Azər Turan



Yüklə 2.06 Mb.
Pdf просмотр
səhifə14/19
tarix31.01.2017
ölçüsü2.06 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   19

Həm də münəccim... 
 
(Bu hissəni yazarkən Səməd Ağaoğlunun "Babamın arkadaşları"  
kitabına istinad etdim) 
 
Əli bəy Hüseynzadə deyir: 
"Əhməd bəylə bərabər Batumda idik. İstanbulda atəşkəs elan edilmiş, dövlət 
təslim  olmuşdu.  Bir  gün  eyni  otaqda  çarpayılarımıza  uzandıq.  Əhməd  bəy  mənə, 
yanında "Hafiz Şirazi" varmı? - dedi. 
"Nə yapacaqsan?" 
"Fala baxmaq istəyirəm". 
"Yox,  fəqət  Tassonun  "Qurtarılmış  Qüds"ü  var.  İkinci  cildi.  Yeni  aldım. 
Madəm  ki,  fala  baxmaq  istəyirsən, bu da  Hafiz  Şirazi  qədər böyük adamdır. Sən 
soruş, mən baxım". 
Əhməd bəy mənə sordu: 
"Məmləkətin istiqbalı nə olacaq?" 
Kitabın... səhifələrindən birini gəlişigözəl oxumağa başladım: 
"Ey  mənə  istiqbalın  nasıl  olacağını  soran  adam!  Sən  bilməzmisən  ki, 
insanlar bunu kəşf etməyə  müqtədir deyildir. Fəqət keçmiş zamanın təcrübələrinə 
baxaraq  deyə  bilərəm  ki,  Şərqin  ən  qaranlıq  günlərində,  sarı  saçlı  bir  qəhrəman 
çıxacaq, milləti toplayaraq hürriyyətə, zəfərə götürəcək". 
Əhməd bəy inanmadı: 
"Alay etmə!" 
"Nə alayı? İştə al və gör!" 
Bunu isə Səməd Ağaoğlu yazır: 
"Bir  az  sonra  qəribə  bir  yəqinliklə  gerçəkləşən  bu  falı  təsadüflərin  heyrət 
ediləcək örnəklərindən saymaq mümkündür. 
 
* * * 
 
Əli bəy deyir: 
"Atəşkəsin  ilk  zamanlarında  bir  gün  xanımımla  baldızım  bir  məsələ 
üzündən  mənimlə  mübahisə  etməyə  başladılar.  Onlara  bir  hədisdən  bəhs  edərək 
"qadınların  ərlərinə  və  kişilərə  baş  qaldırdıqları  gün  göydən  daş  yağacaqdır" 
dedim.  Sözlərim  bitər-bitməz  birdən  top,  tüfəng,  bomba  səsləri  bütün  İstanbulu 
sarsıtmağa  başladı.  İngilis  təyyarələri  qəfil  bir  basqın  yapmışdılar.  Xanımım  və 
baldızım heyrət və qorxu ilə üzümə baxaraq əllərimə sarıldılar". 
 
 
 

114 
 
Əlyazmalar yanmır, yaxud «Bioqrafik müxtəsər məlumat» 
 
Bu  kitabın  üzərində  çalışarkən  Əli  bəy  Hüseynzadənin  qələmindən  çıxmış 
"Bioqrafik müxtəsər məlumat" adlı bir yazıya təsadüf etdim. 
1935-ci  ilin  fevralında  A.H.Turani  imzası  ilə  qələmə  aldığı  "Bioqrafik 
müxtəsər  məlumat"ı  mütaliə  etdikcə  hiss  olunur  ki,  on  səhifəlik  bu  yazı  istər 
Türkiyədə,  istərsə  də  Azərbaycanda  daim  alimlərimizin  yeganə  istinad  mənbəyi 
olub. Sadəddin Nüzhətin 1936-cı ildə nəşr olunmuş "Türk şairləri" kitabından üzü 
bəri  bu  mətn  tədqiqatdan  tədqiqata  ötürülüb,  ancaq,  onun  özü  haqqında  heç  bir 
müəllif  məlumat  verməyib.  Əksinə,  hadisələr  birinci  şəxsin  deyil,  ikinci  şəxsin 
dilindən  təqdim  olunub.  Bir  sıra  məqalələrdə  və  kitablarda  isə  Əli  bəy 
Hüseynzadənin  yazdıqları ilə  onun araşdırıcılarının  yazdıqları demək olar  ki,  bir-
birindən  heç  fərqlənmir.  Çoxları  Əli  bəyin  "Bioqrafik  müxtəsər  məlumat"da 
yazdıqlarını öz elmi axtarışının maraqlı səhifəsi kimi təqdim edib... 
Bilmək  olmur,  Əli  bəy  Hüseynzadənin  öz  dəst-xətti  ilə  yazıb  "Əbədi 
gözəlliklər"  adlandırdığı  dəftər  barədə  oxucuya,  elmi  ictimaiyyətə  məlumat 
verilməməsi, onun gizli tutulması, yaxud gizlədilməsi hansı səbəblərlə bağlı idi? 
Kitab boyu Əli bəyin "Bioqrafik müxtəsər məlumat"ına istinad etdim. İndi 
isə onu bütövlükldə təqdim edirəm: 
 
"Bioqrafik müxtəsər məlumat
*
 
 
24 fevral 1864-cü ildə Qafqaz Azərbaycanında, Kür çayı sahilində yerləşən 
Salyan  şəhərində  doğuldum.  Atam  Tiflis  Müsəlman  Məktəbinin  müəllimlərindən 
Molla Hüseyn Hüseynzadə Qruzma
**
 bəylərindən Kazım bəy Hüseynzadənin dörd 
oğlundan  ən  kiçiyidir.  Anam  Xədicə  xanım  Qafqaz  şeyxülislamı  Axund  Əhməd 
Hüseynzadənin qızıdır. 
İlk  təhsilim:  Türk,  fars,  ərəb  və  bir  az  da  rusca  Tiflis  Müsəlman 
məktəbində, orta və lisə təhsilim: Tiflis 1-ci Klassik Gimnaziyasında (1875-1885); 
mükafatla  bitirdiyim  bu  məktəbdə  sinif  keçərkən  bəzən  "təhsinnamə"  ilə  hədiyyə 
aldığım da olurdu. 
Yüksək  təhsilim:  Peterburq  Universitetinin  fizika-riyaziyyat  fakültəsində 
(1885-1889).  Bu,  rus  universitet  gəncliyinin  ən  hummalı  və  üsyankar  zamanına 
təsadüf edər; bulunduğumuz fakültənin tələbəsindən olan Saşa Ulyanov o sıralarda 
edam  olunmuşdu  (1886).  Əsl  ailə  adı  Ulyanov  olan  Lenin  bu  Saşanın  kiçik 
qardaşıdır... 
                                                           
*
 "Bioqrafik müxtəsər məlumat" ilk dəfə tərəfimizdən "Ədəbiyyat qəzeti"nin 23 noyabr 2007-ci il tarixli 
46-cı sayında dərc olunmuşdur - müəllif
**
  Bakı  vilayətində  Kürlə  Araz  nəhrlərinin  birləşdiyi  yerə  yaxındır  (əqrabamdan  bir  çoxlarının 
bulunduğu Rudbar köyü də bu civardadır). 

115 
 
Tibb  və  ixtisas  təhsilim:  İstanbul  Əsgəri-Tibbiyyəsində  (1890-1895); 
yüzbaşı  rütbəsilə  bitirdiyim  bu  məktəbdən  aldığım  təbib  diplomunun  tarixi:  10 
temmuz 1311-dir... 
Bulunduğum  vəzifələrin  və  işlərin  səhifələri:  Dürinq  Paşa  maiyyətində 
olaraq,  Heydərpaşa  əsgəri  xəstəxanasında  dəri  mütəxəssisi  (1895-1897);  Tesaliya 
savaşında  Çatalca  (Farsala)  və  Dümekedə  operator  müavini  —  bəhriyə 
təbiblərindən operator Şükrü Bəyin (Paşa) maiyyətində - və sonra da əsgər həkimi 
(1897);  Tesaliyanı  təhliyə  sıralarında,  əsgərə  rəfaqətlə  müxtəlif  Anadolu 
limanlarına  səfər.  İstanbula  dönüşdə  təkrar  Heydərpaşa  xəstəxanasında  keçmiş 
vəzifəmi  davam  etdirdim;  1900-cü  ildə  Əsgəri-Tibbiyyədə  açılan  müsabiqə 
imtahanını  qazanmaqla  bu  məktəbdə  il  yarım  müddətində  Əmrazi  cildiyə  və 
əfrənciyə  müəllim  müavini  (Cəlal  Muxtar  bəyin).  O  sıralarda  vəba  xəstəliyini 
yerində  tədqiq  üçün  Hindistana  ezam  olunmaq  üzrə  Əsgəri-Tibbiyyə  məktəbi 
tərəfindən intihab olundumsa, Yıldızın haqqımdakı vəhmi huna mane oldu... 
Aşağıda zikr olunan "Vəba" kitabını bu münasibətlə yazıb nəşr etdirmişdik. 
1903-də  əvvəlcə  bir  müddət  mərhum  Əhməd  Cəlaləddin  paşanın 
Çamlıcadakı  köşklərində  və  Nişantaşındakı  qonağında  müsafir  qaldıqdan  sonra 
(Əbdülhəmid  və  istibdad  rejiminin  dürlü  bəhanələrlə  təqibləri  üzündən  Qafqaza 
köçməyə  məcbur  oldum  və  ora  qəzetlərində  mühərrirliyə  başladım.  O  sıralarda 
"Əqsayi-Şərq"  politikası  üzündən  Rusiya  ilə  Yaponiyanın  arası  açılmaq  üzrə  idi; 
Çox keçmədən (1904) baş verən müharibə Rusiyanın məğlubiyyəti ilə  nəticələndi, 
bunun   üzərinə istibdaddan bizar olan xalq ayaqlanıb məşrutiyyət tələb edirdi. Bu 
cərəyana tabe olaraq, məşrutiyyət tələbində bulunmaq üzrə, Azərbaycan türkləri də 
(və  sair  Qafqaz  müsəlmanları)  Peterburqa  bir  heyət  göndərməyə  qərar  verdi.  11 
nəfərdən... ibarət olan bu heyəti-mürahhasada Ağaoğlu Əhməd, Adil X. Ziyadxan, 
mərhum Əli Mərdan bəy Topçubaşi, mərhum Fərrux Vəzirov və sairə ilə birlikdə 
mən  də  vardım...  General  Trepovun  intriqalarına  rəğmən,  fikir  və  diləklərimizi, 
cüzi  bir  tədil  ilə  Başvəkil  Vitteyə  qəbul  etdirə  bildik  (1905).  Bir  də  o  sıralarda 
bütün  Rusiya  islamlarının  ilk  yövmi  qəzetəsi  olmaq  üzrə  "Həyat"  namilə  bir 
qəzetin  imtiyazını  əldə  etdik...  Bundan  sonrakı  vəzifələrim;  Bakıda  intişara 
başlayan  məzkur  qəzetədə  əvvəla  Ağaoğlu  ilə  birlikdə,  sonra  da  təkbaşıma 
başmühərrirlik  (1905-1906),  qapanan  "Həyat"ın  yerinə  çıxan  həftəlik  "Füyuzat" 
məcmuəsində  müdir  və  başmühərrirlik  (1906-1907),  Birinci  Dövlət  Dumasının 
dağıdılmasına  görə  Ə.M.  Topçubaşinin,  digər  bir  çox  məbuslarla  birlikdə 
(Finlandiyada)  "Vıborq  bəyannaməsi"ni  imza  etmiş  bulunmasından  ötürü  həbsə 
atılıb,  qəzetçilik  kimi  mədəni  haqlardan  məhrum  edilməsi  üzərinə,  yerinə  rusca 
yövmi "Kaspi" qəzetinin başmühərrirliyini icra etdim (1907). 
1908-ci  ildə  Bakıda  bir  neçə  dost  və  arkadaş  tərəfindən  "Səadət"  məktəbi" 
adı ilə təsis edilən orta proqramlı milli məktəbdə bir müddət dərs naziri və türkcə 
müəllimi olaraq çalışdım (1908-1910). Həmin məktəbə, o sıralarda müdirlik edən 

116 
 
Mirzə  Ələkbər  Xan  Bəhmən  idi  ki,  sonralar  İranın  Balkan  və  Misir  səfiri 
olmuşdu... 
Məşrutiyyət  dövründə,  31  mart  vaqeəsindən  bir  müddət  sonra,  mərhum 
Baha Şakirin və digər ittihadçı dostların dəvəti üzərinə, Qafqazdan İstanbula avdət 
etdim. 
Bakıdan ayrılarkən bütün ev  əşyamı  -  mebel, bufe  takımı,  kitablarımın bir 
qismi və sairə — "Səadət" məktəbinə hədiyyə etdim. 
İstanbulda  Tibb  fakültəsi  əski  yeri  olan  Sarayburnundan  Heydərpaşadakı 
binaya  köçmüşdü,  burada,  bir  müsabiqə  imtahanı  nəticəsində  "Əmrazi  cildiyə  və 
əfrənciyə  seririyat  şefliyinə  (1910-28  birinci  qanun  1326) və  bir  neçə  il  sonra  da 
müəllim müavinliyinə təyin olundum. Müəllimimiz Cəlal Muxtar bəy idi. 1925-ci 
ildə  seririyati  cildiyə  və  əfrənciyə  müəllimi  oldum.  Eyni  dərslərin  müdərrisliyinə 
təyinimin tarixi 4 may 1926-cı ildir. Nəhayət, 24 sentyabr 1931 tarixində təqaüdə 
çıxdım,  fəqət  yenə  bir  müddət  fakültənin  təkrar  İstanbul  tərəfinə  keçdiyi  günlərə 
qədər (yəni 1933-cü ilin sonuna qədər) müəllimliyə davam etdim. 
Fakültə  hizmətlərimin  xaricində  bəzi  siyasi  və  ictimai  vəzifələrdə  də 
çalışdım:  bir  aralıq  Eyyub  Səbri,  Midhəd  Şükrü,  mərhum  Ziya  Gökalp,  mərhum 
hatib  Ö.  Naci  və  sairə  ilə  "İttihad  və  Tərəqqi"nin  mərkəzi  ümumisi  (və  İstanbul 
mərkəzi) əzalığında bulundum - İstanbulda Selanikdə, sonra yenə İstanbulda. Zatən 
"İttihad və Tərəqqi"nin ilk təşəkkülü zamanından bəri, yəni daha Tibbiyyə tələbəsi 
ikən, İbrahim Temo, mərhum İshaq Sükuti, mərhum Osman Cövdət, mərhum Abd. 
Cövdət və sairə ilə bərabər bu məzkur Cəmiyyətin azasından biri idim... 
Bir neçə dəfə müxtəlif vəzifələrlə məmləkətin başqa tərəflərinə və yabançı 
ölkələrə  göndərildim;  bu  səfərlərin  ən  mühümləri:  "Hərbi-ümumi  əsnasında  Orta 
Avropada  professor  Yusuf  Akçura,  ayan  katibi  mərhum  krımlı  Əsəd  və  buxaralı 
Mukimiddin  ilə  birlikdə  "Turan  heyəti  murahhası"  namilə  bir  cevelan:  Bu 
münasibətlə  ümumtürklük  lehinə  propaqanda  yaparaq,  onun  siyasi  haqlarını 
müdafiəyə çalışdıq, ötədə bəridə konfranslar verdik, yazılar yazdıq... 
Stokholmda,  məzkur  Dünya  savaşının  önünə  keçib  müharibələri  bir  an 
əvvəl  ümumi  bir  sülhə  qovuşdurmağa  bir  yol  bulmaq  üçün  toplanmaq  istəyən 
beynəlmiləl sosialist konfransına türk işçisi adına,  prof.  Akil Muxtar və mərhum 
Nesim  Masliyuh  (Məclisi  Məbusan  üzvü)  ilə  birlikdə  mürəxxəs  olaraq  getdik... 
İngilis və fransız  sosialistləri gələ bilmədiklərindən (hökumətləri  mane olmuşdu) 
məzkur konfransdan bir nəticə çıxmadı isə də,  biz məzkur qayə ilə orada çalışan 
sosialist  Hollandiya-Skandinav  komitəsinə  haqqımızı  müdafiə  yollu  bir  muhtıra 
verdik  və  sosialist  aləminə  türk  diləklərinin  haqlı      olduğunu  anlatmağa  çalışdıq. 
Bundan  başqa  İsveç  paytaxtına  gələn  rus  sosialist  mürəhhəsləriylə  faydalı   
təmaslarda  bulunduq...  Stokholmda  bulunduğumuz  müddətdə...  ermənilərin  
əleyhimizdəki    propaqandalarına    qarşı  antipropaqanda  yapmaq  məcburiyyətində 
qalmışdıq.  Burasını  da  unutmam  ki,  Stokholma  gedərkən,  Berlində,    öncə  alman 
sosialistlərinin liderlərindən biri olan (və bilaxirə müharibədən sonra, Almaniyanın 

117 
 
ilk rəisi Cumhuru olan) müttəfa Evert ilə (Ph. Şeidemanın  dəlaləti  ilə)  görüşmüş  
və  mülaqatından  istifadə etmişdik... 
Digər  mühüm  bir  səfər  də,  "Qafqaz  Cümhuriyyətləri  Federasionu"  ilə  bir 
sülh  müahidəsi  əqd  etmək  üzrə,  xariciyyə  naziri  Xəlil  bəyin  Batumda  bulunduğu 
sıralarda  Ağaoğlu  Əhmədlə  bərabər,  xüsusi  bir  vəzifə  ilə,  əvvəla  Batuma  (Xəlil 
Bəyin nəzdinə), sonra oradan da, Federasiyondan ayrılıb ayrı bir hökumət halında 
təşəkkül  etməkdə  olan  Azərbaycan  Cümhuriyyətinin  ilk  paytaxtı  olan  Gəncəyə 
(Nuru Paşanın yanına) qədər getməmizdən ibarətdir... 
Burada  türk  ordusu  sayəsində  yenidən  istiqlalını  qazanmaqda  olan 
Azərbaycanın münəvvərlərilə birlikdə, bu ölkənin bir Cümhuriyyət halında təəssüs 
və təşəkkül etməsi işlərində çalışdıq... 
Balkan  hərbində  (1912-1913)  və  sonra  da  Cahan  hərbində  (1914-1918), 
yuxarıda  zikr  edilən  vəzifələrin  xaricində,  daima  "Hilal-Əhmər"in  hizmətində 
bulunaraq, müxtəlif xəstəxanalarda yaralı və xəstələrin tədavisiylə, əlimdən gəldiyi 
qədər uğraşmışdım... 
Damad Fərid paşa hökumətinin məşum dövrünə gəlincə, o sıralarda iki dəfə 
tevkif olunaraq, aylarca "Bəkirağa bölüyündə (indi tibb fakültəsinin təşrixanasıdır) 
qaldım. Malta adasına göndərilməkdən ancaq təsadüf olaraq qurtulmuşdum... 
İlk mətbu yazım A.H-zadə imzasıyla şair Ömər Xəyyama dair olub, Tibbiyə 
tələbəsiykən  A.  Cövdətin  çıxardığı  "Ramazan  baxçası"nda  dərc  olunmuşdur.  İlk 
mənzum  əsərlərim  Səlyani  imzasıyla  "Məlumat"  və  "İrtika"  qəzetlərində 
basılmışdı.  "İrtika"dakı  "Qeyb  edilmiş  cənnət"dən  bir  parça  olub,  bu  poemanı 
yazan  ingilis  şairi  Miltonun  "Korluqdan  iştika"sıdır.  1902-ci  ildə  dr.  M.  Rəfi  ilə 
birlikdə  "Vəba  və  mikrobu"  başlığı  altında  bir  kitab  təb  və  nəşr  etdik.  Bu  kitab 
"Tədqiqi müəllifat komissiyası"nın təqdirnaməsini almışdır... 
A.Turani  imzasıyla  türklük  və  türkçülüyə  dair  olan  ilk  yazılarım  1904-cü 
ildə Misirdə çıxan "Türk" qəzetində nəşr edilmişdir. Yusuf Akçuranın 1928-ci ildə 
çıxardığı "Türk  yılı"nda bunlara dair məlumat vardır. 
İstibdad dövrünə aid İstanbul həyatından bir lövhə olan "Qlaf və məhfəzə" 
adlı  hekayə  kiçik  bir  kitab  halında  Bakıda  basılmışdı.  Çexovun  bir  əsərindən 
ataptasyondur...  "Türklər  kimdir  və  kimlərdən  ibarətdir"  və  "Siyasət  və  fürusət" 
adları ilə türklərə  və  türk tarixinə  dair  yazdığım  uzunca əsərlər Bakı qəzetlərində 
təfriqə halında çıxmışsa da  müxtəlif səbəblərlə ayrıca  kitab halına alınmamışdır... 
Qismən  mənzum  olan  "Qərbin  iki  dastanında  türk"  adlı  əsərim  Bakı  Türkoloji 
qurultayına  getdiyimiz  sıralarda  Bakıdakı  "Kommunist"  qəzetinin  qeyrətilə  kitab 
halında  basılmışdır (1926). Tərcümə  etdiyim  Adam Smitin "Sərvəti miləl" hüquq 
fakültəsinin təqdirnaməsini haiz olaraq Dövlət mətbəəsinə verilmişdir. Fəqət, hərf 
inqilabı  dolayısıyla  basılması  indiyə  qədər  geri  qalmışdır.  Vaxtilə  "Siflis"ə  dair 
"Türk ocağı"nda verdiyim konfranslar, "Tanin" qəzetinin 15, 16 haziran və 12, 13, 
14, 15, temmuz 1916-cı il tarixli  nüsxələrində təfriqə halında çıxmışdı, fəqət dərs 
sənələrimin məhsulu olaraq yazdığım "Siflis" kitabım hələ  də nəşr olunmamışdır. 

118 
 
Professor Kamal Cənabla birlikdə yazmaqda olduğumuz "Ensiklopedik tibb lüğəti" 
basılmaq  üzrədir...  Ötədən  bəri  uğraşmaqda  olduğum  "Faust"  tərcüməsinin  bir 
qismi (qismən  mənzum) 1932-ci ildə Hötenin vəfatının 100-cü ildönümü dolayısı 
ilə  prof.  Tofiq  Rəmzinin  himmətilə  basıldı.  Böyük  ozanımız  A.Hamid  Tarhan 
göndərdiyi  bir  məktubda  bu  tərcüməni  belə  təqdir  etmişdi:  "əsli  nəfis  olan  bu 
əsərin tərcüməsi də ənfəs olmuş; himməti ədəbiyyəniz şayani təbrikdir"... 
Bu günlərdə  dağınıq olaraq nəşr  edilmiş düzgülərimi bir araya toplamaqla 
məşğulam; niyyətim bir "Şeir məcmuəsi" halında nəşr etməkdir... 
Bioqrafik  məlumata  əlavələr:  Almaniya  imperatoru  (şimdi  ek-empreur 
Vilhelm  tarafından,  Tesaliya  hərbi  əsnasında  Dümekeyə  göndərilən  mutəvəffa 
məşhur  rəssam  Roçholl  bənim  yağlı  boya  ilə  böyük  bir  rəsmimi  yapmışdı  — 
muharibədə  bulunduğum  üçünmü,  kəndisini  tədavi  edərək  sıtmadan  qurtardığım 
üçünmü,  albomuna  xatirə  olaraq  bir  rəsm  yapdığım  üçünmü,  yoxsa  bəzən  ufaq-
təfək  xətalarını  görüb  söyləməkdən  çəkinmədiyim  üçünmü?..  orasını  bir  Roçholl 
bilir, bir də Allah!.. məzkur rəsm "Əsgər təbibi Əli bəy"in rəsmi — Almaniyadadır. 
Mən də əskidən bəri ara-sıra rəsm çəkərdim. Bunlardan yağlı boya olan bir-
ikisi  Bakı  muzeyindədir.  "Bibiheybət"  adlı  peyzajın  fotoqrafisi  Rəsulzadənin 
"Azərbaycan tarixi"ndə verilmişdir... 
Lamya  sırtlarında  (Tesaliyadadır)  "Türk  əsgərləri"ni  göstərən  və  altında 
"Səlyani" imzası bulunan böyük bir akvarel vaxtilə Sultan Hamidə verilmişdi. İndi 
də Yıldızdamıdır, bilmirəm. 
Plevne  qəhrəmanı  Osman  Paşanın  partlamış  bir  obüs  üzərində  yapdığım 
yağlı boya portreti Müzəffərəddin şaha verilmişdi (bu rəsm Tehranda olsa gərək). 
Bunun  üçün  mərhum  şahdan  "Şiri-Xurşid"  nişanı  aldım...  Babam  Axund  Əhməd 
Səlyaninin portreti Salyandadır... 
(Azərbaycanda  mənə  dair  bir  çox  yazılar  yazılıb...  Məsələn,  "Füqəra 
füyuzatı"nın  ilk  nüsxəsində...  Türkiyədə  yazılanların  mühümləri  bunlardır:  Yusuf 
Akçuranın məqalələri ("Türk yurdu"nda və "Türk yılı"nda). Ziya Gökalp ("Böyük" 
və  ya  "Kiçik  məcmuə"də?),  Abdulla  Cövdət  "İctihad"da,  M.T.  (Məhməd  Əli 
Tevfiq "Təsvir əfkar"da). 
A.H.Turani  
Fevral 1935". 
 
 
 

119 
 
 
 

120 
 
 
 

121 
 
 
 

122 
 
 
 

123 
 
 
 

124 
 
 
 

125 
 
 
 

126 
 
 
 

127 
 
Əli bəydən sonra 
 
Əli  bəy  Hüseynzadəni...  tanımayan  yoxdur.  Hüseynzadə  girmədiyi, 
qarışmadığı,  fikir  işi  yapmadığı  hürriyyət  qovğası  qalmamışdır.  Renessansın 
böyük mütəfəkkirləri  kimi  o da  hər  düşüncəyə  uyğun  erudit  bir  qafa,  orkestral 
bir ruhdur. Doktor, ixtilalçı, rəssam, ədib, qəzetəçi, mühərrir, dilçi, türkçü, dəri 
həkimi, cərrah, qəzet redaktoru, professor, şair, riyaziyyatçı, mütərcim... hər şey, 
hər şey.. .
226 
İsmayıl Haqqı Baltaçıoğlu
*
  
(Türkiyə) 
 
Əli   bəyin  düşüncələrini  təsadüflər  doğurmurdu.  Tutaq  ki "Füyuzat"ın 
son  sayında  türk  dilinin  naminə  savaşın  ciddi  bir  məşqini  keçən  Hüseynzadə 
Məhəmməd    Əmin  Rəsulzadənin  "Təsəvvürati-əhraranə"  şerini  dərc  etmişdi: 
"Gərək insan ola azad, mütləq..." 
Elə bil ki, Əmin bəyin bu misralarıyla Əli bəy sözü düşüncələrinin sonrakı 
və siyasi mərhələsinə - özünün təbiriycə Əmin arkadaşa verirdi. 
Əli  bəy  Hüseynzadə  "Füyuzat"  dərgisinin  son  sayını  "Pərdə  eniyor  -  son 
tamaşa"  məqaləsi  ilə  başlayırdı.  Və  Şekspirin  "Yuli  Sezar"  əsərindən  birinci 
pərdənin  enməsilə  qapayırdı.  Qəribədir  ki,  həmin  pərdə  Brutun  bu  sözləri  ilə 
tamamlanır: "O halda bəni təqib ediniz". 
Milli  müstəvidə  Əli  bəydən  ayrılmamaq  və  sona  qədər  ona  sadiq  qalmaq 
diləkçəsilə bu kitabın son sözlərini yazıram. 
 
* * * 
 
Əli bəyin yazdıqlarını oxuduqca keçmişdə baş verən ədalətsizliklərin heç də 
həmişə  sovet  ideoloji  maşınının  diqtəsi  ilə  gerçəkləşmədiyinin  də  şahidi  olursan. 
"Həyat" və "Füyuzat"ın baş mühərririnin haqqında deyilmiş insafsız  mülahizələrə 
görə,  Əli  bəyin  tutaq  ki,  bir  məqaləsinə  deyil,  həmin  məqalənin  kontekstindən 
çıxarılmış  fikirlərə  istinad  edərək  Hüseynzadənin  dağdan  ağır  fikirlərini  kefləri 
istədikləri  kimi  təhlil  edən  müəlliflərin  halına,  durumuna  acıyırsan.  Bu  hissləri 
Hüseynzadənin  şərə,  iftiraya,  bir  çox  hallarda  isə  qısqanclıqlara  məruz  qalmış 
bütün  yazılarını  oxuyarkən  keçirirsən.  "Vəlvələ  və  zümzümə"  məqaləsi  bu 
baxımdan  daha  qabarıq  görünür.  Vaxt  vardı,  həmin  yazısına  istinad  edən 
tədqiqatçılar onun "Aləmdəki gurultu-patırtıların bana nə dəxli var? Aləmdə istərsə 
                                                           
*
 Bəzi mənbələrdə (Ə.Hüseynzadə. "Seçilmiş əsərləri". "Çaşıoğlu"—2007. səh. 11) türk alimi Ergünün 
adından  verilsə  də,  əslində  bu  sözləri  Sadəddin  Nüzhet  Ergün  "Türk  şairləri"  kitabının  2-ci  cildində 
(səh. 478) İsmayıl Haqqı Baltaçıoğlundan sitat gətirmişdir. Baltaçıoğlu Əli bəyin yaxın arkadaşlarından 
biri idi - müəllif. 
 

128 
 
tufan qopsun, "bin vəlvələ, bin qiyamət olsun", bən yenə nəğəmat və əşar ilə həm 
özümü,  həm  qarein  və  sameinimi  məşğul  etmək  fikrindəyəm"  mülahizələrini 
"Vəlvələ və zümzümə"nin mahiyyətindən təcrid edib necə öz istədikləri kimi min 
yerə yozduqları adamın yadına düşür. Əslində Əli bəy həmin məqaləsində çox-çox 
dərin mətləblərdən söhbət açırdı, ədəbiyyat bir sənət hadisəsidir fikrində israrlı olsa 
da, cəmiyyətdəki vəlvələnin təkanları yazı masasının arxasında onu narahat edirdi, 
çünki dışarıda mühafizəkar bir rejim vardı, polis onun evindəki pianonun içərisində 
gizli  vərəqələr  axtarmış  və  bu  səbəbdən  simləri  qırılan  piano  kökdən  düşmüşdü, 
rejimin  təcavüz  etdiyi  pianoda  Motsartın,  Bethovenin,  Rubinşteynin,  Əbdülqadir 
Marağinin,  Farabinin  gözəl  bəstələri,  ahəng  və  nəğmələri  xaric  səslənirdi,  ya  da 
artıq  heç  səslənmirdi.  "...  Heyhat,  rəsm  də  yapmaq  mümkün  deyildir,  çünki  eyni 
zəbtiyyələr  keçən  gün  rənglərimi  dinamit  və  rəng  qutusunu  bomba  zənnilə 
müsadirə  etdilər...  Demək  ki,  zəmanəmiz  nə  musiqi,  nə  rəsm,  nə  də  şeir 
zamanıdır...  O  halda,  bu  zaman  nə  zamanıdır?"  Cəmiyyət  Dövlət  Dumasına 
seçkilərə  hazırlaşır,  teleqraf  agentlikləri  məşhur  iqtisad  alimi  Hersenşteynin 
qatilləri barədə xəbərlər yayır, "Rus milləti ittifaqı" qətllərlə məşğuldur və ətrafda 
bütün bunlar baş verirkən, "Xeyr, xeyr, bu kibi çirkin sağ firqələrə qoşula biləcək 
intixabçılar  və  məbuslar  lehində  səs  verə  bilmərəm...  Gediyorum  elmin,  ədalətin, 
insafın  təcəlli  etdiyi  mərkəz,  bir  az  sola  məyyal  olan  mərkəz  firqələrinə  mənsub 
zəvat  lehində  rəy  verməyə.  Bu  firqələrin  cəhd  və  qeyrətilə  vəlvəleyi-müadimat 
keçmədikcə zümzümeyi-nəğəmat ilə feyziyab olamayacağam". 
Bütün  bunları  bilə-bilə  Əli  bəyin  yazdıqlarını  təhrif  etmək  nə  üçündü? 
Həqiqəti  deməyin  mümkün  olmadığı  dövrdə  heç  olmasa,  susmaq  da  mümkün 
deyildimi? 
İndi dövran dəyişilib və artıq köhnəlmiş kitablardakı bədheybət yalanlar Əli 
bəy  Hüseynzadənin  aydan  arı,  sudan  duru  yazılarının  müqabilində  heçə-puça 
çevrilməkdədir. 
Millətə  onun  milli  varlığını  xatırladan,  türk  dünyasını  velikorus 
şovinizminin  və  fars  millətçiliyinin  pəncəsindən  xilas  edib  onu  özünə,  öz 
məhvərinə  yönəldən  dahi  Əli  bəy  Hüseynzadə  kimdir  sualına,  onun  barəsində  nə 
yazsan, fəaliyyətinin hansı aspektinə nəzər yetirsən, cavab eyni  olacaq:  Əli  bəy 
Hüseynzadə  türk  millətinin  müasir  milli  şüurunu  sistemləşdirən  bir  dahidir.  Əli 
bəydən  sonra  təkcə  turançılıq  düşüncəsi  və  türk  millətinin  yeganə  xilas  imkanı 
hesab  edə  biləcəyimiz  türkçülük  ideologiyası  deyil,  təkcə  Azərbaycan 
Cümhuriyyəti  və  Məhəmməd  Əmin,  yaxud  Türkiyə  Cümhuriyyəti  və  Atatürk 
deyil, həm də türk xalqlarının konfederativ birliyi ideyası hasilə gəlir. 


Поделитесь с Вашими друзьями:
1   ...   11   12   13   14   15   16   17   18   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə