Allerqologiya 1 Allerqoloji kabinetdə mütləq nə olmalıdır?


) Sistemli əlamətlərlə keçən ağciyər eozinofiliyalarının müalicəsində hansı preparatlar istifadə edilir?



Yüklə 1,64 Mb.
səhifə6/18
tarix16.02.2017
ölçüsü1,64 Mb.
#9088
1   2   3   4   5   6   7   8   9   ...   18

347) Sistemli əlamətlərlə keçən ağciyər eozinofiliyalarının müalicəsində hansı preparatlar istifadə edilir?

A) Qeyri-steroid iltihaba qarşı preparatlar

B) İmmunostimulyatorlar

C) Antibiotiklər

D) Sitostatiklər

E) Sidikqovucular


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Рациональная фармакотерапия аллергических заболеваний» 2007г.
348) Ekzogen allergik alveolitin patogenezində aparıcı rolu hansı mexanizm oynayır?

A) Sitotoksik mexanizm

B) Reagin mexanizm

C) Reagin + sitotoksik mexanizm

D) Reagin + immunkompleksli mexanizm

E) Ləng tipli reaksiya + immunkompleksli mexanizm


Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
349) Ekzogen allergik alveolitin müalicəsində hansı prepratlar istifadə olunur?

A) İltihaba qarşı preparatlar

B) Nitrofuranlar

C) Sulfanilamidlər

D) Qlyukokortikosteroidlər

E) Antibiotiklər


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Рациональная фармакотерапия аллергических заболеваний» 2007г.
350) Ekzogen allergik alveolitin xroniki formasının əsaslı müalicəsinin prepratlarına hansı aid deyil?

A) İmmunosupressantlar

B) Antibiotiklər

C) Qlyukokortikosteroidlər

D) Kuprenil (kompleksion)

E) Kolxisin


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Рациональная фармакотерапия аллергических заболеваний» 2007г.
351) Ekzogen allergik alveolitin differensasiyası hansı xəstəliklə aparılır?

A) Ağciyər absesi ilə

B) Bek sarkoidozu ilə

C) Ağciyərin xərçəngi ilə

D) Ağciyərin bullyoz kistası ilə

E) Plevritlə


Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
352) Bronxial astmanın təxirə salınmaz terapiyasında istifadəsi tövsiyyə edilməyən preparatlar qrupu hansıdır?

A) Helioks

B) Antihistamin prepartları

C) Metilksantinlər

D) Adrenomimetiklər

E) Qlükokortikosteroidlər


Ədəbiyyat: П. Э. Парсонз, Дж. Э. Хеффнер. «Секреты пульмонологии» 2004 г.
353) Qırtlağın allergik ödemi (larinqoedema) özünü hansı əlamətlərlə göstərir?

A) Davamlı inspirator təngnəfəslik, bəzən səsin tutulması

B) Asqırma ilə

C) Qanda neytrofiloz

D) Ekspirator təngnəfəslik

E) Çəhrayı rəngdə köpüklü bəlgəm


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 261
354) Aşağıda göstərilənlərdən hansı ekzogen allergik alveolitin inkişafına səbəb ola bilər?

A) Lateks

B) Yovşan

C) Yod preparatları

D) Palıd ağacının yonqarı

E) Siprofloksasin


Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г., s. 583
355) Hansı əlamətlər qırtlağın allergik ödeminin başlanğıcında müşahidə oluna bilər?

A) Ekspirator təngnəfəslik

B) Səsinin xırıltılı olması

C) İştahanın azalması

D) Qusma

E) Obstruktiv sindromla


Ədəbiyyat: В. Н. Молотков, Е. И. Суслов, Н. Н. Коваленко. «Диагностика аллергических заболеваний легких» 1985 г.
356) Hansı faktorlar uşaqlarda allergik xəstəliklərə meyllilik yarada bilər?

A) Hamiləlik zamanı qidalanmanın pozulması

B) Bağırsaqların selikli qişasının keçiriciliyi azalan zamanı

C) İgE-səviyyəsinin aşağı olması

D) Erkən süni qidalanma

E) Mədə şirəsinin turşuluğu yüksək olan zamanı


Ədəbiyyat: М. Э. Студенкина, Т. С. Соколова. «Аллергические болезни у детей» 1986 г.
357) Astma zamanı əsas bazis iltihabəleyhinə terapiyaya hansı preparatlar aiddir?

A) Qeyri-steroid iltihab əleyhinə preparatlar

B) Antibiotiklər

C) Virusəleyhinə təsir edən preparatlar

D) Simpatomimetiklər

E) İnhalyasiya yolu ilə təsir edən kortikosteroidlər


Ədəbiyyat: А. Г. Чучалин. «Бронхиальная астма. Иммунология астмы» 1985 г.
358) Allergik rinit zamanı intranazal adrenomimetiklər istifadə edən zaman aşağıdakılardan hansıları yadda saxlamaq lazımdır?

A) Təsiri olmadıqda dozanı tədricən artırmaq məsləhətdir

B) Optimal müalicə kursu 2-4 həftədir

C) Remissiya dövründə kəskinləşmələrin profilaktikası üçün göstərişdir.

D) Ağır gedişli zamanı xəstəliyin simptomlarını tam aradan qaldıranadək vermək

E) Bu preparatlar ardıcıl olaraq 3-5 gündən artıq vermək məsləhət görülmür


Ədəbiyyat: А. Г. Чучалин, И. Д. Копылев. «Болезни органов дыхания. Аллергические заболевания легких» 1990 г.
359) Aşağıdakı faktlardan hansı bronxial astma üçün düzgündür?

A) Əgər yaxın qohumlar xəstədirsə, xəstələnmə riski 20-25%-dir

B) Xəstəlik hava-damcı yolu ilə keçir

C) Kənd sakinlərində, şəhər sakinlərinə nisbətən daha tez-tez əmələ gəlir

D) Monoziqot əkizlərdə konkordantlıq 100%-dir

E) Yalnız ata xəstə olduqda, övlad üçün xəstələnmə riski praktiki yoxdur


Ədəbiyyat: А. Г. Чучалин. «Бронхиальная астма. Иммунология астмы» 1985 г.
360) Allergik rinitin inkişafının əsasını təşkil edən immunoloji mexanizm hansıdır?

A) Toksiki reaksiya

B) Ləng tipli allergik reaksiya (IV tip)

C) Allergik rinitin mexanizmi qeyri-immundur

D) İmmunoloji allergik reaksiya (III tip)

E) Sürətli tipli allergik reaksiya (I tip)


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Клинические рекомендации. Аллергология» 2008 г.
361) Tozcuqlu rinitin spesifik müalicə üsulları hansılardır?

A) İynə ilə refleks terapiyası

B) Antibiotiklərin təyini

C) Farmakoterapiya

D) Cərrahi müalicə

E) Allergenin kənar edilməsi və spesifik immun müalicə


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Клинические рекомендации. Аллергология» 2008 г.
362) Göstərdiklərimizdən hansı astmogen qeyri-infeksion inhalyasion allergenlərinə aid deyil?

A) Heyvanların və insanların epidermisinin hissəcikləri

B) Bitkilərin tozcuğu

C) Qeyri-patogen göbələklərin sporları

D) Bakteriyalar

E) Həşəratların bədənlərinin hissəcikləri


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
363) Aşağıdakı dərmanlardan hansı bronxial astmanın kəskinləşməsinə səbəb deyil?

A) β-adrenoblokatorlar göz damcısı şəklində

B) β-adrenoblokatorlar həb şəklində

C) Qeyri-steroid iltihab əleyhinə vasitələr

D) Qısa təsirli Са antaqonistləri

E) Aspirin


Ədəbiyyat: В. И. Метелица. «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005 г.
364) Böyüklərdə atopik bronxial astmanın daha tez rast gələn səbəbi nədir?

A) Epidermal allergenlər

B) Dərman preparatları

C) Qida allergenləri

D) Tozcuq və ev tozu

E) Antibakterial preparatlar


Ədəbiyyat: Под ред. Н. Р. Палеева. «Болезни органов дыхания» 2000 г.
365) Atopik bronxial astmada dəri allergik sınaqları hansı müddətdən sonra qiymətləndirilir?

A) 2 dəqiqə sonra

B) 20 dəqiqə sonra

C) 30 dəqiqə sonra

D) 24 saat sonra

E) 5 dəqiqə sonra


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Клинические рекомендации. Аллергология» 2008 г.
366) Aşağıdakılardan hansı yüngül gedişatlı bronxial astmanın atopik forması üçün səciyyəvidir?

A) Xroniki ağ ciyər çatışmamazlığı

B) Allergenlə kontaktdan kənarda tam remissiyalar

C) Allergenlə kontaktdan kənarda natamam remissiyalar

D) Xroniki ağ ciyər ürəyi

E) Ağ ciyərlərin emfizeması.


Ədəbiyyat: Под ред. Н. Р. Палеева. «Болезни органов дыхания» 2000 г.
367) Aşağıdakılardan hansı bronxial astmanın inhalyasion terapiyasının üstünlüklərinə aid deyil?

A) Ağciyərlərdə dərmanların maksimal konsentrasiyası

B) Effektin tez yaranması

C) Minimal sistem təsiri

D) Tabletli formalarla müqayisədə tətbiqinin sadəliyi

E) Dərmanın bahalığı


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Клинические рекомендации. Аллергология» 2008 г.
368) Aşağıdakı dərmanlardan hansıları bronxial obstruksiyası olan xəstələrə böyük ehtiyatla təyin edilməlidir?

A) Ksantin törəmələri

B) Ca antaqonistləri

C) Antasidlər

D) β-blokatorlar

E) Sidik qovucular


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
369) Topik inhalyasion qlükokortikosteroidlərin yanaşı sistem effektlərinə hansılar aiddir?

A) Steroidli diabet

B) Osteoporoz

C) Çox nadir hallarda müşahidə olunması

D) Ulserogen təsir

E) İsenko-Kuşinq sindromu


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
370) Sadalanan inhalyasiya yolu ilə təsir edən qlükokortikosteroidlərdən hansı ən kiçik bioloji mənimsəməyə malikdir?

A) Flütikazon

B) Flunizolid

C) Beklometazon dipropionat

D) Budesonid

E) Triamsinolin asetonid


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
371) Kəskin boğulma tutmasının aradan qaldırılması üçün inhalyasiya şəklində hansı dərmanlar istifadə olunmalıdır?

A) Antileykotrien dərman preparatları

B) Uzunmüddətli b2-aqonistləri

C) Teofillin

D) Qısa müddətli b2-aqonistləri

E) Kromonlar


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
372) Aşağıda göstərilənlərdən hansı salmeterolun bronxolitik təsiri üçün səciyyəvidir?

A) İnqalyasiyadan 1 dəq. sonra başlayır və 4-6 saat davam edir

B) Birinci saat ərzində başlayır

C) İnqalyasiyadan sonra ilk 30 dəqiqə ərzində başlayır və 12 saat müddətində davam edir

D) Bir sutka davam edir

E) Müalicənin birinci həftəsinin sonunda başlayır


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
373) Teofillin dərman preparatlarının qəbulu zamanı yaranan yanaşı effektlərə hansıları aiddir?

A) Tremor, ürək bulanma, hipertoniya, bradikardiya, leykositoz

B) Yanaşı gedən effektlər yoxdur

C) Abdominal ağrılar, hipertoniya, bradikardiya

D) Ağızda quruluq, ürək bulanma, baş ağrısı, bradikardiya, leykositoz, trombositoz

E) Ürəkbulanma, stenokardiya tutmaları, ürək ritminin pozulması, qıcolmalar


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
374) Bronxial astmanın diaqnostikasında bronxoobstruksiya yaradan təhrikedici test hansı maddə ilə aparılır?

A) Fenoterolla inqalyasion test

B) Metaxolinlə inqalyasion test

C) Bodipletizmoqrafiya

D) Salbutomolla inqalyasion test

E) Pikfloumetriya


Ədəbiyyat: : GİNA 2009
375) Xəstədə burnun residivləşən polipozu müşahidə olunur. Bu vəziyyətdə hansı preparatların qəbulunu məhdudlaşdırmaq lazımdır?

A) Sulfopreparatların

B) Tetrasiklin sırasına daxil olan preparatların

C) Asetilsalisil turşusunun

D) Göbələk əleyhinə preparatların

E) Yerli təsir göstərən anestetiklərin


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
376) Aşağıdakılardan hansı ağ ciyər eozinofiliyasının səbəbi ola bilər?

A) Vitaminlər

B) Nitratlar

C) Qlükokortikosteroidlər

D) Antibiotiklər

E) Antihistamin preparatlar


Ədəbiyyat: Под ред. Н. Р. Палеева. «Болезни органов дыхания» 2000 г.
377) Aşağıdakılardan hansı ağ ciyər eozinofiliyasının səbəbi ola bilər?

A) Böyrək xəstəlikləri

B) Şiş xəstəlikləri

C) Ürək xəstəlikləri

D) Qaraciyər xəstəlikləri

E) Mədəaltı vəzin xəstəlikləri


Ədəbiyyat: Под ред. Н. Р. Палеева. «Болезни органов дыхания» 2000 г.
378) Sadə eozinofil pnevmoniyanın (Leffler sindromu) patogenezində ən çox aşağıdakılardan hansı iştirak edir?

A) İgM


B) İgG+İgM

C) İgE


D) İgG

E) İgA
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 590


379) Allergik bronx-ağciyər asperqillozu hansı bronxial astma fonunda iştirak edir?

A) İnfeksiyadan asılı astma

B) Fiziki gərginlik astması

C) Sadalananların heç birində.

D) Atopik astma

E) Aspirin astması


Ədəbiyyat: : Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 595
380) Bronxial astma diaqnozunun qoyulması zamanı bronxial obstruksiyanın kəskinliyi və geriyə dönməsini qiymətləndirmək üçün seçim üsulu nədir?

A) Spirometriya

B) Pikfloumetriya

C) Qanda ümumi İgE-nin təyini

D) Döş qəfəsinin kompyuter tomoqrafiyası

E) Bronxoskopiya


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
381) Sadə ağciyər eozinofiliyası zamanı qanın kliniki analizində hansı əlamətlərin olması səciyyəvidir?

A) Trombositopeniya

B) Leykopeniya

C) Eozinofiliya

D) EÇS kəskin yüksəlməsi

E) Limfositoz


Ədəbiyyat: Под ред. Н. Р. Палеева. «Болезни органов дыхания» 2000 г.
382) Bronxial astma xəstələrinin vəziyyətinə nəzarət etmək üçün nədən istifadə edilir?

A) Qanda ümumi İgE-nin səviyyəsinə nəzarət

B) Qanda spesifik İgE-nin dəyişməsinə nəzarət

C) Pikfloumetriya

D) Gündəliyin yazılması

E) Spirometriya


Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 36
383) Sadə eozinofil pnevmoniyanın (Leffler sindromu) müalicəsində hansı dərman preparatları istifadə olunur?

A) Sidikqovucular

B) Qeyri-steroid iltihab əleyhinə dərmanlar

C) Sulfanilamidlər

D) Antibiotiklər

E) Qlükokortikoidlər


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 590
384) Ekzogen allergik alveolitdə allergen hansı yolla daxil olur?

A) İnhalyasion yolu ilə

B) Parenteral yolla

C) Selikli qişalardan

D) Mədə-bağırsaq traktından

E) Dəridən


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 584
385) Ekzogen allergik alveolit zamanı iltihab prosesi harada yerləşir?

A) İri kalibrli bronxlarda

B) Alveollar və bronxiollarda

C) Orta kalibrli bronxlarda

D) Traxeyada

E) Bronxopulmonal limfa düyünlərində


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
386) İnfeksion mənşəli rinit üçün xarakter əlamət hansıdır?

A) Burundan xaric olan sekretin selikli ya selikli-irinli olması

B) Xəstədə eyni zamanda konyuktivitin olması

C) Periferik qanda eozinofillərin artması

D) Eliminasiya sınağının müsbət olması

E) Allergenlərlə aparılan burun testinin müsbət olması


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
387) Allergik rinitin müalicəsində aşağıda sayılan dərman preparatlarından hansı işlədilmir?

A) Ketotifen

B) Asetilsalisil turşusu (aspirin)

C) Beklometazon

D) Erius

E) Natrium kromoqlikat


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
388) Mövsümü və il boyu davam edən allergik rinitin müalicəsində saydıqlarımızdan hansı üsul patogenetik müalicə üsulu hesab edilir?

A) Allergen spesifik immunoterapiya

B) Qlükokortikosteroidlərlə müalicə

C) H1-reseptorların blokatorları ilə müalicə

D) Dekonqestantlarla (ksilometazolin, nafazolin) müalicə

E) Tosqun hüceyrələrin membranasını stabilləşdirən preparatlarla müalicə


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
389) Ağır gedişli persistə edən astma üçün ən xarakterik əlamət hansıdır?

A) Fiziki aktivlik bir qədər məhdudlaşır

B) Astmanın gündüz əlamətləri həftədə iki dəfə olur

C) Astmanın gecə əlamətləri həftədə 1 dəfə olur

D) Xəstənin yuxusu hərdən bir pozulur

E) Nəfəs vermənin pik sürəti (PİF) normanın 60%-dən aşağıdır, PEF-in sutka ərzində variabelliyi 30%-dən çoxdur


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
390) Aşağıda sadaladıqlarımızdan hansı qeyri-allergik astma hesab olunur?

A) Allergik rinit fonunda astma

B) Atopik dermatit fonunda astma

C) Endogen astma

D) Yüngül persistə edən astma

E) Aspirin astması


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
391) Nəfəs vermənin pik sürətinin (PEF) səhər və axşam göstəriciləri arasında fərqin (sutkalıq variabelliyi) neçə faiz olması bronxial astma üçün xarakterikdir?

A) 6-10%


B) 1-5 %

C) 16-19%

D) 20 % və çox

E) 11-15%


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
392) Aşağıda sadaladıqlarımızdan hansı leykotrien əleyhinə preparat deyil?

A) Sinqulyar

B) Miteka

C) Zileuton

D) Akolat

E) Ketotifen


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
393) Sistem kortikosteroidlərdən asılı olan bronxial astmalı xəstələrdə hansı patologiya çox rast gəlir?

A) Allergik rinit

B) Allergik konyuktivit

C) Övrə.


D) Osteoporoz

E) Atopik dermatit


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
394) Aşağıda qeyd olunan əlamətlərdən hansı allergik rinit üçün vaсib hesab edilmir?

A) Üz nahiyyəsində ödem

B) Asqırma

C) Akrosianoz

D) Çətinləşmiş burun tənəffüsü

E) Burun boşluğundan zəif sekret ifrazı


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
395) İnqalyasion qlükokortikoidlərə hansı preparat aid deyildir?

A) Flunizolid

B) Budesonid

C) Fliksomid

D) Fenoterol

E) Bekotid


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
396) Bronxial astmanın qlükokortikoidlərlə sistem müaliсəsinin ağırlaşmalarına nə aid deyildir?

A) Arterial hipertenziya

B) Hiperqlikemiya

C) Piylənmə

D) Çəkinin itirilməsi

E) Böyrəküstü vəzin funksiyasının zəifləməsi


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
397) Bronxial astma üzərində nəzarətin səviyyələrinə (GİNA 2006) hansi aid deyil?

A) Nəzarət olunan astma

B) Tam nəzarət olunan astma

C) Sadalananların heç biri

D) Nəzarət olunmayan astma

E) Hissəvi nəzarət olunan astma


Ədəbiyyat: GİNA 2006
398) Sadalananlardan hansı bronxial astmanın immun terapiyasına əks göstəriş deyil?

A) Psixiki xəstəliklər

B) Məişət allergiyası ilə müşayiət olan astma

C) Hamiləlik

D) Onkoloji xəstəliklər

E) Tənəffüs və ürək çatmamazlığı


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
399) Bronxial astmanın bazis terapiyasında hansı qrup preparatlar istifadə olunur?

A) Metilksantinlər, m-xolinoblokatorlar, β-adrenoblokatorlar

B) β-adrenoblokatorlar, metilksantinlər

C) β-adrenoblokatorlar, tosqun hüceyrələrin membranının stabilizatorları

D) Ürək qlikozidləri, m-xolinoblokatorlar

E) Qlükokortikoidlər, tosqun hüceyrələrin membranının stabilizatorları


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
400) Aspirin astması üçün xarakterik kliniki triada hansılardır?

A) Bronxial astma, aspirinə qarşı dözülməzlik, qastroezofaqeal refluks

B) Bronxial astma, aspirinə qarşı dözülməzlik, konyunkivit

C) Bronxial astma, aspirinə qarşı dözülməzlik, faringit

D) Bronxial astma, aspirinə qarşı dözülməzlik, burun polipovu

E) Bronxial astma, aspirinə qarşı dözülməzlik, sağ mədəcik çatmamazlığı


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
401) Ekzogen bronxial astma zamanı qanda immunoqlobulinin hansı tipinin miqdarı artır?

A) İgM


B) İgE

C) İgG


D) İgF

E) İgA
Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.


402) Bronxial astmanın əsas kliniki simptomu hansıdır?

A) Inspirator xarakterli daimi təngənəfəslik

B) Ekspirator xarakterli boğulma tutmaları

C) Qeyd olunanların hamısı

D) Stridor

E) Inspirator xarakterli boğulma tutmaları


Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.
403) Bronxial astmada iltihab reaksiyasının nəticəsi nə olur?

A) Selikli qişanın degenerasiyası ilə terminal bronxların genəlməsi

B) Alveollarda ödem və eksudasiya mayesi

C) Qeyd olunanların hamısı

D) Terminal bronxların torbaya bənzər genəlməsi

E) Orta və xırda ölçülü bronxların spazmı və ödemi, seliyin hipersekresiyası


Ədəbiyyat: : Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г., с. 419
404) Qeyri immunoloji bronxial astma tutmalarının yaranmasına təhrik edən dərman preparatı hansıdır?

A) Prednizolon

B) İntal

C) Ketotifen

D) Dimedrol

E) Aspirin


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
405) Aşağıdakı xəstəliklərdən hansında restriktiv növlü tənəffüs pozulması

gözlənilir?
A) Bronxial astma

B) Bronxoektaziya

C) Bronxiolit

D) Mukovissidoz

E) Miasteniya qravis
Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
406) Asmatik statusun müalicəsi üçün seçim preparatı hansıdır?

A) Kalsium qlukonat

B) Klaritin

C) Prednizolon

D) Strofantin

E) Zaditen


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г., с. 431
407) Astmatik statusun əlamətlərindən biri nədir?

A) Qeyd olunanların heç biri

B) Bronxların β2- adrenoreseptorların stimulasiyasına cavab verməməsi

C) Damarların M-xolinoreseptorlarının blokadası

D) Damarların β-adrenoreseptorlarının hiperreaktivliyi

E) Damarların α- adrenoreseptorlarının hiperreaktivliyi


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
408) Salbutamol hansı yolla bronxları genəldir?

A) α-adrenoreseptorlarının selektiv blokadası

B) β-adrenoreseptorlarının selektiv blokadası

C) M-xolinoreseptorlarının selektiv blokadası

D) β2- adrenoreseptorlarının selektiv oyanması

E) M-xolinoreseptorlarının selektiv oyanması


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
409) Bronxial astmanın bazis terapiya zamanı qlükokortikoidlərin orqanizmə yerildilmə qaydası hansıdır?

A) Əzələ daxili

B) Peroral

C) Vena daxili

D) Dərialtı

E) Aerozol şəklində inqalyasiya


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
410) ß2-aqonistlərin yanaşı effektləri hansı deyil?

A) Barmaqların tremoru, taxikardiya

B) Arterial təzyiqin yüksəlməsi

C) Bradikardiya

D) Hipokaliemiya

E) Paradoksal bronxospazm


Ədəbiyyat: Под ред. Р. М. Хаитова, Н.И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin