Azər Turan



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə16/19
tarix31.01.2017
ölçüsü2,06 Mb.
#7202
1   ...   11   12   13   14   15   16   17   18   19

* * * 
 
Əli  bəyə  Menqli  Qirey  tərəfindən  yazılmış  bir  məktub  var.
233 
Məktub 
"Hörmətli dayım Əli bəy" sözləri ilə başlayır. Menqli Qirey Əli bəyə yazır ki, mən 
hələ  Rusiyada  yaşayarkən  "dayım  Sadıq  bəydən  sizin  haqqınızda,  bütün  bizim 
qohumlarımız barədə çox eşitmişdim..." 
Özünü  Əli  bəyin  qohumu  olaraq  təqdim  edən  Menqli  Qirey  kimdir?  Bu 
barədə  Sadıq  bəy  Ağabəyzadənin  məktublarından  məlumatlanmaq  olur.  Menqli 
Qirey Sadıq bəyin həyat  yoldaşı Aişənin qardaşı oğludur. Sadıq bəy Əli bəyə  bir 
neçə məktub yazıb xahiş etmişdi ki, o, Menqli Qireyin bir türk qızı ilə evlənməsinə 
yardımçı  olsun.  Yəni,  fransızların  Sudandakı  böyük  bir  pambıqçılıq 
kompaniyasında plantasiya direktoru olan Menqliyə ailə qurması üçün bir türk qızı 
gözaltı eləsin. Menqli Qireyin əsl-nəsəbini anladarkən Sadıq bəy xatırladırdı ki, o, 
general Sahib Qirey Yenikovun oğludur. Anası isə Kokand xanlığının naziri Mirzə 
Həkim  Umudovun  qızıdır.  Deməli,  Sadıq  bəy  həyat  yoldaşı  tərəfdən  həm  özbək, 
həm də Krım xanları ilə qohum olub. Bu Menqli Qirey isə heç şübhəsiz ki, Fateh 
Sultan Məhməd tərəfindən Krım xanı təyin edilmiş Menqli Qireyin adını daşıyırdı. 
Əli  bəy  də  öz  növbəsində  Menqliyə  ailə  qurmaq  üçün  Qədri  Rəşid  Paşanın  qızı 
Məfxərət (Məfarət?) xanımı nişan vermişdi... 
 
* * * 
 
Əli  bəy  Hüseynzadənin  bibisi  oğlu  (həm  də  xalası  Fatmanın  əri)  şamaxılı 
Hacı Məhəmməd ağanın qardaşı Abdussəmədin oğlu Məhəmməd Tağı Əlizadənin 
nəvəsi  Ələşrəf  Əlizadə  Azərbaycan  Elmlər  Akademiyasının  ilk  akademiklərindən 
biri,  görkəmli  geoloq və  dövlət  xadimidir, bir müddət  Bakı şəhərinin  meri olmuş 
Sənan  Əlizadənin  atasıdır.  Sənan  Əlizadənin  həyat  yoldaşı  Dilarə  xanım 
ədəbiyyatşünas  Əziz  Mirəhmədovun  qızıdır.  Ələşrəf  Əlizadənin  bacısı  Qəmər 
xanımın qızı Aliyə isə məşhur tarzən Hacı Məmmədovun həyat yoldaşıdır. 
Hacı  Məhəmməd  Tağının  digər  nəvəsi  Ağasəməd  Əlizadənin  qızı  Xalidə 
xanım  isə  dövlət  xadimi  və  ədəbiyyatşünas,  faciəli  surətdə  həlak  olmuş  Vəli 
Məmmədovun həyat yoldaşıdır. 
 
* * * 
 
İsmayıl Hüseynzadə Əli bəyin yeganə qardaşıdır. 
Xalaları Fatma Şamaxı zəlzələsi zamanı həlak olandan sonra onun 1878-ci 
il  təvəllüdlü  qızı  Mina  Salyana  —  nənəsi  Hüsniyyə  xanımın  yanına  köçür.  O 
zaman  Mina  xanımın  12  yaşı  vardı.  Sonralar  Mina  xanımla  ailə  quran  İsmayıl 
Hüseynzadənin  oğulları  Sultanibrahim,  Şəmsəddin  Sami,  Bəhram,  Firidun  və  qızı 

138 
 
Böyükxanımdır. Əli bəy "Azərbaycanlı ailəsi" tablosundakı kiçik qızın təsvirində 
Böyükxanımın obrazını yaratmışdı. 
Əli bəy Hüseynzadənin qardaşı, sovet dönəmində də məhz Əli bəyin qardaşı 
olduğuna  görə  başı  amansız  müsibətlər  çəkmiş  İsmayıl  Hüseynzadə  1868-ci  il 
martın 17-də  Salyanda  anadan olub  və  1941-ci  ildə  sürgün edildiyi Qazaxıstanda 
1943-cü ilin qışında dünyasını dəyişib. 
Amma buna qədər də İsmayıl müəllim, yenə də məhz Əli bəyin qardaşı və 
Sultan  Hüseynzadənin  atası  olduğu  üçün  iki  dəfə  Sibir  zindanlarında  həbsdə 
olmuşdu. 
Qafqaz  Müsəlmanları  Ruhani  İdarəsinin  sədri  şeyxülislam  Axundzadənin 
imzaladığı  bir  sənəddə  İsmayıl  Hüseynzadənin  Salyanın  Bərəağzı  deyilən 
məhəlləsində  yaşadığı bildirilir. Doğulduğu binanın eyvanında  İsmayıl  müəllimin 
çəkdirdiyi şəkildə görünən məhəccərli ev həm də Əli bəy Hüseynzadənin dünyaya 
gəldiyi evdir. İsmayıl bəyin bu şəkli Salyanda — bərəağzında yerləşən həmin evin 
yeganə fotoşahididir. 
İsmayıl bəy də Əli bəy kimi əvvəlcə ruhani idarəsinin yanındakı məktəbdə, 
sonra Tiflis Gimnaziyasında təhsil almışdı. Tiflis 1 saylı Gimnaziyasının direktoru 
Markovanın  imzaladığı  2  yanvar  1889-cu  il  tarixli  arayışda  bildirilir  ki,  İsmayıl 
Hüseynzadə  gimnaziyaya  1878-ci  ildə  daxil  olub  və  1889-cu  ildə  nənəsinin 
xahişinə  əsasən  təhsilini  yarımçıq  qoyaraq  gimnaziyadan  azad  edilsə  də,  ona 
məktəbi bitirən digər gimnazistlərin malik olduğu səlahiyyətləri veriblər. 
İsmayıl Hüseynzadə 1925-ci ilə kimi Salyan 1 saylı ikinci dərəcəli Müttəhid 
Zəhmət Məktəbində dərs demişdi və məktəb pedaqoji şurasının katibi olmuşdu. 
Qeyd  etdiyimiz  kimi,  İsmayıl  müəllim  xalası  Fatmanın  qızı  Mina  xanımla 
ailə  qurmuşdu.  Bu  evlilikdən  də  bənzərsiz  taleli  insanlar  -  Azərbaycanın  istiqlal 
savaşına  əmisinin  məfkurəsiylə  qatılan  məşhur  Sultan  Hüseynzadə,  Azərbaycan 
Cümhuriyyəti dövründə ali təhsil almaq üçün xaricə göndərilmiş 100 tələbədən biri 
Bəhram  Hüseynzadə,  Moskvada  Timiryazev  adına  Kənd  Təsərrüfatı 
Akademiyasında  təhsil  almış  Firidun  Hüseynzadə  və  Bakı  Sənaye  İnstitutunu 
bitirmiş Şəmsəddin Hüseynzadə dünyaya gəlmişdi. 
İsmayıl  Hüseynzadənin  ailəsi  ilə  birlikdə  sürgünə  göndərildiyi  qatarda 
istiqlal  dövrümüzün  mücahidlərindən  biri  -  Məhəmmədhəsən  Hacınskinin  ailə 
üzvləri də vardı. Uzun, üzücü sürgün yolunda vaqondakılar İsmayıl müəllimin oğlu 
Şəmsəddini  özlərinə  rəhbər  seçmişdilər.  İsmayıl  Hüseynzadə  sürgün  illərində 
Hacınskinin  ailə  üzvlərinə  də  qəhmər  çıxmışdı.  Sürgün  qafiləsindəkilər  Şimali 
Qazaxıstanda  Semipalatinsk  vilayəti  Jarminski  rayonunun  Balacarı  kəndində 
məskunlaşmışdılar. Qızıl mədənində çalışan Hüseynzadələr və Hacınskilər sürgün 
illərini bir ailənin üzvü kimi yaşamışdılar. Məhəmməd Əmin Rəsulzadənin balaları 
da  onlarla  bir  yerdə  olmuşdu.  Hacınskinin  həyat  yoldaşı  Səadət  xanım  İsmayıl 
müəllimi  kübar,  nəcib  bir  insan  kimi  xatırlayırdı.  Sürgün  həyatında  da  öz  kübar 
davranışını və təbiətini yadırğamayan İsmayıl Hüseynzadə daim başına qara şlyapa 

139 
 
qoyar,  əllərinə  ağ  əlcək  geyər,  frakda  gəzər  və  Səadət  xanımgilə  qonaq  gedəndə 
mütləq təzə-tər güllər apararmış. 
 
* * * 
 
Sultan  İbrahim  Hüseynzadə  İsmayıl  bəyin  ilk  övladıdır.  1897-ci  il 
yanvarın  13-də  Salyan  şəhərində  anadan  olmuşdu.  Əvvəllər  rus  ordusunun  zabiti 
idi. Cümhuriyyət dönəmində  isə  Azərbaycan Milli   Ordusunun   zabiti olmuşdu. 
Sovet  ÇK-sının  nəzarətə  götürdüyü  Azərbaycan  Milli  Ordusunun  141  zabitindən 
biriydi. Azərbaycanda Şura hökuməti qurulduqdan sonra sovet təhlükəsizlik orqanı 
tərəfindən  "meşşan,  türk,  azərbaycanlı,  realnı  məktəbi  bitirmiş,  1915-ci  ildə 
könüllü  hərbi  məktəbə  daxil  olmuş,  Müsavat  ordusunun  poruçiki,  Dünya 
müharibəsində  iştirak  etmiş,  hərbi  ordenləri  olan"  Sultan  Hüseynzadəni  də  təqib 
edirdilər.  İrana  qaçan  S.Hüseynzadə  İran  ordusunda  general  rütbəsinə  qədər 
yüksəlib. Ailə   qurmayıb. 1918-ci  ildə  Kürüstü  kəndlərimizi  yağmalayan erməni 
daşnak  silahlı  qüvvələrinə  qarşı  döyüşlərdə  türk    ordusuna    yardım    göstərən  
Azərbaycan   milli  ordusunun sıralarında hərbi əməliyyatlara başçılıq edənlərdən 
biriydi. Kərrar stansiyası ətrafında gedən döyüşlərdə Qırmızı ordunun 3-cü və 5-ci 
taborlarına  qarşı  savaşda  türk  zabiti      "Ramazan  bəyə  azərbaycanlı  zabit  Sultan 
Hüseynzadə    kömək edirdi" (M.Süleymanlı). Əli bəy Hüseynzadənin 1921-ci ilin 
3  iyulunda  Almaniyaya,  Bəhram  Hüseynzadəyə  yazdığı  məktubda  Sultanın 
İstanbulda  —  Əli  bəygildə  qonaq  olduğu  bildirilir.  1924-cü  ilin  noyabrında  isə 
Bəhram  Almaniyadan  Türkiyəyə  —  əmisi  Əli  bəy  Hüseynzadəyə  yazdığı  bir 
məktubda  Sultanın    Firidunla  birgə  Muğanda  pambıq  yığımında  iştirak  etdiyini 
bildirirdi. 1925-ci ildə İsmayıl bəy Hüseynzadənin Əli  bəyə yazdığı məktubdan isə 
məlum  olur  ki,  həmin  ilin  yanvar  ayında  Sultan  Hüseynzadə  Şimali  Qafqazda 
xidmət  edib.  1920-ci  illərdə  siyasi  dairələrdə  fəaliyyəti  dönə-dönə    hallandırılan 
general Hüseynzadənin adına bir də 1937-ci il repressiyası zamanı müxtəlif istintaq 
materiallarında  rast  gəlirik.  Leytenant  Tevosyanın  hazırladığı  16  mart  1938-ci  il 
tarixli  arayışda  Dövlət  Konservatoriyasının  müəllimi  Xədicə  Qayıbovanın 
cinayətlərindən  biri  kimi  onun  evində  türk  ordusunun  azərbaycanlı  zabiti  Sultan 
Hüseynzadənin  gizləndiyi  və  Hüseynzadənin  İrana  da  Qayıbovanın  yardımı  ilə 
qaçıb  getdiyi  xatırladılırdı.  23  mart  tarixli  ikinci  dindirilməsində  Xədicə  xanım 
zabit  Sultan  Hüseynzadənin  ...  hərdənbir  onu  teatra  dəvət  etdiyini  bildirmişdi. 
Qayıbovanın ifadəsindən məlum olur ki, Sultan bəy İrana qaçmazdan əvvəl 1920-
ci illərdə Bakıda həbs olunub və onun azad edilməsi üçün Xədicə xanım Əliheydər 
Qarayevə  və  Mirzə  Davud  Hüseynova  müraciət  edib.  Hüseynzadə  onun  evindən 
İrana 1925-ci ildə gedib. 
Xədicə xanım Qayıbovanın mənzili Sultan bəyin yaşadığı binadaydı. Sultan 
bəy  indiki  Murtuza  Muxtarov  küçəsində  (keçmiş  Poluxin)  Mirzə  Fətəli 
döngəsindəki  16  saylı  evdə  yaşayırdı.  Milli  teatrın  arxasında  Şah  döngəsindəki 

140 
 
həmin  evdə  sonralar  İsmayıl  Hüseynzadə  yaşayıb.  Bura  məşhur  milyonçu 
Aşurbəyovun evidir. 
1921-1922-ci  illərdə  Sultan  Hüseynzadənin  Əli  bəy  Hüseynzadəyə  yazdığı 
məktublarda  adətən,  ünvan  olaraq,  Bakı  şəhəri  Persidskaya  küçəsi,  Şah  döngəsi 
№16, Qayıbovların mənzili göstərilir. 
Dost  və  qohumlarının,  o  cümlədən  S.  Hüseynzadənin  Əli  bəylə 
yazışmalarında  Məmduh  Şevkətin  adı  dəfələrlə  keçir.  Hətta  məktublarda  onların 
ailəvi yaxınlıqlarına işarətlər var. Məmduh Şevkət Bakıda 1920-ci ilin avqustundan 
1924-cü  ilin  31  martına  qədər  böyükelçi  vəzifəsində  çalışıb.  Onun  Bakıya  səfir 
təyin  olunması,  ümumiyyətlə,  Türkiyə  üçün  tarixi  bir  hadisəydi.  Çünki  Əsəndal 
diplomatik  sahədə  işləmək  məqsədilə  Türkiyənin  xaricə  göndərdiyi  ilk  rəsmi 
məmur idi. Digər tərəfdən, M. Şevkət Əsəndal Türkiyənin görkəmli yazıçılarından 
biridir.  Sultan  bəy  məktublarından  birində  Əli  bəydən  xahiş  edirdi  ki,  ona 
göndərdiyi 800 lirəyə 29 qızıl alıb Məmduh Şövkətin ailəsinə çatdırsın. 
Sultan bəy həm də ticarətlə məşğul olurdu. İran-Hindistan yolunda özünün 
ticarət  karvanları  vardı.  İran  şahı  tərəfindən  ona  bir  kənd  bağışlanmışdı.  1939-cu 
ilin  11  sentyabrında  Əli  bəy  Hüseynzadənin  Sadıq  bəy  Ağabəyova  yazdığı 
məktubda  Sultanın  da  adı  çəkilir.  "Tebrizdeki  bizim  Sultan  beydən,  xeyli  zaman 
oluyor  ki,  bir  haber  alamıyorduk;  bir  aralık  Tebrize  uğramış  olan  Mehmet  Sadık 
Azeri  keçenlerde  bize  geldi,  ona  dair  malumat  verdi:  hal-ü  vaktı  iyidir;  ciftlik 
işlerile  meşğul  olarak  maişetini  temin  ediyor.  Şimdi  Tebrize,  ona  da  bir  mektup 
yazdım;  kendisinden  sana  da  mektup  yazmasını  rica  etdim.  Ondan  uzaklardakı 
akrabamıza dair malumat ala bilirsin..."
*
 
Sonuncu  dəfə  1962-ci  ildə  İstanbulda  dayısı  Əzizin  arvadı  Səlma  ilə 
görüşən  Sultan  özünün  bütün  varidatını  dayısı  arvadına  miras  buraxıb.  Məzarı 
Təbrizdədir. 
 
* * * 
 
Bəhram Hüseynzadə 1901-ci il martın 4-də Salyan şəhərində anadan olub. 
Əvvəlcə Şamaxı realnı məktəbində (sentyabr 1913  —  mart 1918), sonra isə Bakı 
Birinci  realnı  məktəbdə  (1918  —  1919)  təhsil  alıb.  Hər  iki  məktəb  tərəfindən 
Bəhram  Hüseynzadəyə  verilmiş  sənədlərdəki  qiymətlərindən  daha  çox  dəqiq 
elmlərə meyl göstərdiyi bilinir. Orta təhsilini bitirdikdən sonra Bəhram Azərbaycan 
Cümhuriyyəti  Parlamentinin  1919-cu  il  1  sentyabr  tarixli  qərarına  əsasən  dövlət 
hesabına  ali  təhsil  almaq  üçün  Almaniyanın  Darmştadt  Ali  Texniki  Məktəbinə 
                                                           
*
  Ə.  Səmədlinin  "İki  ömür  yaşayan  insan"  kitabında  bu  məktub  təqdim  edilərkən  "Təbrizdəki  bizim 
Sultan  bəy"  -  "Təbrizdəki  Sultan  bəy",  "Məhməd  Sadıq  Azəri"  isə  "Məynis  Sadıq  Azəri"  kimi 
verilmişdir. Məktubdakı "ciftlik işlərilə məşğul olaraq məişətini təmin ediyor" cümləsini də Ə. Səmədli 
"Çəltik əkini ilə məşğul olaraq ailəsini dolandırır" şəklində vermişdir - müəllif. 
 

141 
 
göndərilmişdi.
*
 Azərbaycan Cümhuriyyətinin təhsil naziri Şahsuvarovun imzası ilə 
ona verilmiş vəsiqədə Bəhram Hüseynzadənin hökumət xəzinəsinin hesabına təhsil 
alacağı  bildirilirdi.  Almaniyada  energetika  mühəndisi  peşəsinə  yiyələnən  Bəhram 
təhsil  aldığı  ölkənin  vətəndaşı,  1903-cü  ilin  20  yanvarında  anadan  olmuş  Luiza 
Held  Bernarla  ailə  qurmuşdu.  Darmştadt  Politexnik  İnstitutunu  1926-cı  ilin  9 
noyabrında elektrotexnik ixtisası üzrə tamamlayıb. Təhsilini başa vurduqdan sonra 
1926-cı  ildə    Azərbaycana  qayıtmış,  Gəncədəki  Toxuculuq  kombinatında  elektrik 
təsərrüfatının,  sonralar  isə  Azərbaycan  Xalq  Torpaq  Komissarlığında 
"Azərkəndelektrik"  bölməsinin  rəisi  vəzifələrində  çalışmışdı.  1937-ci  ildə 
Azərbaycanda yaşamaq Luizaya qadağan edildikdən sonra yeganə övladı Rayananı 
burada saxlamaq şərti ilə özünü ata vətəninə — Federativ Almaniyaya deportasiya 
ediblər. Anna Katarina Luiza Hüseynzadə Held Almaniyada - Darmştadt şəhərində 
dükan  açıb  və  dükanını  "Luiza  Hüseynzadə"  adlandırıb.  Bəhram  Hüseynzadə  isə 
1938-ci aprel ayının 2-də həbs olunaraq ölüm cəzasına məhkum edilir. Sonra ölüm 
cəzası 25 illik sürgünlə əvəzlənir və o da sürgünə göndərilir. 
Bəhram Hüseynzadə 1956-cı ilin 31 yanvarında bəraət alır. 
Bəraətdən  sonra  bir  müddət  Çimkənddə  yaşayan  Bəhram  nəhayət,  Bakıya 
gəlir və tarixçi alim Sara Aşurbəyli ilə evlənir. 
Faciələrlə  dolu  ömür  yaşamış  Bəhram  Hüseynzadə  1967-ci  ildə  mədə 
xərçəngindən vəfat edib. 
Luiza Helt Bəhramdan sonra ailə qurmamışdı. Son nəfəsinə qədər Bəhramın 
həsrəti  ilə  yaşadı.  1968-ci  ilin  yayında  dünyasını  dəyişdi.  Ölüm  yatağındaykən 
Rayana  xanım  anasının  yanında  olub  və  atasının  ölüm  xəbərini  anasına  əzablı 
ömrünün ən son dəqiqələrində bildirib. Allaha şükür ki, Rayana xanım yaşayır və 
mən bu sətirləri yazdığım günlərdə istirahət etmək üçün Kalininqraddan Bakıya — 
qızları Aybənizin, Laləzarın yanına gəlib. 
Bəhram  Hüseynzadənin  Almaniyadan  Əli  bəy  Hüseynzadəyə  yazdığı 
məktublar, istər Cümhuriyyət dönəmində ali təhsil almaq üçün xaricə göndərilmiş 
tələbələrin sosial vəziyyətini,  istər Cümhuriyyət, istərsə də  Sovet  hökumətinin bu 
tələbələrə  münasibətini,  eləcə  də  bir  insan  olaraq  Əli  bəy  Hüseynzadənin  şəxsi 
keyfiyyətlərinin bəzi və çox mühüm cəhətlərini öyrənmək baxımından maraqlıdır. 
Əli  bəy  Bəhrama  məktub  göndərən  doğmalarının  içərisində  birinci  adamdır.  Əli 
bəy Bəhramın maddi çətinliklərini nəzərə alıb ona 3600 frank pul göndərib və s. 
Xatırladım  ki,  Bəhram  Hüseynzadə  Almaniyadan  Əli  bəyə  7  məktub 
yollayıb. Hər halda, əldə olanların sayı bu  qədərdir. Məktubların yazılma tarixləri: 
15  oktyabr  1921,  30  mart  1922,  5  iyul  1922,  25  may  1923,  5  avqust  1923,  23 
sentyabr 1924 və  14 sentyabr 1925. 
                                                           
*
  Təhsil  almaq  üçün  xarici  ölkələrə  göndərilən  100  nəfərin  içərisində  Bəhramdan  başqa,  İsmayıl  bəy 
Hüseynzadənin yetirməsi olan daha iki nəfər salyanlı gənc vardı: Əlihüseyn Ağahüseyn oğlu Hüseynov 
və Zeynalabdinbəy Ağabəy oğlu Hüseynbəyov Fransaya ezam olunmuşdular - müəllif. 
 

142 
 
* * * 
 
Şəmsəddin Hüseynzadə 1908-ci il iyunun 15-də Salyan şəhərində anadan 
olub.  Əsl  adı  Şəmsəddin  Sami  bəydir  (bu  adı  ona  Şəmsəddin  Saminin  xatirəsinə 
Əli bəy Hüseynzadə  verib).  Orta  təhsilini Salyan 1 saylı ikinci dərəcəli Muttəhid 
Zəhmət Məktəbində başa vurmuşdu. Şəmsəddin Hüseynzadə 1925-ci ildə ali təhsil 
almaq üçün Bakıya gəlib və Azərbaycan Politexnik İnstitutunun inşaatçı-mühəndis 
fakültəsinə daxil olub. 1931-ci ildə ali təhsilini başa vurub. Ali təhsil aldığı illərdə 
Bakının  müxtəlif  orta  məktəb  və  texnikumlarında  müəllimlik  edib.  Bakı 
Neftayırma Texnikumunda  dərs hissə  müdiri olub. 1941-ci  ildə  atası İsmayıl bəy 
və anası Mina xanım, həyat yoldaşı, 1908-ci il təvəllüdlü Anna Yakovlevna, qızları 
—  1932-ci  ildə  doğulmuş  Leyla  və  1936-cı  ildə  anadan  olmuş  Laisə,  qardaşı 
Bəhram  Hüseynzadənin  1929-cu  il  təvəllüdlü  qızı  Rayana  ilə  birgə  Şimali 
Qazaxıstanın  Balacarı  kəndinə  sürgün  edilmişdi.  Həyat  yoldaşı  Anna  xanımın 
vaxtsız  vəfat etməsi səbəbilə Şəmsəddin müəllim sürgündə ikinci dəfə evlənib və 
müsəlmançılığı  qəbul  etmiş  Sima  xanımla  nikahından  Çimkənddə  1950-ci  ilin  6 
fevralında sonbeşik qızı Cəmilə Hüseynzadə dünyaya gəlib. 
Şəmsəddin müəllimin ailəsi 1956-cı ildə bəraət almışdı. 
1957-ci  ildə  Şəmsəddin  müəllim  Azərbaycana  qayıtmaq  qərarına  gəlir.  Bu 
münasibətlə Mərkəzi Komitənin birinci katibi İmam Mustafayevə yazdığı məktubu 
oxuyarkən  istər-istəməz  düşünürsən  ki,  zavallı  Hüseynzadələr,  haqqın  nahaqdan 
ayırd  edilməsi  üçün  nə  qədər  əzab  çəkiblər.  Həmişə,  bütün  mərhələlərdə  nəyisə 
izah  ediblər.  Adamları  həqiqətə  inandırmaq  üçün  məktublar,  ərizələr,  izahatlar 
yazıblar, ifadələr veriblər. 
1960-cı  ildə  əvvəllər  yaşadığı  evə  köçməsinə  imkan  yaradılsa  da, 
Şəmsəddin  müəllim  çoxdandır  ki,  burada  yaşayan  iki  nəfər  qocanın  evdən 
çıxarılmasına imkan vermir və özü başqa mənzilə köçür. 
...Yol-körpü  mühəndisi  Şəmsəddin  bəyin  öz  dəst-xətti  ilə
 
yazdığı  saralmış 
kağızlara  baxıram;  Başqırd  şairi  Ağmollanın  şeirləridir:  Şəmsəddin  Hüseynzadə 
həmin şeirləri başqırdcadan rus dilinə tərcümə edib. 
Şəmsəddin  müəllim  sürgündən  sonra  müxtəlif  vəzifələrdə,  o  cümlədən 
Azneftin Azyolnəqliyyat idarəsində çalışıb. 
(Cəmilə xanımın oğlu İsmayıl üç ali təhsil alıb. Bakıda yaşayır...) 
 
* * * 
 
Firidun  Hüseynzadə  1903-cü  ildə  Salyan  şəhərində  anadan  olmuşdu. 
Timiryazev  Akademiyasında  təhsil  almışdı.  Aqronom  idi.  Rusiyanın  məşhur 
nəsillərindən birinin  nümayəndəsilə  -  Demidovlardan  Aleksandra  Konstantinovna 
Demidova ilə evlənmişdi. Aleksandra geoloq idi. 

143 
 
Firidun bəy bir dəfə Qazaxıstana sürgün edilməzdən əvvəl - 1933-cü ilin 20 
martında  Əsildar  Muğanlının  işi  üzrə  həbs  olunmuşdu.  Həbsin  motivi  olaraq, 
Firidunun alman dərgilərini oxumasını göstərirdilər. Firidun, oğlu Atilla və arvadı 
ilə bir yerdə İsmayıl müəllimin sürgündə olduğu kənddə yaşayırdı. 
Atilla  Firidun  oğlu  Hüseynzadə  1939-cu  il  təvəllüdlüdür.  Peterburqda 
anadan  olmuşdu.  Kalininqradda  yaşayırdı.  Lomonosov  adına  Moskva  Dövlət 
Universitetinin  kimya  fakültəsini  və  Kalininqrad  Balıqçılıq  İnstitutunu  bitirmişdi. 
Esselər,  məqalələr,  şeirlər  yazırdı,  dənizçi  psixologiyasına  dair  elmi  tədqiqatların 
müəllifiydi.  "Quran"ın  bir  sıra  surələrini  nəzmlə  rus  dilinə  tərcümə  etmişdi. 
Əslində Atillanın təfsirlərini onun həmin ayə və surələrdən ilhamlanaraq yazılmış 
orijinal şeirləri kimi də dəyərləndirmək olar. Atillanın tərcümələrini, daha doğrusu, 
özü demişkən, İman Valeriya Proxovanın "Quran" tərcümələrinə izahlarını Moskva 
mətbuatında Çingiz Hüseynov təqdir etmişdi. 
O  da  maraqlıdır  ki,  yaradıcılığının  "Quran"  cazibəsində  hasilə  gəlmiş  bu 
qismini Atilla Əli bəy Hüseynzadənin xatirəsinə ithaf edib. 
Rusiyanın iki böyük ali məktəbini bitirən, həyatını qəriblikdə və sarsıntılar 
içində  keçirən, cismi də  qürbət  torpağına  tapşırılan  Atilla  Hüseynzadə  islamın ən 
əsas  şərtini  hələ  çox  körpəykən  sürgün  illərində,  nənəsi  Mina  xanım 
Hüseynzadədən öyrəndiyini söyləyirdi: "La ilahə illəllah Məhəmməd rəsul Allah". 
Atilla  deyirdi  ki,  rusdilli  bir  uşağın  ilk  dəfə  eşitdiyi  bu  sözləri  bir  daha  təkrar 
etdirmədən əzbərləməsi və bütün həyatı boyu unutmaması ilahi fikrin düzgün dərki 
üçün genetik proqramlaşdırmanın nəticəsidir. 
XIX yüzildə Qafqazın şeyxülislamı olmuş Əhməd Salyaninin nəticəsi Atilla 
XXI  yüzildə  —  2008-ci  il  yanvarın  6-da  Rusiyanın  qərbində  kəlmeyi-şəhadətinə 
sadiq qalaraq, dünyasını dəyişdi. 
Teymur və Murad adında iki oğlu var. 
 
* * * 
 
Böyükxanım  Hüseynzadə  isə  Hacıağa  İbrahimbəyli  ilə  ailə  qurmuşdu. 
Əvvəllər  Salyan  qadın  məktəbində  şəriət  müəllimi  işləyən  Böyükxanım  ömrünün 
sonunadək  pedaqoji  işdə  çalışmışdı.  Böyükxanımın  övladları  Həyat
*
  və  Hacı 
Muraddır. 
Hacıağa  İbrahimbəyli  müharibə  illərinə  qədər  Zaqafqaz  Hərbi  Məktəbinin 
direktoru  olmuşdu.  Oğlu  Hacı  Murad  İbrahimbəyli  isə  tarix  elmləri  doktoru, 
professor,  Rusiya  Təbiət  Elmləri  Akademiyasının  akademik-katibi  idi
**
.  1999-cu 
ildə Moskvada vəfat etmişdir. 
                                                           
*
 Əsl adı Nur-eynil-Həyatdır — müəllif. 
**
  Hacı  Murad  İbrahimbəylinin  əsərləri  ilə  tanış  olmaq  üçün  bax:  Гаджи  Мурат  Ибрагимбекли. 
"Россия  и  Азербайджан  в  первой  трети  XIX  века".  "Наука",  Москва,  1969.  Гаджи  Мурат 
Ибрагимбекли. "Страницы истории боевого содружество". Баку, 1970. 

144 
 
Sonralar  partiya  işində  —  Mərkəzi  Komitənin  katibi  vəzifəsində  çalışmış, 
hal-hazırda  Ümumrusiya  Azərbaycanlıları  Konqresinin  vitse-prezidenti,  akademik 
Əfrand Daşdəmirov Böyükxanımın nəvəsi, Həyatın oğludur. 
Minaxanımın  qardaşı  Əziz  1920-ci  illərdə  Sənaye  İnstitutunun  professoru 
idi.  1926-cı  ildə  Bakıya  Türkoloji  Qurultaya  gələn  Əli  bəy  Hüseynzadənin  daha 
çox  təmasda  olduğu  qohumlarından  biriydi.  1926-cı  ildən  sonra  İstanbula  gedib 
ömrünün  axırına  kimi  orada  qaldı.  Milliyyətcə  çeçen  olan  Səlma  ilə  evləndi.  Üç 
övladı var: İbrahim Mehdi Aksu, Fatma Bikə (İngiltərədə yaşayır), Ayxan. 
Əziz bəy 1933-cü ildə İstanbulda vəfat edib. 
 
* * * 
 
Azərbaycanın  görkəmli  opera  müğənniləri  Fidan  və  Xuraman  Qasımova 
bacıları da Əli bəy Hüseynzadənin əqrabalarındandır. 
 
P.S. Hüseynzadə Əli bəy Turanın nəsil ağacı   bununla bitmir... 
 
Səlim Turan 
 
"Sənət  də  uzaqlarda  parıldayan  bir  dəniz  fənəri  kimidir.  Orada  bütün 
insanlar bərabərdir. Kral və dilənçi arasındakı bərabərsizlik silinmişdir. Oradakı 
yoxsul kəndli və ya bir pinəçi Hz. Süleyman və Hz. Davuddan fərqsizdir".
234
 
Səlim Turan 
 
Atası  Əli  bəy  Hüseynzadənin  aldığı  bir  rəsm  dəftəri  Səlim  Turanın  tale 
yolunu hələ çox balacaykən müəyyənləşdirdi. 
 
Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin