Azər Turan



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə2/19
tarix31.01.2017
ölçüsü2,06 Mb.
#7202
1   2   3   4   5   6   7   8   9   ...   19

* * * 
 
"Əvvəla,  mən  Tiflisdə  şeyxülislamların  təhti-idarəsində  bulundum,  təhsili-
ibtidaimi  orada  keçirdim.  Bu    təhsili-ibtidaim  "Qurani-Kərim"in  qiraəti  və  farsi-
ibarə, Tarixi-Nadir  və  Gülüstani-Sədinin  mütaliəsinə  münhəsir  qaldı...  Bir  uşağın 
bu  surətlə  öz  ana  dili  ta  ibtidaidən  ehmal  olunub,  ona  zorla  əcnəbi  dilləri  təhsil 
etdilərsə, nə nəticə hasil olur?.. İştə əməyim boşa getdi. Çünki türk olduğum halda, 
türkcə  bilmədim.  Müsəlman  olduğum  halda  Quranı  anlamadım...  Sonra  isə 
gimnaziyada  çalışmamızın  böyük  bir  qismi  havaya  getdi.  Çünki  müddəti 
təhsillərimizin çoxunu bu gün bizə heç bir xüsusda lazım olmayan latın və yunan 
lisan  və  ədəbiyyatlarının  təhsilinə  sərf  etdik.  Bu  məktəbdə  qazandığım,  istifadə 
etdiyim dərslər var idisə, o da fizika və riyaziyyat fənləri ilə rus və fransız dilləri 
kimi  yeni  dillər  idi.  Lakin  bu  fənlərə  həsr  edilən  saatların  sayı  latın  və  yunan 
dillərindən az idi. Ona görə də əziz vaxtımın böyük qismi bihudə yerə sərf olundu. 
Ancaq buna da şükr edirəm ki, məktəbin, təhsilin bu kimi qüsurlarını mənim özüm 
gimnaziyada ikən anlamış oldum".
15
 
Ruhani  idarəsinin  nəzdindəki  ibtidai  məktəbdə  6  il,  canişinin  göstərişi  ilə 
gimnaziyanın yataqxanasında qalmaq və gündəlik yeməklə təmin olunmaq şərti ilə 
isə  10  il  gimnaziyada
16
  təhsil  alan  Əli  bəy  Hüseynzadə  1906-cı  ildə  yazdığı 
məqalələrinin  birində  həyatının  Tiflis  mərhələsini  belə  dəyərləndirir.  O,  Tiflisdə 
fizika, riyaziyyat fənlərinə yiyələnir, fars, ərəb, rus, fransız, latın, yunan və alman 
dillərini öyrənir. Sonralar Əli bəy ingilis, çin dillərinə də vaqif olacaqdı... Çoxlu dil 
bilmək  ənənəsi  isə  ailədə  şeyxdən  gəlirdi.  Axund  Əhməd  Səlyani  türk  dili  ilə 
yanaşı ərəb, fars, rus, gürcü, erməni dillərini də mükəmməl bilirdi. 
 
* * * 
 
Şeyx  Əhməd  Hüseynzadənin  hazırladığı  illəri  hicridən  miladiyə  çevirən 
təqvim Tiflisdə nəşr olunmuşdu.
17
 
Qəribədir  ki,  şeyxülislam  da  sovet  dönəmində  nəvəsinin  acı  və  kədərli 
taleyini paylaşmalı oldu. Axundovla şeyxin münasibətlərini sonrakı dövrün qələm 
sahibləri  faciəvi  bir  həddə  hallandırırdılar.  Heç  bir  tarixi  dəlilə  və  sənədə 
söykənməyərək iddia  edilirdi  ki,  şeyxülislam  guya  Mirzə Fətəlinin ölümünə  fitva 
veribmiş.
18 
  
* * * 
 

12 
 
1928-ci  ildə  yazdığı  "Türkçülüyün  tarixi"  kitabında  Yusuf  Akçura 
xatırladırdı: "Hələ Tiflisdə ikən babası Şeyx Əhməd Səlyani ilə onun dostu Mirzə 
Fətəli Axundovun söhbətlərindən, mübahisələrindən yararlanmağa başlamışdı. İran 
və  rus  mədəniyyətlərinin  təsiri  altında  yetişmiş  bu  iki  istedadlı  şəxsiyyət,  öz 
milliyyətlərini az-çox tanıyan kimsələrdi: Şeyx Səlyani Vaqifin türkcə şeirlərindən 
daha çox zövq aldığını söyləmək cürətini göstərirdi. Mirzə Fətəli isə, yuxarıda bəhs 
etdiyimiz  kimi,  Azərbaycanın  dil  milliyyətçiliyində  xidməti  keçən  irəli 
gələnlərdəndir.  Əli  bəyin  gimnaziya  şagirdliyindən  etibarən  türkcəyə,  Türkiyəyə, 
türklüyə  bağlılıq  duymağa  başlamasında  bu  iki  böyük  azərbaycanlının  təsiri 
mütləqdir".
19
 
Yusuf Akçura haqlıydı. 
Ancaq  şeyxülislamın  fəaliyyətini  diqqətlə  izləyərək  belə  bir  nəticəyə 
gəlmək  olar  ki,  Əli  bəy  Hüseynzadənin  elmi  və  milliyyətçi  görüşlərinin 
gəlişməsində həlledici amil, böyük əksəriyyətin birmənalı şəkildə dediyi kimi, heç 
də  yalnız  Mirzə  Fətəli  Axundov  olmayıb.  Əli  bəyin  milliyyətçi  görüşləri  Mirzə 
Fətəlininin  ateist  fikirlər  dünyasını  yaxına  buraxmırdı.  Axundovla  Əli  bəyin  bir 
çox  məsələlərdə,  tutaq  ki,  atəşpərəstliyə,  Zərdüştə  münasibətləri  onları  ruhani-
mənəvi sferada bir-birindən xeyli ayırsa da, Əli bəy Mirzə Fətəliyə  hədsiz böyük 
ehtiramını məhz milli xidmətlərinə və böyük istedadına görə izhar edirdi: "Qafqas 
türklərinin  Molyeri  bulunan  müdhikənüvisi-şəhir  Mirzə  Fətəli  Axundova  adının 
başında  mirzə  var,  yaxud  axırında  "ov"  var  deyə  əcəm,  əcəmləşmiş,  yaxud 
ruslaşmış  nəzəriylə  baxıb  tanımamaq,  təqrir  etməmək,  türk  olduğunu,  türkcə 
yazdığını,  türklərə  hizmətdə  bulunduğunu  bilməmək...  iştə  tayib  olunacaq 
hallar..."
20
 
Mirzə  Fətəli  kimi  "istedadi-fövqəladələr  sadə  bizdə  deyil,  sair  əqvam 
arasında dəxi əsrlərdə bir-iki dəfə görünən şeylərdir".
21
 
Qafqaz  şeyxülislamının  milli  cəbhədə  dayanması  isə,  əslində  o  dövr  üçün 
böyük  siyasi  hadisəydi.  Nəvəsini  də  həmin  cəbhəyə  sövq  etməklə  axund  əslində 
Azərbaycanın  ruslaşdırılması və farslaşdırılmasının qarşısını ala biləcək böyük bir 
qüvvəni  meydana  çıxarmışdı.  Bir  də  bu  mənada  Əli  bəyin  yetişməsində  başlıca 
amil  şeyxülislamdır,  ilk  milli-intellektual  təkan  Axund  Əhməd  Səlyanidən  gəlir. 
Türkçülük  düşüncəsini  Əli  bəy  Əhməd  Səlyanidən  miras  alır.  Eyni  zamanda, 
sonralar  Bakıda  və  İstanbulda  türkçülük  məfkurəsinin  mötəbər  öndərinə  çevrilən 
Əli  bəy  Hüseynzadə  Turan  çoxlarından  fərqli  olaraq  axıracan  islam  dəyərlərinə 
sadiq  qalır.  Türkçülüyün  əsaslarını  hazırlamış  Ziya  Gökalpın  Abdulla  Cövdətin 
təlqinləri  ilə  başdan-başa  Qərb  dəyərlərinə  istiqamətlənmiş  baxışlarını  Turan  və 
iman  işığına  cəzb  edən  dahi  Əli  bəyin  qurduğu  məfkurə  sistemində  üç  təməl 
prinsip  -  türkləşmək,  islamlaşmaq  və  çağdaşlaşmaq  triadasının  ilk  iki  mərhələsi 
məncə,  daha  çox  şeyxülislamın  dəst-xəttini  yansıdırdı.  Sonra  Əli  bəyin  nişan 
verdiyi  bu  yolu  Ziya  Gökalp  davam  etdirdi.  Məhəmməd  Əmin  Rəsulzadə  və 
Atatürk  onu  dövlət  məfkurəsinə  -Türkiyə  və  Azərbaycan  cümhuriyyətlərinin 

13 
 
ideoloji altyapısına çevirdilər. Bu, Axundovun və Zərdabinin, Namiq Kamal və Əli 
Süavinin, krımlı İsmayıl bəy Qaspıralının və Əli bəy Hüseynzadənin, sonuncunun 
timsalında isə məncə, həm də Qafqaz şeyxülislamının zəfəriydi. 
 
Peterburq Universitetinin tələbəsi Əli bəy Hüseynzadə 
 
Babasının xeyir-duası ilə Rusiyaya gedən Əli bəy Hüseynzadə 1885-ci ildə 
Sankt  Peterburq  İmperatorluq  Universitetinin  fizika-riyaziyyat  fakültəsinə  daxil 
olmuşdu.  Bu  barədə  o  özü  "Bioqrafik  müxtəsər  məlumat"da  belə  qeyd  edir: 
"Yüksək  təhsilim:  "Peterburq  (Leninqrad)  Universitetinin  "Fizika-matematik 
fakültəsində (1885-1889). Bu, Rus Universitet gəncliyinin ən hummalı və üsyankar 
zamanına təsadüf edər. Bulunduğumuz fakültənin tələbəsindən olan Saşa Ulyanov 
o  sıralarda  edam  olunmuşdu.  Əsl  ailə  adı  Ulyanov  olan  Lenin  bu  Saşanın  kiçik 
qardaşıdır..."
22
 
Oğlu  Səlim  Turan  isə  yazır:  "Leninqrata  giderek  önce  matematik,  sonra 
tibbi  ilimlere  giriyor,  hayvan,  bitki  ve  maden  üzerine  çalışmalar  yapıyor.  Ayni 
laboratuarda  ögrenim  gören  Leninin  ağabeyisi  Aleksandr  Ulyanofla  arkadaş 
oluyorlar.  O  da  kristaller  üzerine  çalışmakdaymış.  Ulyanof  bu  laboratuarda  Çara 
suikast  düzenlemek  amacıyla  patlayıcı  hazırlıyor.  Ancak  tam  arabasına  atarken 
yakalanıyor. Suikast başarısızlıkla sonuclanıyor."
23
 
Bir  sıra  araşdırıcılar,  bu  terror  hadisəsindən  sonra  Əli  bəyin  Peterburq 
Unversitetində  təhsilini  yarımçıq qoyub qaçdığını qeyd ediblər. Bununla  da  onun 
guya Peterburq Universitetini bitirməməsi qənaəti meydana çıxıb. 
Universiteti  bitirməməsi  ilə  əlaqədar  hələ  1907-ci  ildə  Şahtaxtinskinin 
yazdığı  bir  məlumatı  o  zaman  Əli  bəyin  özü  təkzib  etmişdi:  "Mən  qaçmamışam. 
Peterburq  Universitetinin  fizika-riyaziyyat  fakültəsi  tərəfindən  mənə  verilən 
"Şəhadətnamə"ni  Peterburqda  aldığım  xarici  pasportla  birlikdə,  keçmiş  günlərin 
xatirəsi kimi indiyə qədər sənədlərimin arasında saxlayıram".
24
 
Əli  bəy  təhsilini  yarımçıq  qoyub  qaçmamışdı.  Sadəcə  o  günlərdə 
Peterburqda  başlanan  həbslərdən  canını  qurtarmaq  üçün  hətta  Salyana  da  deyil, 
Şamaxıya gəlmişdi. 
Qardaşı oğlu Şəmsəddin Hüseynzadə 5 sentyabr 1970-ci ildə qələmə aldığı 
"Əli  bəy  Hüseynzadənin  qısa  avtobioqrafiyası"  sərlövhəli  yazıda  anası  Mina 
xanımın
*
 ona söylədiyi bir hadisəni xatırladır. Mina xanım ərə getməmişdən əvvəl 
Şamaxıda  yaşayırmış.  O  zaman  Əli  bəyin  bibisi  nəvəsi,  Peterburqda  maaliyyə 
nazirliyində çalışan, "Moskva məkatibi-aliyyəsindən ülumi-iqtisadiyyə və ziraiyyə 
Akademiyasını"
25
 (Ə.Hüseynzadə) bitirmiş başqa bir qohumu Mirzə Məmməd Tağı 
                                                           
*
 Mina xanım Əli bəy Hüseynzadənin xalası qızıdır — müəllif. 

14 
 
Əlizadə
*
  ilə birgə Şamaxıya gəlir və onlar uzun müddət Mirzə Məmməd Tağıgilin 
zirzəmisində gizlənirlər".
**
 
 
* * * 
 
Məsələ burasındadır ki, Əli bəyin Peterburq Universitetini yarımçıq qoyub 
"qaçması"nı  təsdiq  edəcək  heç  bir  dəlil  yoxdur.  Leninin  qardaşı  Aleksandr 
Ulyanovun çara qarşı sui-qəsd cəhdi 1887-ci ildə olmuşdu və o, elə həmin ildə də 
edam  olunmuşdu.  Əli  bəy  1887-ci  ilin  25  avqustunda  universitet  tələbəsi  kimi 
imzaladığı iltizamda söz verirdi ki, heç bir gizli təşkilatda iştirak etməyəcək və s. 
Eyni  zamanda,  universitet  tərəfindən  1889-cu  ildə  ona  veilmiş  157  saylı  sənəddə 
Əli  bəyin  intizamlı  bir  tələbə  olduğu  bildrilmişdi.  Deməli,  artıq  həbs  olunmaq 
təhlükəsi  sovuşmuşdu  və  Əli  bəy  Hüseynzadənin  universiteti  yarımçıq  qoyub 
Peterburqdan "qaçmasına" heç bir səbəb və ehtiyac yox idi. 
İstər  Şahtaxtinskinin  yazısına  cavabı,  istərsə  də  İstanbul  Darülfünununa 
daxil  olması  qərarını  xatırlatdığı  yazısındakı  bir  cümlə  "Əli  bəy  Peterburq 
Universitetini  bitirmişdir!"  —  hökmünü  vermək  üçün  ciddi  dəlildir:  "Peterburq 
darülfünununda  ikmali-təhsil  etdiyim  zaman  xatirimə  yeni  bir  fikir  sünuh  elədi". 
"İkmali-təhsil  etdiyim  zaman"  —  yəni  "məktəbi  bitirdiyim  zaman"  deməkdir. 
Başqa bir yazısında - 1938-ci ildə qələmə aldığı "İttihad və tərəqqi" nasıl quruldu?" 
məqaləsində  keçən  aşağıdakı  sözlər  də  mübahisələrin  əsassızlığını  və 
lüzumsuzluğunu  ortaya  çıxarır:  "Əsgəri-Tibbiyyə  tələbəsiydim.  Buraya  Peterburq 
Universitetində təhsilimi bitirdikdən sonra gəlmişdim..."
26
 
Əziz Mirəhmədov da Əli bəy Hüseynzadənin Peterburqda təhsilini yarımçıq 
qoyub  İstanbula  getdiyini  bildirir  və  yazırdı  ki,  Rusiya  hökumətinin  "tələbə 
hərəkatına  qarşı  amansız  tədbirləri  III  Aleksandra  sədaqətlə  xidmət  edən... 
şeyxülislam babasını da qorxutmuş, başqa, nisbətən xətərsiz təhsil ocağı seçməyə 
sövq  etmişdir".
27
  Əli  bəyin  Peterburq  Universitetini  bitirməməsini  yazmaq  bir 
yana,  müəllif  hətta  onun  da  fərqinə  varmırdı  ki,  1884-cü  ildə  dünyasını  dəyişən 
şeyxülislam,  1889-cu  ildə  nəvəsi  üçün  xətərsiz  təhsil  ocağı  axtarışında  ola 
bilməzdi. 
 
* * * 
 
                                                           
*
  Mirzə  Məmməd  Tağı  Əlizadə  Əli  bəyin  bibisi  oğlu  Abdussəmədin  oğludur.  Peterburqda  Maliyyə 
Nazirliyində  çalışıb,  sonralar  Rusiya  Birinci  Dövlət  Dumasında  vəkil  olub.  1918-ci  ilin  18  martında 
Şamaxıya basqın edən ermənilər tərəfindən qətlə yetirilmişdir — müəllif. 
**
  Təəssüf  ki,  Əli  bəyin  araşdırıcıları  bu  və  digər  belə  faktları  təqdim  edərkən  ilk  mənbəni 
göstərməyiblər — müəllif. 
 

15 
 
Əli bəyin Peterburq dövrünü araşdıran Mirabbas Aslanov qeyd edirdi ki, o, 
universitetdə  kimya,  zoologiya,  fizika,  müqayisəli  anatomiya,  botanika, 
mineralogiya,  fiziki  coğrafiya  fənlərini  öyrənmiş,  fransız  və  ingilis  dillərinə 
mükəmməl yiyələnmiş, alman dilindən xüsusi imtahan vermişdir.
28 
 
* * * 
 
"Füyuzat"  dərgisinin  20  fevral  1907-ci  il  tarixli  10-cu  sayında 
Mendeleyevin  vəfatı  dolayısı  ilə  yazdığı  "Mendeleyev  və  kimya"  məqaləsində 
müəllifin  imzasından  məlum  olur  ki,  o,  Peterburq  Universitetində  "mütəvəffanın 
şagirdlərindən biri", yəni bu dahi kimyagərin tələbəsi olmuşdur. 
Abdulla  Şaiq  isə  onun  müəllimlərinin  sırasında  D.  Mendeleyevlə  yanaşı 
Rusiyada  kimya  elminin  qurucularından  Nikolay  Menşutkin,  Yeqor  Vaqner  və 
Nikolay Beketov kimi məşhur rus alimlərinin adlarını çəkir. Bu alimlərin hər biri 
dünya kimya elmi tarixində misilsiz xidmətləri olmuş dahi kimyaçılardı. 
 
* * * 
 
Hüseynzadə  fizika-riyaziyyat  fakültəsində  təhsil  almaqla  yanaşı, 
"Universitetin əlsinei-şərqiyyə (Şərqiyyat) fakültəsinin bəzi dərslərinə də davam"
29
 
(Y.Akçura) edib, Jukovskinin mühazirələrini dinləmişdi. 
"Bir  tərəfdən  ülumi-tibbiyyə  təhsil  etdiyim  halda  digər  tərəfdən  də  vaxt 
bulduqca  əlsineyi-Şərq  şöbəsinə  gedib  amalıma  müvafiq  olan  dərslərə  qulaq 
asardım".
30 
 
* * * 
 
Əli bəy bu illərdə "Peterburq Rəssamlıq Akademiyasının da məşğələlərində 
iştirak  etmişdir".
31
  Hətta  əvvəllər  Hüseynzadənin  Peterburqa  gəlişində  əsl 
məqsədlərdən biri Rəssamlıq Akademiyasına daxil olmaq arzusuydu: "Bir vaxtlar 
rəssamlığa  çox  həvəsim  var  idi,  hətta  az  qaldı  Peterburqun  sənayei-nəfisə 
akademiyasına  giriyordum.  Ancaq  ülum  və  fünun  təhsilinə  meylim  qalib  gəlib 
məni ayrı yollara sövq etdi..."
32
 
 
* * * 
 
Hər  halda,  Əli  bəy  Hüseynzadə  Peterburq  Universitetində  ciddi  siyasi 
təşkilatçılıq işini də mənimsəmişdi və belə bir təcrübəylə o, İstanbula gedirdi. 
"İctima, ittifaq və ittihad, orqanizasiya nə böyük, nə əzəmətli, qüvvətli imiş! 
...Bəndənin igirmi il bundan əqdəm Peterburq darülfünununda tələbəlik zəmanında 
hökumət  bu  ictima  və  ittifaq  qüvvətindən  çox  qorxar  idi.  Qorxduğu  üçün  altı 

16 
 
tələbədən  ziyadəsinin  bir  yerə  cəm  olmasına  müsaidə  etməz  idi.  Əgər  altı  nəfər 
tələbədən ibarət bir məclisə bir yeddincisi daxil olsaydı, dərəqəb polis məmurları 
bilməm nə  surətlə bunu  xəbər alır, gəlir, o  məclisi dağıdırlar və  yaxud o  məclisə 
yığılanları  tovqif  edərlərdi...  Lakin  elm  və  məarif  sayəsində  polisdən  daha  ağıllı, 
daha  tədbirli  olan  studentlər  buna  qarşı  gözəl  bir  çarə  tapdılar;  onlar  bir  növ 
cəmiyyət icad etdilər ki, əzası ancaq altı kişidən ibarət idi. Ona polisin bir dəyəcəgi 
yox idi. Bu cəmiyyətlərə kimya təbirilə altı cüzli cəmiyyət deyərdilər... Lakin hər 
altı cüzdən biri digər bir yerdə bir altı cüzlü cəmiyyət daha vücuda  gətirdiyindən 
cəmiyyətin  əzası  otuz  altı  nəfər  oluyordu...  Sonra  hər  otuz  altı  kişilik  bir 
cəmiyyətdən  bir  neçə  otuz  altılıqlar  peyda  oluyordu...  Bu  surətlə,  o  zamanlardan 
bəri  rus  cəmaəti  "orqanizasiya"sını,  yəni  təşəkkülati-ittihadiyəsini  təkmil  və  tövsi 
edə-edə  bugünkü  hali-əzəmətinə,  dərəceyi-kəmalinə  vasil  etdi...  O  vaxtlar 
yadımdadır, darülfünunda bir şuriş, tələbə şurişi oldu. Tələbələr dövlətdən bir çox 
şeylər tələb ediyorlardı. Əz cümlə istiyorlardı ki, darülfünun naziri dövlətin keyfi 
ilə degil, professorların, müəllimlərin intixabilə təyin olunsun... Bu "şuriş" üzərinə 
o vaxtlar maarif vəziri Delyanov darülfünuna gəlib başına yığılan tələbəyə dedi ki, 
dövlətin  üç-dörd  milyon  qoşunu  var!  Siz  bir  avuc  tələbə  nə  edə  bilərsiniz? 
Rusiyanın  bugünkü  halı  Delyanovun  o  vaxtkı  sualının  cavabından  başqa  bir  şey 
deyildir!.."
33
 
Hüseynzadə  İstanbula  elm  öyrənməyə  və  heç  şübhəsiz,  həm  də  "bir  ovuc 
tələbəni"  başına  yığıb  Türkiyənin  çıxarlarını  müzakirə  etmək  üçün  getdiyini 
bilməmiş deyildi. 
 
Əli bəy Hüseynzadənin İstanbulda təhsil illəri — 1889-1895 
 
Əli  bəy  Hüseynzadə  Peterburqdan  sonra  İstanbula  nə  üçün  gəldiyinin 
səbəblərini  Abdulla  Cövdətə  belə  izah  etmişdi:  "Mən  türkəm,  müsəlmanam. 
Türkiyə bir türk və müsəlman hökumətidir. Bu hissiyyatla hər digər vətəndən daha 
ziyadə vətənimdir. Bu vətəndaşları, bu vətəni tanımalıyam".
34
 
"Türkiyə hər digər vətəndən daha ziyadə vətənimdir"  — sözləri kimlərinsə 
söylədiyi, yazdığı "Hüseynzadə həmişə vətəndən, xalqdan danışırdı, ancaq onun nə 
əsərlərində,  nə  də  hərəkətlərində  Azərbaycan  dilinə  və  xalqına  olan  məhəbbətini 
görmədik"
33
 — qənaətlərinə bəlkə də bir inandırıcılıq gətirər. Amma Əli bəyin nəyi 
və  necə  ifadə  etməsinə  diqqət  yetirin.  Bu  sözlərin  deyildiyi  və  hətta  Abdulla 
Cövdət  tərəfindən  yazıya  alındığı  illərdə  hələ  Azərbaycanda  türk  hökuməti  yox 
idi... Söhbət Türkiyənin bir türk, bir müsəlman hökuməti olmağından gedirdi. Əli 
bəy sadəcə bir türk dövlətinin vətəndaşı olmaq təmənnasındaydı. 
Bu  isə  Əli  bəyin  öz  xatirəsidir:  "Peterburq  darülfünunda  ikmali-təhsil 
etdiyim  zaman  xatirimə  yeni  bir  fikir  sünuh  elədi...  İstanbulda  yeni  üsullu  bir 
darülfünuni-tibbi  açılmışdı  ki,  getdikcə  tərəqqi  edirdi,  həm  ümumi-islamiyyə  və 
təriyyədən  məhrum  olmamaq,  həm  də  təmini-məişət  və  sənət  sahibi  bulunmaq 

17 
 
üçün gedib o məktəbə daxil olmaqdan gözəl çarəmi olurdu?.. Bir çox tərəddüddən 
sonra nəhayət, İstanbula getməyə qərar verdim..."
36
 
Yenə  də  səbəblərdən  birini  açıq  ifadə  edir.  O  İstanbula  həm  də  "ümumi-
islamiyyə və təriyyədən məhrum olmamaq" üçün gəlmişdi. 
Əli  bəy  Hüseynzadə  İstanbul  Darülfünununun  hərbi  tibb  fakültəsinə  daxil 
oldu  və  Yusuf  Akçuranın  dediyi  kimi  "Qafqazlı  Əli  Hüseyn  Əfəndinin  İstanbul 
Əsgəri-Tibbiyyəsinə  girməsi...  rayihədar  bir  Avropa  həvayi-mədənisinin  əsməsi 
kimi  oldu.  Tələbəsinin  çoxu  Anadolu  və  Rumelinin  uzaq  və  qaranlıq 
vilayətlərindən toplanmış bu məktəbdə Əli bəy bir fəcri-şimali kimi parladı. Yunan 
və  latın  ədəbiyyatına  aşina  olmaqdan  əlavə,  alman,  rus,  ingilis  ədiblərini  xeyli 
mütaliə  etmiş  və  Şərq  ədəbiyyatına  şərqşünaslar  nöqteyi-nəzərindən  vaqif 
olmuşdu.  Üstəlik  rəssam  idi  və  kaman
*
  çalırdı.  Arkadaşlarının  hamısı  əski  dövr 
ədiblərinin  ad  və  rəsmlərini  ancaq  "Kiçik  Larousse"dən  bilirdilər.  Rus  fikir  və 
ədəbiyyatına tamamən yabançı idilər. Çoxunun Batı fikir və ədəbiyyatına bələdliyi 
ancaq  fransız  qramer  və  lektorlarında  hecalanan  parçalara  dayanırdı.  Əli  bəy, 
İstanbul  Tibbiyyə  məktəbinə  Batı  fikirlərini,  Batı  ədəbiyyatını,  Batı  irfan  və 
mədəniyyətini, qısası Batını tanıtmaqda professorlardan çox xidmət etdi".
37
 
Darülfünunda  şimal  günəşi  kimi  parlayan  Əli  bəy  Hüseynzadənin 
müəllimləri  arasında  "Hüseyn  Rəmzi  bəy,  Feyzi  paşa,  Nafiz  paşa,  Bəsim,  Əmir 
paşa, Cəmil paşa və Fəxri bəy kimi Türkiyənin məşhur professorları"
38
 vardı. 
İstanbulda  Hüseyn  Cavidin  müəllimləri  olmuş  Rza  Tofiq  və  Cənab 
Şəhabəddin  Əli  bəylə  eyni  qrupda  təhsil  alırdılar.  R.  Tofiq  və  Cənabla  yanaşı 
qrupdakı  digər  tələbələri  Hilmi  Ziya  Ülken  xatırladır:  Şərafəddin  Mağmumi, 
İbrahim Temo, Abdulla Cövdət, dr. Nazım, Bahaəddin Şakir, İbrahim Tali
39
... 
Ömrünün  sonunacan  Əli  bəyin  məfkurə  dostu  olaraq  qalan  keçmiş  tələbə 
yoldaşı  Abdulla  Cövdət  də  Akçuranın  dediklərini  təsdiqləyirdi:  "Əli  bəy  sakit, 
mütəfəkkir haliylə, əsrarəngiz vazi-uzletperverisiyle (guşənişinliyə, tənhalığa meyli 
ilə  —  A.T.)  üzərimizdə  bir  peyğəmbər  təsiri  icra  edərdi.  Əvət,  o  bir  rəsuli-həqq 
idi".
40
 
Əli  bəyə  ünvanlanmış  bu  parlaq  qiymətlər  xeyli  düşündürücüdür.  Bu 
qiymətlərin  altyapısında  dayanan  fikirləri  əslində  belə  təsnif  etmək  olar:  Əli  bəy 
Hüseynzadə  Turan  çağdaş  Türkiyənin  qurulmasında  həlledici  rol  oynamış 
darülfünunlu  gənclərin  üzərində  bir  rəsul  təsiri  icra  etmişdi  və  Türkiyə 
Cümhuriyyətinin  hasilə  gəlməsi,  daha  doğrusu,  mütləqiyyət  üsul-idarəsinin 
devrilməsi ideyası da  birinci  növbədə  darülfünunda  Əsgəri-Tibbiyyə  tələbələrinin 
görüşlərindən qaynaqlanmışdı. 
                                                           
*
 Yaddaşlarda belə bir xatirə qalıb. Bakıda konsert verən bir İran müğənnisinin ifasını dinləyən Əli bəy 
Hüseynzadə ona içki içdiyi üçün irad tutur. Əli bəyin həssas müşahidəsinə heyrətlənən müğənni Bakıya 
gəldiyi gündən içkiyə qurşandığını etiraf edir və soruşur ki, "siz bunu necə bildiniz?". "Səs tellərinizin 
vəziyyətindən" — deyə Əli bəy cavab verir — müəllif. 
 

18 
 
Atatürkün  belə  bir  etirafı  var:  "Ətimin  və  sümüklərimin  atası  Əli  Rza 
Əfəndidirsə,  fikrimin  atası  Ziya  Gökalpdır".  Yusuf  Akçura  isə,  Əli  bəy 
Hüseynzadənin  "şairanə  turançılığı,  1908-ci  ildən  sonra  İstanbulda  digər 
turançıları,  başlıca  Ziya  Gökalpı  yaratmışdır"
41
  —  deyir.  Məncə,  Əli  bəy 
Hüseynzadə  şəxsiyyətinin,  onun  düşüncə  arealının,  mücadiləsindəki  həqiqi 
yalavaclıq  mərtəbəsinin  tam  və  aydın  dərk  olunması  üçün  bu  iki  mülahizə 
yetərlidir.  Belə  çıxır  ki,  Türkiyəni  Atatürkün  fikirləri,  Atatürkün  fikirlərini  Ziya 
Gökalp,  Ziya  Gökalpı  isə  Əli  bəy  Hüseynzadə  yaratmışdır?!  İstanbul 
Universitetinin  tələbəsi  Əli  bəy  Hüseynzadə  yeni,  demokratik  türk  dövlətçilik 
zehniyyətinin yaranmasında öz sakit və mütəfəkkir halı ilə həlledici işlərdən birini 
görmüşdü.  Akçura  yazırdı  ki,  "Hüseynzadə  Əli  bəy,  turaniliyi  şiddət,  qətiyyət  və 
israrla  müdafiə  etməmişdir".  Məncə,  bu,  Əli  bəyin  xarakterindəki  bəzən  ifrat 
təvazökarlıqdan irəli gəlir. Axı Əli bəy həyatda "daima anlaşma və sükun arayırdı" 
(S.Ş.Aydəmir).  Bəlkə  də  İstanbul  Universitetində  turaniliyin  ideya  toxumlarını 
səpməkdə olan bir insanın bu məfkurəni şiddət və qətiyyətlə müdafiə etməsinə heç 
ehtiyac  da  yox  idi.  Çünki  o,  öz  təbiri  ilə  desək,  özündən  sonrakı  nəslin  qəlbinə, 
şüuruna  intiqal  etməyi  bacarmışdı.  Əslinə  qalırsa,  Akçuranın  sözlərinə  rəğmən, 
qurduğu turançı  sistemin  şiddətli və  qətiyyətli  müdafiəsini  sonralar Bakıda  o özü 
və təkbaşına gerçəkləşdirəcəkdi. 
 
* * * 
 
1892-ci ildə Əli bəy Hüseynzadə Turani imzası ilə yazmağa başlayır. 1892-
ci  ildən  etibarən  türk  camiasında  Turan  ismli  ilk  türk  olaraq  tanınan  darülfünun 
tələbəsi Əli bəy Hüseynzadədir. 
 
Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin