AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


MAVƏRƏNNƏHRDƏ BAŞ VERƏN HADİSƏLƏRİN ZİKRİ



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə94/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   88   89   90   91   92   93   94   95   96

MAVƏRƏNNƏHRDƏ BAŞ VERƏN HADİSƏLƏRİN ZİKRİ, 

BAQİ SULTAN ƏHVALATININ BƏYANl, ONUN DÖVLƏT 

VƏ KAMRANLIQ BAYRAĞININ UCALMASI 

 

Sözlər  yazan  qələm  yuxarıda  yazmışdı:    Əbdülmömin 



xanın qətlindən sonra Buxaranın əmirləri və özbək əyanları Abdulla  

xanın    qohumlarından    və    Canı    bəy    dudumanının  

sultanzadələrindən    olan    Pirməhəmməd    xanı    padşah  etdilər. 

Əbdülmömin  xanın  qətli  xəbəri  Türküstan  ölkəsinə  yayıldıqda 

Təvəkkül  xan  Qəzaq  Mavərənnəhri  sağ-salamat  vücud  sahibi  olan 

bir padşahdan xali görərək, Türküstan qəbilələrindən  və  səhraneşin  

özbəklərdən  ibarat  saysız-hesabsız ləşkərlə o məmləkəti fəth etmək 

əzmi ilə həmin səmtə yürüş etdi. O vilayətin əksər camaatı özlərində 

belə  əzəmətli  bir  ləşkərlə  qarşılaşmaq  və  müqavimət  göstərmək 

qüvvəti  görməyib,      istər-istəməz    tabe      oldular.      Təvəkkül  xan 

Türküstan  və  Mavərənnəhr  vilayətinin  Sima  Əxsikəs,  Əndican, 

Daşkənd, Səmərqənd [adlı yerlərindən] Miyankala qədərki yerlərini 

zəbt  edib,  qardaşı  Eyşəm  Sultanı  iyirmi  min  döyüşçü  ilə 

Səmərqənddə  saxladı,  özü  yetmiş-həştad  min  adamla  Buxaranı 

tutmağa  yollandı.  O  vaxt  Buxarada  on-on  beş  min  nəfərdən  başqa 

adam yox idi. Pirməhəmməd xan və Buxara əmirləri şəhərdən çıxıb 

döyüş səfl bəzəməyi məsləhət görmədilər, şəhərin bürc və barılarını 

möhkəmləndirdilər, o ağır qoşunun hücumunu dəf etmək niyyətinə 

düşdülər.  Təvəkkül  xan  o  böyük  şəhəri  mühasirəyə  aldı.  Ləşkərlər 

bir-birlərindən  ayrılaraq  şəhərin  hər  tərəfinə  səpələndilər.  Buxara 

mübarizləri  hər  gün  bir  darvazadan  çıxıb  hərb  atəsini 

alovlandırırdılar. Onlar bir dəstə müxalifin ömür xırmanını iti qılınc 

şöləsi ilə yandırdılar. 

Hərb alovu tərəflər arasında on bir gün şölələndi. On ikinci 

gün  Buxara  əskərləri,  igidlik  sahibləri  və  bahadırlar  birlikdə 

şəhərdən çıxdılar və günəşin doğuşundan qurub etməsinədək hər iki 

dəstə  arasında  böyük  hərb  oldu.  O  gün  buxaralılar  qalib,  qəzaq 


975 

 

ləşkəri  isə  məğlub  oldu.  Təvəkkül  xan  dayandığı  yerdən  qalxdı  və 



əzilmiş halda öz ordusuna tərəf getdi, əskərlərinin əksəri pərakəndə 

olub fərara tərəf üz tutdu. Gecə düşəndə Buxara camaatı zəfərlə geri 

dönüb  şəhərə  qayıtdı,  şadmanlıq  nağaraları  çalınmağa  başladı. 

Qorxuya  düşmüş  Təvəkkül  xan  orada  dayana  bilməyərək,  orduda 

məşəllər  yandırdı,  gecənin  zülmətində  Səmərqəndə  qayıtdı.  Onlar 

Səmərqəndə çatıb  vəziyyətdən  və xanın geri qayıtmağından Eyşəm 

Sultanı agah etdilər. 

Bu  məsələdən  əzilən  Eyşəm  Sultan  qardaşının  yanına  bir 

adam  yollayıb  ona  bu  sözləri  çatdırdı:  "Sənə  ar  olsun  ki,  yanında 

olan  saysız-hesabsız  ali  bir  ləşkərlə  Buxaranın  sayca  çox  az  olan 

dəstəsinə  məğlub  oldun  və  geriyə  qaçdın.  Əgər  sən  belə 

məğlubiyyətlə  Səmərqəndə  gəlsən,  mümkündür  ki,  səmərqəndlilər 

müxalifət  qapılarını  açıb  müvafiqət  qapılarını  üzümüzə  bağlayalar. 

Dövlətin  məsləhəti  belədir  ki,  qoy  xan  geri  dönsün,  mən  də  öz  ali 

ordumla gedib ona qoşulum". 

Təvəkkül  xan  qardaşının  məsləhətinə  əməl  edərək  geri 

qayıtdı,  Eyşəm  Sultan  da  gəlib  ona  qoşuldu  və  onlar  ikinci  dəfə 

cəngə amadə oldular. 

Təvəkkül xanın fərar etməsindən sonra Pirməhəmməd xan 

və təbəələri onu təqib edib, tutduğu mahalları geri almaq məqsədi ilə 

Buxaradan çıxdılar, Mavərənnəhrin hər tərəfindən gəlib onlara çoxlu 

adam  qoşuldu,  biganə  ləşkəri  dəf  etmək  niyyətinə  düşdülər.  Onlar 

Miyankalın  Uzunsaqqal  adlı  yerində  müxaliflərə  çatdılar  və 

aralarında  hərb  atəşi  alovlandı.  Bu  vaxt,  Pole-Salar  döyüşündə 

müzəffər  qızılbaş  ləşkərindən  zərbə  görən  və  fərar  edən 

Dinməhəmməd  xanın  qardaşı  Baqi  Sultan  Pirməhəmməd  xanın 

yanına  gəldi.  Onun  bu  gəlişinin  şərhi  belədir:  Qardaşı 

Dinməhəmməd  xan  az  miqdar  əskərlə  cəng  meydanından  çıxıb 

Əndxoda çatdıqdan sonra Gorgi keçidindən keçərək Buxaraya gəldi. 

O  zaman,  Pirməhəmməd  xan  Buxaradan  çıxıb  Təvəkkül  xanın 

təqibinə  getdiyi  üçün,  Buxara  əhalisi  onun  icazəsi  olmadan  Baqi 

Sultanın  şəhərə  daxil  olmasına  yol  vermədi.  [Buna  görə  də]  Baqi 

Sultan  Xacə  Bəhaəddin  məzarından  keçib  Pirməhəmməd  xanın 

ordusuna  tərəf  getdi,  Uzunsaqqalda  onun  ordusuna  birləşdi  və 

əmirlərin  vasitəsilə  xanla  görüşmək  şərəfinə  yetişdi,  çingiziyyə 

qanun-qaydasına görə ona kurneş* etdi. 

Pirməhəmməd xan əmirləri Baqi Sultanın gəlişini qənimət 

bilərək,  bu  gəlişi  şad  əlamət  (estebşar)  kimi  başa  düşdülər,  xanın 



976 

 

qədəmini  alqışladılar,  onun  da  müxaliflərə  qarşı  hərbə  getməyinə 



tərəfdar oldular. Beləliklə, Baqi Sultan, Təvəkkülün adamlarıyla bir 

neçə  hərbə  başlayıb,  əksər  savaşlarda  qələbə  çaldı.  [Vaxti  ilə] 

Abdulla xanın mötəbər əmirlərindən və Əbdülmömin xanın qətlində 

şərik olan Əbdülvase bəy bu sülaləyə qarşı çıxaraq Təvəkkül xanın 

yanına  getmiş  və xanı Mavərənnəhri tutmağa rəğbətləndirmişdi. O, 

Baqi  Sultanın  əliylə  qətlə  yetirildi.  Bu  iki  dəstə  arasında  başlayan 

hərb  atəşindən  iki  aya  qədər  vaxt  keçdi.  Pirməhəmməd  xanın 

tərəfdarlığı  ilə  Baqi  Sultandan  igidlik  və  səmimiyyət  zahir  oldu. 

Nəhayət Təvəkkül xan müharibədən bezərək, bir gün Pirməhəmməd 

xanın ləşkərinə güclü bir gecə basqını (şəbxun) etdi, bu tərəfdən də 

Pirməhəmməd  xanın  adamları  maneçilik  qalxanını  üzlərinə  tutub, 

özlərinin  igidlik  qollarını  Təvəkkül  xana  qarşı  uzatdılar,  aralarında 

güclü bir hərb oldu. Həmin şəbxunda Pirməhəmməd xanm qohumu 

Seyid  Məhəmməd  Sultanın  və  Məhəmməd  Baqi  Atalıq 

Divanbəyinin 

Təvəkkül 

xanın 

döyüşçüləri 



tərəfindən 

öldürülmələrinə  baxmayaraq,  elə  Təvəkkülün  özü  də  yaralandı  və 

heç bir iş görə bilmədi, qayıdış cilovunu tutub Daşkəndə getdi, elə 

orada da xəstələndi, bəqa aləminə yollandı. 

Baqi  Sultanın  ona  etdiyi  yaxşılıqlara  görə  Pirməhəmməd 

xan xeyirxah  adamların  məsləhətiylə Səmərqənd  vilayətinin ixtiyar 

ipini  Baqi  Sultanın  iqtidar  qəbzəsinə  tapşırdı,  onu  o  tərəfə  rəvan 

etdi, özü isə Buxaraya qayıtdı. Baqi Sultan kamyab və kamranlıqla 

Səmərqəndə  çatdıqda,  biganə  döyüşçülərin  hökmranlığından 

(təsəllot)  təngə  gəlmiş  səmərqəndlilər  xanın  qədəmini  qənimət 

bilərək, öz hallarının mühafizəsi  və  mallarının qorunmasından ötrü 

şövqlə  onun  görüşünə  tələsdilər,  hakimiyyətinə  tərəfdar  oldular. 

Nəqsbəndiyyə şeyxlərinin düzgün məsləhəti (estesvab) ilə Baqi xan 

və  Daşkənddə  olan  qəzaq  tayfasının  valisi  arasında  bir  sülh  sazişi 

(solhgune) imzalandı və şərtləşdilər ki, Səmərqənd ləşkəri Daşkəndə 

hücüm (motəərrez) etməyəcəkdir. 

Xülasə,  Baqi  Sultan  tam  iqtidarla  Səmərqənd  vilayəti 

hakimliyi taxtına əyləşdi, sikkə və xütbə isə Pirməhəmməd xanın adı 

ilə  bəzəndi  və  o,  məmləkətin  hər  tərəfini  zəbt  etdi.  Baqi  Sultan 

həmin  il  öz  itaət  və  bağlılığını  izhar  etsə  də,  get-gedə  qürur 

badəsindən sərməst oldu, bədməstliyə başladı. O, özünü səltənət və 

hökümranlıq  işində  Pirməhəmməd  xandan  daha  layiqli  sanır, 

Səmərqənd kimi bir məmləkəti heç bir maneçilik və savaş olmadan 

idarə  edir,  o  vilayət  meydanında  başqa  kimsəni  görmürdü.  [Buna 



977 

 

görə də] onun başına səltənət və padşahlıq havası doldu, beyninə isə 



qürur  buxarı  yol  tapdı.  Baqi  xan  öz  səxavət  (bəzl)  və  əta  əlini 

açaraq, vilayətin məhsulunu ənam kimi avara adamlara və əskərlərə 

paylayırdı,  elə  bunun  üçün də  özbək  tayfalarının  böyük  bir  hissəsi 

onun  başına  toplaşdı  və  çoxlu  adamı  oldu.  Baqi  Sultanın  əmiləri 

Rəhmanqulu  Sultan  və  Abbas  Sultan,  qardaşı  Tursun  Məhəmməd 

Sultan,  həmçinin  başqa  qohum-qardaşı  və  əyan-əşrafı  Səmərqəndə 

gəlib  ayaqlarını  ona  itaət  dairəsinə  qoydular.  Gün-gündən  onun 

dövlət bayrağı ucalmaqdaydı. "Xan" ləqəbi ilə ləqəbləndirilən Baqi 

Sultanın  adamlarından  məmləkətin  hər  yerinə  əliuzunluq  vaqe 

olmaqda idi. 

Pirməhəmməd  xanın  əmir  və  dövlət  başçıları  xanı  iki-üç 

dəfə Baqi xana üz verməkdə və mülayimlikdə taxsırlandırmışdılarsa 

da, bunun heç bir təsiri olmadı. Nəhayət, xan Baqini cəzalandırmaq 

məqamına gələrək, böyük bir ləşkər topladı və Səmərqəndə getmək 

niyyətinə düşdü. Bundan sonra Baqi xan adlandırılacaq Baqi Sultan 

məsələdən xəbərdar olub, məsləhəti onunla tovəzökarlıq (frutəni) və 

mülayimliklə  davranmaqda  gördü,  dili  yağlı  adamlar  yollayıb 

üzrxahlıq  etdi.  Bu  vaxtadək  sikkəni  öz  adına  vurmadığını  özünün 

xana  itaət  və  bağlılığına  dəlil  kimi  göstərdi  və  söylədi  ki,  bundan 

sonra ayağını ədəb ətəyinə büküb, ona verilmiş Səmərqənd vilayəti 

ilə  kifayətlənəcəkdir.  Buxara  əmirləri  də  sülh  olmasını  istədilər  və 

onların arasında barışıq yarandı. Cəng şöləsi bir neçə günlüyə yatsa 

da, 

amma 


Baqi 

xanın  hərəkətlərində  müxalifət  əlaməti 

görünməkdəydi.  O,  özbək  əyanlarına  məxfi  hökm  və  məktublar 

yollayıb,  onları  özünə  tabe  olmağa  səsləyirdi.  Pirməhəmməd  xan 

dövlətinin  ağıllı  adamlarına  məlum  oldu  ki,  Baqi  xan  heç  vəchlə 

başını  itaət  doğanağına  (çənbər)  salmayacaqdır.  Səltənət  və 

padşahlıq  xəyalı  beynində  möhkəm  yerləşdiyi  üçün,  Səmərqənd 

məhsullarından  ülufə  və  başqa  rüsumları  (mərsumat)  az  yığırdı. 

Baqi xan bu dəfə ürəyindəki fikri gizlətməyərək, müxalifətə başladı, 

Miyankal  vilayətini  tutmağdan  ötrü  ağır  ləşkələ  Səmərqənddən 

çıxdı.  O,  əvvəlcə  Miyankalın  Dəbus  qalasını  mühasirəyə  aldı. 

Miyankalın  hakimi  Şahkuçek  Durmən  "Qəleye-kohne"dən  (Köhnə 

qaladan - Ş.F.) çıxaraq Baqi xanın yanına getdi, ona tabe oldu. Buna 

görə  də,  xan  Dəbus  qalasına  əlini  uzadıb  oranı  fəth  etdi.  Həmin 

qalada olan Pirməhəmməd xanın qohumu Məhəmməd Şərəf Sultanı 

qətlə  yetirib  fəth  və  iqtidar  bayrağını  qaldırdı  və  məmləkət 

ətrafındakı yerlərdən tutmağı bacardığı hər yeri zəbt etdi. 


978 

 

Bu  vəhşətli  xəbərləri  Buxarada  eşidən  Pirməhəmməd  xan 



tərəfdarları  narahat  olub  öz  əskər  və  təbəələrini  toplayaraq  xanı 

cəzalandırmaq  fikrinə  düşdülər,  Bəlxə-Əbdüləmin  xanın  və  oranın 

əmirlərinin  yanına  adam  yollayıb,  onları  Baqi  xanın  hücumundan 

xəbərdar  edərək,  kömək  istədilər.  Bəlxin  atalıqları  və  ağsaqqalları 

Baqi  xanın  işğal  və  iqtidarı  nəticəsində  öz  dövlətlərinin  əldən 

gedəcəyini  bildiklərindən  və  əvvəllər  onun  padşahlığından  agah 

olduqlarından,  [bir-birləri  ilə]  məsləhət  və  kənqaş  etdikdən  sonra 

Pirməhəmməd  xana  kömək  etmək  qərarına  gəldilər,  o  vilayətin  ali 

dərəcəli seyidlərindən olan Şah Xacə Nəqibin sərkərdəliyi və başqa 

etibarlı sərdarların köməyi ilə on min nəfərə yaxın süvari və piyada 

topladılar və onları [irəliyə] rəvan etdilər. Pirməhəmməd xan, sayları 

qırx  min,  bəlkə  də,  ondan  da  çox  əskər  topladıqdan  sonra  tam 

hamiliklə  (eztezhar)  Səmərqənd  üzərinə  ləşkər  çəkdi.  O,  həmin 

şəhərə  yaxınlaşan  vaxt  Baqi  xan  yenə  əvvəlki  kimi  üzrxahlıq  və 

alçaqlıq  məqamına  gəldi,  hiyləgərlik  və  yaltaqlıqla  bu  hadisənin 

qarşısını  almaq  istədisə  də,  faydası  olmadı.  Pirməhəmməd  xan  və 

dövlət  başçıları  Baqi  xanın  öz  sözü  üstündə  durmadığını 

bildiklərindən,  onun  əhd  və  şərtinə  etibar  etmədilər  və  xanı 

cəzalandırmaq  fikrindən  daşınmadılar.  Sülhün  baş  tutmamasından 

məyus olan Baqi xan özündə səhra cəngi* etməkdən ötrü qüvvət və 

qüdrət  görmədi,  çarəsiz  qalaraq  qaladarlıq  etmək,  bürc  və  barıları 

möhkəmləndirmək üçün hərb ləvazimatı hazırlamağa başladı. Bəlx 

və Buxara əskərləri Səmərqəndin ətrafına gəlib çatdılar, qalanın hər 

tərəfini mühasirəyə aldılar və hərb hazırlığı gördülər. Bəlx əskərləri 

Pirməhəmməd xana kömək etməkdən ötrü gəldiklərinə baxmayaraq, 

amma  onların  əmirləri  Buxara  əmirlərindən  qorxduqlarından, 

ləşkərə  qoşulmadılar,  əlahiddə  bir  yerdə  toplaşdılar.  Səmərqənd 

camaatı darvazadan çıxaraq, arxalarını qalaya çevirib hərb alətlərinə 

əl  atdı  və  o  gün  tərəflər  arasında  böyük  döyüşlər  baş  verdi.  Ertəsi 

gün  Baqi  xan  böyük  bir  qoşun  dəstəsini  "Dərbe-Boxara"  ("Buxara 

qapısı"  -  Ş.F.)  adlanan  darvazadan  çölə  göndərdi  və  onlar  Bəlx 

ləşkərinin  müqabilində  döyüş  səfi  bəzədilər,  cəsurluqla  savaşdılar. 

Pirməhəmməd  xan  da  öz  ordu  səfini  döyüşə  hazırladı  və  onun 

əskərləri  səmərqəndliləri  dəf  etməkdən  ötrü  Buxara  darvazası 

tərəfinə  getdilər.  O  gün,  Abdulla  xanın  böyük  mirlərindən  olan 

Dostum  Ərğun  haramnəməklik  edərək  Pirməhəmməd  xandan  üz 

döndərdi, Baqi xana birləşdi, belə hərəkəti ilə Baqi xanın qüvvəsini 

artırdı və onun adamları hərbdə öz səbat ayaqlarını möhkəm ataraq 



979 

 

qələbə  əldə  etdilər,  igidlik  və  mərdanəlik  göstərdilər.  Buxara  və 



bütün Bəlx ləşkəri biri-digərinin köməyinə bel bağlayıb savaşmağa 

başladı.  Get-gedə  o  ləşkər  əskərlərinin  əksəriyyəti  düşmənləri 

qırmaqdan  ötrü  Pirməhəmməd  xanın  qol  cinahından  döyüşə 

qoşuldu, ehtiyatkarlıqdan qafil oldular. 

Bu  əsnada  Baqi  xan  yanındakı  bütün  əskərlərlə  birlikdə 

əmisi  Rəhmanqulu Sultanı çərxçi təyin etdi, özü isə bir qolda min, 

ikinci  qolda  isə  beş  yüz  nəfər  fədaisi  olan  döyüşçülərlə  şimal 

darvazasından 

çıxaraq 

gözqamaşdıran 

(lame) 

işiq 


kimi 

Pirməhəmməd  xanın  qoluna  tərəf  yollandı.  Dostum  Ərğunun  fərar 

etməsindən  sonra  Pirməhəmməd  xanın  ləşkərinə  bərk  qorxu  üz 

vermişdi.  Rəhmanqulu  Sultanın  etdiyi  ilk  həmlə  nəticəsində  qol 

ləşkəri  bir-birinə  dəydi,  müdafiə  fürsəti  tapmadı,  məğlub  olub 

dağılışdı. [Bu vaxt], Pirməhəmməd xanın döyüşçüsü olan məchul bir 

adam  gələrək,  xanı  tanımadan  bərk  yaraladı,  tanıdıqdan  sonra  onu 

Baqi  xanın  yanına  apardı  və  elə  həmin  ləhzə  də  xan  qətl  olundu. 

Pirməhəmməd  xanın  öldürülməsi  və  qol  döyüşçülərinin  fərar 

etmələri  xəbəri  döyüş  meydanına  çatdıqda  bütün  döyüşçülər  pərt 

olaraq, yanlarında olan mal və başqa şeylərdən əl çəkib məğlubiyyət 

yoluna üz tutdular. 

Bəlx camaatı Buxara ləşkərindən ayrıldı, onlara bir o qədər 

də  xəsarət  dəymədi,  meydandan  çıxıb  Qərşiyə  gəldilər, 

Pirməhəmməd  xanın  azyaşlı  oğlu  olan  və  Qərşidə  yaşayan 

Məhəmməd  Səlim  Sultanı  özləri  ilə  götürüb Bəlxə  gətirdilər.  Baqi 

xan  isə  zəfər  və  qalibiyyətlə  ağır  qoşunla  yubanmadan  Buxaraya 

tərəf üz tutdu. Meydandan qaçmaqla canlarını qurtaran bəzi Buxara 

əmirləri, xüsusən o tayfanın mötəbər adamlarından olan Xudaynəzər 

bəy  Buxaraya  gəlib  çatdı.  Onların  padşahları  olmadığından  və 

qaladarlıq  etməkdə  özlərində  qüvvə  görmədiklərindən,  elə  həmin 

gecə  özləri  ilə  heç  nə  götürmədən  şəhərdən  çıxdılar.    Xudaynəzər 

bəy  Çəharcu  keçidindən  keçərək  Mərvə  -  Nurməhəmməd  xanın 

yanına gəldi. Baqi xan isə üçüncü gün Buxara darüssəltənəsinə gəlib 

çatdı,  şəhərin  əyan-əşrafı  onun  istiqbalına  tələsib  kurneş  və  təbrik 

rəsminə əməl etdilər. Xanın özü isə əzəmət  və kamranlıqla Buxara 

şəhərinə  qədəm  basaraq,  Abdulla  xanın  cahangirlik  taxtında  cülus 

etdi, özbək tayfaları ayaqlarını onun tabeçilik dairəsinə atdılar. Baqi 

xan Pirməhəmməd xanın ələ keçən və özünə xilaf olan adamlarının 

hamısını,  o  cümlədən  Kukəltaşı  və  qardaşını,  Çöhrə  ağası  olan 

Dustu  və  başqalarını  qətlə  yetirsə  də,  başqa  adamlarla  barışıq  yolu 


980 

 

ilə davrandı, onları incitmədi, xütbə və sikkə onun adı və ləqəbiylə 



bəzəndi. 

Daşkənd, Türküstan, Bəlx, Həsare - Şadiman, Bədəxşan və 

başqa  ətraf  yerlərin  sultanları  elçilər  göndərib,  onu  təbrik  etdilər, 

şəninə mübarikbad dedilər, Baqi xanın iqtidar və cahangirliyi xəbəri 

ətrafa yayıldı. 

Baqi  xan,  həqiqətən  də,  igid  və  mərdanə  bir  cavan  idi. 

Səltənət və padşahlıq işlərində əzmkar  və bacarıqlıydı. Öz bəxtinin 

köməyi, hüsni-tədbiri  və igidliyi sayəsində nökərlik  və pənahsızlıq 

(yekəsəvari) 

dərəcəsindən 

uca 

səltənət 



və 

hökmranlıq 

mərtəbəsinədək  yüksəldi.  Nəticədə,  Bəlx,  Bədəxşan  və  Həsarı  da 

tutaraq,  öz  dövlət  bayraqlarını  cövza  bürcünədək  qaldırdı,  onun 

parlaq iqbal günəşi şüalanmağa başladı və məmləkətlərin hər yerini 

işıqlandırdı. Belə ki, onun şüaları barədə [bizim] yeniliklərdən bəhs 

edən  və  söz  yazmaq  məclisini  şam  kimi  işıqlandıran  aydın  dilli 

qələmimiz  qələcək  hadisələrin  bütün  mütaliəçilərinə  məlumat 

verəcəkdir. 

 

HÜMAYUN MƏİYYƏTİN MÜQƏDDƏS MƏŞHƏDƏ  

TƏRƏF GEDİŞİ VƏ O VAXTLARDA BAŞ VERƏN 

HADİSƏLƏRİN ZİKRİ 

 

Səadət  silkinə  (selk)  mənsub  qələm  (kelk)  belə  yazmışdı: 



Xorasan  səfəri  zamanı,  yuxarıda  yazıldığı  kimi,  Mavərənnəhr 

[hadisələri] və Baqi xan əhvalatı Semnan məmləkətinə (xotte) gəlib 

çatdı.  Buna  görə  də  Məhəmməd  İbrahim  Sultanın  [Mavərənnəhrə] 

göndərilməsi  yubandı.  [Əlahəzrət]  oradan  çıxaraq  Kalpuş  yoluyla 

müqəddəs Məşhədə rəvan oldu. Kalpuşa tabe olan Xəbas adlı yerin 

bir  dərəsi  cah-cəlal  çadırları  ilə  dolduğu  zaman  şahın  səhhəti 

(məzac-o  hac)  mötədillik  yolundan  döndü  və  humayun  zata 

qızdırma  üz  verdi.  Xəstəlik  [müddəti]  uzandı  və  şah  bir  ayadək 

yatası  oldu.  Məsiha*  nəfəsli  təbiblər  (ətobbaye  -  Məsihadəm) 

müalicəyə  başladılar,  onu  sağaltmaq  üçün  çox  səylər  etdilər, 

ordunun yaxşı-yaman (vəzi və şərif) bütün adamları kasıblara nəzir 

və sədəqələr payladılar. Adamların hər biri xoşladığı hər nəyi varsa 

onu  hümayun  şahdan  ötrü  təsəddiq  edirdi.  Nəhayət  İlahinin  lütfü 


981 

 

adamların  halına  yandı,  Quranın  kəraməti  ilə  şəfa  nazil  oldu



650

 

Allahın  şəfaxanəsindən  tez  vaxtda  kəramətli  şəfa  yetişdi,  şah 



sağalmağa başladı. Dövran (zəmane) şadimanlıq bayrağını qaldırdı, 

adamların üzünə şadlıq qapılan açıldı. [Əlahəzrət] zəiflik əyyamını 

(nəqahət)  orada  keçirdi  və  tamamələ  sağaldıqdan  sonra  oradan 

çıxaraq Şəqan və Curbod (?) yoluyla Əsfərayinə təşrif apardı, orada 

uyurmi gün qaldı, təbiblərin məsləhəti ilə imalə (tənqiye) olundu. 

Şahın  xəstəliyi  günlərində  baş  verən  hadisələrdən  biri 

Xudaynəzər  bəyin  gəlişidir.  O,  Mərvdən  ali  ordunun  dayandığı 

Xəbasa gəlib çatdı, amma müqəddəs zatın xəstələnməsi səbəbindən 

bir  neçə  gün  onun  səcdəsinə  yetişməklə  şərəflənə  bilmədi.  Şahın 

mübarək  məzacının  səhhət  tapmasından  sonra  onunla  görüş 

səadətinə 

yetişərək, 

qələmin 

yuxarıda 

yazdığı 

kimi, 


Mavərənnəhrdəki vəziyyəti ərz etdi. 

Əlahəzrət  Bəlxdə  baş  vermiş  hadisələri  ondan  öyrəndi, 

Xudaynəzər  bəyin  və  özbəklərin  söylədiklərindən  məlum  oldu  ki, 

İbadulla  Sultanın  oğlu  kimi  qələmə  verilən  Əbdüləmin  xan 

İbadullanın  zövcəsinin  səyi  ilə  Bəlx  səltənətinə  yetişmişdi.  Həmin 

əzəmətli qadının əlində oyuncağa  çevirdiyi Əbdüləmin xan Bəlxdə 

iqtidar bayrağı qaldırdıqdan sonra özbəklər arasında belə söz-söhbət 

yarandı: O qadın məcburən bu hekayəti özündən uydurmuşdur. Hər 

əşyanın  həqiqət  güzgüsü  və  dünyanı  göstərən  ayna  olan  aləmi 

bəzəyən  hümayun  şah  belə  fikirləşdi:  "Bəlx  özbəkləri  Əbdüləmin 

xan  haqqında  deyilən  sözlərə  şübhə  edirlər.  Belə  olan  halda  o 

mülkün (Bəlxin - Ş.F.) həqiqi mələkəsi İbadulla Sultanın zövcəsidir. 

Onun qardaşı oğlu olan  İbrahim Sultanı biz əgər Bəlxə  göndərsək, 

çətin ki, hamı ona meyl edə bilsin. Bir halda ki, onun işləri Bəlxdə 

öz qaydasına düşmüşdür,  gərək biz  var qüvvəmizlə Mavərənnəhrin 

fəth  olunmasına  çalışaq  və  mətləb  yerinə  yetmiş  olsun.  Yox,  əgər 

həmin  qadın  öz  qardaşı  oğlunun  tərəfini  tutub,  Əbdüləmin  xanın 

dövlət  qəsrinə  xələl  gəlməsini  istəmirsə,  mümkündür  ki,  onunla 

ittifaqa  girib  Mavərənnəhrə  ləşkər  çəkək  və  irsi  məmləkəti 

biganələrin zəbtindən qurtaraq". 

Xudaynəzər  bəy  bu  gəzəl  fikri  bəyəndi.  Yaxşı 

təsadüflərdəndir  ki,  bu  hadisənin  baş  verdiyi  vaxt  Bəlxdən  xilafət 

aşıyanlı saraya (Şah Abbas sarayına - Ş.F.) həmin əzəmətli qadın və 

                                                           

650

    İfadənin  ərəbcə:  Və  tənzilu  min-əl-qurani  mə  huva  şəfaun  və  rahmətun  li-l-



aləmiə". 

982 

 

Bəlx  əmir  və  ağsaqqalları  tərəfində  elçilər  gələrək  məktublar 



gətirdilər. Belə məlum oldu ki, Mavərənnəhrin Baqi xan tərəfindən 

istila olunduğu bu zamanda onlar öz qorxularından cahanpənah şah 

dərgahına  yaxınlıq  arzusunda  olub,  Məhəmməd  İbrahim  Sultanın 

gəlişini  xahiş  edirlər.  Bunu  bilən  şahın  aydın  beyninə  onların 

iddiaları  yol  tapdı  və  o,  Məhəmməd  İbrahim  Sultanı  "fərzənd" 

adlandıraraq  uca  "xan"  ləqəbi  verməklə  onu  izzətləndirdi  və 

Xudaynəzər  bəyin  ixtiyarına  tapşırdı,  bəyi  xanın  atalığı  və 

divanbəyisi etdi, onun Bəlxə göndərilməsinə qərar verdi, Əbdüləmin 

xana nəvazişlə dolu (otufətamiz) məktub yazaraq, zamanın tələbinə 

görə,  onun  da  tərəfini  tutub  "fərzənd"  adlandırdı.  Şahın  yazdığı 

inayətnamənin  məzmunu belədir: Mavərənnəhr  məmləkəti  mərhum 

padşah  Canı  bəy  xan  övladının  qədimdən  bəri  irsi  yurdu  və 

məskənidir.  Hazırda  onun  adlı-sanlı  övladından  uca  nejadlı 

Məhəmməd  İbrahim  [sağ]  qalmışdır,  və  o,  bizim  hər  ikimiz  üçün 

izzətli  fərzənd  kimidir.  Bizim  qüdsnişan  xanədanımız  vəlayət  və 

kəramət dudmanından olduğu üçün Məhəmməd İbrahim xan Allahın 

təqdirinə  görə  bu  dudmana  gəlmişdir.  O  uca  nejadlı  [Əbdüləmin 

xan] da biz hümayun nəvvaba (Şah Abbasa - Ş.F.) qarşı sədaqət və 

dostluq  məqamındadır  və  bu  dudmanla  birlikdədir.  Elə  biz  də 

yaxşılıqdan  ötrü  sabiq  kobudluğu  öz  yaddaş  aynamızdan  silib, 

onlann  ailəsinin  (Canı  bəy  xan  ailəsinin  -  Ş.F.)  ehya  olunması  ilə 

məşğuluq,  sizə  imdad  və    həmrahlıq    etməkdə    mümkün    qədər 

(həsəbül-məqdur)  diqqət  yetirib,  yaxamızı  bu  məsələdən  kənara 

çəkməyəcəyik. Bizim  yaxşılıq etməkdən başqa  mətləbimiz  yoxdur. 

Qeyrət  və  mərdanəlik  bunu  tələb  edir  ki,  bir-birimizlə  qardaşlıq 

ittifaqına  girərək,  irsi  mülkü  geri  qaytarmağa  çalışaq,  məmləkəti 

tutan  biganələrin  saxtakarlıq  əllərini  ata-babaların  yurd  və 

məskənlərindən uzaqlaşdıraq. 

[Həmçinin]  Bəlxin  əmirlərinə  və  mötəbər  adamlarına  da 

ehkam  və fərmanlar sadir edildi [və belə yazıldı:]: "O silsilənin bir 

neçə  illik  duz-çörəyini  unutmayıb,  o  vəlinemətzadələrin  yolunda 

canınızdan keçin, biganələrə ixtiyar  verməyin ki, yenidən bivəfalıq 

etsinlər və yedikləri duz-çörəyi unutsunlar". 

Məhəmməd  İbrahim  xan  bütün  Mavərənnəhr  və 

Türküstanın  öz  adına  yazılması  barədə  şahdan  hümayun  nişan 

(məktub, hökm  - Ş.F.)  xahiş etdi  və onun xahişi qəbul olundu. Bu 

sətirlərin  müəllifi  (İsgəndər  bəy  Münşi  -  Ş.F.)  ali  əmrə  əməl  edib, 

münasib bir dibaçə (giriş - Ş.F.) sözü ilə hümayun nişanı yazdı, onu 



983 

 

mehrli bir möhürlə bəzədi və Məhəmməd İbrahim xana təhvil verdi. 



Xan  Əsfərayində  [şahdan]  rüxsət  aldı,  müqəddəs  Məşhəd  hakimi 

Budaq  xan  öz  qoşun  və  ləşkəri  ilə  ona  yoldaş  kimi  yola  salındı. 

Lakin  onların  gedişindən  sonra  asimani  bir  nida  şaha  xatırlatdı  ki, 

əgər Bəlx əhalisindən soruşub (estemzac) onun barəsində fikirlərini 

mükəmməl  şəkildə  öyrənə  bilsələr  və  təkrar  sorğu-sual  və  gediş-

gəliş  nəticəsində  dəqiq  (kəmahi)  məlumat  əldə  olunsa,  özbəklərin 

fitnəsindən  xatircəm  olmaq  olar.  Belə  bir  halda,  fəqət  cah-cəlal 

ordusu Bəlxə yaxın olan (əqrəb) Herat darüssəltənəsinə gəlib orada 

dayandıqda  onu  (Məhəmməd  İbrahim  xanı  -  Ş.F)  göndərsək  daha 

yaxşı olar. 

Ehtiyatkarlıq  etmək  bunu  tələb  etdiyinə  görə  də  bu 

bəyənilən rəyə əməl olundu və xanı müqəddəs Məşhəddə saxladılar. 

[Sonra]  söhbət  yasovulu  Ruhulla  bəy  Zülqədərə  məktub  və  lazimi 

hökmlər verib, Bəlx elçiləri ilə birlikdə o tərəfə yollandılar. [Şah isə] 

Əsfərayindən müqəddəs Məşhədə doğru yolu düşdü, həzrət imaməl-

cenn və-n-nasin nurlu məqbərəsini təvaf etmək şərəfi ilə şərəfləndi. 

O, qışı həmin  mübarək büqədə dua  və ziyarətlə başa  vurdu, həmin 

müqəddəs  rövzədə  fəqət  müqəddəs  hümayun  zata  mənsub  olan 

xadimbaşıgəri  xidmətləri  ilə  məşğul  olmaqda  ikən,  baharın  ənbər 

qoxulu nəsimi əsməyə başladı, təbiəti ətirləndirdi. 



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin