin  xanın  öldürülməsini  və 

yuxarıda yazıldığı kimi, müqəddəs Məşhədin fəth olunma müjdəsini 



939 

 

gətirdilər. Əlahəzrət zilləllah şah Allahın ətası kimi gələn bu gözəl 



xəbərə  görə,  habelə  bu  hümayun  və  xeyrli  yürüşün  səbabkarı  olan 

mələk  aşiyanlı  İmaməl-cinn  və-l-ünsüə  səcdələr  və  şükürlər  etdi. 

Bütün  döyüşçülərin  şadlıq  və  mübarəkbadlıq  sədaları  günəşə  və 

ayadək  ucaldı.  Zilhəccə  ayının  iyirmi  dördündə  (miladi  1598,  28 

iyul) şah Tus şəhərinin çayı kənarına gəlib orada dayandı. 

Fərhad  xan,  əmirlər  və  Məşhədin  əyanları  hümayun 

məiyyəti  istiqbala  çıxaraq  Tusda  ona  səcdə  etməklə  şərəfləndilər, 

dua, səna və təbriklərini çatdırdılar. Hökm olundu ki, Fərhad xan və 

çərxçi  əmirləri  Heratın  fəthinə  rəvan  olsunlar  və  o  fəxarətli  şəhəri 

tutsunlar. Hələliksə Dinməhəmməd xanın padşahlığı, özbəklərin bir 

yerə  toplaşmaları  və  xanın  fikri,  olduğu  kimi,  gəlib  onlara 

çatmamışdı. Ertəsi gün, həmin ayın iyirmi beşində [şah] mələklərin 

səcdəgahı olan səkkisinci imamın rövzəsinin təvaf ehramını əyninə 

geyinib, rəvan oldu. İlahi nurunun təcəlla etdiyi  mübarək günbəzin 

aləmi  işıqlandıran  şüaları  parlamağa  başlayanda  əlahəzrət  zilləllah 

şah atdan düşdü, Allahm bu töhfəsinə şükranlıq əlaməli kimi alnını 

onun torpağına sürtdü, gözlərindən şadimanlıq yaşları axıtdı. Oradan 

cahan-cahan  sədaqət  və  aləm-aləm  ehtiyacla,  ayaqyalın  alnıaçıq 

halda rövzəyə məsafə qət etdi. O vaxt şahın və ordunun vəziyyətinin 

tərifi belə tərənümə gəldi: 

 

Beytlər 

 

Allaha şükür ki, bəxtim oldu yar,  



Xudadan diləyim yerinə yetdi.  

Ondan istədiyim o dövlət ki, var,  

Haqq onu lütfüylə qismətim etdi.

631


 

 

Bütün  əhali  bu  ayin  ilə  yola  qədəm  basdı,  onların 



ayaqlarının  altı  tikanlardan  güllər  açdı,  sanki  gül-çiçəklər  sadiq 

qazilərin sipərinin arxasınca boylanmaqdaydılar. 

Xülasə,  [şah]  böyük  sövq  ilə  pak  rövzəyə  gəlib  çatdı, 

müqəddəs  məzarı  ziyarət  edib  öz  ixlas  üzvünü  həmin  pak  torpağa 

                                                           

631


  Beytlərin farscası: 

Şokr Xoda ke, əz mədəde-bəxte-kamsaz  

Kami ke, xastəm ze Xoda şod moyəssərəm.  

An dövləti ke, mitələbidəm ze salha  

İnəst əz enayəte - Həqq dər bərabərəm. 


940 

 

sürtdü, dua və ziyarət ləvazimatı hazırlığına başlayaraq o müqəddəs 



astananı  olduqca  səliqəsiz  və  qızıl-gümüş  qəndillərdən  xali  gördü. 

Orada  qızılbaş  əyyamındakı  ziynət  və  zivərlərdən  fəqət  qızıl 

məhəccərdən başqa heç nə qalmamışdı. [Şah] elə oradaca Budaq xan 

Çekənini  müqəddəs  Məşhəd  hakimliyi  ilə  sərəfraz  etdi.  Əlahəzrət 

müqəddəs  astanadan  Çəharbağa  təşrif  apardı.  Orada,  qana  susayan 

qazilər  tərəfindən  Camda  əsir  götürülən  özbəklərə  öz  müqəddəs 

nəzərini  yetirdi,  onların  sözlərindən,  həmçinin  vəziyyəti  təhqiq 

etmək  üçün  göndərilən  Seyid  Məhəmməd  Sultanın  dediklərindən 

məlum oldu ki, Dinməhəmməd xan  Heratda taxta  çıxmış, Xorasan 

vilayətini  qorumaq  qərarına  gəlmiş,  deyilənə  görə,  əskərinin  sayı 

iyirmi min nəfərə çatmışdır. Amma, Xorasan əhli olanlar bu rəqəmi 

təkzib edərək onların sayının altı-yeddi min nəfərdən çox olmadığını 

söyləyirlər ki, aqil adamlar son rəqəmə üstünlük verirlər. 

Sözün  qısası,  [əlahəzrət]  Fərhad  xanı  çərxçi  əmirləri  ilə 

birlikdə elə həmin gün Herata tərəf rəvan etdi ki, özbəklər hələ bir 

fikrə  gəlib  qaladarlıq  ləvazimatı  hazırlamadıqlarına  görə  həmin 

vilayəti 

onlardan 

boşaltsınlar. 

Dinməhəmməd 

xanın 

mülazimlərindən  olan  bir  neçə  əsiri  müqəddəs  Məşhədən  yola 



saldılar  ki,  xana  [bu  mətləbi]  çatdırsınlar:  "Sən  mənimlə  sədaqət 

iddiası  etdiyin  halda  üstümə  adamlar  göndərdin.  Əgər  öz  sözünə 

sadiq  qalsan,  biz  sənin  mülazimlərinə  xələt  və  yaraq  verib,  sən 

harada  olsan,  onları  oraya  göndərərik".  Başqa  əsir  özbəklərsə  qətl 

olundular. 

Xülasə,  ali  hümayun  məiyyət  sərkarın  işlərinin  nizama 

salınmasından  ötrü  üç  gün  müqəddəs  Məşhəddə  qaldı  və  sərkarın 

tövliyyət  vəzifəsini  [məsələlərin  mütəvəllisi  kimi]  Xorasanın 

Türbəte-Heydəriyyə" seyidlərindən olan, özbək işğalı zamanı  İraqa 

gələn  və  İsfahanın  daruğəsi  işləyən  Qazi  Sultan  Türbətiyə  inayət 

etdi,  "Türbəte-Heydəriyyə"ni  tiyul  kimi  ona  tapşırdı.  [Əlahəzrət] 

Budaq xan Çekəni və Şahqulu Sultan Bayatı müqəddəs ordunun beş 

yüz nəfər qorçi və mülazimi ilə Nurməhəmmədxanla birlikdə Nisa, 

Əbivərd  və  Mərvə  göndərdi  ki,  xanın  irsi  məmləkətini  ələ  keçirib 

ona versinlər. 

[Şah]  zilhəccə  ayının  iyirmi  səkkisində  müqəddəs 

Məşhəddən  çıxdı,  Camın  Fərhadçerd  adlı  yerinə  çatdıqda,  orada 

özbək işğalı vaxtı Hindistana gedən, elə bu vaxtlarda oradan qayıdıb 

Herata  gələn,  şəhərin  bütün  işlərindən  hali  olan  İslam  bəy 

Yüzbaşının  qardaşı  Mahmudbəy  Şamlı  gəlib  çatdı,  Herat  barədə 



941 

 

məlumat verib bildirdi: "Dinməhəmməd xan Xorasan səltənətinə elə 



ürəkdən  bağlanmışdır  ki,  oradan  asanlıqla  əl  çəkməyəcəkdir. 

Hazırda  onun  on  iki  min  döyüşkən  özbəyi  və  iki-üç  min  nəfər  də 

hezarecat qəbilələrindən olan adamı vardır. Amma, o, hümayun şah 

məiyyətinin buraya gəlməyindən hələlik xəbərsizdir, heç gümanı da 

yoxdur  ki,  siz  Bəstam  hüdudundasınız  və  onunla  qarşılışmaqdan 

ötrü Fərhad xanı və əzəmətli əmirləri irəli göndərmisiniz. Hümayun 

məiyyətin  gəlişi  xəbəri  ona  çatdıqdan  sonra  əgər  qarşı  çıxmaq 

qüdrəti  olmazsa,  o,  qardaşı  Baqi  Sultanı  iki-üç  min  nəfərlə  Herat 

qalasında  saxlayacaq,  özü  isə  ləşkər  toplamaqdan  ötrü 

Mavərənnəhrə  gedəcəkdir  ki,  Xorasana  qayıtsın.  [Dinməhəmməd 

xan]  heç  vəchlə  Xorasanla  əlaqəni  kəsməyəcəkdir,  çünki  o, 

məmləkətin asanlıqla əldən çıxmasını istəmir". 

Mahmud  bəy  Şamlının  sözləri  əsaslı  və  inandırıcı  olduğu 

üçün, əlahəzrət  məqsədinə yetməkdən ötrü nə edəcəyini bilməkdən 

ötrü bir qədər tərəddüdlə fikrə daldı, Rəbbani ilham tədbiri ilə belə 

düşündü:  Gərək  təqdir  kitabında  yazılana  bel  bağlanılsın  ki,  onun 

mətləbi istəyinə uyğn yerinə yetirilsin. 

Məsələ  belə  baş  verdi:  [Əlahəzrət]  Heratdakı  vəziyyətdən 

xəbərdar  olduqdan  sonra  qüvvətli  dövlət  adamlarını  çağırıb  ilham 

dili ilə belə bəyan etdi: "Özbək ləşkərinin böyük hissəsi Heratdadır. 

Əgər irəliyə getmiş Fərhad xan və əmirlərlə özbəklər qorxmazcasına 

döyüşərlərsə,  bu  bizim  dövlətimizə  layiq  iş  olmaz,  çünki  onların 

padşahı  onlarla  birlikdədir.  Özbək  döyüşçülərinin  müharibəsi  və 

padşahla birgə döyüş meydanına qədəm basmalarına heç də əmir və 

sərdarların  müharibəsi  demək  olmaz.  Elə  olan  halda  qızılbaş 

qoşununa  böyük  zərər  dəyə  bilər,  düşmən  isə  ürəklənər.  Əgər 

müzəffər  ordu  [gedib  Fərhad  xan  və  əmirlərə  çatan  vaxta  qədər] 

onları  ləngidə  bilsə,  özbəklər  qaladırlıq  ləvazimatı  hazırlığına 

başlayaraq,  qalada  ləşkər  saxlayıb  Mavərənnəhrə  gedəcəklər.  Yox, 

əgər  qala  mühasirəyə  məruz  qalarsa,  qalanın  möhkəmliyinə  və 

qaladarlıq məharətinə görə, ehtimal ki, məsələ çox uzana bilər. Buna 

görə də,  gərək Fərhad xanın yanına adam  göndərib ona bir  mənzil 

geriyə  çəkilməsini  tapşıraq,  qoy  o,  belə  söz  yaysın  ki,  guya 

rumilərin  əlinə  fürsət  düşdüyü  və  onların  bizim  məhrusə 

məmləkətlərimizə gəldikləri barədə İraq və  Azərbaycandan qorxulu 

xəbərlər gəldiyindən, hümayun şah məiyyəti pərişan olub İraqa tərəf 

qayıtmışdır.  Əgər  qızılbaşların  məcburiyyət  üzündən  geri  qayıtma 

xəbəri özbəklərə çatarsa, qaladarlıq etmək fikrindən daşınarlar, heç 



942 

 

şübhəsiz onlar əmirləri təqib etmək, Məşhədi və ətraf yerləri tutmaq 



əzmi ilə tez-tələsik Heratdan çıxarlar, biz də yorğun atları olan əğrəq 

qoşununu orada saxlayıb, kutəl* atları olan dəstə ilə hücuma keçərək 

Fərhad  xana  birləşərik,  Fars  və  Kirman  ləşkərinin  gəlib-çatmasını 

gözləmədən  hücuma  keçərik,  onlara  qaladarlıq  etmək  imkanı 

vermərik, inşallah, əgər  Allah-təala istərsə  və bizim tədbirimiz baş 

tutarsa, ehtimal ki, işlər istədiyimiz kimi yerinə yetər". 

Bütün  aqil  adamlar  və  fikir  sahibləri  bu  fikri  bəyəndilər, 

dərhal  Fərhad  xana  məktub  (rəqəm)  yazıb,  yuxarıda  söylənilən 

qayda  üzrə,  bir  mənzil  geri  çəkilmələrini  və  hümayun  məiyyətin 

gəlişini  gözləməyi  buyurdular.  Onlar  əmrə  əməl  edib  bir  mənzil 

geriyə  döndülər,  Fars  və  Kirman  ləşkərləri  ilə  gəlib  artıq  Xorasan 

ülkasına  daxil  olan  Allahverdixan  və  Gəncəlixanın  yanına  adam 

yolladılar ki, buraya ləşkər gətirməklə  məşğul olmasınlar, bir dəstə 

adamla  gələrək  Guryan  yaxınlığında  özlərini  hümayun  məiyyətə 

çatdırsınlar.  Sonra  cənab  etimadüddövlə  Hatəm  bəy  Vəziri,  habelə 

Çeşmgəzək  əmiri  (mir)  Şahəli  Sultanla  başqa  əskərləri  əğrəq 

qoşununda  saxladılar  ki,  yavaş-yavaş  gələrək  özlərini  çatdırsınlar. 

Məhərrəm  ayının  ğorresində"  yekşənbə  günü  isə  Camın 

Fərhadcerdindən atlara süvar olub, iqbala bel bağladılar və hücuma 

yollandılar.  Yolda,  Bağənd  qalasından  bir  mənzil  məsafə  geri 

qayıdan Fərhad xan və əmirlər hümayun məiyyətə birləşdilər, habelə 

Allahverdi  xan  və  Gəncəli  xan  da  öz  ordularından  ayrılıb,  yaxşı 

yürüş  atları  olan  bir  dəstə  ilə  gələrək,  Herat  körpüsü  üstündə 

hümayun məiyyətə qoşuldular. 

Xülasə,  hümayun  məiyyət  on  günlük  məsafəni  dörd  gün 

yanına  keçib  məhərrəm  ayının  beşində  (miladi  1602,  25  iyun) 

pəncşənbə  günü,  şəhərdən  dörd  fərsəx  aralı  olan  Pole-Salar 

yaxınlığında  müxaliflərə çatdılar. Ertəsi  gün,  ayın altısında (miladi 

1602,26 iyun) cəng səflərini bəzədilər, Rübate-Poryan adlanan yerdə 

hərb başlandı. 

 

CƏM MƏQAMLI HƏZRƏT ŞAHIN DİNMƏHƏMMƏD 

ÖZBƏKLƏ HƏRBİ VƏ HƏZRƏT ALLAHIN KÖMƏYİ İLƏ 

ZƏFƏR ÇALMAĞININ ZİKRİ 

 

Yuxarıda qələm belə yazmışdı ki, Dinməhəmməd xanın şah 



məiyyətinin  gəlişindən  xəbəri  yox  idi.  O,  Fərhad  xan  və  əmirlərin 

gəlişini eşidib şəhərdən təzəcə çıxmışdı ki, yuxarıda deyildiyi kimi, 



943 

 

qızılbaş  əmirlərinin  geri  qayıtma  xəbəri  özbəklər  arasında  yayıldı. 



Xan  qala  və  qaladarlıq  ləvazimatı  hazırlamaq  fikrindən  əl  çəkib, 

onlan  cəzalandırmaq  əzmi  ilə  getməyə  başladı.  Pole-Salarda 

dayanarkən, gecə vaxtı əlahəzrət şahı tanıyan və onu körpü üstündə 

(Səre-pol)

632 

görən  Mişməst  ərəblərindən  bir  nəfər  gəlib  hümayun 



şah  məiyyətinin  gəlişindən  xəbər  yetirdi.  Ondan  şah  ləşkərinin 

keyfiyyət  və  kəmiyyəti  barədə  soruşulduqda  dedi:  "O  həzrətin 

yanında  az  adam  vardı,  amma  qızılbaş  ləşkəri  arxadan 

gəlməkdədir".  Əmirlər  və  ağsaqqallar  məsləhətləşərək  qızılbaşlarla 

hərb etməyə razı olmadıqları üçün belə məsləhət gördülər: "Qayıdıb 

Herata  gedək,  əvvəl  yazdığımız  tərzdə  şaha  bir  dostanə  məktub 

yazaq,  onu  dilli-dilavər  bir  adamla  göndərib  sülh  danışığına 

başlayaq,  sonra  isə  Baqi  xanı  qalada  qoyub  Mavərənnəhrə  gedək. 

Biz qızılbaş padşahı ilə müharibə etməyi qətiyyən dövlətimizə layiq 

bilmirik". 

Dinməhəmməd  əmirlər  və  ağsaqqallara  cavabında  belə 

demişdi: "Bu fikir tərəfimizdən bəyənilir, amma vaxt olduqca azdır. 

Qızılbaşlar  çox  yaxınlaşmışlar.  Əgər  bu  gecə  buradan  çıxıb  şəhərə 

üz tutsaq, ləşkərimizin yarısı dağılacaq, biz cəng etmədən fərar arına 

giriftar  olacağıq.  Yaxşısı  budur  ki,  mərd-mərdanə  halda  döyüş 

meydanına gedək. Əgər qalib gəlsək mətləbimiz yerinə yetmiş olar, 

yox,  əgər  məğlub  olsaq,  elə  bir  alişan  padşah  tərəfindən 

məğlubiyyətimizin heç bir eybi olmaz". 

[Beləliklə]  özbək  bahadırları  bədbinliyə  qapılmamaqdan 

ötrü naçar halda hərbə razı oldular. 

 

Şah Abbasın Dinməhəmməd xanla hərbi və qələbəsi: 

 

Xülasə,  Dinməhəmməd      xan        öz



 

cəhalət  və  qürurunun 

çoxluğundan  qızılbaşlarla  müharibənin  asan  olacağını  güman  etdi. 

Daxilindəki kin və qürur şöləsi elə zəbanə çəkdi ki, onu iti qılıncdan 

başqa  heç  nə  ilə  söndürmək  olmazdı.  O  günün  ertəsi,  məhərrəm 

ayının  altısında  (miladi  1603,  16  iyun)  qızılbaş  ləşkərinin  qaraltısı 

göründü.  Dinməhəmməd  xan  çərxçi  cinahım,  habelə  bərənğar  və 

cəvanğan  bəzəyib,  qardaşı  Baqi  Sultanı  Mirzə  Abdulla  Mənqət  və 

                                                           

632


    Bu  sətirlər  müəllifi  Əfqanıstanda  bir  neçə  Səre-pol  adlı  yer  tanıyır  ki,  həmin 

yerlərin  birində  -  Bədəxşan  vilayətinin  Səre-pol  şəhərində  üç  il  (1963-1966) 

işləmişdir - Ş.F. 


944 

 

Herat hakimi Hacı bəylə birlikdə sağ qola, bəzi əmirləri isə sol qola 



təyin  etdi.  Qərara  aldı  ki,  qızılbaş  ləşkərinin  çoxluğu  görünərsə, 

təxirə  salmadan  qol  ləşkəri  ilə  irəli  gedib,  onları  məğlub  etməyə 

çalışmaq lazımdır. Xanın özü isə özü ilə götürdüyü etibarlı və seçkin 

min  nəfər  cavanla  sol  qolda  dayandı.  Bu  qərara  gəlmişdi  ki,  əgər 

özbək ləşkəri qalib gələrsə, yaxud məğlub olarsa, o min nəfər cavan 

adamın əksəriyyəti qoy ondan  aralanmasın. Cah-cəlal ordusu Pole-

Salara  çatdıqda  havanın  hərarətindən  və  hücumdan  atların    çoxu 

gücdən  düşmüşdü,  müqəddəs  ordunun  mülazimlərindən  isə 

hümayun  məiyyətə  fəqət  üç-dörd  min  adam  gəlib  çata  bilmişdi. 

Onlar  Fərhad  xanın  qoşunu  və  çərxçi  əmirləri  ilə  Hezar  kəndinə 

çatar-çatmaz  şah  Allahın  inayətinə  və  padşah  iqbalına  güvənib 

Fərhad xanı, Zülfüqar xanı və çərxçi əmirlərini dörd-beş  min nəfər 

döyüşçü ilə irəli göndərdi, hümayun qol isə şahın müqəddəs vücudu 

ilə bəzəndi, əmirlər, qorçilər və qulamlar isə sağ və sol qollarda hərə 

öz yerində qərar tutdu. 

Robate-Pəryanda tərəflər bir-birilərinə  yaxınlaşdılar  və hər 

iki dəstənin çərxçiləri bir-birilərinə qarışdılar. Əzəmətli qazilər atları 

tez sürərək, toplum halda özlərini müxalif dəstələrə vurdular, özbək 

çərxçilərini  məğlub  etdilər.  Bütün  ləşkər  mərdanəlik  şövqü  ilə  baş 

və əxtərmə gətirməkdən ötrü* müxaliflərə üz tutdu. Belə ki, Fərhad 

xanın yanında o qədər də çox adam qalmamışdı. 

Çərxçi  ləşkərinin  basıldığını  müşahidə  edən  Baqi  xan  öz 

atını  cəvanğar  qoşunu  ilə  birlikdə  irəli  sürdü.  Qızılbaşların  çərxçi 

döyüşçüləri  isə  o  ləşkərin  hücumuna  tab  gətirməyərək  geri 

qayıtdılar.  Ləşkər  sərdarının  əlaməti  olan  bayraq  (ələm)  Fərhad 

xanın  yanında  olmadığı  üçün,  çərxçi  əsgərləri  o  mərəkədə  Fərhad 

xanı  tapmadılar  ki,  onun  başına  toplaşsınlar.  Bu  vaxt,  özbəklər 

hücuma  keçdiklərindən,  qızılbaş  [çərxçiləri]  böyük  məğlubiyyətə 

uğradılar.  Onların  məğlub  edilmələri  xəbəri  hümayun  qola  gəlib 

çatdıqda  bu  məsələ  az  qalmışdı  ki,  qolun  çaxnaşmaya  düşməsinə 

səbəb olsun. 

Döyüş meydanında bir neçə nəfərlə qalan Fərhad xan hərbə 

başladı,  tutuşma  zamanı  yaralandı,  məğlub  edildi,  həmkarları 

arasında  fərar  və  məğlubiyyət  damğası  ilə  töhmətləndirildi,  üzünə 

fərar  tozu  qondu.  Fərhad  xanın,  çərxçi  əmirlərinin  və  Azərbaycan 

ləşkərinin  məğlub  olduqlarını  müşahidə  edən  əlahəzrət  Allahverdi 

xan  Qorçibaşıya,  əzəmətli  əmirlərə,  qorçilərə  və  sağ  və  sol 

qulamlarına  hərbə  başlama  icazəsi  verdi.  Onlar  ali  əmrə  əməl 



945 

 

edərək,  düşmən  ləşkərinə  hücuma  keçdilər.  Qarşı  tərəfdən  də 



cəvanğar və bəranğar ləşkərləri cəng meydanına tərəf cumdular. Hər 

iki  qoşun  bir-birinə  qarışdı,  döyüş  meydanının  toz-torpağı  iti 

fırlanan fələyədək ucaldı. O gün özbəklərin əksəriyyətinin müzəffər 

şah  məiyyətinin  buraya  gəlişini  bilərək  məyus  olmalarına 

baxmayaraq, onlar irəli çıxaraq  mərdanə cənglər  etdilər.   Nəhayət   

hümayun   qol   və   müqəddəs   məiyyət tərəfindən cəngə çıxarılan 

dilavərlərin  qorxunc  zərbələrindən  özbəklərin  arasına  çaxnaşma 

düşdü,  döyüşdən  aciz  olub  məğlubiyyətə  məruz  qaldılar,  fəth  və 

zəfər küləyi isə canfəda qazilər tərəfə əsməyə başladı. 

Özbək ləşkərinin basıldığını müşahidə edən Dinməhəmməd 

xan yanındakı min nəfər adlı-sanlı bahadırla, hümayun qolun sağ əli 

tərəfindəki öz sol qolu ilə birgə döyüşməkdən ötrü atını irəli sürdü. 

Toz-torpağın çoxluğundan onlar qaziləri görə bilmirdilər. Əlahəzrət, 

təxminən iki yüz nəfər olan bəzi yaxın adamları və mülazimləri ilə 

birlikdə  meydanda  dayanmışdı.  Hümayun  məiyyətin  önündə  duran 

Budaq  xanın  oğlu  Sultanəli  Sultan  Çekəni  o  yaxınlıqdakı 

qamışlıqdan  (neyzar)  papaq  və  paltarları  parıldayan  bir  ləşkərin 

göründüyünü  müşahidə etdi  və bunu əlahəzrətə söylədi. Müqəddəs 

ordu  mülazimləri  müxalif  qoşunun  çoxluğundan  və  bu  məsud 

döyüşçülərin azlığından bir qədər kədərlənmişdilər. Məsələdən hali 

olan  əlahəzrət  öz  fərasət  nuruna  əsasən  başa  düşdü  ki,  bu  gələn 

Dinməhəmməd  xandır  və  hümayun  şahla  döyüşməkdən  ötrü 

çəkinmədən 

mərdanəliklə 

gəlməkdədir. 

Müzəffər 

ordu 

mülazimlərinə  xitab  edərək  dedi:  "Nə  durmusunuz?  Fərarın  arı 



barədə  düşünün  və  döyüş  meydanına  mərdanəliklə  qədəm  atın. 

Mərdanəliklə öldürülmək binamus yaşamaqdan yaxşıdır". 

 

Yaxşısı budur ki, hamımız ölək,  



Məbadə düşmənə biz fürsət verək.

633


 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin