Azər Turan


Türkləşmək, islamlaşmaq, avropalaşmaq



Yüklə 2.06 Mb.
Pdf просмотр
səhifə9/19
tarix31.01.2017
ölçüsü2.06 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

Türkləşmək, islamlaşmaq, avropalaşmaq 
 
Tarix  dönür,  dəyişilir,  müzakirələr  isə  bitmir.  Türkləşmək,  islamlaşmaq, 
müasirləşmək triadasının müəllifi kimdir, ideyanın təməl daşını kim qoymuşdur? - 
mübahisəsi  kəsilmir,  dəqiq  ünvan  tapılmır.  Araşdırıcılarımızın  bir  qismi  onun 
Cəmaləddin Əfqaniyə, bir qismi isə Yusuf Akçuraya məxsus olduğunu irəli sürür. 
Başqa  birisi  də  Ziya  Gökalpa  aid  olduğu  qənaətinə  gəlir.  Mübahisələri  diqqətlə 
                                                           
*
  Ə.H.Bayatın  "Əli  bəy  Hüseynzadə"  (İstanbul,  1998)  kitabında  "Hüseynzadə  Əli  bəyin  ailə  şəcərəsi" 
cədvəlində aşağıdakılar təshih edilməlidir. 1. Ədhiyə xanım 1947-də deyil, 1944-cü ildə vəfat etmişdir. 
2.  İsmayıl  Hüseynzadə  1866-cı  ildə  deyil,  1868-ci  ildə  anadan  olmuşdur.  3.  İsmayıl  Hüseynzadənin 
Bəhram,  Şəmsəddin,  Sultan  İbrahim  və  Firidundan  başqa  oğlu  yoxdur.  Şəmsi  kimi  təqdim  olunan 
beşinci övlad Böyükxanımdır — müəllif. 

69 
 
nəzərdən  keçirib  dərhal  belə  bir  nəticəyə  gəlmək  olur  ki,  bütün  tərəflərin  ümumi 
hədəfi Əli bəy Hüseynzadədir. Dartışma daha çox Əli bəyin ətrafında cərəyan edir. 
Əslində  məsələ  çoxdan  çözülüb.  Nəzəri  prinsipin  Cəmaləddin  Əfqaniyə,  Yusuf 
Akçuraya, yaxud Ziya Gökalpa aid oduğunu iddia edənlərə ən tutarlı cavabı 1924-
cü ildə Ziya Gökalpın vəfatı ilə əlaqədar yazdığı "Ziya Gökalp haqqında xatirə və 
mülahizələr" məqaləsində türkçülüyün böyük qurucularının ilklərindən olan Yusuf 
Akçuranın  özü  verirdi:  "Türkləşmək,  islamlaşmaq,  müasirləşmək...  türkçülərin 
fəaliyyətində  bir  vəchə  mahiyyətini  haiz  olan  bu  üçlü  ümdənin  əsl  atası 
Hüseynzadə  Əli  bəydir.  Məhz  siyasət  sahəsində,  biri  digərinə  zidd  kimi  görünən 
türklük,  islamlıq,  osmanlılıq  siyasətlərinin,  bu  üç  tərzi  siyasətin,  qabili  təlif 
olduğunu  Əli  bəy  iddia  etmiş  və  "Füyuzat"ın  10  iyul  ihtilalından  əvvəl  çıxmış 
nüsxələrindən  birində  "türklük,  islamlıq  və  avropalılıq"  qayələrinin  məmzucən 
istehsalını  tövsiyə  eyləmişdi".
139
  1928-ci  ildə  də  Yusuf  Akçura  həmin  fikrində 
israrlıydı: "Əli bəyin  üçlü düsturu,  yaxşı tapılmış xoşbəxt  əsaslardandır. Bu əsas, 
türk  aləminin  hər  tərəfinə  yayılmış  və  xüsusən  Məşrutiyyətdən  sonra  İstanbulda 
çox  işlənmişdir.  Məsələn,  Gökalp  Ziya  bəy  "türkləşmək,  islamlaşmaq, 
müasirləşmək" məsələsi haqqında bir çox yazılar yazmışdır".
140
 
Nəzəriyyə iyirminci yüzilin əvvəllərinə aiddir və onu türk cəmiyyətinə, türk 
ictimai fikrinə aşılayanlar isə bütün hallarda Əli bəyin çevrəsində hərəkət edirlər. 
 
* * * 
 
...  Əli  bəy  qədər  haqqı,  xidməti  unudulan,  danılan  başqa  bir  mütəfəkkir 
təsəvvürə gətirə bilmirəm. 
"Yaradılış etibarı ilə filosof təbiətli, dərvişməşrəb" olan Əli bəy Hüseynzadə 
gerçəkdən də öz sakit, təvazökar halı ilə düşüncələrdə çevriliş yaratdı. Milyonlarla 
insana  sirayət  edə  bildi.  Yüz  ildir  ki,  türk  dünyasının  mənəvi  problemləri  onun 
yandırdığı çırağın işığında çözülür. 
"Türk  hissiyyatı  ilə  mütəhəssis,  islam  diniylə  mütədəyyin  və  Avropa 
mədəniyyəti-hazırasıyla mütəməddin" olmağa çağıran Əli bəy istisna olunarsa, ona 
qədər  məsələni  bu  şəkildə  düşünən  və  ifadə  edən  başqa  biri  yoxdur  və  elə  buna 
görə də Əli bəy bu istiqamətdə birinci dahimizdir. Bütün türk dünyası miqyasında 
birinci dahi. Türk-İslam-Qərb dəyərlərinin sintezindən hasilə gəlmiş bir cəmiyyəti 
hazırlamaq ideyası ona məxsusdur. 
"Çirkablara  daş  atmalıdır,  həm  də  doluncaya,  yox  edilincəyə,  ortadan 
vücudları  qaldırılıncaya  qədər  daş  atmalıdır,  mümkün  qədər  böyük  daşlar 
atmalıdır,  qayalar  yuvarlatmalıdır.  Daş,  qaya  kafi  deyildir.  Oraları  tibbin  tövsiyə 
etdiyi zəhərli-zəhərli mikrob öldürücü məvaddi-əfniyyə ilə doldurmalı, üzərinə neft 
qazı tökməli, sonra da atəş yağdırmalı, ta ki, üfunətindən, üzviyyatı-sariyyəsindən 
bir  əsər  qalmasın!  Fədai  lazımdır,  fədai!  Yuxarı  sıçrayan  murdarlıqlardan 

70 
 
qorxmayan  fədai!  Türk  qanlı,  müsəlman  etiqadlı,  firəng  fikirli,  Avropa  qiyafətli 
fədai!" 
1907-ci il idi, XX yüzil türk dünyasının milli ideoloji düsturunu "Füyuzat" 
araçılığı ilə birinci olaraq Əli bəy Hüseynzadə beləcə bəyan edirdi. 
Türkləşmək,  islamlaşmaq,  müasirləşmək  triadasını  türk  ictimai-siyasi 
fikrinə Əli bəy Hüseynzadə aşılayırdı. 
Bilirəm,  mübahisə  doğura  bilər.  Amma  Əli  bəyə  münasibətdə  ifrat 
biganəliyi  bir  anlığa  da  olsa  sadə  bir  məhəbbətə  dönüşdürsək  bunun  belə 
olduğunun fərqinə dərhal vararıq... 
 
* * * 
 
1914-cü il dekabrın 11-də M. Ə. Rəsulzadə "İqbal" qəzetində dərc etdirdiyi 
"Diyanət,  milliyyət  və  məişət  nöqteyi-nəzərindən  kənd  məktəbləri"  məqaləsində 
yazırdı:  "Mədəni  yaşayış  üçün  üç  əsas  lazımdır:  milliyyət,  beynəlmilliyyət  və 
əsriyyət.  Milliyyətin  rüknü  ana  dili,  beynəlmilliyyətin  əsası  —  din  və  əsriyyətin 
binası  —  əsrə  hakim  olan  ülum  və  fünun  ilə  məhəllinə  görə  onun  vasitəsi  olan 
dillərin öyrənməsidir. 
Vaxtilə    möhtərəm    Əli    bəy  Hüseynzadə  əfəndi    "Füyuzat"da  "islam 
əqidəli,  türk  qanlı  və  Avropa  qiyafəli  insan  olalım"  —  demişdi  ki,  qəsdi  də  bu 
idi".
141
 
M.Ə.Rəsulzadə  "Azərbaycan  Kültür  Gələnəkləri  və  Çağdaş  Azərbaycan 
ədəbiyyatı"  əsərində  də  üç  ümdənin  —  əsasın  Əli  bəyə  aid  olduğunu  birmənalı 
şəkildə  etiraf  etmişdi:  "Beynəlmiləl  demokratiya  prinsiplərinə  dayanaraq  qurulan 
bu cümhuriyyət —  mavi, qırmızı, yaşıl —  üçrəngli bayrağıyla  Azərbaycan kültür 
gələnəklərinin  bir  xülasəsini  rəmzləndirirdi.  Mavi  rəng  türklüyün,  yaşıl  rəng 
islamlığın, qırmızı rəng də çağdaşlığın əlamətiydi. Vaxtilə "Füyuzat" məcmuəsinin 
fazil  mühəriri  "Türk  qanlı,  islam  imanlı  və  firəng  fikirli  olalım"  demişdi;  sonra 
türkçülüyün  böyük  filosofu  Ziya  Gökalp  bu  üç  ümdəni  daha  elmi  bir  üslubla 
qullanmış və eyni şüar sonra "Açıq söz" qəzetinin  başlığı altında bulunmuşdur".
142
 
"Qafqaz  türkləri"  əsərində  də  M.Ə.  Rəsulzadə  mövcud  qənaətini  təsbit 
edərək  yazırdı:  "Gərçi  "Füyuzat"  məcmuəsi...  türkçülük  mövzusunu  daha  əvvəl 
tərvic  eyləmiş,  hətta  mərhum  Ziya  bəyin  sonralar  "türk  millətindənəm,  islam 
ümmətindənəm  və  Qərb  mədəniyyətindənəm"  şüarı  ilə  ifadə  etdiyi  mənanı, 
Hüseynzadə Əli bəy "türk qanlı, islam imanlı və firəng qiyafəli olalım" formulu ilə 
bəyan etmişdi.
143
 
Məhəmməd  Əmin  Rəsulzadənin  ətrafında  mübahisə  yaradılan  problem 
barədə  belə  ciddi  və  aydın  qənaətini  bir  kənara  qoyub  türkləşmək,  islamlaşmaq, 
müasirləşmək düsturunun Əli bəyə aid olması ilə bağlı onun "Şəhərdə bəzi işi-gücü 
qurtarmışlar  söz  buraxıblar  ki,  guya  Ə.  Hüseynzadə  şeyxülislam  olacaq...  belə 
xəbərə  də  inanmaq  olar?  Əli  bəy  haman  Əli  bəy  deyil  ki,  a...  diyordu  "Avropa 

71 
 
qiyafətli olmalı"
144
 sözlərini misal gətirmək yalnız təəssüf doğurur. Çünki məhz bu 
sözlərində  Əmin  bəy  milli  düstur  barədə  deyil,  tamam  başqa  mətləblər  haqqında 
danışırdı.  Amma  yuxarıda  da  göründüyü  kimi,  "Türkləşmək,  islamlaşmaq, 
müasirləşmək" triadasının Əli bəyə məxsus olması barədə Rəsulzadə açıq və aydın 
bir mövqedəydi. 
Mirzə Bala Məmmədzadə yazırdı: "İslam ümməti (milləti) dövründən (yəni 
hər  kəsin  özünü  yalnız  müsəlman  hiss  etdiyi  və  türklüyünü,  milliyyətini  dərk 
etməmiş  olduğu  bir  dövrdən)  hənuz  çıxmaqda  olan  Azərbaycan  milli  mühitini 
çalxalayan:  qərbçilik  —  avropaçılıq,  şərqçilik  —  islamçılıq  və  türkçülük  — 
milliyyətçilik  cərəyanlarını  "türkləşmək,  islamlaşmaq  və  müasirləşmək"  şəklində 
ifadə  edib  formula  halına  salmağa  müvəffəq  olmuş  Azərbaycanın  böyük  oğlu  və 
böyük türkçü mərhum professor Əli bəy Hüseynzadənin (sonralar bu düsturu Ziya 
Gökalp  İstanbulda  işləmişdir)  gərək  dil,  gərəksə  fikir  baxımından  Rəsulzadə 
üzərində böyük təsiri olmuşdur".
145
 
Yusif Vəzir Çəmənzəminli də 1921-ci ildə yazıb tamamladığı "Azərbaycan 
ədəbiyyatına  bir  nəzər"  kitabının  "Osmanlıda  yetişmiş  azərbaycanlı  müəlliflər" 
bölümündə qeyd edirdi ki, Əli bəy Hüseynzadə "millətin yaşaya bilməsi üçün bir 
əsas  olaraq  "türkləşmək,  islamlaşmaq  və  avropalaşmaq"  lüzumunu  iddia 
eyləmişdi".
146 
  
* * * 
 
Qərbli  türkoloqlar  da  "Türkləşmək,  islamlaşmaq,  avropalaşmaq" 
formulunun türk milli-ideoloji-fəlsəfi fikrinə aşılanmasının Əli bəy Hüseynzadə ilə 
başlaması  qənaətində  yekdildirlər...  François  Georgieon  Yusuf  Akçuradan  bəhs 
edən  məşhur  "Türk  milliyyətçiliyinin  kökənləri"  kitabında  yazırdı:  "Əslində  bu 
formulu  kəşf  edən  Azərbaycan  kökənli  başqa  bir  Rusiya  türkü  olan  Hüseynzadə 
Əli  idi  və  bunu  1907-ci  ildə,  Bakıda  yayımlanan  "Füyuzat"  dərgisindəki  bir 
məqaləsində ortaya atmışdı".
147
 
Yakob  M.  Landau  da  "Pantürkizm"  əsərində  eyni  fikri  davam  etdirirdi: 
"Qafqazlı...  Əli  Hüseynzadə  1907-ci  ildə  "Füyuzat"  dərgisində  türk 
milliyyətçiliyinin  amacını  türkçülük,  islamçılıq,  avropaçılıq  olarak  bəlikliyordu. 
Onun  yaklaşımı  kəndi  xalqı  arasında  milliyətçiliyin  nətliyə  qovuşmasında  üç 
aşamayı  yansıtdı.  Bu  üç  aşama  içində  türkçülük  ən  zor  və  anlamlı  ünsür 
oluyordu".
148 
 
* * * 
 
Ancaq  təəssüf  ki,  çağdaş  Türkiyə  ədəbiyyatşünaslığında  (məsələn,  İnci 
Engününün  yazılarında) bəzən tarixi  həqiqətlər gözlənilməz  şəkildə  təhrif olunur, 
İsmayıl bəy Qaspıralı ilə  Ziya  Gökalp arasındakı  məsafə  və  mərhələdə  Əli bəyin 

72 
 
yeri,  məqamı  daraldılır:  "Qaspıralının  əsərlərində  geniş  ölçüdə  işlədiyi  türklük, 
islamiyyət  və  müasirlik  qavramları,  modern  türk  millətinin  vaz  keçə  bilməyəcəyi 
ümdələr olaraq Ziya  Gökalp tərəfindən formullaşdırılmışdır"
149
 — deyən prof.   dr. 
İnci  Engününə  formullaşdırma  məsələsində  mükəmməl  cavab  yenə  də  Yusuf 
Akçura,  yaxud  Ziya  Gökalp  tərəfindən  verilir.  Yusuf  Akçura  "Türkləşmək,    
islamlaşmaq, müasirləşmək formulu əsasda Hüseynzadə  Əli bəyə aiddir",
150
 Ziya 
Gökalp  isə  "Əli  bəy  Hüseynzadənin  üçlü  düsturu  bütün  türk  dünyasında  yeni 
üfüqlər açdı" — deyir. 
Hüseyn  Tuncər  isə  yazırdı:  "Türk  yurdu"nun  anlayışına  görə  türkçülüyün 
qayəsi, bir türk kültürünü yaratmaqdır. Eyni kültürlə yoğrulmuş olan türklərin bir 
mədəniyyəti olmalıdır. Bu mədəniyyət  Batı  mədəniyyəti cizgisində  bir türk islam 
mədəniyyəti  xarakteri  göstərməlidir.  Batı  mədəniyyəti  texnoloji  alanda  örnək 
alınmalı, milli dəyərlərdə özə bağlı qalınmalıdır. Bu görüş təməli Hüseynzadə Əli 
bəyə dayanan — türkçüləri, türkləşmək, islamlaşmaq, müasirləşmək əsasına dayalı 
bir    sintezə ulaşdırmışdır".
151 
 
* * * 
 
Ziya  Gökalpın  Əli  bəy  Hüseynzadə  haqqında  qənaətlərinə  gəlincə,  Bay 
Mehmet  Tevfiqin  Əli  bəy  tərəfindən  də  dəyərləndirilən  yazısında  bildirdiyi  kimi, 
"...Ziya  Gökalp  ilk  şüurlu  milliyyət  fikrini  Hüseynzadədən  iqtibas  edən  zümrə 
içində  idi.  Mərhumun  farikaları  arasında  qədirşünaslıq  da  vardı.  Hüseynzadənin 
fəzli-təqəddümünü  elan  etməkdən  çəkinməz  və  haqqında  çox  dərin  bir  hörmət 
göstərərdi.  Hüseynzadəyə  "yalavac"  ləqəbini  verən  Ziya  Gökalpdır".
152 
Ziya 
Gökalpın  bioqrafları  birmənalı  şəkildə  bildirirlər  ki,  dahi  sosioloqu  yetişdirən 
amillərin  başında  hələ  15  yaşında  oxuduğu  Əhməd  Vefiq  Paşanın  "Ləhceyi-
Osmani"  kitabı,  Leon  Kahunun  "Tarix"  əsəri
*
  və  Əli  bəy  Hüseynzadənin 
türkçülüklə bağlı görüşləri dayanırdı. 
Səməd  Ağaoğlunun  da  yazdığı  kimi  "dövrünün  böyük  mürşidi  Ziya 
Gökalpa  "İslam  ümmətindən,  qərb  mədəniyyətindən,  türk  millətindən  olmaq" 
tezisini  Əli  bəy  Hüseynzadə  ilham  etdi".
153 
Qərbçilik  və  türkçülüyü  birləşdirən 
görüşün  öndəri
154
  (Hilmi  Ziya)  Əli  bəy  Ziya  Gökalpın  qərbçi  baxışlarına  mədəni 
düsturun daha iki və vacib qolunu — türkləşmək və islamlaşmaq mərhələsini əlavə 
edir, nəzəri-metodoloji və siyasi istiqaməti müəyyənləşir: türkləşmək, islamlaşmaq 
və müasirləşmək. 
 
* * * 
                                                           
*
 Leon Kahun — Fransa. 1841-1900. L. Kahunun 1886-cı ildə yazdığı "Asiya tarixinə giriş" əsəri Nəcib 
Asim  tərəfindən  fransızcadan  türk  dilinə  tərcümə  edilmişdi.  Türk  milliyyətçi  düşüncəsini 
həyəcanlandıran əsərlərdən hesab olunur - müəllif. 
 

73 
 
 
Əli bəyə qədər "türkləşmək, islamlaşmaq, müasirləşmək" düsturu meydanda 
yoxdur. Heç bir halda yoxdur. Ayrılıqda Axundovun avropalaşmaq, S.C. Əfqaninin 
islamlaşmaq  təlimləri  meydanda  olsa  da,  yaxud  Əli  Suavinin  irəli  sürülən  bütün 
məsələlər  barədə  aydın  və  prinsipial  fikirləri  olsa  da,  məlum  məfkurə  üçlüsü 
bütövlükdə  Azərbaycanın  və  Türkiyənin  dövlət  düşüncəsinin  təməlinə  Əli  bəy 
Hüseynzadənin fəlsəfəsindən miras qalır. Təməl prinsipi şəkilləndirən, ona  nəzəri 
biçim verib türk fikir həyatına aşılayan Əli bəy Hüseynzadədir. 
Bu  barədə  hətta  mübahisə  açmaq  belə  yersizdir.  "Azərbaycan  bayrağını 
mənalandıran  üç  ümdə  amilin  ideoloqu  Əli  bəy  Hüseynzadədir"  məqaləsində 
İldəniz   Qurtulan yazırdı: "Bu məsələni mən uzun illər tələbəsi   olduğum Mirzə 
Baladan öyrənmişdim. Bəllidir ki, Azərbaycan bayrağının rənglərini mənalandıran 
"türkləşmə,  islamlaşma,  müasirləşmə"  prinsiplərinin  ilk  dəfə  Ziya  Göyalp 
tərəfindən  irəli  sürüldüyü  sanılır.  Bu  yanlış  fikirdir,  çünki  həmin  üç  amili  bir 
prinsip  kimi  irəli  sürən  ilk  ideoloq  böyük  dahimiz  Əli  bəy  Hüseynzadədir... 
Azərbaycan türklüyü artıq bu tarixdən sonra qəti olaraq icma dövrünü başa vurdu 
və milliyyət dövrünə qədəm qoydu... Böyük alim, türkçülüyün ilk mütəfəkkiri Əli 
bəy Hüseynzadəyə türklük, islamiyyət və  müasir  Avropa mədəniyyətinə bir tezis, 
antitezis  və  sintez  şəklində  prinsip  olaraq  müəyyənləşdirmək  şərəfi  nəsib 
olmuşdur".
155
  Əli    bəy  Hüseynzadənin  belə  bir  təşəbbüsdə  olduğunu  hələ  1928-ci 
ildə  "Məktubi-məxsus"u  incələyən  Yusuf  Akçura  görüb  dəyərləndirmişdi:  "...Əli 
bəy... müzakirələrdə iştirak edən tərəflərin tezis və antitezislərini  yüksək bir sintez 
halında birləşdirmək istəmişdir".
156
 
Əslində,  birləşdirmişdir  və  Əhməd  Cəfəroğlu  demişkən,  Əli  bəy 
Hüseynzadə  —  bu ixtiyar və  imanlı türkçü, bu  üçlü  məramla  milli istiqlalın  fikri 
mücadiləsinin əsas qanununu - Ana Yasasını meydana qoymuşdur. 
 
Qanun və insan haqları 
 
"Füyuzat"ın ilk sayı üz qabığında Əhməd Midhət Paşanın təsviri ilə açılırdı. 
Əli bəyin "Midhət Paşa" sərlövhəli yazısı da məcmuənin həmin sayından etibarən 
dərc olunmağa başlayırdı. Nə üçün? Çünki Midhəd Paşa bir konstitusiya - Qanuni 
Əsasi  qəhrəmanıydı.  Əli  bəy  "Füyuzat"ın  millətlə  ünsiyyətinin  ilk  aşamasında 
Qanuni-Əsasinin  nədən  ibarət  olduğunu  xatırladıb  yazırdı  ki,  bir  qanuna  əsas 
qanun  demək  üçün  o  qanun  gərək  hər  şeydən  əvvəl  kimsənin  ona  əli 
yetişməyəcək dərəcədə dərin olsun. Ona görə də, Qanuni-Əsasi digər qanunlara 
təməl olub, bunların hamısı onun üzərində bina olmalı, ona istinad etməli, onun 
üzərinə bina olunmayan heç bir qanuna qanun nəzərilə baxılmamalıdır... 
Əli bəy Azərbaycanı orta əsrlərdən çıxarırdı. Despotik idarə üsulunu sarsıda 
bilən informasiyanın xalqa ötürülməsini də, vətəndaş haqları və hürriyyət məşqinin 
ilk dərslərini də etiraf etməliyik ki, Azərbaycan ilk dəfə Əli bəydən öyrənirdi. Əli 

74 
 
bəy  qaimməqamın  xalq  tərəfindən  işdən  uzaqlaşdırılması,  siyasi  məhbusların 
camaat  tərəfindən  azad  edilməsi,  hardasa  camaata  zülm  edən  valinin  xalq 
tərəfindən  döyülməsi,  əsgərlərin  üsyançılara  silah  qaldırmaqdan  imtina  etməsi... 
barədə yazırdı. Yazırdı ki, "Biz arzu edərdik ki, müsəlmanların özlərinə məxsus 
bir  proqram  və  firqələri  olsun  (kursiv    mənimdir  —  A.T.)  və  o  firqə  də 
müsəlmanların  və  bilxassə  türk  və  tatarların  hər  növ  müsavat  və  hürriyyətləri  ilə 
bərabər  hüquqi-qövmiyyə,  lisaniyyə  və  diniyyələrini  təmin  edən  sair  firqələrə 
iltihaq etsin... Bizim üçün nicat, hər növ hürriyyət və hüquqi-müsavat tələb edən 
firqələrlə  birləşməkdədir...  Artıq  intixabat  başlıyor.  İntixabatın  surəti  məqulədə 
cərəyan  edib  hüsni-nəticə  verməsi  cəmaətimizin  bəsirət  və  himmətinə  vabəstədir, 
vəssalam!.."
157
 
Bütün  bunlar  zorən  çar  Rusiyasının  bir  əyalətinə  çevrilən  Azərbaycanın 
əhalisi  üçün  ciddi  xəbərdarlıq  və  çağırışlar,  misilsiz  informasiyalardı.  Məhz  bu 
yazılardan  sonra  millət  öz  hüququnu  tanıyır,  yaxud  bu  barədə  düşünməyə 
başlayırdı... 
 
Əli bəy Hüseynzadəyə «rəsuli-həqq» deyən Abdulla Cövdət 
 
Əli bəy Hüseynzadəni ilk dəfə "rəsuli-həqq" adlandıran Abdulla Cövdətdir. 
A.  Cövdət  haqqında  Azərbaycanda  ilk  və  son  yazını  Əli  bəy  Hüseynzadə 
1906-cı ildə yazıb. 
 
* * * 
 
Əli  bəy  Hüseynzadənin  təqdimatından  görünən  "türkcə  və  fransızca  əşari-
güzidə və asari-fənniyyeyi-mütəəddidəsi ilə müstəşir" Abdulla Cövdətin bənzərinə 
Türkiyədə yazılmış heç bir yazıda rast gəlmək olmur. 
Onun  düşüncə  və  fəaliyyət  çevrəsini  araşdıranların  fikrincə  Atatürkün 
Qərbə  istinad  edən  radikal  davranışlarının  kökündə  də  doktor  Abdulla  Cövdətin 
təsiri olmuşdu. İngilis tarixçisi Bernard Levs də, türk alimi Tarik Z. Tunaya da bu 
qənaətdədirlər. 
Abdulla  Cövdət,  məsələn,  Əli  bəy  Hüseynzadəyə  "rəsuli-həqq"
158
  deyə 
biləcək  qədər  bənzətmələrində  aşırı  gedən  bir  insandı.  Amma  bunun  da  ayrıca 
səbəbləri vardı və bu kitabda həmin məsələyə də münasibət bildiriləcək. 
 
* * * 
 
Abdulla Cövdət Namiq Kamaldan, Əli Suavidən... sonra çağdaş Türkiyənin 
ideya  təməlini  qoyanlar  sırasında  Əli  bəy  Hüseynzadə,  İbrahim  Temo,  İshaq 
Sükuti... ilə eyni sırada, birincilərdəndi. 

75 
 
1869-cu  ildə  sentyabr  ayının  9-da  dünyaya  gələn  Abdulla  Cövdət  1932-ci 
ildə 63 yaşında dünyasını dəyişmişdi. 
 
* * * 
 
Tarık  Zafer  Tuna  Abdulla  Cövdətin  cənazə  törənində  yaşanan  hadisələri 
xatırlayaraq  yazırdi:  "Günlərdən  29  qasim  1932  salı.  Ayasofiya  camesinin  arxa 
qapısında bir cənazə törəni. Seçkin bir qalabalıq dr. Abdulla Cövdət bəyin tabutu 
başında. Cənazə  namazına başlanacağı sırada gənc bir müəllim, İlhan Şövkət bəy 
doktorun  dinsiz  olduğunu,  dini  törən  yapılarsa,  məzarında  rahatsız  olacağını 
söyləyir. 
Abdulla Cövdət bəy kimi, 1889-cu ildə "İttihad və Tərəqqi"nin İstanbuldakı 
ilk  qurucularından  dr.  Hüseynzadə  Əli,  onun  dinsiz  olmadığını  bəlirtir...  Qısa  bir 
sürə sonra mübahisə kəsilir. 
Zamanın bəzi qəzetləri, özəlliklə 1 aralıq 1932-ci il tarixli Cümhuriyyət belə 
yazırlar.  Yaşamında  olduğu  kimi,  tabutu  başında  belə  dartışma  yaradan  doktorun 
cənazə  arabası,  iki  yüzdən çox avtomobilin  müşaiyyətilə  Mərkəzəfəndiyə  hərəkət 
edir..."
169
 
Beləliklə,  Əli  bəy  Hüseynzadə  "dindar  bir  dinsiz  və  ya  dinsiz  bir  dindar" 
adlandırdığı  Abdulla  Cövdətin  axirət  evinə  namazsız  yola  salınmasına  imkan 
verməmişdi. Vaxtilə onu rəsuli-həqq adlandıran Abdulla Cövdətlə sonacan fikir və 
məfkurə dostu olduğunu cənazə törənində də isbatlamışdı. 
 
* * * 
 
Abdulla  Cövdət  Dozinin  "Tarixi-İslamiyyət"  əsərini  tərcümə  etdiyinə  (bu 
kitabın  tərcüməsi  Türkiyədə  hətta  Məbusan  Məclisində  müzakirə  olunmuşdu  və 
kitab  yasaqlanmışdı)  görə  yamanlanırdı.  Ancaq  "İslamın  quduz  düşməni"
160
  kimi 
təqdim edilən Abdulla Cövdət ruhunda böyük bir iman duyğusu daşıyırdı. "İslamın 
cəzb  edə  bilmədiyini  türklük,  türklüyün  cəzb  edə  bilmədiyini  islam  cəzb 
edəcək".
161
  Bu  fikirləri  söyləyən  bir  adam,  necə  dinsiz  ola  bilərdi?  Abdulla 
Cövdətin  davası  başqaydı.  Dinə  qarşı  deyil,  istibdada,  mütləqiyyətə  qarşıydı.  "O, 
dinə, dinin yüksəlməsinə, mövhumatın təsfiyəsinə hizmət etmişdi".
162
 
Abdulla  Cövdətin  dinsizliyini  Volterin,  Xəyyamın  dindarlığı  ilə 
qiyaslandıran  Əli  bəy  Hüseynzadə  məqalələrinin  birində  bu  məsələyə  tam  bir 
aydınlıq gətirərək yazırdı: 
"Şairliyə qırx il əvvəl "Nəti-şərif" ilə başlayan bu arkadaşıma vəfatından üç-
dörd  ay  əvvəl  Tibbi-Adli  müdərrisi  Ədhəm  Akif  bəyin  hüquq  fakültəsindəki 
odasında rast gəldim; orada bir aralıq ihtifalı dolayısıyla Hötedən bəhs açıldı, bir az 
şaka  tərzində  dedim  ki:  Cövdət,  Höte  şairliyə  Məhəmməd  əleyhdarı  bir  gavur 

76 
 
olaraq başlamışkən, nəhayət, O-nun peyğəmbərliyinə inanaraq öldü; qorxuram ki, 
şairliyə müsəlman imanıyla başlayan sən, aqibət gavur olaraq öləcəksən!.. 
Mərhum bir az sinirləndi, dedi ki, Məhəmmədin peyğəmbərliyinə inanan bir 
müsəlman olmadığımı sizə kim söylədi?! 
Bunun üzərinə Akif bəy: 
—  Öylə  isə,  ustad,  dedi,  bu  vadidə  də  bir  şeylər  yazsana!  Haqqındakı 
şübhələr  ortadan  qalxsın!  Cövdət  yazacağını  vəd  etdi  və  kim  bilir,  ibadət  dilinin 
türkcəyə  çevrildiyi  bu  günlərdə  nə  kibi  ictihadlarda  bulunacaqdı?  Fəqət,  heyhat, 
ömrü  vəfa  etmədi!..  Hər  halda,  həqiqət  şu  ki:  Böyük  məfkurəsinə  doğru  təkamül 
mərhələlərini  müstəqim  bir  hal  üzərində  qət  edən  Ziya  Gökalpın  əksinə  olaraq 
hədəflərinə varmaq üçün pək ziqzaq fikir və qənaət yollarında addımlayan Abdulla 
Cövdətin  həyatı  bir  sürü  bariz  və  anlaşılmaz  təzadlarla  doludur.  Onun  şəxsiyyəti 
ruh ilə cismin, mənəviyyat ilə maddiyyatın, ideal ilə ehtirasın daimi çarpışmasına 
səhnə olmaqdan ibarət qalmışdır".
163
 
Onu da xatırlatmaq yerinə düşər ki, Əli bəy Hüseynzadənin tam dini yöndə 
yazılmış "İncizablarım" şeri 1923-cü ildə A. Cövdətin "İctihad" məcmuəsində dərc 
olunmuşdu: 
 
Vəhy ilə səmadan enmədir Quran.  
Quranla pestidən yüksəlir insan.  
Məhəmmədin ruhu pür məalidir  
Meraca məzhərdir o ruhi-zişan. 
 
Nicatı sidqdə ara, sadiq ol;  
Adil ol, batildən haqqı fariq ol,  
Alnında iffətin nuru parlasın,  
Rızayı Heydərə talib, aşiq ol. 
 
Qadınlığa şərəf vermişdir Zəhra,  
O nuri-dideyi Həbibi-Xuda.  
Etmişdir analıq vəzifəsini  
Xaneyi-Heydərdə bihəqqin ifa. 
 
Sadıq  bəy  Ağabəyzadə  Əli  bəyə  ünvanladığı  1923-cü  il  10  noyabr  tarixli 
məktubunda  yazırdi:  "Sənin  Peyğəmbər,  onun  qızı,  xələfi  barədə  şerin  daha  çox 
əziz  Abdulla  Cövdətin  bəraətinə  təsir  göstərəcək,  əks  təqdirdə  belə  bir  şeri  dərc 
edən jurnalın redaktoru dinsiz ola bilməz. Ona mənim salamımı çatdır". 
Əli bəy nə üçün dini məramlı şeir yazdı və onu A. Cövdətin məcmuəsində 
dərc  etdirdi?  Ağabəyzadə  isə  öz  məktubunda  A.  Cövdətin  bəraəti  barədə  söhbət 
açır.  Bunlar  təsadüfi  məqamlar  deyil.  Bəhailər  haqqında  yazdığı  bir  məqaləsinə 
görə  Abdulla  Cövdət  həbs  olunmuşdu.  Əli  bəy  də  həmin  şerini  məhz  Abdulla 
1   ...   5   6   7   8   9   10   11   12   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə