Azər Turan



Yüklə 2.06 Mb.
Pdf просмотр
səhifə7/19
tarix31.01.2017
ölçüsü2.06 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   19

* * * 
 
1919-cu  ilə  dair  başqa  bir  məlumat:  "Hüseynzadə...  Azərbaycanın  İstanbul 
elçisi olaraq göndərilmiş olan Yusif Vəzirlinin Azərbaycan türk ədəbiyyat tarixini 
yazması və yayınlanmasına yardım etdi".
120 
 
* * * 
 
Sadıq bəy Ağabəyzadə 24 dekabr 1939-cu ildə Lvovda  yazdığı tərcümeyi-
halında  bildirirdi:  "1920-ci  ildə  İstanbula  gedərək,  əmioğlum,  İstanbul  Tibb 
Akademiyasının professoru Əli bəy Hüseynzadənin (Turan) yanında yaşamışam". 
 
1926-cı il. Bakı. I Türkoloji Qurultay 
 
Bakıda  keçirilən  I  Türkoloji  Qurultaya  Türkiyə  adına  üç  görkəmli  alim 
dəvət olunmuşdu: Hüseynzadə Əli bəy, Fuad Köprülü və Yulius Mesaroş. 
Türkiyəli nümayəndələr  - Əli bəy Hüseynzadə, Fuad Köprülü, Etnoqrafiya 
muzeyinin  direktoru  Yulius  Mesaroş  İstanbuldan  fevralın  16-da  yola  çıxıblar. 
Həmin günlərdə Türkiyədə olan leninqradlı professor Bartold da onlarla bərabərdir. 
 
* * * 
 
Əli  bəy  Hüseynzadə  "Yeni  fikir"  qəzetinə  verdiyi  müsahibəsində  uzun 
illərdən bəri ayrıldığı  Azərbaycana gələrkən dərin bir sevinc  duyduğunu
121
  deyir. 
Eyni  zamanda,  onun  16  illik  fasilədən  sonra  Bakıya  gəlişi  Azərbaycan 
cəmiyyətində  də  dərin  həyəcanlar  oyandırmışdı  və  Bakının  bütün  elmi-ədəbi 
dairələrində  Əli  bəyin  şərəfinə  yığıncaqlar  və  ziyafətlər  təşkil  olunmaqdaydı, 

53 
 
qəzetlər daha çox onun haqqında yazır, Azərbaycan Yazıçılar Cəmiyyəti martın 5-
də Əli bəy Hüseynzadəni fəxri üzvlüyə qəbul edirdi. 
Əli bəy Hüseynzadəyə Türkoloji qurultay günlərində istər nümayəndələrin, 
istərsə  də  Azərbaycan  elmi  ictimaiyyətinin  münasibəti  onun  dünya  türkoloqları 
arasında və Azərbaycanın elmi-ədəbi çevrələrindəki nüfuzunun yaxşı bir göstəricisi 
idi. 
Əvvəla,  Əli  bəy  qurultayın  başlandığı  gün  sadəcə  rəyasət  heyətinə  deyil, 
Daniya  Kral  Elm  Cəmiyyətinin  prezidenti,  run  yazılarının  sirrini  açan  dahi 
türkoloq  Vilhelim  Lüdviq  Tomsen,  Peterburq  Akademiyasının  üzvü  məşhur  Marr 
və  SSRİ  xalq  maarif  Komissarı  Lunaçarski  ilə  bir  sırada  fəxri  rəyasət  heyətinə 
seçilmişdi.  Onun  dünya  türkoloqlarını  geniş  miqyasda  qapsayan  belə  ali  bir 
tədbirdə türkoloqlar arasında Tomsenlə bir sırada dəyərləndirilməsi türkolojidə Əli 
bəyə  münasibətin  dərəcəsini  aydın  ifadə  edir.  Türkoloji  qurultay  günlərində 
çəkilmiş  kinoxronikadan  da  göründüyü  kimi,  ona  münasibət  türkolojinin 
patriarxına münasibətə bənzəyir. 
Əli  bəy  Hüseynzadənin  1923-cü  ildə  yazmağa  başladığı
*
  "Qərbin  iki 
dastanında türk" əsərini məruzə mətni olaraq qurultaya təqdim etdiyini söyləsələr 
də,  bu  əsər  Əli  bəyin  çıxışı  kimi  qurultayın  stenoqrammasına  əlavə  edilməyib. 
Əlibəyşünasların  yekdil  rəyi  isə  belədir  ki,  elə  həmin  il  Bakıda  "İnternasional" 
mətbəəsində  nəşr  olunan  "Qərbin  iki  dastanında  türk"  kitabçası  Hüseynzadənin 
qurultaya təqdim etdiyi məlum məruzənin mətnidir. 
Əli  bəy  qurultayın  yalnız  yekun  iclasında  çıxış  edib.  Qurultayın  6  martda 
keçirilən  sonuncu  iclasında  Oldenburq,  F.F.  Mentsel,  Əbdülrəhman  Sədi  və 
qurultaya gecikmiş xakasların nümayəndəsi nitq söyləmişdi. Əslində son çıxış Əli 
bəyin  olub  və  Əli  bəyin  çıxışı  radio  səsgücləndiriciləri  vasitəsilə  İsmailiyyə 
binasının  ətrafına  toplanıb  qurultayın  gedişini  izləyən  şəhər  əhalisinə  çatdırılırdı. 
Bu  çıxışında  Hüseynzadənin  nədən  danışdığını  aydınlaşdırmaq  üçün  Hilmi  Ziya 
Ülkenin  (1901-1974)  şəxsi  arxivini  araşdırmaq  lazımdı.  "Türkiyədə  çağdaş 
düşüncə  tarixi"  adlı  çox  dəyərli  kitabında  "1926-cı  ildə  Bakıda  toplanan  birinci 
Türkoloji konqresinə qatılan Hüseynzadə, bu konqresə aid qeydlər buraxmışdır" — 
yazan  Hilmi  Ziya  əlavə  edir  ki,  "bu  qeyd  dəftəri  basılmamış  olaraq 
kitabxanamızdadır". 
Ancaq  əvvəlcə  Hilmi  Ziyanın  "Türkçülügün  və  türk  sosializminin  babası 
Ali  Turan"  əsərinə  daxil  etdiyi,  sonra  Əliheydər  Bayatın  "Hüseynzadə  Əli  bəy" 
kitabında  "Hüseynzadə  Əli  bəyin  26  fevral  1926-cı  ildə  Bakı  Birinci  Türkoloji 
Qurultayında  tutduğu  notların  özəti"  adı  ilə  təqdim  etdiyi  yazıdan  görünür  ki,  bu 
qeydlər,  sadəcə  Türkoloji  qurultay  günlərində  keçirilmiş  iclasların  məzmununu 
ehtiva edir və məruzə, yaxud çıxış mətni deyildir. 
                                                           
*
  Əli  bəy  Hüseynzadənin  Torkvato  Tassodan  tərcümə  etdiyi  və  "Qərbin  iki  dastanında  türk"  əsərinə 
daxil edilmiş parça 1923-cü ildə "İctihad" dərgisində dərc olunmuşdu - müəllif. 
 

54 
 
* * * 
 
Hüseynzadənin 1926-cı ilin 26 avqustunda İstanbulda keçirilən məhkəmədə 
"Qazinin  mənqəbəsi"  adlandırdığı  "Qərbin  iki  dastanında  türk"  əsəri  milli 
mədəniyyət tariximizdə kəşf olunmamış siyasi-fəlsəfi bir abidədir. 
Bu  əsəri  fəhmlə  yozmaq,  hətta  heç  son  dərəcə  güclü  və  qeyri-adi 
fantaziyanın da vasitəsilə mümkün deyil. Əsərin şifrələri Əli bəyin təəssüf ki, artıq 
pərən-pərən  düşmüş  arxivində  ola  bilərdi.  "Qazinin  mənqəbəsi"  ifadəsindən  də 
göründüyü  kimi,  "Qərbin  iki  dastanında  türk"  Azərbaycan  və  olsun  ki,  həm  də 
əlifba  məsələsinə  təkcə  Əli  bəyin  deyil,  həm  də  Atatürkün  münasibətini  ehtiva 
etməkdədir. Axı əlifba islahatı ilə əlaqədar Atatürk Fuad Köprülü, alman Menzel, 
Radebold, macar Messaroşla yanaşı Əli bəy Hüseynzadədən də "məsləhətlər almış, 
fikir mübadiləsi aparmışdı" (Kamil Vəli Nərimanoğlu). 
Türkoloji  qurultaydan  yazdığı  qeydlərində  Əli  bəyin  Ağamalıoğlu  və 
Mustafa Quliyevlə
*
 birlikdə yemək süfrəsi arxasında Atatürk haqqında danışdıqları 
anlaşılır. Martın 3-də bu söhbətin təfsilatını yazan Əli bəy bildirir ki, o sırada mən 
də  nitqimi  verdim. Deməli, Hüseynzadə  "Qərbin iki dastanında  türk" əsərini nəşr 
olunmaq  üçün  Ağamalıoğlu  və  Mustafa  Quliyevə  həmin  gün  təqdim  edib.  6 
martdakı qeydlərində isə Əli bəy günortadan sonra çıxış etdiyini xatırlatmışdı. 
Beləliklə,  "Qərbin  iki  dastanında  türk"  əsəri  Hüseynzadənin  qurultaydakı 
çıxışıdır  —  qənaətinə  gəlmək  tələsik  qərardır.  Bu  baxımdan,  məncə,  Əli  bəyin  6 
martda söylədiyi çıxışının mətnini tapılacağına ümid edərək axtarmaq zəruridir. 
 
* * * 
 
Sadıq bəy Ağabəyzadənin Parisdən İstanbula — Əli bəyə yazdığı 1923-cü il 
1  iyun  tarixli  məktubda  "Qərbin  iki  dastanında  türk"  əsərinə  dəxli  olan 
düşündürücü bir məqam var. Əli bəyin Torkvato Tassodan etdiyi tərcümə ilə tanış 
olan  Ağabəyzadə  yazırdı:  "Həqiqətən  Süleyman  şahla  bağlı  epizod  qeyri-adi 
dərəcədə Türkiyədəki son hadisələrə uyğun gəlir". 
1940-cı  ildə  Hilmi  Ziya  da  bu  qənaətdəydi:  "Burada  tarixi  şəxsiyyətlərin 
zaman  və  yer  dəyişdiyini  Əli  Turan  işarət  etmiyorsa  da,  bu  zatən  həmən 
anlaşılıyor". 
Ancaq  Hilmi  Ziyanın  dediklərinə  rəğmən  Əli  bəy  bu  işarəti  vermişdi: 
"Dərvişin  ağzından  sanki  Səlahəddin  Əyyubinin  mücahidələrini  xəbər  vermək 
istəyən böyük italyan şairi eyni zamanda adəta bir peyğəmbər kimi, zamanımızda 
gözlərimizin  önündə  cərəyan  etmiş  və  etməkdə  olan  vaqeələri  xəbər  vermiş 
                                                           
*
  Səməd  Ağamalıoğlu  o  illərdə  Azərbaycan  Mərkəzi  İcraiyyə  Komitəsinin  sədri,  Mustafa  Quliyev  isə 
Xalq Maarif Komissarı vəzifəsində çalışırdılar - müəllif. 
 

55 
 
oluyor". Əli bəyin bu şərhinə münasibət bildirən Hilmi Ziya deyirdi: "Əli Turanın 
burada türk istiqlal savaşına işarət etdiyi meydandadır".
122 
 
* * * 
 
...  Bir  qrup  qurultay  nümayəndəsi  ilə  Əli  bəy  8,  9,  10,  11  mart  günlərində 
müxtəlif gəzintilərdə olub, məktəblərə baş çəkib. 
Qurultay martın 6-da başa çatıb. 
Ancaq Azərbaycan rayonlarının birində Əli bəy Hüseynzadə, Fuad Köprülü 
və Mustafa Quliyev hansısa bir tədbirdə iştirak və məruzə ediblər. Təəssüf ki, Əli 
bəy həmin rayonun adını qeyd etməyib, sadəcə martın 11-nə aid olan qeydlərində 
"klubda çıxışlarımız oldu" - deyə bildirir və əlavə edir ki, 12 mart 1926-cı il cümə 
günü Bakıya döndük. 
Türkoloji  qurultay  günlərində  Əli  bəy  Hüseynzadə  mart  ayının  1-də  Xalq 
Maarif  Komissarlığının  dəvəti  ilə  Böyük  Dövlət  Teatrında  axşam  saat  8-də 
başlayan "Leyli və Məcnun" operasına tamaşa edib. Martın 3-də Türkoloji qurultay 
iştirakçılarının  şərəfinə  dövlət  tərəfindən  verilmiş  ziyafətə  o  da  dəvət  olunub. 
Həmin  ziyafət  o  günlərdə  çəkilmiş  "Birinci  Türkoloji  Qurultay"  sənədli  filmində 
əks  etdirilib.  Canlı  görüntülərdən  də  hiss  olunur  ki,  Əli  bəy  bu  mərasimdə  bir 
müsafir  olaraq  başqalarına  nisbətən  daha  çox  diqqət  və  məhəbbətlə  əhatə 
olunmuşdur.
*
 
Martın 5-də Əli bəy Hüseynzadə Azərbaycan Yazıçılar Cəmiyyətində onun 
Bakıya  gəlişi ilə əlaqədar keçirilən tədbirdə iştirak edib. Martın 6-da Dövlət kino 
idarəsi  qurultay  nümayəndələrini  "Bismillah"  bədii  filminə  və  "Birinci  Türkoloji 
Qurultay" sənədli filminə baxmağa dəvət etmişdi. 
Bakıda  olduğu  müddətdə  Əli  bəy  Hüseynzadə  Fuad  Köprülü  ilə  bir  yerdə 
"Yeni  Avropa"  mehmanxanasında  qalıb.  Amma  günün  çoxunu  Dram  Teatrının 
arxasında,  Şah  döngəsindəki  evin  ikinci  mərtəbəsində  qardaşı  İsmayıl 
Hüseynzadənin  mənzilində  keçirmişdi.  Həmin  günlərdə  Əli bəy qohumları ilə bir 
yerdə şəkil də çəkdirmişdi. Bu məşhur şəkildəkilər (səh. 178): — oturanlar: soldan 
— İsmayıl bəyin yoldaşı Minəxanım, körpə Hacımurad. Əli bəyin xalası Fatmanın 
qızı  Bədum  xanım,  Əli  bəy  Hüseynzadə,  Fuad  Köprülü,  balaca  Aynulhəyat 
(Əfrand  Daşdəmirovun  anası),  İsmayıl  bəyin  qızı  Böyükxanım.  —  ayaqüstə: 
                                                           
*
  Sənədli  lentdə  Azərbaycanın  opera  sənətçisi  Hüseynqulu  Sarabski  də  həmin  ziyafətdə  görünür. 
Lentlərdəki səssiz məqamları Əli bəy türkoloji qurultay günlərində yazdığı gündəlik qeydlərində belə 
"səsləndirir": "Bir toplantıda Mustafa Quliyev Mustafa Kamalın maarif icraatı üzərinə qonuşdu. Fuad 
Köprülü  onu  tamamladı.  Ağamalıoğlu  Mustafa  Kamal  Paşanın  sağlığına  içdi.  Sarabski  müzik  ilə 
"Mustafa Kamal Paşa" şərqisini söylədi. O sırada mən də nitqimi verdim. Samoyloviç türkcə nitq irad 
etdi.  Mesaroş  qonuşdu:  "Kəndisinin  yabançı  olmadığını  söylədi,  böylə  söyləyənləri  protesto  etdi. 
"Macar milləti bu torpaqdan getmişdir" dedi". Beləliklə, tarixi və səssiz kinolentin mətnini də Əli bəy 
yazıya köçürüb gələcək nəsillərə əmanət edir — müəllif. 
 

56 
 
soldan  birinci  —  Minəxanımın  qardaşı  Əziz,  üçüncü  -  İsmayıl  Hüseynzadə, 
Şəmsəddin  Hüseynzadə,  İsmayıl  müəllimin  qaynının  qızı  Naib  (M.Ə.  Sabirin 
gəlini), İsmayıl bəyin qulluqçusu və nəhayət, Böyükxanımın baldızı Zəkiyyədir. 
Şəklin Cəmilə Hüseynzadədə olan yeganə orijinal nüsxəsi də böyük bir tarix 
əsəridir.  Ortada  əyləşmiş  Əli  bəy  Hüseynzadənin  və  Fuad  Köprülünün  çöhrəsinə 
mürəkkəb  dağıdılıb.  Bu  mürəkkəb  ləkəsi  1937-ci  ilin  yadigarıdır.  Hüseynzadənin 
qardaşı  şəkli  tələf  etməyib.  Sadəcə  üzərinə  mürəkkəb  dağıdıb  ki,  Əli  bəy 
tanınmasın. Şəkil isə uzun və əzablı sürgün yollarından keçib bu günə gəlib... 
 
* * * 
 
Həmin qurultayla bağlı düşünərkən gəlinən nəticə ondan ibarətdir ki, təkcə 
bu  iki  nəfər  —  Hüseynzadə  və  Köprülü  Rusiyanın  yürütdüyü  siyasətin 
mahiyyətini,  məhz  SSRİ-də  türklərin  əlifba  birliyinin  mümkün  olmayacağını, 
bunun sadəcə siyasi bir oyun olduğunu dərindən anlayırdılar. Ona görə də nə Əli 
bəyin,  nə  də  Fuad  Köprülünün  qurultayda  və  qurultay  ərəfəsində  verdikləri 
müsahibələrdə,  etdikləri  çıxışlarda  türklərin  hamılıqla  latın  əlifbasına  keçidinin 
lehinə  söylənmiş bir sözə, fikrə  rast gəlmək  mümkün deyil. Onların bu  məsələdə 
sükutu  əslində  Türkiyə  dövlətinin  siyasi  çıxarlara  söykənən  sükutu  kimi 
dəyərləndirilməlidir.  Nəticə  bir  az  sonra  məlum  olacaqdı.  Türkiyə  susurdu,  latın 
əlifbasına  keçmirdi ki, Rusiya türklərin latın qrafikasına  keçidini təmin etsin. Bu, 
baş  verdi  və  ardınca  dərhal  1928-ci  ilin  1  noyabrında  Türkiyə  Böyük  Millət 
Məclisinin qərarı ilə Türkiyə də latın qrafikasına keçdi. 1927-ci ildən 1939-cu ilə 
kimi  SSRİ-də  latın  əlifbası  tətbiq  olundu.  Sonra  kiril  əlifbasına  keçid  baş  verdi. 
Əlifba siyasətində o illərdə əslində Rusiya qalib gəlmişdi. Əlifba oyunu ilə türklər 
neçə  yüzillik  mədəni-mənəvi dəyərlərindən təcrid olundu, nəticədə Rusiya təəbəsi 
olan  türklərin  Türkiyə  ilə  mədəni  əlaqələri  1939-cu  ildə  tamam  kəsildi.  Rus 
siyasətinin  hər  üzünü  bilən  Əli  bəy  bunu  da  bilirdi  və  qurultayda  bu  barədə 
danışmasa da, hər halda  əlifba dəyişikliyinin faciəvi bir sonluqla  nəticələnəcəyini 
də hiss etməmiş deyildi. O, bunu hələ   1907-ci ildə təxmin etmişdi: "Bilmiyorum 
bizim bu Qafqazda və bilxassə Tiflis şəhərində nə hal var ki, burada hər yerindən 
qalxan  "millətin  qabağa  getməməsini"  müsəlmanların  əlifbasına,  imlasına  isnad 
edərək  onların  başına  gətirdikləri    oyun    qalmıyor.  Mirzə  Fətəli,  Mirzə  Rza,  
qospodin Şahtaxtınski  həp Tiflisdə  duruyorlar!.. Üç yüz milyon islamın əlifbasını, 
altmış,  yetmiş  milyon  türkün  imlasını...  türkün,  islamın  mərkəzindən  uzaq  olan 
yuvalardan, birdən dəyişmək istiyorlar!"
123  
1926-cı  il  martın  5-də  Azərbaycan  Yazıçılar  Cəmiyyətinin  iclasındakı 
çıxışında  Əli  bəy  deyirdi:  "Bundan  iyirmi  sənə  əvvəl  burada  çalışdığımız  zaman 
ədəbiyyatımızın  geridə  qaldığını  buna  ətf  etmişdim    ki,    biz  nümunə  olaraq  həp 
Şərq asarını  intixaz ediyoruz. Binaənəleyh  Qərbə  təvəccöh lüzumuna  qail oldum. 
Mən nə ədib, nə də şair idim. Fəqət, Qərb asarını nümunə edərək göstərə bilərdim 

57 
 
ki,  bu  yolda  bir  az  çalışdım.  Ağac  əyri  idi.  Əks  cəhətinə  ikmal  lazım  idi  ki, 
düzəlsin.  Vaqiən,  ağac  düzəldi.  Bir  də  yüksəlməsi  icab  edirdi.  Xəta  edərək  zənn 
etmişdim  ki,  doğrudan-doğruya  yüksəyə  müraciət  etməyə  kafidir.  Xeyr,  əvvəla 
aşağılara enmək lazım idi. Bunu məndən sonrakılar yapdılar. 
Bir gün sokakda bir çocuq gördüm, topla oynayırdı. Topu yuxarı atdıqca top 
dönüb aşağı düşürdü. Fəqət, topu əvvəl yerə vurduqca top əqibincə yüksəliyordu. 
Əsatirdən məşhur bir hekayəni xatırladım: bir pəhləvan, əsatiri bir pəhləvan 
digər  pəhləvanlarla  güləşdikcə  onlar  bunun  arxasını  daim  yerə  vurur,  amma  onu 
yenə bilmir, nəhayət, özləri məğlub olub tələf olurdular. O pəhləvanla güləşməyə, 
boğuşmağa hazırlaşan yeni bir pəhləvan bu halın hikmətini bir filosofdan soruşdu. 
Filosof dedi ki,  yer o pəhləvanın anasıdır. Arxası  yerə  gəldikcə o,  yerdən qüvvət 
alır  və  rəqibini  məğlub  edir.  Onu  yenmək  üçün  ayaqlarını  yerdən  üzməli,  sonra 
havaya  qaldırıb, havada  boğmalıdır. Həqiqətən pəhləvanın ayağı  yerdən  kəsilincə 
tələf olub getdi! 
Ədəbiyyat  da  böylədir.  Xalqa  enmədikcə  yüksəlməz!  Əvvəla  xalqa, 
köylüyə,  əmələyə,  vəlhasil  böyük  kütləyə  qədər  enməli.  Sonra  bunlarla  bərabər 
yüksəlməyə çalışılmalıdır. Böyük ədiblər, böyük alimlər, filosoflar çoxluq içindən 
çıxa bilər, yoxsa tək-tük yüksəlməz..."
124
 
Abdulla Şaiq onun bu sözlərinin uğursuz bir təsnifatını aparıb belə yazırdı: 
"Əlibəy Hüseynzadə bu nitqində öz səhvini başa düşdüyünü, ədəbiyyatımızı dərə-
təpəyə saldığını etiraf edirdi".
125
 
Əziz  Mirəhmədov  isə  "dönə-dönə  uğursuz  addımlar  atmış  mütəfəkkir 
sənətkar bu sözlərlə ömrü boyu bir çox məsələdə "xəta edib" yanıldığını boynuna 
alırdı:  siyasətdə,  ədəbiyyatda,  mətbuatda,  fəlsəfədə"  —  deyir  və  əlavə  edirdi: 
"Qurultaydakı nitqindən, sovet mətbuatında çap olunmaq üçün söylədiyi sözlərdən 
isə aşkar duyulur ki, professor keçmiş səhvlərini dərk etməyə başlayıb, öz ömür və 
sənət yolu üçün dərin peşimançılıq hissləri keçirməkdədir".
126
 
Mirəhmədov  "Azərbaycan  Molla  Nəsrəddini"  kitabında  yazırdı: 
"Hüseynzadənin  başçılıq  etdiyi  ədəbi-jurnalist  cərəyanının  çox  keçmədən 
məğlubiyyətə uğramasında  Məmmədquluzadə  və jurnalının da böyük rolu olduğu 
məlumdur.  Bunu  Türkiyəyə  köçərkən  Tiflisdə  "Molla  Nəsrəddin"in  redaktoru  ilə 
söhbətində,  habelə,  sovet  dövründə  Bakıdakı  bir  nitqində  Hüseynzadə  özü  etiraf 
etmşdi. 
Əli  bəyin  Bakıdan  gedərkən  Mirzə  Cəlillə  görüşməsi  və  Bakıdakı  nitqi 
arasında 16 illik bir müddət var. Müəllifin dediyindən belə anlaşılır ki, etdiyi işlərə, 
tutduğu  yola,  yazdıqlarına  görə  Əli  bəy  16  il  sərasər  peşimançılıq  hissi  keçirib. 
Ancaq  onun  Bakıdan  gedərkən  Mirzə  Cəlillə  görüşüb  söhbətləşməsini 
Məmmədquluzadənin özü Əli bəyə böyük ehtiramla qələmə almışdı: "Məlum olur 
ki, bu cür asan "Molla Nəsrəddin" dilini də yazmağı bacarmalıdır. Necə ki, bu sözü 
mən  ilk  dəfə  ədibi-möhtərəm  Əli  bəy  Hüseynzadədən  eşitdim.  Əli  bəy  Bakıdan 
axırıncı dəfə Türkiyəyə köçüb gedən vaxt Tiflisə gəldi ki, buradan Batuma getsin. 

58 
 
Tiflisə  idarəmizə  də  təşrif  gətirdi.  Xoş-beş...  Söhbət  dildən  düşdü  və  möhtərəm 
ədibimiz mənə belə dedi: "Yaxşı yazırsınız". Mən Əli bəyə ərz etdim ki, onun tək 
bir  şəxsdən  eşidilən  bu  sözü  mən  "havayı"  danışılan  sözlərin  cərgəsinə  qoya 
bilmərəm.  Çünki  Əli  bəy  Hüseynzadə  kimi  bir  yazı  ustadı  mən  tək  bir  cavan 
yazıçıya  yazı barəsində dediyi sözü mən ciddi bir söz hesab edəm gərək. Əli bəy 
mənə dediyi sözü təkrar və təsdiq etdi və həmişə adət etdiyi kimi, başını aşağı salıb 
guya öz-özünə genə dedi: "Açıq yazmağı da bacarmaq lazımdır".
127
 
İsmayıl  bəyin  nəvəsi  Cəmilə  Hüseynzadə  1926-cı  ildə  qohumları  ilə 
görüşən Əli bəyin İsmayıla dediklərini atası Şəmsəddin Hüseynzadədən eşitdiyini 
bildirir.  Əli  bəy  son  görüşlərində  İsmayıla  vəziyyətin  yaxşı  olmadığını  hiss 
etdiyini, ailənin təhlükəsizliyni nəzərə alıb bir daha onlara məktub yazmayacağını 
bildirmişdi.  Bu  isə  göründüyü  kimi,  səhvlərin  etiraf  olunması  deyildi.  Əli  bəy 
"həqiqəti"  buradakı  qohumlarının  təhlükəsizliyini  təmin  etmək  üçün  "etiraf" 
etmişdi. 
 
* * * 
 
Əslində  ailə  üzvləri  ilə,  qardaşı  İsmayılla  görüşmək  istəyini  Əli  bəy 
Hüseynzadənin  1926-cı  ildə  Bakıya  gəlişinin  xüsusi  səbəblərindən  biri  kimi  də 
anlamaq  olar.  Doğrudur,  o,  bura  Türkoloji  qurultayın  işində  iştirak  etmək  üçün 
gəlmişdi. Ancaq bir il əvvəl - 1925-ci ilin 25 yanvarında İsmayıl bəy İstanbula — 
Əli bəyə göndərdiyi məktubda yazırdı: "Əcəl məni təqib edir. Kaş görüşməyimizə 
mane olmayaydı. Müxtəlif səbəblərdən mənim oralara gəlməyim çətindir. Sən isə 
tətil  vaxtlarında  ailə  üzvlərinlə  gəl ki,  görüşə bilək". Türkoloji qurultayın Bakıda 
keçirilməsi  isə  Hüseynzadəyə  uzun  illər  boyu  ayrı  düşdüyü  ailə  üzvlərinə, 
doğmalarına  bir  neçə  günlüyə  baş  çəkmək,  onlarla  bir  yerdə  olmaq  üçün  imkan 
verirdi. 
 
* * * 
 
Əli bəy Hüseynzadə Bakını 1926-cı ilin 25 martında cümə günü tərk edib. 
Odessaya  gəliblər  və  saat  5-ə  iyirmi  dəqiqə  qalmış  gəmi  ilə  İstanbula  yola 
düşüblər. Bu, Əli bəyin Bakıdan son gediş tarixidir: 25 mart 1926-cı il. 
 
* * * 
 
Əli bəy Bakıdan qayıtdıqdan az müddət sonra - 1926-cı il may ayının 4-də 
İstanbul Universitetinin müdərrisliyinə (professor) seçilmişdi ("Bioqrafik müxtəsər 
məlumat")... 
 

59 
 
1926-cı il. 
Əli bəy İstiqlal məhkəməsi qarşısında  
 
1926-cı  il  26  avqust.  Əli  bəy  Türkiyənin  İstiqlal  məhkəməsi  qarşısındadır. 
Hakimin suallarına cavab verir. Ölkədə Atatürkə sui-qəsd cəhdi olub. Onu da digər 
əski ittihadçılar kimi Qara Kamalla əlaqələrdə şübhəli bilirlər. 
Tarix, qəribədir ki, Əli bəyə qarşı heç vaxt ədalətli davranmayıb. Amma heç 
bir davasında da Əli bəy məğlub olmayıb. 
 
* * * 
 
Əli  bəy  İstiqlal  məhkəməsinin  qarşısındadır:  "Mən  Qazi  Paşa  həzrətlərinə 
hörmət  və  qiyməti  daima  izhar  etdim...  Mən  Bakıda  Qazinin  mənqəbəsini  nəşr 
edərkən  bunlar  burada  sui-qəsd  ilə  məşğul  imişlər.  Mən  nasıl  aralarında  ola 
bilərəm. Mən milliyyətpərvər bir insanam, türkəm". 
Bu  sözlərin  zahiri  tərəfləri  məlumdur.  Ancaq  altyapısı,  Əli  bəyin 
dediklərinin mahiyyəti düşündürücüdür. 
1926-cı ilin avqustunda İstiqlal məhkəməsi nə üçün qurulmuşdu? ...Əli  bəy 
Hüseynzadə,  sonrakı  dövrün  memuar  yazan  türkçülərindən  (məsələn,  Rza  Nur) 
fərqli  olaraq,  xatirələrini  yazmağa  həvəs  göstərməyib.  Elə  buna  görə  də  dediyi 
sözləri sonradan təshih və şərh etmək imkanı olmayıb. Əli bəy 1926-cı ildə özünün 
milliyyətpərvər bir insan, bir türk olduğunu nə üçün yenidən xatırlatmalıydı? 
1.
 
Əli bəy əslində  onu demək istəyir ki,  bir  milliyyətpərvər Əli  bəy Şeyx 
Səidin tərəfində necə ola bilər? Əli bəy heç Qazi Mustafa Kamala müxaliflik yapan 
Qara Kamala da münasibət bildirmir. Onun münasibətinin aspekti Şeyx Səidə tərəf 
yönəlib. 
2.
 
"Mən Bakıda Qazinin mənqəbəsini nəşr edərkən bunlar burada sui-qəsd 
ilə məşğul imişlər". 
Məncə,  Əli  bəyin  ədalət  divanı  qarşısına  çıxarılmasından  daha  çox 
məhkəmədə dediyi bu fikirlər maraqlıdır. 
Diqqət  yetirin,  o,  "Bakıda  Türkoloji  qurultayda  iştirak  edərkən",  demir, 
deyir ki, "Mən Qazinin mənqəbəsini Bakıda nəşr edərkən bunlar burda sui-qəsd ilə 
məşğul olublar..." 
Sonra  isə  məhkəmə  salonundan  Hüseynzadəni  alqış  sədaları  altında  azad 
etmişdilər.  Düşündürücü  olan  onu  məhkəmə  salonundan  ehtiramla  yola  salmaları 
deyil. Dediyi bu bir-iki kəlmə sözdür. 
Əli  bəy  1926-cı  ildə  "Mən  milliyyətpərvər  bir  insanam.  Mən  bir  türkəm" 
sözləri ilə Atatürk — Şeyx Səid ixtilafında Qazinin tərəfini saxlayırdı. 
Bakıda Əli bəy Qazi Mustafa Kamal Paşanın kitabını nəşr etməyb. Bakıda 
1926-cı ildə "Kommunist" qəzetinin himmətilə
128 
Əli bəy Hüseynzadənin "Qərbin 

60 
 
iki  dastanında  türk"  kitabı  nəşr  olunub.  Deməli,  bu  kitaba  həm  də  Əli  bəyin 
məhkəmədə dediyi həmin sözlərin işığında yenidən nəzər salmaq zəruridir. 
Kədərli  təəssüflər  doğuran  hallardan  biri  də  Əli  bəyin  əlyazmalarının 
aqibətidir. Məncə, Hüseynzadənin əsərləri əlyazmaların əsasında tədqiq edilsəydi, 
bir  çox  məsələlərə,  o  cümlədən  "Qərbin  iki  dastanında  türk"  əsərinin 
mündəricəsinə, əsərin gizli siyasi dərinliklərinə  və qaranlıq məqamlarına aydınlıq 
gətirilə bilərdi. Mətnin şərhi Əli bəyin yazı üslubunda az qala həlledici amil olaraq 
təzahür edir. Bütün yazılarında şərhlərə, izahlara geniş meydan verən Hüseynzadə, 
inanmaq  olmur  ki,  "Qərbin  iki  dastanında  türk"  kimi  çoxqatlı,  polifonik  quruluşa 
malik  olan  bir  əsərin  aşkar  görünən  mətnaltı  məna  yükünün  anlamını  oxucunun 
öhdəsinə buraxmaqla kifayətlənəydi. 
Əli  bəyin  bu  əsəri  "Qazinin  mənqəbəsi"  adlandırması  da  təsadüfi  deyil. 
Məncə  onu  iki  versiyada  —  Əli  bəy  Hüseynzadənin  ədəbi  və  Atatürkün  siyasi 
versiyasında oxumaq zəruridir. 
 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə