Azər Turan



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə10/19
tarix31.01.2017
ölçüsü2,06 Mb.
#7202
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

* * * 
 
Cövdətin başyazarı olduğu "İctihad" məcmuəsi də o dönəmdəki Türkiyənin 
qərbçiliyi  təbliğ  edən  bəlkə  də  yeganə  tribunasıydı  və  tutaq  ki,  islamçı  görüşləri 
təlim  edən  "Səbirül  Rəşad"  nə  dərəcədə  dinçi  idisə,  "İctihad"  da  bir  o  qədər 
qərbçiydi. 
 
* * * 
 
Bayronun  "Şilyon  məhbusu"na  yazdığı  müqəddimədə  Cövdətin  söylədiyi 
fikirlər  bugünkü  nöqteyi-nəzərdən  daha  diqqətçəkicidir:  "Bu  gün  Bayron  sağ 
olsaydı,  türklər  dəxi  əlan  Türkiyədə  icrayi  hökm  edən  bişüur  məmurların  idareyi 
müstəbidəyi-mütləqəsindən  qurtulmaq  üzrə  qiyam  etsələrdi,  əcaba  Bayron  türk 
mücahidlərinin  səfləri  arasında  bulunmazmı  idi?  Bu  suala  "Əvət,  bulunurdu"  — 
deyə cavab verməyə pək mütəmayiliz, bu təmayüldə haqlı olduğumuza Bayronun 
"Çayld  Harold"  ünvanlı  əsərindən  müstəxrəc  şu  sözləri  işhad  edəriz:  türklər  nə 
aldatıcıdırlar, nə alçaqdırlar, nə də qatildirlər, etiqadsızları ehraqi-binnar etməzlər. 
Daima  inkviziyonsuz  olaraq  öz  bir  olan  allahlarına  sadiqdirlər".
164 
Abdulla 
Cövdətin Bayrondan çevirdiyi bu fikirlərə Əli bəy Hüseynzadə tamamilə başqa bir 
aspektdən  dəyər  verirdi:  "Bir  əsr  əvvəl  Bayron  kimi  haqpərəst,  bir  böyük  dahi 
tərəfindən  söylənən  bu  sözlər,  bu  gün  türkləri  vəhşilikdə  ittiham  etmək  istəyən 
qərəzkəranə mətbuata gözəl bir cavab olduğuna diqqət etməlidir".
165 
 
* * * 
 
...Bəllidir ki, iyirminci yüzilin əvvəllərində Türkiyədə fransız filosofu Oqüst 
Kontun  (1798-1857)  pozitivist  fəlsəfəsi  çox  məşhurdu.  Filosof  metafizikadan  və 
ümumiyyətlə, təcrübəyə söykənməyən bütün düşüncələrdən imtina edib özü həyat 
dini adlı yeni bir din təklif edirdi və "indiyə qədər insanların inandığı bütün dinləri, 
insanlıq  dininə  keçid  üçün  bir  hazırlıq  mərhələsi"
166
  hesab  edirdi.  Böyük  bir 
aydınlar  nəsli,  o  cümlədən  ...Tofiq  Fikrət,  Rza  Tofiq,  Cənab  Şəhabəddin,  Xalid 
Ziya  Uşaqlıgil...  insan  düşüncəsini  teoloji,  metafizik  və  pozitiv  olaraq  üç 
mərhələdən ibarət hesab edən pozitivist fəlsəfənin böyük təsiri altındaydılar, onun 
peşindəydilər. Tofiq Fikrət isə bu səhnədə daha qabarıq görünürdü: 
 
Düşünüb işləmək ayinimdir; 
Yaşamaq dini mənim dinimdir. 
Möminəm: Varlığa imanım var; 

78 
 
hər qanad bir mələk eylər iqrar. 
Məndədir xeyr ilə şər əsbabı. 
...Dini haqq, məncə bu gün dini-həyat...
167 
 
Hələ 1908-ci ildə "İctihad" məcmuəsində yazdığı "İhya-yi Layemut: Hekim 
Edib  Ali  Bey  Hüseynzade"  məqaləsində  "Əli  bəy  üzərimizdə  bir  rəsul  təsiri  icra 
edərdi" — deyən Abdulla Cövdət də pozitivizmin təsiri altındaydı və bu fəlsəfəni 
təmsil edən ədəbiyyatı türkcəyə tərcümə edirdi. 
İstanbul    kimi  qədim  dini  ənənələrə  malik  olan  bir  şəhərdə  Qafqazlardan 
gəlmiş gənc bir fikir adamını birbaşa rəsul deyə təqdim etmək məhz "elm adamı bir 
rəsuldur"  düşüncəsinə  söykənən  bir  ibarəydi.  Əli  bəy  Hüseynzadə  ərəb,  fars, 
ingilis, rus, alman, fransız, yunan, çin dillərini,   bu dillərdə yaradılmış ədəbiyyatı 
sərbəst oxuya, yaxud mükəmməl tərcümə edəcək bir səviyyədə gözəl bilirdi. Onun 
Əsgəri-Tibbiyəyə gəlişi ilə Avropa mədəniyyətinin havası Universiteti qapsamışdı. 
Əli  bəy  Peterburqdan  gəlmişdi.  Dünyanın  ən  qabil  və  görkəmli  elm 
müəssisələrindən birini  yüksək səviyyədə  tamamlamışdı və onun  Abdulla  Cövdət 
tərəfindən  rəsul  adlandırılmasının  bir  səbəbi  də  bu  idi.  Pozitivizm  Əli  bəy 
Hüseynzadə tipli  insanları peyğəmbər mərtəbəsində görürdü. Çünki "elm adamları 
bir rəsul idilər". 
Hüseynzadə  barəsində  yazanlar  təəssüf  ki,  bir  qayda  olaraq,  bu  epitetin 
zahiri  cazibədarlığına  məftun  olublar.  Fərqinə  belə  varmayıblar  ki,  rəsuli-həqq 
məsələsi ötəri, gəlişigözəl bir söz deyil, ciddi siyasi proseslərin nəticəsində hasilə 
gəlmiş xüsusi bir hadisədir. 
Abdulla  Cövdətin  1906-cı  ildə  "Füyuzat"da  yazdıqlarından  da  anlaşılır  ki, 
hələ  Parisdə  yaşadığı  illərdə,  onun  nəzər-nöqtəsinə  görə,  ən  gözəl  ibadət  elm 
öyrənməkdir,  "bizim  məzhəbimizdə,  məzhəbi  həqdə,  həqiqi  müsəlman 
məzhəbində əfzəli-ibadət, nasə xidmət etməkdir". 
 
* * * 
 
Abdulla  Cövdətin  tərcüməçilik  istedadını  Əli  bəy  çox  yüksək 
dəyərləndirərək yazırdı ki, Abdulla Cövdət Avropa şairlərini bəzən nəzmən, bəzən 
də  nəsrən  tərcümə  ediyor.  Fəqət,  hansı  surətlə  olursa-olsun,  bu  tərcümələr 
fövqəladə gözəl düşüyor. Adətən, əslindən heç vəchlə geri qalmıyor! 
Abdulla Cövdət Hamleti, Şekspiri türkcəyə nə üçün tərcümə edirdi? 
Bir tərəfdən onun  fikrincə, "Şekspir başlı-başına bir cahandır; başlı-başına 
bir kainatdır; başlı-başına bir kövnü-məkandır". 
Cövdət  bir  də  onu  xatırladırdı  ki,  "məşhur  Volter  ilə  Rusiya  imperatriçəsi 
böyük Katerina arasında təati olunmuş məktubları vaxtilə oxumuşdum. Bunlardan 
birində  Volter  diyor  ki,  "Türkiyəyi  təqsim  etməli,  türkləri  məhv  etməli,  çünki 
onlarda zövqi-şeir və ədəb yoxdur". Bu bir iftiradır, o başqa bəhs,  fəqət bən şimdi 

79 
 
az qalıyor ki, "Şekspiri sevməyən, Şekspiri təqdir etməyən millətləri yer yüzindən 
qaldırmalı" deyəyim". Elə  A. Cövdətin  yazısının bu  yerində  Əli bəy  Hüseynzadə 
münasibət bildirib Tolstoyun Şekspiri rüsvay etməsini xatırladır. "Tolstoy Şekspiri 
öylə  kəlmələrlə  söydü  ki,  o  kəlmələri  qələm  bir  ədəbi  cəridə  sütunlarına  zikrdən 
utanır.  Məmafih  "Füyuzat"  Şekspirin  əhəmiyyətini  nə  Cövdət  qədər 
mübaliğələndirmək, nə də Tolstoy qədər tənqis etmək istər".
168 
 
* * * 
 
Abdulla  Cövdətin  Şekspirə  münasibətinin  dərəcəsi  elə  özünün  vəcdli 
sözlərlə  ifadə  etdiyi bir səviyyədədir. Ancaq Əli bəy Hüseynzadə  onun Şekspirin 
əsərlərini, xüsusən "Hamlet"i türk dilinə tərcümə etməsi ilə əlaqədar yazırdı ki, nə 
üçün...  o,  dünya  ədəbiyyatının  belə  möhtəşəm  bir  əsərini  tərcüməyə  girişdi. 
"Səbəbi aşikardır: Sultan Həmid dövrünün türkləri ilə "Hamlet" arasında  olduqca 
bir  müşahibət  var  idi...  İşdə  türklər  də  Sultan  Muradın  süqutundan  və  Midhət 
paşanın  şəhadətindən  sonra  Sultan  Həmidə  bir  ögey  ata  nəzərilə  baxıyorlar. 
Qanuni-əsasi  bu  hökmdarın  zərbəsilə  mühlik  bir  sədəməyə  uğradıqdan  sonra 
osmanlılar üçün ən mühüm məsələ "varmı olayım, yoxmu" məsələsi oldu". 
Eyni sözləri "Yuli Sezar"ın tərcüməsi ilə əlaqədar da demək olar. Cövdətin 
məqsədinin  kökündə  əslində  Şekspirin  gərəkli  olan  belə  fikirlərini  cəmiyyətə 
xatırlatmaq  istəyi  dayanırdı:  "Romalılar  qoyun  sürüsünə  döndükləri  üçün  Sezar 
qurd kimi olmuşdu". 
 
* * * 
 
A.Cövdət  "İttihad və  Tərəqqi"nin ilk təmsilçlərindən biri  kimi İstanbuldan 
çıxarılmışdı. Bu ərəfələrdə Parisdə, İngiltərədə, Almaniya və İsveçrədə, Avstriyada 
yaşamışdı.  Fransız  dilini  fransızca  mükəmməl  şeirlər  yazmaq  dərəcəsində 
öyrənmişdi. "Pafale de parfums" kitabındakı orijinal şeirlərini Qərb ədəbiyyatçıları 
yüksək  dəyərləndirirdilər.  Ərəbcə,  farsca  yazdığı  şeirlər  də  kamil  ədəbi 
nümunələrdir. 
* * * 
 
Abdulla  Cövdətin  çarpıcı  və  türk  cəmiyyətini  hövsələdən  çıxaran  fikirləri 
çoxdur.  O  heç  kəsin  demədiyini,  heç  də  hamının  inanmayacağını,  qəbul 
etməyəcəyini  dilə  gətirirdi:  "Digər  vacib  bir  tədbir  qanımıza  qan  əlavə  etməkdir. 
Türkiyə  içinə  bir  köç  sistemi  axımı  gerçəkləşdirilməlidir.  Mən  bu  sistemi 
incələyirəm. Nəticəni Sağlıq və Sosial yardım bakanlığına sunacağam. Bunun ana 
cizgiləri,  İtaliya,  Almaniya  kimi  müdhiş  bir  dərəcədə  artan  və  daşan  millətlər 
vardır... Bunları türkləşdirmək şərtiylə ərazi veririk. Sosial durumları layiq olan bu 
adamlar Türkiyədə evlənərək əqrabalıq qurub türk irqi içində qaynarlar. Digər bir 

80 
 
şərt  də  Anadolu  içinə  gələcək  və  qanlarını  qanlarımıza  qatacaq  bu  köçmənlərin 
ziraət və ziraət sənayesində bilgili olmaları və bir miqdar sərmayəyə sahib olmaları 
gərəkdir".
169
 
"Tevhidi  Əfkar"da  yazdığı  bu  sözlərdən  sonra  aləm  bir-birinə  dəymişdi. 
Abdulla Cövdəti qınamışdılar. 
Amma  Abdulla  Cövdət  də  fikirlərində  israrlıydı.  Cavab  verirdi  ki, 
"müsəlman  və  türk  olmaq  istəyi  ilə  qanı  aşıb-daşan  köçmən  selləri  vardır  ki, 
bunlardan yararlana bilərik deməklə (damazlıq insan) və qan (artımı)nın nə əlaqəsi 
vardır".
170
 
Abdulla  Cövdət  türkləşdirmənin  mümkün  olan  və  olmayan  bütün 
aspektlərinə  müdaxilə  edirdi.  Onun  türkçülük  görüşləri  əslində  başqa  və  fərqli 
məzmun  kəsb  edirdi.  Cövdətə  görə  türkləşdirmə  heç  də  türkün  türkləşməsiylə 
məhdudlaşmamalıydı.  Onun  nəzər-nöqtəsinə  görə  "Fransa,  yüksək  kültürünün 
yayılmasıyla  millətləri fransızlaşdırır" demək daha doğruydu.  Şərqdə də, Qərbdə 
də aydınların və  seçkinlərin əksəriyyəti az-çox fransızlaşmışdı. İngilis kültürünün 
yayğın  olduğu  uzaq  doğuda  və  xüsusən  Yaponiyada  münəvvərlər,  öndərlər  
ingilisləşmişdilər.  Cövdətə  görə  fransız  mədəniyyətinin  aydınlatdığı  hər  yer 
Fransadan ibarət idi. Fransız Fransada "Vətəndaş, fransızca danış!" deməyə möhtac 
deyildi.  Danışmaq bir  yana dursun  -  deyə  Cövdət  yazırdı  —  Parisdə  fransız  şairi 
olmuş  ingilis,  alman,  yunan...  və  hətta  bir  türk  şairi  də  görmüşəm.  Onun  "Lyre 
Turque"  adlı  şeir  kitabının  yayınlanmasını  Paris  şairləri  1901-ci  ildə  böyük  bir 
ziyafətlə  qutlamışlar.  Cövdət  deyirdi  ki,  bizim  qüvvətli,  səs  salan  və  parlaq  bir 
kültürümüz,  bir  dilimiz,  bir  ədəbiyyatımız,  bir  mütəfəkkir  zümrəmiz  olsun,  o 
zaman türkləşdirməklə   məşğul   olmağa   qətiyyən   hacət   qalmadan, türkləşmə 
sürətli  bir  şəkildə  genişlənər  və        dərinləşər...  Tanıdıqlarımızdan  Stüart  Mill  bir 
ingilis  olduğunu  heç  xatırlamazdı  və  mükəmməl  bir  fransız  şairiydi.  Con  Morias 
bir yunanlı olduğu halda, guzidə bir simvolist fransız şairi olaraq öldü. De Musset 
yəhudi  çocuğu  ikən...  fransız  ədəbiyyatını  eyha  etdi.  Yəhudi  Heyne  alman 
şairlərinin ən ünlülərindəndir"
171
 və s... 
 
* * * 
 
Abdulla Cövdət Əsgəri Tibbiyyədə təhsil almışdı. 1894-cü ildə Əli bəy kimi 
o da yüzbaşı rütbəsi və həkimlik ixtisası ilə tibbiyəni bitirmişdi. 
O  da  Əli  bəy  Hüseynzadə  ilə  birgə  Türkiyənin  sonrakı  taleyini 
müəyyənləşdirən "İttihad və Tərəqqi"nin qurucularından biri idi. 
 
* * * 
 

81 
 
Əli  bəy  Hüseynzadə  Peterburqdan  sonra  İstanbula  nə  üçün  gəldiyinin 
səbəblərini də bir başqasına deyil, məhz Abdulla Cövdətə açmışdı: "...Türkiyə bir 
türk  və  müsəlman  hökumətidir.  Bu  hissiyyatla  hər  digər  vətəndən  daha  ziyadə 
vətənimdir..." 
 
* * * 
 
A.Cövdət  başyazarı  olduğu  "Ramazan  bağçası"  məcmuəsində  təxminən  
1890-cı    ildə  alman  dilindən    Əli  bəy  Hüseynzadənin  tərcüməsində  Bodenştedtin 
"Xəyyam" araşdırmasını çap etmişdi. 
 
* * * 
 
Abdulla  Cövdətin  Azərbaycanla  əlaqəsi,  onun  Azərbaycan  cəmiyyətinə 
tanıtdırılması  Əli  bəy  Hüseynzadənin  əvvəlcə  "Həyat"ı,  sonra  da  "Füyuzat"ı 
vasitəsi ilə gerçəkləşir. "Həyat"da da, "Füyuzat"da da Əli bəy dönə-dönə  Abdulla 
Cövdət  barədə  yazmışdı,  onu  "insanlıq  yolunda  yorulmaq,  usanmaq  bilməyərək 
çalışan...  zati  aliqədr,  vücudi-nadirüləmsal"  adlandırmışdı,  o  isə  Əli  bəyi  "nuri-
didəm" deyə əzizləyirdi. Hüseynzadə deyirdi ki, Abdulla Cövdətin "vətən və millət 
xeyrinə etdiyi dad və fəğandan naşi görmədiyi bəla, çəkmədiyi əziyyət, uğramadığı 
möhnət  qalmamışdır.  Hürriyyət,  haqq  və  həqiqət  üzündən  məhbəslərdə, 
mənfalarda,  qürbətlərdə  sürünməklə,  vücud  çürütməklə  Dantelər,  Tassolar  kimi 
şərəfyab olanların da biri bu zatdır..."
172
 O isə darülfünunda birlikdə təhsil aldıqları 
illəri xatırlayıb: "Əli bəy sakit, mütəfəkkir haliylə, əsrarəngiz vazi-uzletperverisiyle 
(tənhalığı sevən, guşənişin halıyla — A.T.) üzərimizdə bir rəsul təsiri icra edərdi" - 
deyir.  Hüseynzadə  Əli  bəy  "Füyuzat"ın  1906-cı  ildə  nəşr  olunan  4-cü  sayının  üz 
qabığında  onun  bir  rəsmini  dərc  edib,  jurnalın  elə  həmin  sayında  da  "Abdulla 
Cövdət"  adlı  bir  məqalə  ilə  çıxış  etmişdi.  Bu  yazı  isə  Azərbaycanda  Abdulla 
Cövdət barədə yazılmış ilk və deyəsən hələlik son məqalə kimi maraqlıydı. 
 
* * * 
 
Abdulla Cövdət əvvəlcə "Həyat"ın, sonra "Füyuzat"ın həm ardıcıl oxucusu, 
həm  də  ardıcıl  müəlliflərindən  biriydi.  Hətta  həmin  illərdə  gah  Parisdə,  gah  da 
Misirdə  yaşamasına  baxmayaraq,  Bakıda  dərc  olunan  yazılara  da  dərhal  reaksiya 
verirdi. 
Abdulla  Cövdət  Misirdə  "İctihad"  dərgisinin  səhifələrində  "Həyat" 
Qafqaziya müsəlmanlarının acı bir fəryadi-intibahıdır. Fəryad deyiriz, Kəbeyi-nicat 
ilə aralarında açılmış olan girdabın müşahidəsi onlara dəhşət və fəryaddan qeyri nə 
ilham edə bilir?"
173 
- yazırdı. 

82 
 
Hüseynzadə  Əli  bəy  də  Cövdətin  yazılarını,  ayda  bir  dəfə  nəşr  olunan 
məcmuənin  fəaliyyətini  diqqətlə  izləyir,  başyazara  və  məcmuəyə  böyük  qiymət 
verirdi:  "...Bu  gün  aləmi-islamda  mətanət,  vüsət  və  ciddiyyəti-əfkar,  nəzakət, 
lətafət  və  mükəmməliyyəti-lisanı  nöqteyi-nəzərindən  birincilik  ünvanına  şayəstə 
bir cəridə varsa, o da şübhəsiz, "İctihad" məcmuəsidir..."
174
 
Bir-birləri  haqqında  xoş  sözlər  deməklə  yetinmirdilər,  onlar  iradlarında  da 
açıq və səmimiydilər. Tutalım, Cövdət Əli bəy Hüseynzadənin "Qırmızı qaranlıqda 
yaşıl işıqlar" məqaləsindəki bir məqama etiraz edərək "Simvolizm ilə dekadanlığı 
bir qiyas etdiyində yanılıyorsan: bunlar, bana qalırsa başqa-başqa şeylərdir. Bodler 
dekadanların  ünmüzəcidir.  Fəqət,  simvolist  deməkdə  mütərəddidəm.  Qustav 
Kahnın "Les symbolistes et les Dekadentes" ismli bir kitabı vardır. Fəqət bilirəm 
ki,  bunlarla  uğraşacaq  zamanımız  yoxdur"
175
  —  deyə  yazırdı  və  Cövdətin  bu 
qeydləri böyük məhəbbətlə dərginin növbəti saylarından birində dərc edilirdi. 
Yaxud,  "İctihad"  məcmuəsində  "Hökmdar  və  ədəbiyyat"  adlı  məqalənin 
sonunda  redaksiya  belə  bir  qeyd  vermişdi:  İsgəndəriyyə  kitabxanası  guya  xəlifə 
Ömərin əmrilə Əmr bin As tərəfindən yandırılıb. Əli bəy  Hüseynzadə isə "Həyat" 
qəzeti  vasitəsilə  Misirdəki  dostuna  xatırladırdı  ki,  belə  məsələlərdə  İran 
mənbələrinə əsaslanmasın. Həqiqəti öyrənmək istəyirsə Hindistanda yaşayan Şibli 
Nemaninin bu münasibətlə yazdığı əsərini oxusun. Müəllifin özü tərəfindən ingilis 
dilinə  tərcümə  olunmuş  həmin  əsərdə  Şibli  Nemani  bildirirdi  ki,  İsgəndəriyyə 
kitabxanası  Hz.  Ömər  İsgəndəriyyəni  fəth  etməmişdən  daha  əvvəl  yandırılmışdı. 
Əli  bəy  Hüseynzadə  Abdulla  Cövdətə  onu  da  xatırladırdı  ki,  İsgəndəriyyə 
kitabxanasının  əhli-səlib  müharibələri  tərəfindən  yandırıldığını  hətta  məşhur 
fransız alimi Renan da isbat edir. 
Abdulla Cövdət "İctihad" dərgisini uzun illər, ömrünün sonunacan nəşr etdi. 
Türkiyədə  yaşadığı  illərdə  Əli  bəy  "İctihad"la  müntəzəm  əlaqə  saxlayırdı, 
yazılarının, şeirlərinin, tərcümələrinin nəşr olunduğu mətbuat orqanlarından biri də 
"İctihad"dı.  "Səmada  müqəddimə",  "Kələbək",  "İncizablarım",  "Kəfalət,  yaxud 
vəfakar dostlar", Ziya bəyin "Dəli çay" şeri haqqında qeydlər... və nəhayət, böyük 
dostunun  ölümü  ilə  əlaqədar  yazdığı  "Abdulla  Cövdət"  məqaləsi  həmin  dərginin 
səhifələrində dərc olunmuşdu. Abdulla Cövdət haqqında Bakıda ilk geniş məqaləni 
"Füyuzat",  Əli  bəy  Hüseynzadə  barədə  İstanbulda  ilk  ciddi  məqaləni  "İctihad" 
oxuculara təqdim edirdi. 
Ziya  Gökalpı  da  Abdulla  Cövdətin  təlqin  etdiyi  ifrat  qərbçiliyin 
cazibəsindən  Əli  bəy  Hüseynzadə  çıxarmışdı.  Onun  Qərb  mədəniyyətinə  türk 
qanlı,  islam  imanlı  bir  fədai  olaraq  daxil  olmasını  Hüseynzadə  təmin  etmişdi: 
"Ailəsinin  doktor  Abdulla  Cövdətlə  görüşməsini  yasaqlamasına  rəğmən,  onunla 
yaxınlığını artıran  Ziya  Gökalp... fransız  sosioloq və  pozitivistlərini onun tövsiyə 
etdiyi  əsərlərdən  öyrənmişdir...  Ziya  Gökalpın  Abdulla  Cövdət  cizgisindən 
uzaqlaşması  Hüseynzadə  Əli  bəylə  tanışlıqdan  sonra  olmuşdur...  Ziya  Gökalpın 

83 
 
üzərində ən böyük təsiri isə Hüseynzadə Əli bəy yapmış və onun yaxşı bir türkçü 
olmasını təmin etmişdir".
176 
 
* * * 
 
Abdulla Cövdət həm də Əli bəy Hüseynzadə kimi tibbə dair kitablar yazırdı. 
Beyin  problemləri  ilə  məşğul  olurdu,  "Fiziyologiyayi-dimağ"  əsəri  dövrünün 
istinad  edilən  tibbi  kitablarından  biriydi.  İstanbulda  göz  həkimi  işləyirdi.  Və  Əli 
bəyin təbiriycə, sadəcə cismani gözlərin deyil, mənəvi gözlərin də təbibi olmuşdu... 
Əli  bəy  Hüseynzadənin  1906-cı  ildə  yazdığı  "Əbdi-qlaf  və  Məhfəzə  qulu" 
əsərinin  əsas  personajlarından  biri  Abdulla  Cövdətdir.  Xaraktercə  demək  olar  ki, 
bu Abdulla Cövdətlər eynidir. 
Sadıq  bəy  Ağabəylinin  1920-ci  illərdə  Parisdən  Əli  bəyə  yazdığı 
məktublardan aydınlaşır ki, Əli bəyin evinin məhrəm adamlarından biri də Abdulla 
Cövdət olmuşdur.
*
 
 
Əli bəy Hüseynzadə müasir Azərbaycan boyakarlıq sənətinin banisidir 
(rəsm əsərləri haqqında məlumat) 
 
"Bir  vaxtlar  rəssamlığa  çox həvəsim  var  idi,  hətta  az  qaldı  Peterburqun 
sənayei-nəfisə  akademiyasına  giriyordum.  Ancaq  ülum  və  fünun  təhsilinə 
meylim  qalib  gəlib  məni  ayrı  yollara  sövq  etdi...  Bununla  bərabər  rəssamlığa 
meylim  heç  azalmadı!  Hətta  getdikcə  çoxaldı  belə!..  Çoxaldığı  üçün 
kitabxanamın bir qismini hər vaxt rəssamlığa dair kitablar təşkil edirdi: "Tarixi-
sənayei-nəfisə",  Tenin  "Fəlsəfəyi-sənayei-nəfisə"si,  Karl  Robertin  portret, 
mənzərə  və  sair  nəzəriyyatı,  fənni-mənazir,  nəzəriyyəyi-əlvan  və  ilx.  həp  bu 
cümlədən idi. Fikrimin, zehnimin yorğun zamanlarında hər növ iş-gücümü tərk 
edib rəssamlığımda, nəqqaşlığımda özüm böyük istirahət tapardım..." 
Əbülnəqqaş - Ə.Hüseynzadə 
 
Əli  bəy  Hüseynzadənin  bir  rəssam  olaraq,  sənətkarlığı  barədə  Türkiyə 
sənətşünaslarından  Özay  Erkılıcın  mülahizələri  maraqlıdır:  Əli  bəyin  "sehirləyici 
bir üslubu var. Sağlam cizgi və prespektiv anlayışının rənglərdə tez-tez ustaca bir-
birini əvəz etməsi" və s. 
Səlim  Turan  isə  atasının  rəsmləri  haqqında  danışarkən  "üslublarımız  çox 
fərqlidir" — deyirdi. 
                                                           
*
  Bu  kitabın  üzərində  çalışarkən  Türkiyənin  Ege  Universitetinin  professoru  Əli  Yavuz  Akpınarla 
görüşdüm.  Yuxarıda  qeyd  etdiyim  kimi,  Əli  bəyin  arxivinin  əhəmiyyətli  bir  hissəsini  qızı  Feyzavər 
həmin  universitetə  bağışlayıb.  Akpınar  söylədi  ki,  arxivdə  Abdulla  Cövdətin  Əli  bəyə  yazdığı  otuza 
yaxın məktub qorunur – müəllif. 

84 
 
(Əli  bəy  Hüseynzadədən  bəhs  edən  bu  kitabda  onun  təsviri  sənət 
sahəsindəki çalışmalarının qısa xülasəsini verməklə kifayətlənirəm). 
1. "Pilevnə qəhrəmanı Qazi Osman paşanın rəsmi". 
Bu  əsərə  görə  Əli  bəy  İran  şahı  Müzəfərəddin  tərəfindən  "Şiri-xurşid" 
ordeni ilə təltif olunub. 
2.  "Tesaliya hərbində türk əsgərləri" 
Tablonun Berlin Hərb Tarixi Muzeyində saxlanıldığını deyənlər də var. Əli 
bəy isə onun Sultan Əbdülhəmidə verildiyini yazır. 
3.  "Şeyxülislamın portreti" 
Yağlı boya. Bakıda Azərbaycan İncəsənət Muzeyindədir. 
Bu  əsər,  birmənalı  şəkildə  belə  bir  qənaəti  söyləməyə  əsas  verir  ki,  onun 
yaradıcısı Əli bəy Hüseynzadə müasir Azərbaycan rəngkarlığının banisidir. 
(Həmin  əsəri  Hüseynzadə  Peterburqda  təhsil  alarkən  tətillərdən  birində  — 
Tiflisdə  çəkib.  İstanbul  Darülfünuna  gedərkən  portreti  nənəsinin  dəvəyunu  şalına 
büküb özü ilə aparıb. 1903-cü ildə Bakıya gətirib və qardaşı İsmayıl Hüseynzadəyə 
bağışlayıb.  Muzeyə  isə  onu  İsmayıl  bəyin  qardaşı  oğlu  Bəhram  Hüseynzadə  və 
onun həyat yoldaşı Sara Aşurbəyli təqdim edib. 
Əli  bəy  1880-ci  illərdən  etibarən  professional  rəssamlıqla  məşğul  olub. 
Onun  belə  mükəmməl  bir  portreti,  eləcə  də  digər  əsərləri  yaratmasını  nəzərə 
almayan müəlliflərin realist dəzgah boyakarlığının, portret və  mənzərə janrlarının 
formalaşmasını  Bəhruz  Kəngərlinin  adı  ilə  bağlamasını  anlamaq  çətindir. 
Unutmayaq  ki,  Əli  bəy  Hüseynzadə  "Şeyxülislamın  portreti"  əsərini  yaradarkən 
Bəhruz Kəngərli hələ dünyaya gəlməmişdi (doğumu 1892). 
4. "Xacə Hicri əfəndinin portreti". 
Bu əsər barədə və digər rəsmlərinin varlığı haqqında ötəri də olsa, məlumat 
verən  bir  yazısında  Əli  bəy  Hüseynzadənin  belə  bir  xatırlatması  var:  "Bir  gün 
İstanbul  fazil  üləmasından  Xacə  Hicri  əfəndi  həzrətləri  öz  əsəri-təbi  olan  bir 
mənzuməyi bənə oxuyurdu ki, bir qitəsi böylə oldu: 
 
Gülzara baxdım ağladım,  
Tutmuş bu insanlar yeri.  
Vəhşi bir alayi-sərsəri,  
Yad eylədim keçmişləri,  
Hüzzarə baxdım ağladım!.. 
 
Xacə  Hicri  əfəndi  nurani  üzlü,  ağ  saqqalı  qoca  bir  kişi  idi...  İsrail 
peyğəmbərlərinin rəsmlərini çəkən Avropa rəssamları onu görsəydilər, öz lövhələri 
üçün nümunə ittixaz edə bilərdilər. Bən də əlimdəki qurşun qələmlə onun şəklini 
çəkmək həvəsinə düşdüm... bilmiyoram, qoca adamlardakı riqqəti-qəlbiyyədənmi, 
nədənmi Hicri əfəndi balada dərc olunan qitəyi oxurkən ağladı... 

85 
 
Bənim  əlimdəki  kağız  üzərində  dəxi  onun  rəsmi  ağlar  bir  halda  çıxdı... 
Lazım  idi  ki,  onun  dəvairi-rəsmiyyəsində  hər  an  baxıb  ağladığı  adamların  dəxi 
portretləri  göstərilsin.  Bunun  üçün  bən  də  Hicri  əfəndinin  rəsmi  müqabilində  bir 
neçə  məxluq  şəkli  çəkdim  ki,  bədənləri  əlbiseyi-rəsmiyyəyi  ləbis  insan  bədənləri 
olduğu,  başları  qoyun,  öküz,  qurd,  ayı  və  sairə  başlarından  ibarət  idi.  Bənim  bu 
yoldakı kiçik şəkillərim bənə kiçik bir şöhrət qazandırdı..."
177
 
5. "Azərbaycanlı ailəsi". 
Yağlı boya. İstanbulda Feyzavər Alpsarın evindədir. 
Bu əsərdə təsvir olunan yaşlı qadın Nisə xanım Əli bəyin nənəsi Hüsniyyə 
xanımın  bacısıdır.  Şeyxülislam  Əhməd  Səlyaninin  baldızı  və  şeyxülislam  Axund 
Məhəmmədəlinin  qızıdır.  Tablodakı  kiçik  qız  isə  İsmayıl  bəyin  qızı 
Böyükxanımdır. 
6. "Azərbaycanlı ailəsi". 
Yuxarıda  qeyd  olunan  əsərin  başqa  bir  variantıdır.  Əli  bəy  bu  əsəri 
Azərbaycandan  getdiyi  ərəfədə,  yəni  1910-cu  ildə  sonuncu  dəfə  Salyandakı 
qohumları ilə vidalaşarkən ata yurdunda çəkib. Qələmlə kağız üzərində çəkilmiş bu 
əsər Səttar Bəhlulzadənin bacısı oğlu Rəfail Abdinovdadır. Əsəri ona nənəsi Maral 
xanım bağışlayıb. R.Abdinovun atası Böyükağa Əli bəyin qohumlarındandır. 
7. Bibiheybət məscidi. 
Azərbaycan incəsənət muzeyindədir. 1905-1906-cı illərdə çəkilib. 
"Bibiheybət  məscidi"  əsərini...  Bakıdakı  ingilis  konsulu  Mak  Donnel  alıb 
Londona göndərmək istəyir... Bu söhbəti "Bəradərən Orucovlar"ın böyük qardaşı o 
axşam  H.Z.  Tağıyevin  evində  qonaq  olanda  danışır.  Hacı  Zeynalabdin  beş  yüz 
manat verib deyir ki, həmin əsəri sabah göndər bizə... Ancaq bu barədə Əli bəy heç 
nə  bilməsin,  pul  almaz.  Bibiheybət  məscidinin  şəkli  qoy  Bakıda  qalsın,  gedib 
Londona düşməsin".
178
 
8. "Çeşmə başında" 
Bu  əsəri  Ə.  Hüseynzadə  "Bibiheybət  məscidi"  rəsmi  ilə  bir  yerdə  Orucov 
qardaşlarının Nikolayevski küçəsindəki mağazasına satış üçün verir. Müəllimlərin 
yığıncağında  Həbib  bəy  Mahmudbəyovun  təklifilə  müəllimlər  hərəsi  on  manat 
qoyub  şəkli  300  manata  alıblar.  Sonra  həmin  şəkil  püşkatma  nəticəsində 
müəllimlərin birində qalıb. 
"Çeşmə  başında"  tablosunda  "meşənin  içində,  bulaq  başında  yaşlı  bir 
adamın namaz qılması təsvir edilmişdi".
179
 
9. "Mənzərə" 
Osmanbəydəki evdədir. 
Səlim  Turan  deyir:  "Atam  bu  rəsmi  mən  on  üç  yaşında  olanda, 
Süleymaniyədəki evimizin pəncərəsindən baxaraq çəkmişdir". 
10. "Şeyx Şamilin portreti" 
Saida Santurun İstanbuldakı evindədir. 

86 
 
"Füyuzat" dərgisinin 1907-ci  il 25 yanvar tarixli 8-ci sayının  üz qabığında 
"Dağıstan istiqlalı mücahidlərindən Şeyx Şamilin təsviridir" adı ilə dərc olunub. 
Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin