Azər Turan


Dünya ədəbiyyatına keçid, yaxud ədəbiyyatdan literatura



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə13/19
tarix31.01.2017
ölçüsü2,06 Mb.
#7202
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

Dünya ədəbiyyatına keçid, yaxud ədəbiyyatdan literatura 
 
Azərbaycan  ədəbiyyatına  yeni  Avropa  modelini  Əli  bəy  Hüseynzadə 
gətirirdi. 
Şekspirin  "Hamlet"  faciəsinin  Abdulla  Cövdət  tərəfindən  türk  dilinə 
tərcüməsi  barədə  danışan  Əli  bəy  yazırdı  ki,  "bu  əsər  avropalıların  "ağ  şeir" 
dedikləri  nəzmi-qeyri-müqəffa  üsulu  ilə  dilimizə  nəql  edilmişdir.  Çünki  ingiliscə 
olan, əslində  dəxi külliyyatı-etibarilə nəzmi-qeyri-müqəffadan ibarətdir. Britaniya 
şairinin fikrinə görə kəlam mövzusunda təbiilik mətlub isə, qafiyələrə əsla ehtiyac 
yoxdur.  Surətən  nəzmi-qeyri-müqəffa  ilə  şeir  demək,  müqəffa  mənzumələrdən 
daha  asan  görünürsə  də,  həqiqət  halda  daha  çətindir,  çünki  mərhum  İshaq 
Sükutinin  dediyi  kimi,  kəlamı  bəyəndirmək  qayətlə  müşküldür.  İş  də  kəlamı 
bəyəndirməkdir, yoxsa qafiyələri yan-yana düzmək deyildir. 
Nümunə  üçün  ingiliscə  "Olum,  ya  ölüm"  sözlərilə  başlayan  monoloqdan 
bəzi əbyatı burada zikr ediyoram: 
 
Varmı olayım, yoxmu, budur məsələ, 
İştə!  Zalım qədərin qədrinə etməkmi təhəmmül? 
Ya qarşı gəlib cuşinə bu seyli-fənanın, 
Verməkmi bu tufani-bəlayayə nəhayət!.." 

105 
 
Göründüyü kimi, Əli bəy Hüseynzadə həm də "Hamlet"in yazıldığı poetik 
üsul  haqqında  da  ilk  məlumatları  verirdi.  Qafiyəsiz  şeir  yazmağın  qafiyəli  şeir 
yazmaqdan  daha  çətin  olduğunu  Azərbaycanda  ilk  dəfə  Əli  bəy  Hüseynzadə 
söyləmişdi.  Əli  bəyin  məramı  aydın  idi.  Bu,  yaradıcılıq  axtarışlarının  səmtini 
Avropaya  yönəldən  Əli  bəyin  məramıydı.  Türk  cəmiyyətinin,  o  halda  isə 
Azərbaycanın  həm  estetik,  həm  də  məfkurəvi  müstəvidə  Avropaya  inteqrasiyası, 
müasir  dünya  mədəni  dəyərləri  ilə  qaynayıb-qarışması  Əli  bəyin  amallarından 
biriydi. Türk qanlı, islam imanlı, firəng fikirli və  Avropa qiyafətli olmağı istəyən 
Əli  bəy  təkcə  geyim  mənasında  Avropa  qiyafətli  olmağı  təlqin  etmir,  ədəbi 
üsulların da Qərb modelinə və Avropa qiyafətinə bürünməsini murad edirdi. 
Ədəbiyyat  tariximizdə  ilk  dəfə,  tutaq  ki,  fransız  simvolistləri  barədə  o 
danışıb.  Verlain,  Mallarme,  Bodler  türk  oxucusuna  ilk  dəfə  onun  vasitəsilə 
tanıtdırılıb. 
Artıq  qeyd  etdiyimiz  kimi,  Homerin  "İliada"sı
*
,  Esxilin  "Zəncirlənmiş 
Prometey"i,  Miltonun  "İtirilmiş  cənnət"i,  Hötenin  "Faust"u,  Şillerin  "Kəfalət, 
yaxud vəfakar dostlar"ı, Dantenin "İlahi  komediya"sı,  Firdovsinin "Şahnamə"si,
**
 
Vergilinin  "Eneida"sı,  Heynenin,  Derjavinin  şeirləri  —  yunan,  ingilis,  alman, 
italyan, fars, rus dillərindən türkcəyə məhz Əli bəy tərəfindən çevrilirdi. 
...Əli  bəyin  hazırladığı  mənəvi  məhlulda  ən  azından  yüz  ildə  keçilə 
bilinəcək  yolu  müasir  türk  milli  düşüncəsi  bir  neçə  ildə  keçə  bildi.  Tutaq  ki, 
ədəbiyyatımızın  yunan  və  İran  mifolojisindən  xilas  olmasını  təklif  edən  Ziya 
Gökalp  milli  mifolojinin  tətbiqini  istəyir  və  həm  də  buna  görə  türk  mifoloji 
qaynaqlarını  öyrənib,  tədqiq  edirdi.  Əli  bəy  Hüseynzadə  isə  hər  üç  amili  milli 
düşüncə arealına eyni zamanda tətbiq edirdi. Həm Qərbə - yunana, həm də Şərqə - 
İrana  baş vurur, elə  həmin darmacalda  da  türk  mifoloji dəyərlərini  tədqiqata  cəlb 
edirdi.  Prosesin  davamlı  və  uzun  olması  üçün  vaxt  qıtlığını  hiss  edirdi.  Türk 
ədəbiyyatının  yunan  və  İran  mfolojisindən  qurtularaq  milli  mifoloji  mətnə 
yönəlməsini  təmənna  edən  Gökalpın  mülahizələrinə  Hilmi  Ziya  Ülken  dəqiq, 
sərrast bir münasibət bildirir: "Ədəbiyyatımız heç bir zaman yunan mifologiyasını 
tanımamışdır  ki,  ondan  qurtulmaq  söz  konusu  olsun.  İslam  mədəniyyəti  Homeri, 
Vergilini  tanımırdı.  Bu  da  öz  milli  ədəbiyyatımızın  zəifliklərindən  biridir.  Çünki 
Qərb  ədəbiyyatı  və  plastik  sənətinin  kökü  bu  mifologiyadır.  İran  mifolojisinə 
gəlincə, o da çox üzdən bilinirdi. Ədəbiyyatımız onu işləməmişdir. İlk dəfə hər iki 
qaynağa girmə ehtiyacını duyan Hüseynzadə Əli olmuşdur".
209
 
                                                           
*
  "Əli  Turan  "İliada"nı  yunanca  əslindən  mənzum  olaraq  tərcümə  etməyə  başladı"  (H.Z.Ülken. 
"Türkiyede çağdaş düşünce tarihi" səh. 275). 
**
 "Hüseynzade bir yandan "Şahnamə"nin mənzum çevirisinə çalışırkən..." (H.Z.ÜIken. gös. kitab. səh. 
275) 
 

106 
 
Erudit qafa, orkestral ruh. Böyük, ən böyük. Dahi... 
 
"Sabir kimi nəhəng şairin də ilk müəllimi Əli bəy Hüseynzadə olmuşdur"
210
 
(Mehdi  bəy  Hacinski),  "mən  qəzetçilik  işinə  təzə-təzə  girişəndə  ruscadan  bir 
məqalə  tərcümə  edib,  məşhur  Əli  bəy  Hüseynzadə  cənablarına  göstərdim  ki, 
oxusun"
211
 (Üzeyir Hacıbəyov), "Əli bəy o vaxta qədər bir beyt belə yazmamış olan 
Hadini dilləndirdi"
212
 (Abdulla Şaiq). 
Məhəmməd Hadi isə "İzhari-qədrdani" şerində Əli bəy Hüseynzadəni dahi 
adlandırmışdı: 
 
Düha! Ey baği-lahutun həzari-nəğmə pirası,  
Sənə gülşənmi olmuşdur Əlinin ruyi-rənası? 
Böyüksən, ən böyüksən, bizlərə ustadi-əkrəmsən, 
Vücudun ilə fəxr eylərdi, gər olsaydı Qərbiyyun.  
Hələ dərbərdədir ənzari-istedadi-Şərqiyyun,  
Bu gün qafilsə millət, yox əcəb, əhvali-zarından. 
Yarın şərməndə olmazmı nişangahi-məzarından? 
Vətən övladı dilsiri-həyat olsun fəratından,  
Neçin ləbtəşnələr feyz almasın abi-həyatından? 
Vücudun mayeyi-fəxri şərəfdir qövmi-islamə,  
Bizi irşad qılmaqçün sarıl, ey dahi, iqlamə!  
Neçin daldın sükuta, gəlməyir övradın ey dahi? 
Vərəqriz oldumu baği-füyuzabadın, ey dahi? 
 
Məhəmməd Hadinin şeirlərini ilk dəfə "Həyat" vasitəsilə mətbuata çıxaran 
Əli  bəy  Hüseynzadə  olmuşdu.  Sabir  özünün  məşhur  (və  həm  də  Sabiri 
məşhurlaşdıran)  "Müsəlman  və  erməni  vətəndaşlarımıza"  şerini  Əli  bəyin 
"Pəncələşmək  müqtəza  bu  narəva  halət  ilə"  misrası  ilə  başlayan  "Sülhə  dəvət" 
şerindən ilhamlanaraq yazmışdı.
213 
 
Dövri islahatdır, sülhü səlah əyyamıdır!  
Arkadaşlar, sülh edin, sülh etmənin həngamıdır! 
(Ə.Hüseynzadə) 
 
Ey süxəndanan, bu günlər bir hidayət vəqtidir,  
Ülfəti-ünsiyyətə dair xitabət vəqtidir.  
(M.Ə.Sabir) 
 
Bu  aspektdə  örnəklərin,  nümunələrin  sayını  istənilən  qədər  artırmaq 
mümkündür.  Amma  biz  bununla  kifayətlənirik. Yetər  ki,  o, Məhəmməd Hadinin, 
Mirzə  Ələkbər  Sabirin,  Üzeyir  bəy  Hacıbəylinin  ustadıdır.  Yetər.  Bunun  əlavə 

107 
 
şərhə,  izahata  ehtiyacı  yoxdur.  Azərbaycanda  romantik  və  realist  şeir 
cərəyanlarının  iki  dahisi  -  Hadi  və  Sabir  ədəbiyyat  meydanına  Əli  bəy 
Hüseynzadənin  xeyir-duası  ilə  çıxır.  Romantik  ədəbiyyat  məktəbinin  qurucusu 
odur. Realist ədəbiyyat məktəbinin təşəkkülündə əvəzsiz xidməti var. 
Bəzən Sabir və Əli bəyin münasibətlərini yanlış təqdim edən belə ədalətsiz 
yanaşmalar  da  olmuşdur  ki,  guya  Sabir  (o  cümlədən  başqa  mollanəsrəddinçilər) 
"ədəbi dil olaraq türk dilini qəbul etməyi təklif edən" Əli bəy Hüseynzadəyə qarşı 
"qalibiyyətli mübarizə" aparıblar. Sabirin məhz dil məsələsində Əli bəylə belə bir 
mübarizə  meyli  heç  bir  mənbədə  müşahidə  olunmur.  Əksinə,  məhz  bu  məsələdə 
mövqelərin az qala üst-üstə düşməsindən söhbət gedə bilərdi. 
Sabirin: 
 
"Osmanlıcadan tərcümə türkə" — bunu bilməm, 
Gerçək yazıyor gəncəli, yainki hənəkdir;  
Mümkün iki dil bir-birinə tərcümə, amma 
Osmanlıcadan tərcümə türkə nə deməkdir?!
214 
 
—  misralarında  ifadə  etdiyi  fikir  Əli  bəyin  "Yazımız,  dilimiz,  "İkinci 
il"imiz"  məqaləsində  qaldırdığı  problemə  olduqca  məhrəm  və  tərəfdaş  bir 
münasibətin ifadəsi kimi anlaşıla bilərdi. 
Sabir  və  Əli  bəy  Hüseynzadə  münasibətlərinin  araşdırılmasında  təhriflər 
çox  olub.  Bu  iki  böyük  insanı  az  qala  bir-birinə  yad,  yabançı  müstəvidə  təqdim 
ediblər  və  bu,  təkcə  ədəbiyyatşünaslığın  deyil,  həm  də  bədii  ədəbiyyatın 
problemlərindən biri olub. 
Ancaq unudulub və unutdurulub ki, Əli bəy Hüseynzadə Sabir haqqında ilk 
mətbu sözün  müəllifidir. Sabir haqqında  ilk  yazılı  fikir Əli bəydən  gəlir. 1905-ci 
ildə  "Həyat"  qəzetəsində  "Erməni  vətəndaşlarımıza  tövsiyə  və  ixtaratımız"  adlı 
yazısında  erməni  mühərrirlərini,  ziyalılarını qınayan Əli bəy deyirdi ki,  "Üç-dörd 
gün müqəddəm qəzetimizin sütunlarında deyilmi idi ki, növrəsidəkan şüəramızdan 
Əli Əkbər Sabir bu büğz və ədavətin və bu nifaqın və bunlardan irəli gələn nəhb və 
qarətin,  qətl  və  qitalın  bir  cəhl  və  qəflət,  bir  zəlalət  nəticəsi  olduğunu  bildirmək 
üçün  fəryad edib duruyordu.  Erməni qəzetləri  və  qəzetə  mühərrirləri buna diqqət 
etdilərmi?  Erməni  süxəndanları  Əli  Əkbər  Sabirin  mənzuməsində  nəqərat  olub 
təkrar edən: 
 
Ey süxəndanan, bu günlər bir hidayət vəqtidir,  
Ülfəti-ünsiyyətə dair xitabət vəqtidir 
 
—  beyti-mənidarından ibrət alıb o yolda qələm oynatdılarmı? Bir şeir və ya 
bir məqalə yazdılarmı?.." 
 

108 
 
Əli bəy ədəbiyyatı 
 
Ustadi-əkrəmin — böyük ustadın (M.Hadi) şeirdən, poeziyadan umduqları 
uzun illər yanlış şərh olunsa da, bir həqiqət şəksizdir ki, irticapərəst adlandırdıqları 
Əli bəy estetik dəyərlərin qorunmasını ədəbiyyatın qarşısında  başlıca  vəzifə  kimi 
qoyurdu.  Əli  bəy  xatırladırdı  ki,  "şairlərimizin  ilhamı  güldən,  bülbüldən  ayrıla 
bilmirdi. Bəzi rəhbərlərimiz buna çarə qılmaq istədilər, lakin şairlərimizi daha fəna 
yollara sövq etdilər. Bunlara dedilər ki, canım, bülbüldən, məhbubdan əl çəkin, bir 
az da elmə, sənayeyə, məktəbə mədhiyyə yazın, camaatı elmə, sənətə təşviq edin. 
Biçarə şairlər də məktəbin, elmin, sənətin xidmətçisi olmağa başlayıb şeri tamam 
süquta  uğratdılar..  Bilmirəm  ki,  rəhbərlərimiz  nədən  rəssamlara,  heykəltaraşlara, 
bəstəkarlara  bu  tövsiyədə  bulunmurlar.  Görünür  ki,  aramızda  bu  gözəl  sənətlərlə 
məşğul  olanlara    rast  gəlmədilər,  çünki  rast  gəlsəydilər,  bunların  da  hünərlərini 
məhv  edəcəkləri  şübhəsizdi.  Canım,  nəqqaşa,    ya  rəssama  demək  olurmu  ki,  "nə 
üçün bir dağın, bir meşənin, üfüqün, ya qürubun mənzərəsilə məşğul olursan? Bizə 
bol-bol  məktəb  rəsmləri  ver,  camaatımızı  elm  və    maarifə  təşviq    et!"  Şairliyin, 
rəssamlığın  hünər  meydanı  ayrıdır...  Ədiblərin,  şairlərin  borcu  bir  tərəfdən 
türkcəmizi fəsahət və bəlağətlə, ahəng və üslubla islah edib zinətləndirmək, digər 
tərəfdən  ruhumuzu  incə,  gözəl  təsvirlərlə  və  həyəcanlandırıcı  xəyallarla  dərin 
düşüncələrə sövq etməkdir..." 
Beləliklə,  türkçülüyün  və  demokratiyanın  siyasi  istiqamətini  nişan  verdiyi 
kimi, həm də gerçək sənətin estetik prinsiplərini XX yüzilin əvvəllərində məhz Əli 
bəy Hüseynzadə müəyyənləşdirirdi. 
O,  "ədəbi  dilimizi  islah  etməyə,  ədəbiyyatımızı  üslub  və  sənət  etibarilə 
yüksəltməyə  çalışırdı.  Şeir  və  sənətin  nə  olduğunu  gəncliyə  anladırdı,  qəzəl  və 
məsnəvi şəklinin dar çərçivəsi içərisinə sıxışmış olan nəzmin yeni şəkilləri ilə aşina 
edirdi.  Bundan  sonra  ədəbiyyat  həm  şəkil  və  həm  də  mövzu  etibarilə  xeyli 
zənginləşdi"
215 
(Abdulla Şaiq). 
Məmməd  Səid  Ordubadi  isə  bu  dövrün  ədəbiyyatını  "Əli  bəy  ədəbiyyatı" 
olaraq təsnif edirdi. 
 
«Ədibi-möhtərəm Əli bəy Hüseynzadəyə» Cavidin «Çiçək sevgisi» 
 
1907-ci ilin 13 aprelində "Füyuzat"ın səhifələrində 25  yaşlı gənc  şair H.R. 
Naxçıvani (Hüseyn Cavid) "Hali-əsəfiştimalimi təsvirdə bir ahi-məzlumanə" şerilə 
çıxış  etmişdi.  Sonralar,  artıq  Qafqazın  məşhur  şairlərindən  biri  olanda  Hüseyn 
Cavid  "Çiçək  sevgisi"  şerini,  öz  təbiricə  desək,  "Ədibi-möhtərəm  Əli  bəy 
Hüseynzadəyə" ithaf etdi. 
 
* * * 
 

109 
 
Rəfiq  Zəka  "Unudulmuş  dahi"  kitabında  Səməd  Ağaoğlunun  şifahi 
söhbətlərinə  istinad  edərək  yazırdı:  "Əli  bəy  Azərbaycana  dönmək  istəyirmiş. 
Bundan  xəbər  tutan  Hüseyn  Cavid  ünlü  türkoloq  Samoyloviç  ilə  ustada  bu 
misralarını ilətmişdi: 
 
Sən ey yüksək fəzalardan enən səyyahi-zərrinpər, 
Uzaq, ey nəcmi-geysudar, uzaq gəz, ərzə yaqlaşma. 
Uzaqdan pək gözəlsin, mənzərən pək tatlı, pək dilbər, 
Məhəbbət yox təqərrübdə, şu məhrəkdən saqın, şaşma. 
 
Əli bəy Əhməd Ağaoğlu ilə birlikdə Cavidin misraları üzərində düşünmüş 
və məmləkətə dönməmişdir".
216
 
...1910-cu  ildə  "Həqiqət"  qəzetində  dərc  olunmuş  şerin  konkret  olaraq  Əli 
bəyə ünvanlandığını iddia etmək tarix baxımından mümkün deyil. 
Ancaq  "Nəcmi  geysudar"ın  Əli  bəyə  ünvanlandığını  tamam  başqa  bir 
müstəvidə  dəyərləndirmək  olar.  1910-cu  ildə  Cavid  siyasi  proseslərin  sonrakı 
məcrasını  hiss  edib  öz  böyük  sənətkar  fəhminə  istinad  edərək  "Uzaq,  ey  nəcmi-
geysudar, uzaq get, ərzə yaklaşma" — deyə Əli bəyin gedişinə haqq verə bilərdi. 
 
Əli bəy Hüseynzadənin dil siyasəti 
 
Bu barədə Məhəmməd Fuad Köprülünün mülahizələri 
 
"Hüseynzadənin şiddətlə hücum etdiyi fonetik yazı şəkli türk ləhcələrinə 
uyğulandığı zamandan bəri ədəbi dil parçalanmışdır"
Hilmi Ziya Ülken 
 
Əli  bəy  Hüseynzadənin  dili  bir  problem  olaraq  tədqiqatçıların  uzun-uzadı 
dartışdığı bir məsələdir. 
Bəzi tədqiqatçılar belə bir əsassız iddiada bulunurlar ki, Əli bəy "qəliz ərəb-
fars sözlərindən, ifadələrindən imtina etməyi ... nədənsə ağlına belə gətirmirdi".
217
 
Amma Əli bəyin dil siyasəti belə bir ittihamı qəbul etmir və etməməkdə də 
haqlıdır.  Onun  böyük  zəkasının  ehtiva  etdiyi  türk  birliyi  düşüncəsi  bütün 
müsəlman aləmini qapsayırdı və əslində Əli bəyin dili türk dünyasının bütün Şərq 
aləmində  yaxşı  anlaşılmasını  təmin  etmək  məqsədi  güdürdü.  Onun  təklif  etdiyi, 
tətbiqinə  çalışdığı  dil  bütün  yaxın  Şərqə  türk  mədəniyyətini  və  problemlərini 
daşımaq gücündəydi. Eyni dil normaları ilə Qahirədə "Türk", Cenevrədə "İctihad", 
Bakıda "Füyuzat"ın üslubu formalaşırdı. 
O  ki,  qaldı  qəliz  ərəb-fars  sözlərindən  imtina  etməyi  ağlına  belə 
gətirməməsinə,  Əli  bəyi  belə  bir  çərçivədə  qınamaq  da  ədalətsizlikdən  başqa  bir 
şey  deyil.  Bu  fikrin  möhkəm  əsasının  olmadığını  Hüseynzadənin  son  yazılarının 

110 
 
dili də isbatlayır- "Əsgəri-Tibbiyyə tələbəsiydim. Buraya Peterburq Universitetində 
təhsilimi  bitirdikdən  sonra  gəlmişdim.  Qonuşurkən  hənuz  Azəri  şivəsinin 
təsirindən qurtulamamışdım  —  hələ  də  tamamilə qurtulmuş deyilim  ya  -  ləhcəmi 
düzəltmək üçün, arkadaşların tövsiyəsi üzərinə Uşaqizadə X. Ziyanın hekayələrini 
boş vaxtlarımda diqqətlə oxuyurdum".
218 
 
* * * 
 
Əli  bəy  Hüseynzadənin  qəliz  ərəb-fars  sözlərindən  istifadə  etməsini,  eyni 
zamanda, onun qaldırdığı problemlərdən senzuranı yayındırmaq cəhdi kimi təqdim 
etmək  də
219
  bizcə,  yanlış  qənaətdir.  Əli  bəyin  dil  siyasətinin  mahiyyətinə  bu 
nöqteyi-nəzərdən  yanaşılsa,  onda  belə  bir  haqlı  sual  da  meydana  çıxacaq  ki, 
senzuranın  tutalım,  Hötenin  "Faust"u  ilə  nə  işi  vardı?  Məsələ  heç  də  göründüyü 
kimi  adi  deyildi.  Əli  bəy  Hüseynzadə  sadəcə  mövcud  proseslərə  deyil,  milli 
düşüncənin təşəkkül və təkamülünün istiqamətinə yön verirdi. 
 
* * * 
 
Sonrakı  mərhələdə  Əli  bəyin  özü  kimi,  dili  də  ideoloji  ittihamların 
obyektinə səbəbsiz yerə çevrilmirdi (ancaq kimsə bunu etiraf etməsə də, hər halda, 
dahi Üzeyir bəy Hüseynzadəni böyük dil bilicisi hesab edirdi). 
Əli bəyin yazdıqlarını diqqətlə mütaliə edib belə düşünmək olar  ki, əslində 
anlaşılmaz dedikləri dil, xüsusi estetik mahiyyəti olan bir dildir. Əli bəyin yazıları 
dövrün  zehniyyətinə  ünvanlanmış  bir  üslubda  qələmə  alınırdı  və  Əli  bəy 
Hüseynzadə  təkcə  türk  dünyasının  deyil,  Qahirədə  Məhəmməd  Abduhacan, 
İngiltərədə  Qovliyamacan  (İngiltərə  şeyxülislamı  Şeyx  Abdulla  Qövilyamın 
Liverpulda  nəşr  etdiyi  "Əl-hilal"  qəzetində  Uelssin  "Türk  dilini  öyrənməyin 
mənafeyi"  məqaləsi  barədə  məlumatlar  Əli  bəyin  diqqət  mərkəzindəydi)  islam 
aləminin fikir mücahidləri ilə dialoq qurmuşdu. Və bu dil elitar bir dildi. 
 
* * * 
 
Əli  bəyin  dili  zamanında  zəfər  çalmadı.  Bu,  ayrı  bir  söhbətin  və 
mübahisənin  mövzusudur.  Ancaq  Əli  bəy  dil  məsələsində  məhəlli  şivələrdən  bir 
ədəbi dil oluşdurmağın da əleyhinəydi. Bu da Hüseynzadənin məfkurəsinə bağlı bir 
məsələdir.  Turan  məfkurəçisi  "Qəzetəmizin  dilinimi  sadələşdirməli,  yoxsa 
camaatımıza  öz  dili  olan  türkcəyi  öyrətməli?  Məsələ  burada!  Zənnimizə  görə 
yazdığımızdan daha  sadə, Qafqazda  söylənən  şivələrdən biriylə  yazmaq  mümkün 
deyil.  Həpimiz  ayrı  bir  yerdən  gəlmişiz,  bu  şivələrdən  birini  tərcih  edəməyiz. 
Onları  birləşdirməliyiz.  Çünki  ayrı-ayrı  hankı  şivəyi  alsaq,  bir  əksikliyi  vardır. 
Yeni türkcə artıq əski türkcə deyildir..."
220
 

111 
 
Hüseynzadənin  1909-cu  ildə  Bakıda  ən  qızğın  mübahisələrə  səbəb  olan 
əsəri  "Tərəqqi"  qəzetində  dərc  edilmiş  "Yazımız,  dilimiz  "İkinci  il"imiz"  adlı 
məqaləsi  oldu.  Məqalə  Birinci  Müəllimlər  Qurultayının  tövsiyəsilə  "Səadət" 
məktəbi  şagirdləri  üçün  dərs  vəsaiti  kimi  nəşr  olunmuş  "İkinci  il"  kitabına  həsr 
edilmişdi.  Əli  bəy  Hüseynzadənin  həmin  məqaləsi  ideolojidə  türkçülüyü  deyil, 
azərbaycançılığı  əsas  götürən  Mirzə  Cəlil,  Firidun  bəy  Köçərli,  Ömər  Faiq 
Nemanzadə  kimi  müəlliflər  tərəfindən  tənqidlərə  məruz  qaldı.  Ancaq  Əli  bəy  bu 
məqaləsində  də  zamanına  görə  —  latın  qrafikasının  tətbiqinə  qədər  —  haqsız 
deyildi. Hətta bəzi məsələlərdə bu gün də Hüseynzadə haqlıdır. 
"İrəlidə  hansı  tərzi-imlanın  qalib  gələcəyi  şübhəlidir!"  —  deyən  Əli  bəy 
yazırdı ki, Abdulla Cövdət bana, sana yazarsa, biz də bənə, sənə yazarız. Tatarlar 
da benqa, senqa yazarlar. İştə ittihad da, ittihadi-lisan və imla da o zaman pozular, 
gedər.  Halbuki  bana,  sana  zəmiri  şəxsilərimizə  bir  əlaməti-müştərikə  olub 
layətəğəyyür bir herioqlif kibi Baykal gölündən Nil vadilərinə, Altay dağlarından 
Balkanlara, Uraldan Himalaya  qədər  müxtəlif  şivələrlə  mütəkəllim  ümum ətrakın 
asan anladığı bir şeydir!"
221
 
Beləliklə, Əli bəy ortaq ədəbi türkcənin tərəfindəydi. "Hüseynzadənin haqlı 
olduğu başqa bir nöqtə də eyni yazı şəklini dürlü şivə və ləhcələr ayrı-ayrı oxuya 
biləcəkləri  halda,  bütün  türk  dünyasına  fonetik  kural  uyğulanırsa,  hər  şivə  və 
ləhcənin ayrı bir yazı şəklinin meydana çıxması, bu üzdən ortaq türk ədəbi dilinin 
parçalanmasıdır... Halbuki, Hüseynzadənin şiddətlə hücum etdiyi fonetik yazı şəkli 
türk ləhcələrinə uyğulandığı zamandan bəri ədəbi dil parçalanmışdır".
222
 
Əli  bəyin  həmin  məqaləsi  ilə  əlaqədar  A.Şaiqin  belə  qeydləri  var: 
"Süleyman Sani,  Süleyman Əbdülrəhmanbəyov, Mahmud  Mahmudbəyov, Fərhad 
Ağayev,  Əlaəddin  Əfəndiyev  və  mən  yığışıb  yazdığımız  "İkinci  il"  dərsliyinə 
Ə.Hüseynzadə istehza edərək: "Bu nə dildir? Bu savadsız müəllimlər uşaqlarımızı 
bədbəxt  edir"  —  deyirdi.  O,  mətbuatda...  məqalə  ilə  çıxış  edərək  Səhhətin  və 
mənim sadə Azərbaycan dilində yazdığımız və həmin dərslikdə çap olunan şeirləri 
tənqid etmişdi. O, tələb edirdi ki, dilimizi "Füyuzat" jurnalının dilinə oxşadaq".
223
 
Əslində  "Yazımız,  dilimiz  "İkinci  il"imiz"i  diqqətlə  araşdıranlar  Əli  bəyin 
belə açıq bir təmənnada və tələbdə olmadığını görəcəklər. Əli bəy "Qaranquşlar, a 
quşlar!"  misrası  ilə  başlayan  şerin  bir  bəndini  misal  gətirir  və  haqlı  olaraq  qeyd 
edirdi ki, bilirmisiniz burada  imlanın doğruluğu nə  üçündür? Qafiyələrin imladan 
irəli gələn sonunu düzəltmək üçün. 
Yaxud Hüseynzadə kitabda verilmiş: 
 
Göy bağçada dallar üzrə bir quş  
Çör-çöp yığıb aşiyan edirdi.  
Gahi oquyurdu nəğmələr xoş  
Gahi uçub ot saman çəkirdi. 
 

112 
 
—  şeir  parçasına  münasibətini  belə  ifadə  etmişdi:  "Burada  şu  "aşiyan 
edirdi"  ibarəsi  düzmü?  Və  hələ  əvvəli  də  farsi  olan  bu  aşiyan  kəlməsi  insanı 
aldadır!  Ancaq  onun  yerinə  "yuva"  qoyunuz,  baxınız  nə  olur?  Bütün  küreyi-ərz 
üzərində hansı türk "yuva edirdi", "Ev
 
edirdi", ya "Məktəb ediyordı" deyir? Sonra 
saman  çəkirdi  nə?  Quş  samanı  araba  iləmi  çəkirdi?..  "Gahi"  yerinə  "gah" 
denilməzmi?.." 
Mətləbdən  uzaqlaşmayaq.  Əli  bəy  bütün  türklərin  anlayacağı  ortaq  ədəbi 
türkcənin tərəfindəydi. Azərbaycan ədəbi dili də Əli bəyə görə həmin dil sisteminin 
tərkibində intişar tapmalıydı. Əli bəyin dil siyasətini Caviddən başqa heç kəs təqib 
etmədi. 1937-ci ildə isə məsələyə kədərli bir xitam verildi. 
Və Əli bəyin həmin məqaləsini diqqətlə oxuyanlar görəcəklər ki, söhbət heç 
də  Əli  bəyin  "savadsız  müəllimlər"  adlandırdığı  pedaqoqlardan  getmir. 
Hüseynzadə  məsələnin  əhəmiyyətini  nəzərə  alıb  bu  böyük  ümummilli  və 
ümumtürk hadisəsinə tamam başqa aspektdən yanaşırdi: 
"Türkün imlasını islah üçün, deyil sərfü-nəhvi mükəmmələn bilmək. Bəlkə 
bütün  ətrakın  tarixinə,  ədəbiyyatına,  etnoqrafisinə,  filologiyasına  haqqilə  aşina 
bulunmaq iqtiza edər. Nəcib Asim, Vəlid Çələbi, Əbu Ziya Tofiq, Əhməd Midhət, 
mərhum  Şəmsəddin  Sami  kibi  türk  dilinə,  türk  tarixinə  behəqqin  aşina  bulunan 
zəvaiti-giramın belə düçari-müşkülat olduqları bir məsələyi, bu kibi işlərdə hənuz 
mübtədi  sayılan  bizlərin  nasıl  qolaylıqla  həll  etmək  istədiyimizə  doğrusu, 
şaşarım!"
224 
* * * 
 
Əli bəyin dili barədə geniş danışmaq olar. Amma məsələnin mahiyyətini  ən   
mükəmməl  şəkildə  türk  ədəbiyyatşünaslığının dahisi Məhəmməd Fuad Köprülü 
qələmə  alıb.  Ancaq  Əli  bəyin  dili  barədə  danışanların  heç  biri  bu  günə  kimi 
Köprülünün  dediklərinə  istinad  etməyib.  Köprülü  yazırdı:  "Yalnız  rus  və  Qərb 
ədəbiyyatını  deyil,  İran  və  Osmanlı  ədəbiyyatlarını  da  çox  mükəmməl  bilən  və 
bilhassə  Osmanlı  ədəbiyyatının  Şinasi  və  Kamaldan    Hamidə,  Əkrəm    və    Tofiq   
Fikrətə    qədər    gələn    təcəddüd    səhifələrinə  tamamilə  vaqif  olan  Əli  bəy 
Hüseynzadə  1906-1907-ci  illərdə  nəşr  etdiyi    "Füyuzat"  məcmuəsi    ilə,  Azəri 
ədəbiyyatının təkamül tarixində çox dərin bir iz  buraxmışdır.  Yazıları, dərsləri və 
müsahibələri  ilə  yeni  Azəri nəslinin ədəbi tərbiyəsi və firuri təkamülü üzərində 
şiddətlə  müəəssir olan Əli bəy Hüseynzadə...  həqiqi bir sənətkar ruhuna  malikdi; 
Hamid ilə Fikrət və onların əllərində qüdrətli və ahəngli bir ifadə vasitəsi şəklinə 
girən ədəbi İstanbul ləhcəsinə heyrandı. Yeni açılacaq türk məktəbləri və mətbuatı 
vasitəsi ilə, bu ləhcəni Qafqaz türkləri arasında yaymaq və yeni Azəri ədəbiyyatını 
bu  ləhcə  üzərində  qurmaq  istəyirdi..  Milliyyətçi  müsavat  firqəsi  orta  və  yüksək 
təhsildə  İstanbul  türkcəsinin  kullanılmasını  istəmək  surətiylə,  vaxtilə  Əli  bəy 
Hüseynzadə  tərəfindən  irəli  sürülən  fikirləri  tətbiqat  sahəsinə  keçirmək  qərarında 
olduğunu göstərmişdir".
225 

113 
 
Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin