Azər Turan


Əli bəy Hüseynzadə Yunanıstan — Türkiyə müharibəsində



Yüklə 2.06 Mb.
Pdf просмотр
səhifə4/19
tarix31.01.2017
ölçüsü2.06 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   19

Əli bəy Hüseynzadə Yunanıstan — Türkiyə müharibəsində 
 
1897-1900-cü illər arası Əli bəy Qızılayın - Hilali Əhmərin xətti ilə Türkiyə 
-  Yunanıstan  müharibəsində  iştirak  edir.  İtaliyada  (Tesaliyada)  hərbi  həkim 
vəzifəsində  çalışır.  Təəssüf  ki,  Əli  bəyin  bu  müharibədə  iştirakı  ilə  bağlı  əldə 
kifayət  qədər  sənəd  yoxdur.  Yazılmış  bir-iki  cümləlik  qısa  məlumatlarda  da 
müəlliflər, hansı mənbəyə istinad etdiklərini bildirməyiblər. Əslində tədqiqatçıların 
verdiyi məlumat yenə də Əli bəyin özünə aiddir. "Bioqrafik müxtəsər məlumat"da 
Əli  bəy  Hüseynzadə  bu  müharibədəki  fəaliyyətini  belə  şərh  edir:  "Tesaliya 
savaşında  Çatallka  (Farsala)  və  Dümekedə  operator  müavini  -  bəhriyə 
təbiblərindən operator Şükrü bəyin (Paşa) məiyyətində  - və sonra da əsgər həkimi 
(1897);  Tesaliyayı  təhliyə  sıralarında,  əsgərə  rəfaqətlə  müxtəlif  Anadolu 
limanlarına səfər".
59
 
Bu, Əli bəyin həyatının yeganə hərb səhifəsidir. 
Türkiyə-Yunanıstan  arasında  baş  vermiş  bu  müharibədə  türk  əsgəri 
səngərdə qalib, türk diplomatı isə danışıqlar masası arxasında məğlub oldu. 
"Türk  düşmənliyini  və  fanatik  millətçiliyi  siyasətlərində  əsas  tutan  yunan 
hökumətlərinin  genişləmə  əməlləri,  1897-ci  ildə  bir  Osmanlı-Yunan  hərbinə  yol 
açmışdır. Çox qısa sürən bu savaşda  yunan ordusu ağır məğlubiyyətə  uğramaqla 
bərabər,  Osmanlı dövləti hərbdə qazandığını barış masasında qeyb etmiş, Rusiya 
və  İngiltərənin  basqısı  ilə  Yunanıstanın  Krit  üzərindəki  iddialarının  böyük  bir 

28 
 
qismini də qəbul etmək zorunda qalmışdır. Ancaq Yunanıstan qarşısında qazanılan 
bu zəfər, osmanlıların əhval-ruhiyyəsini yüksəltdiyi kimi, padşahın da digər islam 
ölkələri xalqı arasındakı etibarını çox artırmışdır. 1897-ci il yunan savaşı kəsin bir 
məğlubiyyətə uğradıqdan sonra belə, masa başında qalib gətirildiyinin ibrət verici 
bir örnəyini təşkil edər".
60
 
Osmanlı—Yunan  müharibəsi  müasir  türk  şerinin  milliləşməsinə  müstəsna 
bir  təkan  verdi.  Milli  şair  Məhməd  Əmin  Yurdaqulun  "Mən  bir  türkəm,  dinim, 
cinsim uludur" şeri məhz bu mərhələnin əsəridir. Sonralar — 1916-cı ilin martında 
yazdığı  "Peterburqa"
61 
şerini  Hüseynzadə  Əli  bəyə  ithaf  edən  Məhməd  Əmin 
Yurdaqulun məşhur milli şeirləri ilk dəfə bu illərdə — 1898-ci ildə kitab şəklində 
nəşr  olundu. Türk ədəbi dilinin daha  çox türkcələşməsi  —  şeirdə  Məhməd Əmin 
Yurdaqul,  nəsrdə  isə  Əhməd  Hikmət  tərəfindən  Dömeke  müharibəsi  zamanı 
gerçəkləşdi. 
Əli bəyin bu illərdə nə yazdığı məlum deyil. Amma o, dünya rəngkarlığının 
böyük mərkəzlərindən biri olan İtaliyada alman rəssamı Roçillə tanış olmuşdu. 
O.Bayramlı
*
  yazırdı:  "Ədib  burada  Almaniya  imperatoru  Vilhelm 
tərəfindən Dumekeyə göndərilən məşhur rəssam Roçol ilə görüşmüş və hətta, onun 
yağlı  boya  ilə  rəsmini  çəkmişdir,  həmin  rəsmin  altında  "Əsgər  təbib  Əli  bəyin 
rəsmi" — sözləri yazılmışdır".
62
 
Əli  bəy  Hüseynzadə  isə  özü  hadisənin  təfsilatını  belə  qələmə  alıb: 
"Almaniya  imperatoru  (şimdi  ek-empreur  Vilhelm  tərəfindən,  Tesaliya  hərbi 
əsnasında  Dümekeyə  göndərilən  mutəvəffa  məşhur  rəssam  Roçhol  bənim  yağlı 
boya  ilə  böyük  bir  rəsmimi  yapmışdı  —  muharibədə  bulunduğum  üçünmü, 
kəndisini tədavi edərək sıtmadan qurtardığım üçünmü, albomuna xatirə olaraq bir 
rəsm  yapdığım  üçünmü,  yoxsa  bəzən  ufaq-təfək  xətalarını  görüb  söyləməkdən 
çəkinmədiyim  üçünmü?..  orasını  bir  Roçhol  bilir,  bir  də  Allah!..  məzkur  rəsm 
"Əsgər təbibi Əli bəy"in rəsmi - Almaniyadadır.)"
63
 
(Göründüyü  kimi,  Əli  bəy  Roçholun  deyil,  Roçhol  Əli  bəyin  portretini 
çəkmişdir). 
İştirak etdiyi həmin müharibə mövzusunda Əli bəy Hüseynzadənin çəkdiyi - 
"Tesaliya hərbində türk əsgərləri" tablosu prof.dr. Aykut Kazancıgilin məlumatına 
görə Berlin Hərb Tarixi Muzeyində saxlanılır. Bu barədə yazan
**
 Əli Heydər Bayat 
təəssüf ki, Hüseynzadənin "Bioqrafik müxtəsər məlumat" yazısına istinad etməyib. 
Əslində  istinad  etmədiyini  söyləmək  də  olmur.  Həmin  qeydlərində  Əli  bəy 
Hüseynzadə  bildirir  ki,  "Lamya  sırtlarında  (Tesaliyadadır)  Türk  əsgərləri"ni 
                                                           
*
  Rəhmətlik  Ofeliya  Bayramlının  Ə.  Hüseynzadə  uğrundakı böyük  mücadiləsi  Əli  bəyin  Azərbaycana 
mənəvi qayıdışının ən mühüm mərhələsini təşkil edirdi - müəllif. 
**
  Bu  barədə  Əliheydər  Bayata  Berlin  Hərb  Tarixi  Muzeyində  qorunan  əsərə  tamaşa  etmiş  prof.  dr. 
Aykut Kazancıgil məlumat verib - müəllif. 
 

29 
 
göstərən  və  altında  "Səlyani"  imzası  bulunan  böyük  bir  akvarel  vaxtilə  Sultan 
Hamidə verilmişdi (şimdi də Yıldızdamıdır, bilmiyorum)".
64 
Haşiyə.  Bayat  deməsə  də  bilinir  ki,  o,  dönə-dönə  Əli  bəyin  öz  yazdığına 
istinad etməkdədir. Belə ki, Hüseynzadə bioqrafik qeydlərində çəkdiyi rəsmlərdən 
biri barədə belə məlumat verirdi: "Plevnə qəhrəmanı Osman Paşanın partlamış bir 
obüs  üzərində  yapdığım  yağlı  boya  portresi  Müzəffərəddin  şaha  verilmişdi  (bu 
rəsm  Tehranda  olsa  gərək;  bunun  üçün  mərhum  şahdan  "Şiri-Xurşid"  nişanı 
aldım)". Ə. Bayat isə yazır: "Plevne qəhrəmanı Qazi Osman Paşanın partlamış bir 
öbüs  üstündəki  rəsmi  (Şah  Müzəfərrədinə  hədiyyə  edilən  bu  tabloya  qarşılıq  Şiri-
Xurşid nişanı ilə təltif edilmişdir)".
65
 
Aykut Kazançının Berlin Hərb Tarixi Muzeyində gördüyü əsər isə ehtimal 
etmək olar ki, Roçhollun "Əsgər təbibi Əli bəy" rəsmi olub. 
Qeyd etdik ki, Əli bəyin həmin müharibə illərində nə yazdığı məlum deyil. 
Ancaq  Tesaliya  müharibəsi  illərində  həkim-yüzbaşı  Hüseynzadənin  duyğularının 
hansı məqamlara kökləndiyini və gəzib-gördüklərini, müşahidə etdiklərini sonralar 
yazdığı qeydlərdən öyrənmək olur: 
"İsəviyyətin  ilk  intişar  etdigi  məmləkətlərin  birində,  yəni  Yunanıstanda 
gəzərkən  kəndli,  fəqir bir xristianın  xanəsində  rəsm  yerinə  müsəlman qaydasında 
divara asılı bir lövhə gördüm. O lövhədə açıq mavi rəngli bir atlas üzərində zərrin 
bir  xətt  ilə  yunaniyülibarə  olaraq  bu  sözlər  yazılı  idi:  "iman",  "ümmid", 
"məhəbbət", iştə o üç qüvvət ki, İsa onunla naciyi-kainatdır".
66
 
Dümekedə Əli bəy cərrahlıq da etmişdi. Ayağı qanqrenli bir əsgərin qıçını 
kəsmək  lazım  gəldiyində  doktor  Hüseynzadə  ona  bir  şüşə  ətir  içirmişdi  ki,  əsgər 
ağrını hiss etməsin. 
Başqa  bir  yazısındakı  xatırlatmasından  bəlli  olur  ki,  Əli  bəy  sözügedən 
müharibədə  Milona  keçidində  türk  əsgərləri  ilə  bir  yerdə  olub:  "Osmanlı-Yunan 
müharibəsi əsnasında Milona keçidində Əbdüləzəl paşa mücahidlərinə xitabən dedi 
ki, "Mən burada özümü cəhi-ədəmə atıram. Siz də öz ayaqlarınızla mənim üzərimə 
basıb irəliyə keçməyə qeyrət ediniz".
67 
 
1900-1903-cü illər. Bakıya qayıdış ərəfəsi 
 
1900-cü  ildə  Əli  bəy  Hüseynzadə  Tesaliyadan,  Türkiyə  Yunanıstan 
müharibəsindən  qayıdır.  Elə  həmin  il  "Əsgəri-Tibbiyyə"də  açılan  müsabiqə 
imtahanını qazanmaqla bu məktəbdə il yarıma qədər "əmrazi cildiyyə və əfrənciyə 
müəllim  müavini (Cəlal  Muxtar bəyin)" işləyir... Yenə  də  özünün  yazdığına  görə 
"o  sıralarda  vəba  xəstəliyini  yerində  tədqiq  üçün  Hindistana  ezam  olunmaq  üzrə 
Əsgəri-Tibbiyyə  Məktəbi  tərəfindən  intihab  olundumsa,  Yıldızın  haqqımdakı 
vəhmi buna mane oldu... "Vəba" kitabını bu münasibətlə yazıb nəşr etdirmişdik".
68
 
1903-cü  ildə  Əli  bəy  Hüseynzadə  İstanbulu  tərk  edib  Bakıya  gəlir.  Onun 
Bakıya gəlişini müxtəlif şəkillərdə izah ediblər: 

30 
 
1.
 
İttihadçıların  tapşırığı  ilə  vətənə  dönmüşdür.  Bu,  Əziz  Mirəhmədovun 
mülahizəsidir
69
 və yanlışdır. 
2.
 
İstanbula  deyil,  Taşraya,  yəni  işləmək  üçün  kənar  bir  məntəqəyə 
təyinatına etiraz əlaməti olaraq Bakıya qayıtmışdır. Bu, Rza Təhsinin söylədiyidir
70
 
və səhvdir. 
Ə.H.Bayat hər iki mülahizəni xatırlatmaqla kifayətlənir.
71
 
Ən  dürüst  məlumat  almaq  və  mübahisəli  fikirlərə  son  qoymaq  üçün  Əli 
bəyin  özü  tərəfindən  yazılanlara  istinad  etmək  daha  münasibdir:  "1903-cü  ildə 
əvvəlcə bir müddət mərhum Əhməd Cəlaləddin paşanın Çamlıcadakı  köşklərində 
və  nişantaşındakı  sarayında  müsafir  qaldıqdan  sonra  Əbdülhamid  və  istibdad 
rejiminin türlü bəhanələrlə təqibatı üzündən Qafqasiyaya firarə məcbur oldum".
72
 
Şəmsəddin Hüseynzadə əlibəyşünaslığa  məlum olmayan başqa  məlumatlar 
verir. Şübhəsiz, Şəmsəddin bəyin danışdıqları onun Əli bəydən eşitdiklərinə istinad 
etdiyi üçün maraqlıdır və həm də etibarlı hesab oluna bilər. Onun yazdığına görə, 
Sultan Əbdülhəmid 12 nəfərin, o  cümlədən Əli bəyin Bosfor boğazında  həbsi ilə 
əlaqədar  gizli  göstəriş  verir.  Şəkər  ticarəti  ilə  məşğul  olan  tanış  bir  hindli  öz 
gəmisində Əli bəyi qənd çəlləyində gizlədir. Şəkər yüklü gəmi Hindistan səmtinə 
üz tutur. Hüseynzadə liman şəhəri Bombeyə çatır, əvvəl Çinə gedir, sonra Bakıya 
gəlir.  Əli  bəy  Türkiyədən  Bakıya  yalnız  üç  yadigar  gətirə  bilib:  Vaxtı  ilə 
Peterburqda  təhsil  alarkən  yağlı  boya  ilə  çəkdiyi  "Şeyxülislamın  portreti"ni, 
nənəsinin  ona  bağışladığı  baba  yadigarı  üzük
*
  və  nənəsinin  yadigarı  olan  Hind 
örtüyü. Şəmsəddin Hüseynzadənin verdiyi məlumata  görə  Əli bəy bu üç yadigarı 
qardaşına, yəni Şəmsəddinin atasına — İsmayıl müəllimə bağışlayıb. 
 
Əli bəy Hüseynzadə 1903-1910-cu illərdə Bakıda 
 
1903-cü ildə Əli bəy Hüseynzadə artıq Bakıdadır. Tərcümeyi-halında yazır 
ki,  "o  sıralarda  "Aksayi-Şərq"  politikası  üzündən  Rusiya  ilə  Yaponiyanın  arası 
açılmaqdaydı,  çox  keçmədən  (1904)  baş  verən  müharibə  Rusiyanın  məğlubiyyəti 
ilə nəticələndi, bunun üzərinə, istibdaddan bizar olan xalq ayağa qalxıb məşrutiyyət 
tələb  edirdi,  bu  cərəyana  tabe  olaraq,  məşrutiyyət  tələbində  bulunmaq  üzrə, 
Azərbaycan  türkləri  (və  sair  Qafqaz  müsəlmanları)  da  Peterburqa  bir  heyət 
göndərməyə qərar verdi. 11 nəfərdən... ibarət olan bu heyəti-mürahhasada Ağaoğlu 
Əhməd,  Adil  X.  Ziyadxan,  mərhum  Əli  Mərdan  bəy  Topçubaşi,  mərhum  Fərrux 
Vəzirov  və  sairə  ilə  birlikdə  mən  də  vardım...  General  Trepovun
**
  intriqalarına 
                                                           
*
  Brilliant  daşlarla  süslənmiş  bu  üzüyü  şeyxülislam  axund  Əhməd  Səlyaniyə  çar  II  Aleksandrın 
bağışladığı bildirilir. Qafqaza səfər edən Rusiya çarı burada axund Əhmədlə görüşmüş və həmin üzüyü 
öz barmağından çıxarıb Şeyxin barmağına taxmışdı — müəllif. 
**
  Əli  bəyin  xatırlatdığı  intriqaçı  general  Trepov  Peterburq  şəhər  rəisi  general  Fyodor  Trepovun  oğlu 
general-mayor  Dmitri  Trepovdur.  1905-ci  ildə  Peterburqun  general-qubernatoru,  sonra  Rusiya  daxili 
işlər nazirinin müavini və jandarm korpusunun komandanı olmuşdur - müəllif. 

31 
 
rəğmən, fikir və diləklərimizi, cüzi bir tədil ilə Başvəkil Vitteyə
*
 qəbul etdirə bildik 
(1905). Bir də o sıralarda bütün Rusiya islamlarının ilk yövmi qəzetəsi olmaq üzrə 
"Həyat" namilə bir qəzetin imtiyazını əldə etdik..." 
Hər  halda,  səbəbini  bilmək  olmur  ki,  bir  çox  tədqiqatçılar  (özü  də 
yuxarıdakı mətni oxumuş tədqiqatçılar) nə üçün belə bir mülahizə irəli sürürlər ki, 
guya "Həyat" qəzetinin nəşri ideyası Bakı milyonçusu H.Z. Tağıyevə məxsusdur. 
Əslində  Əli  bəy  Peterburqa  hansı  məqsədlə  getdiklərini  açıq  yazmışdı  və  heç 
şübhəsiz,  inanmaq  çətindir  ki,  möhtərəm  Hacı  rus  imperatoruna  Qafqaz  türkləri 
üçün  məşrutiyyət  tələbi  ilə  müraciət  etmiş  olaydı.  Qalan  məsələləri  Əli  bəy  özü 
aydın şəkildə yazıb. 
Bakıda  olduğu  müddətdə  Əli  bəyin  siyasi  fəaliyyəti  bununla 
məhdudlaşmadı. 
1905-ci ildə Əli bəy tez-tez Peterburqda, Nijni-Novqorodda keçirilən siyasi 
tədbirlərdə görünür". 
Musa Carulla Biqi 1915-ci ildə "İslahat əsasları" kitabında yazırdı: "1905-ci 
il  səkkiz  aprel  tarixində  Peterburqda  Rəşid  əfəndinin  evində  Əlimərdan  bəy 
Topçubaşov,  Əhməd  Ağayev,  Əli  bəy  Hüseynzadə,  Alim  əfəndi  Məqsud  və 
Binyamin  əfəndi  Ədhəm  toplandılar.  Toplantının  mövzusu  bütün  Rusiya 
müsəlmanları üçün müştərək siyasi bir heyət qurmaq idi".
73
 
1905-ci  il  avqustun  15-də  Yusuf  Akçuranın  dəvəti  ilə  Rusiyanın  müxtəlif 
guşələrindən  —  Kazan,  Krım,  Qazax,  Türküstan  müsəlmanlarının  nümayəndələri 
Peterburqa  gəldilər.  Nijni-Novqorodda  keçirilən  Rusiya  müsəlmanlarının  Birinci 
qurultayında nümayəndə olan 120 nəfərdən biri də Əli bəy Hüseynzadəydi. Müfti 
Məhəmmədyar  Sultan,  Abdulla  Apanay,  Yusuf  Akçura,  Əhmədcan  Seydaş, 
Binamin  Əhtəm,  Lütfullah  İshaqi,  Zahid  Şamil  (İmam  Şamilin  nəvəsi),  Hüseyn 
Hacı  Baybek,  Alim  Məqsud,  Hüseyn  Şirinski,  Bədrəddin  Alim,  Zahidullah  Bay 
Safiullah,  general  Ubeydullah  Çingiz,  İsmayıl  Qaspıralı,  Əli  Mərdan  Topçubaş, 
Əhməd  Ağaoğlu,  Fatih  Kərim,  Abdürəşid  İbrahimlə  birgə  gəmidə  keçirilən 
qurultay  Rusiya  türklərinin  taleyi  üçün  ciddi  əhəmiyyət  kəsb  edən  qərarlar  qəbul 
etmişdi. 
 
* * * 
 
1905-ci  ildə  Nijni-Novqorodda  keçirilən  konfransda  sünni-şiə  ixtilaflarına 
son  qoymaq  üçün  ilk  ümumilli  cəhdlər  göstərildi.  Müfti  və  şeyxülislamın 
qucaqlaşıb öpüşməsi ilə islam və türk birliyinin ən yaralı məqamına bir sağlamlıq 
gətirilirdi.  Ancaq  onu  da  unutmayaq  ki,  bu  ixtilafın  da  qarşısına  ilk  keçənlərdən 
biri  Əli  bəy  Hüseynzadə  olmuşdu.  Hələ  1904-cü  ildə  "Məktubi-məxsus"da: 
                                                           
*
  Sergey  Vitte  həmin  ildə  Rusiya  Nazirlər  Sovetinin  sədri  vəzifəsindəydi.  17  oktyabr  1905-ci  il 
Manifestinin müəllifidir - müəllif. 
 

32 
 
"Müsəlmanlar  və  bilxassə  türklər,  hər  nerədə  olursa-olsun,  istər  Osmanlıda,  istər 
Türkistanda, istər Baykal gölünün ərtafında, ya Qaraqum civarında olsun, bir-birini 
tanıyacaq,  sevəcək,  sünnilik,  şiəlik  və  daha  bilməm  nəlik  anlamlarıyla  məzhəb 
təəssübünü  azaldıb  "Qurani-Kərim"i  anlatmağa  qeyrət  edəcək,  dinin  əsasının 
"Quran"  olduğunu  biləcək  olurlarsa  əlverməzmi?"  —  yazan  Əli  bəy  Hüseynzadə 
1907-ci  ildə  "Füyuzat"ın  son  sayında  bəyan  etdiyi  kimi,  ümməti  və  milləti 
parçalayıb  zəif  salan  amillərin  başında  həm  də  sünni-şiə  ayrılığının  dayandığını 
bəyan etməyi özünə borc bilirdi və deyirdi: 
 
Can düşməni təhdid ediyorkən tərəfeyni  
Ey hacə, nədir məsələyi şiə və sünni. 
 
* * * 
 
Əli bəy İstanbuldan qayıtdıqdan sonra, siyasi proseslərə qatılmazdan əvvəl, 
bir müddət Bakıda həkim kimi fəaliyyət göstərib. 
Sonrakı vəzifələrini isə özü belə anladır: "Bakıda intişara başlayan məzkur 
qəzetədə  əvvəla  Ağaoğlu  ilə  birlikdə,  sonra  da  təkbaşıma  başmühərrirlik  (1905-
1906), qapanan "Həyat"ın yerinə çıxan həftəlik "Füyuzat" məcmuəsində müdir və 
başmühərrirlik  (1906-1907),  Birinci  Dövlət  Dumasının  dağıdılmasına  görə  Ə.M. 
Topçubaşinin,  digər  bir  çox  məbuslarla  birlikdə  (Finlandiyada)  "Vıborq 
bəyannaməsi"ni  imza  etmiş  bulunmasından  ötürü  həbsə  atılıb,  qəzetçilik  kimi 
mədəni haqlardan məhrum edilməsi üzərinə, yerinə rusca yövmi "Kaspi" qəzetinin 
başmühərrirliyini icra etdim (1907)". 
"Həyat"  və  "Füyuzat"a  baş  redaktorluq  etdiyi  1905-1907-ci  illərdə  "o 
səmtdə  çalışan  bir  dərzi  qıza  aşiq  olan  Stalin  də  tez-tez  mətbəəyə  gəlib  onu  (Ə.  
Hüseynzadəni - A.T.) ziyarət edərmiş" (Səlim Turan). 
 
* * * 
 
1907-ci  ilin  25  avqustunda  Əli  bəy  Hüseynzadə  müəllimlərin  qurultayına 
sədrlik  etmişdi.  "Məclis  dəxi  ittifaq  ilə  "Füyuzat"  məcmuəsinin  və  "Kaspi" 
qəzetinin  müdiri  Əli  bəy  Hüseynzadəni  sədr...  intixab  etdilər".
74
  Əli  bəy 
Hüseynzadənin  sədr  intixab  edildiyi  2  sentyabr  tarixli  9-cu  iclasda  qərara 
alınmışdı: 
"Tələbə  Nəriman  bəy  Nərimanovun  böyük  bəradəri  Salman  Nərimanov 
mərhum olduğuna görə ailəsi sahibsiz və güzəransız qaldığından, bu ailəyi idarə və 
himayə  etmək  vəzifəsi  tələbə  Nəriman  bəyin  boynuna  düşür;  lakin  Nərimanov 
tələbə  olduğu  və  bir  sənədən  sonra  ikmali-təhsil  edəcəyini  nəzərə  alıb  məclis 
əhlindən bəziləri təklif etdilər ki, Nərimanovun bacısı oğlunu şəhərdə müəllimliyə 
təyin  etməkdən  ötəri  məclis  çalışsın  ki,  bu  müəllim  mərhum  Salmanın  ailəsinə 

33 
 
nəzarət edib Nəriman bəyin təhsilinin natamam qalmasına səbəb verilməsin. Buna 
binaən qərar qoyuldu ki, məclis bu məsələyi nəzərdə tutsun".
75
 
"1908-ci  ildə  Bakıda  bir  neçə  dost  və  arkadaş  tərəfindən  "Səadət"  məktəbi 
adı  ilə  təsis  edilən  orta  proqramlı  milli  məktəbdə"  1908-10-cu  illər  arası  "bir 
müddət dərs naziri və türkcə müəllimi olaraq" çalışdığını yazan Əli bəy xatırladır 
ki, həmin məktəbin müdiri "Mirzə Ələkbər Xan Bəhmən sonralar İranın Balkan və 
Misir  səfiri  olmuşdu".  Əli  bəy  Hüseynzadə  Fransa  Sarbon  Universitetini  bitirmiş 
M.  Ələkbər  Xan  Bəhməndən  sonra  həmin  məktəbin  müdiri  işləmişdi.  "Səadət" 
məktəbində "Əli bəy Hüseynzadənin direktorluğu dövründə... müəllimlər müsabiqə 
yolu  ilə  seçilib,  qəbul  edilirdi".
76 
Üzeyir  bəy  Hacıbəyovun  da  müsabiqə  yolu  ilə 
məktəbin  rus  dili  və  hesab  müəllimi  seçildiyini  nəzərə  alsaq,  onda  məktəb 
direktoru Əli bəyin seçimi və meyarları barədə aydın təsəvvür yaranar. 
1908-1910-cu  illərdə  ("Səadət"  məktəbində  dərs  dediyi  dönəmdə)  Əli  bəy 
Hüseynzadə "Siyasəti-fürusət" əsərini qələmə alır. Əsər barədə ilk mətbu rəy və ilk 
elmi  qənaət  H.Ziyaya  məxsusdur.  1960-cı  illərdə  qələmə  aldığı  "Türkçülügün  və 
türk  sosializminin  babası  Əli  Turan"  əsərində  və  1966-cı  ildə  nəşr  olunmuş 
"Türkiyədə çağdaş düşüncə tarixi" kitabında Hilmi Ziya Ülken yazırdı: 
"Hüseynzadənin  diqqətə  dəyər  ...əsərlərindən  biri  "Siyasəti-fürusət"  adlı 
alaylı  (humoristique)  və  hicvli  əsəridir.  Yazar  yazı  silsiləsinin  əvvəlində  bunu 
Oliver  Svift  kimi  atların  toplumuna  aid  bir  təsvir  olduğunu  və  konunun  rus 
yazarlarından  Doroşeviçin  yenə  kazak  atlarına  dair  alayıcı  əsərindən  esinlənmiş 
olaraq  islam-türk  dünyası  üçün  qələmə  alındığını  söyləyir.  Daha  başda  "siyasət" 
kəlməsinin  cəza  və  edam  anlamında  kullandığını  "Siyasəti-fürusət"  ilə  də  atların 
ölüncəyə  qədər  qırbaclandıqlarının  qəsd  edildiyini  anladır.  Bu  mövzunun  içinə 
Hüseynzadə  bütün  Şərq  (əski  İran,  türk,  islam)  tarixini,  onun  çözülməmiş 
məsələlərini, sosial böhranlarını qoymaqdadır. Kitabda zəngin bir İran ədəbiyyatı, 
türk  tarixi  bilgisi  görünür.  Yazar  burada  Erasmus,  Anatol  Frans  kimi  Qərb 
humanistlərinin  yunan-latın  mifoloji  və  tarixlərinə  dayanaraq  yapdıqları  hicv 
tərzini  tarix  boyunca  bağlı  bulunduğumuz  Şərq  humanizmi  içində  yapmaqdadır. 
Burada "Şahnamə"nin başlıca qəhrəmanlarının ağzından ən önəmli siyasi və sosial 
məsələləri  qonuşur.  Bəzən  Fəzlullah  ilə  Kəyumərs  elə  uzun  qonuşmağa  girişirlər 
ki,  orada  insan  bütün  günün  sorularını,  istibdad,  hürriyyət,  sosializm,  milliyyət 
sorularının  simgələr  halında  dilə  gəldiyini  görür.  Renessans  dövrünün 
hümanistlərindən başlayaraq fransız və ingilis ədəbiyyatlarında sürüb gedən bu 
tərzin  türk  fikir  ədəbiyyatında  ilk  örnəyini  Hüseynzadə  bu  əsərlə  verməkdədir 
(kursiv  mənimdir  -  A.T.).  Əski  hicvimizin  küfürlə  qarışıq  tərzi  buraxıldığı,  Baha 
Tofiqlə Avropai polemik və tənqid yoluna girildiyi zamandan sonra da bu nöqtəli 
incə  tənqid  tərzi  tətbiq  olunmuş  deyildi.  Halbuki,  fikrin  incəliklərinə  girə  bilmək 
üçün Erasmusdan Anatol Fransa qədər gəlişən bu tərzin yerləşmiş olması gərəkirdi 
ki, bu baxımdan Hüseynzadənin əsəri başarılı bir örnək olaraq durmaqdadır".
77
 

34 
 
1908-1910-cu  illərdə  qələmə  aldığı  "Siyasəti-fürusət"  əsərinin  ayrıca  kitab 
şəklində  nəşr  olunmamasını  Hüseynzadə  müəyyən  səbəblərlə  əlaqələndirir  və 
təəssüf  ki,  həmin  səbəblərin  nədən  ibarət  olduğunu  açıqlamır.
*
  Ancaq  "Siyasəti-
fürusət"in  "İrşad",  "Tərəqqi",  "Həqiqət"  qəzetlərində  təfriqə  halında  dərc 
olunduğunu  söyləyən  Yusif  Vəzir  Çəmənzəminli  bu  əsərin  tamamlanmadığını 
xatırladır.
78
  Çəmənzəminlini  bu  barədə  Əli  bəyin  özünün  məlumatlandırması  da 
istisna  olunmur.  Çünki  Çəmənzəminli  iki  il  əvvəl  İstanbulda  Azərbaycanın 
böyükelçisi  idi  və  məhz  Əli  bəy  Yusif  Vəzirə  tövsiyə  etmişdi  ki,  o,  Azərbaycan 
türklərinin ədəbiyyat tarixini qələmə alsın. 
 
* * * 
 
1908-ci  ildə  salyanlılar  Əli  bəy  Hüseynzadəni  Dövlət  Dumasına  vəkil 
seçmək  təşəbbüsündə  bulunmuşdular.  Bunu  İsmayıl  Hüseynzadə  Salyandan 
qardaşına  -  Əli  bəy  Hüseynzadəyə  yazdığı  məktubda  bildirmişdi:  "Əzizim  Əli... 
Salyanlılar mənə belə bir xahişlə müraciət edib: onlar səni Dövlət Dumasına vəkil 
seçmək niyyətindədirlər. Əgər istəsən, dərhal cavab yaz ki, biz də sənin adını seçici 
siyahısına daxil edə bilək". Əli bəy salyanlıların bu təklifinə razı olubmu, ya yox, 
məlum deyil. Hər halda, bu məktub salyanlıların öz böyük eloğlularına  - Əli bəyə 
münasibətinin tutarlı bir göstəricisidir. 
Elə məhz 1908-ci ildə Hüseynzadənin Salyanda yerli ruhanilər, məmurlarla 
birgə  çəkilmiş  bir  fotosu  var.  Əli  bəy  Salyana  nə  üçün  getmişdi?  Ətrafındakı 
ruhanilər kimdir? Bunu dəqiqləşdirə bilmədik. Hər halda, köhnəlməsi səbəbilə çox 
çətin  baxılan  bu  fototəsvir  Əli  bəyin  həmin  illərdə  siyasi  səbəblərlə,  böyük  bir 
ehtimalla  isə  Dövlət  Dumasına  seçkilərlə  əlaqədar  getdiyi  Salyandan  yadigar 
qalmış son və həm də deyəsən, yeganə sənəddir. 
1906-cı ildə "Bakı vilayəti məbusları" adlı bir yazısında Hüseynzadə Dövlət 
Dumasına  seçilmiş    azərbaycanlı  vəkillər  haqqında  mülahizələrini  və  onlara 
tövsiyələrini  dərc  edib:  "Bu  zəvatdan  hər  biri  ayrı-ayrı  ərbabi-elm  və  kamaldan 
bulunmaqla  bərabər,  birlikdə  də  mükəmməl  bir  müsəlləs  təşkil  edərək, 
yekdigərlərinin müini, mütəmmimi bulunurlar. Bunlardan biri rəfiqim və mühibbi-
əzizim
**
  Əlimərdən  bəydir  ki,  Peterburq  darülfünununda  ikmali-təhsil  edən 
hüquqşünas  və  qəvanin  aşina  kamil  bir  mühərrir  olub  illərdən  bəri  cəmaətimizin 
mənafei yolunda mücahidliyi ilə kəsbi-şöhrət etmiş bir zati-aliqədrdir. Digəri Qori 
məktəbindən yetişən əziz dostum və  həmşəhərim Əsədulla bəy Muradxanov olub 
ötədən  bəri  ömrünü  övladi-vətənin  tərbiyəsinə  həsr  edən  və  Səlyan  və  Cavad 
cəmaətinin  və  ələlümum  əkinçi  cəmaətin  əhval  və  ehtiyaclarına  əz  hər  cəhət 
                                                           
*
 1935-ci ildə qələmə aldığı "Müxtəsər bioqrafik məlumat"da Əli bəy əsərin adını "Siyasət və Fürusət" 
şəklində yazmışdır - müəllif. 
**
  Əlimərdan  bəylə  Əli  bəy  gənclik  illərindən  ömürlərinin  sonunacan  bir-birlərinin  mühibbi-əzizi  — 
əziz dostu, həm də ən əziz dostu olaraq qaldılar — müəllif. 

35 
 
mükəmmələn  vaqif  və  agah  bulunanların  biridir...  Üçüncüsü  isə,  əqrabamdan 
Məhəmməd  Tağı  Əliyev  olub,  bu  zat  Moskva  məkatibi-aliyyəsindən  ülumi-
iqtisadiyyə və ziraiyyə akademiyasında ikmali-təhsil edib bədə axır zamana qədər 
ömrünü  ülumi-ictimaiyyə,  maliyyə  və  tüccariyyəyə  həsr  etdiyi  üçün  ülumun  bu 
şüəbatında böyük bir mümarisə və ixtisas sahibidir..." 
Əli  bəy  Əlimərdan  bəy  Topçubaşiyə,  salyanlı  həmşəhəri  Əsədulla  bəy 
Muradxanova  və  qohumu  Məhəmməd  Təqi  Əliyevə  xitabən  "Ey  məbuslar! 
Millətimiz  bütün  ümidlərini  indi  sizə  bağlamışdır"  -  yazır  və  xatırladır  ki,  "Biz 
insanız:  Binaənəleyh  hər  şeydən  əqdəm  bütün  Duma  ilə  bərabər bilafərq  məzhəb 
və  qövmiyyət  insanlığı,  insanlıq hüququnu  müdafiə  ediniz. Məzlum olan sinifləri 
zalım  siniflərin  təcavüzatından  azad  etməyə  çalışınız,  müsavati-tammə  istəyiniz. 
Yersiz-yurdsuz  əkinçilərimizə,  kəndlilərimizə  yer,  torpaq  tələb  edin,  füqərayi-
kasibəmizin şəraiti-təəyyüşünü təshihə çalışınız. Biz qafqazlıyız: Qafqaz əhlinin öz 
ümuri-idarəsinə  özü  baxa  bilmək  üçün  lazım  gələn  muxtariyyət  tələb  ediniz.  Biz 
müsəlmanız:  Binaənəleyh  öz  əqayidi-diniyyəmizdə  hürriyyəti-vicdanımıza  hər  nə 
lazımsa  onu  istəyiniz,  onu  tələb  ediniz.  Biz  türküz:  Dilimizin,  lisanımızın 
tərəqqisinə  mane  olan  hər  növ  sədlərin,  divarların  yıxılmasına,  rəf  olunmasına 
qeyrət ediniz!.."
79
 
Milli  müstəqillik  ideyasının  ilk  rüşeymi  kimi  görünən  muxtariyyət  tələbi, 
ərazi və torpaq istəyi, özünüidarə, azadlıq, milli dirçəliş və türk özünüdərki Əli bəy 
Hüseynzadənin  siyasi  qayəsi  və  hürriyyət  konsepsiyası  şəklində  belə  səslənirdi. 
Duma  vəkillərindən  bütün  bunları  tələb  etməklə  əslində  Əli  bəy  Azərbaycanın 
siyasi səsini gündəmə gətirirdi və məncə, ötən əsrin əvvəllərində Əli bəydən başqa 
məsələni  bu  şəkildə  qoyan  ikinci  bir  ideoloqumuz  olmamışdı.  Əli  bəy 
Azərbaycanın müasir tariximizdə ilk ideoloquydu. Və bütün bunları Əli bəy 1903-
1910-cu illər arasında Bakıda olarkən gerçəkləşdirmişdi. Azərbaycanın məfkurəvi-
siyasi  əxlaqının  ideya  və  hərəkat  şəklində  təzahürü  Əli  bəy  Hüseynzadənin 
yuxarıdakı sözlərindən və tələblərindən sonra gerçəkləşirdi. Hüseynzadənin siyasi 
və  milli-ideoloji  xəttini  bütün  çılpaqlığı  ilə  ifadə  edən  bu  məşhur  mülahizələri 
sonrakı mərhələdə də milli özünütəsdiqin və Azərbaycan istiqlal savaşının ən işıqlı 
yollarını nişan verməkdəydi. 
 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə