Azər Turan



Yüklə 2.06 Mb.
Pdf просмотр
səhifə6/19
tarix31.01.2017
ölçüsü2.06 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   19

1915-1917-ci illər 
 
1915-ci  ildə  Əli  bəy  Hüseynzadə  İstanbulda  qurulan  "Rusiya  müsəlman 
türk-tatar xalqlarının haqlarını qoruma komitəsi"ndə Yusuf Akçura ilə bir yerdədir. 
Professor Əhməd Temir yazır: 
"...  Əvvəlcə  cəmiyyət  adından  yaradılmış  bir  komissiyanın,  öncə  müttəfiq 
və dost dövlətlər olan Almaniya, Avstriya-Macarıstan və Bolqarıstana getməsi və 
sonra da 1916-cı ilin haziranında İsveçrədə toplanacaq olan "Millətlər konfransı"na 
qatılmaları uyğun görülmüşdür. 
Komissiyanın  Avropaya  hərəkətindən öncə, ilgililərə  təqdim edilmək üçün 
1915-ci  ilin  yayında  almanca  1.  "Rusiyadakı  müsəlman  türk-tatarların  bugünkü 
durumu və fəaliyyətləri", 2. "Rusiyadakı müsəlman türk-tatar xalqlarının haqlarını 
qoruma  komitəsinin  memorandumu"  sərlövhəsi  ilə  iki  mətn  hazırlanmışdı.  İkinci 
mətn, Budapeştdə "Pester Llroyd-Gesellschaft" mətbəəsində nəşr olunmuş, ayrıca 
1916-cı ildə "Die Melt des İslams" dərgisində də çıxmışdır. (VI, 1-2, s.33-35). Bu 
muhtıra... almanca və fransızca olaraq İsveçrədə də yayınlanmışdır. Memorandumu 
hazırlayan  və  təqdim  edən  kimsələr  olaraq  bu  adları  görürük:  Yusuf  Akçura,  Əli 
bəy Hüseynzadə,   Məhəmməd Əsəd Çələbizadə, Mukiməddin Beycan".
106
 
Əli  bəy  Hüseynzadə  isə  Avropaya  gedən  bu  qrupu  "Turan  heyəti"  adı  ilə 
təqdim  edir.  Özü  də  Əli  bəyin  xatirəsindən  görünür  ki,  bu  heyət  rəsmi  status 
daşıyırdı.  Hüseynzadə  yazır:  "Hərbi-ümumi  əsnasında  Orta  Avropada  Pr.Yusuf 
Akçura,  ayan  katibi  mərhum  krımlı  Əsəd  və  buxaralı  Mukiməddin  ilə  birlikdə 
"Turan heyəti murahhası" namilə bir cevelan: Bu münasibətlə ümumtürklük lehinə 
propaqanda  yaparaq,  onun  siyasi  haqlarını  müdafiəyə  çalışdıq,  ötədə  bəridə 
konfranslar verdik, yazılar yazdıq". 
H.Ziya  1916-cı  ilin  yanvar  ayında  Berlində  olmuş  həmin  nümayəndə 
heyətinin rəhbəri kimi Ə. Hüseynzadəni təqdim edir. 
Onlar  dost  və  müttəfiq  ölkələrin  liderlərinə  Rusiyadakı  türklərin  haqlarını 
çatdırmaq və qorumaq tələbi ilə müraciət edirdilər. Əhməd Temirin də qeyd etdiyi 
kimi  maraqlıydı  ki,  onlar  təkcə  dost  və  müttəfiqlərə  deyil,  hətta  düşmənlərə  də 
xitab edirdilər: 
"Biz bu ricamızı, xalq və millətlərin haqlarını ayaqlar altına alan Rusiyaya 
qarşı  savaşan  müzəffər  Almaniya,  Avstriya-Macarıstan  və  Bolqarstana 
yönəltməklə kifayətlənməyib, eyni ricalarla İsveç, Norveç, Danimarka, İsveçrə və 
Amerika  Birləşmiş  Ştatları  kimi  tərəfsiz  ölkələrə  və  hətta  Rusiya  müttəfiqi  olan 
İngiltərə,  Fransa  və  İtaliyaya  da  xitab  edirik.  Beləcə  Rusiyanın  dostlarına  da  bu 
ricalarımızı  duyurmaq  istəyirik:  Çünki  onlar  millətlərin  mühafizəsini,  milli 
haqların  qorunmasını  və  milli  bağımsızlıqların  əmniyyət  altına  alınmasını,  bu 
savaşın qayəsi olaraq elan etmişlər". 
Əli  bəy  Hüseynzadə,  Yusuf  Akçura,  Çələbizadə  Məhəmməd  Əsəd  və 
Mukiməddin  Beycan  dekabrın  8-də  Vyanada  Avstriyanın  baş  naziri  Storqk  və 

45 
 
xarici  işlər  naziri  Forqaçh  tərəfindən  qəbul  edildilər.  Dekabrın  12-də  Budapeştdə 
baş nazir Tisza, parlament üzvü Andrasi ilə görüşdülər. 1916-cı il yanvarın 12-də 
Türk-tatar  heyəti  Berlində  xarici  işlər  naziri  Paqu  və  onun  müavini  Zimmermann 
tərəfindən qəbul edildi, 1916-cı ilin fevralında isə Sofyada Bolqarstanın baş naziri 
Rodoslovla, Məclis üzvləri ilə görüşdülər. 
 
* * * 
 
Əli  bəy  Almaniyanın  siyasi  rəhbərlərinə  ünvanladığı  müraciətdə  bildirirdi: 
"Rus  idarəsindəki  türk  qövmlərinin  haqlarını  savunmaq  üçün  dörd  nümayəndə 
Budapeştdə  və  Vyanada  çox  yaxşı  qarşılandıq.  İndi  də  Berlində  eyni  haqları 
müdafiə  üçün  hüzurunuzdayıq.  Rusiya  mütəcanis  bir  kütlə  deyildir.  Orada  türk-
tatar  qövmləri  sayca  böyük  bir  toplama  varır.  1879-cu  il  nüfuz  sayımında  ruslar 
türklərin miqdarını az göstərmək üçün yapdıqları işə rəgmən bu nüfuz 24 milyon 
olaraq  görünür...  Onlar  çox  geniş  torpaqlarda  bəzi  ləhcə  fərqləri  ilə  eyni  dili 
qonuşmaqdadırlar..." 
Rus  imperiyasının  türk  qövmü  ilə  münasibətlərinin  mahiyyətinə, 
assimilyasiya  problemlərinə...  diqqəti  cəlb  edən  Əli  bəy  onu  da  bildirirdi  ki,  rus 
ədəbiyyatının  Rusiya  türkləri  üzərində  faydalı  təsirləri  inkar  ediləməz.  "Fəqət  bu 
mədəniyyətin  qaynaqlarından  biri  Bizans  ortodoksluğudur.  Onda  Avropa 
mədəniyyətinin  əsaslı  keyfiyyətləri  yoxdur.  Bu  kifayətsizlik  rusların  yaydığı 
kültürü daima axsatmışdır. Ruslar kəndi kültürlərini yayarkən milli kültürləri yox 
etmə qayəsini güdürdülər..." 
 
* * * 
 
1916-cı  ilin  may  ayının  əvvəllərində  Əli  bəy  Hüseynzadənin  də  təmsil 
olunduğu  Yusuf  Akçura,  Abdurrəşid  İbrahim,  Mukiməddin  Beycan,  Safa 
Əhmədoğlu,  Əhməd  Saib  Kaplanov,  Seyid  Tahir  Əfəndi,  Əziz  Makər  və  Əhməd 
Ağaoğludan  ibarət  nümayəndə  heyəti  Lozanda  keçirilən  "Milliyyətlər  Birliyinin 
Üçüncü Konqresi"ndə iştirak etmək üçün İsveçrəyə getdi. 
1916-cı  ilin  18  mayında  Əli  bəy  Hüseynzadə,  Yusuf  Akçura,  Abdurrəşid 
İbrahim  və  Əhməd  Ağaoğlu  tərəfindən  Amerika  Birləşmiş  Ştatlarının  prezidenti 
Vilsona  teleqram  göndərildi.  Teleqramda  onlar  Amerika  Prezidentindən  Rusiya 
müsəlmanlarının  hüquqlarını  müdafiə  etmək  üçün  öz  şəxsi  nüfuzundan  istifadə 
etməsini  xahiş  edir  və:  "Bizə  yardıma  gəlin.  Bizi  məhv  olmaqdan  qoruyun"  — 
deyə ricalarda bulunurdular. 
Heyət  1916-cı  ilin  iyulunda  Sürixə  gedərək  o  zaman  burada  olan  Leninlə 
görüşür.  Zəki  Vəlidi  Toğanın  bildirdiyinə  görə  Lenin  onları  diqqətlə  dinləyib: 
"Sizin  istədiyiniz  hüquq,  biz  iqtidara  gələrsək,  artıqlaması  ilə  təmin  olunacaqdır" 
— demişdi. 

46 
 
Xatırladım  ki,  türk-tatar  heyətinin  Avropaya  bu  gözlənilməz  və  uğurlu 
səfəri ilə bağlı Rusiya Dövlət Dumasında ciddi müzakirələr keçirilirdi. 
 
* * * 
 
Əziz Mirəhmədov  yazır: "1917-ci  ildə  Stokholmda  keçiriləcək Beynəlxalq 
sosialist  konqresinə  nümayəndə  heyəti  göndərmək  istədikdə  həmin  heyətə  iki 
başqa alimlə birlikdə Ə. Hüseynzadə də daxil edilir; lakin konqresdə iştirak etmək 
hüququ olmadığı üçün heyət geri qaytarılır".
107
 
Əli  bəy  Hüseynzadə  Stokholm  səfərini  yuxarıdakı  mülahizələrin  əksinə 
olaraq  tamam  başqa  şəkildə  təqdim  edib:  "Stokholmda,  məzkur  Dünya  savaşının 
önünə  keçib  müharibələri  bir  an  əvvəl  ümumi  bir  sülhə  qovuşdurmağa  bir  yol 
bulmaq üçün toplanmaq istəyən beynəlmiləl sosialist konfransına türk işçisi adına, 
prof.  Akil  Muxtar  və  Məclisi  Məbusan  üzvü  mərhum  Nesim  Masliyuh  (Nesim 
Muslih — A.T.) ilə birlikdə mürəxxəs olaraq getdik... İngilis və Fransız sosialistləri 
gələ bilmədiklərindən (hökumətləri mane olmuşdu) məzkur konfransdan bir nəticə 
çıxmadı isə  də, biz  məzkur qayə  ilə orada  çalışan  sosialist Hollandiya-Skandinav 
komitəsinə  haqqımızı  müdafiə  yollu  bir  muhtıra  verdik  və  sosialist  aləminə  Türk 
diləklərinin  haqlı  olduğunu  anlatmağa  çalışdıq.  Bundan  başqa  İsveç  paytaxtına 
gələn  rus  sosialist  mürəhhəsləriylə  faydalı  təmaslarda  bulunduq...  Şurasını  da 
unutmam  ki,  Stokholma  gedərkən,  Berlində,  öncə  alman  sosialistlərinin 
liderlərindən  biri  olan  (və  bilaxirə  müharibədən  sonra,  Almaniyanın  ilk 
rəisicumhuru  olan)  müttəfa  Evert  ilə  (Ph.  Şeidmanın  dəlaləti  ilə)  görüşmüş  və 
mülaqatından istifadə etmişdik". 
Əli  bəy  xatirəsinə  onu  da  əlavə  edir  ki,  Stokholmda  bulunduğumuz 
müddətdə...  ermənilərin  əleyhimizdəki  propaqandalarına  qarşı  antipropaqanda 
yapmaq məcburiyyətində qalmışdıq".
108
 
Hüseynzadənin  Almaniya  səfəri  ilə  bağlı  çox  maraqlı  bir  məlumatı  da 
Françous  Georgeon  verir:  "1916-cı  ilin  qışında  "Hüseynzadə  Əli  Almaniyada, 
alman orduları tərəfindən dustaq alınmış Rusiya kökənli türklərdən   taburlar təşkil 
etməyə çalışırdı".
109
 
Berlində  olarkən  Əli  bəy  Hüseynzadə  burada  keçirilən  konqresdə  "türk 
xalqlarının haqlarını müdafiə edən bir məruzə oxumuşdu".
110
 
1917-ci  ilin  14  avqustunda  Əli  bəy  Hüseynzadənin  Stokholmda 
Millətlərarası  Sosialist  Konfransındakı  fransızca  etdiyi  çıxışının  mündəricəsi 
barədə təsəvvür yaradan əsas məqamlar bunlardır. 
"Osmanlı 
dövlətində 
milliyyətlər 
məsələsi 
dünya 
millətlərinin 
bağımsızlıqlarını  qazanmalarına  bağlıdır...  Kapitalist  imperializminin  savaşda 
meydana çıxardığı problemlər arasında türk məsələsi diqqətlə ələ alınmağa dəyər. 
Sosialistlərin  bir  qismi  kapitalist  dünyanın,  islam  aləminə  qarşı  aldığı  tövrü 
mənimsəməkdədir.  İngiltərədəki  Labour  Party,  Türkiyənin  gələcəkdə  Millətlər  

47 
 
Cəmiyyətindən  çıxarılmasını  istəməkdədir.  Yəni  sosialistlik  iddiasına  rəğmən 
kapitalist  zehniyyət  içində  qalmışdır.  Halbuki  onların  bu  kimi  hökmlərdən  
qurtulmaları  lazımdır.  Müsəlman  düşmənliyi,  türk  düşmənliyi  belə  hökmlərin 
başında  gəlir.  Alman  və  fransız  sosial-demokrat  partiyalarının  çoxunda  bu  kimi 
hökmlər  davam    etməkdədir.  1908-ci  il  Türk  inqilabı  bu  şikəst  dünyagörüşünü 
ortadan  qaldırmaq  qayəsini  güdməkdə  idi.  İmperatorluq  ünsürləri  arasında  eşit 
haqlara  görə  hür  bir  düzən  qurmağa  doğru  gedirdi.  Fəqət  imperialist  dünya 
Türkiyəyə bir dəqiqə nəfəs aldırmadı: İtaliya səbəbsiz Trablisə hücum etdi. Avropa 
hazırlanmağa vaxt qoymamaq üçün Balkan savaşını  icad etdi. Sosialistlər arasında 
yalnız böyük Laures, Osmanlı dövlətinin parçalanmasının  sosialist idealına ayqırı 
olduğunu  gördü.  Əgər  Laures  tragik  bir  surətdə  ölməmiş,  Stokholm  Konqresində 
bulunmuş olsaydı, bu çox yayğın olan türk düşmənliyi (turcophobie) ilə mücadilə 
edərdi.  Çünki  o,  Türkiyənin  mühafizəsinin  və  bağımsızlığının  Doğuda  barışı 
davam etdirmək üçün yeganə təminat olduğuna qane idi. Türklərin dünya savaşına 
girmələri  də  imperialist  saldırmaların  doğurduğu  bir  əmrivaki  (oldu-bitti) 
olmuşdur. Çanaqqala  zəfəri imperialist dünyanın irəliləməsi  üçün bir baraj  olmuş 
və  bu böyük hadisə Doğu millətlərinin oyanmasına imkan hazırlamışdır". 
 
* * * 
 
1916-cı ildə doktor Əli bəy zöhrəvi xəstəliklər barədə konfrans verir. "Türk 
ocağı"nda söylədiyi məruzələrdə
111
 Hüseynzadə zöhrəvi  xəstəliklərə  yalnız  səhhət 
problemini  araşdıran  həkim  olaraq  deyil,  eyni  zamanda  yunan  mifolojisinin, 
sosioloji elminin mütəfəkkir bilicisi kimi yanaşır. 
1)  Dəri-zöhrəvi  xəstəliyinin  adının  mənşəyini  şərh  edən  Əli  bəy  fransızca 
venerian  adlanan  bu  illətin  mifoloji  qaynağını  araşdırır.  Venüs  eşq  və  hüsn 
ilahəsidir,  eyni  zamanda  o,  qədim  bütpərəstlərin,  xüsusən  antik  yunanlar  və 
romalıların düşüncəsinə görə fahişəliyin də hamisi idi. Qədim yunan mifolojisində 
Venüs sənaye məbudu Vulkanın qanuni zövcəsi olduğu halda, hərb və zor məbudu 
olan  Mars  ilə  qeyri-qanuni  cinsi  münasibətlərdə  olmuşdur.  Avropanın  bir  ictimai 
mərəzi  olan  fahişəliyin  bu  xəstəliklərin  sirayətində  rolu  əyan  olmaqla  bunlara 
Venerian,  zöhrəvi  ismi  verilmişdir.  Bu  Avropada  belədir.  Şərqdə  isə  Venüsdən 
daha  dəhşətli  bir  məbud  vardır:  Əhrimən.  Cəhalət  isə  föhşdən  daha  dəhşətli  bir 
bəladır. 
Sonra Əli bəy Qurandan misal gətirərək insanın nütfədən xəlq olunduğunu 
xatırladır. 
Kainatı məhv etməyə çalışan insan düşməni Əhrimən zöhrəvi xəstəliyi nütfə 
hasil  edən  tənasül  əzasına  müsəllət  edir.  Nəticədə  insan  artımına  xidmət  edən 
nütfəni  mənbəsində  qurutmağa  çalışır.  İctimaiyyət  və  hökumət  bunun  qarşısına 
sədd çəkməlidir. 

48 
 
2)
 
Zöhrəvi xəstəliklər üçün ərazi məhdudiyyəti yoxdur. İstədiyi yerə asudə 
girib-çıxır.  Bədənə  o  qədər  gizli  yerləşir  ki,  bunu  nəinki  cahillər,  heç  ziyalı 
təbəqəmiz də hiss edə bilmir. 
Zöhrəvi xəstəlikləri incələyən Əli bəy onun mənşəyi, tarixi barədə də fikir 
söyləyir.  Portəgizlər  Amerikaya  birləşmək  istədikləri  zaman  Amerika  Portəgizi 
zöhrəvi  xəstəliklə  ovladı.  Zöhrəvi  xəstəliklər  Kolumbdan  sonra  Amerikadan 
gəlmişdir.  Amerikadan  Portəgizə  gəlmiş  və  İspaniyada  Amerika  xəstəliyi  adıyla 
tanınmışdır.  Sonra  Fransaya  gəlmiş  və  fransızlar  ona  İspaniya  xəstəliyi  adını 
vermişlər. Sonra o, şərqi Avropada fransız, frəngi xəstəliyi adıyla tanınmışdır. 
4)
 
Hüseynzadə  zöhrəvi  xəstəliklərin  müalicəsi  tarixi  barədə  də  məlumat 
verir. 
5)
 
Doktor  Hüseynzadə  zöhrəvi  xəstəliyin  yayılması,  əlamətləri  və 
müalicəsi barədə ətraflı bilgi verir. 
6)
 
Zöhrəvi xəstəliklərlə mübarizənin sosioloji əhəmiyyətini xatırladır: 
Avropada  iki  məslək  meydandadır.  Reqlamentarizm  və  abolitionizm. 
Abolitionizmin banisi Botter adlı bir ingilis qadınıdır. Bu əqidədə olanlar fahişəliyə 
qarşı qadağaların ortadan qaldırılmasını  tələb edirlər. Bunlara  görə  insan azadlığı 
hər  sahədə  olduğu  kimi  bu  aspektdə  də  qorunmalıdır.  İnzbati  tədbirlər  yolu  ilə 
bunun  qarşısının  alınmasını  tələb  edən  Fournier  isə  abolitionistləri  əqli-səlim 
yoluna dəvət etməkdədir. 
Sonra  Əli  bəy  cəmiyyət  yetgililərinə  səslənir:  "Əfəndilər,  məmləkətimizin 
elmi səviyyəsi İngiltərəninki qədər yüksəlmədikcə bizdə abolitionizmdən bəhs belə 
caiz  deyildir.  İngiltərənin  təcrübəsi  tədqiq  edilməlidir.  Əvvəla  gizli  fahişəliyə 
qətiyyən meydan vermək olmaz. "Fahişəlik gizli olmasın" — demək onun kütləvi 
icra  olunması  demək  deyildir.  Sadəcə  fahişəxanalar  səhiyyə  zəbtiyyələrinin 
nəzarəti  altında  olmalıdır.  Əxlaq  və  ədəbin  qorunması  üçün  fahişəxanalar  xalqın 
gözündən-qulağından  uzaq  olmalıdır.  Hətta  bəzi  mağazalarda  görünən  ədəbsiz 
rəsmlər,  kitablar  belə  ortadan  qaldırılmalıdır.  Həddi-buluğa  çatmayan  uşaqları  bu 
yola  düşürənlər  dövlət  tərəfindən  cəzalandırılmalıdır.  Bu  xüsusda  bilə-bilə  bir-
birinə xəstəlik sirayət etdirənlər məsuliyyət daşımalıdır. 
Nəhayət,  tibb  alimi  Əli  bəyin  1916-cı  ildə  "Türk  ocağı"nda  verdiyi 
konfransdakı son sözləri: "Əfəndilər, burada konfransımı sona çatdıraraq bunu bir 
daha sizə xatırlatmaq istərəm ki,  millətimiz adətən istər coğrafi baxımdan, istərsə 
də  tarixən  böyük  olduğu  kimi,  hər  növ  xəstəliklərdən  xilas  olaraq  cismən,  əxlaq 
cəhətdən,  maddi  və  mənəvi  baxımdan  yüksələrsə  Altaylara  qədər  mütəcanis  olan 
bir kütlənin qərib bir istiqbalında vahid bir cəmiyyət şəklində təcəlli edəcəyinə əsla 
şübhəniz qalmasın"... 
 
* * * 
 

49 
 
1916-1917-ci  illərdə  Hüseynzadə  Maarif  Vəkaləti  "Asari-İlmiyyə  və 
Milliyyə  Tədqiq  Cəmiyyəti"nin,  eləcə  də  Məclisi  Ali  Səhiyyə  Cəmiyyətlərinin 
üzvü olaraq təhsil və səhiyyə sahələrinin inkişafında xidmətlər göstərmişdi. 
1916-cı  ildə  yaradılmış  Milli  Təlim  və  Tərbiyə  Cəmiyyətinin  qurucuları 
sırasında Əli bəyin də imzası var. 
1916-cı  ildə  o,  "Türk-Macar  Dostluq  Cəmiyyəti"  ümumi  mərkəzinin  üzvü 
olmuşdu. 
 
1918-ci il. Azərbaycan cümhuriyyətinin qurulmasında  
Əli bəy Hüseynzadə də iştirak edirdi 
 
"Digər  mühüm  bir  səfər  də,  "Qafqaz  Cümhuriyyətləri  Federasionu"  ilə  bir 
sülh  müahidəsi  əqd  etmək  üzrə,  xariciyyə  naziri  Xəlil  bəyin  Batumda  bulunduğu 
sıralarda  Ağaoğlu  Əhmədlə  bərabər,  xüsusi  bir  vəzifə  ilə,  əvvəla  Batuma  (Xəlil 
Bəyin nəzdinə)
*
, sonra oradan da, Federasiyondan ayrılıb ayrı bir hökumət halında 
təşəkkül  etməkdə  olan  Azərbaycan  Cümhuriyyətinin  ilk  paytaxtı  olan  Gəncəyə 
(Nuru Paşanın yanına) qədər getməmizdən ibarətdir... 
Burada  türk  ordusu  sayəsində  yenidən  istiqlalını  qazanmaqda  olan 
Azərbaycanın münəvvərlərilə birlikdə, bu ölkənin bir Cümhuriyyət halında təəssüs 
və təşəkkül etməsi işlərində çalışdıq..."
112
 
Bu  tarixi  səfərindən  geri  döndüyü  zaman  doktor  Hüseynzadə  Əli  "Hilali-
Əhmər" qəzeti üçün "Azərbaycanda düşündüklərim" adlı bir yazı yazmışdı. 
Maraqlı  olan  bu  idi  ki,  1935-ci  ildə  yazdığı  "Bioqrafik  müxtəsər 
məlumat"da Əli bəy aktiv siyasət və dövlət xadimi müstəvisində görünürdü. 
"Azərbaycanda  düşündüklərim"i  qələmə  alan  Əli  bəy  isə  Azərbaycanla 
Türkiyənin mənəvi birliyini məfkurəvi baxımdan təmin etməyə çalışan mütəfəkkir 
bir ideoloqdur. 
O,  Azərbaycana  dövlət  quruculuğu  işində  məsləhətlər  vermək  üçün 
göndərilmişdi. 
Hilmi Ziya da bunu təsdiq edir. "Birinci Dünya savaşının sonunda hökumət 
tərəfindən  Qafqaza  məmur  edildi  və  bu  sırada  Azərbaycanın  milli  bir  dövlət 
halında qurulmasına çalışdı".
113
 
"Azərbaycanda  düşündüklərim"  məqaləsində  Əli  bəy  bu  dövlətin  adını  üç 
şəkildə  hallandırırdı:  1.  Qafqaz  Azərbaycanı,  2.  Azərbaycan  Cümhuriyyəti,  3. 
Qafqaz  Türk  Dövləti.  Deməli,  ölkənin  adına  qədər  bütün  aspektlər  bu 
məsləhətləşmələrdə müzakirə mövzusu olmuşdu. 
                                                           
*
  Osmanlı  hökumətinin  Ədliyyə  Naziri  Xəlil  Menteşə  Türkiyənin  Batum  konfransında  sülh  heyətinin 
sədri idi — müəllif. 
 

50 
 
Əli bəy Hüseynzadənin İstanbuldakı arxivində 1918-ci il tarixli çoxlu qəzet 
var: 11 may 1918-ci il tarixli "Прибой", 12 may 1918-ci il tarixli "Вольный юг", 
24 may-1 iyun tarixli "Батумь", 12 iyun 1918-ci il tarixli "Борьба" və s. 
Bu  qəzetləri  tarix  göstəriciləri  ilə  bir  yerdə  xatırlatmağım  səbəbsiz  deyil. 
Belə  ki,  Ə.Bayat  Əli  bəyin  bu  səfərinin  iyun  ayında  olduğunu  yazır.  Qafqaza  bu 
səfəri zamanı xüsusi qeydlərlə mütaliə etdiyi qəzetlərin tarixi şahidlik edir ki, Əli 
bəy Hüseynzadənin Tiflisdə, Batumda və Gəncədə olduğu dövr 28 maydan sonraya 
deyil, cümhuriyyətin elan edildiyi günlərə, daha konkret isə bir az daha əvvəllərə 
təsadüf  edir.  Deməli,  Əli  bəy  Hüseynzadə  İstiqlal  bəyannaməsinin  elanından 
başlamış  dövlətin  Gəncədə  təşəkkül  etdiyi  mərhələyə  qədərki  proseslərdə  iştirak 
etmişdir.  Əli  bəyin  "Azərbaycanda  düşündüklərim"  yazısının  tarixindən  (24  iyul) 
bilinir ki, o, Gəncəni iyulun ortalarında tərk edib: "Heç iki həftə olmadı ki, bu gənc 
dövlətin müvəqqəti paytaxtı olan Gəncə şəhərini tərk etdim".
114
 
 
* * * 
 
Gəncədə olarkən Əli bəy Hüseynzadə iyunun 13-də Məhəmməd Hadi ilə də 
görüşmüşdü. Bunu həmin gün Məhəmməd Hadinin "Qəhrəman türk əsgərinə" adlı 
şerini öz  dəst-xətti ilə  yazıb  Əli bəy Hüseynzadəyə  təqdim etməsi də  təsdiq edir. 
Şeir  son  illərdə  Əli  bəy  Hüseynzadənin  şəxsi  arxivinin  qızı  Feyzavər  tərəfindən 
Ege  Universitetinə  bağışlanmasından  sonra  aşkara  çıxıb.  Əli  bəy  Hüseynzadəni 
"ədibi-xaluq, fazili-şəhir, dahi" — deyə vəsf edən Məhəmməd Hadinin bu şerinin 
Qafqaz  İslam  Ordusunun  əsgərləri  üçün  marş  şəklində  yazıldığı  anlaşılmaqdadır. 
Əli bəyin özü ilə Gəncədən İstanbula gətirdiyi, ömrünün sonunacan şəxsi arxivində 
əziz bir əmanət olaraq qoruduğu və: 
 
Türk oğluyuz, osmanlıyız,  
Namusluyuz, vicdanlıyız 
 
— misraları ilə başlayan bu şeir 13 bənddən ibarətdir. 
 
* * * 
 
Əli bəy Hüseynzadə Gəncəni iyulda tərk edib. Qafqaz məsələsini müzakirə 
etmək üçün Məhəmməd Əmin Rəsulzadə ilə birgə İstanbula qayıdıb. 
Bir  faktı  da  unutmayaq:  Məlumdur  ki,  Türkiyənin  Azərbaycana  hərbi 
yardımı  ilə  bağlı  imzalanmış  1918-ci  il  4  iyun  tarixli  sənədi  Məhəmməd  Əmin 
Rəsulzadə,  xarici  işlər  naziri  Məhəmməd  Həsən  Hacınski,  Osmanlı  hökumətinin 
ədliyə  naziri  Xəlil  bəy  və  3-cü  ordunun  komandanı  Vəhib  Paşa  imzalayıb. 
Maraqlıdır  ki,  Əli  bəyə  aid  olan  sənədlərin  arasında  onun  nümayəndə  heyəti  ilə 

51 
 
birgə  məhz  iyunun  4-5-6-na  aid  nahar,  şam  yeməklərində  iştirakını  təsdiqləyən 
vəsiqələr var. 
 
* * * 
 
(Onu  da  nəzərə  alaq  ki,  "İttihad  və  Tərəqqi"  partiyasının  Qafqaz  şöbəsi 
1918-ci  ilin  ilk  aylarında  yaradılmışdı.  Şöbəyə  mart  ayında  Qafqaza  gələn  Həsən 
Ruşən başçılıq edirdi). 
 
* * * 
 
Əli bəyin Qafqazın, o cümlədən Azərbaycanın siyasi aqibətilə bağlı xüsusi, 
ayrıca fikirləri vardı. Əvvəla, necə adlandırılmağından asılı olmayaraq Əli bəy bu 
məmləkəti  türklərin  ölkəsi  hesab  edirdi.  Əli  bəyə  görə  "bu  bölgə  üçün  üç 
seçənəkdən  söz  etmək  mümkün  idi: bir Qafqaz Federasyonu, ayrı-ayrı  müsəlman 
və gürcü dövlətləri və ya bölgədə türklərin yaşadığı kəsimlərin hıdıvıyyət
*
 şəklində 
Osmanlı dövlətinə bağlanması".
115
 
Əli  bəy  Hüseynzadə  1918-ci  il  oktyabrın  sonu  və  noyabrın  əvvəllərində 
Fuad  Köprülü,  Nurəddin  bəy  Xudayarxanov,  türküstanlı  Sədrəddin  Xan,  sibirli 
Abdurrəşid  İbrahim,  Osman  Tokumbet,  kazanlı  Bahəddin  və  Həlim  Sabitlə  bir 
yerdə  Rusiyadakı  əsir  türklərin  problemlərini  müzakirə  etmək  üçün  İsveçrəyə 
getmişdi... Yolüstü Kiyevdə Almaniya səfiri Baron Mumla görüşmüşdülər.
116 
 
1919-1921 
 
"Damad  Fərid  paşa  hökumətinin  məşum  dövrünə  gəlincə,  o  sıralarda  iki 
dəfə  tevkif  olunaraq,  aylarca  "Bəkirağa  bölüyündə  (indi  Tibb  fakültəsinin 
təşrixanasıdır)  qaldım.  Malta  adasına  göndərilməkdən  ancaq  təsadüf  olaraq 
qurtulmuşdum".
117
 
Bunu Əli bəy yazır. Bu hadisə 1919-22-ci illər arasında ola bilərdi. Martın 
4-də Damad Fərid paşa sədr-əzəm (baş nazir) olandan dərhal sonra, yəni ayın 10-
dan etibarən "İttihad və Tərəqqi" partiyasının liderlərini həbs etmək barədə göstəriş 
verir.  Fərid  paşa  1922-ci  ilin  sentyabrında  ölkədən  qaçıb.  Deməli  22-ci  ilə  qədər 
Əli  bəy  Hüseynzadə  Türkiyədə  təqib  olunan  ittihadçılardan  biri  olub  və 
yazdığından da göründüyü kimi, Əli bəy bu dövrdə iki dəfə həbs edilib. 
Ümumiyyətlə,  Əli  bəy  Damad  Fərid  paşanın  dövrünü  bir  neçə  yazısında 
"məşum dövr" kimi səciyyələndirir. 
                                                           
*
  Hıdıvıyyət  —  quberniya.  Bəzi  mənbələrdə  bu,  vitse-krallıq  kimi  təqdim  edilir.  (bax:  "Azərbaycan" 
jurnalı, 1989, №
 
11,
 
səh.125) - müəllif. 
 

52 
 
Səlim  Turan  atasının  həbsdə  olduğu  1919-cu  ili  xatırlayıb  yazır  ki,  "atam 
Əli  bəy  həbsxanada  belə,  təmiz  geyimdə,  qalstuklu  və  səliqəli  idi.  O,  məni 
gülərüzlə  qarşılayaraq qucağına  aldı.  Mən onun saqqalına  toxunaraq evə  nə  üçün 
gəlmədiyini  sordum.  O  isə  kövrək  səslə  gülümsəyərək  "burada  padşaha  kaftan 
toxuyuruz, evladım" - deyə cavab verdi.
118
 
(4 yaşlı Səlimi atası ilə görüşə Baha Səid gətirmişdi.) 
Damad  Fərid  paşanın  sədr-əzəm  olduğu  dövr  Əli  bəyin  demək  olar  ki, 
tamamilə susduğu, ümumiyyətlə yazmadığı illərdir. 
Təhriflərdən  biri  də  Bakıda  "Günay"  qəzetində  dərc  olunub.
119 
Qəzet,  Əli 
bəy  Hüseynzadənin  guya  1918-ci  ildə  ingilislər  tərəfindən  həbs  edildiyini  yazır. 
Yuxarıda da göründüyü kimi, Əli bəy 1918-ci ildə ingilislər tərəfindən yox, 1919-
cu ildən etibarən Damad Fərid paşanın göstərişi nəticəsində, özü də bir neçə dəfə 
həbs olunmuşdu. 
 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə